Məhkəmə qərarları › İş №2(104)-944/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-944/2025

17.06.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-944/2025 17.06.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri - X7 (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, İbrahimli Güləsər Rəhim qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə, Cavabdeh və onun nümayəndəsi (vəkil) Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs qarşı pul tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(125)-299/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(004)- 1240/2023 nömrəli qətnaməsindən görünür ki, iddiaçı X3 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Cavabdeh və X8 cəlb edilməklə cavabdeh Maraqlı şəxs qarşı “pul” tələbinə dair iddia qismən təmin edilmiş, cavabdeh Maraqlı şəxs 62000 ABŞ dolları (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla) məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 395,4 manat məbləğində pul vəsaiti iddiaçı X3 xeyrinə tutulması qət edilmişdir.

2. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(125)-1841/2024 nömrəli qətnaməsindən görünür ki, iddiaçı Maraqlı şəxs Cavabdeh qarşı pul tələbinə dair iddiası əsassız olduğundan təmin edilməmişdir.

3. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, işəgötürən "xxxx" MMC ilə işçi İddiaçı arasında bağlanmılmış əmək müqaviləsinə xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a bəndinə əsasən xitam verilmişdir.

4. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(125)-5854/2024 nömrəli qərardadından görünür ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Cavabdeh "xxxx" ASC-də olan **********6944-016306, **********944-16306, **********4944- 016306 və **********944-16306 nömrəli hesablarına, o cümlədən 54xxxxxxxxx286526 nömrəli debet kart hesabına xx.xx.2020-ci il tarixli F2012-2762 nömrəli qəbzlə 2762,0 manat, xx.xx.2022-ci il tarixli 1162 nömrəli qəbzlə 2000,0 manat, xx.xx.2022-ci il tarixli 9140 nömrəli qəbzlə 762,0 manat, xx.xx.2022-ci il tarixli 2349 nömrəli qəbzlə 2000,0 manat, xx.xx.2022-ci il tarixli 11091 nömrəli qəbzlə 762,0 manat, xx.xx.2022-ci il tarixli 15395 nömrəli qəbzlə 762,0 manat, xx.xx.2022-ci il tarixli 28635 nömrəli qəbzlə 2762,0 manat, xx.xx.2022-ci il tarixli 4132 nömrəli qəbzlə 2762,0 manat, xx.xx.2022-ci il tarixli 9318 nömrəli qəbzlə 2762,0 manat, xx.xx.2022-ci il tarixli 124004 nömrəli qəbzlə 2762 manat ödənilməsini təsdiq edən hesabdan çıxarışa dair məlumatların götürülməsi "xxxx" ASC-yə həvalə edilməsi qərara alınmışdır.

5. "xxxx" ASC tərəfindən Gəncə Şəhər Məhkəməsinə ünvanlanmış xx.xx.2025- ci il tarixli, RB02/137 nömrəli məktubdan görünür ki, Cavabdeh adına 540110xxxxxx286526 nömrəli "xxxx" ASC-yə məxsus plastik kart aşkar edilmiş, həmin plastik kart vasitəsilə aparılmış məhkəmə qərarında sadalanan əməliyyatlar aşkarlanmışdır, həmin əməliyyatlara dair təqdim olunması mümkün olan məlumatlar və aparılmış maliyyə əməliyyatlarına dair hesabdan çıxarış təqdim edilmişdir. Əlavə olaraq məhkəmə qərarında qeyd olunan hesablara bağlı kartlar müəyyən edilmiş və hesabdan çıxarışlar təqdim olunmuşdur.

6. xx.xx.2020-ci il tarixli F3012-2762 nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən Cavabdeh adına olan **********4944- 016306 hesab nömrəsinə 2762 manat, xx.xx.2022-ci il tarixli 1162 nömrəli qəbzdən görünür ki, 54********2865 nömrəli kartına 2000,0 manat, xx.xx.2022-ci il tarixli 9140 nömrəli qəbzdən görünür ki, 54********2865 nömrəli kartına 762 manat, xx.xx.2022-ci il tarixli 2349 nömrəli qəbzdən görünür ki, 54********2865 nömrəli kartına 2000,0 manat, xx.xx.2022-ci il tarixli 11091 nömrəli qəbzdən görünür ki, 54********2865 nömrəli kartına 762,0 manat, xx.xx.2022-ci il tarixli 15395 nömrəli qəbzdən görünür ki, 54********286526 nömrəli kartına 2762,0 manat, xx.xx.2022-ci il tarixli 28635 nömrəli qəbzdən görünür ki, 54********286526 nömrəli kartına 2762,0 manat, xx.xx.2022-ci il tarixli 4132 nömrəli qəbzdən görünür ki, 54********286526 nömrəli kartına 2762,0 manat, xx.xx.2022-ci il tarixli 9318 nömrəli qəbzdən görünür ki, 54********286526 nömrəli kartına 2762,0 manat, xx.xx.2022-ci il tarixli 124004 nömrəli qəbzdən görünür ki, 54********286526 nömrəli kartına 2762,0 manat ödənilmişdir.

7. "xxxx" ASC tərəfindən təqdim olunmuş, Cavabdeh adına olan 540110******286526 nömrəli kart üzrə aparılmış əməliyyatlar üzrə açıqlamadan görünür ki, Cavabdeh **********4944-016306 nömrəli hesabına 04 .07.2022-ci il tarixdə 2762 manat, xx.xx.2022ci il tarixdə 2762 manat,xx.xx.2022-ci il tarixdə 2762 manat, xx.xx.2022-ci il tarixdə 2762 manat, xx.xx.2022-ci il tarixdə 2762 manat,xx.xx.2022-ci il tarixdə 762 manat, xx.xx.2022ci il tarixdə 2000 manat, xx.xx.2022-ci il tarixdə 2000 manat, xx.xx.2022-ci il tarixdə 762 manat, xx.xx.2020-ci il tarixdə 50 manat, xx.xx.2020-ci il tarixdə 2762 manat ödənilmişdir.

8. Məhkəmə kollegiyasına təqdim edilmiş xx.xx.2018-ci il tarixli, 01 saylı borc müqaviləsinin surətindən görünür ki, X17 Əsgərova 55.000 (əlli beş min) ABŞ dolları borc pul vermişdir.

9. Məhkəmə kollegiyasına təqdim edilmiş xx.xx.2019-cu il tarixli, 02 saylı borc müqaviləsinin surətindən görünür ki, X17 Əsgərova 15.000 (on beş min) ABŞ dolları borc pul vermişdir.

10. Məhkəmə kollegiyası tərəfindən X9, Maraqlı şəxs və X8 arasında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan e-2(004)-1240/2023 saylı mülki işi üzrə bağlanmış xx.xx.2023-cü il tarixli, Barışıq Sazişi tədqiq edilərək, surəti iş materiallarına əlavə edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı Cavabdeh və Maraqlı şəxs qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 20625 manat (20096 manat əsas, 153 manat dövlət rüsumu və 376 manat vəkil xidmət haqqı) pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində müxtəlif vəzifələrdə çalışmışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Maraqlı şəxs X2 xx.xx.2018-ci il tarixli borc müqaviləsi üzrə 55.000 ABŞ dolları və xx.xx.2019-cu il tarixli borc müqaviləsi üzrə 65.000 ABŞ dolları olmaqla borc almışdır. Həmin borc müqaviləsi üzrə ödənişlər tərəflərin şifahi razılaşmasına əsasən Cavabdeh adına ödənilmişdir. Ödənişləri şirkətin işçiləri olan hazırkı iddiaçılar müxtəlif vaxtlarda ödəmişdirlər. X9 tərəflər arasında olan şifahi razılaşmanı (Cavabdeh adına ödənişlər edilməsi) ödənişlər qurtardıqdan sonra nəzərə almayaraq Maraqlı şəxs qarşı Yasamal Rayon Məhkəməsində iddia qaldırmışdır. Məhkəməyə şifahi razılaşma ilə bağlı hər hansı bir sənəd təqdim edilmədiyindən, tərəflərin bir-birinə olan etimadı, vicdani davranışı da, məhkəmə tərəfindən nəzərə alınmayaraq, iddia tələbi Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(004)-1240/2023 saylı qətnaməsi ilə qismən təmin edilərək, Maraqlı şəxs 62000 ABŞ dolları tutularaq X4 ödənilməsi qət edilmişdir. Bundan sonra "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Maraqlı şəxs Gəncə Şəhər Məhkəməsində Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 83067 ABŞ dolları (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla) məbləğində borc və 432 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə həmin pulun Maraqlı şəxs birbaşa özü tərəfindən Cavabdeh hesabına mədaxil edilmədiyindən, iddia tələbi təmin edilməmişdir. Yuxarıda da, qeyd edildiyi kimi həmin vəsaitlər hazırkı iş üzrə Cavabdeh hesabına hazırkı iddiaçılar tərəfindən ödənilmişdir. Həmin pulları iddiaçılar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin kassasından götürərək Cavabdeh hesabına köçürmüşdürlər. Hazırda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti həmin vəsaiti hazırkı iş üzrə iddiaçılardan tələb edir. İddiaçı da, Maraqlı şəxs bir il vaxt alaraq məhkəmə qaydasında Cavabdeh həmin vəsaiti tələb etməyi qərarlaşdırmışdır. İddiaçının Cavabdeh hesabına mədaxil etdiyi vəsait aşağıdakı kimidir. İddiaçı xx.xx.2023 tarixədək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus mağazaların birində inzibatçı müavin vəzifəsində çalışmışdır. Çalışdığı müddətdə onun tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən götürərək Cavabdeh ümumilikdə 20096 manat olmaqla, o cümlədən 1. xx.xx.2020-ci il tarixli F2012-2762 nömrəli qəbzlə 2762 manat, 2. xx.xx.2022-ci il tarixli 1162 nömrəli qəbzlə 2000 manat, 3. xx.xx.2022-ci il tarixli 9140 nömrəli qəbzlə 762 manat,

4. xx.xx.2022-ci il tarixli 2349 nömrəli qəbzlə 2000 manat, 5. xx.xx.2022-ci il tarixli 11091 nömrəli qəbzlə 762 manat, 6. xx.xx.2022-ci il tarixli 15395 nömrəli qəbzlə 762 manat, 7. xx.xx.2022-ci il tarixli 28635 nömrəli qəbzlə 2762 manat, 8. xx.xx.2022-ci il tarixli 4132 nömrəli qəbzlə 2762 manat, 9. xx.xx.2022-ci il tarixli 9318 nömrəli qəbzlə 2762 manat, 10. xx.xx.2022-ci il tarixli 124004 nömrəli qəbzlə 2762 manat vəsait ödənilmişdir. 5. İddiaçı da 527 manat əlavə (151 manat dövlət rüsumu, 376 manat vəkil xidmət haqqı üçün) xərc çəkmişdir. Həmin xərclər də qanunvericiliyin tələbinə əsasən cavabdehdən tutulmalı və iddiaçılara ödənilməlidir.

13. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(125)-299/2025 saylı qətnaməsi ilə (hakim Cavid Tağıyev) iddianın təmin edilməsi, Cavabdeh 20096 manat pul, 367 manat hüquqi yardıma görə ödənilmiş xərc və dövlət rüsumunun əvəzi 153 manat tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

14. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının cavabdehin hesabına tələb olunan 20.096 manat məbləğində pulun köçürülməsi sübuta yetirilmişdir, cavabdeh tərəf də, həmin məbləğdə pulun onun hesabına köçürülməsini mübahisələndirməmişdir. Ona görə də, məhkəmə hesab etmişdir ki, cavabdehin həmin pulu özündə saxlamasının hüquqi əsası olmamışdır. Cavabdeh tərəfin həmin pulun müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs ilə cavabdeh arasında olan borc müqaviləsinə görə ödənilməsi barədə göstərdiyi dəlillərlə bağlı məhkəmə qeyd etmişdir ki, hər bir halda ödənilən məbləğlər iddiaçının adından ödənilmişdir və borc müqaviləsi də, cavabdehlə Maraqlı şəxs arasında bağlanmışdır. Eyni zamanda Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2023 tarixli, e-2(004)-1240/2023 nömrəli qətnaməsindən görünür ki, X3 Maraqlı şəxs qarşı pul tələbinə dair iddiası üzrə işə baxılarkən cavabdehin hesabına ödənilən pulun X4 olan borca görə ödənildiyi mübahisələndirilmişdir.

15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 777- 779, 439 və 1091-1092-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

16. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(125)-299/2025 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Gəncə Şəhər Məhkəməsi tamamilə yanlış bir nəticəyə gəlmişdir. Belə ki, İddiaçı tapşırığı icra edən şəxs kimi üçüncü şəxs Əsgərovun Əhədin tapşırığını tam şəkildə icra etmiş, sonuncunun borc pullarını kreditor Cavabdeh ödəmişdir, yəni tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən vicdanla etməməsi hərəkətlərinə yol verməmişdir, ona görə ki, İddiaçı məhkəməyə təqdim etdiyi və mülki işə əlavə olunmuş 10 ədəd qəbzlərdən görünür ki, qəbzlərdən yalnız 1-i "xxxx" ASC-nin Yasamal filialından xx.xx.2020-ci il tarixdə Cavabdeh hesabına 2762 manat pul hesaba mədaxil edilmiş və ödəyən şəxs İddiaçı qeyd olunmuşdur. Ödənişin təyinatı hesaba mədaxil kimi qeyd olunmuşdur. Digər 9 ədəd ödəniş qəbzləri “E-MANAT” ödəniş terminalı vasitəsilə edilmiş ödənişlərin qəbzləridir, həmin qəbzlərdə ödəyici kimi İddiaçı adı qeyd olunmamışdır, yəni ki, xx.xx.2022-ci il tarixli 1162 nömrəli qəbzdə, xx.xx.2022-ci il tarixli 9140 nömrəli qəbzdə, xx.xx.2022-ci il tarixli 2349 nömrəli qəbzdə, xx.xx.2022-ci il tarixli 11091 nömrəli qəbzdə, xx.xx.2022-ci il tarixli 15395 nömrəli qəbzdə, xx.xx.2022-ci il tarixli 28635 nömrəli qəbzdə, xx.xx.2022-ci il tarixli 4132 nömrəli qəbzdə, xx.xx.2022-ci il tarixli 9318 nömrəli qəbzdə, xx.xx.2022-ci il tarixli 124004 nömrəli qəbzdə ödəyən şəxsin (şəxslərin) kimliyi bilinmir. Ona görə də, ödəniş qəbzlərində ödəyənin İddiaçı olduğu görünmədiyi halda birinci instansiya məhkəməsi həmin ödənişlərin İddiaçı adından ödənilməsi və İddiaçı tərəfindən tapşırığı vicdansızcasına icra etməsi barədə gəldiyi fikir tamamilə yanlışdır. Belə olan halda ödəniş qəbzlərində ödəyənlərin kimliyi bilinmədiyi halda necə ola bilər ki, üçüncü şəxs Maraqlı şəxs tapşırığı icra edən İddiaçı bildirsin ki, ödənişlər onun adından deyil İddiaçı adından edilibdir? Bunlar üçüncü şəxs Maraqlı şəxs və İddiaçı qarşılıqlı şəkildə razılaşdırılmış yalan və uydurmalarıdır. Birinci instansiya məhkəməsi bu məsələni araşdırmamış, yalanları öz qətnaməsində əks etdirmişdir. Belə ki, birinci instansiya məhkəməsi görməmişdir ki, həmin qəbzlərdə İddiaçı adı yoxdur. Məhkəmənin bu mövqeyi işdə olan qəbzlərlə tam şəkildə təkzib edilir. Bundan başqa, qeyd etməliyik ki, ümumiyyətlə sözü gedən “E-MANAT” ödəniş terminalı vasitəsilə edilən ödənişlərin İddiaçı tərəfindən ödənilməsinə dair İddiaçı məhkəməyə hər hansı sübut təqdim etməmişdir, çünki həmin qəbzlərdə ödəyən şəxsin İddiaçı olması görünmür. Bunu sübut etmək vəzifəsi iddiaçı tərəfin üzərinə düşür, lakin İddiaçı (vəkili və nümayəndəsi) həmin ödənişlərin İddiaçı tərəfindən həyata keçirilməsi barədə məhkəməyə hər hansı sübut təqdim etməmişlər. Qeyd olunan pul vəsaitlərinin İddiaçı tərəfindən “E-MANAT” Ödəniş terminalından ödənilməsi həmçinin ona görə, inandırıcı deyildir ki, İddiaçı 2019-cu ilin 21 iyun tarixindən "xxxx" MMC-dən işdən çıxarılmışdır. Necə ola bilər ki, işdən çıxarılmış və MMC-nin işçisi olmayan şəxsə MMC pul vəsaitlərini etibar edir və işçi olmayan İddiaçı həmin pulları Cavabdeh adına köçürür? Bu məsələləri birinci instansiya məhkəməsi işin faktiki halları kimi aydınlaşdırmamışdır. Bundan əlavə üçüncü şəxs Maraqlı şəxs məhkəməyə ünvanladığı ərizəsində İddiaçı Cavabdeh ödədiyi pulları Maraqlı şəxs adından ödəmədiyini və ona görə də, ödənilən pulları İddiaçı tələb etdiyini bildirmişdir. Lakin İddiaçı (nümayəndəsi və vəkili vasitəsilə) məhkəmədə verdiyi izahatında bildirmişdir ki, üçüncü şəxs Maraqlı şəxs ona demişdir ki, “Pulu vermişəm ki, müəssisənin adından ödə, ancaq öz adından ödəyibsən. ”Deməli, İddiaçıla üçüncü şəxs Maraqlı şəxs məhkəmədə verdikləri izahatları bir-birinə ziddir. Üçüncü şəxs Maraqlı şəxs deyir ki, İddiaçı pulu "xxxx" MMC-nin adından ödəməli idi, İddiaçı deyir ki, pul üçüncü şəxs Maraqlı şəxs adından ödənilməli idi. Bunların hər ikisinin yalanları buradan görünür. Əslində İddiaçı Cavabdeh ödədiyi pullar üçüncü şəxs Maraqlı şəxs Cavabdeh olan xx.xx.2018-ci il tarixli kredit müqavilələri üzrə Maraqlı şəxs Cavabdeh olan borcunun ödənişləridir. Belə ki, mülki işin materiallarına əlavə edilmiş 2 ədəd xx.xx.2018-ci il tarixli kredit müqavilələrindən görünür ki, hər iki kredit müqaviləsi bu iş üzrə üçüncü şəxs Maraqlı şəxs ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixdə bağlanmış 15.000 ABŞ dolları və 55.000 ABŞ dolları pul borcunun Cavabdeh tərəfindən Maraqlı şəxs borc verilməsinə dair borc müqavilələridir. Üçüncü şəxs Maraqlı şəxs İddiaçı vasitəsilə Cavabdeh ödədiyi pullar onun Cavabdeh olan müqavilələr üzrə borclarının ödənişidir. Hazırki mülki iş üzrə üçüncü şəxs Maraqlı şəxs Cavabdehlə bağladığı xx.xx.2018-ci il tarixli 2 ədəd kredit müqaviləsini inkar etməmişdir və mübahisələndirməmişdir. Eyni zamanda üçüncü şəxs Maraqlı şəxs Todiq oğlunun Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə Gəncə şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(125)-1841/2024 saylı qətnaməsindən (qətnamənin 3-cü səhifəsində) müəyyən olunur ki, Maraqlı şəxs məhkəmədə Cavabdehlə aralarında borc müqaviləsinin olduğunu və Cavabdeh 15.000 ABŞ dolları borc aldığını etiraf etmişdir. Bununla yanaşı hazırki mülki mübahisədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində iştirak edən Maraqlı şəxs onunla Cavabdeh arasında xx.xx.2018-ci il tarixdə imzalanmış digər kredit müqaviləsi – 55.000 (əlli beş min) ABŞ dolları borc alması barədə müqaviləni inkar etməmiş, onu mübahisələndirməmişdir, onu qəbul etmişdir. Hazırki mülki mübahisədə Mülki Məcəllənin 779.2-ci maddəsində qeyd olunan hallar yoxdur. Ona görə də, vəkalət verən üçüncü şəxs Maraqlı şəxs borc müqaviləsinə əsasən borclu olduğu pulun kreditor Cavabdeh hesabına ödəməsi barədə vəkalət alan-İddiaçı verdiyi tapşırığın icrasında vicda icra edilməməsi halları olmamışdır. Üçüncü şəxs Maraqlı şəxs İddiaçı tapşırmışdır ki, pulu Cavabdeh bank hesabına ödəsin və İddiaçı tapşırığı tam şəkildə icra etmiş, özgəsinin pulunu tam məbləğdə Cavabdeh hesabına köçürmüşdür, bankın mədaxil qəbzində ödəyən qismində imza etmiş və onun soyadı yazılmışdır. Mülki qanunvericiliyin tələbinə görə, şifahi və ya yazılı müqavilə üzrə tapşırığı həyata keçirməyi öhdəsinə götürmüş vəkalət alan konkret nəticə əldə olunmasına təminat vermir. Tapşırığın icrası üçün lazım olan bütün hərəkətləri vicdanla həyata keçirmiş vəkalət alan istənilən nəticəni əldə etməsə belə müqavilə üzrə öz borcunu yerinə yetirmiş sayılır. İşin faktiki hallarından görünür ki, tapşırığı icra edən vəkalət alan tapşırıq müqaviləsi üzrə tapşırıq öhdəlyini tam şəkildə yerinə yetirmişdir. Tapşırığı icra edən zaman vəkalət alan İddiaçı vəkalət verənə məxsus pulu hər hansı şəxsə ödəyərək tapşırığı tam şəkildə icra etdiyi halda həmin pulu geri tələb etmək hüququ yoxdur. Ona görə də, hazırki mübahisədə İddiaçı ödənilən pulu tələb etməklə bağlı subyekriv hüququ yoxdur, onun iddiası təmin edilə bilməzdi. Lakin, birinci instansiya məhkəməsi bu hüquqi məsələləri aydınlaşdırmadan, iddiaçı ilə cavabdeh arasında yaranmış mülki mübahisəyə Müllki Məcəllənin tələbləri baxımından düzgün hüquqi qiymət verməmiş, eyni zamanda iddiaçı ilə üçüncü şəxs arasında olan tapşırıq öhdəliyi üzrə yaranan hüquq münasibətlərini düzgün qiymətləndirməmişdir, bununla da İddiaçı iddiasını qanunsuz şəkildə təmin etmişdir. Mülki işin materiallarından göründüyü kimi, eyni zamanda birinci instansiya məhkəməsinin qətnaməsində qeyd olunduğu kimi İddiaçı Cavabdeh bank hesabına köçürdüyü 20.096 manat məbləğində pul üçüncü şəxs Maraqlı şəxs Cavabdehlə aralarında imzalanmış kredit müqavilələrinə əsasən ödənilmiş puldur. Yəni həmin pul öhdəlikdən kənar deyil, məhz borc öhdəliyinə əsasən ödənilmiş puldur. Hətta hesab edisə ki, həmin pul Ələmdar Həsənova verilməsi üçün Cavabdeh ödənilmiş puldur, yenə də Ələmdar Həsənovla üçüncü şəxs Maraqlı şəxs arasında bağlanmış kredit müqaviləsinə əsasən Maraqlı şəxs tapşırığı icra edən vəkalət alan İddiaçı tərəfindən köçürülən borc öhdəliyidir. Burada öhdəlikdən kənar ödəmə yoxdur. Çünki İddiaçı heç vaxt Cavabdeh tanımamışdır və heç nədən olmaz kimi ona pul ödəməmişdir, iddiaçı tərəf və üçüncü şəxs də etiraf edir ki, Cavabdeh adına köçürülmüş pul borc öhdəliyinin icrasıdır. Borc öhdəliyi də, tərəflər arasında imzalanmış kredit müqaviləsindən yaranmışdır. Ona görə də, burada əsassız varlanmadan söhbət gedə bilməz. Çünki İddiaçı tərəfindən Cavabdeh köçürülənpullar öhdəlikdən kənar ödənilmiş pullar deyildir. İddiaçının cavabdehə ödədiyi pulların müqavilə əsası vardır, həmin müqavilə tərəflər arasında bağlanmış kredit müqavilələridir. Məhkəmə Mülki Məcəllənin 439.4-cü, 1091.1, 1091.2 və 1092.1-ci maddələrini düzgün tətbiq etməmişdir. Eyni zamanda bir məsələni də qeyd etməliyik ki, Mülki Məcəllənin 1092.1-ci maddəsi yalnız pul (əmlak) sahibinin, mülkiyyətçisinin öz pulundan (əmlakından) məhrum olunduğu halda qaytarılmalıdır. Hazırki mübahisədə İddiaçı heç bir puldan (əmlakdan) məhrum olmamışdır, çünki onun köçürdüyü pullar ona məxsus deyildir, üçüncü şəxs Maraqlı şəxs puludur və iddiaçının həmin pulu cavabdehdən qaytarılması üçün tələb etmə hüququ yoxdur. Məhkəmə qətnamə qəbul edərkən mülki işdə olan sübutları düzgün qiymətləndirməmişdir. İddiaçının təqdim etdiyi “E-MANAT” ödəniş terminalı vasitəsilə olan 9 ədəd ödəniş qəbzlərin üzərində pulu ödəyənin kimliyi bilinmədiyindən, həmin ödənişlərin İddiaçı və ya başqa bir şəxs tərəfindən icra edilməsi sübut olunmadığı halda məhkəmə həmin sübutları düzgün qiymətləndirməmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edən zaman məhkəmə Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin tələblərini pozmuşdur. Azərbaycan Respublikası MPMnin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(004)-1240/2023 nömrəli qətnaməsi ilə, həmçinin Gəncə şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(125)-1841/2024 saylı qətnaməsi ilə Maraqlı şəxs X4 verilməsi məqsədilə Cavabdeh üçüncü şəxslərin vasitəsilə göndərdiyi pullar X4 edilən ödəniş olduğu sübut edilməmişdir. Yəni, bu iş üzrə üçüncü şəxs Maraqlı şəxs İddiaçı vasitəsilə Cavabdeh ödədiyi pulların X4 göndərdiyi pulların olmadığı sübut edilmişdir. Bununla tam sübut olunur ki, üçüncü şəxs Maraqlı şəxs şifahi tapşırıq müqaviləsinə əsasən vəkalət verən qismində tapşırığı icra edən vəkalət alan -bu iş üzrə İddiaçı vasitəsilə Cavabdeh hesabına ödənilən pullar üçüncü şəxs Maraqlı şəxs Cavabdehlə imzaladığı xx.xx.2018-ci il tarixli kredit müqavilələri üzrə pul öhdəliyinin icra edilməsidir, yəni Cavabdeh olan borcunun ödəniş pullarıdır. Ona görə də, Maraqlı şəxs İddiaçı vasitəsilə Cavabdeh ödədiyi pul vəsaitləri Ələmdar Həsənova olan borcunun ödənilməsi kimi qiymətləndirilə bilməz və buna görə hazırki iddia tələbi əsaslı olmadığına görə təmin edilə bilməz. Bundan əlavə hazırki apellyasiya şikayəti ilə mübahisələndirilən Gəncə şəhər Məhkəməsininxx.xx.2025-ci il tarixli, e-2(125)-299/2025 saylı qətnaməsində məhkəmə üçüncü şəxs Maraqlı şəxs ilə Cavabdeh arasında 15.000 ABŞ dolları və 55.000 ABŞ dolları borc münasibətlərinin olmasını və İddiaçı ödədiyi pulların məhz Maraqlı şəxs Cavabdeholan borcunun ödənişləri olmasını qəbul etdiyi halda və üçüncü şəxs Maraqlı şəxs Cavabdehlə aralarında yuxarıda qeyd olunan 2 ədəd xx.xx.2018-ci il tarixli kredit müqavilələrini inkar etmədiyi halda necə ola bilər ki, üçüncü şəxs Maraqlı şəxs tapşırığı ilə vəkalət alan İddiaçı tərəfindən Cavabdeh ödənilmiş pul vəsaitləri başqa bir şəxs X5 verilməsi üçün Cavabdeh ödənilsin. Bu inandırıcı və ağlabatan deyildir! Ona görə ki, mülki işin materiallarına əlavə edilmiş, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(004)-1240/2023 saylı qətnaməsi ilə tam sübut olunur ki, bu iş üzrə üçüncü şəxs Maraqlı şəxs 03 may 2023-cü il tarixdə X9 ilə “Barışıq sazişi” imzalamış və “Barışıq sazişi”nə əsasən, Maraqlı şəxs X9 ilə aralarında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilə üzrə Həsənov Ələmdara cəmi 62.000 ABŞ dolları məbləğində borcu olduğunu etiraf etmiş, X1 Əhəd Tofiq oğlu ilə aralarında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilə üzrə Maraqlı şəxs cəmi 62.000 ABŞ dolları məbləğində borcu olduğunu qəbul etmiş və tərəflər həmin borcun ümumilikdə 31 ay müddətinə olmaqla, hissə-hissə ödənilməsi barədə razılığa gəlmişlər. Buradan belə bir sual yaranır- əgər Maraqlı şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi İddiaçı Cavabdeh köçürdüyü pulları Ələmdar Həsənova ödənilməsi üçün köçürüldüyünü və ona borcu olmadığını iddia edirsə, onda nə üçün Maraqlı şəxs Ələmdar Həsənova pulları ödədiyi halda xx.xx.2023-cü il tarixdə yuxarıda qeyd olunan “Barışıq sazişi”ni Ələmdar Həsənovla imzalamış və ona olan 62.000 ABŞ dolları borcunu etiraf etmiş və 31 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür? Bu onu deməyə əsas verir ki, İddiaçı vəkalət alan qismində vəkalət verən Maraqlı şəxs tapşırığını tam şəkildə icra edərək Cavabdeh ödədiyi pullar borclu Maraqlı şəxs kreditor Cavabdehlə aralarında olan kredit müqaviləsi üzrə 55.000 və 15.000 ABŞ dolları borcların ödənişidir, həmin pullar Ələmdar Həsənova verilməsi üçün Cavabdeh ödənilməmişdir. Odur ki, şifahi tapşırıq müqaviləsinə əsasən tapşırığı icra etmiş vəkalət alan- İddiaçı köçürülən pulları kreditor Cavabdeh tələb edə bilməz, çünki həmin pullar Cavabdeh pullarıdır. Həmçinin, ona görə tələb edə bilməz ki, tapşırığı icra edən vəkalət alan-İddiaçı üçüncü şəxs Maraqlı şəxs Cavabdeh olan borc öhdəliyini Maraqlı şəxs tapşırığı ilə sonuncunun vəsaiti hesabına icra etmişdir, tapşırığı öhdəliyini şəxsən özü icra etməli idi və etmişdir. Mülki Məcəllənin 780.1-ci maddəsində nəzərdə tutulmuş hallar mövcud olmamışdır. Eyni zamanda bankda pulu cavabdehin hesabına mədaxil edən zaman mədaxil qəbzində üçüncü şəxs Maraqlı şəxs adını qeyd etmək mümkün deyildir, çünki pulu mədaxil edən şəxs mədaxil qəbzinə şəxsən imza etməlidir, qəbzdə üçüncü şəxsin-Maraqlı şəxs adının qeyd oluna bilməz, pulu ödəyənin imzası olmalı və adı qeyd olunmalıdır. Odur ki, məhkəmənin qətnaməsində qeyd etdikləri mümkün olmayan hallardır. Birinci instansiya məhkəməsi bu mübahisənin həlli üçün mühüm əhəmiyyəti olan bu faktiki halları aydınlaşdırmadan səhv nəticəyə gəlmişdir, qətnaməsində Mülki Məcəllənin 779.1-ci maddəsini düzgün tətbiq etməmişdir. Ona görə də, Gəncə şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi tamamilə ləğv edilməlidir, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Mülki işin materiallarına əlavə edilmiş ödəniş qəbzlərində olan pul vəsaitlərinin Cavabdeh İddiaçı tərəfindən ödənilməsi sübut edilməmişdir. Çünki ödəniş tarixinə İddiaçı üçüncü şəxs Maraqlı şəxs rəhbəri olduğu "xxxx" MMCnin işçisi olmamışdır, həmçinin həmin 9 ədəd qəbzlərdə ödəyənin İddiaçı olduğu müəyyən olunmur. Mülki iş üzrə üçüncü şəxs Maraqlı şəxs tapşırığı ilə İddiaçı Cavabdeh göndərdiyi pulların ödənilməsinin qanuni (müqavilə) əsası vardır. Tərəfindən məhkəməyə üçüncü şəxs Maraqlı şəxs ilə Cavabdeh arasında bağlanmış 55.000 (əlli beş min) ABŞ dolları və 15.000 ABŞ dolları pulun Maraqlı şəxs borc verilməsinə dair xx.xx.2018-ci il tarixli 2 ədəd kredit müqaviləsi təqdim olunmuşdur. Cavabdeh iddia edir ki, həmin müqavilələr üzrə borclu Maraqlı şəxs ona olan borcunu müxtəlif şəxslər vasitəsilə ödəmişdir. Lakin bu vaxta qədər müəyyən borcu qalmışdır. Cavabdeh başqa şəxslər tərəfindən köçürülən pullar Həsənov Ələmdara göndərilən pullar deyildir, həmin ödənişlər Maraqlı şəxs özünün Cavabdeh olan borcunun ödənişləridir. Bu hal həmçinin qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə də sübut olunur. Bu barədə apellyasiya şikayətində qeyd etmişik. İddiaçı Cavabdeh göndərdiyi pulun yalnız bir təyinatı var, o, da üçüncü şəxs Maraqlı şəxs Cavabdeh kredit müqavilələri ilə olan pul borcunun ödənişi. Odur ki, yuxarıda qeyd etdiyi kimi, İddiaçı Cavabdeh ödənilmiş pulların İddiaçı deyil, Maraqlı şəxs Cavabdeh olan borcunun ödənişi olduğundan həmin pulların İddiaçı tərəfindən geri tələb edilməsinə dair İddiaçı subyektiv hüququ yoxdur və həmin pulların geri tələb edilməsi qanunsuz və əsassız olduğundan məhkəmə tərəfindən rədd edilməlidir. Məhkəməyə tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə də verilmişdir, birinci instansiya məhkəməsi pul tələbi ilə bağlı iddia müddətinin ötürüldüyünü nəzərə almamışdır. Eyni zamanda Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildəşərh edilməsinə dair 02 aprel 2021-ci il tarixli Qərarında qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Bundan başqa, məhkəməyə onlar tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə də verilmişdir, birinci instansiya məhkəməsi pul tələbi ilə bağlı iddia müddətinin ötürüldüyünü nəzərə almamışdır. Eyni zamanda Az.Resp. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, eyni məzmunlu izahat vermiş və apellyasiya şikayətininin təmin edilməsini xahiş etmişdir.

20. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi (vəkil) Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, eyni məzmunlu izahat vermiş və apellyasiya şikayətininin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, bu tərəflər arasında iki məhkəmə prosesi olmuşdur. Ələmdar Əhədi məhkəməyə vermişdir, həmin işdə iddia tələbi təmin edilmişdir. Əhəd isə Fərqana qarşı iddia ilə məhkəməyə müraciət etmişdir. Hazırki iddia tələbində Söhrabın subyektiv hüququ yoxdur.

21. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, iş üzrə 2 qətnamə mövcuddur. İddiaçı Optimalda 2023-cü ilə qədər işləyib. Söhrab və Esmira Fərqana qarşı iddia qaldırmışdır. Esmira iddianı ərinin varisi kimi qaldırmışdır. Qəbzlərə baxılsa ödənişlərin eyni tarixdə olduqları müəyyən olunar. Fərqana pul ödənilməsi ilə bağlı sorğuya cavab vardır. Maraqlı şəxs pulu Fərqana ödəməyi tapşırmışdır.Söhrab da, pulu Fərqana ödəmişdir. Fərqan da, pulu Ələmdara ödəməli idi. Tapşırığı düzgün yerinə yetirmişdir. Əhədin Fərqana borcu yoxdur. Cavabdehin vəkilinin suallarına cavab olaraq bildirmişdir ki, tapşırığı icra edən şəxs görünür düz icra etməyib, çünki Əhədin pul ödəməsi öz təsdiqini tapmamışdır.

22. İş üzrə Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə bildirişi ilə ona hüquq və vəzifələri izah edilmiş, məhkəmə iclasına gəlməyəcəyi təqdirdə işə onun iştirakı olmadan baxılmasının mümkün olduğu bildirilmişdir. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

23. Azərbaycan Respublikasının Konstitusiyanın 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

Azərbaycan Respublikası Mülki Məcəlləsi:

24. 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

25. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

26. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

27. 739.1-ci maddəsinə (mübahisəli hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olan redaksiyasına) əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

28. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

29. Maddə 742.1. Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir.

30. Maddə 742.2. Əgər borc müqaviləsində borcun qaytarılması üçün müddət müəyyən edilməmişdirsə, borcverən borcun qaytarılmasını istənilən vaxt tələb edə bilər. Borcverənin icra tələbini almış borcalan bir ay müddətində borcu qaytarmalı, habelə faizləri və (və ya) haqları ödəməlidir, bu şərtlə ki, tərəflərin razılaşması ilə daha uzun müddət nəzərdə tutulmasın.

31. Maddə 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:

32. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

35. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

36. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

37. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.

38. Maddə 384.0.2. Apellyasiya instansiyası qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

39. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

40. Maddə 389. Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir.

41. Maddə 390. Məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.

Apellyasiya baxışının hədləri

42. MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

43. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

44. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

45. Hazırkı apellyasiya şikayətində qətnamə cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

46. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, tərəflərin izahatlarını dinləyib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(125)-299/2025 saylı qətnaməsi tamamilə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir.

47. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan, məhkəmə kollegiyası qeyd edir ki, işin mübahisəsiz tərəfidir ki, İddiaçı üçüncü şəxs Maraqlı şəxs tapşırığı ilə Cavabdeh hesabına tələb olunan 20.096 manat məbləğində pul köçürmüşdür. Bu hal iş materialları və təqdim edilmiş sübutlar ilə tam sübuta yetirilmişdir. Cavabdeh tərəf də həmin məbləğdə pulun onun hesabına köçürülməsini qəbul etmiş və mübahisələndirməmişdir.

48. Apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edən məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, Maraqlı şəxs ilə Cavabdeh arasında bağlanmış 55.000 (əlli beş min) ABŞ dolları və 15.000 ABŞ dolları pulun Maraqlı şəxs borc verilməsinə dair xx.xx.2018-ci il tarixli 2 ədəd kredit müqaviləsi təqdim olunmuşdur. Cavabdeh iddia edir ki, həmin müqavilələr üzrə borclu Maraqlı şəxs ona olan borcunu müxtəlif şəxslər vasitəsilə ödəmişdir. Lakin bu vaxta qədər müəyyən borcu qalmışdır. Cavabdeh başqa şəxslər tərəfindən köçürülən pullar Həsənov Ələmdara göndərilən pullar deyildir, həmin ödənişlər Maraqlı şəxs özünün Cavabdeh olan borcunun ödənişləridir. Bu hal həmçinin qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə də sübut olunur. İddiaçı Cavabdeh göndərdiyi pulun yalnız bir təyinatı var, o, da üçüncü şəxs Maraqlı şəxs Cavabdeh kredit müqavilələri ilə olan pul borcunun ödənişidir. İddiaçı Cavabdeh ödənilmiş pulların İddiaçı deyil, Maraqlı şəxs Cavabdeh olan borcunun ödənişi olduğundan həmin pulların İddiaçı tərəfindən geri tələb edilməsi əsassızdır.

49. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(004)- 1240/2023 saylı qətnaməsi ilə müəyyən olunur ki, hazırki iş üzrə üçüncü şəxs Maraqlı şəxs 03 may 2023-cü il tarixdə X9 ilə “Barışıq sazişi” imzalamış və “Barışıq sazişi”nə əsasən, Maraqlı şəxs X9 ilə aralarında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilə üzrə Həsənov Ələmdara cəmi 62.000 ABŞ dolları məbləğində borcu olduğunu etiraf etmiş, X1 Əhəd Tofiq oğlu ilə aralarında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilə üzrə Maraqlı şəxs cəmi 62.000 ABŞ dolları məbləğində borcu olduğunu qəbul etmiş və tərəflər həmin borcun ümumilikdə 31 ay müddətinə olmaqla, hissə-hissə ödənilməsi barədə razılığa gəlmişlər.

50. Məhkəmə kollegiyası iddia tələbi ilə bağlı qeyd edir ki, iddiaçı qeyd edir ki, Maraqlı şəxs Həsənov Ələmdara olan 62.000 ABŞ dolları məbləğində borcun Cavabdeh ödənilməsinə dair şifahi razılaşmaya əsasən, Maraqlı şəxs tapşırığı əsasında pulları Fərqana ödəmişdir. Lakin həmin şifahi razılaşmanı təsdiqləyən heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Kollegiya belə bie razılaşmanın mövcud olmaması ilə bağlı apellyasiya şikayətinin dəlili ilə razışaraq qeyd edir ki, əgər belə razılaşma mövcud idi sə, o zaman üçüncü şəxs Maraqlı şəxs 03 may 2023-cü il tarixdə X9 ilə “Barışıq sazişi” imzalanarkən üçüncü şəxs Maraqlı şəxs barışıq sazişində etirazını bildirərdi. Bu baxımdan kollegiya cavabdeh tərəfin izahatını daha inandırıcı hesab edir. Eyni zamanda Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(004)-1240/2023 nömrəli qətnaməsindən görünür ki, cavabdeh Maraqlı şəxs izahatında qeyd etmişdir ki, 03 may 2023-cü il tarixdə X9 ilə “Barışıq sazişi” imzalanarkən Fərqana ödədiyi pulları ona görə qeyd etməmişdir ki, düşünmüşdür ki, Fərqandan pulu alıb Ələmdara verəcəkdir. Barışıq Sazışı imzalanarkən Fərqan və Ələmdar orada olmuşdur. Kollegiya qeyd edir ki, barışıq sazişinin imzalanması gəlinmiş nəticə ilə bağlı tərəflərin arasında mübahisənin olmaması, yaxud mövcud mübahisənin aradan qalxdığını ehtiva edir və əgər tərəflər arasında mübahisə mövcud deyildisə, o zaman Əsgərov X10 olan borcun bir qisminin ödənildiyi halda ödənilmiş borcun ödənilməsini barışıq sazışındə qeyd edə bilərdi. Qeyd edilən hallar borcun Cavabdeh ödənilməsinə dair şifahi razılaşmanın mövcudluğu ilə bağlı iddiaçının və üçüncü şəxsin izahatlarını qeyri-səmimi olması nəticəsinə gəlməyə imkan verir və kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi bununla bağlı düzgün nəticəyə gəlməmişdir.

51. Odur ki, kollegiya belə nəticəyə gəlir ki, İddiaçı vəkalət alan qismində vəkalət verən Maraqlı şəxs tapşırığını tam şəkildə icra edərək Cavabdeh ödədiyi pullar borclu Maraqlı şəxs kreditor Cavabdehlə aralarında olan kredit müqaviləsi üzrə 55.000 və 15.000 ABŞ dolları borcların ödənişidir, həmin pullar Ələmdar Həsənova verilməsi üçün Cavabdeh ödənilməmişdir.

52. Məhkəmə kollegiya apellyasiya şikayətinhin tərəflər arsında yaranmış münasibətlərin müqavilə öhdəliyindən əmələ gəlməsi dəlili ilə bağlı qeyd edir ki, tərəflər və üçüncü şəxslərin izahatları ilə müəyyən olunur ki, ödənilmiş pul Maraqlı şəxs tapşırığı icra edən vəkalət alan İddiaçı tərəfindən köçürülən borc öhdəliyidir. Göründüyü kimi, İddiaçı Cavabdeh bank hesabına köçürdüyü 20.096 manat məbləğində pul üçüncü şəxs Maraqlı şəxs Cavabdehlə aralarında imzalanmış kredit müqavilələrinə əsasən ödənilmiş puldur. Yəni həmin pul öhdəlikdən kənar deyil, məhz borc öhdəliyinə əsasən ödənilmiş puldur. Həmin pul Ələmdar Həsənovla üçüncü şəxs Maraqlı şəxs arasında bağlanmış kredit müqaviləsinə əsasən Maraqlı şəxs tapşırığı icra edən vəkalət alan İddiaçı tərəfindən köçürülən borc öhdəliyidir. Burada öhdəlikdən kənar ödəmə yoxdur. Çünki İddiaçı heç vaxt Cavabdeh tanımamışdır və ona pul ödəməmişdir, Cavabdeh adına köçürülmüş pul borc öhdəliyinin icrasıdır. Borc öhdəliyi də, tərəflər arasında imzalanmış kredit müqaviləsindən yaranmışdır. Ona görə də, burada əsassız varlanmadan söhbət gedə bilməz. Çünki İddiaçı tərəfindən Cavabdeh köçürülən pullar öhdəlikdən kənar ödənilmiş pullar deyildir. İddiaçının cavabdehə ödədiyi pulların müqavilə əsası vardır, həmin müqavilə tərəflər arasında bağlanmış kredit müqavilələridir. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış münasibətlərin hüquqi əsası kimi, əsassız varlamaya istinad etməklə düzgün nəticəyə gəlməmişdir.

53. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddia müddətinin tətbiq edilməsinə dəlilləri ilə bağlı qeyd edir ki, birinci instansiya məhkəməsinin, iddia müddətinin keçməsi ilə bağlı gəldiyi hüquqi nəticə doğru olmuşdur. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İddiaçı Maraqlı şəxs hazırki Cavabdeh qarşı pul tələbinə dair iddiası Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə təmin olunmadıqdan sonra həmin pul ondan tələb olunduğu üçün məhkəmədə iddia qaldırmışdır.

54. Kollegiya qeyd edir ki, qanunvericiliyin tələbinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göründüyü kimi, iddiaçının iddia tələbində göstərdiyi əsaslar işin faktiki halları ilə üst-üstə düşmür. İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən heç bir mötəbər sübut təqdim etməmişdir.

55. Qanunvericilik sübutetmə yükünü iddiaçının üzərinə qoymuşdur. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur.

56. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqqında” 24 noyabr 2005-ci il tarixli qərarınını 6.2-ci maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsinə xüsusi diqqət verilməli, qətnamənin həmin hissəsində işin məhkəmə tərəfindən müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir.

57. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmişdir. Bu hal isə qətnamənin ləğv edilməsi üçün hüquqi əsasdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qətnaməsini lazımi qaydada əsaslandırmamış, gəldiyi nəticəni işin halları və onlara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə izah etməmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. İddia tələbi rədd edilməlidir.

58. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,

Qət etdi: Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(125)-299/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(125)-299/2025 saylı qətnaməsi tamamilə ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar