Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1031/2022 13.09.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Rzayev Məhəmmədəli Əsəd oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2, Cavabdeh3 nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3nə qarşı borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair ilk iddiası, Cavabdeh1 "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və Cavabdeh3nə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə Abşeron Rayon Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli, 2(012)-3130/2022 nömrəli qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ Abşeron Rayon Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli, 2(012)- 3130/2022 nömrəli qətnaməsi ilə ilk iddia qismən təmin edilərək Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MTK-dan "xxxx" ASC-nin xeyrinə xx.xx.2015-ci il tarixli, 23-xx-xx-2015-RO-X3 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş qalan 63956,15 manat əsas borc, 143,65 manat faiz borcu olmaqla, cəmi 64099,80 manat, məhkəməyə müraciət olunması üçün ödənilmiş 30 manat dövlət rüsumu, habelə 0,40 manat bank xidmət haqqı və ipoteka bildirişinin qeydə alınması üçün ödənilmiş 41,42 manat rüsum məbləğində pul vəsaitinin tutulması, xx.xx.2015-ci il tarixli, 23-xx-xx-2015-RO-X3 nömrəli ipoteka müqaviləsinə əsasən ipoteka predmeti olan Cavabdeh1 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 30-cu məhəllə, ev 7, 34 nömrəli mənzilin açıq hərracdan satılması, ipoteka ilə yüklü edilmiş daşınmaz əmlakın bazar dəyəri 54000 (əlli dörd min) manat, bazar dəyərinə uyğun likvid qiymətinin 45600 (qırx beş min altı yüz) manat müəyyən edilməsi, hərracdan əldə olunacaq vəsait hesabına "xxxx" ASC-yə olan borcun ödənilməsi, ipoteka qoyulmuş yaşayış evi satıldıqda, ipoteka qoyan Cavabdeh1 istifadə hüquqlarına xitam verilməsi, yaşayış sahəsini ən geci bir ay ərzində əmlakları ilə birlikdə tərk etməsi, Cavabdeh1 ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda, evdən məcburi qaydada çıxarılması, mənzilin boşaldılaraq Banka təhvil verilməsi, ilk iddia tələbinin satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MTK-dan tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi hissəsinin rədd edilməsi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 28 oktyabr 2021-ci il tarixli, 9/5994 №-li mühasibatlıq ekspertizasına görə 200 manat ekspertiza xərcinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MTK-dan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülməsi və qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir. (hakim E.Məmmədov). Qətnamədən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli, 2(012)- 3130/2022 nömrəli qətnaməsinin qismən ləğv edilməsini və iddianın tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli, 2(012)- 3130/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və ilk iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİNHALLARİ İddiaçı "xxxx" ASC ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MTK-dan "xxxx" ASC-nin xeyrinə xx.xx.2015-ci il tarixli, 23-21- 10-2015-RO-X3 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş qalan 64627,59 manat əsas borc, 413,23 manat faiz borcu olmaqla, cəmi borc 65040,82 manat, məhkəməyə müraciət olunması üçün ödənilmiş 30 manat dövlət rüsumu, habelə 0,40 manat bank xidmət haqqı və ipoteka bildirişinin qeydə alınması üçün ödənilmiş 41,42 manat rüsum məbləğində pul vəsaitinin tutulması, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MTK-dan iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalı olan məbləğin xx.xx.2015-ci il tarixli, 23-xx-xx-2015-RO- X3 nömrəli ipoteka müqaviləsinə əsasən ipoteka predmeti olan, cavabdehə məxsus Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 30-cu məhəllə, ev 7, 34 nömrəli mənzilin ilkin satış qiyməti müəyyən edilməklə açıq hərracdan satılması, nəticədə əldə olunacaq vəsait hesabına ödənilməsi, ipoteka qoyulmuş yaşayış evi satıldıqda, ipoteka qoyan Cavabdeh1 istifadə hüquqlarına xitam verilməsi, yaşayış sahəsini ən geci bir ay ərzində əmlakları ilə birlikdə tərk etməsi, cavabdeh ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxsin evdən məcburi qaydada çıxarılması, mənzilin boşaldılaraq təhvil verilməsi, ilkin iddia tələbinin satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MTK-dan tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı sonradan iddia ərizəsinin dəiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MTK-dan "xxxx" ASC-nin xeyrinə xx.xx.2015-ci il tarixli, 23-xx-xx-2015-RO-X3 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş qalan 63956,15 manat əsas borc, 549,15 manat faiz borcu olmaqla, cəmi borcu 64505,30 manat, məhkəməyə müraciət olunması üçün ödənilmiş 30 manat dövlət rüsumu, habelə 0,40 manat bank xidmət haqqı və ipoteka bildirişinin qeydə alınması üçün ödənilmiş 41,42 manat rüsum məbləğində pul vəsaitinin tutulması, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MTK-dan iddiaçı "xxxx" ASCnin xeyrinə tutulmalı olan məbləğin xx.xx.2015-ci il tarixli, 23-xx-xx-2015-RO-X3 nömrəli ipoteka müqaviləsinə əsasən ipoteka predmeti olan, cavabdehə məxsus ünvan 2 nömrəli mənzilin ilkin satış qiyməti müəyyən edilməklə açıq hərracdan satılması, nəticədə əldə olunacaq vəsait hesabına ödənilməsi, ipoteka qoyulmuş yaşayış evi satıldıqda, ipoteka qoyan Cavabdeh1 istifadə hüquqlarına xitam verilməsi, yaşayış sahəsini ən geci bir ay ərzində əmlakları ilə birlikdə tərk etməsi, cavabdeh ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxsin evdən məcburi qaydada çıxarılması, mənzilin boşaldılaraq təhvil verilməsi, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MTK-dan tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Beynəlxalq Bankının “Səbail” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 23-xx-xx-2015-RO-X3 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh1 240 ay müddətinə, illik 10 faiz dərəcəsi ilə hesablanmaqla, 69067 manat məbləğində kredit verilmişdir. Həmçinin kredit öhdəliyinin icrasının təmin edilməsi məqsədilə bank Cavabdeh2 və Cavabdeh3 MTK ilə xx.xx.2015- ci il tarixli, 23-xx-xx-2015-RO-X3 nömrəli zaminlik müqavilələri bağlamış və müqavilənin şərtlərinə əsasən zaminlər borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. Kredit öhdəliklərinin təmin edilməsi məqsədilə Cavabdeh1 ilə bank arasında xx.xx.2015-ci il tarixli, 23- xx-xx-2015-RO-X3 nömrəli ipoteka müqaviləsi bağlanmış və cavabdehin mülkiyyətində olan ünvan 2 ipoteka ilə yüklü edilmişdir. Cavabdeh1 indiyə qədər 45291 manat ödəmişdir. İpoteka predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 30-cu məhəllə, ev 7, 34 saylı mənzilin qiyməti ipoteka müqaviləsində 76000 manat olmuş, daha sonra ola bilsin ki, evin qiyməti aşağı düşmüşdür. Odur ki, o, "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli, 312/E №-li ekspert rəyində evin 46500 manat qiymətləndirilməsi ilə iddiaçı razılaşır. Qeyd olunanlara əsasən iddia təmin edilməlidir. Cavabdeh1 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azərbaycan Beynəlxalq Bank ASC” və “Kristal Abşeron MTK”-dan onun sağlamlığına vurduqları ziyan və zərərin əvəzi olaraq 200 000 manatın, onun işgüzar nüfuzuna vurduqları ziyana görə 1000 manatın, ona qarşı etdiyi qanunsuzluqlar nəticəsində mənəvi zərərin əvəzi olaraq 100 000 manatın və ödənilmiş 30,40 manatın alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh1 qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər onunla bağlanılmış xx.xx.2015-ci il tarixli müqavilə şərtlərini kobudcasına pozmuşlar və qanunvericiliyin tələblərini və müqavilə öhdəliklərini kobudcasına pozaraq, zorakılıqlar edirlər. Belə ki, "xxxx" ASC-yə və Cavabdeh3 MTK onun ödənişlərini, istədikləri kimi hesablayaraq, ödənilmiş məbləğləri azaldıb, cəriməyə silib, əsas məbləği və faiz məbləği şişirdirlər və evin dəyərində də öz xeyirlərinə ola biləcək formada manupilyasiya edirlər. O, hər ay ödəniş edir və son bir ildə hər ay 650 manat ödəniş etmişdir. Həmçinin o, övladlarına təkbaşına baxır. Onun hər ay 2300 manat ödəniş etməyə maddi imkanı çatmır. Hər ay aylıq ödənişdən əlavə gecikmə ilə bağlı ödəniş edə bilər. O, "xxxx" ASC-yə müraciət etsə də, bank ona yeni qrafik açmamışdır. Onun müqavilə üzrə 2300 manat gecikməsi vardır və o, gecikmə məbləğini ödəməyə hazırdır. Ona məxsus ipoteka predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 30-cu məhəllə, ev 7, 34 saylı mənzilin ümumi sahəsi 60 kvadratmetrdir və mənzilin kvadratı 960 manat təşkil edir. Cavabdeh3 MTK isə ipotek predmeti olan evi ona baha qiymətə satmışdır. O, indiyənə kimi "xxxx" ASC-yə 54000 manat ödəniş etmişdir. Odur ki, ilkin iddianın rədd edilməli və qarşılıqlı iddia tələbi təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ İddiaçı "xxxx" ASC apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə əsassız və qanunsuz olduğundan ləğv edilməli, iddia tələbi tam təmin edilməlidir. Belə ki, mülki prosessual qanunvericiliyə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Hazırkı iddia tələbi isə məhkəmənin icraatına xx.xx.2021-ci il tarixdə, yəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə edilmiş dəyişiklər qüvvəyə minmədən qəbul edildiyindən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə məhkəmə tərəfindən qəbul edilərək, qətnamə həmin tələbin təmin edilməsi ilə qəbul edilməliydi. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 319.6 maddəsinə əsasən bu Məcəllənin 319.1-319.5-ci maddələrinə müvafiq olaraq ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Abşeron Rayon Məhkəməsinin qətnaməsi qeyd olunan əsaslara görə maddi hüquq normalarının pozuntusu ilə qəbul edildiyindən qismən ləğv edilməli, iddia tam təmin edilməlidir. Belə ki, ipoteka predmetinə qoyulan likvid dəyərdən aydın görünür ki, borc tam ödənilmir. Bu halda borcun geri qalan qisminin necə ödənilməsi sual doğurur. Birinci instansiya məhkəməsi qətnaməsində ilk növbədə pulun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsini təmin etmiş, lakin əmlakın lkvid dəyərinin 45600 manat olduğu halda, cəmi 64099.80 manat borcun ödənilməsinə kifayət etmədiyini aydınlaşdırmamışdır. Qeyd olunan hal qətnamənin nəticə hissəsi ilə işin hallarına uyğun gəlmir. Odur ki, sadalanan hallar nəzərə alınmaqla Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-3130/2021 nömrəli qətnaməsinin qismən ləğv edilməli və "xxxx" ASC-nin iddiasının tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsi bir sıra maddi və prosessual hüquq normalarının pozulması ilə nəticələnmişdir. Mövcud qanunvericiliyə əsasən məcburi qiymətləndirmə icra məmurunun sifarişi ilə həyata keçirildiyi halda, icra məmuru qiymətləndirmə sahəsində ixtisaslaşmış və 5 ildən az olmayaraq fəaliyyət göstərən, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməyən qiymətləndiricini dəvət etməlidir. Lakin ekspertin stajını hakim müəyyən etməmişdir. Bundan başqa onun borcu şişirdilmişdir. Buna dair ekspert rəyi saxtadır. Habelə ekspert mənzilin likvid qiyməti 60.000 manat olduğu halda 45.600 manat qiymət qoyub. Mənzilin bazar dəyəri müəyyən edilməyib. Habelə, ilkin iddiaçının ona pretenziya göndərməsinə, eyni zamanda mənzilinə yönəltməyə dair ona və DƏDRX-nə bildiriş göndərməsinə münasibət bildirməyib. İddiaçı tərəfindən pretenziya qaydasına əməl edilməmişdir. Bütün bu hallar apellyasiya kollegiyası tərəfindən yenidən araşdırılmalı, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-3130/2021 nömrəli qətnaməsi ləğv edilməli, ilkin iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Apellyasiya baxışı zamanı iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iddiaçının apellyasiya şikayətini müdafiə etdi, cavabdehin apellyasiya şikayətini qəbul etmədi, iddiaçının apellyasiya şikayətini təmin edilməsini, cavabdehin apellyasiya şikayətinin rədd edilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı Cavabdeh3 nümayəndəsi Nümayəndə iş üzrə apellyasiya baxışı zamanı əldə edilmiş müvafiq ekspert rəylərini qəbul etdiyini və həmin rəylərə uyğun qətnamə qət edilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı iştirak etdiyi məhkəmə iclasında Cavabdeh1 öz şikayətinin dəlillərini müdafiə etdi, iddiaçının apellyasiya şikayətinə etiraz edərək, bildirdi ki, onun mənzilinin likvid dəyərini qəbul etmir. Belə ki, ekspert ipoteka predmeti olan əmlakı real qiymətindən aşağı dəyərləndirmişdir. Habelə onun borc məbləği qətnamədə qeyd olunan məbləğdən azdır. Odur ki, onun apellyasiya şikayəti təmin edilməli, iddiaçının apellyasiya şikayəti isə rədd edilməlidir. Lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Cavabdeh1 sonuncu məhkəmə iclasında iştirak etməmişdir. Apellyasiya baxışı zamanı Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə qeyd olunan şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan xx.xx.2015-ci il tarixli, 23-xx-xx-2015-RO-X3 nömrəli kredit müqaviləsindən görünür ki, Azərbaycan Beynəlxalq Bankının “Səbail” filialı ilə Cavabdeh1 arasında kredit müqaviləsi bağlanmış və Cavabdeh1 240 ay müddətinə, illik 10 faiz dərəcəsi ilə hesablanmaqla, 69067 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərindən və ona əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 ona verilmiş kredit üzrə əsas və faiz borclarını xx.xx.2015-ci il tarixdən başlayaraq, xx.xx.2035-ci il tarixinə kimi hər ay banka 912.80 manat ödəməklə qaytarmalıdır. Yenə iş materiallarında olan xx.xx.2015-ci il tarixli, 23-xx-xx-2015-RO-X3 nömrəli zaminlik müqaviləsindən görünür ki, "xxxx" ASC bundan sonra zamin adlandırılacaq Cavabdeh3 MTK bu müqaviləni bank və bundan sonra borclu adlandırılacaq Cavabdeh1 arasında xx.xx.2015-ci il tarixli, 23-xx-xx-2015-RO-X3 nömrəli kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlamışdır. Mülki işdə olan xx.xx.2015-ci il tarixli, 23-xx-xx-2015-RO-X3 nömrəli zaminlik müqaviləsindən görünür ki, "xxxx" ASC bundan sonra zamin adlandırılacaq Cavabdeh2 bu müqaviləni bank və bundan sonra borclu adlandırılacaq Cavabdeh1 arasında xx.xx.2015ci il tarixli, 23-xx-xx-2015-RO-X3 nömrəli kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlamışdır. İşə əlavə edilmiş xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, xx.xx.2015-ci il tarixli, 23-xx-xx-2015-RO-X3 nömrəli kredit müqaviləsi üzrə kredit öhdəliklərinin təmin edilməsi məqsədilə Cavabdeh1 ilə "xxxx" ASC arasında ipoteka müqaviləsi bağlanmış və Cavabdeh1 mülkiyyətində olan ünvan 2 "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Yenə işə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin 04 mart 2021-ci il tarixli məktubundan görünür ki, Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən **********5405307-093122 reyestr nömrəli mənzil 34 üzərində tutmanın yönəldilməsi barədə bildirişin qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılmışdır. İşdə olan "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli, 312/E №-li ekspert rəyindən məlum olur ki, ünvan 2 ünvanında yerləşən, 2 otaqlı, 53.7 kv.m ümumi, 34 kv.m əsas, 19.7 kv.m yardımçı sahədən ibarət olan 34 №-li mənzilin bazar dəyəri 54000 (əlli dörd min) manat, bazar dəyərinə uyğun likvid qiymətinin dəyəri 45600 (qırx beş min altı yüz) manat müəyyən edilmişdir. İşə əlavə edilmiş "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 həmin tarixə əsas borc üzrə 63.956.15 manat, faiz borcu üzrə 506.65 manat, olmaqla cəmi 64462.8 manat kredit borcu vardır. Birinci instansiya məhkəməsi tərəfindən keçrilmiş məhkəmə mühasibatlıq ekspertizası nəticəsində müəyyən edilmişdir ki, hesabdan çıxarış məlumatları və "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 23-xx-xx-2015-RO-X3 nömrəli kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla, Cavabdeh1 xx.xx.2021-ci il tarixinədək banka olan əsas borcu 64642,57 manat, faiz borcu 143,65 manat təşkil edir. Sumqayıt Apellyasiya Məhkəməsinin təyin etdiyi təkrar məhkəmə mühasibatlıq ekspertizası nəticəsində Cavabdeh1 krediti üzrə banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, xx.xx.2015-ci il tarixli, 23-xx-xx-2015-RO-X3 saylı Təminatlı kredit müqaviləsinin və 01 saylı əlavənin şərtləri nəzərə alınmaqla Cavabdeh1 xx.xx.2021ci il tarixədək banka əsas borc üzrə 64.642,57 manat, faiz borcu üzrə 17,96 manat borcunun olduğu müəyyən edilmişdir. Yenə Məhkəmənin təyin etdiyi əmtəəşünaslıq ekspertizası əsasında “B+Ş AUDİT” Konsaltinq MMC tərəfindən aparılmış qiymətləndirmə nəticəsində əmlaka baxış keçirilməsinə icazə verilmədiyindən, satışların müqayisəsi metodu və standart əsaslardan istifadə edilməklə Cavabdeh1 məxsus, ünvan 2 ünvanında yerləşən, 2 otaqlı, 53.7 kv.m ümumi, 34 kv.m əsas, 19.7 kv.m yardımçı sahədən ibarət olan 34 №-li mənzilin bazar dəyəri 78000 (yetmiş səkkiz min) manat, bazar dəyərinə uyğun likvid qiymətinin dəyəri 70000 (yetmiş min) manat müəyyən edilmişdir. MƏHKƏMƏNİNMÖVQEYİ Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini, işdə iştirak edən şəxslərin izahatını dinləyərək, apellyasiya şikayətlərinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iş üzrə iddiaçı "xxxx" ASC-nin şikayəti təmin edilməli, Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli, 2(012)-3130/2022 nömrəli qətnaməsi, Cavabdeh1 mülkiyyətində olan, ünvan 2 ünvanında yerləşən, 2 otaqlı, 53.7 kv.m ümumi, 34 kv.m əsas, 19.7 kv.m yardımçı sahədən ibarət olan 34 №-li mənzilin açıq hərracda likvid qiyməti ilə qiymətləndirilməklə satılması hissəsində eləcə də, cavabdehlərdən faiz borcunun tutulması hissəsində dəyişdirilməli, həmçinin ilk iddia tələbinin satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MTK-dan tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsinin rədd edilməsi hissəsində ləğv edilərək, həmin hissədə yeni qətnamə qəbul edilərək ilk iddia həmin hissədə də təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 23-xx-xx-2015-RO-X3 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh1 240 ay müddətinə, illik 10 faiz dərəcəsi ilə hesablanmaqla, 69067 manat məbləğində kredit verilmişdir. Həmçinin kredit öhdəliyinin icrasının təmin edilməsi məqsədilə bank Cavabdeh2 və Cavabdeh3 MTK ilə xx.xx.2015- ci il tarixli, 23-xx-xx-2015- RO-X3 nömrəli zaminlik müqavilələri bağlamış və müqavilənin şərtlərinə əsasən zaminlər borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. Kredit öhdəliklərinin təmin edilməsi məqsədilə Cavabdeh1 ilə bank arasında xx.xx.2015-ci il tarixli, 23- xx-xx-2015-RO-X3 nömrəli ipoteka müqaviləsi bağlanmış və cavabdehin mülkiyyətində olan ünvan 2 ipoteka ilə yüklü edilmişdir. Cavabdeh1 indiyə qədər 45291 manat ödəmişdir. Cavabdeh1 kredit vəsaitini əldə etsə də, müqavilə üzrə öhdəliklərini tam və lazımi qaydada icra etmədiyi üçün iddiaçı bank qeyd olunan tələblə məhkəməyə müraciət etmişdir. Bundan sonra Cavabdeh1 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azərbaycan Beynəlxalq Bank ASC” və “Kristal Abşeron MTK”-dan onun sağlamlığına vurduqları ziyan və zərərin əvəzi olaraq 200000 manatın, onun işgüzar nüfuzuna vurduqları ziyana görə 1000 manatın, ona qarşı etdiyi qanunsuzluqlar nəticəsində mənəvi zərərin əvəzi olaraq 100000 manatın və ödənilmiş 30,40 manatın alınıb, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflər arasında yaranmış mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd olunan formada həll edilmişdir. Qətnamədən hər iki tərəf apellyasiya şikayəti vermişdir. Yaranmış mübahisə ətrafında məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Hər şeydən əvvəl kollegiya hesab edir ki, tərəflər arasında bağlanmış kredit və zaminlik müqavilələrinə əsasən, cavabdeh borclu Cavabdeh1 həmin kredit müqaviləsi üzrə iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilələr əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair zaminlərlə birlikdə vəzifələrin daşıyıcısı olmuşdur. Kreditin alınmasına baxmayaraq, cavabdehlər kredit vəsaitinin ödənilməsinə dair vəzifələrini tam yerinə yetirməmişlər AR Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Yenə həmin Məcəllənin 445.2.1-ci maddəsinə uyğun olaraq öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Yenə də həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən, öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Yenə həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.5-ci maddəsinə əsasən, girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. «İpoteka haqqında» AR Qanununun 34.1.1-ci maddəsinə əsasən öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. Yenə «İpoteka haqqında» Azərbaycan Respublikası Qanunun 36.1-cı maddəsinə görə əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra edilməməsi, əsas öhdəlik üzrə faizlərin ödənilməməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. Həmin Qanunun 34.1.1-ci maddəsinə əsasən öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. “İpoteka haqqında” AR Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipotekanın ilkin satış qiymətini müəyyənləşdirir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti bu qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Məhkəmə kollegiyası Cavabdeh1 şikayətinin hər iki əsas dəlilini nəzərə alaraq, cavabdehin banka olan borcunun dəqiq məbləğinin müəyyən edilməsi, habelə ipoteka predmeti olan əmlakın yenidən qiymətləndirilməsi barədə mülki iş üzrə məhkəmə mühasibatlıq və məhkəmə əmtəəşünaslıq ekspertizaları təyin etmişdir. Yuxarıda qeyd olunduğu kimi iş üzrə məhkəmə mühasibatlıq ekspertizasının rəyinə əsasən Cavabdeh1 sözügedən kredit müqaviləsi üzrə banka əsas borc üzrə 64.642,57 manat, faiz borcu üzrə 17,96 manat borcunun olduğu müəyyən edilmişdir. Daha öncə qeyd edildiyi kimi məhkəmənin qərardadı əsasında “B+Ş AUDİT” Konsaltinq MMC tərəfindən aparılmış qiymətləndirmə nəticəsində Cavabdeh1 məxsus, ünvan 2 ünvanında yerləşən, 2 otaqlı, 53.7 kv.m ümumi, 34 kv.m əsas, 19.7 kv.m yardımçı sahədən ibarət olan 34 №-li mənzilin bazar dəyəri 78000 (yetmiş səkkiz min) manat, bazar dəyərinə uyğun likvid qiymətinin dəyəri 70000 (yetmiş min) manat müəyyən edilmişdir. İddiaçı “Azərbaycan Beynəlxalq Bank ASC”-nin apellyasiya şikayətini əsaslı hesab edən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin, ilkin iddia tələbinin satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MTK-dan tutularaq iddiaçı "xxxx" ASCyə ödənilməsinin rədd edilməsi hissəsində qətnaməsi əsaslı hesab edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətindəki Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 30-cu məhəllə, ev 7 ünvanında yerləşən, 2 otaqlı, 53.7 kv.m ümumi, 34 kv.m əsas, 19.7 kv.m yardımçı sahədən ibarət olan 34 №-li mənzil açıq hərraca çıxarılarkən ilkin satış qiyməti onun likvid dəyərinə uyğun 70 000 manat müəyyən edilməlidir. Başqa sözlə, hazırkı halda ipoteka predmeti olan əmlakın ilkin satış qiymətini birinci instansiya məhkəməsi düzgün müəyyən etməmişdir. Bundan əlavə yuxarıda qeyd olunan məhkəmə mühasibatlıq ekspertizasının 20 iyul 2022-ci il tarixli, 9/4223 nömrəli ekspert rəyinə istinad edərək, kollegiya qeyd edir ki, qətnamə qeyd olunan kredit müqaviləsi üzrə faiz borcu hissəsində dəyişdirilməli, ekspert rəyinə uyğun olaraq azaldılmalı, cavabdehlərdən müştərək qaydada 17.96 manat faiz borcu iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı "xxxx" ASC apellyasiya şikayətinin dəlillərini tam, Cavabdeh1 isə apellyasiya şikayətinin əsaslarına dair dəlillərini qismən sübut edə bilmişdir. Məhkəmə kollegiyası tərəflərin apellyasiya şikayətlərində göstərdiyi dəlilləri qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissələrdə ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Elnarə Miikayılovanın apellyasiya şikayətinin qalan hissədə dəlillərini əsassız hesab edir və hesab edir ki, bu dəlillər mahiyyət etibarı ilə qanuni və əsaslı qətnamənin tələb edilən qaydada ləğv edilməsi və heç bir ciddi dəlilə əsaslanmayan tələblərinin təmin edilməsi üçün əsas ola bilməz. Hüquqi müəyyənlik prinsipinə xüsusi əhəmiyyət verən Avropa İnsan Hüquqları Məhkəməsi “Brumeresku Rumıniyaya” qarşı işdə qeyd etmişdir ki, hüququn aliliyinin fundamental aspektlərindən biri hüququn müəyyənliyi prinsipidir, hansıki digərlərlə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən iş üzrə yekun qərar qəbul olunarkən bu qərar şübhə altına qoyulmasın. Bu prinsipdən uzaqlaşma yalnız o halda mümkündür ki, ədalət mühakiməsinin səhvlərinin və boşluqlarının aradan qaldırılması üçün mühüm və qeyrimüəyyən halların mövcudluğu olsun. (Avopa Məhkəməsinin “Ryabıx Rusiya Federasiyasına” qarşı, “Marquşin Rusiya Federasiyasına” qarşı işlər üzrə qərarları). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilməli, 50 manat ekspertiza xərci cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MTK-dan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 384.0.3, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı "xxxx" ASC –nin apellyasiya şikayəti təmin edilsin. Qətnamə, ilk iddia tələbinin satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MTKdan tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsinin rədd edilməsi hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. İpoteka predmeti olan Cavabdeh1 mülkiyyətindəki Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 30-cu məhəllə, ev 7 ünvanında yerləşən, 2 otaqlı, 53.7 kv.m ümumi, 34 kv.m əsas, 19.7 kv.m yardımçı sahədən ibarət olan 34 №-li mənzilin satışından əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğ Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MTK-dan tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilsin. Qətnamə, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MTK-dan "xxxx" ASC-nin xeyrinə xx.xx.2015-ci il tarixli, 23-xx-xx-2015-RO-X3 nömrəli kredit müqaviləsi üzrə 143,65 manat faiz borcunun tutulması hissəsində dəyişdirilsin, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MTK-dan 17.96 manat faiz borcu iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamə, Cavabdeh1 mülkiyyətində olan, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 30-cu məhəllə, ev 7 ünvanında yerləşən, 2 otaqlı, 53.7 kv.m ümumi, 34 kv.m əsas, 19.7 kv.m yardımçı sahədən ibarət olan 34 №-li mənzilin likvid qiymətinin 45600 manat müəyyən edilməsi hissəsində dəyişdirilsin, ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 30cu məhəllə, ev 7 ünvanında yerləşən, 2 otaqlı, 53.7 kv.m ümumi, 34 kv.m əsas, 19.7 kv.m yardımçı sahədən ibarət olan 34 №-li mənzil açıq hərraca çıxarılarkən ilkin satış qiyməti onun likvid dəyərinə uyğun 70 000 manat müəyyən edilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 20 iyul 2022-ci il tarixli, 9/4223 №-li rəyinə görə 50 manat ekspertiza xərci cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MTK-dan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin SAP (XİİS) hesabı- X1, kod210005; VÖEN- **********; müxbir hesab- AZ41NABZ********************; SWİFT BİKCTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesab AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamə qalan hissədə, yəni ödənilməmiş qalan 63956,15 manat əsas borc, məhkəməyə müraciət olunması üçün ödənilmiş 30 manat dövlət rüsumu, habelə 0,40 manat bank xidmət haqqı və ipoteka bildirişinin qeydə alınması üçün ödənilmiş 41,42 manat rüsum məbləğində pul vəsaitinin tutulması, xx.xx.2015-ci il tarixli, 23-xx-xx-2015- RO-X3 nömrəli ipoteka müqaviləsinə əsasən ipoteka predmeti olan Cavabdeh1 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 30-cu məhəllə, ev 7, 34 nömrəli mənzilin açıq hərracdan satılması, hərracdan əldə olunacaq vəsait hesabına "xxxx" ASCyə olan borcun ödənilməsi, ipoteka qoyulmuş yaşayış evi satıldıqda, ipoteka qoyan Cavabdeh1 istifadə hüquqlarına xitam verilməsi, yaşayış sahəsini ən geci bir ay ərzində əmlakları ilə birlikdə tərk etməsi, Cavabdeh1 ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda, evdən məcburi qaydada çıxarılması, mənzilin boşaldılaraq Banka təhvil verilməsi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 28 oktyabr 2021-ci il tarixli, 9/5994 №-li mühasibatlıq ekspertizasına görə 200 manat ekspertiza xərcinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MTK-dan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin SAP (XİİS) hesabı- X1, kod210005; VÖEN- **********; müxbir hesab- AZ41NABZ********************; SWİFT BİKCTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi- VÖEN **********; hesab AZ34CTRE******************** hesabına köçürülməsi və qarşılıqlı iddianın rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-1031/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1031/2022
13.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil münasibətl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver