Məhkəmə qərarları › İş №2(104)-949/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-949/2025

17.06.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-949/2025 17.06.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Gəncə şəhəri 5 saylı notariat ofisi, "xxxx" ASC və üçüncü şəxs Maraqlı şəxsnə qarşı iş üzrə Açar sözlər: icra qeydinin ləğvi, borcun icra qeydi əsasında mübahisəsiz qaydada alınmasına əsas verən hallar Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Hüseynov Salman Bilal oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (atası) X3 və cavabdeh "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Gəncə şəhəri 5 saylı notariat ofisi, "xxxx" ASC və üçüncü şəxs Maraqlı şəxsnə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 17 noyabr 2*22-ci il tarixli 2(125)-1435/2*22 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmə kollegiyası 17 iyun 2*25-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. 13.*1.2*15-ci il tarixli, 1*-183476-4 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" İKB ASC (indiki "xxxx" ASC) tərəfindən İddiaçı 36 ay müddətinə illik faiz dərəcəsi 25 faiz olmaqla 183** ABŞ dolları kredit verilmişdir. Müqavilənin tərkib hissəsi olan 1 saylı əlavə ilə tərtib edilmiş ödəniş qrafikindən müəyyən olunur ki, müqavilənin müddətinin bitmə tarixi kimi 13.*1.2*15-ci il tarixi müəyyən edilmişdir;

2. Gəncə şəhəri 5 saylı notariat ofisi tərəfindən verilmiş *2.*4.2*21-ci il tarixli 8İ2217 reyestr nömrəli icra qeydinin surətindən görünür ki, borclu İddiaçı vaxtında ödənilməmiş 34**2 ABŞ dolları və 2533 ABŞ dolları cərimə penya olmaqla cəmi 36536,*6 ABŞ dolları pulun tutularaq "xxxx"ASCnin xeyrinə verilməsi barədə icra qeydi verilmişdir;

3. *5.*2.2*21-ci il tarixli bildirişdən görünür ki, ipoteka pretmetinə məhkəmə qaydasında tutmanın yönəldilməsi üçün notariusun icra qeydi qaydasında notariat kontoruna və ya məhkəməyə müraciət ediləcəyi barədə borcalan İddiaçı poçt vasitəsi ilə bildiriş göndərilmişdir;

4. 18471* saylı qəbzdən görünür ki, *5.*2.2*21-ci il tarixli bildiriş 12.*2.2*21-ci il tarixdə Mehriban Əliyeva adlı şəxsə təqdim edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehlər Gəncə şəhəri 5 saylı notariat ofisi, "xxxx" ASC və üçüncü şəxs Maraqlı şəxsnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Gəncə şəhər 5 saylı notariat ofisinin *2.*4.2*21-ci il tarixli icra qeydinin ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 ASC ilə aralarında bağlanan 13.*1.2*15-ci il tarixli kredit müqaviləsinə əsasən ona 183** ABŞ dolları məbləğində illik 25 faiz olmaqla 36 ay müddətinə kredit verilmişdir. Həmin kreditin təminatı kimi Gəncə şəhəri Bül-bül küçəsində yerləşən 51 nömrəli fərdi yaşayış evi və *,**99 ha torpaq sahəsi yüklü edilmişdir. Cavabdeh2 ASC kredit müqaviləsinin üzərindən 6 il keçdikdən sonra icra qeydinin alınması ilə bağlı notariat ofisinə müraciət edərək icra qeydi almışdır. *2.*4.2*21-ci il tarixli icra qeydi ona Maraqlı şəxs tərəfindən təqdim edilmişdir. *2.*4.2*21-ci il tarixli icra qeydi ilə müəyyən edilir ki, Gəncə şəhəri 5 saylı notariat ofisi mübahisə predmeti olan icra qeydinin verərkən borc məbləğinin müəyyən edilməsi üçün hər hansı tədbir görməmiş, sadəcə tələbkarın borcla bağlı sənədlərindən asılı qalmış və mövcud icra sənədini vermişdir. Cavabdeh2 ASC-nin Gəncə filialı aralarında bağlanmış kredit müqaviləsinə 1 saylı əlavə ilə müəyyən edilir ki, həmin banka ümumilikdə dövrün sonunadək 26193,87 ABŞ dolları ödəniş etməli idi. Lakin, cavabdeh Gəncə şəhəri 5 saylı notariat ofisi tərəfindən verilmiş icra qeydi ilə onun borcu 36536,*6 ABŞ dolları müəyyən edilmişdir. Halbuki, o, 14.*1.2*15-ci il tarixdən başlayaraq Cavabdeh2 ASC ilə aralarında bağlanan kredit müqaviləsi üzrə ödənişlər etmişdir. Lakin, cavabdeh həqiqətən də həmin borcun və məbləğin mövcüdlüğunu müəyyən etmək üçün araşdırıcı hər hansı tədbir görməmişdir. Cavabdeh banka ödənilməmiş borcu təxminən 14***-15*** ABŞ dolları qaldığı halda, bu hesablama düzgün aparılmamış və mübahisəyə səbəb olan icra qeydi verilmişdir. Hesab edir ki, cavabdeh Gəncə şəhəri 5 saylı Notariat Ofisi icra qeydi verməzdən əvvəl tələbkarın təqdim etdiyi sənədlərlə kifayətlənməyərək, borcun dəqiq müəyyən edilməsi üçün araşdırma aparmalı idi. Həmçinin, Cavabdeh2 ASC ona icra qeydinin alınması ilə bağlı bildiriş təqdim etməmiş, birbaşa icra qeydinin alınması üçün notariat orqanına müraciət etmişdir.

7. Gəncə Şəhər Məhkəməsinin 17 noyabr 2*22-ci il tarixli 2(125)-1435/2*22 nömrəli qətnaməsi ilə (Cavid Tağıyev) iddia tələbinin təmin edilməməsi qət edilmişdir.

8. Məhkəmə öz mövqeyini Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1 və 217.4cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

9. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. 1*. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, notarius tərəfindən icra qeydi verilərkən qanunvericiliyin tələbləri pozulmuşdur. Belə ki, tələbkar tərəfindən icra qeydi verilməsi ilə bağlı notariusa lazımi sənədlər təqdim edilməmişdir. Notarius yalnız tələbkarın bildirişini əsas götürərək, icra qeydi vermişdir. Həmçinin, notarius tərəfindən borcluya bildiriş göndərilməmişdir. Həmin bildirişin göndərilməsi tərəflərin bərabərliyi baxımından əhəmiyyət kəsb edir. Çünki, notarius özü tərəfindən bildiriş göndərməklə tərəflər arasında mübahisə olub-olmadığını müəyyən etməli idi. Əgər mübahisə olduğunda notarius tərəfindən heç bir halda icra qeydi verilə bilməz. Həmçinin, tələbkar qanunla müəyyən edilmiş 3 illik iddia müddətini ötürmüşdür.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Apellyasiya instansiya məhkəməsində birinci icraat:

12. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *3 aprel 2*23-cü il tarixli 2(1*4)-551/2*23 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərərk, Gəncə Şəhər Məhkəməsinin 2(125)-1435/2*22 saylı mülki iş üzrə 17 noyabr 2*22-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbinin təmin edilməsi; Gəncə şəhər 5 saylı notariat ofisinin İddiaçı 36536,*6 ABŞ dolları məbləöində pulun tutularaq "xxxx"ASC-nin xeyrinə verilməsi barədə olan *2.*4.2*21- ci il tarixli 8İ-2227 reyestr nömrəli icra qeydinin ləğv edilməsi qət edilmişdir.

e) Kassasiya instansiyası məhkəməsində icraat:

13. Cavabdeh "xxxx" ASC qətnamədən kassasiya şikayəti vermiş və şikayət baxılması üçün mülki işlə birlikdə kassasiya instansiyası məhkəməsinə göndərilmişdir.

14. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kolegiyasının 12 fevral 2*25-ci il tarixli 2(1*2)-359/2*25 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilərək, iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 3 aprel 2*23-cü il tarixli 2(1*4)-551/2*23 saylı qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır.

f) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi (atası) X3 apellyasiya şikayətini müdafiə etdiyini qeyd edərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələblərinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Sədrlik edənin sualına cavab olaraq nümayəndə bildirmişdir ki, Mehriban Əliyeva adlı soyadlı şəxs iddiaçının anası onun isə arvadıdır. Lakin tələbkar bank tərəfindən onlara icra qeydinin verilməsi ilə bağlı hər hansı xəbərdarlıq edilməmişdir. Eləcə də, iş materiallarına nəzər saldıqda tələbkar tərəfindən təqdim olunmuş bildirişlərdə borcun hansı məbləğdə olduğu qeyd olunmamışdır.

16. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi X2 apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçı bankla razılıq əldə etsə də, bank barışıq sazişi bağlanmasına razılıq vermir. Əgər iddiaçı hər ay ödənişləri edərsə, qətnamənin icra mərhələsində iddiaçıya köməklik göstəriləcəkdir. Ona görə də hazırda işə mahiyyəti üzrə baxılmasını xahiş edir. Sədrlik edənin suallarına cavab olaraq nümayəndə bildirmişdir ki, ilkin müqavilə 13.*1.2*15-ci il tarixdə 3 il müddətinə bağlanmış, daha sonra 1 il müddətinə uzadılmışdır. İddiaçıya icra qeydi barədə bildiriş göndərilmişdir, həmin bildirişdə həm də pulun ödənilməsi barədə qeyd də göstərilmişdir. Bildirişin iddiaçıya çatdırılması barədə qəbz məhkəməyə təqdim edilmişdir.

17. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi (atası) X3 apellyasiya şikayətini müdafiə etdiyini vqeyd edərək məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

18. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin etibarnamıə üzrə nümayəndəsi X2 apellyasiya şikayətini qəbul etmədiyini və əvvəlki məhkəmə iclasında verdiyi izahata əlavəsi olmadığını bildirmişdir. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

19. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh notariat orqanının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Notariat orqanı məhkəməyə məktub ünvanlayaraq işə nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu 2*. Maddə 76. Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 2* gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

21. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimat Maddə 161. Borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2***-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”-da nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 2* gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər və ya bununla bağlı məlumatlar (korporativ məlumat mübadiləsinin istifadəçiləri üçün) icra qeydinin aparılması ilə bağlı ərizəyə və ya məlumata əlavə olunur. Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

22. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

25. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

26. Maddə 384.*.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

27. Maddə 385.1.1 Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Apellyasiya baxışının hədləri

28. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

29. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 3*. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia təmin edilməli, cavabdeh Gəncə şəhər 5 saylı notariat ofisi tərəfindən verilmiş *2.*4.2*21-ci il tarixli 8İ-2217 reyestr nömrəli icra qeydi ləğv edilməlidir.

32. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, kreditor "xxxx" İKB ASC (indiki "xxxx" ASC) ilə borcalan İddiaçı arasında bağlanmış 13 yanvar 2*15-ci il tarixli kredit müqaviləsinə əsasən, sonuncuya 36 ay müddətinə, illik 25 faizlə 183** ABŞ dolları kredit verilmişdir. Eyni zamanda, kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi 13 yanvar 2*15-ci il tarixli ipoteka müqaviləsinə əsasən borcalana məxsus Gəncə şəhəri Bül-Bül küçəsində yerləşən 51 saylı fərdi yaşayış evi kreditorun xeyrinə ipoteka ilə yüklü edilmişdir. *8 aprel 2*15-ci il tarixdə tərəflər arasında əlavə razılaşma bağlanmış və razılaşmaya görə kredit müqaviləsinin müddəti 53 ay müəyyən edilməklə, 13 iyun 2*19-cu il tarixədək uzadılmışdır. Borclu kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyindən kreditor icra qeydi verilməsi üçün notariat orqanına müraciət etmiş, Gəncə şəhəri 5 saylı notariat ofisi tərəfindən də borclu İddiaçı vaxtında ödənilməmiş 34**2 ABŞ dolları və 2533 ABŞ dolları cərimə ödənilməsi barədə *2.*4.2*21-ci il tarixli 8İ2217 reyestr nömrəli icra qeydi verilmişdir. Borclu İddiaçı icra qeydi verilərkən qanunvericiliyin tələblərinə riayət edilmədiyini əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.

33. Kassasiya instansiyası məhkəməsi işin yeni apellyasiya baxışına göndərilməsi ilə bağlı 12.*2.2*25-ci il tarixli qərarında mövqeyinin hüquqi əsasını belə şərh etmişdir ki, işin mübahisə olunmayan hallarına görə, tərəflər arasında bağlanmış 13 yanvar 2*15-ci il tarixli kredit müqaviləsinin müddəti, *8 aprel 2*15-ci il tarixdə onlar arasında bağlanmış əlavə sazişə əsasən 13 iyun 2*19-cu il tarixədək uzadılmışdır. Apellyasiya instansiyası məhkəməsi 13 yanvar 2*15-ci il tarixli kredit müqaviləsi üzrə 3 illik iddia müddətinin axımını düzgün müəyyən etməyib və tərəflər arasında *8 aprel 2*15-ci il tarixdə əlavə sazişin bağlanmasını, həmin sazişlə müqavilənin müddətinin 13 iyun 2*19-cu il tarixədək uzadılmasını və beləliklə də üç illik iddia müddətinin axımının 14 yanvar 2*21-ci il tarixdə deyil, 13 iyun 2*22-ci il tarixdə bitməsini nəzərə almamışdır. Yəni, notariat orqanı tərəfindən *2 aprel 2*21-ci il tarixli icra qeydi, tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş üç illik iddia müddəti keçmədən aparılmışdır. Digər tərəfdən, icra qeydinin aparılması barədə Bankın 17 mart 2*21-ci il tarixli ərizəsində, habelə notariusun *2 aprel 2*21-ci il tarixli icra qeydində də sözügedən kredit müqaviləsi üzrə öhdəliyin yaranma tarixinin 13 iyun 2*19-cu il, tutulmalı cəmi məbləğin isə 36536,*6 ABŞ dolları göstərilməsinə apellyasiya instansiyası məhkəməsi diqqət yetirməyib. İddia tələbinin düzgün həlli üçün işin halları ilk növbədə “Notariat haqqında” Qanunun 76-cı maddəsi, habelə “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 169-1-ci bəndinin müddəaları əsasında təhlil olunmalıdır. “Notariat haqqında” Qanunun 76-cı maddəsində göstərilir ki, icra qeydinin verilməsi üçün iki şərtin eyni vaxtda mövcud olması tələb olunur: birincisi, təqdim olunan sənədlərlə tələb olunan borcun mübahisəsiz olmasının təsdiq edilməsi; ikincisi, icra qeydi aparılan tələb üçün qanunla müəyyən edilmiş müddətin keçməməsi. Bu normanın təhlili onu deməyə əsas verir ki, borcun mübahisəsiz olmasının müəyyən olunmasında həlledici hal, tələbkarın icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 2* gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildirişin borcluya çatdırılmasının müəyyən edilməsidir. Hazırkı işdə, iddiaçı, icra qeydinin aparılması üçün bankın notariat ofisinə müraciət etdiyi gündən ən azı 2* gün əvvəl sifarişli poçt vasitəsilə ona tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə ümumiyyətlə bildiriş göndərmədiyini və təqdim olunan sənədlərin borcun mübahisəsiz olduğunu təsdiq etmədiyini iddia edir. Həmçinin işdən görünür ki, bank etirazının əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə “poçt qəbzi”-nin surətini təqdim etsə də, həmin qəbzin iddiaçıya çatdırılması müəyyən olunmur və “poçt qəbzi”-ni 12 fevral 2*21-ci il tarixdə alan Mehriban Əliyevanın isə iddiaçıya münasibətdə kim olması məlum deyil və həmin qəbzdə alanın ümumiyyətlə imzası yoxdur. Bundan başqa, bankın təqdim etdiyi sənədlərdə borcun mübahisəsiz olması təsdiq olunmur, əksinə iddiaçı, 14 yanvar 2*15-ci il tarixdən başlayaraq kredit müqaviləsi üzrə banka ödənişlər etdiyini və təxminən 14***- 15*** ABŞ dolları ödənilməmiş borcunun qaldığını iddia edir. Belə olan halda işin halları baxımından iddiaçının dəlilləri açıq-aşkar əsassız deyil və kredit borcunun məbləğinin ayrıca araşdırılmasını zəruri edir. Çünki, sözügedən kredit müqaviləsi üzrə hesablanan əsas borc 14582,17 ABŞ dolları olduğu halda, iddiaçıya 18143 ABŞ dolları faiz borcu, 2.533,24 ABŞ dolları dəbbə pulu hesablanıb. İşə əlavə edilmiş sənədlər sözügedən kredit borcunun mübahisəsiz olması nəticəsinə gəlməyə əsas vermir və iddiaçı ilk gündən kredit borcunun məbləğini mübahisələndirir. Notariat orqanı tərəfindən borcludan bankın xeyrinə 36.536,*6 ABŞ dolları tutulması barədə icra qeydinin verilməsi üçün əsasların olubolmaması tam, hərtərəfli və obyektiv araşdırılmamışdır.

34. Məhkəmə kollegiyası iddianın təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd edir.

35. İlk növbədə qeyd olunmalıdır ki, notariat fəaliyyəti zamanı icra qeydləri borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün aparılır. Bu icra qeydləri müxtəlif əsaslar üzrə yaranmış borcların tutulması üçün aparıla bilər. İcra qeydlərinin aparılması əsasları və qaydaları “Notariat haqqında” Qanunun 76-cı maddəsində müəyyən edilmişdir. Həqiqətən də həmin normada icra qeydinin aparılması üçün müraciət etmiş şəxsin, borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün tələbkarın icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 2* gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməsi tələb olunur. Eyni zamanda həmin bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunmalıdır.

36. “Notariat haqqında” Qanunun 76-cı maddəsinin tələbinə görə, notarius tərəfindən icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi halda aparılır.

37. İcra qeydinin verilməsi üçün zəruri şərt - borcun mübahisəsiz olmasıdır. Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2***-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”-da nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir.

38. Bu cür yoxlama üsullarından biri, icra qeydi veriləndən əvvəl borcluya bildirişin göndərilməsidir. Həmin bildiriş məhz təqdim olunmuş borc sənədi üzrə mübahisənin olubolmamasının müəyyən olunmasına xidmət edir.

39. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının irəli sürdüyü faktiki hallar, yəni müvafiq icra qeydinin verilməsi zamanı qanunvericilik müddəalarının pozuntusu hallarının olduğu müəyyən edildiyindən iddia tələbinin təmin edilməsi üçün əsaslar mövcud olmuşdur. Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. 4*. Hazırkı işdə borcluya belə bir bildirişin çatdırılması müəyyən edilmir. Belə ki, borcluya bildirişin çatdırılmasına dair əsas kimi bank tərəfindən məhkəməyə təqdim edilmiş poçt qəbzinin 12 fevral 2*21-ci il tarixdə Mehriban Əliyeva adlı soyadlı şəxs tərəfindən alındığı göstərilsə də, lakin qəbzdə ümumiyyətlə həmin şəxsin imzasının olması müəyyən olunmur. Borclu tərəf isə icra qeydinin verilməsi üçün notariat orqanına müraciətlə bağlı onlara hər hansı bildirişin çatdırılmadığını bildirir.

41. Apellyasiya baxışı zamanı cavabdeh bank tərəfindən məhkəməyə təqdim edilmiş 18.*1.2*21-ci il tarixli «xəbərdarlıq» məktubu ilə bağlı kollegiya qeyd edir ki, həmin sənəd, ümumiyyətlə, “Notariat haqqında” Qanunun 76-cı maddəsində nəzərdə tutulmuş icra qeydi aparılacağı barədə tələbkar tərəfindən borcluya ünvanlanmış bildiriş kimi qəbul edilə bilməz.

42. Ona görə ki, icra qeydinin aparılacağı barədə tələbkar tərəfindən borcluya göndərilən bildirişin forması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının 29.*9.2*18-ci il tarixli qərarı ilə təsdiq edilmişdir (bildirişin forması qərara əlavə edilmişdir). Həmin formaya görə, bildirişdə borcun (pul məbləği və ya əmlakın) mübahisəsiz olduğunu təsdiq edən sənəd öhdəliyin məzmunu, həcmi, icra üsulu və icra müddətləri göstərilməlidir. Öhdəliyin məzmunu, həcmi, icra üsulu və icra müddətləri dedikdə isə - borcun mübahisəsiz olduğunu təsdiq edən sənəd(lər)də nəzərdə tutulmuş öhdəliyin məzmunu (predmeti), həcmi (məbləği), hansı qaydada və hansı müddətlərdə icrası nəzərdə tutulur. Bildirişdə öhdəliyin həcmi (məbləği) göstərilərkən məbləğ rəqəm və sözlə yazılmalıdır. Bildirişdə valyuta işarə ilə deyil, sözlə yazılmalıdır.

43. İşin materiallarından görünür ki, hazırkı mübahisənin predmetini təşkil edən icra qeydinin verilməsi ilə bağlı tələbkar bank tərəfindən borcluya ünvanlanmış 18.*1.2*21-ci il tarixli «xəbərdarlıq» məktubunda borclunun adı və ünvanı, habelə kredit müqaviləsi üzrə borcun ödənilmədiyi təqdirdə notariat orqanına müraciət olunacağı göstərilsə də, qeyd olunanlarla yanaşı, xüsusilə ödəniləsi əsas, faiz və cərimə məbləğlərini ümumiyyətlə göstərilməmişdir. Bununla yanaşı 12 fevral 2*21-ci il tarixli bildirişində iddiaçıya çatdırıldığı da müəyyən olunmamaqdadır; belə ki, poçt qəbzinin 12 fevral 2*21ci il tarixdə Mehriban Əliyeva adlı soyadlı şəxs tərəfindən alındığı göstərilsə də, lakin qəbzdə ümumiyyətlə həmin şəxsin imzasının olması müəyyən olunmur.

44. Eyni zamanda işdən müəyyən olunur ki, kreditor "xxxx" İKB ASC (indiki "xxxx" ASC) ilə borcalan İddiaçı arasında bağlanmış 13 yanvar 2*15-ci il tarixli kredit müqaviləsinə əsasən, sonuncuya 36 ay müddətinə, illik 25 faizlə 183** ABŞ dolları kredit verilmişdir. İddiaçı 14 yanvar 2*15-ci il tarixdən başlayaraq kredit müqaviləsi üzrə banka ödənişlər etdiyini və təxminən 14***-15*** ABŞ dolları ödənilməmiş borcunun qaldığını iddia etmişdir. Bununla belə, kredit müqaviləsi üzrə 14582,17 ABŞ dolları əsas borc hesablandığı halda, faiz borcu 18143 ABŞ dolları məbləğdə müəyyən edilmiş, habelə 2.533,24 ABŞ dolları dəbbə pulu hesablanmışdır.

45. Kollegiya icra qeydində göstərilən faiz və cərimə borcunu əsas borc məbləği ilə sistemli şəkildə tədqiq edərək qeyd edir ki, faiz və cərimə borcu əsas borc məbləği ilə əhəmiyyətli dərəcədə ziddiyyət təşkil edir. Ona görə də, borcunun məbləğinin ayrıca araşdırılması zəruridir.

46. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, mövcud vəziyyətdə kredit borcunun mübahisəsiz olması qənaətinə gəlmək mümkün deyildir. Kredit müqaviləsi üzrə borc məbləği mübahisəli olduğundan notarius icra qeydini aparmaqdan imtina etməli olduğu halda, bunu etməmiş, əksinə, “Notariat haqqında” Qanunun 76-cı maddəsinin tələblərini pozmaqla kredit borcu üzrə icra qeydi vermişdir. Birinci instansiya məhkəməsi isə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlməyərək iddianı təmin etməmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli və yeni qətnamə qəbul edilərək iddia təmin edilməlidir.

47. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 384, 385, 392-393, 4*2 və 4*5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin 17 noyabr 2*22-ci il tarixli 2(125)-1435/2*22 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. Cavabdeh Gəncə şəhər 5 saylı notariat ofisi tərəfindən verilmiş *2.*4.2*21-ci il tarixli 8İ-2217 reyestr nömrəli icra qeydi ləğv edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar