Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-968/2025 07.05.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə Açar sözlər: mülkiyyət hüququnun müdafiəsi və evdə olan cehiz əşyalarının çıxardılaraq boşaldılması Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X7 ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mülkiyyət hüququnun müdafiəsi və evdə olan cehiz əşyalarının çıxardılaraq boşaldılması tələbinə dair mülki iş üzrə Göygöl Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(066)-295/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 07 may 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Xanlar rayon Dövlət texniki inventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsindən və fərdi yaşayış fonduna daxil olan yaşayış evinin 06 iyun 2005-ci il tarixli Texniki pasportunun surətindən görünür ki, Göygöl rayonunun Üçtəpə kəndində yerləşən, ümumi sahəsi 52.1 kv.m olan 1 otaqlı fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir.
2. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin İddiaçı ünvanlanmış məktubundan görünür ki, onun fərdi yaşayış evinə dair arxiv məlumatlarının verilməsi müraciətinə baxılmış və bildirilmişdir ki, ünvan 2ində yerləşən fərdi yaşayış evi Azərbaycan Respublikası Xanlar rayonu İcra Hakimiyyəti Başçısının Üçtəpə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 13 iyun 2005-ci il tarixli, 1/18 nömrəli arayışı, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsi Xanlar Rayon Dövlət Arxivinin 08 avqust 2005-ci il tarixli, 435 nömrəli arayışına (imza yoxdur) əsasən İddiaçı adına 05 avqust 2005-ci il tarixli, 12/429 reyestr nömrəli qeydiyyat vəsiqəsi verilmişdir.
3. Yevlax Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(039)-181/2020 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh ilə X5 arasında Göygöl rayon Üçtəpə kənd İcra Nümayəndəliyində qeydə alınmış 03 dekabr 2012-ci il tarixli nikah qeydinin pozulması, nikah pozularkən tərəflərin birgə nikahlarından olmuş 13 sentyabr 2013-cü il təvəllüdlü X8 və 14 oktyabr 2014-cü il təvəllüdlü X6 adlı uşaqların iddiaçı Cavabdeh himayəsində saxlanılması, 13 sentyabr 2013-cü il təvəllüdlü X8 adlı uşağın cavabdeh X1 alınaraq iddiaçı Cavabdeh verilməsi, cavabdeh X1 17 oktyabr 2019cu il tarixdən başlayaraq, 13 sentyabr 2013-cü il təvəllüdlü X3 və 14 oktyabr 2014-cü il təvəllüdlü X2 18 yaşlarına çatana qədər saxlanılmaları üçün hər ay hər uşaq üçün 120 manat məbləğində alimentin iddiaçı Cavabdeh xeyrinə tutulması qət edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək, hazırda paylı mülkiyyətində olan Göygöl rayonu Üçtəpə kəndində yerləşən fərdi yaşayış evində olan 1 ədəd yataq dəsti (1 ədəd şfaner, 2 ədəd tumba, 1 ədəd termos, 1 ədəd çarpayı və tabletka), 1 ədəd qonaq dəsti (servant, 1 ədəd stol, 10 ədəd stul), 1 ədəd divan və 2 ədəd kreslo, 1 ədəd jurnalni, 1 ədəd kravat, 1 ədəd paltaryuyan maşın-LG markalı, 1 dəst mətbəx mebeli, 1 ədəd ət çəkən maşın-simba, 1 ədəd gəlincik çırağı, 2 ədəd gəvə, 2 ədəd vedrə, 2 ədəd böyük ləyən, 1 ədəd zibil qabı, 3 ədəd gül qabı (1 ədəd böyük və 2 ədəd balaca), 1 ədəd gəlinlik güzgüsü, 2 ədəd böyük və 1 ədəd balaca mişka oyuncaq, 2 ədəd çaynik-(1 ədəd balaca və 1 ədəd böyük), 1 ədəd ütü, 4 ədəd aliminum qazan, 5 ədəd şirəli dəst qazan göy rəngli, 5 ədəd ləyən balaca və orta, 3 ədəd tava, 1 ədəd aş süzən, 1 ədəd yekə qazan, 3 ədəd padnus, 2 ədəd üzərik qabı, 1 ədəd tort qabıağzı bağlı ağ rəngli, 8 karobka mebelin hissələri, 1 ədəd çamadanda çəngəl və bıçaq dəsti, 1 ədəd krafinka və 6 ədəd bakalı, 1 ədəd meyvə qabı-güllü ağ rəngli, 10 ədəd sadə xrustal stəkan, 2 ədəd meyvə qabı balaca qırmızı və güllü, 2 ədəd şam bakalı, 6 ədəd bakal və 1 ədəd krafinkası, 1 dəst çayni servis, 6 ədəd yaşıl güllü bakal, 2 ədəd qənd qabı qızılı rəngli, 2 ədəd ağ güllü meyvə qabı, 2 ədəd bulud qabı, 5 ədəd aşağısı qırmızı və güllü bakal, 4 ədəd yekə və 2 ədəd balaca yaşıl rəngli kasa, 2 ədəd yekə göy rəngli bulud, 2 ədəd qənd qabı yaşıl rəngli, 2 ədəd sadə kül qabı, 2 ədəd kruşka qırmızı rəngli, 12 ədəd qızılı rəngli nəlbəki, 6 ədəd göy rəngli balaca nəlbəki, 12 ədəd boz rəngli daha da balaca nəlbəki, 1 ədəd ət taxtası, 1 ədəd ağ rəngli servis-6 nəfərlik, 2 ədəd sadə xrustal mürəbbə qabı, 6 ədəd müxtəlif rəngli bakal, 6 ədəd qızılı və qırmızı rəngli bakal, 1 ədəd başı qızılı rəngli krafinka və 6 ədəd bakalı, 6 ədəd güllü və qırmızı rəngli bakal, 6 ədəd rumka, 1 ədəd qırmızı rəngli meyvə qabı yekə, 1 ədəd çayni servis gümüşü rəngli, 1 ədəd karniz və pərdəsi yataq otağı üçün, 1 ədəd lüstr, 1 ədəd divar saatı, 1 ədəd pələng oyuncaq, 1 ədəd uşaq kravatı, 1 ədəd kravat örtüyü çəhrayı rəngli, əl üz dəsmalı işlənmiş 6 ədəd, 3 ədəd qətifə 2-si işlənmiş-1 ədədi təzə, 13 ədəd balınc üzü, 4 ədəd skatert, 8 ədəd prastinya, 8 ədəd çay dəsmalı-2 ədədi işlənmiş-6 ədədi təzə, 1 ədəd hamam dəsti-TAC, 3 ədəd tək adamlıq yorğan mələfəsi, 1 ədəd təzə prastinya, 8 ədəd təzə əl dəsmalı stol üçün, 3 ədəd tək döşək, 6 ədəd tək nəfərlik balınc, 6 ədəd oturaq döşəkçəsi, 4 ədəd tək yorğan üzlükləri üstündə, 1 ədəd spalni yorğan, 3 ədəd mütəkkə, 1 ədəd 2 nəfərlik döşək, 1 ədəd pxovlu ədyal, 1 ədəd divan üzlüyünün ona məxsus evindən çıxarılaraq boşaldılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə oğlu X5 2020-ci il tarixdə Yevlax rayon Məhkəməsinin qətnaməsi ilə boşanmışlar. Hazırda cavabdeh oğlu ilə boşanmalarına baxmayaraq həmin əşyalar onun evində qalmış və əşyaların onun evində qalması onun evinin üzərində mülkiyyət hüquqularının həyata keçirilməsinə maneçilik yaradır. O cümlədən qeyd olunan əşyların onun evində qalması həmçinin evinin otağının bərbad hala düşməsinə səbəb olur. Belə ki, cavabdeh müvəqqəti olaraq hazırda onun mülkiyyətində olan ünvan 2i ünvanında yerləşən evə gəlin gəlmiş və özünə məxsus əşyalarını da qeyd olunan mənzilə gətirmişdir. Hazırda onun mülkiyyətindəki evdə olan əşyaların siyahısını əl yazma ilə əlavə edir. Hamıya məlumdur ki, sərəncam, istifadə və sahiblik hüququ mülkiyyət hüququnun tərkib elementi olaraq hamılıqla tanınan hüquqdur və ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl prinsiplərindən biri hesab edilir.
6. Cavabdeh birinci instansiya məhkəməsinə etiraz verərək, iddianın əsassız olduğun təmin edilməməsini xahiş etmişdir.
7. Etiraz onunla əsaslandırılmışdır ki, məhkəmənin icraatında olan 2(066)- 1168/2024 saylı mülki iş üzrə İddiaçı tərəfindən verilən iddia ərizəsi ilə razı deyil və heç bir sübuta əsaslanmadığına görə qanuna zidd və əsassız hesab edilməlidir. Etirazının əsasları kimi aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Birincisi, bu işə artıq bir dəfə baxılıb, bir qədər də dəqiq desək, həm Göygöl Rayon Məhkəməsi (xx.xx.2024-cü il tarixli, 2(066)-122/2024 saylı Qətnamə), həm də Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası xx.xx.2024-cü il tarixli (2(104)-903/2024 saylı Qərardad) bu işə baxıb. Gəncə Apellyasiya Məhkəməsi Göygöl Rayon Məhkəməsinin 01 fevral 2024-cü il tarixli, 2(066)- 122/2024 saylı qətnaməsini ləğv etmiş, iddianı isə zəruri sübutlar əlavə olunmadığı üçün baxılmamış saxlamışdır. İddiaçı qeyd edilən məhkəmə qərarlarına baxmayaraq, yenə də heç bir sənədə, sübuta istinad etmədən sadəcə iddia ərizəsi yazmaqla onu süni şəkildə maddi məsuliyyətə cəlb etməyə alışır. İkincisi, İddiaçı oğlu X5 ilə aralarındakı nikah Yevlax Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Bundan sonra onlar bir dəfə qeyri-rəsmi barışmışlar və bir yerdə həmin evdə yaşamışlar. Sonradan iddiaçının onların arasındakı münasibətlərə müdaxiləsi səbəbindən yenidən ayrılmışlar. Həmin vaxtlar ona qarşı heç bir əmlak iddiası qaldırılmamışdır. İndi isə, qətnamədən 4 il sonra ona qarşı əmlak iddiasının qaldırılmasını qanunsuz hesab edir. Belə ki, bu məsələlərdə iddia müddəti 3 ildir. AR Ailə Məcəlləsinin. 36.9-cu maddəsinə əsasən nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. Üçüncüsü, növbəti mübahisəli məsələ həmin evin iddiaçıya məxsus olması, başqa sözlə iddiaçının həmin əmlakın mülkiyyətçisi olub-olmaması ilə bağlıdır. Belə ki, Göygöl Rayon Məhkəməsinin qətnaməsində qeyd edilir ki, həmin mənzil Qeydiyyat Vəsiqəsinə əsasən İddiaçı məxsusdur və 1 otaqdan ibarətdir. O zaman sual yaranır ki, 1 otaqlı evdə, iddiaçı Yasəmən, onun əri Məmmədov Vidadi, oğlu Məhəmmədəli, cavabdeh Tünzalə və onların iki azyaşlı övladları necə yaşaya bilərdi. Bu məsələ tamamilə yalandır, belə ki, özü həmin evə gəlin köçəndən sonra əri və onun maddi vəsaitləri hesabına həmin torpaq sahəsindəki ev genişləndirilmiş, ikinci və üçüncü otaqlar, əlavə aynəbənd tikilmişdir. Onun cehiz əşyaları da sonradan tikilən otaqlarda olmuşdur. Hal hazırda da həmin otaqlardadır. Mübahisə predmeti olan əşyalar onun ərinə məxsus olan evdədir və həmin evin İddiaçılə heç bir əlaqəsi yoxdur. Dördüncüsü, İddiaçı ərizəsində etiraf edir ki, mübahisəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ ilə ona məxsusdur. Yəni iddiaçı iddia etdiyi evin tam mülkiyyətçisi deyil və digər payçıların da adından iddia irəli sürməsi də hüquqauyğun deyil. Həmin payçılardan biri onun keçmiş əri X4r, O isə öz növbəsində ona qarşı iddia qaldırmır, əksinə onlar barışıb bir ailə kimi yaşamaq istəyirlər. AR Mülki Məcəlləsinin 215.4-cü maddəsinə əsasən hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Beşincisi, növbəti razılaşmadığı məqam ondan ibarətdir ki, məhkəmə qətnaməsində qeyd edilir ki, "Həmin əşyaların iddiaçının evində qalması onun evi üzərində mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneçilik yaradır. O, cümlədən qeyd olunan əşyaların iddiaçının evində qalması həmçinin evin otağının bərbad hala düşməsinə səbəb olur". Lakin iddiaçı həmin halları göstərən və ya təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Baxılan iş üçün əhəmiyyət daşıyan belə halları araşdırmadan, sadəcə iddiaçının şifahi sözlərinə əsasən qətnamə çıxarılması düzgün olmazdı. Sonda qeyd edir ki, hazırda o, öz övladları ilə birgə həmin evə qayıtmaq fikrindədir və onun əri ilə bağlı bu məsələdə problemləri yoxdur. Odur ki, o, uşaqları və əri ilə həmin evdə normal bir ailə kimi birgə yaşamağa hazırdır, lakin iddiaçı hər vəhclə buna maneə olmaq istəyir. Odur ki, qeyd etdiklərinə əsasən iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Göygöl Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(066)-295/2025 nömrəli qətnaməsi ilə (hakim Rəşad Mustafayev), iddianın təmin edilməsi, Cavabdeh məxsus 1 ədəd yataq dəsti (1 ədəd şfaner, 2 ədəd tumba, 1 ədəd termosu, 1 ədəd çarpayı və tabletka), 1 ədəd Qonaq dəsti (servant, 1 ədəd stol, 10 ədəd stul), 1 ədəd divan və 2 ədəd kreslo, 1 ədəd jurnalni, 1 ədəd kravat, 1 ədəd paltaryuyan maşın-LG markalı, 1 dəst mətbəx mebeli, 1 ədəd ət çəkən maşın-simba, 1 ədəd gəlincik çırağı, 2 ədəd gəvə, 2 ədəd vedrə, 2 ədəd böyük ləyən, 1 ədəd zibil qabı, 3 ədəd gül qabı (1 ədəd böyük və 2 ədəd balaca), 1 ədəd gəlinlik güzgüsü, 2 ədəd böyük və 1 ədəd balaca mişka oyuncaq, 2 ədəd çaynik-(1 ədəd balaca və 1 ədəd böyük), 1 ədəd ütü, 4 ədəd aliminum qazan, 5 ədəd şirəli dəst qazan göy rəngli, 5 ədəd ləyən balaca və orta, 3 ədəd tava, 1 ədəd aş süzən, 1 ədəd yekə qazan, 3 ədəd padnus, 2 ədəd üzərik qabı, 1 ədəd tort qabı-ağzı bağlı ağ rəngli, 8 karobka mebelin hissələri, 1 ədəd çamadanda çəngəl və bıçaq dəsti, 1 ədəd krafinka və 6 ədəd bakalı, 1 ədəd meyvə qabıgüllü ağ rəngli, 10 ədəd sadə xrustal stəkan, 2 ədəd meyvə qabı balaca qırmızı və güllü, 2 ədəd şam bakalı, 6 ədəd bakal və 1 ədəd krafinkası, 1 dəst çayni servis, 6 ədəd yaşıl güllü bakal, 2 ədəd qənd qabı qızılı rəngli, 2 ədəd ağ güllü meyvə qabı, 2 ədəd bulud qabı, 5 ədəd aşağısı qırmızı və güllü bakal, 4 ədəd yekə və 2 ədəd balaca yaşıl rəngli kasa, 2 ədəd yekə göy rəngli bulud, 2 ədəd qənd qabı yaşıl rəngli, 2 ədəd sadə kül qabı, 2 ədəd kruşka qırmızı rəngli, 12 ədəd qızılı rəngli nəlbəki, 6 ədəd göy rəngli balaca nəlbəki, 12 ədəd boz rəngli dahada balaca nəlbəki, 1 ədəd ət taxtası, 1 ədəd ağ rəngli servis-6 nəfərlik, 2 ədəd sadə xrustal mürəbbə qabı, 6 ədəd müxtəlif rəngli bakal, 6 ədəd qızılı və qırmızı rəngli bakal, 1 ədəd başı qızılı rəngli krafinka və 6 ədəd bakalı, 6 ədəd güllü və qırmızı rəngli bakal, 6 ədəd rumka, 1 ədəd qırmızı rəngli meyvə qabı yekə, 1 ədəd çayni servis gümüşü rəngli, 1 ədəd karniz və pərdəsi yataq otağı üçün, 1 ədəd lüstr, 1 ədəd divar saatı, 1 ədəd pələng oynucaq, 1 ədəd uşaq kravatı, 1 ədəd kravat örtüyü çəhrayı rəngli, əl üz dəsmalı işlənmiş 6 ədəd, 3 ədəd qətifə 2-si işlənmiş-1 ədədi təzə, 13 ədəd balınc üzü, 4 ədəd skatert, 8 ədəd prastinya, 8 ədəd çay dəsmalı-2 ədədi işlənmiş-6 ədədi təzə, 1 ədəd hamam dəsti-TAC, 3 ədəd tək adamlıq yorğan mələfəsi, 1 ədəd təzə prastinya, 8 ədəd təzə əl dəsmalı stol üçün, 3 ədəd tək döşək, 6 ədəd tək nəfərlik balınc, 6 ədəd oturaq döşəkçəsi, 4 ədəd tək yorğan üzlükləri üstündə, 1 ədəd spalni yorğan, 3 ədəd mütəkkə, 1 ədəd 2 nəfərlik döşək, 1 ədəd pxovlu ədyal, 1 ədəd divan üzlüyü olmaqla cehiz əşyaları İddiaçı məxsus ünvan 2ində yerləşən fərdi yaşayış evindən çıxarılması, məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət edilmişdir.
9. Məhkəmə həmin nəticəyə gələrkən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi, “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinə, Azərbаycаn Respublikаsı Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İV hissələrinə, 60-cı maddəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.5, 157.2 və 157.4-ci maddələrinə, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1, 30.2 və 30.4-cü maddələrinə və prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 216-220 və 360-cı maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
10. Cavabdeh apellyasiya şikayəti verərək, Göygöl Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(066)-295/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, İddiaçı oğlu X5 ilə aralarındakı nikah Yevlax Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli məhkəmə qətnaməsinə əsasən pozulmuşdur. Bundan sonra onlar bir dəfə qeyri-rəsmi barışmışlar və onlar bir yerdə həmin evdə yaşamışlar, sonradan iddiaçının onların aralarındakı münasibətlərə müdaxiləsi səbəbindən yenidən ayrılmışlar. Həmin vaxtlar ona qarşı heç bir əmlak iddiası qaldırılmamışdır. İndi isə, qətnamədən 4 il sonra ona qarşı əmlak iddiasının qaldırılmasını qanunsuz hesab edir. Belə ki, bu məsələlərdə iddia müddəti 3 ildir. Növbəti mübahisəli məsələ həmin evin iddiaçıya məxsus olması, başqa sözlə iddiaçının həmin əmlakın mülkiyyətçisi olubolmaması ilə bağlıdır. Belə ki, Göygöl Rayon Məhkəməsi qətnaməsində qeyd edilir ki, həmin fərdi yaşayış evi qeydiyyat vəsiqəsinə əsasən İddiaçı məxsusdur və 1 otaqdan ibarətdir. O zaman sual yaranır ki, 1 otaqlı evdə, iddiaçı Yasəmən, onun əri Məmmədov Vidadi, oğlu Məhəmmədəli, cavabdeh Tünzalə və onların iki azyaşlı övladları necə yaşaya bilərdi. Bu məsələ tamamilə yalandır, belə ki, o həmin evə gəlin köçəndən sonra əri və onun maddi vəsaitləri hesabına həmin torpaq sahədəki ev genişləndirilmiş, ikinci və üçüncü otaqlar, əlavə aynəbənd tikilmişdir. Onun cehiz əşyaları da sonradan tikilən otaqlarda olmuşdur, hal-hazırda da həmin otaqlardadır. Mübahisə predmeti olan əşyalar mənim ərimə məxsus olan evdədir və həmin evin İddiaçılə heç bir əlaqəsi yoxdur. Növbəti razılaşmadığı məqam ondan ibarətdir ki, məhkəmə qətnaməsində qeyd edilir ki, “Həmin əşyaların iddiaçının evində qalması onun evi üzərində mülkiyyət hüquqularının həyata keçirilməsinə maneçilik yaradır. O, cümlədən qeyd olunan əşyların iddiaçının evində qalması həmçinin evin otağının bərbad hala düşməsinə səbəb olur”. Lakin, iddiaçı həmin halları göstərən və ya təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. İşə baxan məhkəmə isə iş üçün əhəmiyyət daşıyan belə halları araşdırmadan, sadəcə iddiaçının şifahi sözlərinə əsasən qətnamə çıxarmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında göstərmişdir ki, 0, iddiaçının oğlu Məmmədov Məhəmmədəli ilə 03 dekabr 2012-ci il tarixldə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Ailə qurduqdan sonra Göygöl rayonu Üçtəpə kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçmüş, cehiz əşyalarını da həmin evə aparmışdır. İki uşaqları olmuşdur. Sonra nikahları pozulmuşdur. Hazırda iddiaçının yaşadığı Göygöl rayonu Üçtəpə kəndində yerləşən fərdi yaşayış evində ona məxsus cehiz əşyaları qalmışdır. Əmlakları qoymağa başqa yeri yoxdur. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini məhkəmədən xahiş etmişdir.
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, izahatında göstərmişdir ki, oğlu X5 ilə Cavabdeh 03 dekabr 2012-ci il tarixldə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Cavabdeh Göygöl rayonu Üçtəpə kəndində yerləşən onun adına olan fərdi yaşayış evinə gəlin köçmüş, cehiz əşyalarını da həmin evə aparmışdır. İki uşaqları olmuşdur. Cavabdeh 2020-ci ildə həmin evi tərk edərək, başqa ünvana köçmüşdür. Yevlax rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Cavabdehin əmlakları isə onun evində qalmışdır. Cavabdeh cehiz əşyalarını evdən çıxarmaq istəmir. Ev onun mülkiyyətindədir. Onlar arasında evdən istifadə ilə bağlı razılaşma olmamışdır. Cavabdehin cehiz əşyalarının evdə qalması mülkiyyət hüquqlarını pozur. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
15. Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
16. Maddə 29. İİİ. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
17. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
18. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
19. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
20. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
Azərbaycan Respublikasının Mənzil Məcəlləsi
21. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.
22. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.
23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarı Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
24. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
28. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
29. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
30. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
31. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
32. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
33. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
34. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
35. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
37. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
39. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
40. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Göygöl Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(066)-295/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
41. Beləliklə, işin halları ondan ibarətdir ki, İddiaçı oğlu X5 ilə Cavabdeh 03 dekabr 2012-ci il tarixldə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Ailə qurduqdan sonra Cavabdeh Göygöl rayonu Üçtəpə kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçmüş, cehiz əşyalarını da həmin evə aparmışdır. Lakin, daha sonra aralarında nikah məhkəmə qətnaməsi ilə pozulmuşdur. Hazırda İddiaçı yaşadığı Göygöl rayonu Üçtəpə kəndində yerləşən fərdi yaşayış evindən Cavabdeh məxsus cehiz əşyalarının çıxarılmasını istəyir. Mübahisəli fərdi yaşayış evi İddiaçı adına xx.xx.2005-ci il tarixli 12/429 reyestr nömrəli qeydiyyat vəsiqəsi verilməklə daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçmişdir.
42. Məhkəmə kollegiyasının qənaətinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri iddiaçının mülkiyyət hüququnun müdafiəsi və cavabdehin yaşayış sahəsindən istifadə hüququ ilə bağlı yaranan mülki mübahisədir və qanunvericiliyin mülkiyyət hüququna, habelə yaşayış sahəsindən istifadəyə dair aşağıdakı müddəaları əsasında həll olunmalıdır.
43. Qeyd edilməlidir ki, Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ dedikdə əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, istifadə hüququ dedikdə əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, Sərəncam hüququ əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır (Mülki Məcəllənin 152.1, 152.2, 152.3 və 152.4-cü maddələri).
44. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
45. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının İ saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
46. Konstitusiya Məhkəməsi Plenumunun mülkiyyət hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe isə ondan ibarətdir ki, bu hüququn məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır. (Konstitusiya Məhkəməsi Plenumunun S.Bayramovanın şikayəti üzrə 16 iyul 2012-ci il tarixli Qərarı).
47. Ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi bu hüquqa verilən təminat da mülki-hüquq münasibətləri iştirakçılarına onu hüquqi bərabərlik, mülkiyyətin toxunulmazlığı prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə isə məhkəmədə müdafiəsini nəzərdə tutur.
48. Məhkəmə kollegiyası göstərir ki, iddiaçının hazırki iddiası mülkiyyət hüquqlarından qaynaqlandığından cavabdehin evə dair istifadə hüququnun olub-olmaması araşdırılmalıdır. Cavabdeh iddiaçının oğlu ilə xx.xx.2012-ci ildə ailə münasibətləri qurduqları üçün onun fərdi yaşayış evinə dair hüququ qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları əsasında təhlil edilməlidir.
49. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə görə, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.
50. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.
51. Bu normaların düzgün tətbiqi üçün ilk növbədə cavabdehin iddiaçının ailə üzvü olub-olmaması məsələsi müəyyən edilməlidir.
52. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu bununla bağlı «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» 16 dekabr 2014-cü il tarixli qərarında izah etmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir.
53. Ailə Məcəlləsinin 13 və 15-ci fəsillərinin müvafiq müddəalarına əsasən valideynlərin uşaqlarını saxlamağa borclu olması, əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan ər və arvadın bir-birinə kömək etməli olması, qardaş və bacıların yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan qardaş və bacılarını saxlamaq, baba və nənənin nəvələri saxlamaq, həmçinin nəvələrin baba və nənəni saxlamaq, yetirmələrinin öz faktiki tərbiyəçilərini saxlamaq, həmçinin ögey oğul və qızların ögey ata və ananı saxlamaq vəzifəsi müəyyən edilmişdir.
54. Göründüyü kimi ailə qanunvericiliyinin istinad edilən müvafiq normalarında əmək qabiliyyəti olan gəlin “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxil edilməmiş, həmçinin qayınananın gəlini saxlamaq vəzifəsi müəyyən olunmamışdır.
55. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı vəziyyətdə cavabdehin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə mübahisəli fərdi yaşayış evindən onun ailə üzvü kimi yaşamaq və özünün saxlanılmasını tələb etmək hüququ yoxdur. Ona görə də iddia tələbi təmin edilməklə iddia tələbi üzrə cavabdehə məxsus əşyaların mübahisəli fərdi yaşayış evindən çıxarılması qanuni və əsaslıdır.
56. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə əsaslı nəticəyə gəlmişdir.
57. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır.
58. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
59. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».
60. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
61. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).
62. İşin yuxarıda sadalanan hallarından göründüyü kimi, İddiaçı oğlu X5 ilə Cavabdeh 03 dekabr 2012-ci il tarixldə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Cavabdeh Göygöl rayonu Üçtəpə kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçmüş, cehiz əşyalarını da həmin evə aparmışdır. Yevlax rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(039)-181/2020 nömrəli qətnaməsi ilə nikahları pozulmuşdur. Bundan sonra cavabdeh həmin evi tərk edərək, başqa ünvana köçmüşdür. Cehiz əmlakları isə evdə qalmışdır. Hazırda İddiaçı yaşadığı Göygöl rayonu Üçtəpə kəndində yerləşən fərdi yaşayış evindən Cavabdeh məxsus cehiz əşyalarının çıxarılmasını istəyir. Mübahisəli fərdi yaşayış evi İddiaçı adına xx.xx.2005-ci il tarixli 12/429 reyestr nömrəli qeydiyyat vəsiqəsi verilməklə daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçmişdir.Tərəflər arasında evdən istifadə ilə bağlı razılaşma olmamışdır. Cavabdehin cehiz əşyalarının iddiaçının mülkiyyətində olan fərdi yaşayış evində qalması iddiaçının mülkiyyət hüquqlarını həyata keşirilməsinə maneə yaratmaqdadır.
63. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə kollegiyası razılaşır, onu qanuni və əsaslı qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.
64. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
65. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 402, 403.1 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Göygöl Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(066)-295/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinin vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.