Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1001/2021 17.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X15, İddiaçı1 nümayəndəsi və vəkili X23, Cavabdeh nümayəndəsi və vəkili X11 iştirakı ilə Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(067)-1729/2020 saylı qətnaməsindən İddiaçı1 verdiyi apelyasiya şikayəti üzrə mülki işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(067)-1729/2020 saylı qətnaməsi ilə (hakim A.B.Sadıqov) İddiaçı1 Cavabdeh qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin və onların əsasında verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların etibarsız hesab edilməsi və miras əmlakdan payların müəyyən edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı1 apelyasiya şikayəti verib, Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(067)-1729/2020 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Xaçmaz rayonu notariusu tərəfindən verilmiş reyestrdə 2V-859 nömrə ilə qeyd edilmiş xx xxxxxxx 2017-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və həmin şəhadətnamə əsasında hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyesterindən verilmiş RX seriyalı ******* nömrəli, **********19 reyestr nömrəli çıxarışın etibarsız hesab edilməsi, Xaçmaz rayon notariusu tərəfindən verilmiş reyestrdə 2V-861 nömrə ilə qeyd edilmiş xx xxxxxxx 2017-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və həmin şəhadətnamə əsasında hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyesterindən verilmiş RX seriyalı ******* nömrəli, **********64 reyestr nömrəli çıxarışın etibarsız hesab edilməsi, Xaçmaz rayon notariusu tərəfindən verilmiş reyestrdə qeyd edilmiş 2V-860 nömrə ilə xx xxxxxxx 2017-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və həmin şəhadətnamə əsasında hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyesterindən verilmiş RX seriyalı ******* nömrəli, **********25 reyestr nömrəli çıxarışın etibarsız hesab edilməsi, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyesterindən verilmiş RX seriyalı ******* nömrəli, **********19 reyestr nömrəli çıxarışa əsasən ünvan 1ində yerləşən 1,20 ha kənd təsərrüfatlı torpaq sahəsindən mərhum qaynanası X8 düşən hissəsindən ibarət miras əmlakın vərəsəlik üzrə onun oğlu X2 düşən hissəsindən ibarət miras əmlakdan və həmin çıxarışla X2 düşən hissəsindən ibarət miras əmlakdan vərəsəlik üzrə miras paylarının müəyyən edilməsi, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyesterindən verilmiş RX seriyalı ******* nömrəli, **********54 reyestr nömrəli Çıxarışa əsasən ünvan 1ində yerləşən 1,0753 ha kənd təsərrüfatlı torpaq sahəsindən mərhum qaynanası X8 düşən hissəsindən ibarət miras əmlakın vərəsəlik üzrə onun oğlu X2 düşən hissəsindən ibarət miras əmlakdan və həmin çıxarışla X2 düşən hissəsindən ibarət miras əmlakdan vərəsəlik üzrə miras paylarının müəyyən edilməsi, torpağın mülkiyyətə verilməsinə dair JN-056B KOD 30204018 şəhadətnaməyə əsasən Xaçmaz rayonu, Alekseyevka kəndində yerləşən 0,69 ha həyətyanı torpaq sahəsindən mərhum qaynanası X8 düşən hissəsindən ibarət miras əmlakın vərəsəlik üzrə onun oğlu X2 düşən hissəsindən ibarət miras əmlakdan və həmin çıxarışla X2 düşən hissəsindən ibarət miras əmlakdan miras paylarının müəyyən edilməsi, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyesterindən verilmiş RX seriyalı ******* nömrəli, **********48-10301 reyestr nömrəli çıxarışa əsasən ünvan 1ində yerləşən üzərində fərdi yaşayış evinin olduğu 0,34 ha həyətyanı torpaq sahəsindən mərhum qaynanası X8 düşən hissəsindən ibarət miras əmlakdan vərəsəlik üzrə onun oğlu X2 düşən hissəsindən ibarət miras əmlakdan və həmin çıxarışla X2 düşən hissəsindən ibarət miras əmlakdan miras paylarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: İddiaçı1 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Xaçmaz Rayon Məhkəməsi xx xxxxxx 2020-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normaları pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı1 nümayəndəsi və vəkili X23 barışıq sazişinin icraata qəbul edilməsi barədə ərizəsini məhkəmə kollegiyasına təqdim edərək təsdiq olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi və vəkili X18 ərizə ilə məhkəmə kollegiyasına müraciət edib, iddiaçının nümayəndəsi və vəkili E.İ.Əlixanlı tərəfindən təqdim olunmuş barışıq sazişinin təsdiq olunmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Belə ki, iş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X3 ilə Əzizova (Şixməmmədova) Günəş Şirinbala qızı arasında nikah xx.xx.2008-ci ildə bağlanmışdır. Doğum haqqında şəhadətnamələrin surətindən müəyyən olunur ki, X16 xx.xx.2008-ci ildə, İddiaçı2 xx.xx.2010-cu ildə anadan olmuşlar. Ölüm haqqında şəhadətnamələrin surətindən müəyyən olunur ki, X13 xx.xx.2003-cü ildə, X3 xx.xx.2013-cü ildə vəfat etmişlər. xx.xx.2017-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, RX seriyalı ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1ində yerləşən 1,0763 ha torpaq sahəsinin 9/24 hissədə Cavabdeh, 1/6 hissədə X7, 1/6 hissədə X14, 1/6 hissədə X5, 1\24 hissədə İddiaçı2, 1/24 hissədə X9, 1/24 hissədə İddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrində 206 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində qeydiyyata alınmışdır. xx.xx.2017-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, RX seriyalı ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, ünvan 1ində yerləşən 0,69 ha torpaq sahəsinin 9/24 hissədə Cavabdeh, 1/6 hissədə X6, 1/6 hissədə X12, 1/6 hissədə X5, 1\24 hissədə İddiaçı2, 1/24 hissədə X9, 1/24 hissədə İddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrində 209 nömrəli reyestr kitabının 85 nömrəli vərəqində qeydiyyata alınmışdır. xx.xx.2017-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, RX seriyalı ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, ünvan 1ində yerləşən 1,0753 ha torpaq sahəsinin 9/24 hissədə Cavabdeh, 1/6 hissədə X6, 1/6 hissədə X12, 1/6 hissədə X5, 1/24 hissədə İddiaçı1, 1\24 hissədə İddiaçı2, 1/24 hissədə X9 adına daşınmaz əmlakın dövlət reyestrində 206 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində qeydiyyata alınmışdır. xx.xx.2017-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, RX seriyalı ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, ünvan 1ində yerləşən fərdi yaşayış evi tam, 0,34 ha torpaq sahəsi ümumi birgə Cavabdeh, torpaq sahəsi X6, X12, X1, İddiaçı2 Tayib qızının və X4 ümumi birgə mülkiyyətlərinə verilmişdir. Daşınmaz əmlakın dövlət reyestrində 67 nömrəli reyestr kitabının 1 nömrəli vərəqində qeydiyyata alınmışdır. Qanun üzrə vərəsəlik hüququ haqqında xx xxxxxxx 2017-ci il tarixli, 2V-863 reyestr nömrə ilə qeyd edilmiş, 761 nömrəli şəhadətnamənin surətində qeyd olunur ki, xx.xx.2013-cü il tarixdə vəfat etmiş X1 vərəsəsi ünvan 1ində yaşayan Cavabdeh, İddiaçı1, X16 və İddiaçı2dır. Şəhadətnamə verilən miras əmlak ünvan 1i ünvanında yerləşən 0,20 ha torpaq sahəsini hər birinə bərabər hissələrlə aiddir. Qanun üzrə vərəsəlik hüququ haqqında xx xxxxxxx 2017-ci il tarixli, 2V-864 reyestr nömrə nömrə ilə qeyd edilmiş, 761 nömrəli şəhadətnamənin surətində qeyd olunur ki, xx.xx.2013-cü il tarixdə vəfat etmiş X1 vərəsəsi ünvan 1ində yaşayan Cavabdeh, İddiaçı1, X16 və İddiaçı2dır. Şəhadətnamə verilən miras əmlak ünvan 1i ünvanında yerləşən 0,179216 ha torpaq sahəsini hər birinə bərabər hissələrlə aiddir. Qanun üzrə vərəsəlik hüququ haqqında xx xxxxxxx 2017-ci il tarixli 2V-862 reyestr nömrə nömrə ilə qeyd edilmiş, 761 nömrəli şəhadətnamənin surətində qeyd olunur ki, xx.xx.2013-cü il tarixdə vəfat etmiş X1 vərəsəsi ünvan 1ində yaşayan Cavabdeh, İddiaçı1, X16 və İddiaçı2dır. Şəhadətnamə verilən miras əmlak ünvan 1i ünvanında yerləşən 0,115 ha torpaq sahəsini hər birinə bərabər hissələrlə aiddir. Məhkəmə baxışı zamanı İddiaçı1 və Cavabdeh barışıq sazişi imzalamış, barışıq sazişi məhkəmə kollegiyasına təqdim edilmişdir. Məhkəmə kollegiyasının iclasında təqdim olunmuş xx xxxx 2021-ci il tarixli barışıq sazişinə əsasən mülki iş üzrə tərəflər aşağıda göstərilən şərtlərlə razılığa gəlmişlər.
1. İddiaçı1 Cavabdeh qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin və onların əsasında verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyesterindən verilmiş Çıxarışların etibarsız hesab edilməsi və miras əmlakdan paylarımızın müəyyən edilməsi tələbindən imtina edir.
2. Cavabdeh İddiaçı1 qarşı olan iddia tələblərindən imtina etməsi ilə bağlı hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Xaçmaz rayonu, Alekseyevka kəndində yerləşən 0,69 ha torpaq sahəsindən 0,30 ha hissəsini və Xaçmaz rayonu, Alekseyevka kəndində yerləşən 0,09 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evini İddiaçı1 bağışlayır.
3. İddiaçı1 bir daha Cavabdeh qarşı heç bir iddia tələbinə dair iddia ərizəsilə məhkəməyə müraciət etməyəcəkdir.
4. İddiaçı1 bu şərtlərlə razıdır.
5. Cavabdeh bu şərtlərlə razıdır.
Azərbaycan Respublikası MPM-nin 191.2-ci maddəsində əsəsən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prossesual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddidan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi imzalamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, iş üzrə icraata xitam verilə bilər. Azərbaycan Respublikası MPM-nin 391-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi həmin Məcəllənin 19-20-ci fəsillərində göstərilən əsaslar olduqda apelyasiya qaydasında icraata xitam verilməklə ləğv edilməlidir. Azərbaycan Respublikası 384.0.4-cü maddəsinə əsasən qətnamənin tamamilə və ya qismən ləğv edib, iş üzrə icraata xitam vermək apelasiya instansiya məhkəməsinin səlahiyyətidir. Məhkəmə kollegiyasının iclasında müəyyən olunur ki, tərəflərin barışıq sazişinin şərtləri qanuna zidd deyildir və digər şəxslərin mənafelərinə toxunmur. Məhkəmə kollegiyası hesab edir ki, tərəflərin bağlamış olduqları xx xxxx 2021-ci il tarixli barışıq sazişi qanuni və əsaslı olduğu üçün təsdiq edilməli və Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(067)-1729/2020 saylı qətnaməsi ləğv edilməklə iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 191.2, 261-264, 365, 391, 400, 401–ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Q Ə R A R A A L İ R:
İddiaçı1 Cavabdeh qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin və onların əsasında verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların etibarsız hesab edilməsi və miras əmlakdan payların müəyyən edilməsi tələbinə dair mülki iş üzrə İddiaçı1 və Cavabdeh barışıq sazişinin təsdiq edilməsi barədə ərizələri qəbul edilsin. Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(067)-1729/2020 saylı qətnaməsi ləğv edilsin. İddiaçı1 Cavabdeh qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin və onların əsasında verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların etibarsız hesab edilməsi və miras əmlakdan payların müəyyən edilməsi tələbinə dair tərəflər arasında bağlanmış xx xxxx 2021-ci il tarixli barışıq sazişi aşağıdakı şərtlər əsasında təsdiq edilsin.
1. İddiaçı1 Cavabdeh qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin və onların əsasında verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyesterindən verilmiş Çıxarışların etibarsız hesab edilməsi və miras əmlakdan paylarımızın müəyyən edilməsi tələbindən imtina edir.
2. Cavabdeh, İddiaçı1 qarşı olan iddia tələblərindən imtina etməsi ilə bağlı hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Xaçmaz rayonu, Alekseyevka kəndində yerləşən 0,69 ha torpaq sahəsindən 0,30 ha hissəsini və Xaçmaz rayonu, Alekseyevka kəndində yerləşən 0,09 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evini İddiaçı1 bağışlayır.
3. İddiaçı1 bir daha Cavabdeh qarşı heç bir iddia tələbinə dair iddia ərizəsilə məhkəməyə müraciət etməyəcəkdir.
4. İddiaçı1 bu şərtlərlə razıdır.
5. Cavabdeh bu şərtlərlə razıdır.
İş üzrə icraata xitam verilsin. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən on gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova