Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-939/2023 03.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: müalicə xərci Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı X7, etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə Bunyat oğlu və cavabdeh X8 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı uşağın müalicəsi üçün əlavə xərc tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli 2(021)-2889/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 03 aprel 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Bərdə Regional “ASAN-Xidmət” Mərkəzində fəaliyyət göstərən Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 26 oktyabr 2015-ci il tarixli AZ-İİİ seriyalı 615137 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 29 avqust 2015-ci il tarixdə Bərdə rayonunda doğulmuş, atası Cavabdeh, anası İddiaçıdır.
2. Bərdə Regional “ASAN-Xidmət” Mərkəzində fəaliyyət göstərən Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 24 fevral 2017-ci il tarixli AZ-İİİ seriyalı 919826 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 27yanvar 2017-ci il tarixdə Bərdə rayonunda doğulmuş, atası Cavabdeh, anası İddiaçıdır.
3. Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 30 mart 2022-ci il tarixli, AZ-İ seriyalı 414289 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah pozulmuşdur.
4. Bərdə Rayon Məhkəməsinin 09 iyun 2021-ci il tarixli, 2(021)-1843/2021 nömrəli qətnaməsinin surətindən görünür ki, İddiaçı və Cavabdeh arasında xx.xx.2014-cü il tarixdə 27 nömrə ilə qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan 29 avqust 2015-ci il təvəllüdlü X6 və 27 yanvar 2017-ci il təvəllüdlü X3 İddiaçı himayəsində və yanında saxlanılması, 29 avqust 2015-ci il təvəllüdlü X6 və 27 yanvar 2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün cаvаbdeh Cavabdeh hər ay, hər uşağa 130 manat olmaqla, cəmi 260 manat məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir.
5. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik M.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanası tərəfindən verilmiş Ambulator xəstənin tibbi kartasından çıxarışdan görünür ki, X4 “soltərəfli sidiklik-sidik axarı reflüksu, İ dərəcə(Q62,7) Neyrogen sidik kisəsi (N 31,2) Reflüks-nefropatiya(N11) diaqnozu qoyulmuş, qeyd olunan diaqnozla əlaqədar xəstənin mütamadi olaraq müayinə olunması və müvafiq müalicə alınmasının zəruri olduğu qeyd edilmişdir.
6. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bərdə Rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən verilmiş 24 oktyabr 2022-ci il tarixli, 842 nömrəli məktubdan görünür ki, Mərkəzin təlimatçı-dezinfektoru İddiaçı aylıq 355,09 manat əmək haqqı alır.
7. Bərdə rayon icra və probasiya şöbəsinin 24 oktyabr 2022-ci il tarixli 148400/11 nömrəli məktubdan görünür ki, Cavabdeh 09 iyun 2021-ci il tarixli 2(021) 1843/2021 nömrəli icra sənədi üzrə 570 manat ödənilməmiş aliment borcu vardır.
8. Bərdə Regional “ASAN-Xidmət” Mərkəzində fəaliyyət göstərən Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 01 iyul 2022-ci il tarixli, AZ-İİ seriyalı 506722 nömrəli Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X10 arasında 01 iyul 2022-ci il tarixdə nikah bağlanmışdır.
9. Göygöl Rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş ultrasonqrafiya müayinəsindən görünür ki, Aqilə Əhmədova hal-hazırda hamilədir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı Cavabdeh qarşı uşağın müalicəsi üçün əlavə xərc tələbinə dair Bərdə Rayon Məhkəməsində iddia qaldıraraq, cavabdehdən birgə nikahlarından anadan olmuş 29 avqust 2015-ci il təvəllüdlü X1 müalicə xərci üçün hər ay 150 manat tutulması və mediasiya xərci olaraq ödənilmiş 51 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə aralarında 10 oktyabr 2014-cü il tarixdə qeydə alınmış nikah Bərdə Rayon Məhkəməsinin 09 iyun 2021-ci il tarixli, 2(021)-1843/2021 nömrəli qətnaməsi ilə pozulmuşdur. Həmçinin həmin qətnamə ilə birgə nikahlarından anadan olmuş 29 avqust 2015-ci il təvəllüdlü X6 və 27 yanvar 2017-ci il təvəllüdlü X11 onun himayəsində saxlanmışdır. Nurbanu Əhmədzadə bir neçə ildir xəstədir və müxtəlif səhiyyə ocaqlarında müalicə olunur. Ona görə də cavabdehdən müalicə mxərcinin tutlmasına ehtiyacı var.
12. Bərdə Rayon Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli 2(021)-2889/2022 nömrəli qətnaməsi ilə (hakim F.Babaşov) iddia tələbi qismən təmin edilərək, 29 avqust 2015-ci il təvəllüdlü X1 müayinə və müalicəsi ilə əlaqədar uşaq sağalana qədər hər ay 80 manat Cavabdeh tutularaq İddiaçı verilməsi; Ödənilmiş 51 manat məbləğində mediasiya xərci iddiaçının özünə aid edilməsi; İddia tələbi qalan hissədə təmin edilməməsi qət olunmuşdur.
13. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, tərəflərin birgə nikahından doğulmuş 29 avqust 2015-cı il təvəllüdlü X6 böyrək xəstəsi olmaqla daimi müalicə alır. Həmin müalicənin qeyri-müəyyən müddət davam edə biləcəyini, müalicə ilə bağlı bütün xərclərin iddiaçı tərəfindən qarşılandığını və cavabdehin həmin xərclərin ödənilməsinə cəlb edilməyəcəyi təqdirdə gələcəkdə uşağın müalicəsi ilə bağlı çəkiləcək bütün xərclərin iddiaçı tərəfindən ödəniləcəyini, iddiaçının həmin xərclərin ödənilməsində maddi cəhətdən çətinlik çəkdiyini bildirməsini, bu halın son nəticədə uşağın mənafeyinin pozulmasına gətirib çıxara biləcəyini, cavabdehin könüllü olaraq müalicə xərcinin ödənilməsində iştirak etməməsini, həmçinin tərəflərin maddi və ailə vəziyyətini, onların diqqətəlayiq olan digər maraqlarını nəzərə alaraq X1 müayinə və müalicəsi ilə əlaqədar uşaq sağalana qədər hər ay 80 manat Cavabdeh tutularaq İddiaçı verilməlidir.
14. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1, 75.4, 81.1, 81.2, 81.3 maddələri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 107, 119.1, 214, 217, 216-220, 233, 35, 360ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
15. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
16. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmadan qətnamə çıxarmışdır. Belə ki, məhkəmə qətnaməsi əsasında uşaqlarının saxlanılması üçün hər ay 260 manat aliment ödəyir. 29 avqust 2015-ci il təvəllüdlü Nurbanu adlı uşağının İddiaçı ilə birgə yaşadığı dövrdə səhhətində heç bir problem olmamamışdır. Hazırda ikinci dəfə ailə qurmuş və həmin nikahdan uşaqlarının anadan olması gözlənilir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X14 izahatında bildirmişdir ki, fərdi əməklə məşğul olur və ikinci dəfə ailə qurmuşdur. Uşağın müalicəsi ilə bağlı hər ay 40 manat ödəyə bilər. X2 məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, qətnamə mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilərək müəyyən olunmuş 80 manat alimentin miqdarının azalılaraq 40 manat müəyyən olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı X7 iddia ərizəsinin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, 400 manat əmək haqqı alır. Cavabdehin maddi vəziyyəti yaxşıdır. Lakin buna baxmayaraq uşağın xəstəliyi ilə bağlı müəyyən olunmuş 80 manat əlavə xərcin dəyişdirilərək 60 manat müəyyən olunması barədə yeni qətnamə çıxarılmasına etiraz etmir.
20. X5 etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə Bunyat oğlu da nümayəndəsi olduğu şəxslə eyni məzmunlu izahat verdikdən sonra məhkəmə kollegiyasından iş üzrə ədalətli qərar qəbul edilməsini xahiş etdi.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
21. Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
Azərbaycan Respublikasının Ailə Məcəlləsi
22. Maddə 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər.
23. Maddə 81.1. Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər.
24. Maddə 81.2. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur.
25. Maddə 81.3. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər.
“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu
26. Maddə 4. Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar.
27. Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır.
28. Maddə 8. Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosialhüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
29. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
32. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
33. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.3. qətnaməni dəyişdirə bilər;
34. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
35. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
36. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
37. Apellyasiya şikayətindən görünür ki, qətnamə iddianın qismən təmin olunması hissədə mübahisələndirilmişdir. İddianın təmin edilməməsi hissədə qətnamə mübahisələndirilmir. Ona görə də hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının mübahisələndirilən hissəsinin yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Cavabdeh 29 avqust 2015-ci il təvəllüdlü X1 müayinə və müalicəsi ilə əlaqədar tutulan 80 manat əlavə xərc dəyişdirilməlidir.
39. Bu qətnamənin 4 bəndlərində də qeyd olunduğu kimi tərəflər arasında olan nikah pozulduqdan sonra 29 avqust 2015-ci il təvəllüdlü Nurbanu adlı uşaq anası. İddiaçı yanında saxlanılmışdır 40.İddiaçı himayəsində olan 29 avqust 2015-ci il təvəllüdlü Nurbanu adlı uşağın mütamadi müalicəyə ehtiyacı olması əsası ilə məhkəmədə iddia qaldırmış, işə baxan birinci instansiya məhkəməsi də iddianı qismən təmin edərək adı qeyd olunan uşağın müayinə və müalicəsi ilə əlaqədar uşaq sağalana qədər hər ay 80 manat Cavabdeh tutularaq İddiaçı verilməsini qət etmişdir. 41.Cavabdeh apellyasiya şikayətində iddianın təmin olunması hissədə qətnamənin ləğv olunmasını xahiş etsədə, lakin apellyasiya icraatı zamanı müəyyən olunmuş 80 manat əlavə xərcin məbləğinin azaldılaraq 40 manat müəyyən olunmasını məhkəmədən xahiş etmişdir.
42. İddiaçı isə müəyyən olunmuş 80 manat əlavə xərcin azaldılaraq 60 manat müəyyən olunmasına etirazının olmadığını bildirmişdir. 43.Yuxarıda da qeyd olunduğu kimi ailə qanunvericiliyində uşaqlara görə valideyinlərdən əlavə xərcin tutulması nəzərdə tutulmuşdur və bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur.
44. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik M.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanası tərəfindən verilmiş Ambulator xəstənin tibbi kartasından çıxarışına əsasən 29 avqust 2015-ci il təvəllüdlü X4 “soltərəfli sidiklik-sidik axarı reflüksu, İ dərəcə (Q62,7) Neyrogen sidik kisəsi (N 31,2) Reflüksnefropatiya(N11) diaqnozu qoyulmuş, qeyd olunan diaqnozla əlaqədar xəstənin mütamadi olaraq müayinə olunması və müvafiq müalicə alınmasının zəruri olduğu qeyd edilmişdir. Qeyd olunanlardan belə nəticəyə gəlmək olur ki, Nurbanu adlı azyaşlı uşağın mütamadi olaraq müayinə və müalicəsi üçün əlavə xərc tələb olunur.
45. Kollegiya hesab edir ki, 29 avqust 2015-ci il təvəllüdlü X1 müayinə və müalicəsinə görə əlavə xərc müəyyən edilərkən İddiaçı, eləcədə Cavabdeh maddi və diqqətəlayiq olan digər halları nəzərə alınmalıdır. Belə ki, Cavabdeh fərdi əməklə məşğuldur, ikinci dəfə X13 ilə nikaha daxil olmuşdur. Göygöl Rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş ultrasonqrafiya müayinəsindən isə müəyyən olunur ki, Adilə Əhmədova hamilədir. İddiaçı isə Bərdə Rayon Gigiyena və Epidemiologiya Mərkəzində təlimatçı-dezinfektor işləyir, aylıq əmək haqqı 355,09 manat təşkil edir.
46. Yuxarıda qeyd olunanlara əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, 29 avqust 2015-ci il təvəllüdlü Nurbanu adlı uşağın sağalanadək müalicə və müayinəsi üçün Cavabdeh hər ay 80 manat əlavə xərcin tutulması hissədə qətnamə dəyişdirilməli, əlavə xərcin məbləği həmin hissədə 50 manat müəyyən olunmalıdır.
47. İşdən görünür ki, qətnamə mübahisələndirilən hissədə alimentin bir illik məcmusu 5000 manatdan azdır. Belə olan təqdirdə bu qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur.
48. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384.0.2, 392, 393, 402, 403, 404 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bərdə Rayon Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli 2(021)-2889/2022 nömrəli qətnaməsi mübahisələndirilən, yəni “29 avqust 2015-ci il təvəllüdlü X1 müayinə və müalicəsi ilə əlaqədar uşaq sağalana qədər hər ay 80 manat Cavabdeh tutularaq İddiaçı verilməsi” hissədə dəyişdirilsin. Həmin hissədə əlavə xərcin məbləği 50 manat müəyyən edilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən kassasiya şikayət verilə bilməz.