Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-970/2023 13.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədirliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhraman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, İddiaçı (qarşılıqlı iddia üzrə ilə cavabdeh) İddiaçı və cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh iştirakları ilə, Göygöl Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(066)-899/2022 nömrəli qətnaməsindən iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı (qarşlıqlı iddia üzrə cavabdeh ) İddiaçı cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı ) Cavabdeh qarşı daşınmaz əmlakın birgə ümumi əmlak hesab edilməsi, payların müəyyən olunması və müəyyən olunmuş paylara mülkiyyət hüququnun tanınması tələbinə dair məhkəmədə iddia qaldıraraq, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən seriya MH ******* nömrəli çıxarışa əsasən sahibkarlıq məqsədi ilə Xanlar rayonu Qızılca kəndi ərazisindəki ehtiyat fondu torpaqlarında Cavabdeh adına qeydə alınmış 0,30 ha torpaq sahəsinin və Xanlar rayon İcra Hakimiyyəti Başçısının 14 noyabr 2005 –ci il tarixli 180 saylı sərəncamına əsasən, həmin torpaq sahəsində inşasına icazə verilmiş 5 ədəd avtomaşının təmiri sexini və bir ədəd ofis binasını İddiaçı və Cavabdeh ümümi birgə əmlakı hesab edilməsi, onların ümumi birgə əmlakda paylarının bərabər, yəni ikidə bir miqdarda müəyyən olunması, müəyyən olunmuş paylara tərəflərin mülkiyyət hüququnun tanınması, ödənilmiş dövlət rüsumu hesabına 100 (bir yüz) manat pulun Cavabdeh alınaraq iddıaçı İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh(qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşı torpaq sahəsindən və onun üzərində inşa edilmiş qeyri-yaşayış sahələrindən çıxarılma və pul tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə müraciət etmişdir. Göygöl Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli,2(066)-899/2022 nömrəli qətnaməsi ilə (sədrlik edən hakim Q.Abbasov) ilkin iddia rədd edilmiş, qarşılıqlı iddia isə qismən təmin edilmiş, iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı cavabeh (qarşılıqlı iddia üzrə iddiaçı ) Cavabdeh qarşı daşınmaz əmlakın birgə ümumi əmlak hesab edilməsi, payların müəyyən olunması və müəyyən olunmuş paylara mülkiyyət hüququnun tanınması tələbinə dair ilkin iddianın təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı ) Cavabdeh arasında xx.xx.2013- cü il tarixdə bağlanılmış müqavilə əsasında 8 il 3 ay (yəni 99 ay) hər ay 160 manat olmaqla, cəmi 15840 ( on beş min səkkiz yüz qırx ) manatın İddiaçı alınıb Cavabdeh verilməsi, tərəflər arasında bağlanılmış xx.xx.2013-cü il tarixli İcarə müqaviləsinə xitam verilməsi, iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh məxsus Göygöl rayonunun Qızılca kəndi ərazisindəki,0.30 ha torpaq sahəsindən və həmin torpaq sahəsində inşa edilmiş avtomobil sexi və ofis binasından çıxarılması, dövlət rüsumuna görə Cavabdeh tərəfindən ödənilmiş 392.45 (üç yüz doxsan iki manat 45 qəpik ) manatdan 137,52 (yüz otuz yeddi manat 52 qəpik) manatın iddiaçı ( qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı alınaraq cavabdeh ( qarşılıqlı idia üzrə iddiaçı) Cavabdeh verilməsi və dövlət rüsumunun 254,93 (iki yüz əlli dörd manat 93 qəpik ) manat hissəsinin ilə Cavabdeh aid edilməsi və işə baxılması ilə əlaqədar iddiaçının ödədiyi 100 (bir yüz) manat dövlət rüsumu onun özünə aid edilməsi qət edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, Göygöl Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(066)-899/2022 nömrəli qətnaməsinin ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi hissəsində ləğv edilməsi və ilkin iddianın tam təmin edilməsi, qarşılıqlı iddianın təmin olunması hissəsində rədd edilməsi dair qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə məhkəmə iclasında araşdırılmış və təqdim edilmiş sübutlar tam təkzib edilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi qarşılıqlı iddia ərizəsində özü etiraf etmişdir ki, hazırki iş üzrə daşınmaz əmlakı onla birlikdə,yəni şərikli olaraq əldə etmiş və həmin daşınmaz əmlakdan müxtəlif markalı avtomaşınların satışını həyata keçirmək üçün istifadə etmişdir.Həmin qarşılıqlı iddia ərizəsində Cavabdeh qeyd etmişdir ki,2008-ci ildə onlar şərikli daşınmaz əmlakdan istifadə etməklə devam etməklə yanaşı,fəaliyyət növlərini ayırmışlar, yəni Cavabdeh DAEWOO markalı avtomaşınların o isə LAVA markalı avtomaşınların alqı-satqısı ilə məşğul olmuşdur.Mübahisəli hesab edilən daşınmaz əmlakın tərəflərin ümumi birgə mülkiyyət olmasını təsdiq edən sübutlardan biridə ondan ibarətdir ki,mübahisəli hesab edilən obyektin inşası və inkişafı üçün əldə olunmuş gəlir kifayət etmədiyindən İddiaçı sözügedən torpaq sahəsini girov qoymaqla Cavabdeh adına,öz şəxsi avtomaşınını girov qoymaqla isə həyat yoldaşının adına bankdan kredit götürmüşdür.Götürülmüş kreditləri banka o, ödəmiş, lakin 2008-ci ildən ölkədə iqtisadi böhran olduğu zaman kreditin ödənilməsində çətinlik yarandığından o, Bakı şəhərində olan bir otaqlı mənzilini satıb kreditlər üzrə olan bütün borclarını tam ödəmişdir.2011-ci ildə Cavabdeh Rusiyaya getmiş və 1 ildən artıq bir müddət orada işləyib yaşamışdır.Həmin dövrdə obyektin gəlirindən əldə edilmiş puldan o, Cavabdeh Şəmkir şəhərində yaşayan ailə üzvlərinə mütəmadi olaraq ödəmişdir.Tərəflər arasında bağlanmış İcarə müqaviləsinin formal olması məhkəmə iclasında öz təsdiqini tapmışdır.Buna baxmayaraq birinci instansiya məhkəməsi qeyd olunan sübutlara düzgün hüquqi qiymət verməmiş, işin faktiki hallarının tam araşdırmamış və düzgün olmayan nəticəyə gəlmişdir. İddiaçı və Cavabdeh məhkəmə kollegiyasının iclasında sədrlik edənin sualına cavab olaraq bildirdilər ki, onlar vergi ödəyicisi kimi vergi uçotuna alınmış və hər birininə VÖEN verilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsləri dinləyərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Göygöl Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(066)-899/2022 nömrəli qətnaməsi ləğv edilməli və iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan : Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin xx.xx.2007-ci il tarixli, ********* qeydiyyat nömrəli çıxarışının surətindən görünür ki, Xanlar (Göygöl) rayonu Qızılca kəndində yerləşən 0.30 ha ehtiyat fondu torpaq sahəsi sahibkarlıq məqsədi ilə Cavabdeh adına xüsusi mülkiyyət kimi dövlət qeydiyyatına alınmışdır. Xanlar (Göygöl) rayon İcra Hakimiyyəti Başçısının 14 noyabr 2005-ci il tarixli 180 saylı sərəncamından çıxarışın sürətindən görünür ki, ünvan 1 ünvanda yaşayan vətəndaş Cavabdeh, Xanlar rayon Qızılca bələdiyyəsinin müvafiq qərarı ilə ona satılmış torpaq sahəsində, avtomobillərin alqı-satqısı üçün mağaza, avtomobillərə xidmət göstərmək üçün avtoservis və digər köməkçi binalar tikməsinə icazə verilməsini xahiş etmiş və ona torpağa mülkiyyət hüququna dair Dövlət aktında cizgidə göstərilən sərhəd daxilində avtomobillərin alqı-satqısını təşkil etmək məqsədi ilə mağaza, avtomobillərə texniki xidmət göstərmək üçün avtoservis və digər köməkçi binalar tikməsinə icazə verilmişdir. Məhkəmə kollegiyası tərəfindən İnternet Vergi İdarəsindən əldə edilmiş axtarış barədə çıxarışlarla müəyyən edilir ki, İddiaçı 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən vergi ödəyicisi kimi vergi uçotuna alınmış və ona ********** saylı VÖEN verilmişdir, Cavabdeh isə ********** saylı VÖEN verilmişdir. İş materialları ilə müəyyən edilir ki, hazırkı mübahisətərəflər arasında sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmışdır. Azərbaycan Respublikası MPM-nin 1-ci maddəsinə edilmiş qeydə əsasən, bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. Azərbaycan Respublikası MM-nin 13-cü maddəsinə görə, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət götürülməsi olan fəaliyyətdir. Azərbaycan Respublikası MPM-nin: 24.2-ci maddəsinə görə, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 26.1-ci maddəsinə görə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. hisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Bu halda, həm mübahisənin subyekt tərkibi, həm də predmeti məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmalıdır. Kollegiya qeyd edir ki, mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Bu halda, həm mübahisənin subyekt tərkibi, həm də predmeti məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmalıdır. Hazırkı iş materiallarından görünür ki, tərəflər vergi ödəyicisi kimi vergi uçotuna alınmış, İddiaçı 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən ********** saylı, Cavabdeh isə ********** saylı VÖEN verilmiş və onlar arasında yaranmış hüquq münasibətlərinin xarakteri məhz sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə bağlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Azərbaycan Respublikası MPM-nin 31.1-ci maddəsinə əsasən, aidiyyət qaydalarının pozulmasına yol verilmir. “İnsan hüquqlarının və əsas azadlıqları müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən hər bir şəxs, ona qarşı irəli sürülən istənilən cinayət ittihamına baxılması zamanı və yaxud hər hansı bir mülki prosesdə onun hüquq və vəzifələrinin müəyyən edilməsi zamanı qanun əsasında yaradılan səlahiyyətli, müstəqil və qərəzsiz məhkəmə tərəfindən ədalətli və açıq məhkəmə araşdırması hüququna malikdir. Avropa Məhkəməsi Avropa ölkələrinin milli qanunvericiliyində məhkəmə aidiyyəti məsələsinin dəqiq göstərilməsinin vacibliyini də xüsusi vurğulamışdır. Belə ki, Avropa Məhkəməsi Çerniçkin Rusiya Federasiyasına qarşı iş üzrə 16 sentyabr 2010-cu il tarixli qərarında bildirir ki, qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən edilməməsi şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tələblərini pozur. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisəyə baxılarkən məhkəmə aidiyyəti qaydaları pozulmuş və Göygöl Rayon Məhkəməsi prosessual qanunvericiliyin aidiyyətlə bağlı tələblərini pozmaqla işi icraatına qəbul edərək, hazırkı qətnaməni qəbul etmişdir. Azərbaycan Respublikası MPM-i: Maddə 384.0.4. Apellyasiya instansiyası məhkəməsi işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. Maddə 387.2.9. Şikayətin dəlillərindən asılı olmayaraq işə ərazi və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışdırsa birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir: Ona görə də, apellyasiya şikayəti qismən təmin edilməli, Göygöl Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(066)-899/2022 nömrəli qətnaməsi ləğv edilməli və iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 387, 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Göygöl Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(066)-899/2022 nömrəli qətnaməsi ləğv edilsin və iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-970/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-970/2023
13.04.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver