Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-567/2026 10.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər cavabdeh3, cavabdeh2, X5, cavabdeh1, cavabdeh4 və Alışov İlqar Ağaşirin oğluna qarşı iş üzrə Sədrlik edən və məruzəçi hakim Xəlilov Ramin Adilxan oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi, cavabdeh cavabdeh3, onun vəkili-nümayəndəsi Vəkil/Nümayəndə və cavabdeh cavabdeh2 nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər cavabdeh3, cavabdeh2, X5, cavabdeh1, cavabdeh4 və Alışov İlqar Ağaşirin oğluna qarşı “mənzilin sökülməsi və əvəzinə yeni tikiləcək binada mənzil verilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Sumqayıt İnzibati Məhkəməsinin ##.##.2023-cü il tarixli *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin Sumqayıt şəhəri, 20 yanvar küçəsi, 16-cı məhəllə ərazisində yaşayış kompleksinin davamı olaraq 2 ədəd bir tipli 18 mərtəbəli yaşayış və bir ədəd qeyri-yaşayış binalarının tikintisinə başlanması üçün Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən edilən müdaxilələrin əsassız hesab edilməsi və aradan qaldırılması qərara alınmışdır.
2. Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısının *** saylı, ## ####### 2017-ci il tarixli sərəncamı ilə Sumqayıt şəhər Memarlıq və Şəhərsalma idarəsi tərəfindən müvafiq qaydada razılaşdırılmış, Sumqayıt şəhəri, 16-cı məhəllə ərazisində “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tikintisi nəzərdə tutulan çoxmərtəbəli yaşayış binalarına dair şəhərsalma əsaslandırılması təsdiq edilmişdir.
3. Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısının *** saylı, ## ### 2016-cı il tarixli sərəncamı ilə Sumqayıt şəhəri, 16-cı məhəllə ərazisində istismarı başa çatmış 2 mərtəbəli qəzalı vəziyyətdə olan yaşayış binalarının söküntüsünün “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən yerinə yetirilməsinə və həmin ərazidə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə 25500 kv.m sahədə çoxmərtəbəli yaşayış binaları kompleksinin ətrafın abadlaşdırılması və yaşıllaşdırılmasının layihələndirilməsinə icazə verilmişdir.
4. “xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə Sumqayıt şəhəri, 20 yanvar küçəsi, 16-cı məhəllə ərazisində yerləşən yaşayış kompleksinin tikintisinə Sumqayıt şəhər İcra Hakimiyyətinin müvafiq sərəncamı əsasında ## ######## 2020-ci il tarixdə ** saylı icazə verilmişdir.
5. Azərbaycan Respublikası Fövqəladə hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə X10 “Azkommunlayihə” KLİ tərəfindən təsdiq edilmiş 2021-ci il tarixli Sumqayıt şəhəri, 20 yanvar küçəsi, 16-cı məhəllə ərazisində yerləşən 2 və 3 mərtəbəli yaşayış binalarının mövcud vəziyyəti haqqında texniki rəydən görünür ki, Sumqayıt şəhəri, 20 Yanvar küçəsi, 16-cı məhəllədə yerləşən Bina- 9/28, Bina-5/32, Bina-29/32A, Bina-11/26, Bina-13/24, Bina-3/42 və Bina-*/** nömrəli yaşayış binalarının mühəndisi-müayinəsi nəticəsində aşağıdakılar müəyyən edilmişdir: Yaşayış binaları keçən əsrin 50-ci illərində inşa edildiyindən tikintidə istifadə olunmuş materiallar fiziki köhnəlməyə məruz qalmışdır. Elektrik naqilləri uzun müddət baxımsızlıqdan yararsız vəziyyətdə olduğundan hər an yanğın təhlükəsi yarada bilər. Yığma dəmir beton tirlərin mühafizə qatı dağılmış armaturları korroziyaya uğramışdır. Yaşayış binalarına sonradan xaotik şəkildə Tikinti Norma və Qaydalarına zidd olaraq əlavə tikililər inşa olunmuşdur. Əhəng daşından olan yükdaşıyan divarlarda keçici çat və aşınmalar yaranmışdır. Bəzi tikililərin dam örtükləri zədələndiyindən atmosfer yağıntıları otaqların daxilinə sızmışdır. Divarlarda rütubət izləri müşahidə olunur. Tikililərin əksəriyyətində ağac konstruksiyalardan olan döşəmə, dam örtüyü, qapı və pəncərələr çürüyərək yararsız hala düşmüşdür. Binalardakı kommunikasiya xətləri uzun müddət təmirsiz istismar olunduğundan yararsız vəziyyətə düşmüşdür. Əksər pilləkən qəfəsəsindəki metal tirlər korroziyaya uğrayaraq möhkəmliyini itirmişdir. Yaşayış binalarının istismarı yolverilməzdir. Ümumiyyətlə binalar mövcud tikinti Norma və Qaydalarına, şəhərin ümumi görünüşünə, mövcud şəhərsalma tələblərinə cavab vermir. Binalarda yaranmış bu vəziyyətin təbii fəlakətlə əlaqəsi yoxdur.
6. ##.##.2023-cü il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti X3 Sumqayıt şəhəri, məhəllə 16, ev 28/9, * saylı mənzili 80000 manata almışdır.
7. ##.##.2021-cü il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti X7 Sumqayıt şəhəri, məhəllə 16, ev 28/9, * saylı mənzili 65000 manata almışdır.
8. ##.##.2021-cü il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti X2 Sumqayıt şəhəri, məhəllə 16, ev 28/9, * saylı mənzili 1***** manata almışdır.
9. Sumqayıt şəhəri, 16-cı məhəllədə yerləşən 5/32, 9/28, 28a/27, **/**A nömrəli yaşayış binalarının texniki vəziyyətinə dair ##.##.2016-cı il tarixli aktdan görünür ki, sözügedən binalar qəzalı vəziyyətdədir və həmin binaların mövcud qaydalara uyğun olaraq sökülməsi məqsədəuyğun hesab edilir.
10. “REC-İNVEST” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş ##.##.2025-ci il tarixli arayışdan görünür ki, aparılmış hesablamalara və təhlillərə əsasən daşınmaz əmlakın dövlət reyestrindən 309011001445-05101-093006 reyestr nömrəsi ilə qeydə alınmış, ünvan 3, mənzil 1-in (60.6 kv.m), 309011001445-05101093012 reyestr nömrəsi ilə qeydə alınmış ünvan 3, mənzil 6nın (50.49 kv.m), 309011001445-05101-093008 reyestr nömrəsi ilə qeydə alınmış ünvan 3, 8-in (56.3 kv.m) və 309011001445-05101- 093010 reyestr nömrəsi ilə qeydə alınmış ünvan 3, mənzil 12-nin (58.44 kv.m) 1 kv.m-nin ## ##### 2025-ci tarixinə olan bazar dəyərləri 1300 (bir min üç yüz) manat –1500 (bir min beş yüz) manat arası təşkil edir.
11. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Sumqayıt Ərazi İdarəsinin ##.##.2025-ci il tarixli məktubundan görünür ki, ünvan 4 ünvanında yerləşən * saylı mənzil üzərində (daşınmaz əmlakın dövlət reyestrində 309011001445-05101-093006 reyestr nömrəsi ilə qeydə alınıb) cavabdeh4 və Alışov ilqar Ağaşirin oğlunun (hər biri 1/2 hissə), ünvan 4 ünvanında yerləşən * saylı mənzil üzərində (daşınmaz əmlakın dövlət reyestrində 309011001445-05101-093012 reyestr nömrəsi ilə qeydə alınıb) İbadova Dilarə İsmayıl qızının, ünvan 4 ünvanında yerləşən * saylı mənzil üzərində (daşınmaz əmlakın dövlət reyestrində 309011001445- 05101-093008 reyestr nömrəsi ilə qeydə alınıb) cavabdeh1, ünvan 4 ünvanında yerləşən ** saylı mənzil üzərində (daşınmaz əmlakın dövlət reyestrində 309011001445-05101-093010 reyestr nömrəsi ilə qeydə alınıb) cavabdeh2, cavabdeh3 və X5 ( hər biri 1/3 hissə) mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
12. cavabdeh4 ##.##.2010-cu il tarixdə, Alışov İlqar Ağaşirin oğlu isə ##.##.2015-ci il tarixdə ölmüşdür.
13. ##.##.1997-ci il tarixli vəsiyyətnamənin surətindən görünür ki, cavabdeh4 özünə məxsus Sumqayıt şəhəri, 1-ci mikrorayonda yerləşən */** nömrəli evin * saylı mənzilini Hüquqi varis vəsiyyət etmişdir.
14. ##.##.1996-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, X6 vərəsələri cavabdeh4 və Alışov İlqar Ağaşirin oğluna miras olaraq ünvan 4 ünvanında yerləşən * saylı mənzil qalmışdır.
15. Sumqayıt şəhəri, 16-cı məhəllə ərazisində 20 Yanvar küçəsində tikilicək yaşayış kompleksinin şəhərsalma əsaslandırması Azərbaycan Respublikası Fövqəladə hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə X10 “Azərdövlətlayihə” DBLİ tərəfindən təsdiq edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) birinci instansiya məhkəməsindəki icraat
16. İddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdehlər cavabdeh3, cavabdeh2, cavabdeh1, X1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərə məxsus, Sumqayıt şəhəri 16-cı məhəllədə yerləşən */** nömrəli binanın * nömrəli mənzilin ümumi sahəsinə 20%, Sumqayıt şəhəri 16-cı məhəllədə yerləşən */** nömrəli binanın * nömrəli mənzilin ümumi sahəsinə 20%, Sumqayıt şəhəri 16-cı məhəllədə yerləşən */** nömrəli binanın ** nömrəli mənzilin ümumi sahəsinə 20%, Sumqayıt şəhəri 16-cı məhəllədə yerləşən */** nömrəli binanın * nömrəli mənzilin ümumi sahəsinə 20% əlavə olunaraq onlara yeni təmirli mənzillərin verilməsi, cavabdehlərin qəzalı mənzillərə istifadə hüquqlarına xitam verilməsi, yeni təmirli mənzil verilənə qədər hər bir mənzil sahibinə hər ay 300 manat kirayə haqqı ödənilməklə onların mənzildən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
17. İddia tələbi onunla əsaslandırılmışdır ki, ## #### 2016-cı il tarixində Sumqayıt şəhəri, 16-cı məhəllədə yerləşən 5/32, 9/28, 28a/27, **/**A nömrəli yaşayış binalarının texniki vəziyyətinə Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə X10, “Azərinşaatlayihə” Dövlət Baş Layihə-Konstruktor və Texnoloji Institutun texniki şöbəsinin, İnşaat şöbəsinin, Fövqəladə Hallar Nazirliyi Sumqayıt Regional Mərkəzinin nəzdində Sumqayıt – Abşeron Regional Tikinti Müfəttişliyinin, Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin, Texniki şöbənin, Sumqayıt Şəhər İcra Hakimiyyətinin Başçısı aparatının sosial - iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin, Sumqayıt Şəhər Fövqəladə Hallar Komissiyasının, İctimai - Siyasi və humanitar məsələlər şöbəsinin, Tikinti şöbəsinin, * №-li Mənzil Kommunal Sahəsinin əməkdaşlarının birgə iştirakları ilə yuxarıda qeyd edilən yaşayış binalarında yaşayan sakinlərin Sumqayıt Şəhər İcra Hakimiyyətinə edilmiş çoxsaylı müraciətləri əsasında vizual baxış keçirilmiş, bununla bağlı akt tərtib edilmiş və qeyd edilən təşkilatların nümayəndələri tərəfindən imzalanmışdır. Aktda qeyd edilmişdir ki, yaşayış binaları 1955-1960-cı illərdə 2 mərtəbəli, 3 girişli və 14 mənzilli olmaqla inşa olunmuşdur. Yaşayış binalarının elektrik sistemləri təhlükəli vəziyyətdə olmaqla naqillər nəm və su içərisində, üstü açıq vəziyyətdədir, qısa qapanma nəticəsində yanğın hadisəsi qaçılmazdır. Bütün sanitar qovşaqlarının və mətbəxlərin ağac materiallarından olan döşəmələri və tavanları yararsız vəziyyətdədir, ağac materialları çürümüş, çatlamış və istismara yararsız olmuşdur. Binalar fiziki köhnəlmiş və ağac konstruksiyaları çürüməyə məruz qalmışdır. Göstərilən çatışmazlıqlarla yanaşı binaların hər an yanğın təhlükəsinə məruz qalması, xarici və daxili divarlarından, tavanlarından qopub tökülən suvaq parçalarının insan həyatı üçün təhlükəli olmaqla yanaşı hər an kütləvi insan tələfatı ilə nəticələnə biləcək bədbəxt hadisə baş verə bilər. Binaların kürsü hissələri mişarlanmış əhəngdaşından inşa edilmişdir. Bu hissələrin suvaq qatı qopub tökülmüş və yararsız vəziyyətə düşmüşdür. Bəzi yerlərdə daşların tökülməsi səbəbindən fasad hissələrdə nəzərdə çarpan əyilmələr əmələ gəlmişdir. Yaşayış binalarının istismar müddətini keçməsi səbəbindən girişlərdə və pilləkən qəfəslərinin divarları və tavanları, həmçinin mənzillərin döşəmə və tavanları müxtəlif istiqamətlərdə əyilmişdir. Binaların bünövrələrinin deformasiyaya uğraması nəticəsində mənzillərdə qapıların və pəncərələrin aşılıb örtülməsi çətinləşmiş və binalar hər an çökə bilər. Binaların fasadlarında müxtəlif istiqamətlərdə əyilmələr baş vermişdir. Yanğına qarşı təhlükəsizlik tələbləri pozulmuşdur. Binalar hal-hazırda qəzalı vəziyyətdədir. Yükdaşıyan konstruksiyaların qəzalı, mühəndis - kommunikasiya xətlərinin bərbad, istismar müddətini keçmiş və müasir standartlara cavab verməyərək şəhərin gözəlliyini pozduğunu və hər an uçmaq təhlükəsi olması nəzərə alınaraq binaların mövcud qaydalara uyğun olaraq sökülməsi məqsədəuyğun hesab edilmişdir. Bununla əlaqədar olaraq aktda təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi bildirilmiş və sakinlər hər an çökmək və yanğın təhlükəsinə məruz qalmış binalardan köçürülməli, binalara daxil olan kommunikasiya xətlərinin fəaliyyəti dayandırılmalı, ətraf ərazilər çəpərlənməli və xəbərdaredici nişanlar qoyulmalı, binalara giriş çıxış məhdudlaşdırılmalı olması göstərilmişdir. Bundan sonra Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısı “istismar müddəti başa çatmış, qəzalı vəziyyətdə olan binaların sökülməsi və yerində çoxmərtəbəli yaşayış binaları kompleksi tikintisinin, ətrafın abadlaşdırılması və yaşıllaşdırmanın layihələndirilməsinə icazənin verilməsi haqqında” ## ### 2016-cı il tarixli *** №-li Sərəncam vermişdir. Sərəncamda Sumqayıt şəhəri, 16-cı məhəllə ərazisində istismar müddəti başa çatmış 6 ədəd 2 mərtəbəli qəzalı vəziyyətdə olan yaşayış binalarının söküntüsünün “xxxx” MMC tərəfindən yerinə yetirilməsinə və həmin ərazidə “xxxx” MMC-yə 12624 kv.m sahədə çoxmərtəbəli yaşayış binaları kompleksinin, ətrafın abadlaşdırılması və yaşıllaşdırılmasının layihələndirilməsinə icazə verilmişdir. Bununla bağlı “xxxx” MMC-nin və Sumqayıt şəhər Memarlıq və şəhərsalma idarəsinin təklifini nəzərə alaraq, Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısı “istismar müddəti başa çatmış, qəzalı vəziyyətdə olan binaların sökülməsi və yerində çoxmərtəbəli yaşayış binaları kompleksi tikintisinin, ətrafın abadlaşdırılması və yaşıllaşdırılmasının layihələndirilməsinə icazə verilməsinə dair sərəncamda əlavə və dəyişiklərin edilməsi barədə” ## ### 2019-cu il tarixli *** №-li Sərəncam vermişdir. Sərəncamda Sumqayıt şəhəri, 16-cı məhəllə ərazisində istismar müddəti başa çatmış 2 mərtəbəli qəzalı vəziyyətdə olan yaşayış binalarının söküntüsünün “xxxx” MMC tərəfindən yerinə yetirilməsinə və həmin ərazidə “xxxx” MMC-nə 25500 kv.m sahədə çoxmərtəbəli yaşayış binaları kompleksinin, ətrafın abadlaşdırılması və yaşıllaşdırılmasının layihələndirilməsinə icazə verilmişdir. Bildirmək istəyirlər ki, Sumqayıt Şəhəri İcra Hakimiyyətinin Başçısı tərəfindən ## ### 2016-cı il tarixli *** №-li Sərəncam verilməsindən sonra qəzalı vəziyyətdə olan Sumqayıt şəhəri, 16-cı məhəllədə yerləşən */** nömrəli yaşayış binasının mənzil sahibləri və sakinləri ilə tərəflərindən dəfələrlə görüşlər keçirilmiş və onlara mənzillərinin bazar qiyməti və ya aylıq kirayə haqqı ödənilməklə yerində tikiləcək çoxmərtəbəli yaşayış binasından sahəsi əvvəlkindən daha artıq və təmirli mənzillər təklif olunmuşdur. Binada olan mənzil sahiblərinin böyük əksəriyyəti ilə müvafiq razılaşmalar əldə olunmasına və müqavilələrin bağlanmasına baxmayaraq, cavabdeh mənzil sahibləri ilə dəfələrlə danışıqlar aparılsa da heç bir təklif ilə razılaşmamışlar. Mənzil sahibləri mənzilin bazar qiymətindən qatqat artıq pul istəyirlər ki, bu da Sumqayıt şəhərində mənzillərin qiymətlərinə əhəmiyyətli dərəcədə təsir göstərəcəkdir ki, sonda iddiaçı kimi digər sahibkarlıq subyektləri qəzalı binaların tikintisinə yaxın durmayacaqlar. Cavabdehlər qəzalı binada yaşamaqla özlərinin həyatlarını risk altına salırlar, eyni zamanda həmin binanın əksər mənzil sahiblərinə yeni tikiləcək çoxmərtəbəli yaşayış binasına köçmələrini ləngidir və bu hərəkət (və ya hərəkətsizlikləri) nəticəsində mənzil gözləyən sakinlərə və “xxxx” MMC-yə küllü miqdarda ziyan vurulur. Belə ki, qəzalı binanın söküntüsünə süni maneənin yaradılması çoxmərtəbəli binanın vaxtında alıcılarına təhvil verilməsi öhdəliyinin pozulmasına səbəb olmaqla yanaşı hər ay ödəniləcək kirayə haqqı məbləğinin müqavilə müddətindən artıq ödənilməsinə gətirib çıxartmışdır. ## #### 2016-cı il tarixində Sumqayıt şəhəri, 16-cı məhəllədə yerləşən 5/32, 9/28, 28a/27, **/**A nömrəli yaşayış binalarının texniki vəziyyətinə dair tərtib olunmuş aktda tələb olunanların yerinə yetirilməsinə 9 ilə yaxın müddətdir ki, cavabdehlər tərəfindən maneəçilik törədilir, bu müddətdə binanın texniki vəziyyəti daha da acınacaqlı vəziyyətə düşmüş, həmin binalar insan həyatı üçün təhlükəli olmaqla yanaşı hər an kütləvi insan tələfatı ilə nəticələnə biləcək bədbəxt hadisə baş verə bilər. İddia ərizəsinə əlavə etdikləri sübutlar və qeyd edilənlər tam əsas verir ki, iddia tələbləri əsaslıdır, təmin edilməlidir. Hesab edirlər ki, hazırkı iş üzrə təqdim etdikləri sübutları məhkəmə qiymətləndirməli və insan həyatı üçün təhlükəli və qəzalı olan Sumqayıt şəhəri, 16-cı məhəllədə yerləşən */** nömrəli binada hər an kütləvi insan tələfatı ilə nəticələnə biləcək bədbəxt hadisənin qarşısının alınması üçün iddia tələbləri təmin edilməlidir. Qeyd etmək istəyirlər ki, Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin * saylı Mənzil Kommunal Sahəsindən verilən məlumata əsasən Sumqayıt şəhəri, 16cı məhəllədə yerləşən */** nömrəli binanın 1, 6, 8, ** saylı mənzillərinin ümumi sahələrinin üzərinə 20% artıq sahə gəlinərək yeni tikiləcək binada təmirli mənzilin verilməsi təklifi cavabdehlərə Sumqayıt şəhərində mübahisəli mənzilə xas olan şəraitdən daha yaxşı şəraitdə yaşamalarına imkan verir.
18. Daha sonra iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti İbadova Dilarə İsmayıl qızına, X1, cavabdeh3, cavabdeh2, X5, cavabdeh1, cavabdeh4 və Alışov İlqar Ağaşirin oğluna qarşı iddia ərizəsinə əlavə təqdim edərək, ½ payda mülkiyyətçi cavabdeh4, ½ payda mülkiyyətçi Alışov İlqar Ağaşirin oğluna məxsus, ümumi sahəsi 60,6 kv.m olan Sumqayıt şəhəri 16-cı məhəllədə yerləşən */** nömrəli binanın * nömrəli mənzilin (reyestr nömrəsi 30901100144505101-093006) ümumi sahəsinə 20%, İbadova Dilarə İsmayıl qızına məxsus ümumi sahəsi 50,49 kv.m Sumqayıt şəhəri 16-cı məhəllədə yerləşən */** nömrəli binanın * nömrəli mənzilin (reyestr nömrəsi 309011001445-05101-093012) ümumi sahəsinə 20%, cavabdeh1 məxsus, ümumi sahəsi 56.3 kv.m, ünvan 3, mənzil 8-in (reyestr nömrəsi 309011001445-05101-093008) ümumi sahəsinə 20%, 1/3 payda mülkiyyətçi cavabdeh2, 1/3 payda mülkiyyətçi cavabdeh3, 1/3 payda mülkiyyətçi X8 məxsus, ümumi sahəsi 58.44 kv.m olan Sumqayıt şəhəri, 16-cı məhəllə bina 28/9, mənzil 12-nin (reyestr nömrəsi 309011001445-05101-093010) ümumi sahəsinə 20% əlavə olunaraq onlara yeni təmirli mənzilin verilməsi, cavabdehlərin qəzalı mənzillərə olan istifadə hüquqlarına xitam verilməsi, yeni təmirli mənzil verilənə qədər hər bir mənzil sahibinə hər ay 300 (üç yüz) manat kirayə haqqı ödənilməklə onların mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
19. Məhkəmə icraatı gedişində cavabdeh3 və cavabdeh2 mərhum X8 hüquqi varisləri qismində, Hüquqi varis isə mərhum cavabdeh4 və Alışov İlqar Ağaşirin oğlunun hüquqi varisi qismində tanınmışdır.
20. İddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti X1 və İbadova Dilarə İsmayıl qızına qarşı münasibətdə iddia tələbini dəqiqləşdirərək, İbadova Dilarə İsmayıl qızına, ümumi sahəsi 50.49 kv.m olan ünvan 3, mənzil 6-nın (reyestr nömrəsi 309011001445-05101-093012) 1 kv.m-nə 2000 manat ödənilməklə kompensasiya verilməklə mənzilin iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
21. Sumqayıt Şəhər Məhkəməsinin ## ##### 2025-ci il tarixli qərardadı ilə iddiaçı “xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin qəzalı mənzillərin sökülməsi və əvəzinə yeni tikiləcək binada mənzil verilməsi tələbinə dair *(***)-****/**** saylı mülki işdən, iddiaçı " xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər İbadova Dilarə İsmayıl qızı və Zairova (Şəfiyeva) Təranə Fazil qızına qarşı hissəsi ayrıca icraata ayrılmışdır.
22. Sumqayıt Şəhər Məhkəməsinin ## ### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ½ payda mülkiyyətçi cavabdeh4, ½ payda mülkiyyətçi Alışov İlqar Ağaşirin oğluna məxsus, ümumi sahəsi 60,6 kv.m olan Sumqayıt şəhəri 16-cı məhəllədə yerləşən */** nömrəli binanın * nömrəli mənzilin (reyestr nömrəsi 309011001445-05101093006) ümumi sahəsinə 20% əlavə olunaraq, cavabdeh1 məxsus, ümumi sahəsi 56.3 kv.m ünvan 3, mənzil 8-in (reyestr nömrəsi 309011001445-05101-093008) ümumi sahəsinə 20% əlavə olunaraq, 1/3 payda mülkiyyətçi cavabdeh2, 1/3 payda mülkiyyətçi cavabdeh3, 1/3 payda mülkiyyətçi X8 məxsus, ümumi sahəsi 58.44 kv.m olan ünvan 3, mənzil 12-nin (reyestr nömrəsi 309011001445-05101- 093010) ümumi sahəsinə 20 % əlavə olunaraq cavabdehlərə yeni təmirli mənzilin verilməsi, cavabdehlərin qəzalı mənzillərə olan istifadə hüquqlarına xitam verilməsi, cavabdehlər yeni təmirli mənzil verilənə qədər hər bir mənzil sahibinə hər ay 300 manat kirayə haqqı ödənilməklə mənzildən çıxarılmaları qət edilmişdir (hakim Günel Tanrıverdiyeva).
23. Məhkəmə qeyd etmişdir ki, cavabdehlərin texniki vəziyyəti qeyri-qənaətbəxş olan, istismara yararsız və qüvvədə olan tikinti normalarının tələblərinə cavab verməyən binada yaşaması gələcəkdə məhz cavabdehlər üçün arzuolunmaz nəticələrin meydana çıxmasına və ya bədbəxt hadisələrin baş verməsinə zəmin yaratmış olacaqdır. Hansı ki, binanın yerində tikiləcək çoxmərtəbəli yaşayış binasında cavabdehlərə mənzillərinin ağlabatan ölçüdə əlavə sahələri olan yeni mənzillər verilməklə, habelə yeni çoxmərtəbəli yaşayış binası tikilənədək onlarla birlikdə yaşayan ailə üzvlərinin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilmələri üçün 300 manat məbləğində kirayə haqqı ödənilməsi öhdəliyini İddiaçı MTK öz üzərinə götürür.
24. Məhkəmə daha sonra qeyd etmişdir ki, iddiaçı MTK-nın irəli sürdüyü təklifdən də görünür ki, təkliflər günün tələblərinə uyğundur və kifayət qədər ədalətli və ağlabatandır, təkliflərin icrasının dərhal həyata keçirilməsinə Sərəncamın icrasını həyata keçirmək vəzifəsini daşıyan MTK tərəfindən hər hansı maneə yoxdur. İddiaçı tərəfindən vaxtında öz üzərinə qoyulmuş öhdəliklərin icra edilməməsi həmin evdə yaşayan digər sakinlərin də hüquqlarının vaxtında reallaşmasına maneə yarada bilər və 9 ildən artıqdır ki, cavabdehlərin bu və ya digər formada iddiaçı şirkətlə razılaşmaması artıq belə bir maneəni yaratmışdır.
25. Məhkəmə eyni zamanda cavabdehlərin onlara iddiaçı tərəfindən hər hansı təklif edilməməsi barədə dəlillərini inandırıcı hesab etməyərək qeyd etmişdir ki, sözügedən ərazidə üzərinə qoyulmuş vəzifələri daha qısa müddətdə icra etməkdə marağı olan iddiaçı MTK-nın mübahisənin başladığı 9 ilə yaxın müddətdə digər bütün sakinlərlə razılıq əldə etdiyi, həmin sakinlərlə bu və ya digər qaydada razılaşdığı halda yalnız hazırkı iş üzrə cavabdehlərə hər hansı təklif etməməsi inandırıcı olmamaqla ağlabatan da deyil.
26. Məhkəmə onu da qeyd etmişdir ki, hazırkı mübahisə baxımından iddiaçının tələblərlə çıxış etməsi hazırkı cavabdehlərin mülkiyyət hüquqlarına müdaxilə hesab edilə bilməz. Çünki tərəflər arasında olan ixtilaf mənzilin sökülməsi ilə bağlı olmayıb, yalnız cavabdehin sökülməli olan mənzilinin müqabilində ona veriləcək əvəzin (istər naturada, istərsə də pul ekvivalenti olaraq) həcmi ilə bağlıdır. Belə olan halda isə hazırkı mübahisədə cavabdehlərə məxsus mülkiyyət hüququna müdaxilənin olub-olmaması, eləcə də onun qanuni əsaslarının yoxlanılmasına zərurət aradan qalxır. Bu halda məhkəmənin müəyyən etməli olduğu yeganə hal çəkişən tərəflər arasında mütənasibliyin qorunmasının, eləcə də ədalətli və ağlabatan əvəzin verilməsinin təmin edilməsindən ibarət olmalıdır.
27. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdehlər mənzillərinə görə iddiaçıdan 250000-280000 manat kompensasiya ödənilməsini tələb etsələr də, mənzillərinin həmin dəyərdə olması barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir.
28. Eyni zamanda məhkəmə cavabdeh cavabdeh3 vəkilinin mənzillərin birinci mərtəbədə yerləşməklə gələcəkdə iddiaçı tərəfindən qeyri-yaşayış sahəsi kimi istifadə olunacağı və bu səbəbdən dəyərinin qeyri-yaşayış sahəsinin kv.metrinin qiyməti ilə hesablanmalı olması barədə dəlilləri ilə razılaşmayaraq qeyd etmişdir ki, mübahisəli mənzillərdən hər hansı birinin statusu daşınmaz əmlakın dövlət reyestrində yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməmiş, o cümlədən cavabdehlərin hər biri özünə məxsus mənzildən bu günədək yaşayış sahəsi kimi istifadə edirlər.
29. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29, 43, 60, 71, 72, 129-cu maddələrinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair Protokola, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.4, 16.1, 152.1, 152.5, 152.6, 560.1, 560.2-ci maddələrinə, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 4.1, 4.2, 7- ci maddələrinə, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 3.1, 15-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.1, 77.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
a) apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
30. Cavabdeh cavabdeh3 apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsinin 1/3 payda mülkiyyətçi cavabdeh2, 1/3 payda mülkiyyətçi cavabdeh3, 1/3 payda mülkiyyətçi X8 məxsus, ümumi sahəsi 58.44 kv.m olan ünvan 3, mənzil 12-nin ümumi sahəsinə 20 % əlavə olunaraq cavabdehlərə yeni təmirli mənzil verilməsi hissəsində ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
31. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin qanuni qüvvəsini almış *(***)-****/*** saylı ## ######## 2020-ci il tarixli qətnaməsi mövcuddur. Həmin iş üzrə iddiaçı hazırkı iş üzrə iddiaçı ilə eynidir. Həmin mülki işdə mübahisə predmeti olan binanın 2 sakininə qarşı eyni tələb üzrə iddia qaldırılmışdır. Cavabdehlərdən biri hazırkı iş üzrə də əvvəlcədən cavabdeh qismində cəlb edilmişdir. *(***)-****/*** saylı qətnamə məhkəməyə təqdim edildikdən sonra həmin şəxsə dair iddia tələbi dəyişdirilmiş, daha sonra isə o şəxsə aid iş ayrılaraq ayrıca icraatda baxılmışdır. Hesab edirlər iki eyni məhkəmə heç bir mötəbər dəyişiklik olmadığı halda eyni mübahisə üzrə müxtəlif mövqeli qərarlar qəbul etməməlidir. Sumqayıt Apellyasiya Məhkəməsinin MPM-nin 200-cü maddəsinin 4-cü hissəsinin tələblərinə nə mətn baxımından, nə də iş üzrə gəlinmiş qənaət baxımından uyğun deyildir. Belə ki, qətnamədə göstərir ki, 1/3 payda mülkiyyətçi cavabdeh2, 1/3 payda mülkiyyətçi cavabdeh3, 1/3 payda mülkiyyətçi X8 məxsus, ümumi sahəsi 58.44 kv.m olan ünvan 3, mənzil 12- nin ümumi sahəsinə 20 % əlavə olunaraq cavabdehlərə yeni təmirli mənzil verilsin. Məhkəmə prosesi zamanı dəfələrlə iddiaçıdan yazılı təklif tələb olunsa da iddiaçı bunu etməmiş, 18 mərtəbədən ibarət olacaq binanın "hansı mərtəbəsində? hansı istiqamətdə? hansı ölçüdə?" olan mənzili verəcəyi barədə məlumat verməmişdir. Məhkəmə öz qeyri-müəyyən qətnaməsi ilə gələcəkdə hazırki suallara dair tərəflər arasında yeni məhkəmə mübahisəsinin baş verməsi üçün zəmin yaratmışdır. Çünki qeyd olunan suallar cavablandırılmadan mülkiyyətin sökülməsi gələcəkdə hazırkı cavabdehi iddiaçıdan birbaşa asılı vəziyyətə salmaqla ona ediləcək əlverişsiz təkliflər qarşısında hüquqi müdafiəsiz şəraitə salacaqdır. Məhkəmə iddiaçının mübahisə üzrə cavabdehlərə bazar qiyməti və ya aylıq kirayə haqqı ödənilməklə yerində tikiləcək çoxmərtəbəli yaşayış binasından sahəsi əvvəlkindən daha artıq və təmirli mənzillər təklif etdiyini bildirsə də, təklifə dair hər hansı bir sübuta istinad etməmiş, elə bir sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmənin gedişatında hazırlıq iclaslarını heç bir zərurət olmadan dəfələrlə təxirə almaqla iddiaçıya hazırlaşmadan qaldırdığı iddia üçün zəruri sənədləri toplamağa şərait yaratmış, hətta prosessual tələbləri pozaraq iddiaçının sifarişi ilə heç bir hüquqi əsası olmayan, sözün əsl mənasında "sifarişlə" hazırlanan guya mübahisəli mənzillərin qiymətləndirilməsinə dair rəyi məhkəmənin baxış iclasında qanunsuz olaraq qəbul etmiş, qətnamədə sübut qismində qiymət vermişdir. Bundan başqa məhkəmə nəzərə almamışdır ki, ikimərtəbəli yaşayış binasının yerində 16 mərtəbəli yeni bina tikən, təkcə 1-ci mərtəbədə yerləşən qeyri-yaşayış hissəsinin 1 kv.metrini 6000-7000 manata satan iddiaçının mövqeyi qəbuledilməzdir. Bir kvadrat qeyri-yaşayış sahəsinin qiymətinə dair real zaman kəsiyində satışda olan, iddiaçının özü tərəfindən inşa edilən və satılan obyektin elanı tərəfinizdən təqdim edilsə də məhkəmə həmin sübuta qiymət verməyi özünə rəva bilməmişdir. "Azkommunlayihə" Kommuna Layihələndirmə İnstitutu tərəfindən hazırlanan texniki rəyi 3 nəfər şəxsiyyəti müəyyən edilməyən şəxsin imzası olsa da rəyin üzərində onun həqiqiliyini təsdiq edən müvafiq imza və rəsmi qeydiyyata alınmasına dair qeydiyyat nömrəsi mövcud deyildir, bu halda da məhkəmə rəsmi olmayan sənədi mötəbər sübut kimi qəbul edərək istinad etmiş və qərarını əsaslandırmaqla qanunun tələblərini pozmuşdur. İddiaçı iddia ərizəsində qeyd edir ki "Hesab edirik ki, hazırki iş üzrə təqdim etdiyimiz sübutları məhkəmə qiymətləndirməli və insan həyatı üçün təhlükəli və qəzalı olan Sumqayıt şəhəri, 16-cı məhəllədə yerləşən */** nömrəli binada hər an kütləvi insan tələfatı ilə nəticələnə biləcək bədbəxt hadisənin qarşısının alınması üçün iddia tələbimiz təmin edilməlidir" Hesab edir ki, iddiaçının bu tələbi tamamilə qanunsuz və əsassızdır. AR ərazisində tikintilərin sökülmə tələbinə dair iddia qaldırma hüququ yalnız Fövqəladə Hallar Nazirliyinə məxsusdur. İddiaçının belə əsasla binanın sökülməsini tələb etməsi üçün ümumiyyətlə subyektiv hüququ yoxdur və dövlət orqanlarının səlahiyyətini mənimsəmişdir. Dövlət Vergi Xidmətinin Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında bazasından İddiaçı MMC-yə dair təqdim edilən məlumatlardan görünür ki, MMC ##.##.2005-ci il tarixində nizamnamə kapitalı 4 (dörd) manat olmaqla qeydiyyatdan keçmişdir. 20 illik fəaliyyəti olan bu şirkət bu illər ərzində nizamnamə kapitalını artırmadığı alda vətəndaşlara milyonlarla dəyəri olan mülklərini söküb yenisini verəcəyi vədi ilə gələcəkdə heç bir təminatı olmayan şirkətə verilməsi barədə qərarlar qəbul edilir. Hazırda ölkədə onlarla hal mövcuddur ki, MTK-lar öz öhdəliklərini yerinə yetirə bilmir, məhkəmə mübahisələri, dələduzluq, mənimsəmə halları səbəbindən tikinti işləri yarımçıq qalmaqdadır. Bütün bunlardan sonda mülk sahibləri, sadə vətəndaşlar əziyyət çəkirlər. Məhkəmə bu məsələlərə münasibət bildirməyi, tərəfindən hər iclasda az qala mübahisəli şəkildə qeyd etməsinə baxmayaraq münasibət bildirməyi rəva bilməmişdir.
32. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarında olan sübutlardan, cavabdehin iddiaçı ilə arasında olan müqavilə öhdəliyini icra etmədiyi işin mübahisəsiz halıdır. Birinci instansiya məhkəməsi, iddianı qismən təmin etməklə, tərəflə iddiaçının arasında olan müqavilədən irəli gələn hüquqlarının pozulması ilə müşahidə olunan qətnamə çıxarmışdır. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## ### 2024-cü il tarixli ekspert rəyindən görünür ki, ünvan 2 ünvanında «xxxx» MMC tərəfindən inşa edilən çoxmərtəbəli binanın C bloku, 9-cu mərtəbəsində yerləşən *** nömrəli mənzilin içdən içə, mənzilin daxilində olan arakəsmələrin, divarların, sütunların, şaxta sahələrinin və s. altı, azalma əmsalları nəzərə alınmadan sahəsinin AR Şəhərsalma və Tikinti Məcəlləsinin 59,2, 59-cu maddələrinin və AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının ## ###### 2012-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın tələblərinə əsasən faktiki olaraq ümumi sahəsi 61,15 kv.m təşkil etdiyi müəyyən edilmişdir. ünvan 2 ünvanında «xxxx» MMC tərəfindən inşa edilən çoxmərtəbəli binanın C bloku, 9-cu mərtəbəsində yerləşən *** nömrəli mənzilin çöl divarlarının ortasından hesablanmaqla, mənzilin daxilində arakəsmələrin, divarların, sütunların, şaxta sahələrinin və s. altıda daxil olmaqla azalma əmsalları isə nəzərə alınmadan faktiki olaraq sahəsinin 70,0 kv.m olduğu müəyyən edilmişdir. ünvan 2 ünvanında «xxxx» MMC tərəfindən inşa edilən çoxmərtəbəli binanın C bloku, 9-cu mərtəbəsində yerləşən *** nömrəli mənzilin yerləşdiyi ərazidə analoji xüsusiyyətlərə malik mənzilin 1 kv.metrinin hazırda mövcud olan orta bazar qiyməti təqribən 2300 manat məbləğində müəyyən edilir. Mübahisə predmetini təşkil edən daşınmaz əmlakın qiyməti xüsusi bilik tələb edən hal olduğu üçün, müstəsna olaraq ekspert rəyinə əsasən müəyyən edilməli idi. Məhkəmə, ekspert rəyinin bu hissəsi ilə razılaşmamış, lakin bunu zəruri şəkildə əsaslandırmamışdır. İddianın təmin edilməməsi hissəsi ilə məhkəmənin mövqeyi, işin faktiki hallarına uyğun gəlmir. Məhkəmə Ekspertiza Mərkəzinin rəyində ünvan 1 ünvanında MMC tərəfindən inşa edilən çox mərtəbəli binanın C bloku, 9-cu mərtəbəsində yerləşən *** nömrəli mənzilin 1 kv.m qiyməti 2300 manat müəyyən edilməsinə baxmayaraq qətnamə qəbul edilərkən mənzilin 1 kv.m qiyməti 2300 manata deyil 750 manata vurularaq səbəbsiz olaraq 1550 manat azaldılmışdır. Beləliklə, iddia ərizəsində mənzilin sahəsinin azaldılmasına görə tələb olunan 35903 manat məbləğ azaldılaraq 1001250 manat dəyərində göstərilmişdir ki vurulan ziyan 2589050 manat azaldılmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin, “02” may 2024-cü il tarixli *-**-**/*-**/****-*/**** nömrəli rəyində göstərilmişdir ki, ünvan 1 ünvanında MMC tərəfindən inşa edilən çox mərtəbəli binanın C bloku, 9cu mərtəbəsində yerləşən *** nömrəli mənzilin, içdəniçə, mənzilin daxilində oran arakəsmələrin, divarların, sütunların, şaxta sahələrinin və.s altı, azalma əmsalları nəzərə alınmadan sahəsinin faktiki olaraq 61,15 kv.m təşkil etdiyi müəyyən edilmişdir. Ekspertiza bunu onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən qoyulan tələbdə mənzilin içdən-içə ölçüsünün hesablanması zamanı azalma əmsalları nəzərə alınmasın. Məhkəmənin qətnaməsinin 6-cı vərəqinin 2-ci abzasında göstərilmişdir ki, mənzilin ümumi sahəsinə faktiki olaraq 4.52 kv.m lociya daxil olsa da, ona müvafiq azalma əmsalı hesablanmaqla 2.26 kv.m kimi nəzərə alınmışdır, faktiki olaraq bu belə deyildir.
33. İddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti apellyasiya şikayətinə qarşı yazılı etiraz ünvanlayaraq Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)****/**** nömrəli qətnaməsinin qüvvədə saxlanmasını xahiş etmiş, etirazında göstərmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi qəbul edildikdən sonra şikayətçi istisna olmaqla qəzalı binada yaşayan digər cavabdehlər iddiaçı ilə razılığa gəlmişlər. İddiaçının tələbi əsaslı olduğundan Sumqayıt Şəhər Məhkəməsi tərəfindən iddia təmin olunmuşdur. Cavabdeh cavabdeh3 apellyasiya şikayəti əsassız olduğundan Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)****/**** nömrəli qətnaməsi qüvvədə saxlanmalıdır. Bundan başqa iş materiallarına əlavə edilmiş sübutlardan göründüyü kimi, cavabdeh cavabdeh3 mübahisələndirdiyi mənzil paylı mülkiyyətdədir. Həmin mənzilin digər cavabdeh payçıları cavabdeh2 (1/3 pay), X8 (1/3) Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən apellyasiya şikayəti verməmişlər və bu da onu bildirir ki, onlar iddia tələbini qəbul etmişlər.
34. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının ## ######## 2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, Sumqayıt Şəhər Məhkəməsinin ## ### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi - “1/3 payda mülkiyyətçi cavabdeh2, 1/3 payda mülkiyyətçi cavabdeh3, 1/3 payda mülkiyyətçi X8 məxsus, ümumi sahəsi 58,44 kv.m olan ünvan 3, mənzil 12-nin ümumi sahəsinə 20 % əlavə olunaraq cavabdehlərə yeni təmirli mənzilin verilməsi” hissəsində dəyişdirilməklə, 1/3 payda mülkiyyətçi cavabdeh2, 1/3 payda mülkiyyətçi cavabdeh3, 1/3 payda mülkiyyətçi X8 məxsus, ümumi sahəsi 58.44 kv.m olan ünvan 3 ünvanında yerləşən ** saylı mənzilin əvəzinə İddiaçı MMC tərəfindən həmin ərazidə inşa edilmiş yeni binada mülkiyyət hüququ saxlanılmaqla sahəsi 84,9 kv.metr olan təmirli mənzilin verilməsi qət edilmişdir.
35. Məhkəmə kollegiyası qeyd etmişdir ki, mülkiyyət hüququnun itirilməsinin növləri Mülki Məcəllənin 203-cü maddəsində nəzərdə tutulmuşdur ki, ilkin iddiaçının hazırkı iş üzrə tələbi cavabdehin yaşadığı binadakı mənzilə mülkiyyət hüququnun itirilməsi ilə bağlı deyil, cavabdehin yaşadığı binanın sökülərək yerində çoxmənzilli hündürmərtəbəli binanın inşa edilməsi ilə əlaqədar sökülən binada yerləşən cavabdehin mənzilinin inşa edilən yeni binada artırılmış sahəsi olan təmirli mənzillə əvəzləşdirilməsi olmuşdur.
36. Məhkəmə kollegiyası qəzalı binada yaşayan sakinlərin həyat və sağlamlığına dair təhlükə olması baxımından iddianın təmin edilməli olması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab etmişdir.
37. Məhkəmə kollegiyası hesab etmişdir ki, hazırkı iş üzrə apellyator iddiaçı tərəfindən mülkiyyət hüququnun məhdudlaşması ilə əlaqədar təklif edilən mənzilin sahəsi ilə razılaşmayaraq, edilən təklifin ədalətli olmamasını iddia etmişdir. Apellyasiya icraatı zamanı iddiaçı tərəf həmin mənzilin əvəzində həmin ərazidə sahəsi 84,9 kvadrat metr olan təmirli iki otaqlı mənzilin verilməsi mümkün olduğunu bildirdiyindən, kollegiya hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməli, iddiaçı tərəfindən sökülməsi tələb olunan mənzilin əvəzinə həmin ərazidə inşa edilmiş yeni binada 84,9 kv.metr olan təmirli mənzil verilməlidir.
38. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29, 43, 60, 71, 72, 129-cu maddələrinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın * saylı protokolunun 1-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5, 6, 15, 16, 18, 152.1, 152.5, 152.6, 560.1, 560.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 77.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
a) kassasiya instansiyası məhkəməsindəki icraat
39. Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-*)-**/**** nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ######## 2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilmiş, iş mübahisələndirilən hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır.
40. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, mülkiyyət hüququna müdaxilənin mümkünlüyü yuxarıda göstərilən normativ hüquqi aktlarda nəzərdə tutulmuşdur. Həmin aktlarda xüsusi mülkiyyətin sosial öhdəliklərə səbəb olması, sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə, cəmiyyətin maraqları naminə, qanunla nəzərdə tutulmuş şərtlər çərçivəsində mülkiyyət hüququnun məhdudlaşdırılması, şəxsin bu hüquqdan məhkəmə qərarı ilə məhrum edilməsinin mümkünlüyü açıqca təsbit olunmuşdur. O cümlədən qəza vəziyyətində olan və bərpası mümkün olmayan binaların yerində yenilərinin inşa edilməklə mülkiyyət hüququnun kompensasiyası mümkündür.
41. Qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən binaların sökülərək yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi kimi tədbirlər, orada yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması kimi qanuni məqsədlər daşısa belə, mülkiyyət hüququnun kompensasiyası ədalətli (mütənasib) olmalıdır. Ədalətli kompensasiya dedikdə, müdaxilə ilə hüququ pozulan şəxsin düşdüyü zərərin tam şəkildə qarşılanması başa düşülür.
42. Məlum olduğu kimi, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən).
43. Belə ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində mənzilinin sökülməsi əvəzində həmin ərazidə inşa edilmiş yeni binada mülkiyyət hüququ saxlanılmaqla sahəsi 84,9 m2 olan təmirli mənzilin verilməsi qət edilmişdir.
44. Qeyd olunan ölçüdə yeni mənzilin kassatora verilməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ədalətli olsa da, işə mahiyyəti üzrə baxmış məhkəmə mübahisəni tam həll etməmişdir.
45. Göründüyü kimi cavabdehə yeni mənzilin verilməsi qeyd olunsa da, həmin binanın dəqiq ünvanı, mərtəbəsi və digər fərdiləşdirici əlamətləri məhkəmə aktında göstərilməmişdir.
46. Həmçinin, iddiaçı ilkin ərizəsində və sonradan təqdim etdiyi iddiaya əlavəsində cavabdehə verilməli olan mənzilin dəqiq ünvanını və fərdiləşdirici məlumatlarını göstərməmişdir.
47. Apellyasiya kollegiyası da işə mahiyyəti üzrə baxan məhkəmə kimi cavabdehə verilən əvəzin aydın, müəyyən və ədalətli olduğunu lazımi qaydada araşdırmamış, iş üzrə əhəmiyyət kəsb edən həmin hala hüquqi qiymət verməmişdir.
48. Göstərilənləri nəzərə alaraq kollegiya bu qənaətə gəlir ki, mövcud vəziyyətdə cavabdehə əvəz kimi verilən əmlakın yerləşmə yeri, mərtəbəsi və digər fərdiləşdirici əlamətləri konkret şəkildə göstərilmədiyindən, bu məzmunda çıxarılmış qətnamə tikinti şirkətinin vəzifələrini dəqiq müəyyən edən, kompensasiyanın ədalətli olub-olmamasını müəyyənləşdirməyə imkan verən, habelə mülkiyyətinə müdaxilə olunan cavabdehin hüquqlarının real bərpasını təmin edən məhkəmə aktı hesab edilə bilməz.
49. Qeyd edilənlər ona dəlalət edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehə veriləcək yeni mənzillə bağlı halların tam və hərtərəfli araşdırılmaması nəticəsində iş üzrə mövcud ziddiyyətli məqamlar tam aradan qaldırılmamış, mübahisəli hüquq münasibətində isə hüquqi müəyyənlik təmin edilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
50. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh cavabdeh3, onun vəkilinümayəndəsi Vəkil/Nümayəndə və cavabdeh cavabdeh2 nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək idianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdilər.
51. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin vəkili-nümayəndəsi vəkil1 apellyasiya şikayətinə etiraz edib, Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-*)-**/**** nömrəli qərarında olan göstərişləri nəzərə alınaraq apellyasiya şikayətinə etiraz etdi, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni müdafiə edərək onun təmin edilməsini xahiş etdi.
52. Cavabdehlər cavabdeh1, cavabdeh4 və Alışov İlqar Ağaşirin oğluna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər.
53. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə qeyd olunan caabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
54. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Maddə 43. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Maddə 71. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Maddə 72. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər; 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Maddə 60. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Maddə 129. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır.
Avropa İnsan Hüquqları Konvensiyasının * saylı Protokolu
55. Maddə 1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
56. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 6.3. Dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər. Maddə 15. Yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariyagigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsəziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir. Maddə 18. Mülkiyyət formasından asılı olmayaraq mənzil fondunun istifadəsi və saxlanılmasına, habelə yaşayış sahələrinin və kommunal xidmətlərin müəyyən edilmiş tələblərə uyğunluğuna dövlət nəzarəti qanunvericilikdə müəyyən olunmuş qaydada həyata keçirilir. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi:
57. Maddə 1. Şəhərsalma və tikinti qanunvericiliyinin təyinatı Azərbaycan Respublikasının şəhərsalma və tikinti qanunvericiliyi şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən edir. Maddə 59. Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları 59.1. Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları bu maddənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 59.2. Yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. 59.3. Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. (...)
58. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Fortis-Bayıl” Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ####### 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Nazirlər Kabinetinin Qərarı “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il ## #### tarixli ***IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il # ######## tarixli *** nömrəli Fərmanının 1.8-ci bəndinə əsasən, Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının ərazisində abadlıqquruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmişdir. Bu Qərar qəzalı vəziyyətdə olan əmlakın mülkiyyətçidən alınması deyil, insanların yaşaması və ya istifadəsi üçün nəzərdə tutulmuş tikinti obyektlərində sağlam və təhlükəsiz yaşayışın təmin edilməsi üçün əmlakın yenidən qurulub, istismara yararlı vəziyyətə salınıb mülkiyyətçinin istifadəsinə qaytarılması məqsədi daşıyır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
59. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
Maddə 76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Maddə 89.1. Yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.3. qətnaməni dəyişdirə bilər (...)
Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Maddə 420. Kassasiya məhkəməsinin göstərişlərinin məcburiliyi Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
60. Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-*)-**/**** nömrəli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ######## 2025ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilmiş, iş mübahisələndirilən hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərildiyindən, hazırda birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi cavabdehin apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq həmin hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
61. Məhkəmə kollegiyası məruzəçi-hakimi və işdə iştirak edən şəxsləri dinləyib, Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-*)-**/**** nömrəli qərarında olan göstərişləri yerinə yetirərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin iddia tələbini dəqiqləşdirilməsi barədə ərizə nəzərə alınaraq birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir.
62. Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, cavabdehin nümayəndəsi və vəkili etiraz edərək iddiaçı tərəfindən apellyasiya baxışı mərhələsində dəqiqləşdirilmə barədə ərizənin təqdim edilərək məhkəmə tərəfindən onun icraata qəbul edilə bilməməsini qeyd etmişdir. Belə ki, Ali Məhkəmənin ##.##.2026-cı il tarixli qərarında iddiaçı tərəfindən cavabdehlərə təklif olunmuş mənzilin dəqiq ünvanı, yerləşmə məlumatlarının müəyyən edilməsi barədə göstəriş olduğundan hazırki halda bu göstərişlərin müəyyən edilməsi barədə iddiaçıya təklif edilmiş, iddiaçı isə öz növbəsində həmin göstərişləri müəyyən etməkdə haqlı olmuşdur. İddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizənin icraata qəbul edilməməsi Ali Məhkəmənin göstərişlərinin icra edilə bilməməsi ilə, tərəflərin məhkəmə çəkişmələrində uzun müddət qalmaqları ilə nəticələnəcəkdir. Bundan əlavə isə Azərbaycann Respublikası Mülki Prosessual Məcəllənin 53-cü maddəsində qeyd edilmişdir ki, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Yəni hazırki halda isə qeyd edilən dəyişmə iddiaçı tərəfindən məhkəmənin apellyasiya baxışı mərhələsində müəyyən edilmişdir.
63. Kollegiya qeyd edir ki, mülkiyyət hüququnun itirilməsinin növləri Mülki Məcəllənin 203cü maddəsində nəzərdə tutulmuşdur ki, iddiaçının hazırkı iş üzrə tələbi cavabdehin yaşadığı binadakı mənzilə mülkiyyət hüququnun itirilməsi ilə bağlı deyil, cavabdehin yaşadığı binanın sökülərək yerində çoxmənzilli çoxmənzilli binanın inşa edilməsi ilə əlaqədar sökülən binada yerləşən cavabdehin mənzilinin inşa edilən yeni binada artırılmış sahəsi olan təmirli mənzillə əvəzləşdirilməsi olmuşdur.
64. İş materialları ilə müəyyən edilir ki, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısının *** saylı, ## ### 2016-cı il tarixli sərəncamına əsasən Sumqayıt şəhəri, 16-cı məhəllə ərazisində istismarı başa çatmış 2 mərtəbəli qəzalı vəziyyətdə olan yaşayış binalarının söküntüsünün “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən yerinə yetirilməsinə və həmin ərazidə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə 25500 kv.m sahədə çoxmərtəbəli yaşayış binaları kompleksinin, ətrafın abadlaşdırılması və yaşıllaşdırılmasının layihələndirilməsinə icazə verilmişdir. İddiaçı MMC-yə Sumqayıt şəhəri, 20 yanvar küçəsi, 16-cı məhəllə ərazisində yerləşən yaşayış kompleksinin tikintisinə Sumqayıt şəhər İcra Hakimiyyətinin müvafiq sərəncamı əsasında ## ######## 2020-ci il tarixdə ** saylı icazə verilmişdir.
65. İşdə olan Azərbaycan Respublikası Fövqəladə hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə X10 “Azkommunlayihə” KLİ tərəfindən təsdiq edilmiş 2021-ci il tarixli Sumqayıt şəhəri, 20 yanvar küçəsi, 16-cı məhəllə ərazisində yerləşən 2 və 3 mərtəbəli yaşayış binalarının mövcud vəziyyəti haqqında texniki rəydən görünür ki, Sumqayıt şəhəri, 20 Yanvar küçəsi, 16-cı məhəllədə yerləşən Bina- 9/28, Bina- 5/32, Bina29/32A, Bina-11/26, Bina-13/24, Bina-3/42 və Bina-*/** nömrəli yaşayış binalarının mühəndisi-müayinəsi nəticəsində aşağıdakılar müəyyən edilmişdir: Yaşayış binaları keçən əsrin 50-ci illərində inşa edildiyindən tikintidə istifadə olunmuş materiallar fiziki köhnəlməyə məruz qalmışdır. Elektrik naqilləri uzun müddət baxımsızlıqdan yararsız vəziyyətdə olduğundan hər an yanğın təhlükəsi yarada bilər. Yığma dəmir beton tirlərin mühafizə qatı dağılmış armaturları korroziyaya uğramışdır. Yaşayış binalarına sonradan xaotik şəkildə Tikinti Norma və Qaydalarına zidd olaraq əlavə tikililər inşa oıunmuşdur. Əhəng daşından olan yükdaşıyan divarlarda keçici çat və aşınmalar yaranmışdır. Bəzi tikililərin dam örtükləri zədələndiyindən atmosfer yağıntıları otaqların daxilinə sızmışdır. Divarlarda rütubət izləri müşahidə olunur. Tikililərin əksəriyyətində ağac konstruksiyalardan olan döşəmə, dam örtüyü, qapı və pəncərələr çürüyərək yararsız hala düşmüşdür. Binalardakı kommunikasiya xətləri uzun müddət təmirsiz istismar olunduğundan yararsız vəziyyətə düşmüşdür. Əksər pilləkən qəfəsəsindəki metal tirlər korroziyaya uğrayaraq möhkəmliyini itirmişdir. Yaşayış binalarının istismarı yolverilməzdir. Ümumiyyətlə binalar mövcud tikinti Norma və Qaydalarına, şəhərin ümumi görünüşünə, mövcud şəhərsalma tələblərinə cavab vermir. Binalarda yaranmış bu vəziyyətin təbii fəlakətlə əlaqəsi yoxdur.
66. Məhkəmə kollegiyası qəzalı binada yaşayan sakinlərin həyat və sağlamlığına dair təhlükə olması baxımından iddianın təmin ediməli olması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-*)-**/**** nömrəli qərarında olan göstərişlər də nəzərə almaqla əsaslı hesab etsə də, həmin qərarda olan göstərişləri nəzərə alaraq həmin halları araşdıraraq aradan qaldırmışdır.
67. Belə ki, Ali Məhkəmənin qeyd olunan qərarında diqqətə çatdırılan əsas məsələlərdən biri cavabdehlərə veriləcək yeni mənzilin konkret olaraq müəyyən edilməsi ilə bağlı olmuşdur. Əvvəlki məhkəmə aktında cavabdehlərə məxsus qəzalı mənzilin sökülməsi əvəzində həmin ərazidə inşa edilmiş yeni binada mülkiyyət hüququ saxlanılmaqla sahəsi 84,9 m² olan təmirli mənzilin verilməsi müəyyən edilsə də, həmin mənzilin hansı binada yerləşməsi, mərtəbəsi, sahəsi və digər fərdiləşdirici xüsusiyyətləri məhkəmə aktında öz əksini tapmamışdır.
68. Məhkəmə kollegiyası qeyd edir ki, daşınmaz əmlakla bağlı mübahisələrdə yalnız mənzilin ümumi sahəsinin müəyyən edilməsi ilə kifayətlənmək mümkün deyildir. Belə ki, məhkəmə aktının real icrası üçün həmin əmlakın konkret olaraq fərdiləşdirilməsi, yəni onun yerləşdiyi bina, mərtəbə, sahə və digər texniki göstəricilərinin müəyyən edilməsi zəruridir. Əks halda, məhkəmə qərarının icrası mərhələsində tərəflər arasında əlavə qeyri-müəyyənliklərin və yeni mübahisələrin yaranması mümkündür.
69. Bu baxımdan, Ali Məhkəmənin göstərişləri əsasında yeni apellyasiya baxışı zamanı ilk növbədə cavabdehlərə təqdim ediləcək mənzilin konkret xüsusiyyətləri müəyyən edilmişdir. Araşdırma nəticəsində müəyyən edilmişdir ki, cavabdehlərə təqdim olunması nəzərdə tutulan 84.9 kv.m sahəli təmirli mənzil faktiki cəhətdən mövcud deyildir. Bu halda isə qanuni qüvvəsini alımış məhkəmə qətnaməsi ilə müəyyən edilmiş 84.9 kv.m sahəli mənzilin mövcud olmaması iddiaçının iddiasının rədd edilməsi üçün əsas olmamalı, yeni iddiaların yaranmasına əsas verməməli, digər sakinlərin əldə edəcəkləri mənzilləri tez bir zamanda əldə etmələrini nəzərə alaraq geriyə qalan sahə fərqi isə ədalətli kompensasiya məbləği ilə əvəz edilməlidir. Bununla bağlı məhkəmə tərəfindən iddiaçıya yenidən iddia ərizəsinə dəqiqləşdirilmə barədə ərizənin verilməsi təklif edilmişdir.
70. Daha sonra iddiaçı tərəfindən qeyd edilən dəqiqləşmə ərizəsi ilə müraciət edilmiş və Sumqayıt şəhəri, 16-cı məhəllə, 20 Yanvar küçəsində yerləşən “Grand Park” yaşayış kompleksində ümumi sahəsi 77.90 kv.m olan “Blok B”, mərtəbə 17-də 2 otaqlı *** nömrəli təmirli mənzilin faktiki cəhətdən mövcud olması müəyyən edilmişdir.
71. İddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə təqdim edilmiş iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə yanaşı həmin mənzilin fotoşəkilləri təqdim edilmiş, mənzilin faktiki yerləşdiyi mərtəbəsi və ölçüsü barədə məlumat məhkəməyə təqdim olunmuşdur.
72. İddiaçı tərəf həmin fərqin kompensasiya edilməsi məqsədilə yeni binada təmirli mənzillərin satış qiymətinin 1 m² üçün 2.000 manat təşkil etdiyini bildirərək, 7 m² sahə fərqinə uyğun olaraq 14.000 manat məbləğində pul vəsaitinin əlavə olaraq ödənilməsini və bununla yanaşı, 77,9 m² sahəsi olan təmirli mənzilin cavabdehlərə təhvil verilməsini təklif etmişdir.
73. Məhkəmə kollegiyası tərəfindən qeyd edilən bina üzrə təmirsiz mənzillərin qiyməti barədə sonuncu iclasda iştirak edən tərəflə müzakirə aparılmış və həmin qiymətin 1700 manat aralığında olması bildirilmişdir. Həmçinin məhkəmə tərəfindən internet resurslarına müraciət edilmiş, “bina.az” və digər anoloji internet saytlarında həmin yerdə, həmin kompleksdə təmirsiz mənzillərin bugünki satış qiymətinin 1500 manat aralığında olması müəyyən edilmişdir. Bu halda isə geriyə qalan təmir xərci (təmirin fiziki şəxsin özü tərəfindən deyil, mənzil tikinti kooperativi tərəfindən edilməsi nəzərə alınmaqla) üzrə hər kv.m sahə üzrə 500 manat məbləğin mənzil tikinti kooperativi tərəfindən verilməsi ağlabatan hesab edilməli müvafiq ekspertizaların keçirilərək məhkəmə baxışının müddətinin əsassız uzanması ilə nəticələnməməlidir.
74. Beləliklə, Ali Məhkəmənin göstərişlərindən irəli gələn qeyri-müəyyənliklər aradan qaldırılmış, cavabdehlərə təqdim ediləcək mənzilin konkret xüsusiyyətləri müəyyən edilmiş, həmçinin əvvəl müəyyən edilmiş mənzil sahəsi ilə faktiki təqdim ediləcək mənzilin sahəsi arasındakı fərqin pul kompensasiyası yolu ilə aradan qaldırılması məsələsi həll edilmişdir.
75. Sadalananları nəzərə alaraq məhkəmə kolegiyası hesab edir ki, cavabdeh cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilib, iddia təmin edilməli, cavabdehlər 1/3 payda mülkiyyətçi cavabdeh2, 1/3 payda mülkiyyətçi cavabdeh3, 1/3 payda mülkiyyətçi X8 məxsus ümumi sahəsi 58,44 kv.m olan ünvan 3, mənzil 12-nin əvəzinə Sumqayıt şəhəri, 16-cı məhəllə, 20 Yanvar küçəsində yerləşən “Grand Park” yaşayış kompleksində ümumi sahəsi 77.90 kv.m olan “Blok B”, mərtəbə 17-də 2 otaqlı *** nömrəli təmirli mənzilin, 7 kv.m sahəyə isə 1 kv.m üçün 2000 (iki min) manat olmaqla, cəmi 14000 (on dörd min) manat kompensasiyanın verilməklə yeni mənzil təhvil verildiyi andan cavabdehlərin ünvan 3, mənzil 12-yə olan istifadə hüquqlarına xitam verilməsi və mənzilin boşaldılaraq iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə təhvil verilməlidir.
76. Məhkəmə kollegiyası həmçinin AR Mülki Prosessual Məcəllənin 220.6-ci maddəsinə əsasən məhkəmə qətnamənin icra qaydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, bunu qətnamənin nəticə hissəsində göstərməlidir. Bu səbəbdən kollegiya qeyd edir ki, qətnaməniin icra qaydası müəyyən edilməli, iddia ərizəsində mənzilin təhvil verilməsi ilə cavabdehlərin istifadə hüquqlarına xitam verilməsi qeyd edilsədə kompensasiyanın verilməsi ilə eyni anda icra edilməsi müəyyən edilməmişdir. Beləki, kompensasiya məbləğinin verilməsi hissəsi icra mərhələsində uzun müddət qalmamalı, yeni məhkəmə çəkişmələri ilə üzləşməməlidir.
77. Odur ki, qətnamənin iddiaçı tərəfindən 14.000 (on dörd min) manat məbləğində kompensasiyanın və Sumqayıt şəhəri, 16-cı məhəllə, 20 Yanvar küçəsində yerləşən “Grand Park” yaşayış kompleksində ümumi sahəsi 77.90 kv.m olan “Blok B”, mərtəbə 17-də 2 otaqlı *** nömrəli təmirli mənzilin verilməsi ilə cavabdehlərə məxsus mənzilin boşaldılaraq iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə təhvil verilməsi və cavbadehlərin istifadə hüquqlarına xitam verilməsi ilə eyni vaxtda icra edilməlidir.
78. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilsin. İddia təmin edilsin. Cavabdehlər 1/3 payda mülkiyyətçi cavabdeh2, 1/3 payda mülkiyyətçi cavabdeh3, 1/3 payda mülkiyyətçi X8 məxsus ümumi sahəsi 58,44 kv.m olan ünvan 3, mənzil 12-nin əvəzinə Sumqayıt şəhəri, 16-cı məhəllə, 20 Yanvar küçəsində yerləşən “Grand Park” yaşayış kompleksində ümumi sahəsi 77.90 kv.m olan “Blok B”, mərtəbə 17-də 2 otaqlı *** nömrəli təmirli mənzilin, 7 kv.m sahəyə isə 1 kv.m üçün 2000 (iki min) manat olmaqla, cəmi 14000 (on dörd min) manat kompensasiyanın verilməklə yeni mənzil təhvil verildiyi andan cavabdehlərin ünvan 3, mənzil 12-yə olan istifadə hüquqlarına xitam verilməsi və mənzilin boşaldılaraq iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə təhvil verilsin. Qətnamənin iddiaçı tərəfindən 14.000 (on dörd min) manat məbləğində kompensasiyanın və Sumqayıt şəhəri, 16-cı məhəllə, 20 Yanvar küçəsində yerləşən “Grand Park” yaşayış kompleksində ümumi sahəsi 77.90 kv.m olan “Blok B”, mərtəbə 17-də 2 otaqlı *** nömrəli təmirli mənzilin verilməsi ilə cavabdehlərə məxsus mənzilin boşaldılaraq iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə təhvil verilməsi və cavbadehlərin istifadə hüquqlarına xitam verilməsi ilə eyni vaxtda icra edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər.