Məhkəmə qərarları › İş №2(105)-1047/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1047/2025

11.07.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1047/2025 11.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X1 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Rəhimova Ülkər Cabbar qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh və X2 İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinə qarşı tikililərə mülkiyyət hüququnun müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 05 oktyabr 2005-ci il tarixli, 2-406/2005 nömrəli qətnaməsindən Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında yoxlayıb məhkəmə kollegiyası, MÜƏYYƏN ETDİ Quba Rayon Məhkəməsinin 05 oktyabr 2005-ci il tarixli qətnaməsi ilə (hakim R.Cəfərov) iddianın təmin edilməsi, Quba rayon "xxxx" MMC-nin istifadəsində olan inzibati və çörək sexi binasına, dəyirman, ticarət və xidmət sahələri binalarına, yeməkxana, mehmanxana və s. binalarına İddiaçı mülkiyyət hüququnun müəyyən edilməsi, həmin binalara mülkiyyət hüququna dair qeydiyyat şəhadətnaməsinin verilməsi Quba rayon DTİ və MHQİ-ə həvalə edilməsi qət edilmişdir. Maraqlı şəxs Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi qətnamədən apellyasiya şikayəti vermişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin 04 fevral 2020-ci il tarixli, 2(105)-938/2020 nömrəli qərardadı ilə Quba Rayon Məhkəməsinin 05 oktyabr 2005-ci il tarixli qətnaməsindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360, 362-363-cü maddələrinin tələblərinə uyğunluğu yoxlanılması üçün Quba Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Quba Rayon Məhkəməsinin 23 aprel 2020-ci il tarixli qərardadı ilə Quba Rayon Məhkəməsinin 05 oktyabr 2005-ci il tarixli, 2-406/2005 nömrəli qətnaməsindən DƏDRXnin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılması qərara alınmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən Quba Rayon Məhkəməsinin 23 aprel 2020-ci il tarixli qərardadından şikayət verilmişdir. Quba Rayon Məhkəməsinin 17 iyun 2020-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh və X2 İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinə qarşı tikililərə mülkiyyət hüququnun müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 23 aprel 2020-ci il tarixli, 2(027)-987/2020 nömrəli qərardadından iş üzrə işdə iştirak etməyən DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayət mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 19 avqust 2020-ci il tarixli, 2(105)-2417/2020 nömrəli qərardadı ilə şikayətin təmin edilməsi, Quba Rayon Məhkəməsinin 23 aprel 2020ci il tarixli qərardadının ləğv edilməsi, mülki işin sonrakı prosessual hərəkətlərin edilməsi üçün Quba Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 10 noyabr 2020-ci il tarixli, 2(105)-3033/2020 nömrəli qərardadı ilə Quba Rayon Məhkəməsinin 05 oktyabr 2005-ci il tarixli, 2(027)- 406/2005 saylı qətnaməsindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş apelyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələblərinə uyğunluğu yoxlanılması üçün Quba Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Quba Rayon Məhkəməsinin 07 dekabr 2020-ci il tarixli qərardadı ilə Quba Rayon Məhkəməsinin 05 oktyabr 2005-ci il tarixli, 2(027)- 406/2005 saylı qətnaməsindən DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Maraqlı şəxs Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi qərardaddan şikayət vermişdir. Quba Rayon Məhkəməsinin 08 yanvar 2025-ci il tarixli qərardadı ilə (hakim A.Babayev) Quba Rayon Məhkəməsinin 2(027)-987/2020 nömrəli iş üzrə 07 dekabr 2020ci il tarixli qərardadından DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin şikayətinin qanunla nəzərdə tutulan 10 günlük prosessual müddət ərzində verilməməsi və şikayətə prosessual müddətin bərpası barədə ərizə əlavə olunmaması səbəbindən geri qaytarılması qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 02 aprel 2025-ci il tarixli qərardadı ilə şikayətin qismən təmin edilməsi, Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(027)- 987/2020 nömrəli qərardadının ləğv edilməsi, Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(027)-987/2020 nömrəli qərardadından Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş şikayətin uyğunluğu qərardadda sadalanan xüsusatlar nəzərə alınıb yenidən yoxlanılması üçün Quba Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Quba Rayon Məhkəməsinin 26 may 2025-ci il tarixli qərardadı ilə Quba Rayon Məhkəməsinin 5 oktyabr 2005-ci il tarixli, 2(027)-987/2020 nömrəli qətnaməsindən mülki iş üzrə işdə iştirak etməyən üçüncü şəxs Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin hüquq və vəzifələrinə toxunmasının müəyyən edilməsi, apellyasiya şikayəti mülki işlə birlikdə apellyasiya qaydasında baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Məhkəmə kollegiyası 5 saylı Xaçmaz Ərazi İdarəsinin apellyasiya şikayəti ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülki Prosessual Məcəllənin 360 və 364-cü maddələrinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. İşdən görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsi Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(027)-987/2020 nömrəli qərardadından Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən şikayətin verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş müddətin ötürülməsi müəyyən olunmamasını əsas gətirərək şikayətin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün iş birinci instansiya məhkəməsinə göndərmiş, birinci instansiya məhkəməsi isə apellyasiya instansiya məhkəməsinin göstərişinə əməl etməyərək, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin hüquq və vəzifələrinə toxunmasının müəyyən edilməsi, apellyasiya şikayəti mülki işlə birlikdə apellyasiya qaydasında baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Göründüyü kimi Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(027)-987/2020 nömrəli qərardadından Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş şikayətin uyğunluğu məsələsi birinci instansiya məhkəməsi tərəfindən yoxlanılmamış, qərardaddan verilmiş şikayətə baxmalı olduğu halda qətnamədən verilmiş şikayətə baxılması üçün mülki işi apellyasiya məhkəməsinə göndərilmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti MPM-nin 361ci maddəsinə uyğun olmadığından, maraqlı şəxs Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinin apellyasiya instansiya məhkəməsinə göndərilməsi şikayətin apellyasiya icraatına qəbul edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 366.2. maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Qeyd olunan halları nəzərə alaraq, məhkəmə kollegiyası mülki prosessual hüquq normalarının tələbləri baxımından hesab edir ki, maraqlı şəxs Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və qərardadın təsviri və əsaslandırıcı hissəsində göstərilən məsələlər bir daha ətraflı yoxlanılmaqla nəticəsi barədə əsaslandırılmış məhkəmə aktının qəbul edilməsi üçün mülki iş Quba Rayon Məhkəməsinə qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 263, 264, 360, 361, 366.2, 366.3. və 366.4. maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ Maraqlı şəxs Əmlak Məsələləri Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən Quba Rayon Məhkəməsinin 05 oktyabr 2005-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti Azərbaycan Respublikası MPM-nin 360, 361-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar