Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-981/2024 14.06.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: pul tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X1 ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(066)-157/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 14 iyun 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Göygöl RPŞ-nin İstintaq Bölməsinin 04 oktyabr 2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarının surətindən görünür ki, material üzrə izahatı alınmış Cavabdeh göstərmişdir ki, o, Göygöl rayonu Nadil kəndində ailəsi ilə birlikdə yaşayır, evlidir, 5 övladı var. Rəsmi olaraq Göygöl rayonu Quşqara kəndi ərazisində özünə məxsus "Fermer" adlı kolbasa sexi var və həmin sexi özü işlədir. Bildirmişdir ki, o, Habil Məmmədovu tanımır, lakin onun qohumu İddiaçı tanıyır. Belə ki, əvvəllər İddiaçı Göygöl rayonu Qızılqaya qəsəbəsi ərazisində kolbasa sexi işlədən zaman o, onlardan kolbasa alaraq fərdi qaydada mağazalara satmışdır. Cavabdeh qeyd etmişdir ki, bundan sonra o, Göygöl rayonu Quşqara kəndi ərazisində özünə məxsus kolbasa sexi açmış və həmin sexi işlətmişdir. Bildirmişdir ki, İddiaçı ara-sıra ona məxsus kolbasa sexinə gələrək, özü üçün kolbasa hazırlamış və həmin zaman İddiaçı işlətdiyi kolbasa sexini bağlamasını, artıq işlətməməsini ona bildirərək, həmin sexdə olan avadanlıqları ona verəcəyini, bunun qarşılığı olaraq ondan pul almayacağını demişdir. Bundan sonra isə İddiaçı əvvəllər işlətdiyi kolbasa sexində olan avadanlıqları ümumilikdə 7000 manat qiymət edərək, ona satmış, o, isə həmin avadanlıqların qarşılığı olaraq Faiqə 1500 manat pul vermiş, qalan 5500 manat pulu isə hissə-hissə verəcəyini ona bildirmiş, İddiaçı da onunla razılaşmışdır. Cavabdeh qeyd etmişdir ki, o, bundan sonra sözügedən avadanlıqlara görə Faiqə olan 5500 manat borcundan 1500 manat, təxminən 2 ay sonra isə hissə-hissə ümumilikdə 2000 manat pulu Faiqə vermişdir. Təxminən 2 il müddət ərzində İddiaçı Bakı şəhərindən xam mal alaraq özüdə üzərinə pul qoyub ona nisyə satmış, o, isə həmin xam malın pulunu hissə-hissə Faiqə geri qaytarmış, lakin hazırda ümumilikdə İddiaçı 16200 manat borcu qalmışdır. Əlavə olaraq qeyd etmişdir ki, onun mövsüm ilə əlaqədar İşləri yaxşı olmadığı üçün İddiaçı olan borcunu ödəyə bilməmişdir. Cavabdeh sualları cavablandırarkən, 5000 manat pulu ayrı-ayrı vaxtlarda nəğd şəkildə İddiaçı verən zaman yanında heç kimin olmamasını, bununla bağlı hər hansı qeydiyyat aparmamasını bildirmişdir. Material üzrə təkrar izahatı alınmış Cavabdeh göstərmişdir ki, fərdi sahibkar kimi fəaliyyət göstərir, belə ki, Göygöl rayonu Quşqara kəndi ərazisində “Fermer” adlı kolbasa sexi işlədir. Barəsində yazılmış şikayət ərizəsinə mahiyyəti üzrə bildirmişdir ki, X2 əvvəllər tanımamış, onu son dövrlərdən tanıyır. Lakin İddiaçı təxminən 15 ildir ki, tanıyır, onunla yaxşı münasibəti olmuşdur. Faiqin Göygöl rayonu Qızılqaya qəsəbəsində “təmiz saf” adlı kolbasa sexi vardır, uzun müddət Faiqlə işləmiş, ekspeditor kimi onun kolbasa məhsullarını satmışdır. 2021-ci ildə Göygöl rayonu Quşqara kəndində kolbasa sexi açmış, sonradan Faiq öz sexini bağlamışdır. Bundan sonra Faiqdən xammal götürməyə başlamışdır. O, xammalı Faiqdən götürürmüş, satdıqdan sonra Faiqə pul verirmiş, sonra yenə eyni qaydada dövr edirmiş. Hazırda da Faiqdən xammal götürür. Həmçinin Faiqin kolbasa sexində olan 2 ədəd avadanlığı ondan 7000 manata almağı razılaşmışlar. Faiqdən avadanlığı alan zaman ona 1500 manat, 3 gün sonra 1500 manat vermişdir. Sonradan da 600 manata Faiqdən kompressor avadanlığı almışdır. Avadanlıq almağı ilə bağlı Faiqə olan borcu ilə ondan xammal götürməyi ilə bağlı olan borcu qarışmışdır. Keçən dövr ərzində Faiqə 16200 manat borcu yaranmışdır. Həmin pulun 3000 manat hissəsini isə Göygöl RPŞ-nin Təhqiqat bölməsində araşdırma aparılan zaman Faiqə ödəmişdir. Hazırda Faiqə 13200 manat borcu vardır. Həmin pulu isə Faiqdən xammal götürərək hissə-hissə ödəyir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ona olan 18800 (on səkkiz min səkkiz yüz) manat borc pulun, 147 (yüz qırx yeddi) manat ödədiyi dövlət rüsumunun (məhkəmə xərci), cəmi 18947 (on səkkiz min doqquz yüz qırx yeddi) manat pul vəsaitinin alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı cavabdehi təxminən 15 ildir ki, tanıyır. Belə ki, iddiaçı qohumu X3 məxsus Göygöl rayonu, Qızılqaya qəsəbəsində kolbasa sexini işlədən zaman cavabdehlə tanış olmuşdur. Həmin dövrdə cavabdeh taksi sürücüsü kimi fəaliyyət göstərmişdir. İddiaçı 2021-ci il tarixə qədər kolbasa sexini işlətmiş və bu müddət ərzində cavabdehlə münasibətləri yaranmışdır. 2021-ci il tarixdə iddiaçının qohumu Habil Məmmədov kolbasa sexini bağlamışdır. Sonradan iddiaçı Cavabdeh Göygöl rayonu, Quşqara kəndi ərazisində özünə kolbasa sexi açaraq fəaliyyət göstərdiyini bilmişdir. İddiaçı Eşqinin işlətdiyi kolbasa sexinə getmiş və orada onunla söhbət edən zaman o, iddiaçıya işlərinin yaxşı getmədiyini, maddi imkanının yaxşı olmamasını və avadanlıqları kirayə işlətdiyini bildirmişdir. Həmçinin Eşqin iddiaçıya əvvəllər işlətdiyi sexdə olan avadanlıqları almaq istədiyini bidirmişdir. İddiaçı da cavabdehə bu barədə kömək edəcəyini demişdir. Bundan sonra iddiaçı qohumu Habil Məmmədova zəng etmiş və sexdə olan avadanlıqları Eşqinin almaq istədiyini bildirmişdir. İddiaçının qohumu Habil də bu barədə razılaşmış və avadanlıqları satmaq istədiyini demişdir. İddiaçı Habil Məmmədova məxsus olan kolbasa sexində olan 3 (üç) ədəd avadanlıqları ümumi dəyəri 7600 (yeddi min altı yüz) manata Eşqinə satmışdır. Cavabdeh həmin 7600 (yeddi min altı yüz) manat puldan iddiaçıya nəğd şəkildə 1500 (min beş yüz) manat pul vermiş və qalan 6100 (altı min yüz) manat hissəsini isə daha sonra verəcəyini bildirmişdir. İddiaçı da ona etiraz etməmişdir. Əlavə olaraq cavabdehə dəstək olmaq məqsədilə təxminən bir il ərzində onun ehtiyacı olan xam malı iddiaçı təşkil etmişdir. Həmin malı iddiaçı özü nəğd şəkildə alsa da cavabdeh həmin pulu iddiaçıya hissə-hissə qaytarmışdır. Sonda cavabdehin iddiaçıya 22800 (iyirmi iki min səkkiz yüz) manat borcu yaranmışdır. Cavabdeh bu puldan 4000 (dörd min) manat hissəsini iddiaçıya qaytarsa da lakin, 18800 (on səkkiz min səkkiz yüz) manat borcunu özünün maddi imkanının aşağı olması bəhanəsi ilə qaytarmamışdır. Belə olan halda iddiaçı Eşqinin bu hərəkətləri barədə Göygöl rayon polis şöbəsinə müraciət etmiş və Göygöl rayon X4 Bölməsinin müstəntiqi, polis kapitanı Rəşad Zeynalovun 04 oktyabr 2023-cü il tarixli, HK-1/1650 nömrəli "cinayət işinin başlanmasının rədd edilməsi haqqında" qərarına əsasən Cavabdeh əməlində cinayət tərkibinin olmadığı, aralarında olan mübahisənin mülki xarakterli olduğu və bunun üçün də məhkəməyə müraciət etməli olduğu göstərilmişdir. Bu səbəblərə görə də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(066)-157/2024 nömrəli qətnaməsi ilə (hakim Əyyub Kərimov), iddianın qismən təmin edilməsi, Cavabdeh 13200 (on üç min iki yüz) manat pul və ödənilmiş dövlət rüsumunun 129.60 manatı alınaraq İddiaçı verilməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçının özünə aid edilməsi, iddia qalan hissədə təmin edilməsi qət edilmişdir.
5. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2, 385.1, 386.1, 567, 601.1, 601.2 və 600.4-cü maddələrinə istinad etmiş, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.3, 78.2, 119.1, 216-220, 227, 233, 357 və 360-cı maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
6. Cavabdeh apellyasiya şikayəti verərək, Göygöl Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(066)-157/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, məhkəmə iclasında iştirak etmədiyim üçün çəkişmə prinsipindən istifadə edə bilməmiş və nəticədə tərəflər arasında qanunun qarşısında bərabərlik hüququ pozulmuşdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
9. İş üzrə İddiaçı və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən xx.xx.2024-cü il (iddiaçı həmin tarixdə gəlmişdir), xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixdə məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onların iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
10. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
11. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
12. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
13. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
14. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
15. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
16. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
17. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
18. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
19. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
20. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
21. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
22. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
23. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
24. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
25. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
27. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
29. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
30. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(066)-157/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
31. Beləliklə, işin halları ondan ibarətdir ki, İddiaçı Cavabdeh kolbasa sexində işlər zəif olduğu üçün avadanlıqlar və istehsala görə xam malın verilməsi nəticəsində cavabdehin iddiaçıya 13.200 manat məbləğində borcu yaranmışdır. Həmçinin, xx.xx.2023cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar ilə cavabdeh borcunun olduğunu etiraf etmişdir.
32. İşin mübahisə edilməyən halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında kolbasa sexinin avadanlıqlarının və xammal götürməyi ilə bağlı nisyə alqı-satqısı olmuşdur. Cavabdeh isə iddiaçıdan kolbasa sexinin avadanlıqlarının aldığını bildirmiş və cavabdeh tərəfindən əmlakların dəyəri mübahisələndirilməmişdir.
33. Məhkəmə kollegiyasının qənaətinə görə tərəflərin arasında yaranmış mübahisə, nisyə satılmış əşyanın dəyərinin ödənilməsi münasibətləri üzrə yaranmışdır. Ona görə də işin hallarına nisyə satılmış əşyanın dəyərinin ödənilməsi ilə bağlı qanunvericiliyə əsasən hüquqi qiymət verilməli və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin yuxarıdakı müddəaları əsasında həll olunmalıdır.
34. İddia tələbinin hüquqi əsasını təşkil edən mərkəzi hüquq norması Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600.1-ci maddəsidir. Həmin normada deyilir ki, alqısatqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
35. Mülki Məcəllənin 600.4-cü maddəsində deyilir ki, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
36. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri kimi tərəflər arasında müqavilənin olmasıdır.
37. Məhkəmə kollegiyası sadalanan hüquq normalarını işin faktik halları ilə birlikdə müqayisəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, iddianın qismən təmin edilməsi barədə məhkəmənin gəldiyi nəticə əsaslıdır.
38. Çünki, iş materiallarında olan araşdırma zamanı ibtidai istintaq orqanına izahat vermiş Cavabdeh izahatında göstərmişdir ki, avadanlıq almağı ilə bağlı Faiqə olan borcu ilə ondan xammal götürməyi ilə bağlı olan borcu qarışmışdır. Keçən dövr ərzində Faiqə 16.200 manat borcu yaranmışdır. Həmin pulun 3000 manat hissəsini isə Göygöl RPŞ-nin Təhqiqat bölməsində araşdırma aparılan zaman Faiqə ödəmişdir. Hazırda Faiqə 13.200 manat borcu vardır. Həmin pulu isə Faiqdən xammal götürərək hissə-hissə ödəyir.
39. Nəzərə alınmalıdır ki, iş üzrə tərəflərin (nümayəndələrinin) izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Ona görə də iş üzrə tərəflərin (nümayəndələrinin) izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Çünki, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir (Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsi).
40. Azərbaycan Respublikasının MPM-in 76, 80, 81, 88 və 95-ci maddələrinin tələbləri baxımından əgər məhkəmə hər hansı sübutu qəbul edərək, iş materiallarına əlavə edibsə işdə olan sübutlara həmin sübutların qanuniliyi (qanunvericilik baxımından sübut kimi qəbul olunmasının yolverilənliyi), aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (sənədlərin əsli və ya təsdiq olunmuş surətləri, zəruri rekvizitlərə (imza, möhür və s) malik olması, montaj və saxtalaşdırma əlamətlərinin olub-olmaması və s.) baxımından qiymət verilməlidir.
41. Bu baxımdan əgər tərəflərdən biri sübut qismində məhkəməyə ibtidai araşdırma orqanlarında aparılmış araşdırma materiallarını, qəbul edilmiş qərarları, yaxud məhkəmə aktlarını və orada əksini tapmış izahatları təqdim edirsə, məhkəmə həmin sənədlərə yuxarıda istinad edilmiş prosessual hüquq normaları baxımından qiymət verməlidir.
42. Göründüyü kimi, işin qeyd olunan halı cinayət işinin başlanmasının rədd edilməsi haqqında Göygöl rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarı ilə də təsdiqini tapır. Həmin qərar isə hazırki iş üzrə cavabdeh tərəfindən mübahisələndirilməmişdir.
43. Məhkəmə Kollegiyasi qeyd edir ki, Cavabdeh təhqiqat vaxtı vermiş olduğu izahatında - avadanlıq almağı ilə bağlı Faiqə olan borcu ilə ondan xammal götürməyi ilə bağlı olan borcu qarışmışdır. Keçən dövr ərzində Faiqə 16.200 manat borcu yaranmışdır. Həmin pulun 3000 manat hissəsini isə Göygöl RPŞ-nin Təhqiqat bölməsində araşdırma aparılan zaman Faiqə ödəmişdir. Hazırda onun Faiqə 13.200 manat borcu vardır. Həmin pulu isə Faiqdən xammal götürərək hissə-hissə ödəmək istəməsini bildirmişdir.
44. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə, bu normaların tələbinə uyğundur.
45. Apellyatorun apellyasiya şikayətində çəkişmə prinsipinin pozulmasını göstərsə də, kollegiya bu dəlili əsassız sayır. Çünki, iş materiallarından olan xəbərnamədən görünür ki, cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış, məhkəmə iclaslarında iştirak etmişdir. Belə ki, xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehin yaşadığı ünvana bildiriş göndərilmiş və sonuncu tərəfindən məhkəmə bildirişi xx.xx.2024-cü il tarixdə poçt xəbərnaməsinə imza etməklə rəsmi qaydada qəbul edilmişdir (bundan başqa cavabdeh heç bir üzürlü səbəb göstərmədən xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə Məhkəmə Kollegiyasının iclasına da gəlməmişdir).
46. Azərbaycan Respublikasının MPM-in 185-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.
47. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə kollegiyası razılaşır, onu qanuni və əsaslı qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.
48. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
49. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».
50. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
51. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).
52. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
53. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır. Ona görə də, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
54. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 403.1 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(066)-157/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.