Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-887/2024 18.03.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyası-hakimlər Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məmmədov Elvin İsrayıl oğlunun katibliyi ilə, Gəncə Şəhər Məhkəməsinin 22 dekabr 2023-cü il tarixli, 2(125)-8088/2023 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 Fərhad oğlu və Gəncə şəhəri 5 saylı notariat ofisinin xüsusi notariusu X3 qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 18 iyul 2023-cü il tarixdə Gəncə şəhəri 5 saylı notariat ofisinin xüsusi notariusu X4 tərəfindən verilmiş 8i-5118 və 8i-5119 reyestr nömrəsi ilə qeydə alınmış icra qeydlərinin ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 22 dekabr 2023-cü il tarixli, 2(125)-8088/2023 nömrəli qərardadı (M.Mustafayev) ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Mülki Prosessual Məcəllənin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələun birləşdirilməsi əsası ilə geri qaytarılmışdır. Gəncə Şəhər Məhkəməsinin 22 dekabr 2023-cü il tarixli, 2(125)-8088/2023 nömrəli qərardadından narazı qalan İddiaçı şikayət verərək, Gəncə Şəhər Məhkəməsinin 22 dekabr 2023-cü il tarixli, 2(125)-8088/2023 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, avtomobil hissələrinin satışını həyata keçirir. Cavabdeh2 uzun müddət bundan əvvəl tanımışdır. Ona pul lazım olduğundan Natiqdən 6000 manat sələmə pul götürmüşdür. Aralarındakı razılığa görə hər 10 gündən bir ona 300 manat ödəməli idi. 5-6 ay ödədikdən sonra avtomaşını xarab olmuş və 2 ay ona pul ödəyə bilməmişdir. Həmin zaman Cavabdeh2 iri cüssəli bir neçə şəxslə onun üstünə hücum edib, onu zorla avtomaşına mindirib 10 iyul 2021-ci il tarixdə Gəncə şəhəri 5 saylı notariat ofisinə aparmışdır. Ona bildirmişlər ki, indi ona 25000 manat ödəməlidir. Sonra notarius Aris Ələkbərovun otağına aparmışlar. Orada Aris onlara 25000 manat pul çıxarıb vermişdir. Həmin otaq notariusdan aralı yerləşir. Təzədən 5 saylı notariusa gəlmişlər və ona 25000 manatla bağlı borc müqaviləsinə imza atmağa hədə qorxu gəlmişlər. Məcbur olaraq müqaviləyə imza atmışdır. Pulu banka qoymuşlar, sonra götürmüşlər, sonra isə aparıb Arisə vermişlər və 5 ay ərzində 25000 manat pulu qaytarmağı tələb etmişlər. Beş ay ərzində həmin pulu qaytara bilmədikdə, yenidən Cavabdeh2 yanında bir neçə şəxslə gələrək ona bildirmişdir ki, indi də, borcun 35000 manat olmuşdur. Onu yenə də 02 fevral 2022-ci il tarixdə Arisin notariusuna aparmışlar. Yenə də həmin otaqda Aris onlara 10000 manat pul vermiş və onu müqaviləni imzalamağa məcbur etmişlər. Bu vaxt müqaviləni elə tərtib etmişlər ki, guya ki, iddiaçı Cavabdeh3 adlı şəxsdən 10000 manat borc pul almışdır. Cavabdeh3 adlı şəxslə ümumiyyətlə heç zaman əlaqəsi olmamış, onu yalnız notariusda görmüşdür. Həmin şəxslə bu və ya digər formada heç bir əlaqəsi olmamışdır. Ona verilən vaxtda pulu ödəyə bilmədiyindən qaçıb gizlənmişdir. Sonradan Natiq onu tapmış və yenə həmin adamlarla birlikdə onu götürərək öz evinə gətizdirmişdir. Orada onu məcbur etmişdilər ki, qəbz yazsın və guya ki, X1 25000 manat borc pul almışdır. Qurbanov İsbəndiyarı da, heç zaman tanımamışdır. Cavabdeh2 ilə iddiaçı arasındakı kredit müqaviləsi 10 iyul 2021-ci il tarixdə imzalanmış, müqavilənin son icra tarixi xx.xx.2021-ci il göstərilmişdir. Müqavilənin 11-ci bəndində göstərilmişdir ki, müqavilənin notariat qaydasında təsdiq edilməsi xərclərini “borc verən” çəkir. Müqavilədən də, bəlli olur ki, kredit faizsiz verilmişdir. Müqavilənin predmetini 25000 manat pul təşkil edir. Məbləğ kifayət qədər böyükdür. Heç bir qarantiya olmadan bu məbləğdə müqavilənin bağlanması, Cavabdeh2lə aralarında hər hansısa bir möhkəm bağların olmaması həmin müqavilənin icrasını şübhə altına ala bilərdi. Lakin nədənsə, Cavabdeh2 bu şübhə yox idi, üstəlik müqavilənin təsdiq edilməsi xərcləri də onun özü tərəfindən ödənilir. Bütün bunlar isə təsdiq edir ki, Cavabdeh2 həmin məbləği heç bir əmək sərf etmədən, yalnız ona hədəqorxu gəlməklə mənimsədiyindən bütün bu xərcləri çəkmişdir. Digər müqavilə qeyd etdiyi kimi 02 fevral 2022-ci il tarixdə Cavabdeh3 ilə onun arasında eyni notariat kontorunda bağlanmışdır. Həmin müqavilənin predmeti 10000 manat olmaqla, son icra tarixi xx.xx.2022-ci il tarix göstərilmişdir. Qeyd edilən müqavilədə də kreditin faizsiz verilməsi şərtləndirilmişdir. Hər iki müqavilə üzrə ona yaşadığı ünvana deyil, qeydiyyatda olduğu ünvana məktub göndərilmişdir. Həmin məktublar ona həmin evdə yaşamadığından və heç bir qohumu həmin ünvanda yaşamadığından ona təqdim edilməmişdir. Belə ki, qeydiyyatda olduğu ünvan qardaşının mülkiyyətində olan ev olmuş, sonradan qardaşı tərəfindən özgəninkiləşdirilmişdir. Qeyd etdiyi kimi notarius da bu işin içərisində olduğundan onun bütün olanlardan, yəni əslində heç bir kredit və borc olmadan müqavilə bağlandığından xəbəri olmuşdur. Dövlət orqanı olmasına baxmayaraq, buna göz yummuş, əksinə şərait yaratmışdır. Notariat kontorunun onun ünvanına göndərilməyən məktublarının tarixlərinin eyni – xx.xx.2023-cü il olması, nömrələrin ardıcıl – 558, 559 olması bu işin eyni olmasını təsdiq edir. Notarius 18 iyul 2023-cü il tarixdə reyestrdə 8i- 5119 nömrə ilə qeyd edilən icra qeydi vermişdir. Digər müqavilə üzrə - Cavabdeh3 ilə bağlı 18 iyul 2023-cü il tarixdə reyestrdə 8i-5118 nömrə ilə qeyd edilmişdir. Məhkəmə belə qənaətə gəlmişdir ki, o Cavabdeh2 və Cavabdeh3 Fərhad oğluna münasibətdə notariat orqanı tərəfindən verilmiş müxtəlif icra qeydinin ləğv edilməsini tələb etdiyindən ayrı-ayrı iddia ərizələri ilə məhkəməyə müraciət etməlidir. Lakin qərardadda göstərildiyi kimi, bu icra qeydlərinin yalnız tarixi eyni deyil, hər iki icra qeydinin “arxasında duran” şəxs Cavabdeh2dir. O, Cavabdeh2 hədə-qorxusu ilə tanımadığı Cavabdeh3la müqavilə bağlamışdır. Qeyd edilən pulu ən sonda Canbaxışov deyil, Cavabdeh2 alacaqdır. Bunu icraçılar da, bilirlər. Hətta məhkəmədə onun inzibati məsuliyyətə cəlb edilməyi ilə bağlı qaldırdıqları təqdimatı da, müdafiə edərkən bu işdə Cavabdeh2 tələbkar olduğunu qeyd etmişdilər. Hər iki icra qeydinin ləğvinə birlikdə baxılması işin daha yaxşı araşdırılması üçün zəruridir. Ona iddia ərizəsində bu iki icra qeydinin nə dərəcədə bir-biri ilə əlaqədə olduğunu kifayət qədər əsaslandırmışdır. Əgər qeyd edilən iddia tələbi iki hissəyə ayrılarsa, o zaman işin araşdırmasında problemlər yaşanacaqdır. İşin hərtərəfli araşdırılması, icra qeydinin ləğv edilməsi üçün əsas olan hallar nəzərdən qaçacaqdır. Cavabdehlər fərqli şəxslər kimi göstərilsə də əslində Cavabdeh2 maraqlarına xidmət etmişlər. Canbaxışovla heç bir formada münasibəti olmadığı halda, onunla 10000 manat müqabilində müqavilə bağlamağı faktının mövcudluğu, üstəlik, hər iki müvqailə ayrı-ayrı tarixlərdə bağlanmasına baxmayaraq, həm Canbaxışovun, həm həm də, Əliyevin eyni vaxtda notariat kontoruna müraciət edərək, “icra qeydini tələb etmələri” təsiq edir ki, bu iş bir-biri ilə əlaqəlidir və işlərin ayırlıqda baxılması məhkəmə araşdırmasının keyfiyyətinə mənfi təsir edəcəkdir. Odur ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(125)- 8088/2023 saylı qərardadının ləğv edilərək, işin icraata qəbul edilməsi xahiş olunmuşdur. Gəncə Şəhər Məhkəməsinin 23 fevral 2024-cü il tarixli, 2(125)-8088/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin 22 dekabr 2023-cü il tarixli, 2(125)-8088/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə kollegiyası iddiaçının şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, işdə olan kredit müqavilələri iddiaçı ilə müxtəlif şəxslər arasında bağlanmaqla, hər kredit müqaviləsi üzrə icra qeydinin ləğv edilməsi tələbi də müxtəlif şəxslərə qarşı yönəlmişdir. Ayrı-ayrı tələblərin bir iddiada birləşdirilməklə verilməsi halı iddianın verilməsi üçün hər iddia üzrə ödənilməli olan dövlət rüsumu məbləği ilə bağlı prosessual qanunvericliyin tələbinin də pozulmasına səbəb olmaqdadır. Bundan başqa məhkəmə kollegiyası iddiaçının hər iki icra qeydinin “arxasında duran” şəxsin Cavabdeh2 olması, onun hədə-qorxusu ilə tanımadığı Cavabdeh3la müqavilə bağlaması, hər iki icra qeydinin ləğvinə birlikdə baxılmasının işin daha yaxşı araşdırılması üçün zəruri olması, işlərin ayırlıqda baxılmasının məhkəmə araşdırmasının keyfiyyətinə mənfi təsir edəcəyi ilə bağlı dəlilinə münasibətdə isə qeyd edir ki, əksinə iddiaçının qeyd olunan dəlilləri üzrə iddalara ayrıca baxılması daha məqsədəmüvafiq hesab oluna bilər. Belə ki, bu halda bir cavabdehin digər cavadbehlə bağlı olan işdə şahid qismində dindirilməsi zərurəti yarana bilər ki, bu da işin daha obyektiv araşdırılmasına və həqiqətin üzə çıxarılmasına rəvac verə bilər. Nəzərə alınmalıdır ki, bir şəxsin iş üzrə şahid və ya cavabdeh qismində dindirilməsinin məsuliyyəti də fərqlidir. Buna görə də məhkəmə kollegiyası şikayətin dəlillərini əsassız hesab etmişdir. Mülki Prosessual Məcəlləsinin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 398.0.1-ci maddəsinə görə qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiya məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 152.1.7, 397 və 398-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Gəncə Şəhər Məhkəməsinin 22 dekabr 2023-cü il tarixli, 2(125)-8088/2023 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 22 dekabr 2023-cü il tarixli, 2(125)-8088/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-887/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-887/2024
18.03.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver