Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-895/2025 24.06.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri - X6 (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, İbrahimli Güləsər Rəhim qızının katibliyi, Cavabdeh və onun nümayəndəsi (vəkil) Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin e-2(013)-77/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi X2 HK- 1/840 saylı material üzrə qəbul etdiyi cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarının surətindən görünür ki, Cavabdeh İddiaçı Bakı şəhəri ərazisində hündürmərtəbəli yaşayış binası tikib ona qazanc verəcəyini vəd edərək 2006- 2007-ci illərdə ondan hissə-hissə olmaqla cəmi ******* manat pul alaraq vədinə əməl etməyib ona küllli miqdarda maddi ziyan vurmaqla dələduzluq etdiyini bildirmişdir. Cavabdeh müraciəti əsasında toplanmış material üzrə cinayət təqibinin başlanılması rədd edilmişdir. Həmin araşdırma zamanı izahat verən Cavabdeh İddiaçı verdiyi ******* manat məbləğdən sonuncunun 12000 ABŞ dolları qaytardığını bildirmişdir. Cavabdeh 12000 ABŞ dollarını ona bacısı oğlu X4 gətirdiyini qeyd etmişdir.
2. Apellyasiya şikayətinə əlavə edilmiş **********88 reyestr nömrəli çıxarışdan görünür ki, Qəbələ rayonu Bum kəndində 0.2 ha həyətyanı torpaq sahəsi X5 mülkiyyətindədir.
3. Apellyasiya şikayətinə əlavə edilmiş xx.xx.2007-ci il tarixli maliyyə arayışından görünür ki, "xxxx" MMC tərəfindən inşa edilən 16 mərtəbəli yaşayış binasının qeyriyaşayış sahəsinin 1-ci mərtəbəsi 600 m2 +82,5 m2 (girişdə əlavə tikili) sahə ümumi dəyəri 700.000 ABŞ dolları tam ödənilmişdir. Qeyd olunan sahə X1 tam mülkiyyətindədir və borcu qalmamışdır.
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı nümayəndəsi Vəkil1 rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində Cavabdeh 325000 (üç yüz iyirmi beş min) manat alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı tərəf məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh 317500 (üç yüz on yeddi min beş yüz) manat alınaraq İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 05 iyun 2024-cü il tarixdə Yasamal Rayon Polis İdarəsinə müraciət edərək bildirmişdir ki, qohumu İddiaçı Bakı şəhəri ərazisində hündürmərtəbəli yaşayış binası tikib ona qazanc verəcəyinə vəd verib, 2006 və 2007-ci il tarixlərdə hissə-hissə olmaqla ondan ümumilikdə 1.200.000 (bir milyon iki yüz min) manat pul alaraq vədinə əməl etməyib, ona külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. İddiaçı cinayət məsuliyyətinə cəlb olunması və ona dəymiş maddi ziyanın qaytarılmasına köməklik olunmasını xahiş etmişdir. Polis İdarəsi tərəfindən 20 sentyabr 2024-cü il tarixdə cinayət işinin başlanamsının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Araşdırma zamanı izahatı alınmış İddiaçı göstərmişdir ki, əvvəllər tikinti işləri ilə məşğul olsa da hazırda heç bir işlə məşğul olmur. Cavabdeh onun yeznəsidir. X8 onun əmisi Hüseyn Əhmədovun oğludur. X3 isə Cavabdeh bacısıdır. 2007-ci il tarixdə Burzu ona Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində "xxxx" MMC-yə ayrılmış 0,29 ha torpaq sahəsində "xxxx" MMC tərəfindən inşa edilən 16 mərtəbəli yaşayış binasının qeyri-yaşayış sahəsinin 1-ci mərtəbəsi 600 kv.metr sahəni birlikdə pul qoyaraq almağı təklif etmişdir. Həmin obyektin yarı pulunu o, yarı pulunu Burzu qoymalı imiş. Həmin ərəfədə Cavabdeh Rusiya Federasiyasına gedəcəyi üçün həmin qeyri-yaşayış sahəsinin pulunun yarı hissəsini bacısı Kəmalə vasitəsilə göndərəcəyini və qeyri yaşayış sahəsinin bacısı Kəmalənin adına rəsmiləşdirilməsini xahiş etmişdir. Bundan sonra 2007-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində "xxxx" MMC-yə ayrılmış 0,29 ha torpaq sahəsində "xxxx" MMC tərəfindən inşa edilən 16 mərtəbəli yaşayış binasının qeyri-yaşayış sahəsinin 1-ci mərtəbəsi 600 kvadrat metr + 82,5 kvadrat metr sahəsi "xxxx" MMC-nin direktoru X9 tərəfindən qeyd olunan qeyri-yaşayış sahəsinə dair Kəmalə İsbəndiyarovanın adına maliyyə arayışı verilmişdir. Həmin maliyyə arayışı Kəmalənin adına verilsə də, sonuncuya məxsus olmamış, yarı pulunu o, yarı pulunu Burzu qoyduğu üçün həmin obyekt Burzu ilə ona məxsus olmuşdur. Bir müddətdən sonra Burzu Asimanın vasitəsilə ona müraciət edərək qeyd olunan qeyriyaşayış sahəsinin əsas hissəsinin ikisinin arasında tam yarı bölünməsini xahiş etmişdir. Həmin ərəfədə Burzu əmisi oğlu Asimanın vasitəsilə Kəmalənin şəxsiyyət vəsiqəsi və Kəmalənin adına olan həmin qeyri-yaşayış sahəsinə dair maliyyə arayışını ona göndərmiş, bu səbəbdən hazırda tarixini xatırlamadığı vaxtda həmin qeyri-yaşayış sahəsinin əsas hissəsinin tən yarı sağ hissəsinin dəyərinin Cavabdeh tərəfindən tam ödənilməsi və "xxxx" MMC-yə heç bir borcunun olmadığına dair "xxxx" MMC-nin direktoru Ramiz Qazaxlı tərəfindən maliyyə arayışı tərtib edilmişdir. Bundan bir müddət sonra, yəni təxminən 7-8 il bundan əvvəl Burzu dəfələrlə ondan borca müxtəlif məbləğlərdə pullar almışdır. Təxminən 8 il bundan əvvəl Burzu Qəbələ rayonunda torpaq sahəsi almaqdan ötrü ondan 37400 manat borc pul istəmiş, o da, Burzuya çatdırması üçün əmisi oğlu Sakitə qeyd olunan pulu vermiş və Sakit də, həmin pulu aparıb Burzuya çatdırmışdır. Bundan başqa təxminən 5 il əvvəl Burzu əmisi oğlu Asiman ilə birlikdə onun yanina gəlmiş və Burzu Bakı şəhərində mənzil almaqdan ötrü ondan borc pul istəmişdir. O, Asimanın yanında Burzuya 127500 manat borc pul vermiş, bundan başqa təxminən 3 il bundan əvvəl Burzu ilə əmisi oğlu Asiman onunla görüşərək Yasamal rayonunda yerləşən qeyri-yaşayış sahəsinə yol verilməsini xahiş etmişlər. O da bildirmişdir ki, «narahtlıq yoxdur, qohumçuluq var, bir metr yol var, yol verirəm». Bundan başqa, təxminən 3 il əvvəl Burzu ilə əmisi oğlu Asiman onun yanına gəlmiş, Burzu qızına Rusiya Federasiyasında mənzil aldığını, kreditini verə bilmədiyindən ondan borc pul istəmiş, o da, Burzuya 132.600 manat borc pul vermişdir. Bundan sonra təxminən 2024-cü ilin aprel ayında əmisi oğlu Asiman onun yanına gələrək dayısı Burzuya borc pul lazım olduğunu demiş, o, tərəddüd etdiyi üçün Asiman bildirmişdir ki, «əgər dayım pul verməsə mən pulu qaytaracam, əgər obyekt satılsa həmin pulu çıxarsan». O, razılaşaraq Burzuya aparıb verməsi üçün Asimana 12.000 ABŞ dolları (20000 manat) borc pul vermişdir. Asiman da, həmin pulu aparıb tam şəkildə Burzuya vermişdir. Bundan başqa 2023-cü ilin yanvar ayında Burzu anasının hüzür mərasimi ilə əlaqədar ondan 15.000 manat borc pul istəmiş, o da, həmin pulu oğlu Taryelin vasitəsilə Burzuya göndərmişdir. Bundan başqa, 2023-cü il tarixdə Burzu əməliyyat olunması üçün ondan 6000 manat borc pul istəmiş və o da, Asimanın vasitəsilə 6000 manat pulu Burzuya göndərmişdir. Bundan sonra onun pula ehtiyacı olduğu üçün Burzu onun pullarını ona geri qaytarmamaqdan ötrü Yasamal Rayon Polis İdarəsinə ərizə ilə müraciət etmişdir. Hazırda həmin qeyri-yaşayış sahəsinin 1-ci mərtəbəsində yerləşən 600 kv. metr qeyri-yaşayış sahəsi boş olaraq qalmaqdadır, 82,5 kv.metr qeyri-yaşayış sahəsini isə o, icarəyə vermişdir. Hazırda onun Burzuya hər-hansı bir məbləğdə verəcəyı yoxdur. Burzunun dedikləri yalandır. Burzu ondan borca aldığı pulları ona qaytarmamaqdan ötrü qeyd olunan məzmunda ona şər və böhtan atır. MMC tərəfindən hər hansı qanunsuzluq edilməmişdir. Cavabdeh ayrıca olmaqla MMC tərəfindən ona da, müvafiq sənədlər verilmişdir. Hazırda da, cavabdehin iddiaçıya 325000 manat pul borcu vardır. Qeyd edilən hal iş araşdırılarkən öz təsdiqini tapmışdır.
7. Ağdam Rayon Məhkəməsinin e-2(013)-77/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim Mahir Niftəliyev) iddianın əsaslı olduğundan təmin edilməsi, Cavabdeh 317.500 (üç yüz on yeddi min beş yüz) manat alınaraq İddiaçı verilməsi, Cavabdeh 607 (altı yüz yeddi) manat 50 (əlli) qəpik dövlət rüsumunun tutulması qət edilmişdir.
8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iş üzrə dindirilmiş şahidlər iddiaçının cavabdehə nə vaxt, harada, hansı şəraitdə və məbləğdə borc verdiyini təsdiq etmişlər. Həmin şahidlərin ifadəsi ilə iddiaçı tərəfın ərizəsi və izahatı arasında hər hansı bir ziddiyyət olmamışdır. Məhz göstərilən səbəblərdən məhkəmə şahidlərin həqiqəti danışdığı, cavabdehin iddiaçıya 317.500 manat borclu olması qənaətinə gəlmişdir.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337 və 739-cu maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 76, 77.1, 104 və 88-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri
10. Ağdam Rayon Məhkəməsinin e-2(013)-77/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin faktiki halları ondan ibarətdir ki, İddiaçı onun qaynıdır. Onunla arasında münasibətlər əvvəllər normal olmuş, onun əvvəllər maddi imkanı çox yaxşı olmuşdur. Onun İddiaçı heç vaxt borcu olmamış və hazırda da, ona borcu yoxdur. O, heç vaxt ona borc verməmişdir. 2006-cı ildə Bakı şəhərində özü üçün mənzil və ya qeyriyaşayış sahəsi almaq istəmişdir, həmin vaxt bunu bilən qaynı İddiaçı ona təklif etmişdir ki, pulunu mənzilə yatırmaqdansa ona versin və Yasamal rayonunda hündürmərtəbəli yaşayış binasının tikintisinə həmin pulu sərmayə qoysun və oradan qazanc əldə etsinlər. O da, Emilə inanmış və onunla razılaşmışdır. 2007-2008-ci illər ərzində Emilə nağd və bank vasitəsi ilə ümumilikdə 1.200.000 manat pul göndərmişdir ki, onun üçün həmin binanın tikintisinə sərmayə qoysun və gələcəkdə həmin mənzillər ona məxsus olsun. Binanın tikintisi davam edən zaman 2007-ci ildə Emil ona xx.xx.2007-ci il tarixli, 01 saylı maliyyə arayışı vermişdir ki, onun ona göndərdiyi pulun qarşılığında 700.000 (yeddi yüz min) ABŞ dollarına "xxxx" MMC-nin Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində Talıblı küçəsində inşa edilən 16 mərtəbəli binanın 1-ci mərtəbəsində 600 kv.m+82.5 kv.m qeyri-yaşayış sahəsini onun üçün alsın, lakin o, Rusiyada yaşadığı üçün həmin qeyri-yaşayış sahəsini bacısı X1 adına rəsmiləşdirmişdir. O da, həmin arayışı gördükdən sonra inanmışdır ki, Emil həqiqətən onun üçün obyekt almışdır və tikinti işləri davam edir. Lakin sonradan ona məlum olmuşdur ki, Emil və MTK-nın rəhbəri Qazaxlı Ramiz onu aldatmışlar və ona yeni bir müqavilə verərək, onun cəmi 300 kv.m obyektinin olmasını və 350.000 manat dəyərinin ödənilməsini göstərmişlər. Halbuki, Qazaxlı Ramizə o heç vaxt pul verməmişdir, o, pulu Emilə vermiş və Emildə ona vermişdir. İlkin maliyyə arayışında da Qazaxlı Ramiz 700.000 ABŞ dolları almasını etiraf etmişdir. Nəticədə İddiaçı onun pulunu mənimsəmiş, obyektinin müəyyən hissəsini ələ keçirmişdir. Cinayət işinin başlanmasının rədd qərarında və məhkəmə iclasında müəyyən olunmuşdur ki, o, həqiqətən Emilə pul göndərmiş və o da, onun üçün obyekt almışdır. Bu işin mübahisəsiz halıdır. Lakin Emilin ona borc pul verməsi barədə şahid ifadələrindən başqa heç bir sübutu yoxdur. O, İddiaçı barəsində polisə və prokurorluğa şikayət etdikdən sonra Emil özünü təmizə çıxarmaq üçün onun barəsində məhkəməyə müraciət etmiş və məhkəmədə heç bir sübut olmadan 317.500 manatın ondan alınmasını qət etmişdir. Belə çıxmışdır ki, əgər Emil yazmış olsaydıki Burzunun ona 10 milyon borcu var, məhkəmədə onu təmin edəcəkdi. Bu tamamilə absurd yanaşmadır, qanunsuzluq və ədalətsizlikdir. Həmin şahidlər hazırda onunla düşmənçilik apararılar, onlarla mübahisələri var və yalandan onun əleyhinə ifadə vermişlər. Şahidlər biri əmisioğlu, digəri isə Emilin oğludur. Şahidlər İddiaçı tərəfindən öyrədilmiş, məhkəmədə yalan ifadə vermişlər. X14 məhkəmədə göstərir ki, guya o, Emildən 37.400 manat alaraq Qəbələdə torpaq almışdır, halbuki, Asimanın qardaşı Sakit onu aldadaraq pulu ondan almış və torpağı öz adına keçirmişdir, həmin torpaq şahid Asimanın qardaşı Sakitin adındadır və çıxarış vardır. Yəqin ki, apellyasiya instansiyası yalandan şahidlik etdiyinə görə həmin şəxslər barəsində xüsusi qərar qəbul edəcəkdir. Ümumiyyətlə, iddiada fantastik rəqəmlər yazılmış, guya həmin pullar ona 8 il əvvəl verilmiş, əgər verilmişdisə niyə 8 il ərzində Emil pulunu tələb etmirdi, niyə Emil o, ondan şikayət etdikdən sonra belə ərizə vermişdir, niyə Emil 8 ildən sonra 2024-cü ildə yenədə ona borc vermişdir, əgər ona borcu vardısa niyə müxtəlif illərdə ona təkrar-təkrar borclar vermişdir, bu tamamilə Emilin əsassız iddialarıdır və məhkəmə həmin iddiaları qanunsuz təmin etmişdir. Məhkəmə maddi hüquq normalarının tələbini kobud şəkildə pozmuşdur. Belə ki, məhkəmə tərəflər arasında olan hüquq münasibətinə borc müqaviləsi kimi qiymət verə bilmədiyi üçün guya əhəmiyyətsiz əqd kimi qiymət vermiş və əhəmiyyətsiz əqd üzrə əldə olunmuşların geri qaytarılması kimi və həmin pul vəsaitini iddiaçının mülkiyyəti kimi qiymətləndirilmişdir. Həmçinin, məhkəmə əsassız varlanma nəticəsində əldə olunmuş əmlakın geri tələb olunması ilə bağlı kəsici və iddia müddətinin ötürülməsinidə nəzərə almamışdır. Çünki əgər məhkəmə həmin münasibətə əhəmiyyətsiz əqd nəticəsində əldə olunmuşların qaytarılması kimi qiymət verirdisə o zaman kəsici müddət olan 1 illik müddəti nəzərə almalıdır, lakin məhkəmə heç ümumiyyətlə həmin məsələyə qiymət verməmişdir. Hazırda həbsdə olan "xxxx" MMC-nin direktoru olmuş Ramiz Qazaxlı istintaqda verdiyi izahatında göstərmişdir ki, obyektin alınması üçün pulu ona Emil və onun bacısı Kəmalə vermiş, obyekt əvvəlcə Kəmalənin adına rəsmiləşdirilmiş, daha sonra onun adına keçirilmişdir, bu da sübut edir ki, 700.000 ABŞ dollarını Emilə o, vermiş, onun üçün bacısının adına obyekt almış, lakin sonradan onu aldatmışdır. Əslində isə o, Emilə 1.200.000 manat pul vermişdir. Hazırda obyektin müəyyən hissəsi onun adınadır, Ramiz etiraf etmişdir ki, 700.000 ABŞ dollarını ona Emil vermişdir, buradan belə çıxır ki, Emil onun üçün obyekt almış və pulda ona məxsus olmuşdur. Məhkəmə ədalətli araşdırma aparsaydı bunu görə bilərdi. Bundan başqa, Asiman Əhmədov onun bacısı oğludur və onunla da arasında müəyyən problemlər vardır, buna görə onun əleyhinə ifadə vermişdir, məhkəmədə buna istinad edərək qətnamə qəbul etmişdir. Onun iddiaçı qarşısında hər hansı öhdəliyi yoxdur, heç vaxtda olmamışdır, əksinə iddiaçının onun qarşısında öhdəliyi vardır, lakin məhkəmə öhdəlik münasibətlərinin tələbini də, pozmuşdur və düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə mötəbər sübut olmadığı halda qanunsuz qətnamə qəbul etmiş, şahid ifadələri ilə işin hallarına düzgün hüquqi qiymət verməmiş, şahid ifadələrinin əsaslarının düzgünlüyünü yoxlamamış, şahidlər bildirdiklərinin təsdiq edəcək sübutlar olmadan qanunsuz qətnamə qəbul etmişdir. İşdən görünür ki, məhkəmə sübut olmadan qətnamə qəbul etmişdir, Mülki Prosessual Qanuna əsasən hakim yalnız sübut əsasında qətnamə qəbul etməlidir, lakin göründüyü kimi hakim sübut olmadan da, qətnamə qəbul edə bilirmiş. Məhkəmə işi hərtərəfli araşdırmamış, sadəcə iki şahid ifadəsinə əsasən qətnamə qəbul etmişdir. Məhkəmə araşdırması ədalətli və çəkişmə prinsipi əsasında aparılmış olsaydı o zaman həqiqət aşkara çıxmış olardı. İş materiallarında şahid ifadələrindən başqa heç bir sübut yoxdur, hər hansı yazılı sənəd, müqavilə, telefon danışığı, Whatsap yazışması, video və ya foto görüntü, heç bir sübut yoxdur, necə ola bilər ki, heç bir mötəbər sübut olmadan məhkəmə 317.500 manatın Cavabdeh tərəfindən borclu olmasını qət etmişdir, belə qanunsuz qətnamə qəbul edilməsi sadəcə qanunun tələblərinin kobud şəkildə pozulmasıdır. Məhkəmənin hazırkı qətnaməsi bir növ yeni mövqe formalaşdıra bilər ki, istənilən şəxs iki şahidlə külli miqdarda məhkəmə qaydasında istədiyi şəxsdən pul tələb edəcək və məhkəmədə şahid ifadələrinə istinad edib pulu təmin edəcək, nəticədə insanların hüquqları pozulmuş olacaqdır. Buna görə də, hazırkı məhkəmə qətnaməsi ləğv olunmalıdır ki, qanunun tələbləri təmin olunmuş olsun. Məhkəmə işin hallarını ümumiyyətlə araşdırmamış, onun İddiaçı 1.200.000 manat borc verməyini, Emilin ona heç vaxt borc verməməsini, şahid Asimanın qeyd etdiyi torpağın qardaşı Sakitin adına olmasını, həmin torpağın iddia göstərilən 37.400 manata alınmasını, lakin həmin pulun ondan Emilin tələb etməsini, şahidlərin yanlış ifadə vermələrini, iddiaçının ona hansı şəraitdə, harada borc verməsini, bununla bağlı əlavə sübutların olubolmamasını aydınlaşdırmamışdır. Qətnamədə göstərilən nəticə işin hallarına uyğun deyildir. O, iddiaçıdan heç vaxt borc almamış, iddiaçının ona hər zaman borcu olmuş, onun iddiaçıya pul verməyi təsdiq olunmuş, lakin iddiaçının ona pul verməsi barədə heç bir sübut yoxdur, olan sübut iki şahiddir, biri oğlu, biri də, əmisioğludur, onlarda mötəbər sübut hesab oluna bilməz, çünki yaxın qohumdurlar. Cavabdeh Rusiya Federasiyasında yaşadığı üçün birinci instansiya məhkəməsinə müəyyən sübutlar təqdim oluna bilməmişdir. Ona görə də, apellyasiya şikayətinə əlavə olunmuşdur. Həmin sübutlar maliyyə arayışı və çıxarışdan ibarətdir.
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, eyni məzmunlu izahat vermiş, apellyasiya şikayətininin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, o, tikinti işləri üçün Emilə 1.250.000 ABŞ dolları pul vermişdir. O, Rusiya Federasiyasının Yekaterinburq şəhərində yaşayır. Pulu da, qaynı Emilə göndərmişdir. 2007-ci ildə ilkin olaraq 700.000 ABŞ dolları göndərmişdir. Həmin pulu qeyri yaşayış sahələrinin alınması üçün bacısının iştirakı ilə vermişdir. Mağazanı saxtalaşdırıb yarısını ona vermişdir. 250.000 ABŞ dolları başqa şəxsin adına göndərmiş, bunun səbəbi isə həmin adamın adına az faiz tutulması olmuşdur. 300.000 ABŞ dolları taxta vuran tanışları vasitəsi ilə göndərmişdir. 6 kamaz markalı yük maşını, 3 mağaza Sədərək Ticarət Mərkəzində, 3 mağaza Binə Ticarət Mərkəzində vermişdir. 6 mağazaya 2009-2010-cu illərdə 70.000 ABŞ dolları pul vermişdir. Audi Q7 avtomobili almışdır, ancaq bilmir ki, kimin adına almışdır. Həmin avtomobili də satıb, pulunu tikintiyə qoymuşlar. 2010-2024-cü illər arası Emil ona pul verməmişdir. Hazırki iddia isə böhtandır. İddiaçı onun pulunu verməmək üçün hazırki iddianı qaldırmışdır. İddiaçı ona ancaq 2024-cü ilin aprel ayında Asimanın vasitəsi ilə 12.000 ABŞ dolları pul göndərmişdir ki, həmin pulu da, iddiaçı aldığı borcu qaytarmışdır.
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi (vəkil) Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, uyğun məzmunlu izahat vermiş, apellyasiya şikayətininin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, iş üzrə dindirilmiş şahid Asiman cavabdehin bacısı oğludur.
15. Məhkəmə kollegiyasının iclasında əvvəlki iclaslarında iştirak edən İddiaçı nümayəndəsi (vəkil) Vəkil1 apellyasiya şikayətinə etiraz edərək, iddia tələbinin əsaslarına uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırma aparılarkən Burzunun Emilə borcu olması sübuta yetirilmişdir.
16. İddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə bildirişi ilə ona hüquq və vəzifələri izah edilmiş, məhkəmə iclasına gəlməyəcəyi təqdirdə işə onun iştirakı olmadan baxılmasının mümkün olduğu bildirilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:
17. 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.
18. 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.
19. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
20. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. (xx.xx.2023-cü il tarixli redaksiyada)
21. Maddə 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. (xx.xx.2023-cü il tarixli redaksiyada)
22. Maddə 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. (xx.xx.2016-cı il tarixli redaksiyada)
23. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
24. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
25. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
26. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
27. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
28. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:
29. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
32. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
33. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
34. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.
35. Maddə 384.0.2. Apellyasiya instansiyası qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;
36. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
37. Maddə 389. Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir.
38. Maddə 390. Məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Apellyasiya baxışının hədləri
39. MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
40. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
41. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
42. Hazırkı apellyasiya şikayətində qətnamə cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, tərəflərin izahatını dinləyib, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Ağdam Rayon Məhkəməsinin e-2(013)-77/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi qismən ləğv edilməli və iddia tələbi qismən təmin edilməlidir.
44. Belə ki, məhkəmə kollegiyası ilk növbədə apellyasiya şikayətinin iş materiallarında şahid ifadələrindən başqa heç bir sübut olmaması, hər hansı yazılı sənəd, müqavilə, telefon danışığı, yazışma, video və ya foto görüntü olmaması və iddia tələbinin heç bir mötəbər sübuta əsaslanmamağı barədə dəlillərini əsaslı hesab edərək qeyd edir ki, iddiaçı cavabdeh borc verməsi yalnız şahid ifadələrinə əsaslanır. Şahid ifadələrini təsdiqləyəcək hər hansı başqa sübut iş materiallarına əlavə edilməmişdir. Həmçinin X14 birinci instansiya məhkəməsində göstərmişdir ki, cavabdeh iddiaçıdan 37.400 manat alaraq, Qəbələdə torpaq almışdır. Halbuki, təqdim olunmuş sübutlardan görünür ki, həmin torpaq şahid Asimanın qardaşı Sakitin adındadır və çıxarış vardır. Apellyasiya şikayətinə əlavə edilmiş **********88 reyestr nömrəli çıxarışdan görünür ki, Qəbələ rayonu Bum kəndində 0.2 ha həyətyanı torpaq sahəsi X5 mülkiyyətindədir. Eyni zamanda iş materiallarında olan xx.xx.2024-cü il tarixli Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, məhz ilkin olaraq Cavabdeh iddiaçının ondan ******* manat pul alaraq ona qarşı dələduzluq etməsi ilə bağlı məhkəməyə müraciət etmişdir.
58. Məhkəmə kollegiyası apellyasiya şikayətinin cavabdehin iddiaçıya borcunun olmaması ilə bağlı dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçı 2007-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində "xxxx" MMC-yə ayrılmış 0,29 ha torpaq sahəsində "xxxx" MMC tərəfindən inşa edilən 16 mərtəbəli yaşayış binasının qeyri-yaşayış sahəsinin 1-ci mərtəbəsi 600 kvadrat metr + 82,5 kvadrat metr qeyri-yaşayış sahəsinin Kəmalənin adına verilsə də, sonuncuya məxsus olmaması, yarı pulunu o, yarı pulunu Burzu qoyduğu üçün həmin obyekt Burzu ilə ona məxsus olmasını qeyd etsə də, apellyasiya şikayətinə əlavə edilmiş xx.xx.2007-ci il tarixli maliyyə arayışı ilə müəyyən olunur ki, "xxxx" MMC tərəfindən inşa edilən 16 mərtəbəli yaşayış binasının qeyri-yaşayış sahəsinin 1-ci mərtəbəsi 600 m2 +82,5 m2 (girişdə əlavə tikili) sahə ümumi dəyəri 700.000 ABŞ dolları tam ödənilmişdir. Qeyd olunan sahə X1 tam mülkiyyətindədir və borcu qalmamışdır. İddiaçının pulun yarısını ödəməsi və ya həmin əmlakın yarısının ona məxsus olması ilə bağlı heç bir sübut məhkəmə kollegiyası təqdim edilməmişdir.
59. Məhkəmə kollegiyası sübutetmə vəzifəsi ilə bağlı qeyd edir ki, sübutetmə vəzifəsinin bölgüsü baxımından borc müqaviləsi üzrə öhdəliyin yaranmasını sübuta yetirmək vəzifəsi iddiaçının, öhdəliyin icra edilməsini və ya öhdəliyə digər əsasla xitam verilməsini sübuta yetirmək vəzifəsi isə cavabdehin üzərinə düşür
60. Halbuki, mülki məhkəmə icraatında sübutetmə institutu və sübutetmə yükünə dair qeyd olunmalıdır ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Mülki işlər üzrə icraatda çəkişmə prinsipi isə tərəflərin öz hüquqi mövqeyini müdafiə etməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır.
63. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını MPM-in 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız MPMin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. MPM-in 14.1-ci maddəsində nəzərdə tutulmuş vəzifələr çərçivəsində işə baxan məhkəmə hansı halların iş üçün əhəmiyyət kəsb etdiyini, hansı tərəfin onları sübut etməli olduğunu və ya verilən tələbin təmin olunması üçün hansı halların sübut edilməli olduğunu tərəflərin istinad edibetməməsindən asılı olmayaraq onlarla müzakirə etməlidir.
64. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyi-nəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil.
65. Sübutetmə predmetinin düzgün müəyyən edilməməsi, hüquqi faktların sübut olunmaması, hakimin gəldiyi nəticənin işin halları ilə düz gəlməməsi və qanunvericiliklə müəyyən edilmiş digər hallar apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilməsinə əsasdır. Konstitusiya Məhkəməsinin Plenumu qərarlarında qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar).
66. Məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmənin mübahisəyə əhəmiyyətsiz əqd kimi qiymət verməsi və əhəmiyyətsiz əqd üzrə əldə olunmuşların geri qaytarılması kimi və həmin pul vəsaitini iddiaçının mülkiyyəti kimi qiymətləndirilməsi dəlillərinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovun şikayəti üzrə 12 aprel 2021-ci il tarixli Qərarında qeyd edir ki, yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə dair şərtlər; əqdin məzmununa dair şərtlər; əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; əqdin formasına dair şərtlər. Hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il və T.Qasımovanın şikayəti üzrə 1 dekabr 2020-ci il tarixli Qərarında qeyd edir ki, müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun B.Qasımovun şikayəti üzrə 9 dekabr 2019-cu il və N.Əsədovanın şikayəti üzrə 12 aprel 2021-ci il tarixli Qərarında qeyd edir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər. Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, tərəflərin izahatlarından müəyyən olunur ki, onlar arasında münasibətlər 7-8 il bundan əvvəl yaranmış, yalnız sonuncu 12000 ABŞ dollarının verilməsi 2024-cü ildə baş vermişdir. Odur ki, tərəflər arasında yaranmış 2024-cü ilədək olan münasibətlərə MM-nin xx.xx.2023-cü ilədək qüvvədə olan 740.2-ci maddəsini, həmin tarixdən sonrakı münasibətə isə 739.2-ci maddəsini tətbiq etməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur.
67. Məhkəmə kollegiyası apellyasiya şikayətinin əmlakın geri tələb olunması ilə bağlı kəsici və iddia müddətinin ötürülməsi dəlillərinə münasibətdə qeyd edir ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının Kəsici müddətlərlə bağlı qanunvericiliyin tətbiqi təcrübəsi ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə əsasən, etibarsız əqd arzu olunan hüquqi nəticəni yaratmadığına, habelə həmin əqd üzrə alınan maddi nemətlərdən bəziləri (məsələn, özlərinə xas fərdi-müəyyən əlamətlərinə görə fərqlənən əvəzedilməz əşyalar: avtomobil, torpaq sahəsi, mənzil və s.) əldə edənin əmlakına qarışmadığına görə onun mülkiyyətinə keçmiş sayılmır. Bu səbəbdən əmlakı verən tərəfin mülkiyyət hüququ aradan qalxmır və əldə edən tərəf varlanmış olmur. Belə olan halda, həqiqi hüquqi vəziyyətə görə mülkiyyətçi olan şəxs mülkiyyət hüququna dayanaraq etibarsız əqd əsasında verilən daşınar əşyanın sahibliyinə qaytarılması (Mülki Məcəllə, maddə 157.2), yaxud daşınmaz əşyaya dair dövlət reyestrində düzəlişin aparılması (Mülki Məcəllə, maddə 141) barədə iddia qaldırdıqda, belə tələblərə Mülki Məcəllənin 354.1-ci maddəsindəki müddətin tətbiq edilməsi yolverilməzdir. Çünki, mülkiyyətçinin hüquqlarına münasibətdə (əşya hüquqlarının) pozuntuların aradan qaldırılması haqqında tələblərə iddia müddəti tətbiq edilmir (Mülki Məcəllə, 384.0.4). Bəzi maddi nemətlər isə (dövriyyədə adətən say, ölçü və ya çəki ilə müəyyənləşdirilən daşınar əvəzedilən əşyalar: pul, taxıl, düyü və s.) əldə edənin əmlak aktivinə qarışdığı andan onu verən tərəfin mülkiyyət hüququ aradan qalxır. Bu səbəbdən əşyanı əldə edən şəxs mülkiyyəti qazanmaqla varlanmış olur. Lakin bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmadığına, yəni əşyanın əldə edilməsinə əsas olan əqd etibarsız sayıldığına görə əsassız varlanma əmələ gəlir (Mülki Məcəllə, maddə 1091). Əsassız varlanmaya söykənən iddia isə qanundan irəli gələn tələb hüququ olduğu üçün ona iddia müddəti tətbiq edilir. Odur ki, Mülki Məcəllənin 354.1-ci maddəsində nəzərdə tutulan bir illik müddət məhz ikinci halda, yəni etibarsız əqd üzrə icra edilmişlərin əsassız varlanma əmələ gətirdiyi təqdirdə ondan məhrum olan tərəfin irəli sürdüyü iddiaya tətbiq olunan iddia müddətidir. Bu baxımdan məhkəmə hesab edir ki, hazırkı iş iddianın hüquqi əsasını əsassız varlanma təşki edir və həmin münasibətlərə mülki qanunvericiliyin əsassız varlanma ilə bağlı münasibətləri tənzimləyən normaları tətbiq edilməli idi. Göründüyü ki, hazırkı iş üzrə tərəflər arasında yaranmış münasibətlərdə iddia edilən borcun məbləği 3000 manatdan çıx olduğundan və borc müqaviləsinin yazılı formasına riayət edilməsini təsdiqləyən sübutlar olmadığından birinci instansiya məhkəməsi iddianın hüquqi əsası kimi əsassız varlanmaya istinad etməkdə haqlı olmuşdur. Lakin kosntitusiya məhkəməsinin yuxarıda qeyd edilən mövqeyindən görünür ki, Mülki Məcəllənin 354.1-ci maddəsində nəzərdə tutulan bir illik müddət məhz ikinci halda, yəni etibarsız əqd üzrə icra edilmişlərin əsassız varlanma əmələ gətirdiyi təqdirdə ondan məhrum olan tərəfin irəli sürdüyü iddiaya tətbiq olunan iddia müddətidir. Lakin birinci instansiya məhkəməsində iddiaçının nümayəndəsi iştirak etsə də, iddia müddətinin tətbiqi barədə ərizə verilməmişdir.
68. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, 2024-cü ilin aprel ayında iddiaçının əmisioğlu Asiman onun yanına gələrək dayısı Burzuya borc pul lazım olduğunu demişdir. O, razılaşaraq Burzuya aparıb verməsi üçün Asimana 12.000 ABŞ dolları borc pul vermişdir. Asiman da, həmin pulu aparıb tam şəkildə Burzuya vermişdir. Bu halı məhkəmə kollegiyasının iclasında Cavabdeh etiraf etmişdir. Cavabdeh həmin pulun iddiaçının ona olan borcunu qaytarması müqabilində verildiyini qeyd etsə də, həmin halı təsdiqləyəcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, həmin hissədə iddia tələbi əsaslıdır və təmin edilməlidir.
69. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin mənasına görə, qətnamənin qanuniliyi dedikdə, mülki işlərə mahiyyəti üzrə baxıb, onları həll edərkən qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə dəqiq və dönmədən riayət olunması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, ona baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilmiş faktlardan irəli gələn nəticə onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar iş materiallarına uyğun olsun.
70. Tərəflər onlar arasında olan münasibətlərin 8-il, 5 il, 3 il əvvələ yarandığını qeyd edirlər. İddiaçı borc verməsini təsdiqləyəcək sübut kimi yalnız şahid ifadlərinə istinad edir. Digər sübutlar məhkəmə araşdırması zamanı təqdim edilməmişdir. Cavabdehin iş üzrə dindirilmiş şahid bacısı oğlu Asimanla münasibətlərinin yaxşı olmamasını bildirməsi barədə izahatı, Qəbələdə Emildən alınmış 37.400 manata alınmış torpaq sahəsinin Asimanın qardaşı Sakitin adına olması, iddiaçının Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində "xxxx" MMC-yə ayrılmış 0,29 ha torpaq sahəsində "xxxx" MMC tərəfindən inşa edilən 16 mərtəbəli yaşayış binasının qeyri-yaşayış sahəsinin 1-ci mərtəbəsi 600 kvadrat metr + 82,5 kvadrat metr qeyri-yaşayış sahəsinin cavabdehin bacısı Kəmalənin adına verilsə də, həmin obyektin Burzu ilə ona məxsus olmasını bildirməsinə baxmayaraq, həmin əmlakın yarısının ona məxsus olması ilə bağlı heç bir sübut məhkəməyə təqdim etməməsini və bu baxımdan da, həmin ifadələrin obyektivliyinə şübhələr olduğunu nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, digər sübutlarla təsdiq edilmədiyi üçün, şahid ifadələri iddiaçının cavabdehə borc verməsini təsdiqləyən mötəbər sübut kimi qəbul edilə bilməzdi. Həmçinin kollegiya qeyd edir ki, qanunverici Mülki Məcəllədə 740.2-ci maddəsini xx.xx.2016-cı il tarixdə yeni, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır redaksiyasında verərkən borc müqaviləsi predmetinin məbləğinin üç min manatdan çox olduğu halda yalnız tərəflər arasında yazılı müqavilənin mötəbər sübut kimi qəbul edilməsini ehtiva etmişdir.
71. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi şahid ifadələrini mötəbər sübut kimi qəbul etməklə düzgün nəticəyə gəlməmiş, mübahisələndirilən qətnaməsini lazımi qaydada əsaslandırmamış, gəldiyi nəticəni işin halları və onlara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə izah etməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi onu tələb edir ki, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələr belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalıdırlar. Bununla hər kəs onun barəsindən çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur.
72. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, prosessual hüquqi əsasları düzgün müəyyən edilməmişdir. Bu hal isə qətnamənin ləğv edilməsi üçün hüquqi əsasdır. Ona görə də, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. İddia tələbi qismən edilməlidir.
73. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,
Qət etdi: Ağdam Rayon Məhkəməsinin e-2(013)-77/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Ağdam Rayon Məhkəməsinin e-2(013)-77/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh 12.000 (on iki min) ABŞ dolları məbləğində pul ödənilən anda manata məzənnəsi ilə alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun 39 manatı Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.