Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-968/2024 02.04.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Məmmədov Ədil İsa oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Muradov Rəhman Şaban oğlundan və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Ərizəçi İddiaçı (maraqlı şəxs "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" Publik Hüquqi şəxsinin 11 Saylı Şəmkir Ərazi İdarəsi) “hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən olunması tələbinə” dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin iddia ərizəsinin geri qaytarılması barədə 23 fevral 2024-cü il tarixli, 2(076)-1208/2024 saylı qərardadından ərizəçi İddiaçı nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi İddiaçı “hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən olunması tələbinə” dair ərizə ilə Şəmkir rayon Məhkəməsinə müraciət edərək, JN–629A KOD 50414018 saylı “Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin ona, yəni İddiaçı məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin 23 fevral 2024-cü il tarixli, 2(076)-1208/2024 saylı qərardadı ilə (hakim H.Məhəmmədi) iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinin tələblərinə riayət olunmaması əsası ilə geri qaytarılmışdır. Qərardadda göstərilmişdir ki, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Məhkəmə qeyd edir ki, ərizəçi İddiaçı qeydiyyatı ünvan 1 ünvanı olduğundan, hazırki ərizəyə də ərazi aidiyyəti qaydalarına uyğun olaraq Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində baxılmalıdır. Ərizəçi İddiaçı nümayəndəsi Nümayəndə qərardaddan şikayət verərək, şikayətdə qeyd etmişdir ki, İddiaçı xx xxxxxxxx 1959–cu il tarixdə Krasnosel rayonunda anadan olmuşdur. Onun bu günədək bütün hüquq müəyyənedici sənədlərində soyadı, adı və atasının adı “İddiaçı” kimi qeyd edilmişdir. Ona Şəmkir rayonunun Dəllər qəsəbəsində XDS İK–nin 28 fevral tarixli 5 nömrəli iclas protokolu ilə 0.06 ha həyətyani torpaq sahəsi verilmişdir. Şəmkir Rayon Aqrar İslahat Komissiyasının 30 iyun tarixli 52 saylı qərarı ilə həmin torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. Bununla bağlı JN–610A KOD 50400018 saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şədahətnamə də tərtib edilmişdir. Lakin həmin şəhadətnamədə onun adı “İddiaçı” əvəzinə “X1” kimi qeyd edilmişdir. O həmin səhvin düzəldilməsi üçün Şəmkir Rayon Məhkəməsinə müraciət edilsə də, həmin məhkəmənin e-2(076)-1208/2024 saylı 23 fevral 2024-cü il tarixli qərardadı ilə ərizə geri qaytarılmışdır. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM–in 309.1–ci maddəsinə istinad edərək bu qənaətə gəlmişdir. Hesab edir ki, qərardad qanunsuz və əsassız olaraq qəbul edilmişdir və aşağıdakılara əsasən ləğv edilərək ərizə icraata götürülməlidir. Belə ki, Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 39.1–ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri–qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 307.2.5–ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Şəxsə məxsus olması faktının müəyyən edilməsi tələb olunan JN–610A KOD 50400018 saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şədahətnamə isə hazırki iş üzrə daşınmaz əmlak olan torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəddir və həmin sənəd əsasında torpaq sahəsi üzərində mülkiyyət hüququnun həyata keçirilməsi mümkündür. Göründüyü kimi birinci instansiya məhkəməsi əsassız olaraq iddia ərizəsini geri qaytarmışdır. Bu səbəbdən də hesab edirik ki, hazırki ərizəyə, Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 39.1–ci maddəsinə əsasən şəxsə məxsus olması faktının müəyyən edilməsi tələb olunan JN– 610A KOD 50400018 saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şədahətnamədə göstərilən daşınmaz əmlakın yerləşdiyi ərazi üzrə Şəmkir Rayon Məhkəməsində baxılmalıdır Şəmkir Rayon Məhkəməsinin 04 mart 2024-cü il tarixli, 2(076)-1208/2024 saylı qərardadı ilə (H.Məhəmmədi) ərizəçi İddiaçı “hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən olunması tələbinə” dair iddia ərizəsinin geri qaytarılması barədə Şəmkir Rayon Məhkəməsinin 2(076)-1208/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından verilmiş şikayətin təmin edilməməsi, mülki işin şikayətə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq işə yazılı icraat qaydasında baxılmasını məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək, hesab edir ki, şikayət təmin edilməməli, hazırki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 23 fevral 2024-cü il tarixli, 2(076)-1208/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikasının Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razlığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Azərbaycan Respublikasının MPM-in 31.1-ci maddəsinə görə, aidiyyat qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasəs hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. «Yaşayış yeri və olduğu yer haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, fiziki şəxsin yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Kollegiya qeyd edir ki, qanunvericiliyin tələbindən göründüyü kimi, fiziki şəxsin yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir və hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Hazırki mülki işin materialları ilə müəyyən edilir ki, Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumata əsasən ərizəçi ünvan 1 ünvanında qeydiyyatdadır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, ərizəçi İddiaçı (maraqlı şəxs "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" Publik Hüquqi şəxsinin 11 Saylı Şəmkir Ərazi İdarəsi) “hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən olunması tələbinə” dair mülki işin Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində baxılmalı olması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanunu və əsaslı olmuşdur. Azərbaycan Respublikasının MPM-nin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb, qərardad qəbul etdikdə, məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Azərbaycan Respublikasının MPM-in 402-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu növ qərardadlarından kassasiya şikayətinin verilməsinə yol verilmir. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 32, 35, 264 və 402-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Ərizəçi İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin 23 fevral 2024-cü il tarixli, 2(076)-1208/2024 saylı qərardadı dəyişdirilmədən saxlansın. Bu qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-968/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-968/2024
02.04.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver