Məhkəmə qərarları › İş №2(104)-903/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-903/2024

04.04.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-903/2024 04.04.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, Cavabdeh iştirakı ilə, Göygöl Rayon Məhkəməsinin 01 fevral 2024-cü il tarixli, 2(066)-122/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə şəhərində Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı “cehiz əşyalarının çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hazırda paylı mülkiyyətdə olan Göygöl rayonu, Üçtəpə kəndində yerləşən fərdi yaşayış evində olan 1 ədəd yataq dəsti (1 ədəd şfaner, 2 ədəd tumba, 1 ədəd termosu, 1 ədəd çarpayı və tabletka), 1 ədəd qonaq dəsti (servant, 1 ədəd stol, 10 ədəd stul), 1 ədəd divan və 2 ədəd kreslo, 1 ədəd jurnal stolu, 1 ədəd kravat, 1 ədəd paltaryuyan maşın-LG markalı, 1 dəst mətbəx mebeli, 1 ədəd ət çəkən maşın-simba, 1 ədəd gəlincik çırağı, 2 ədəd gəvə, 2 ədəd vedrə, 2 ədəd böyük ləyən, 1 ədəd zibil qabı, 3 ədəd gül qabı (1 ədəd böyük və 2 ədəd balaca), 1 ədəd gəlinlik güzgüsü, 2 ədəd böyük və 1 ədəd balaca mişka oyuncaq, 2 ədəd çaynik-(1 ədəd balaca və 1 ədəd böyük), 1 ədəd ütü, 4 ədəd aliminium qazan, 5 ədəd şirəli dəst qazan göy rəngli, 5 ədəd ləyən balaca və orta, 3 ədəd tava, 1 ədəd aş süzən, 1 ədəd yekə qazan, 3 ədəd podnos, 2 ədəd üzərlik qabı, 1 ədəd tort qabı-ağzı bağlı ağ rəngli, 8 karobka mebelin ehtiyyat hissələri, 1 ədəd çamadanda çəngəl və bıçaq dəsti, 1 ədəd krafinka və 6 ədəd bakalı, 1 ədəd meyvə qabıgüllü ağ rəngli, 10 ədəd sadə xrustal stəkan, 2 ədəd meyvə qabı balaca qırmızı və güllü, 2 ədəd şam bakalı, 6 ədəd bakal və 1 ədəd krafinkası, 1 ədəd çay dəsti, 6 ədəd yaşıl güllü bakal, 2 ədəd qənd qabı qızılı rəngli, 2 ədəd ağ güllü meyvə qabı, 2 ədəd bulud qabı, 5 ədəd aşağısı qırmızı və güllü bakal, 4 ədəd böyük və 2 ədəd balaca yaşıl rəngli kasa, 2 ədəd böyük göy rəngli bulud, 2 ədəd qənd qabı yaşıl rəngli, 2 ədəd sadə kül qabı, 2 ədəd kruşka qırmızı rəngli, 12 ədəd qızılı rəngli nəlbəkı, 6 ədəd göy rəngli balaca nəlbəki, 12 ədəd boz rəngli dahada balaca nəlbəki, 1 ədəd ət taxtası, 1 ədəd ağ rəngli servis 6 nəfərlik, 2 ədəd sadə xrustal mürəbbə qabı, 6 ədəd müxtəlif rəngli bakal, 6 ədəd qızılı və qırmızı rəngli bakal, 1 ədəd başı qızılı rəngli kralinka və 6 ədəd bakalı, 6 ədəd güllü və qırmızı rəngli bakal, 6 ədəd rumka, 1 ədəd qırmızı rəngli meyvə qabı böyük, 1 ədəd çay dəsti gümüşü rəngli, 1 ədəd karniz və pərdəsi yataq otağı üçün, 1 ədəd lüstr, 1 ədəd divar saatı, 1 ədəd pələng oyuncaq, 1 ədəd uşaq kravatı lə ədəd kravat örtüyü çəhrayı rəngli, əl üz dəsmalı işlənmiş 6 ədəd, 3 ədəd qətifə 2-si işlənmiş, 1 ədədi təzə, 13 ədəd balınc üzü, 4 ədəd (skater) süfrə, 8 ədəd (prastinya) çarşaf 8 ədəd çay dəsmalı-2 ədədi işlənmiş-6 ədədi yeni, 1 ədəd hamam dəsti-TAC, 3 ədəd tək adamlıq yorğan mələfəsi, 1 ədəd təzə (prastinya) çarşaf, 8 ədəd yeni əl dəsmalı stol üçün, 3 ədəd tək döşək, 6 ədəd tək nəfərlik balınc, 6 ədəd oturma döşəkçəsi, 4 ədəd tək yorğan üzlükləri üstündə, 1 ədəd (spalni) yataq üçün yorğan, 3 ədəd mütəkkə, 1 ədəd 2 nəfərlik döşək, 1 ədəd pxovlu ǝdyal, 1 ədəd divan üzlüyünün ona məxsus evdən çıxarılaraq boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göygöl Rayon Məhkəməsinin 01 fevral 2024-cü il tarixli, 2(066)-122/2024 saylı qətnaməsi ilə (sədrlik edən hakim Ə.Kərimov) iddianın təmin edilməsi, Cavabdeh ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumunun alınaraq İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, Göygöl Rayon Məhkəməsinin 01 fevral 2024-cü il tarixli, 2(066)-122/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onunla iddiaçının oğlu X1 ilə aralarındakı nikah Yevlax Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli məhkəmə qətnaməsinə əsasən pozulmuşdur. Bundan sonra onlar bir dəfə qeyri-rəsmi barışmış və bir yerdə həmin evdə yaşamışlar, sonradan iddiaçının onların arasındakı münasibətlərə müdaxiləsi səbəbindən yenidən ayrılmışlar. Həmin vaxtlar ona qarşı heç bir əmlak iddiası qaldırılmamışdır. İndi isə, qətnamədən 4 il sonra ona qarşı əmlak iddiasının qaldırılmasını qanunsuz hesab edir. Belə ki, bu məsələlərdə iddia müddəti 3 ildir. Digər tərəfdən, o, həmin evə gəlin köçəndən sonra əri və onun maddi vəsaitləri hesabına həmin torpaq sahədəki ev genişləndirilmiş, ikinci və üçüncü otaqlar, əlavə aynəbənd tikilmişdir. Onun cehiz əşyaları da, sonradan tikilən otaqlarda olmuş, hal hazırda da, həmin otaqlardadır. Mübahisə predmeti olan əşyalar onun ərinə məxsus olan evdədir və həmin evin İddiaçılə heç bir əlaqəsi yoxdur. İddiaçı işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, göstərdi ki, o, 2003-cü ildə mübahisəli evə gəlin köçmüşdür. İddiaçının oğlu ilə boşanmışdır. 8 aydır ki, evdən çıxmış, hazırda anasının evində yaşayır. Məhkəmə qətnaməsinin qanunsuz hesab edir. Ona görə də, apellyasiya şikayətininm təmin edilməsini, Göygöl Rayon Məhkəməsinin 01 fevral 2024-cü il tarixli, 2(066)-122/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi, işdə iştirak edən şəxsi dinləyərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Göygöl Rayon Məhkəməsinin 01 fevral 2024-cü il tarixli, 2(066)-122/2024 saylı qətnaməsi ləğv edilməli və iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materialları ilə müəyyən edilir ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh məxsus cehiz əşyalarının ona məxsus evdən çıxarılaraq evin boşaldılması haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Göründüyü kimi, iddiaçı cavabdehə məxsus cehiz əşyalarının ona məxsus evdən çıxarılması tələbini ərizəsində göstərsə də, iddia ərizəsinə həmin cehiz əşyalarının qiymətləndirilməsi ilə bağlı qiymətləndirici və ya hər hansı mütəxəssis rəyini əlavə etməmiş, evdən çıxarılmasını tələb etdiyi əmlakın qarşısında onun dəyərin göstərməmiş, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında isə iştirak etməmişdir. Bu hal isə iddianın qiymətinin müəyyən edilməsini mümkünsüz etməklə, gələcəkdə hazırkı qətnamədən kassasiya şilkayətinin verilməsinin mümkünlüyü ilə bağlı iddianın qiymətinin müəyyən edilməsini qeyri-mümkün edir. Azərbaycan Respublikası MPM-nin: 384.0.5. birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1- 259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. 259.0. Məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır: 259.0.12. ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda. 260.4. İddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Göygöl Rayon Məhkəməsinin 01 fevral 2024-cü il tarixli, 2(066)-122/2024 saylı qətnaməsi ləğv edilməli və iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 384, 400 və 402ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Göygöl Rayon Məhkəməsinin 01 fevral 2024-cü il tarixli, 2(066)-122/2024 saylı qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı “cehiz əşyalarının çıxarılması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar