Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1039/2022 18.04.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X7 Tağızadənin sədrliyi və məruzəsi, X2 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Naibə İlham qızı Abdullayevanın katibliyi, Cavabdeh "xxxx" BOKT Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi: Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt Şəhəri üzrə İcra İdarəsinə, "xxxx" BOKT Açıq Səhmdar Cəmiyyətinə və Cavabdeh2nə qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi və hərracın yekun protokolunun ləğv edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli qətnaməsi ilə (hakim A.İ.İsmayılov) İddiaçı cavabdehlər Sumqayıt şəhəri üzrə İcra İdarəsi, Cavabdeh2 və Cavabdeh3-nə qarşı «hərracın nəticələrinin etibarsız hesab edilməsi və hərracın yekun protokolunun ləğv edilməsi» tələbinə dair iddia tələbinin rədd edilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı cavabdehlər Sumqayıt şəhəri üzrə İcra İdarəsi, Cavabdeh2 və "xxxx" BOKT ASC-nə qarşı «hərracın nəticələrinin etibarsız hesab edilməsi və hərracın yekun protokolunun ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhəri üzrə icra idarəsinin sifarişi əsasında Külək MMC-nin Sumqayıt şəhəri 18-ci mikrorayon, 20 saylı evin, 48 saylı mənzilinə dair ipoteka predmetinin satışı ilə bağlı keçirilmiş 26 yanvar 2021-ci il tarixli hərracın nəticələrinin etibarsız hesab edilməsi və hərracın yekun protokolunun ləğv edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsi MK-nın 19 may 2011-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt şəhər Məhkəməsinin 17 yanvar 2010-cu il tarixli qətnaməsinə dəyişiklik edilərək, iddia qismən təmin olunmuş, 26.08.2010-cu il tarixli, 751 pbs nömrəli kredit müqaviləsi üzrə cavabdeh X1 əsas borca görə 28667,93 manat, 22.11.2010-cı il tarixədək hesablanmış 7949,90 manat gecikdirilmiş faiz, hesablanmış dəbbə puluna görə 1000 manat, nümayəndənin göstərdiyi hüquqi yardıma görə 500 manat, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumuna görə 13 manat, cəmi 38 min 130 manat 83 qəpik məbləğində pul alınıb iddiaçı "Parabank” ASC-nə verilmiş, borcun ödənilməsi 24 fevral 2006-cı il tarixli, 30 pbs nömrəli kredit müqaviləsi ilə yüklü edilmiş, cavabdeh İddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri, 18-ci mikrorayonda yerləşən 20 saylı evin dörd otaqlı, yaşayış sahəsi 56,69 kv.m, köməkçi sahəsi 24,47 kv.m olan 48 nömrəli mənzilə yönəldilməsi, həmin mənzil açıq hərracda satılması və mənzil satıldıqda ipoteka qoyan İddiaçı və cavabdehlər X3, X5, X4, X11 və X5 qeyd olunan mənzildən ən geci bir ay ərzində çıxarılması və mənzilin satışından əldə edilən vəsait borcun ödənilməsinə yönəldilməsi, qalan hissədə iddianın rədd olunması, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Rüfət Sanlının apellyasiya şikayətinin təmin edilməsi qət edilmişdir. Sumqayıt şəhəri üzrə İcra İdarəsi tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsinin 19 may 2011-ci il tarixli qətnaməsi üzrə verilmiş icra sənədinə uygun olaraq Sumqayıt şəhəri, 18-ci mikrorayon ev 20, 48 saylı mənzilin hərracda satılmasına və qətnamə ilə müəyyən edilmiş borcun həmin mənzilin satışına dair sifariş məktubu Cavabdeh2nə göndərilmişdir. 02.02.2021-ci il tarixində Külək MMC tərəfindən həmin mənzil 45.900 manata cavabdeh PARA BOKT ASC-nə təklif olunmuş və cavabdeh həmin təklifi qəbul etmişdir. Hərracla bağlı məlumat alarkən bununla əlaqədar olaraq Cavabdeh2nə ərizə ilə müraciət edərək hərracla bağlı sənədlərin təsdiq olunmuş surətlərinin ona verilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Həmin sənədləri aldıqdan sonra müəyyən etmişdir ki, hərrac təşkilatı tərəfindən göstərilən bildirişlərdəki imzalar ona məxsus deyil. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət edir. Hərrac təşkilatı tərəfindən təşkil olunmuş bildirişi onun tərəfindən imza olunmamasını qeyd etməsinə baxmayaraq birinci instansiya məhkəməsi tərəfindən hərracda bağlı sənəd tələb olunmamışdır. Nəticədə məhkəmə tətqiq olunmamış sübutlara əsaslanaraq qərar qəbul edib. Sumqayıt Şəhər Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli 2(060)-145/2022 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, məhkəmə tərəfindən heç bir qanun pozuntusunun olmamasını bildirdi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə İddiaçı və digər cavabdehin nümayəndələri məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəfin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara görə apellyasiya şikayəti təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddianı rədd edərkən, hərracın qanuna uyğun keçirilməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin işin məhkəmə iclasında araşdırılmış sübutlara tam uyğundur. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Belə ki, Sumqayıt şəhəri üzrə icra idarəsinin sifarişi əsasında Külək MMC-nin Sumqayıt şəhəri 18-ci mikrorayon, 20 saylı evin, 48 saylı mənzilinə dair ipoteka predmetinin satışı ilə bağlı keçirilmiş 26 yanvar 2021-ci il tarixli hərracın nəticələrinin etibarsız hesab edilməsi və hərracın yekun protokolunun ləğv edilməsini məhkəmədən xahiş etsə də, bununla mötəbər sübutlar təqdim etməmiş, hətta hərracın yekun protokolunu belə iddia ərizəsinə əlavə etməmişdir. Halbuki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Belə ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (Mülki Prosessual Məcəllənin 78.2-ci maddəsi). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Məhkəmə kollegiyası İddiaçı tərəfindən iş üzrə ekspertiza keçirilməməsi barədə gətirdiyi dəlilə qiymət verərək hesab edir ki, həmin dəlil qəbul edilməməlidir, belə ki, birinci instansiya məhkəməsində belə dəlil irəli sürülməmiş və bu barədə hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin bu iş üzrə 21 yanvar 2022-ci il tarixli 2(060)- 145/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1039/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1039/2022
18.04.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver