Məhkəmə qərarları › İş №2(104)-918/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-918/2025

04.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-918/2025 04.04.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “avtomobilin icarə münasibətlərindən yaranmış 16000 manat pul borcunun və avtomobilə vurulmuş ziyanın əvəzi olaraq 18000 manatın, cəmi 34000 manat məbləğdə pul vəsaitinin ödənilməsi tələbinə dair” mülki iş üzrə Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(040)-41/2025 saylı qətnaməsindən İddiaçı nümayəndəsi kimi (vəkil) Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü Gəncə Apellyasiya Məhkəməsinin binasında yoxlayaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən **-BC-*** dövlət qeydiyyat nişanlı “Shagman” markalı yük avtomobilindən 7 aylıq istifadəyə görə ona ödənilməli olduğu 21000 manat pulun ödənilməmiş 16000 manatını, istifadə müddətində avtomobilə vurduğu maddi ziyanın əvəzi kimi 18000 manat olmaqla, cəmi 34000 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(040)-41/2025 saylı qətnaməsi ilə (hakim H.Qəniyev) iddia rədd edilmişdir. Həmin qətnamədən İddiaçı nümayəndəsi kimi (vəkil) Nümayəndə apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamənin çıxarılmasını xahiş etmişdir. Lakin apellyasiya şikayətinin mümkünlüyü yoxlanılarkən məlum olmuşdur ki, həmin apellyasiya şikayəti verilərkən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələbinə riayət olunmamış, yəni apellyasiya şikayəti həmin Məcəllə ilə müəyyən edilmiş formada verilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 361.2-ci maddəsinə əsasən apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. Hazırki apellyasiya şikayətindən görünür ki, apellyasiya şikayəti xx.xx.2025-ci il tarixdə EMİS elektron məhkəmə sisteminə yüklənilmiş ancaq apellyasiya şikayətinə əlavə edilmiş oderdən görünür ki, order xx.xx.2024-cü il tarixdə verilmiş, hazırkı işə aidiyyəti olmamışdır. Belə ki, iş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli 2(104)-2003/2024 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh oğlunun cavabdeh İddiaçı qarşı pul tələbinə dair mülki iş üzrə İddiaçı nümayəndəsi kimi (vəkil) Nümayəndə iştirak etmiş və hazırda təqdim olunan order həmin işə aid olmuşdur. Göründüyü kimi hazırki apellyasiya şikayəti verilərkən vəkil Nümayəndə apellyasiya şikayətini imzalamaq səlahiyyəti olmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 363.1.1-ci maddəsinə əsasən apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. İş materillarından göründüyü kimi, birinci instansiya məhkəməsi həmin məhkəmənin xx.xx.2024-cü il tarixli 2(104)-2003/2024 saylı qətnaməsindən İddiaçı nümayəndəsi kimi (vəkil) Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətini həmin şikayətin Azərbaycan Respublikası MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlamadan baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Həmin Məcəllənin 366.3-cü maddəsinə əsasən apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, vəkil Nümayəndə apellyasiya şikayəti verilərkən imza etmək səlahiyyəti olmadığından onun Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(040)-41/2025 saylı qətnaməsindən verdiyi apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Beləliklə, Azərbaycan Respublikası MPM-in 69.2, 366-368, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(040)-41/2025 saylı qətnaməsindən İddiaçı nümayəndəsi kimi (vəkil) Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və geri qaytarılması üçün iş materialları ilə birlikdə Kəlbəcər Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar