Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1003/2025 26.09.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1, Cavabdeh2, X14, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 oğluna qarşı mənzilin sökülməsi və əvəzinə yeni tikiləcək binada mənzil verilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: mənzilin sökülməsi və əvəzinə yeni tikiləcək binada mənzilin verilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X27 (sədrlik edən və məruzəçi), X28 və X7 ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, iddiaçının nümayəndəsi Vəkil1, cavabdehlər Cavabdeh1, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh2, onun nümayəndəsi X3 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-1900/2025 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları
1. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2- 1(118)-4073/2023 saylı qərarından görünür ki, iddia təmin edilmiş, İddiaçı Sumqayıt şəhəri, 20 yanvar küçəsi, 16cı məhəllə ərazisində yaşayış kompleksinin davamı olaraq 2 ədəd bir tipli 18 mərtəbəli yaşayış və bir ədəd qeyri- yaşayış binalarının tikintisinə başlanması üçün Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən edilən müdaxilələrin əsassız hesab edilməsi və aradan qaldırılması qərara alınmışdır.
2. Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısının 223 saylı, 12 oktyabr 2017-ci il tarixli sərəncamının surətindən görünür ki, həmin sərəncamla Sumqayıt şəhər Memarlıq və Şəhərsalma idarəsi tərəfindən müvafiq qaydada razılaşdırılmış, “Sumqayıt şəhəri, 16-cı məhəllə ərazisində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tikintisi nəzərdə tutulan çoxmərtəbəli yaşayış binalarına dair şəhərsalma əsaslandırılması təsdiq edilmişdir.
3. Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısının 130 saylı, 27 may 2016-cı il tarixli sərəncamının surətindən görünür ki, Sumqayıt şəhəri, 16-cı məhəllə ərazisində istismarı başa çatmış 2 mərtəbəli qəzalı vəziyyətdə olan yaşayış binalarının söküntüsünün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən yerinə yetirilməsinə və həmin ərazidə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 25500 kv.m sahədə çoxmərtəbəli yaşayış binaları kompleksinin, ətrafın abadlaşdırılması və yaşıllaşdırılmasının layihələndirilməsinə icazə verilmişdir.
4. İddiaçınə Sumqayıt şəhəri, 20 yanvar küçəsi, 16-cı məhəllə ərazisində yerləşən yaşayış kompleksinin tikintisinə Sumqayıt şəhər İcra Hakimiyyətinin müvafiq sərəncamı əsasında 29 sentyabr 2020-ci il tarixdə 12 saylı icazə verilmişdir.
5. Azərbaycan Respublikası Fövqəladə hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə X17 “Azkommunlayihə” KLİ tərəfindən təsdiq edilmiş 2021-ci il tarixli Sumqayıt şəhəri, 20 yanvar küçəsi, 16-cı məhəllə ərazisində yerləşən 2 və 3 mərtəbəli yaşayış binalarının mövcud vəziyyəti haqqında texniki rəydən görünür ki, Sumqayıt şəhəri, 20 Yanvar küçəsi, 16-cı məhəllədə yerləşən Bina- 9/28, Bina- 5/32, Bina29/32A, Bina-11/26, Bina-13/24, Bina-3/42 və Bina-5/40 nömrəli yaşayış binalarının mühəndisi-müayinəsi nəticəsində aşağıdakılar müəyyən edilmişdir: Yaşayış binaları keçən əsrin 50-ci illərində inşa edildiyindən tikintidə istifadə olunmuş materiallar fiziki köhnəlməyə məruz qalmışdır. Elektrik naqilləri uzun müddət baxımsızlıqdan yararsız vəziyyətdə oldugundan hər an yanğın təhlükəsi yarada bilər. Yığma dəmir beton tirlərin mühafizə qatı dağılmış armaturları korroziyaya uğramışdır. Yaşayış binalarına sonradan xaotik şəkildə Tikinti Norma və Qaydalarına zidd olaraq əlavə tikililər inşa oıunmuşdur. Əhəng daşından olan yükdaşıyan divarlarda keçici çat və aşınmalar yaranmışdır. Bəzi tikililərin dam örtükləri zədələndiyindən atmosfer yağıntıları otaqların daxilinə sızmışdır. Divarlarda rütubət izləri müşahidə olunur. Tikililərin əksəriyyətində ağac konstruksiyalardan olan döşəmə, dam örtüyü, qapı və pəncərələr çürüyərək yararsız hala düşmüşdür. Binalardakı kommunikasiya xətləri uzun müddət təmirsiz istismar olunduğundan yararsız vəziyyətə düşmüşdür. Əksər pilləkən qəfəsəsindəki metal tirlər korroziyaya uğrayaraq möhkəmliyini itirmişdir. Yaşayış binalarının istismarı yolverilməzdir. Ümumiyyətlə binalar mövcud tikinti Norma və Qaydalarına, şəhərin ümumi görünüşünə, mövcud şəhərsalma tələblərinə cavab vermir. Binalarda yaranmış bu vəziyyətin təbii fəlakətlə əlaqəsi yoxdur.
6. xx.xx.2023-cü il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı X4 Sumqayıt şəhəri, məhəllə 16, ev 28/9, 3 saylı mənzili 80000 manata almışdır.
7. xx.xx.2021-cü il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı X1 Sumqayıt şəhəri, məhəllə 16, ev 28/9, 2 saylı mənzili 65000 manata almışdır.
8. xx.xx.2021-cü il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı X8 Sumqayıt şəhəri, məhəllə 16, ev 28/9, 5 saylı mənzili 100000 manata almışdır.
9. Sumqayıt şəhəri, 16-cı məhəllədə yerləşən 5/32, 9/28, 28a/27, 29/32A nömrəli yaşayış binalarının texniki vəziyyətinə dair xx.xx.2016-cı il tarixli aktdan görünür ki, sözügedən binalar qəzalı vəziyyətdədir və həmin binaların mövcud qaydalara uyğun olaraq sökülməsi məqsədəuyğun hesab edilir.
10. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, aparılmış hesablamalara və təhlillərə əsasən daşınmaz əmlakın dövlət reyestrindən **********45-05101-093006 reyestr nömrəsi ilə qeydə alınmış, ünvan 1, mənzil 1-in (60.6 kv.m), **********45-05101-093012 reyestr nömrəsi ilə qeydə alınmış ünvan 1, mənzil 6- nın (50.49 kv.m), **********45-05101-093008 reyestr nömrəsi ilə qeydə alınmış ünvan 1, 8-in (56.3 kv.m) və **********45-05101- 093010 reyestr nömrəsi ilə qeydə alınmış ünvan 1, mənzil 12-nin (58.44 kv.m) 1 kv.m-nin 24 aprel 2025-ci tarixinə olan bazar dəyərləri 1300 (bir min üç yüz) manat - 1500 (bir min beş yüz) manat arası təşkil edir.
11. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, ünvan 1 ünvanında yerləşən 1 saylı mənzil üzərində (daşınmaz əmlakın dövlət reyestrində **********45-05101-093006 reyestr nömrəsi ilə qeydə alınıb) Cavabdeh4 və Cavabdeh5 oğlunun (hər biri 1/2 hissə), ünvan 1 ünvanında yerləşən 6 saylı mənzil üzərində (daşınmaz əmlakın dövlət reyestrində **********45-05101-093012 reyestr nömrəsi ilə qeydə alınıb) X9, ünvan 1 ünvanında yerləşən 8 saylı mənzil üzərində (daşınmaz əmlakın döviət reyestrində **********45-05101-093008 reyestr nömrəsi ilə qeydə alınıb) Cavabdeh3, ünvan 1 ünvanında yerləşən 12 saylı mənzil üzərində (daşınmaz əmlakın dövlət reyestrində **********45-05101-093010 reyestr nömrəsi ilə qeydə alınıb) Cavabdeh2, Cavabdeh1 və X5 ( hər biri 1/3 hissə) mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
12. Cavabdeh4 xx.xx.2010-cu il tarixdə, Cavabdeh5 oğlu isə xx.xx.2015-ci il tarixdə ölmüşdür.
13. xx.xx.1997-ci il tarixli vəsiyyətnamənin surətindən görünür ki, Cavabdeh4 özünə məxsus Sumqayıt şəhəri, 1-ci mikrorayonda yerləşən 4/31 nömrəli evin 1 saylı mənzilini X10 vəsiyyət etmişdir.
14. xx.xx.1996-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, X2 vərəsələri Cavabdeh4 və Cavabdeh5 oğluna miras olaraq ünvan 1 ünvanında yerləşən 1 saylı mənzil qalmışdır.
15. Sumqayıt şəhəri, 16-cı məhəllə ərazisində 20 Yanvar küçəsində tikilicək yaşayış kompleksinin şəhərsalma əsaslandırması Azərbaycan Respublikası Fövqəladə hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə X17 “Azərdövlətlayihə” DBLİ tərəfindən təsdiq edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
16. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X18 qarşı qəzalı mənzilin sökülməsi və əvəzinə yeni tikiləcək binada mənzilin verilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərə məxsus, Sumqayıt şəhəri 16-cı məhəllədə yerləşən 9/28 nömrəli binanın 6 nömrəli mənzilin ümumi sahəsinə 20%, Sumqayıt şəhəri 16-cı məhəllədə yerləşən 9/28 nömrəli binanın 1 nömrəli mənzilin ümumi sahəsinə 20%, Sumqayıt şəhəri 16-cı məhəllədə yerləşən 9/28 nömrəli binanın 12 nömrəli mənzilin ümumi sahəsinə 20%, Sumqayıt şəhəri 16-cı məhəllədə yerləşən 9/28 nömrəli binanın 8 nömrəli mənzilin ümumi sahəsinə 20% əlavə olunaraq onlara yeni təmirli mənzilin verilməsi, cavabdehlərin qəzalı mənzillərə istifadə hüquqlarına xitam verilməsi, yeni təmirli mənzil verilənə qədər hər bir mənzil sahibinə hər ay 300 (üç yüz) manat kirayə haqqı ödənilməklə onların mənzildən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
17. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 11 mart 2016-cı il tarixində Sumqayıt şəhəri, 16-cı məhəllədə yerləşən 5/32, 9/28, 28a/27, 29/32a nömrəli yaşayış binalarının texniki vəziyyətinə Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə X17, “Azərinşaatlayihə” Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnstitunun texniki şöbəsinin, İnşaat şöbəsinin, Fövqəladə Hallar Nazirliyi Sumqayıt Regional Mərkəzinin nəzdində Sumqayıt – Abşeron Regional Tikinti Müfəttişliyinin, Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin, Texniki şöbənin, Sumqayıt Şəhər İcra Hakimiyyətinin Başçısı aparatının sosial - iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin, Sumqayıt Şəhər Fövqəladə Hallar Komissiyasının, İctimai - Siyasi və humanitar məsələlər şöbəsinin, Tikinti şöbəsinin, 3 №-li Mənzil Kommunal Sahəsinin əməkdaşlarının birgə iştirakları ilə yuxarıda qeyd edilən yaşayış binalarında yaşayan sakinlərin Sumqayıt Şəhər İcra Hakimiyyətinə edilmiş çoxsaylı müraciətləri əsasında vizual baxış keçirilmiş, bununla bağlı AKT tərtib edilmiş və qeyd edilən təşkilatların nümayəndələri tərəfindən imzalanmışdır. AKT-da qeyd edilmişdir ki, yaşayış binaları 1955-1960-cı illərdə 2 mərtəbəli, 3 girişli və 14 mənzilli olmaqla inşa olunmuşdur. Yaşayış binalarının elektrik sistemləri təhlükəli vəziyyətdə olmaqla naqillər nəm və su içərisində, üstü açıq vəziyyətdədir, qısa qapanma nəticəsində yanğın hadisəsi qaçılmazdır. Bütün sanitar qovşaqlarının və mətbəxlərin ağac materiallarından olan döşəmələri və tavanları yararsız vəziyyətdədir, ağac materialları çürümüş, çatlamış və istismara yararsız olmuşdur. Binalar fiziki köhnəlmiş və ağac konstruksiyaları çürüməyə məruz qalmışdır. Göstərilən çatışmamazlıqlarla yanaşı binaların hər an yanğın təhlükəsinə məruz qalması, xarici və daxili divarlarından, tavanlarından qopub tökülən suvaq parçalarının insan həyatı üçün təhlükəli olmaqla yanaşı hər an kütləvi insan tələfatı ilə nəticələnə biləcək bədbəxt hadisə baş verə bilər. Binaların kürsü hissələri mişarlanmış əhəngdaşından inşa edilmişdir. Bu hissələrin suvaq qatı qopub tökülmüş və yararsız vəziyyətə düşmüşdür. Bəzi yerlərdə daşların tökülməsi səbəbindən fasad hissələrdə nəzərdə çarpan əyilmələr əmələ gəlmişdir. Yaşayış binalarının istismar müddətini keçməsi səbəbindən girişlərdə və piləkən qəfəslərinin divarları və tavanları, həmçinin mənzillərin döşəmə və tavanları müxtəlif istiqamətlərdə əyilmişdir. Binaların bünövrələrinin deformasiyaya uğraması nəticəsində mənzillərdə qapıların və pəncərələrin aşılıb örtülməsi çətinləşmiş və binalar hər an çökə bilər. Binaların fasadlarında müxtəlif istiqamətlərdə əyilmələr baş vermişdir. Yanğına qarşı təhlükəsizlik tələbləri pozulmuşdur. Binalar hal-hazırda qəzalı vəziyyətdədir. Yükdaşıyan konstruksiyaların qəzalı, mühəndis - kommunikasiya xətlərinin bərbad, istismar müddətini keçmiş və müasir standartlara cavab verməyərək şəhərin gözəlliyini pozduğunu və hər an uçmaq təhlükəsi olması nəzərə alınaraq binaların mövcud qaydalara uyğun olaraq sökülməsi məqsədəuyğun hesab edilmişdir. Bununla əlaqədar olaraq AKT-da aşağıdakı təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi bildirilmişdir; - Sakinlər hər an çökmək və yanğın təhlükəsinə məruz qalmış binalardan köçürülməli, binalara daxil olan kommunikasiya xətlərinin fəaliyyəti dayandırılmalı, ətraf ərazilər çəpərlənməli və xəbərdaredici nişanlar qoyulmalı, binalara giriş çıxış məhdudlaşdırılmalıdır. Bundan sonra Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısı “istismar müddəti başa çatmış, qəzalı vəziyyətdə olan binaların sökülməsi və yerində çoxmərtəbəli yaşayış binaları kompleksi tikintisinin, ətrafın abadlaşdırılması və yaşıllaşdırmanın layihələndirilməsinə icazənin verilməsi haqqında” 27 may 2016-cı il tarixli 130 №-li Sərəncam vermişdir. Sərəncamda Sumqayıt şəhəri, 16-cı məhəllə ərazisində istismar müddəti başa çatmış 6 ədəd 2 mərtəbəli qəzalı vəziyyətdə olan yaşayış binalarının söküntüsünün "xxxx" MMC tərəfindən yerinə yetirilməsinə və həmin ərazidə "xxxx" MMC-yə 12624 kv.m sahədə çoxmərtəbəli yaşayış binaları kompleksinin, ətrafın abadlaşdırılması və yaşıllaşdırılmasının layihələndirilməsinə icazə verilmişdir. Bununla bağlı "xxxx" MMC-nin və Sumqayıt şəhər Memarlıq və şəhərsalma idarəsinin təklifini nəzərə alaraq, Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısı “istismar müddəti başa çatmış, qəzalı vəziyyətdə olan binaların sökülməsi və yerində çoxmərtəbəli yaşayış binaları kompleksi tikintisinin, ətrafın abadlaşdırılması və yaşıllaşdırılmasının layihələndirilməsinə icazə verilməsinə dair sərəncamda əlavə və dəyişiklərin edilməsi barədə” 31 may 2019-cu il tarixli 126 №-li Sərəncam vermişdir. Sərəncamda Sumqayıt şəhəri, 16-cı məhəllə ərazisində istismar müddəti başa çatmış 2 mərtəbəli qəzalı vəziyyətdə olan yaşayış binalarının söküntüsünün "xxxx" MMC tərəfindən yerinə yetirilməsinə və həmin ərazidə "xxxx" MMC-nə 25500 kv.m sahədə çoxmərtəbəli yaşayış binaları kompleksinin, ətrafın abadlaşdırılması və yaşıllaşdırılmasının layihələndirilməsinə icazə verilmişdir. Bildirmək istəyirlər ki, Sumqayıt Şəhəri İcra Hakimiyyətinin Başçısı tərəfindən 27 may 2016-cı il tarixli 130 №-li Sərəncam verilməsindən sonra qəzalı vəziyyətdə olan Sumqayıt şəhəri, 16-cı məhəllədə yerləşən 9/28 nömrəli yaşayış binasının mənzil sahibləri və sakinləri ilə tərəflərindən dəfələrlə görüşlər keçirilmiş və onlara mənzillərinin bazar qiyməti və ya aylıq kirayə haqqı ödənilməklə yerində tikiləcək çoxmərtəbəli yaşayış binasından sahəsi əvvəlkindən daha artıq və təmirli mənzillər təklif olunmuşdur. Binada olan mənzil sahiblərinin böyük əksəriyyəti ilə müvafiq razılaşmalar əldə olunmasına və müqavilələrin bağlanmasına baxmayaraq, cavabdeh mənzil sahibləri ilə dəfələrlə danışıqlar aparılsa da heç bir təklif ilə razılaşmamışlar. Mənzil sahibləri mənzilin bazar qiymətindən qat-qat artıq pul istəyirlər ki, bu da Sumqayıt şəhərində mənzillərin qiymətlərinə əhəmiyyətli dərəcədə təsir göstərəcəkdir ki, sonda iddiaçı kimi digər sahibkarlıq subyektləri qəzalı binaların tikintisinə yaxın durmayacaqlar. Cavabdehlər qəzalı binada yaşamaqla özlərinin həyatlarını risk altına salırlar, eyni zamanda həmin binanın əksər mənzil sahiblərinə yeni tikiləcək çoxmərtəbəli yaşayış binasına köçmələrini ləngidir və bu hərəkət (və ya hərəkətsizlikləri) nəticəsində mənzil gözləyən sakinlərə və "xxxx" MMC-yə küllü miqdarda ziyan vurulur. Belə ki, qəzalı binanın söküntüsünə süni maneənin yaradılması çoxmərtəbəli binanın vaxtında alıcılarına təhvil verilməsi öhdəliyinin pozulmasına səbəb olmaqla yanaşı hər ay ödəniləcək kirayə haqqı məbləğinin müqavilə müddətindən artıq ödənilməsinə gətirib çıxartmışdır. 11 mart 2016-cı il tarixində Sumqayıt şəhəri, 16-cı məhəllədə yerləşən 5/32, 9/28, 28a/27, 29/32a nömrəli yaşayış binalarının texniki vəziyyətinə dair tərtib olunmuş AKT-da tələb olunanların (“Sakinlər hər an çökmək və yanğın təhlükəsinə məruz qalmış binalardan köçürülməli, binalara daxil olan kommunikasiya xətlərinin fəaliyyəti dayandırılmalı, ətraf ərazilər çəpərlənməli və xəbərdaredici nişanlar qoyulmalı, binalara giriş-çıxış məhdudlaşdırılmalıdır”) yerinə yetirilməsinə 9 ilə yaxın müddətdir ki, cavabdehlər tərəfindən maneəçilik törədilir, bu müddətdə binanın texniki vəziyyəti daha da acınacaqlı vəziyyətə düşmüş, həmin binalar insan həyatı üçün təhlükəli olmaqla yanaşı hər an kütləvi insan təlafatı ilə nəticələnə biləcək bədbəxt hadisə baş verə bilər. İddia ərizəsinə əlavə etdikləri sübutlar və qeyd edilənlər tam əsas verir ki, iddia tələbləri əsaslıdır, təmin edilməlidir. Hesab edirlər ki, hazırki iş üzrə təqdim etdikləri sübutları məhkəmə qiymətləndirməli və insan həyatı üçün təhlükəli və qəzalı olan Sumqayıt şəhəri, 16-cı məhəllədə yerləşən 9/28 nömrəli binada hər an kütləvi insan təlafatı ilə nəticələnə biləcək bədbəxt hadisənin qarşısının alınması üçün iddia tələbləri təmin edilməlidir. Qeyd etmək istəyirlər ki, Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 3 saylı Mənzil Kommunal Sahəsindən verilən məlumata əsasən Sumqayıt şəhəri, 16-cı məhəllədə yerləşən 9/28 nömrəli binanın 1, 6, 8, 12 saylı mənzillərinin ümumi sahələrinin üzərinə 20% artıq sahə gəlinərək yeni tikiləcək binada təmirli mənzilin verilməsi təklifi cavabdehlərə Sumqayıt şəhərində mübahisəli mənzilə xas olan şəraitdən daha yaxşı şəraitdə yaşamalarına imkan verir. Qeyd olunanlara əsasən hesab edirlər ki, cavabdehlərə qarşı irəli sürülmüş iddia tələbləri işdə olan sübutlara əsasən əsaslıdır və təmin olunmalıdır.
18. Daha sonra İddiaçı X12, X18, Cavabdeh1, Cavabdeh2, X11, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 oğluna qarşı iddia ərizəsinə əlavə təqdim edərək, ½ payda mülkiyyətçi Cavabdeh4, ½ payda mülkiyyətçi Cavabdeh5 oğluna məxsus, ümumi sahəsi 60,6 kv.m olan Sumqayıt şəhəri 16-cı məhəllədə yerləşən 9/28 nömrəli binanın 1 nömrəli mənzilin (reyestr nömrəsi **********45-05101-093006) ümumi sahəsinə 20%, X12 məxsus ümumi sahəsi 50,49 kv.m Sumqayıt şəhəri 16-cı məhəllədə yerləşən 9/28 nömrəli binanın 6 nömrəli mənzilin (reyestr nömrəsi **********45-05101-093012) ümumi sahəsinə 20%, Cavabdeh3 məxsus, ümumi sahəsi 56.3 kv.m, ünvan 1, mənzil 8-in (reyestr nömrəsi **********45- 05101-093008) ümumi sahəsinə 20%, 1/3 payda mülkiyyətçi Cavabdeh2, 1/3 payda mülkiyyətçi Cavabdeh1, 1/3 payda mülkiyyətçi X6 məxsus, ümumi sahəsi 58.44 kv.m olan Sumqayıt şəhəri, 16-cı məhəllə bina 28/9, mənzil 12-nin (reyestr nömrəsi **********45-05101- 093010) ümumi sahasinə 20% əlavə olunaraq onlara yeni təmirli mənzilin verilməsi, cavabdehlərin qəzalı mənzillərə olan istifadə hüquqlarına xitam verilməsi, yeni təmirli mənzil verilənə qədər hər bir mənzil sahibinə hər ay 300 (üç yüz) manat kirayə haqqı ödənilməklə onların mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
19. Məhkəmə icraatı gedişində Cavabdeh1 və Cavabdeh2 mərhum X5 hüquqi varisləri qismində, X15 isə mərhum Cavabdeh4 və Cavabdeh5 oğlunun hüquqi varisi qismində tanınmışdır.
20. İddiaçı X20 və X12 qarşı münasibətdə iddia tələbini dəqiqləşdirərək, X12, ümumi sahəsi 50.49 kv.m olan ünvan 1, mənzil 6-nın (reyestr nömrəsi **********45-05101-093012) 1 kv.m-nə 2000 (iki min) manat ödənilməklə kompensasiya verilməklə mənzilin iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
21. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçı “AytaLtd" Məhdud Məsuliyyətli Cəmiyyətinin qəzalı mənzillərin sökülməsi və əvəzinə yeni tikiləcək binada mənzil verilməsi tələbinə dair 2(060)-1900/2025 saylı mülki işdən, İddiaçı cavabdehlər X19 və Zairova (Şəfiyeva) Təranə Fazil qızına qarşı hissəsi ayrıca icraata ayrılmışdır.
22. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-1900/2025 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, İddiaçı tərəfindən ½ payda mülkiyyətçi Cavabdeh4, ½ payda mülkiyyətçi Cavabdeh5 oğluna məxsus, ümumi sahəsi 60,6 kv.m olan Sumqayıt şəhəri 16-cı məhəllədə yerləşən 9/28 nömrəli binanın 1 nömrəli mənzilin (reyestr nömrəsi **********45-05101-093006) ümumi sahəsinə 20% əlavə olunaraq, Cavabdeh3 məxsus, ümumi sahəsi 56.3 kv.m ünvan 1, mənzil 8-in (reyestr nömrəsi **********45-05101-093008) ümumi sahəsinə 20% əlavə olunaraq, 1/3 payda mülkiyyətçi Cavabdeh2, 1/3 payda mülkiyyətçi Cavabdeh1, 1/3 payda mülkiyyətçi X6 məxsus, ümumi sahəsi 58.44 kv.m olan ünvan 1, mənzil 12-nin (reyestr nömrəsi **********45-05101-093010) ümumi sahasinə 20 % əlavə olunaraq cavabdehlərə yeni təmirli mənzil verilməsi, cavabdehlərin qəzalı mənzillərə olan istifadə hüquqlarına xitam verilməsi, cavabdehlər yeni təmirli mənzil verilənə qədər hər bir mənzil sahibinə hər ay 300 (üç yüz) manat kirayə haqqı ödənilməklə mənzildən çıxarılmaları qət edilmişdir (hakim Günel Tanrıverdiyeva).
23. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29, 43, 60, 71, 72, 129-cu maddələrinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair Protokola, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.4, 16.1, 152.1, 152.5, 152.6, 560.1, 560.2-ci maddələrinə, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 4.1, 4.2, 7ci maddələrinə, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 3.1, 15-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.1, 77.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və onlara etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
24. Cavabdeh1 apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 1900/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsinin 1/3 payda mülkiyyətçi Cavabdeh2, 1/3 payda mülkiyyətçi Cavabdeh1, 1/3 payda mülkiyyətçi X6 məxsus, ümumi sahəsi 58.44 kv.m olan ünvan 1, mənzil 12-nin ümumi sahəsinə 20 % əlavə olunaraq cavabdehlərə yeni təmirli mənzil verilməsi hissəsində ləğv ediilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
25. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, AR MPM-nin 82-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilən və işdə iştirak edən şəxslərə aid olan hallar başqa işə baxan məhkəmə üçün məcburidir. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Sumqayıt Şəhər Məhkəməsinin qanuni qüvvəsini almış 2(060)-3043/202 saylı 28 sentyabr 2020-ci il tarixli qətnaməsi mövcuddur. Həmin iş üzrə iddiaçı haızrki iş üzrə iddiaçı ilə eynidir. Həmin mülki işdə mübahisə predmeti olan binanın 2 sakininə qarşı eyni tələb üzrə iddia qaldırılmışdır. Cavabdehlərdən biri hazırki iş üzrə də əvvəlcədən cavabdeh qismində cəlb edilmişdi. 2(060)-3043/202 saylı qətnamə məhkəməyə təqdim edildikdən sonra həmin şəxsə dair iddia tələbi dəyişdirilmiş, daha sonra isə o şəxsə aid iş ayrılaraq ayrıca icraatda baxılmışdır. Hesab edirlər iki eyni məhkəmə heç bir mötəbər dəyişiklik olmadığı halda eyni mübahisə üzrə müxtəlif mövqeli qərarlar qəbul etməməlidir.
26. MPM-nin 200-cü maddəsinin 4-cü hissəsinin tələblərinə görə, qətnamənin əsaslandırıcı hissəsində, məhkəmənin, mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad edilən qanunun adı, maddəsi, bəndi, hissəsi, habelə zəruri hallarda Ali Məhkəmənin Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir. İddiaçı məhkəmə iclasında iddianın predmetini dəyişdikdikdə, iddianın məbləğini artırıb-azaltdıqda, cavabdeh iddianı tam və ya qismən etiraf etdikdə, bu barədə qətnamədə qeyd edilməli, məhkəmənin bununla razılaşıb razılaşmamasının motivləri qətnamənin əsaslandırıcı hissəsində şərh edilməlidir. İddiaçının iddiadan tam və ya qismən imtinasının məhkəmə tərəfindən qəbul edilibedilməməsinin motivləri məhkəmənin bu barədəki qərardadında əsaslandırılmalıdır. Qətnamənin nəticə hissəsi qısa, dəqiq, şərtsiz məzmunda ifadə edilməklə, tərəflərin tələb və etirazlarına qəti cavab verməlidir. Hazırki qətnamə Məcəllənin tələblərinə nə mətn baxımından, nə də iş üzrə gəlinmiş qənaət baxımından uyğun deyildir. Belə ki, qətnamədə göstərir ki, 1/3 payda mülkiyyətçi Cavabdeh2, 1/3 payda mülkiyyətçi Cavabdeh1, 1/3 payda mülkiyyətçi X6 məxsus, ümumi sahəsi 58.44 kv.m olan Sumqayıt şəhəri, 16cıməhəllə, bina 28/9, mənzil 12- nin ümumi sahasinə 20 % əlavə olunaraq cavabdehlərə yeni təmirli mənzil verilsin. Məhkəmə prosessi zamanı dəfələrlə iddiaçıdan yazılı təklif tələb olunsa da iddiaçı bunu etməmişdir. Hazırda sual yaranır ki, iddiaçı ümumi 18 mərtəbədən ibarət olacaq binanın "hansı mərtəbəsində? hansı istiqamətdə? hansı ölçüdə?" olan mənzili verəcəkdir. Məhkəmə öz qeyri-müəyyən qətnaməsi ilə gələcəkdə hazırki suallara dair tərəflər arasında yeni məhkəmə mübahisəsinin baş verməsi üçün zəmin yaratmışdır. Çünki qeyd olunan suallar cavablandırılmadan mülkiyyətin sökülməsi gələcəkdə hazırki cavabdehi iddiaçıdan birbaşa asılı vəziyyətə salmaqla ona ediləcək əlverişsiz təkliflər qarşısında hüquqi müdafiəsiz şəraitə salacaqdır. Bunu indidən görmək üçün mütəxəssis olmaq lazim deyil.
27. Qətnamədə göstərilir ki, "Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdehlərə məxsus mənzilin yerləşdiyi bina mövcud tikinti Norma və Qaydalarına, şəhərin ümumi görünüşünə və mövcud şəhərsalma tələblərinə cavab vermir. Həmin ərazidə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən yaşayış binaları kompleksinin layihələndirilməsinə icazə verilmişdir. Hazırda iddiaçı qəzalı vəziyyətdə olan Sumqayıt şəhəri, 16-cı məhəllədə yerləşən 5/32, 9/28, 28a/27, 29/32A nömrəli yaşayış binalarının sökülməsi və yerində çoxmərtəbəli yaşayış binaları komplekslərinin tikilməsi məqsədi ilə cavabdehlərə mənzillərinin bazar qiyməti və ya aylıq kirayə haqqı ödənilməklə yerində tikiləcək çoxmərtəbəli yaşayış binasından sahəsi əvvəlkindən daha artıq və təmirli mənzillər təklif etsə də, cavabdehlər həmin təklifləri qəbul etməmişdir. Ona görə də iddiaçı hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Cavabdehlər isə iddia tələbini qəbul etmir." Lakin məhkəmə iddiaçının mübahisə üzrə cavabdehlərə bazar qiyməti və ya aylıq kirayə haqqı ödənilməklə yerində tikiləcək çoxmərtəbəli yaşayış binasından sahəsi əvvəlkindən daha artıq və təmirli mənzillər təklif etdiyini bildirsə də təklifə dair hər hansı bir sübuta istinad etməmiş, elə bir sübut məhkəməyə təqdim edilməmişdir. İddiaçının MTK-nın nümayəndəsinin avtoritetinin çoxluğundan olsa gərək ki, məhkəmə onun sözlərini sənəd, sübut kimi qiymətləndirmiş, məhkəmənin gedişatında hazırlıq iclaslarını heç bir zərurət olmadan dəfələrlə təxirə almaqla iddiaçıya hazırlaşmadan qaldırdığı iddia üçün zəruri sənədləri toplamağa şərait yaratmış, hətta prosessual tələbləri pozaraq iddiaçının sifarişi ilə heç bir hüquqi əsası olmayan, sözün əsl mənasında "sifarişlə" hazırlanan guya mübahisəli mənzillərin qiymətləndirilməsinə dair rəyi məhkəmənin baxış iclasında qanunsuz olaraq qəbul etmiş, qətnamədə sübut qismində qiymət vermişdir.
28. Bundan başqa məhkəmə qətnamədə qeyd edir ki, "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair Protokol: 1-ci maddəsinə əsasən mülkiyyətin müdafiəsi Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz" Bu istinadları oxuduqca mülkiyyət hüququnun mötəbərliyi haqda təsəvvür yaranan təsəvvürləri qət edilmiş hissədə göstərilənlərlə bağlı ziddiyyət qəbuledilməzdir. İddiaçı MTK elə bir iddia qaldırmış və elə əsaslar gətirir sanki, Sumqayıt şəhərində qəzalı tiklilərin sökülməsi və yerində yeni binaların tikilməsi fəaliyyətini xeyriyyə məqsədi ilə həyata keçirir. İkimərtəbəli yaşayış binasının yerində 16 mərtəbəli yeni bina tikən, təkcə 1-ci mərtəbədə yerləşən qeyri-yaşayış hissəsinin 1 kv.metrəsini 6000-7000 manata satan iddiaçının mövqeyi qəbuledilməzdir. Bir kvadrat qeyri-yaşayış sahəsinin qiymətinə dair real zaman kəsiyində satışda olan, iddiaçının özü tərəfindən inşa edilən və satılan obyektin elanı tərəfinizdən təqdim edilsə də məhkəmə həmin sübuta qiymət verməyi özünə rəva bilməmişdir.
29. 11 mart 2016-cı il tarixində binalara guya keçirilmiş baxışa dair tərtib edilmiş AKT sübut qismində təqdim edilmişdir. Sumqayıt şəhəri, 16-cı məhəllədə yerləşən 5/32, 9/28, 28a/27, 29/32a nömrəli yaşayış binalarının texniki vəziyyətinə Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə X17, “Azər inşaat layihə” Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnstitunun texniki şöbəsinin, İnşaat şöbəsinin, Fövqəladə Hallar Nazirliyi Sumqayıt Regional Mərkəzinin nəzdində Sumqayıt – Abşeron Regional Tikinti Müfəttişliyinin, Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin, Texniki şöbənin, Sumqayıt Şəhər İcra Hakimiyyətinin Başçısı aparatının sosial - iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin, Sumqayıt Şəhər Fövqəladə Hallar Komissiyasının, İctimai - Siyasi və humanitar məsələlər şöbəsinin, Tikinti şöbəsinin, 3 №-li Mənzil Kommunal Sahəsinin əməkdaşlarının, yəni binaların yararlılıq vəziyyətinə dair rəsmi rəy vermə səlahiyyəti olmayan qeyri-mütəxəssis şəxslər binaların vəziyyətinə vizual baxış keçirilmiş, bununla bağlı Akt tərtib edilmiş və qeyd edilən təşkilatların nümayəndələri tərəfindən imzalanmışdır. Bu qeyri-mütəxəssis şəxslər gözlə baxaraq binaların naqillərinin vəziyyəti, armaturların çürüməsi, divarların uğradığı karroziya barədə qərara gəlmişlər. Nə hikmətdirsə yaşamaq üçün yararsız sayılan bu binalarda həmin gözəyarı baxışdan sonra heç bir qəza olmadan 10 ilə yaxındırki qəzasız-bəlasız yaşayış mövcuddur. Gülünc doğuran və iddiaçının təsiri ilə hazırlanmış rəylərdən biri də AR Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə X17 34/00684 saylı xx.xx.2010-cu il tarixli məktubuna əsasən 11 il sonra "Azkommunlayihə" Kommunal Layihələndirmə İnstitutu tərəfindən hazırlanan texniki rəydir. Hansı ki, artıq məhv olması göstərilən rəyinin verilməsindən az qala 5 ilə yaxın vaxt keçsə də heç bir qəza baş verməmişdir. Hörmətli Məhkəmə Kollegiyasının diqqətinə çatdırmaq istəyir ki, " Azkommunlayihə " Kommuna Layihələndirmə İnstitutu tərəfindən hazırlanan texniki rəyi 3 nəfər şəxsiyyəti müəyyən edilməyən şəxsin imzası olsa da rəyin üzərində onun həqiqliyini təsdiq edən müvafiq imza və rəsmi qeydiyyata alınmasına dair qeydiyyat nömrəsi mövcud deyildir, bu halda da məhkəmə rəsmi olmayan sənədi mötəbər sübut kimi qəbul edərək istinad etmiş və qərarını əsaslandlrmaqla qanunun tələblərini pozmuşdur. İddiaçı öz şikayət ərizəsində bildirir ki, "11 mart 2016-cı il tarixində Sumqayıt şəhəri, 16-cı məhəllədə yerləşən 5/32, 9/28, 28a/27, 29/32a nömrəli yaşayış binalarının texniki vəziyyətinə dair tərtib olunmuş Aktda tələb olunanların (“Sakinlər hər an çökmək və yanğın təhlükəsinə məruz qalmış binalardan köçürülməli, binalara daxil olan kommunikasiya xətlərinin fəaliyyəti dayandırılmalı, ətraf ərazilər çəpərlənməli və xəbərdaredici nişanlar qoyulmalı, binalara giriş-çıxış məhdudlaşdırılmalıdır”) yerinə yetirilməsinə 9 ilə yaxın müddətdir ki, cavabdehlər tərəfindən maneəçilik törədilir, bu müddətdə binanın texniki vəziyyəti daha da acınacaqlı vəziyyətə düşmüş, həmin binalar insan həyatı üçün təhlükəli olmaqla yanaşı hər an kütləvi insan təlafatı ilə nəticələnə biləcək bədbəxt hadisə baş verə bilər" Özlərinin də qeyd etdiyi kimi "sakinlər hər an çökmək və yanğın təhlükəsinə məruz qalmış binalardan köçürülməli, binalara daxil olan kommunikasiya xətlərinin fəaliyyəti dayandırılmalı, ətraf ərazilər çəpərlənməli" olduğu göstərilən Aktdan 9 il keçsədə heç bir fövqaladə hadisə baş verməsədə, iddiaçı Ayta LTD MMC həmin binadan aldığı evləri qəsdədlə dağıdaraq, qapı pəncərələrini sökərək hazırki iş üzrə cavabdehlərin yaşayışı üçün suni təhlükələrə yol açmaqla azərbaycan xalqına xas olmayan təziq imkanları yaratmaqla, köhnə türk filmlərindən öyrəndikləri yaraşıqsız təsir imkanlarından istifadə etməyidə özlərinə yaraşdırmaqdadırlar. Çox təssüf hissi ilə bildirirlər ki, iddiaçı bu işdə Məhkəməni də bir təsir vasitəsi kimi istifadə edir. Lakin bunu qəbuledilməz hesab edirik. İddiaçı iddia ərizəsində göstərir ki, "Qeyd etmək istəyirik ki, Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 3 saylı Mənzil Kommunal Sahəsindən verilən məlumata əsasən Sumqayıt şəhəri, 16-cı məhəllədə yerləşən 9/28 nömrəli binanın1, 6, 8, 12 saylı mənzillərinin ümumi sahələrinin üzərinə 20% artıq sahə gəlinərək yeni tikiləcək binada təmirli mənzilin verilməsi təklifi cavabdehlərə Sumqayıt şəhərində mübahisəli mənzilə xas olan şəraitdən daha yaxşı şəraitdə yaşamalarına imkan verir." Bu imkanın olması necə müəyyən edilib? 3 saylı MKSnin belə bir məlumatın olmasına dair hansı sübut mövcudtdur? sualları analoji olaraq Məhkəmə tərərfindən araşdırılmamış, yalınız iddiaçının nümayəndəsinin mülahizələrini sübut kimi qiymətləndirmişdir. İddiaçı iddia ərizəsində qeyd edir ki "Hesab edirik ki, hazırki iş üzrə təqdim etdiyimiz sübutları məhkəmə qiymətləndirməli və insan həyatı üçün təhlükəli və qəzalı olan Sumqayıt şəhəri, 16-cı məhəllədə yerləşən 9/28 nömrəli binada hər an kütləvi insan təlafatı ilə nəticələnə biləcək bədbəxt hadisənin qarşısının alınması üçün iddia tələbimiz təmin edilməlidir" Hesab edir ki, iddiaçının bu tələbi tamamilə qanunsuz və əsassızdır. AR ərazisində tikintilərin sökülmə tələbinə dair iddia qaldırma hüququ yalnız Fövqaladə Hallar Nazirliyinə məxsusdur. İddiaçının belə əsasla binanın sökülməsini tələb etməsi üçün ümumiyyətlə subyektiv hüququ yoxdur və dövlət orqanlarının səlahiyyətini mənimsəmişdir.
30. Məhkəmə qətnaməsini əsaslandırarkən qeyd edir ki "Son illərin oturuşmuş təcrübəsi isə ondan ibarətdir ki, istismar müddəti bitmiş və yaşayış üçün yararlı olmayan, eləcə də sürətlə inkişaf edən paytaxtın görünüşünə xələl gətirən, sakinlərin daha geniş, rahat və müasir tələblərə cavab verən mənzillərlə təmin edilməsi sahəsində həyata keçirilən layihələr üzrə binaların sökülməsi zamanı sakinlərə mülkiyyətində olan mənzillərin sahələrinə əsasən 20 faiz əlavə etməklə yeni mənzil sahəsi ilə təmin edilməsi və mənzillərdən müvəqqəti kirayə mənzillərə köçürülməsi ilə bağlı konkret təkliflər cavabdehlərə təqdimolunur. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçının cavabdehlərə təklif etdiyi əvəz qeyd olunan sahə ilə bağlı mövcud təcrübəyə uyğun olmaqla, kifayət qədər ədalətli və ağlabatandır, eləcə də bu zaman tərəflərin maraqlarının mütənasibliyi qorunur" Məhkəmənin nəzərinə çatdırırıq ki, AR Nazirlər Kabinetinin "Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli qanunun tətbiqi barədə "Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanın 1.8-ci bəndinə əsasən, ərazidə abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətəd olan binaların sökülərək yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmişdir. bu qərar qəzalı vəziyyətdə olan əmlakın mülkiyyətçidən alınması deyil insanların yaşaması və ya istifadəsi üçün nəzərdə tutulmuş tikinti obyektlərində sağlamvə təhlükəsiz yaşayışın təmin edilməsi üçün əmlakın yenidən qurulub istismara yararlı vəziyyətə salınıb mülkiyyətçinin istifadəsinə qaytarılması məqsədi daşıyır.
31. İddiaçı insanların sağlam və təhlükəsiz yaşayışın təmin edilməsini düşünürsə hazırda mülkiyyəti olan mənzilin yerləşdiyi mərtəbəyə uyğun olaraq həmin ərazidə tikilməsi planlaşdırılan binanın birinci mərtəbəsindən mənzilin ölçüsünə müvafiq 20 % əlavə olmaqla sahə versə, iddia tələbini qəbul etmə barədə ərizə təqdim edərlər.
32. Dövlət Vergi Xidmətinin Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında bazasından "xxxx" MMC-yə dair təqdim edilən məlumatlardan görünür ki, MMC xx.xx.2005-ci il tarixində nizamnamə kapitalı 4 (dörd) manat olmaqla qeydiyyatdan keçmişdir. 20 illik fəaliyyəti olan bu şirkət bu illər ərzində nizamnamə kapitalını artırmadığı halda vətəndaşlara milyonlarla dəyəri olan mülklərini söküb yenisini verəcəyi vədi ilə gələcəkdə heç bir təminatı olmayan şirkətə verilməsi barədə qərarlar qəbul edilir. Hazırda ölkədə onlarla hal mövcutdur ki, MTK-lar öz öhdəliklərini yerinə yetirə bilmir, məhkəmə mübahisələri, dələduzluq, mənimsəmə halları səbəbindən tikinti işləri yarımçıq qalmaqdadır. Bütün bunlardan sonda mülk sahibləri, sadə vətəndaşlar əziyyət çəkirlər. Məhkəmə bu məsələlərə münasibət bildirməyi, tərəfindən hər iclasda az qala mübahisəli şəkildə qeyd etməsinə baxmayaraq münasibət bildirməyi rəva bilməmişdir.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
33. İddiaçı apellyasiya şikayətinə qarşı yazılı etiraz ünvanlayaraq Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-1900/2025 nömrəli qətnaməsinin qüvvədə saxlanmasını xahiş etmişdir.
34. İddiaçı etirazında göstərmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-1900/2025 nömrəli qətnaməsi qəbul edildikdən sonra şikayətçi istisna olmaqla qəzalı binada yaşayan digər cavabdehlər iddiaçı ilə razılığa gəlmişlər. İddiaçının tələbi əsaslı olduğundan Sumqayıt Şəhər Məhkəməsi tərəfindən iddia təmin olunmuşdur. Cavabdeh1 apellyasiya şikayəti əsassız olduğundan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-1900/2025 nömrəli qətnaməsi qüvvədə saxlanmalıdır. Bundan başqa iş materiallarına əlavə edilmiş sübutlardan göründüyü kimi, Cavabdeh1 mübahisələndirdiyi mənzil paylı mülkiyyətdədir. Həmin mənzilin digər cavabdeh payçıları - Cavabdeh2 (1/3 pay), X13 (1/3) Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-1900/2025 nömrəli qətnaməsindən apellyasiya şikayəti verməmişlər və bu da onu bildirir ki, onlar iddia tələbini qəbul etmişlər.
Apellyasiya icraatı iştirakçılarının izahatları
35. Məhkəmə iclasında Cavabdeh1, onun nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər.
36. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil1 apellyasiya şikayətinə etirazda göstərdiklərini nəzərə almaqla apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
37. Cavabdeh2, onun nümayəndəsi X16 iştirak etdiyi məhkəmə iclasında apellyasiya şikayətinin təmin olunmasını xahiş etdilər.
38. Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 oğluna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər.
39. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır.
40. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası
41. Maddə 13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
42. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
43. Maddə 43. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür.
44. Maddə 71. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
45. Maddə 72. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər; 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.
46. Maddə 60. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.
47. Maddə 129. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır.
Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolu:
48. Maddə 1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.
Azərbaycan Respublikası Mülki Məcəlləsi
49. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
50. Maddə 6.3. Dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər.
51. Maddə 15. Yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir.
52. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsəziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir;
53. Maddə 18. Mülkiyyət formasından asılı olmayaraq mənzil fondunun istifadəsi və saxlanılmasına, habelə yaşayış sahələrinin və kommunal xidmətlərin müəyyən edilmiş tələblərə uyğunluğuna dövlət nəzarəti qanunvericilikdə müəyyən olunmuş qaydada həyata keçirilir.
54. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur;
55. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
56. Maddə 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir.
57. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
58. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə
59. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
60. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 61.Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
62. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
63. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
64. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının
65. Bənd 1. Məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
66. Bənd 2. Məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir.
67. Bənd 2.4. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
68. Bənd 17. Kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
Apellyasiya baxışının hədləri
69. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
70. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
71. Apellyasiya şikayətindən görünür ki, cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1900/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsinin 1/3 payda mülkiyyətçi Cavabdeh2, 1/3 payda mülkiyyətçi Cavabdeh1, 1/3 payda mülkiyyətçi X6 məxsus, ümumi sahəsi 58.44 kv.m olan ünvan 1, mənzil 12-nin ümumi sahəsinə 20 % əlavə olunaraq cavabdehlərə yeni təmirli mənzil verilməsi hissəsində ləğv ediilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmidir.
72. Ona görə də kollegiya Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-1900/2025 nömrəli qətnaməsini mübahisələndirilən hissədə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
73. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi “1/3 payda mülkiyyətçi Cavabdeh2, 1/3 payda mülkiyyətçi Cavabdeh1, 1/3 payda mülkiyyətçi X6 məxsus, ümumi sahəsi 58.44 kv.m olan ünvan 1, mənzil 12-nin (reyestr nömrəsi **********45-05101-093010) ümumi sahəsinə 20 % əlavə olunaraq cavabdehlərə yeni təmirli mənzilin verilməsi” hissəsində dəyişdirilməli, cavabdehlərə həmin ərazidə verilməli olan mənzilin sahəsi 84,9 kv.metr müəyyən edilməlidir.
74. Kollegiya qeyd edir ki, mülkiyyət hüququnun itirilməsinin növləri Mülki Məcəllənin 203-cü maddəsində nəzərdə tutulmuşdur ki, ilkin iddiaçının hazırkı iş üzrə tələbi cavabdehin yaşadığı binadakı mənzilə mülkiyyət hüququnun itirilməsi ilə bağlı deyil, cavabdehin yaşadığı binanın sökülərək yerində çoxmənzilli hündürmətbəli binanın inşa edilməsi ilə əlaqədar sökülən binada yeləşən cavabdehin mənzilinin inşa edilən yeni binada artırılmış sahəsi olan təmirli mənzillə əvəzləşdirilməsi olmuşdur.
75. Mülki işin araşdırılması zamanı müəyyən edilmişdir ki, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısının 130 saylı, 27 may 2016-cı il tarixli sərəncamına əsasən Sumqayıt şəhəri, 16-cı məhəllə ərazisində istismarı başa çatmış 2 mərtəbəli qəzalı vəziyyətdə olan yaşayış binalarının söküntüsünün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən yerinə yetirilməsinə və həmin ərazidə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 25500 kv.m sahədə çoxmərtəbəli yaşayış binaları kompleksinin, ətrafın abadlaşdırılması və yaşıllaşdırılmasının layihələndirilməsinə icazə verilmişdir. "xxxx" MMC-yə Sumqayıt şəhəri, 20 yanvar küçəsi, 16-cı məhəllə ərazisində yerləşən yaşayış kompleksinin tikintisinə Sumqayıt şəhər İcra Hakimiyyətinin müvafiq sərəncamı əsasında 29 sentyabr 2020-ci il tarixdə 12 saylı icazə verilmişdir.
76. Həmçinin, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Fövqəladə hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə X17 “Azkommunlayihə” KLİ tərəfindən təsdiq edilmiş 2021-ci il tarixli Sumqayıt şəhəri, 20 yanvar küçəsi, 16-cı məhəllə ərazisində yerləşən 2 və 3 mərtəbəli yaşayış binalarının mövcud vəziyyəti haqqında texniki rəydən görünür ki, Sumqayıt şəhəri, 20 Yanvar küçəsi, 16-cı məhəllədə yerləşən Bina- 9/28, Bina- 5/32, Bina29/32A, Bina-11/26, Bina-13/24, Bina-3/42 və Bina-5/40 nömrəli yaşayış binalarının mühəndisi-müayinəsi nəticəsində aşağıdakılar müəyyən edilmişdir: Yaşayış binaları keçən əsrin 50-ci illərində inşa edildiyindən tikintidə istifadə olunmuş materiallar fiziki köhnəlməyə məruz qalmışdır. Elektrik naqilləri uzun müddət baxımsızlıqdan yararsız vəziyyətdə oldugundan hər an yanğın təhlükəsi yarada bilər. Yığma dəmir beton tirlərin mühafizə qatı dağılmış armaturları korroziyaya uğramışdır. Yaşayış binalarına sonradan xaotik şəkildə Tikinti Norma və Qaydalarına zidd olaraq əlavə tikililər inşa oıunmuşdur. Əhəng daşından olan yükdaşıyan divarlarda keçici çat və aşınmalar yaranmışdır. Bəzi tikililərin dam örtükləri zədələndiyindən atmosfer yağıntıları otaqların daxilinə sızmışdır. Divarlarda rütubət izləri müşahidə olunur. Tikililərin əksəriyyətində ağac konstruksiyalardan olan döşəmə, dam örtüyü, qapı və pəncərələr çürüyərək yararsız hala düşmüşdür. Binalardakı kommunikasiya xətləri uzun müddət təmirsiz istismar olunduğundan yararsız vəziyyətə düşmüşdür. Əksər pilləkən qəfəsəsindəki metal tirlər korroziyaya uğrayaraq möhkəmliyini itirmişdir. Yaşayış binalarının istismarı yolverilməzdir. Ümumiyyətlə binalar mövcud tikinti Norma və Qaydalarına, şəhərin ümumi görünüşünə, mövcud şəhərsalma tələblərinə cavab vermir. Binalarda yaranmış bu vəziyyətin təbii fəlakətlə əlaqəsi yoxdur.
77. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qəzalı binada yaşayan sakinlərin həyat və sağlamlığına dair təhlükə olması baxımından iddianın təmin ediməli olması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir.
78. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı həmçinin qeyd edir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Eyni zamanda bu hüquq mütləq hüquq olmayıb, qanunda nəzərdə tutulmuş hallarda məhdudlaşdırıla bilər. Həmçinin, xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur, sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər.
79. Belə ki, ictimai maraqlar naminə, qanunla nəzərdə tutulmuş şərtlər çərçivəsində mülkiyyət hüququnun məhdudlaşdırılması mümkündür. Mülkiyyət hüququnun məhdudlaşdırılmasının yolverilən sayılması üçün şəxsin əşyaya mülkiyyət hüququnun olması, bu hüquqa müdaxilənin varlığı, müdaxilənin qanunda nəzərdə tutulması, qanuni məqsəd daşıması (cəmiyyətin maraqlarına xidmət etməsi) və haqq qazandırıla bilən (zəruri və mütənasib) olması vacibdir. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. Həmin prinsiplərin mahiyyəti və məzmunu mülkiyyət hüququ ilə yanaşı digər əşya hüquqlarının elə tərzdə tarazlaşdırılmış və mütənasib müdafiəsini nəzərdə tutur ki, bu zaman ədalət prinsipinə uyğun olaraq nə mülkiyyətçinin nə də üçüncü şəxslərin hüquqları və qanuni mənafələrinə xələl gəlməsin.
80. Məhkəmə iclasında müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yaşayan sakinlərin çox hissəsi ilə razılaşma əldə edilmiş və həmin sakinlər öz mənzillərindən çıxmışlar və onlar yeni binanın inşasını gözləməkdədirlər ki, hazırki cavabdehlərlə razılığın əldə olunmaması, əmlak hüquqlarından sui-istifadə etməklə, artıq sosial öhdəliklərə səbəb olan mülkiyyətlərinə görə qeyri-mütənasib kompensasiya tələb etmələri, bununla əlaqədar olaraq da söküntü və tikinti işlərinin uzanması çoxluqda olan və artıq ictimai marağa çevrilmiş digər mülkiyyətçilərin hüquqlarının pozulmasına səbəb olur. Nəzərə alınmalıdır ki, çoxmərtəbəli binada müəyyən intizam çərçivəsində məskunlaşma və ümumi isifadə obyektləri müəyyənləşməklə birgəyaşayış formasında ictimai maraq formalaşır ki, hazırkı mübahisə də fərdi maraqlarla ictimai maraq arasındakı ədalət tarazlıq baxımından qiymətləndirlmişdir.
81. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan əsaslara görə cavabdehin mülkiyyət hüququnun məhdudlaşdırılması onun bu hüququnun ədalətli şəkildə tam olaraq kompensasiya edilməsini zəruri etməkdədir. Ədalətli kompensasiya dedikdə, müdaxilə ilə hüququ pozulan şəxsin düşdüyü bütün zərərlərin tam şəkildə qarşılanması başa düşülür.
82. Hazırkı iş üzrə apellyator iddiaçı tərəfindən mülkiyyət hüququnun məhdudlaşması ilə əlaqədar təklif edilən mənzilin sahəsi ilə razılaşmayaraq, edilən təklifin ədalətli olmamasını iddia etmişdir.
83. Apellyasiya icraatı zamanı iddiaçı tərəf həmin mənzilin əvəzində həmin ərazidə sahəsi 84,9 kvadrat metr olan təmirli iki otaqlı mənzilin verilməsi mümkün olduğunu bildirdiyindən, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməli, iddiaçı tərəfindən sökülməsi tələb olunan mənzilin əvəzinə həmin ərazidə inşa edilmiş yeni binada 84,9 kv. metr olan təmirli mənzil verilməlidir.
84. Odur ki, məhkəmə kollegiyası mübahisəli mənzilin yerləşdiyi binanın qəzalı və istismara yararsız olduğunu nəzərə alaraq, 1/3 payda Cavabdeh2, 1/3 payda Cavabdeh1, 1/3 payda X6 məxsus mənzilin əvəzinə sahəsi artırılmış təmirli yeni mənzil verilməsini ədalətli kompensasiya hesab edir.
85. Beləliklə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-1900/2025 nömrəli qətnaməsi - “1/3 payda mülkiyyətçi Cavabdeh2, 1/3 payda mülkiyyətçi Cavabdeh1, 1/3 payda mülkiyyətçi X6 məxsus, ümumi sahəsi 58.44 kv.m olan ünvan 1, mənzil 12-nin (reyestr nömrəsi **********45-05101-093010) ümumi sahasinə 20 % əlavə olunaraq cavabdehlərə yeni təmirli mənzilin verilməsi” hissəsində dəyişdirilməli, ümumi sahəsi 58.44 kv.m olan ünvan 1 ünvanında yerləşən 12 saylı mənzilin əvəzinə "xxxx" MMC tərəfindən həmin ərazidə inşa edilmiş yeni binada mülkiyyət hüququ saxlanılmaqla sahəsi 84,9 kv.metr olan təmirli mənzil verilməlidir.
86. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-1900/2025 nömrəli qətnaməsi - “1/3 payda mülkiyyətçi Cavabdeh2, 1/3 payda mülkiyyətçi Cavabdeh1, 1/3 payda mülkiyyətçi X6 məxsus, ümumi sahəsi 58,44 kv.m olan ünvan 1, mənzil 12-nin ümumi sahəsinə 20 % əlavə olunaraq cavabdehlərə yeni təmirli mənzilin verilməsi” hissəsində dəyişdirilsin. 1/3 payda mülkiyyətçi Cavabdeh2, 1/3 payda mülkiyyətçi Cavabdeh1, 1/3 payda mülkiyyətçi X6 məxsus, ümumi sahəsi 58.44 kv.m olan ünvan 1 ünvanında yerləşən 12 saylı mənzilin əvəzinə "xxxx" MMC tərəfindən həmin ərazidə inşa edilmiş yeni binada mülkiyyət hüququ saxlanılmaqla sahəsi 84,9 kv.metr olan təmirli mənzil verilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.