Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1032/2024 27.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi hakim), X3 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Cəfərova Aysel Ramiz qızının katibliyi ilə, İddiaçı cavabdehlər “Azərkimya” İstehsalat Birliyi, Sumqayıt Şəhər İcra Hakimiyyəti və Cavabdeh2 qarşı “daşınmaz əmlaka dair protokolun və həmin protokol əsasında verilmiş orderin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 28 mart 2024-cü il tarixli, 2(060)-250/2024 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh “Azərkimya” İstehsalat Birliyinə qarşı daşınmaz əmlaka dair protokolun və həmin protokol əsasında verilmiş orderin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra İddiaçı nümayəndəsi və vəkili Nümayəndə3 məhkəməyə ərizə təqdim edərək, Sumqayıt Şəhər İcra Hakimiyyətinin və Cavabdeh2 cavabdehlər qismində işə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh2 vəsatətlə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 27 dekabr 2003-cü il tarixli, 2-1469/2003 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə baxılıb yekun qərar qəbul edilənədək, hazırki iş üzrə icraatın dayandırılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 28 mart 2024-cü il tarixli, 2(060)-250/2024 saylı qərardadı ilə (hakim Şəbnəm Həxiyeva) İddiaçı cavabdehlər “Azərkimya” İstehsalat Birliyi, Sumqayıt Şəhər İcra Hakimiyyəti və Cavabdeh2 qarşı “daşınmaz əmlaka dair protokolun və həmin protokol əsasında verilmiş orderin etibarsız hesab edilməsi tələbi”nə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə icraatın Sumqayıt Şəhər Məhkəməsinin 27 dekabr 2003-cü il tarixli, 2-1469/2003 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə baxılıb yekun qərar qəbul edilənədək dayandırılması qərara alınmışdır. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin 27 dekabr 2003-cü il tarixli, 2-1469/2003 nömrəli qətnaməsinə əsasən İddiaçı iddiasının təmin edilməsi, qətnamənin təsviri hissəsində şərh olunan obyektiv səbəblər üzrə bu qətnamənin icrasının İradə Aşurovaya məxsus mənzil boşaldılanadək möhlət verilməsi, iş üzrə əlavə cavabdeh müəssisə rəhbərliyinə bir vəzifə olaraq, cavabdeh X1 mübahisəli mənzili qaçqın tərəfindən boşaldılanadək yaşayış hüququnun bərpa edilməsi üşün İddiaçı ona verilmiş order üzrə eyni sahəsi və şəraitli yaşayış sahəsi ilə təmin edilməsi, mübahisəli mənzilin cavabdeh tərəfindən boşaldıqda isə heç bir maneə olmadan onun order üzrə nəzərdə tutulmuş mübahisəli otağa köçürülməsi qət edilmiş, həmin qətnamədən Cavabdeh2 tərəfindən apellyasiya şikayəti vermişdir. Buna görə də həmin apellyasiya şikayətinə baxılıb yekun qərar qəbul edilənədək mülki işin icraatının dayandırılmalıdır. İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin 28 mart 2024-cü il tarixli, 2(060)-250/2024 saylı qərardadından şikayət verərək, qərardadın ləğv olunması xahiş edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 17 aprel 2024-cü il tarixli, 2(060)-250/2024 saylı qərardadı ilə İddiaçı şikayəti qanunla müəyyən edilmiş müddətdə verilməməsi əsası ilə geri qaytarılmışdır. İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin 17 aprel 2024-cü il tarixli, 2(060)-250/2024 saylı qərardadından şikayət verərək qərardadın ləğv olunması və Sumqayıt Şəhər Məhkəməsinin 28 mart 2024-cü il tarixli, 2(060)-250/2024 saylı qərardadından verilmiş şikayətin qəbul edilməsi xahiş edilmişdir. İddiaçı tərəfindən verilmiş şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə Azərbaycan Respublikası MPM-nin 254.1.4-cü maddəsinə istinad edərək göstərmişdir ki, bu normanın tələbinə görə Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa hakim iş üzrə icraatı dayandırmalıdır. Lakin göründüyü kimi mübahisələndirilən protokol və Cavabdeh2 adına verilmiş order 2003-cü ildə qəbul edilmiş məhkəmə qətnaməsmindən 6 il sonra, yəni 2009-cu ildə verilmiş sənədlərdir və 2003-cü ildə qəbul edilmiş qətnamədə iddiaçı order əsasında ona verilmiş və ailə üzvləri ilə qeydiyyatda olduğu mənzildən hazırki iş üzrə cavabdehin anası olan İ.Aşurovanın mənzildən cıxarılması barədə iddianı irəli sürmüşdür. Bu halda mübahisələndirilən sənədlərin etibarsız hesab olunması ilə bağlı işə 2003-cü ildə qəbul edilmiş məhkəmə qətnaməsinin hər hansı bir təsiri yoxdur və həmin qətnamə hazırki mübahisəyə baxılmasına hər hansı bir maneə yaratmır. Qətnamənin ləgvi və ya qüvvədə qalması mübahisələndirilən sənədlərin qanuniliyinin yoxlanılmasına və bu iş üzrə məhkəmə aktının qəbul edilməsinə təsir etmir. Həmin qətnamə üzrə iddiaçı, eləcə də hazırki iş üzrə iddiaçı olan özüdür, o həmin iddianı adına olan hüquqmüəyyənedici sənədlər əsasında qaldırmışdır. Qəbul edilsə ki, həmin iddianı qaldırmamışdır və belə bir qətnamə də yoxdur, bu halda da onun iddiası üzrə qəbul edilmiş məhkəmə aktının hazırda mübahisələndirilən sənədlərin qanuniliyinin yoxlanılmasına hər hansı bir təsiri yoxdur və bu da hazırki mülki iş üzrə icraatın dayandırılmasına əsas vermir. Dəfələrlə bu fikirlərin tərəfindən səslənməsinə baxmayaraq, məhkəmə 6 dəfə hazırlıq iclasını təxirə salmış və mübahisələndirilən və kim tərəfindən verildiyi bilinməyən “orderin” qanuniliyini araşdırmaq əvəzinə məhkəmə prosesinin bəlli olmayan bir müddətə əsassız olaraq uzanmasına xidmət etmiş bu qərardadı qəbul etmişdir. Buna görə də şikayətin təmin edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 26 aprel 2024-cü il tarixli, 2(060)-250/2024 saylı qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 17 aprel 2024-cü il tarixli, 2(060)-250/2024 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 17 aprel 2024-cü il tarixli, 2(060)-250/2024 saylı qərardadı ləğv edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 28 mart 2024-cü il tarixli, 2(060)-250/2024 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayəti isə təmin edilməmiş və baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 28 mart 2024-cü il tarixli, 2(060)-250/2024 saylı qərardadı və həmin qərardadla bağlı 26 aprel 2024-cü il tarixli, 2(060)-250/2024 saylı qərardadı isə Sumqayıt Şəhər Məhkəməsinin 28 mart 2024-cü il tarixli, 2(060)-250/2024 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətin təmin edilməməsi hissəsində ləğv edilməli, mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, birinci instansiya məhkəməsi İddiaçı cavabdeh X2 qarşı “yaşayış sahəsindən çıxarılma və köçürülmə” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 27 dekabr 2003-cü il tarixli, 2-1469/2003 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə baxılıb yekun qərar qəbul edilənədək, hazırki iş üzrə icraatın dayandırılmalı olması nəticəsinə gəlsə də gəldiyi nəticəni əsaslandırmamışdır. Halbuki, Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsinin tələbinə əsasən Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa hakim iş üzrə icraatı dayandırmalıdır. Göründüyü kimi iş üzrə icraatın dayandırılması o halda həyata keçirilir ki, başqa iş həll edilməyincə işə baxılması mümkün olmasın. Hazırkı iş üzrə isə qeyd olunan halın mövcudluğu istisna olunmaqdadır. Belə ki, işə əlavə edilmiş Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(105)-549/2024 nömrəli qərardadından görünür ki, İddiaçı cavabdeh X2 qarşı “yaşayış sahəsindən çıxarılma və köçürülmə” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 27 dekabr 2003-cü il tarixli, 2-1469/2003 nömrəli qətnaməsi ilə iddiaçının iddiasının təmin edilməsi, qətnamənin təsviri hissəsində şərh olunan obyektiv səbəblər üzrə bu qətnamənin icrasını İradə Aşurovaya məxsus mənzil boşaldılanədək möhlət verilməsi, iş üzrə əlavə cavabdeh müəssisə rəhbərliyinə bir vəzifə olaraq, cavabdehin mübahisəli mənzili qaçqın tərəfindən boşaldılanadək yaşayış hüququ bərpa edilməsi üçün İddiaçı ona verilmiş order üzrə eyni sahəsi və şəraitli yaşayış sahəsi ilə təmin edilməsi, mübahisəli mənzil cavabdeh tərəfindən boşaldıqda isə heç bir maneə olmadan o, həmin order üzrə nəzərdə tutulmuş mübahisəli otağa köçürülməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi məhz həmin iş üzrə çıxarılmış qətnamədən hüquq və vəzifələrinə toxunan şəxs qismində Cavabdeh2 apellyasiya şikayətinin verildiyini əsas gətirərək icraatı dayandırmışdır. Məhkəmə kollegyiası qeyd edir ki, iş materiallarından göründüyü kimi həmin iddia üzrə tələblər Cavabdeh2 qarşı deyil, X2 qarşı yönəlmişdir. Mübahisələndirilməsi istənilən qətnamə 2003-cü il tarixdə qət edilmiş, qeyd olunan hüquqmüəyyənedici sənədlər isə Cavabdeh2 tərəfindən həmin qətnamə çıxarıldıqdan təxminən 6 il sonra əldə edilmişdir ki, mübahisələndirilən sənədlərin etibarsız hesab olunması ilə bağlı işə 2003-cü ildə qəbul edilmiş məhkəmə qətnaməsinin hər hansı bir təsiri yoxdur və həmin qətnamə hazırki mübahisəyə baxılmasına hər hansı bir maneə yaratmır. Həmin qətnamənin ləgv edilməsi və ya qüvvədə qalması mübahisələndirilən sənədlərin qanuniliyinin yoxlanılmasına və bu iş üzrə məhkəmə aktının qəbul edilməsinə maneə yaratmamaqdaıdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, hazırki iş icraatının qeyd edilən əsasa görə dayandırılması əsassız olmuşdur. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 28 mart 2024-cü il tarixli, 2(060)-250/2024 saylı qərardadı və həmin qərardadla bağlı 26 aprel 2024-cü il tarixli, 2(060)-250/2024 saylı qərardadı Sumqayıt Şəhər Məhkəməsinin 28 mart 2024-cü il tarixli, 2(060)-250/2024 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətin təmin edilməməsi hissəsində ləğv edilməli, mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişdirib işi birinci instansiya məhkəməsinə göndərə bilər. Şərh olunanlara əsasən və Mülki-Prosessual Məcəllənin 263-264, 402-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 28 mart 2024-cü il tarixli, 2(060)-250/2024 saylı qərardadı və həmin qərardadla bağlı 26 aprel 2024-cü il tarixli, 2(060)-250/2024 saylı qərardadı Sumqayıt Şəhər Məhkəməsinin 28 mart 2024-cü il tarixli, 2(060)-250/2024 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətin təmin edilməməsi hissəsində ləğv edilsin. Mülki iş baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1032/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1032/2024
27.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver