Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1049/2021 09.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı müəyyən hərəkətlərin edilməsinə son qoyulması tələbi barədə ilk, Cavabdeh İddiaçı qarşı evə köçürülmə hüququnun ləğv edilməsi barədə qarşılıqlı iddia tələbi üzrə Şabran Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il, 2(031)788/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şabran Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il, 2(031)788/2020 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh, Şabran şəhəri, Koroğlu küçəsində yerləşən evdən, İddiaçı məhkəmə qaydasında evə köçürülməsi ilə əlaqədar olaraq, həmin evə daxil olmasına və yaşamasına maneə yaratmasının qadağan olunması, ödənilmiş 20 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı verilməsi, Cavabdeh İddiaçı qarşı evə köçürülmə hüququnun ləğv edilməsi tələbi barədə qarşılıqlı iddiasının əsassız olduğundan təmin edilməməsi qət edilmişdi (hakim Çingiz İsgəndərov). Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək Şabran Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il, 2(031)788/2020 saylı qətnaməsinin ləğv edilərək qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İ Ş İ N H A L LA R İ: İddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdeh, Şabran şəhəri, Koroğlu küçəsində yerləşən evdən, onun məhkəmə qaydasında evə köçürülməsi ilə əlaqədar olaraq, həmin evə daxil olmağına və yaşamağına maneə yaratması qadağan olunması və ödədiyi 20 manat dövlət rüsumu cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, cavabdehin guya birgə nigah dövründə əldə edilmiş mənzilə köçürülməsi ilə əlaqədar ”Müəyyən hərəkətlərin edilməsinə son qoyulması” barədə olan iddiasının əsassız olduğu üçün rədd edilməsi və eyni zamanda İddiaçı mərhum qardaşı X5 tərəfindən tikilmiş Şabran şəhəri, Koroğlu küçəsində yerləşən yaşayış evinə köçürülmə hüququnun ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında cavabdeh Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırdı ki, iddiaçı heçş bir əsas təqdim etmədən onu cavabdeh qismində qoyub. Halbuki, o, mərhum qardaşının ikinci dərəcəli vərəsəsidir. Birinci dərəcəli vərəsəsi mərhum qardaşının oğludur. Bütün iddia tələbi ona qarşı yönəldilməlidir. Özünün evi, torpağı var, qardaşının torpağına evinə ehtiyacı yoxdur. İddiaçının ərizəsində göstərdikləri doğru deyil. Qardaşı Əmrahla 2001-ci ildə rəsmi nikaha daxil olub, iddiaçını öz evinə gəlin gətirib. Nikahları Ukraynada bağlanlb, 2002-ci ildə Ukraynadan geri qayıdıblar. 2002-ci ildə iddiaçı ilə qardaşı rəsmi boşanıblar. 2006-cı ildə qardaşı fərdi ev tikmək üçün 2006-cı ildə torpaq sahəsi alıb, mübahisələndirilən evi tikib. 2005-cı ildə iddiaçı qardaşı ilə barışıb bir yerdə yaşayıblar. Yaşadıqları müddətdə onların uşaqları olmayıb. 2013-cü ildə iddiaçı ilə qardaşı yenidən dalaşıb ayrılıblar. Həmin vaxtdan iddiaçı atasının evində yaşayıb. 2013-cü ildə qardaşı ilə iddiaçının münasibətləri pozuldurda boşanmaları bildirilərkən qardaşı 2002-ci ildə boşandıqlarını demişdir. Belə ki, onlar arasında nikah pozulduqdan sonar yenidən nikaha girməmişlər. iddiaçının sözlərindən şübhə yarandığı üçün prokurorluğa şikayət edilmiş və məlum olmuşdur ki. 2010-cu ildə saxta şəhadətnamə ilə iddiaçı ilə qardaşı Əmrah nikaha girmişlər. Şabran rayon prokurorluğuna şikayət edilmiş, xx.xx.2013-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Belə ki, 2013-cü ildə cavabdeh məhkəmədə mərhum qardaşı ilə guya birgə nigah dövründə əldə olunmuş mənzildən pay hüququ, həmin mənzilə köçürmə hüququ tələb etməsi barədə iddia-ərizəsi verərkən məhkəməyə nigah haqqında şəhadətnamənin guya iddia ərizəsinə əlavə olunmasını göstərsə də Şabran Prokurorluğunun araşdırması nəticəsində məlum olduğu kimi nigah haqqında şəhadətnamənin nə surətini, nə də əslini məhkəməyə təqdim etməyib. Məhkəmə isə hansısa maraqlarına görə buna göz yumaraq qardaşı Əmrahı məhkəməyə dəvət belə etmədən cavabdehin mənafeyinə uyğun qanunsuz qətnamə çıxararaq cavabdehin məlum iddialarını təmin edib. Qardaşı 2020-ci ilin iyun ayının 16 da vəfat etdikdən sonra iddiaçı evə sahiblənmək üçün iddia vermişdir. Beləliklə cavabdeh cinayət əlaqəsinə girdiyi məmurların köməkliyi ilə özünə heç bir aidiyyatı olmayan X3 məxsus, daha doğrusu Əmrah tərəfindən tikilmiş yaşayış evinə köçürülmə hüququ qazanıb. Şabran Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, iş 2(031)31 saylı qətnaməsi ilə də cavabadehlə iddiaçının mərhum qardaşı Əmrah arasında guya xx xxxxxxxx 2010-cu ildə bağlanmış nikahın etibarsız hesab edilməsi təsdiq olunur. Bundan başqa qardaşı Əmrah 1989-cu ildə X1 övladlığa götürüb, qardaşının mirasına övladı kimi Ruslan vərəsədir. İddiaçının isə qardaşından miras qalmış evə heç bir hüququ yoxdur. İddiaçının əsaslandığı Şabran Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi ilə qüvvədən düşüb. Belə ki, qətnamə üzrə icra vərəqəsi 7 ildir icra edilməyib. Şabran Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 2(031)31 saylı qətnaməsi ilə iddiaçı ilə qardaşı Əmrah arasında bağlanmış 2010-cu il tarixdə bağlanmış nikah etibarsız hesab edilmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X6 da təsdiq etmişdir ki, 2011-ci ildə hərbi xidmətdən qayıtdıqdan sonra iddiaçını həmin evdə görməyib, iddiaçı Əmrahın yasında da iştirak etməyib. Odur ki, Şabran Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il, 2(031)788/2020 saylı qətnaməsinin ləğv edilərək qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətinin dəlillərinə etiraz edərək göstərdi ki, Şabran Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(031)-298/2013 saylı qətnaməsi ilə, ona, X5 ilə birgə nikahda olduğu vaxt əldə etdiyi Şabran şəhəri 5 sotlar yaşayış massivində Koroğlu küçəsində yerləşən ev və həyətyanı torpaq sahəsinə ½ hissədə pay ayrılmışdır, ona verilən paya mülkiyyət hüququnu təsdiq edən sənədin verilməsini və həmin evə köçürülməyi qət edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(105)-401/2014 saylı qətnaməsi ilə, onun, Şabran şəhəri, 5 sotlar massivində, Koroğlu küçəsində yerləşən evə köçürülməyi təmin edilmişdir, qalan hissədə iddia tələbləri təmin edilməmişdir. Qəbul olunmuş Qətnamə əsasında onun evə köçürülməyi təmin edilmişdir. 2020-ci il may ayında anası xəstələndiyi üçün o, ona qulluq etməyi ilə əlaqədar Şabran şəhəri, Ş.Vahabzadə küçəsində yerləşən anasının evində müvəqqəti yaşadıqdan sonra Şabran şəhəri Koroğlu küçəsində yerləşən evə qayıtdıqda, ona məlum olmuşdur ki, onun keçmiş həyat yoldaşının bacısı olan Cavabdeh evin giriş açarını dəyişdirmişdir. O, evə daxil ola bilmədiyi üçün polis orqanına müraciət etmiş və orada ona bildirmişlər ki, o, müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etməlidir. 2001-ci ildə Bayramov Əmrahla evlənmiş, 2013-cü ilə kimi bir yerdə yaşamışlar. Sumqayıt Apellyasiya Məhkəməsinin onun həmin evə köçürülməsi barədə qətnməsindən sonra, məhkəmə icraçıları onu həmin evə köçürtmüşdür. Anası tək olduğu üçün hərdən bir gedib onun yanında qalmış, evində olmamışdır. Birgə nikahlarından uşaqları olmamışdır. Hazırda onun bütün cehiz əmlakı, o cümlədən yorğan-döşək, taxt, soyuducu, televizor, qab-qacaq və digər əşyalar həmin evdədir. Əmrahın ondan qabaqkı arvadından olan oğlu başqa yerdə yaşayır. O, bu işlərə baş qoşmur. Ona həmin evdə yaşamasına ancaq Firuzə maneçilik törədir. Odur ki, apelyasiya şikayətinin təmin edilməməsi, Şabran Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il, 2(031)788/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. HÜQUQİ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçı və cavabdehin izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İşə əlavə edilmiş Şabran Rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli 2/031/298, 2013 saylı qətnamədə qeyd edilmişdir ki, İddiaçı ilə cavabdeh X2 birgə nikahda əldə etdikləri Şabran şəhəri 5 sotlar yaşayış massivində Koroğlu küçəsində yerləşən evə və həyətyanı torpaq sahəsi tərəflər arasında ½ hissəyə bölünsün, İddiaçı verilən paya mülkiyyət hüququnu təsdiq edən sənəd verilsin və İddiaçı həmin evə köçürülmüşdür. İşə əlavə edilmiş Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxxx 2014-cü il tarixli, 2(105)-401/2014 saylı qətnamədən görünür ki, cavabdeh C.Bayramovun apelyasiya şikayəti qismən təmin edilmiş, Şabran rayon məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli, 2(031)-298/2013 saylı qətnaməsi qismən-«İddiaçı ilə cavabdeh Ə.C.Bayramovun birgə nikahda əldə etdikləri Şabran şəhəri, 5 sotlar yaşayış massivində, Koroğlu küçəsində yerləşən ev və həyətyanı torpaq sahəsinin tərəflər arasında ½ hissəyə bölünməsi, İddiaçı paya mülkiyyət hüququnu təsdiq edən sənədin verilməsi» hissəsində ləğv edilmiş və həmin hissədə iddia təmin edilməmişdir. Qətnamə «İddiaçı Şabran şəhəri, 5 sotlar yaşayış massivində, Koroğlu küçəsində yerləşən evə köçürülsün» hissəsində dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsi qeyd edlən iş materiallarına əsasən iddianı təmin etmiş, qarşılıqlı iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 233.1-ci maddəsində qeyd edilir ki, bu Məcəllənin 355-7.4-cü, 355-13.4-cü, 355-17.3-cü, 355-18.4-cü, 355-19.3-cü və 355-22.4cü maddələrində qeyd olunan hallar istisna olmaqla, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Həmin Məcəllənin 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Məcəllənin bu normasının mənasına görə, eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisyal əhəmiyyətə malik olmasını göstərir. Hazırki işdən görünür ki, iddiaçı Şabran Rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli 2/031/298, 2013 saylı qətnaməsi ilə İddiaçı ilə cavabdeh X2 birgə nikahda əldə etdikləri Şabran şəhəri 5 sotlar yaşayış massivində Koroğlu küçəsində yerləşən evə və həyətyanı torpaq sahəsi tərəflər arasında ½ hissəyə bölünmüş, İddiaçı verilən paya mülkiyyət hüququnu təsdiq edən sənəd verilməsi və İddiaçı həmin evə köçürülməsi qət edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxxx 2014-cü il tarixli 2(105)-401/2014 saylı qətnaməsinə əsasən cavabdeh C.Bayramovun apelyasiya şikayəti qismən təmin edilmiş, Şabran Rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli, 2(031)-298/2013 saylı qətnaməsi qismən-«İddiaçı ilə cavabdeh Ə.C.Bayramovun birgə nikahda əldə etdikləri Şabran şəhəri, 5 sotlar yaşayış massivində, Koroğlu küçəsində yerləşən ev və həyətyanı torpaq sahəsinin tərəflər arasında ½ hissəyə bölünməsi, İddiaçı paya mülkiyyət hüququnu təsdiq edən sənədin verilməsi» hissəsində ləğv edilmiş və həmin hissədə iddia təmin edilməmişdir. Qətnamə – «İddiaçı Şabran şəhəri, 5 sotlar yaşayış massivində, Koroğlu küçəsində yerləşən evə köçürülməsi» hissəsində dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, iddiaçının mübahisəli fərdi yaşayış evinə köçürülməsi barədə məhkəmə qətnaməsi mövcuddur və həmin qətnamə hazırki gündə də qanuni qüvvəsindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2016-cı il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş tələbinə və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının mübahisəli yaşayış evinə köçərək yaşaması məhkəmə qətnaməsi ilə tənzimləndiyindən onun həmin evdə yaşamasına maneə törədilməməlidir. Azərbaycan Respublikasının MM-nin 158-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: girov hüququ; əmlakdan istifadə hüququ; servitutlar. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.7. maddəsinə əsasən mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması; 6.1.8. maddəsinə əsasən pozulmuş hüquqların bərpasının təmin edilməsi; 6.1.9. maddəsinə əsasən mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsiplərindəndir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16. maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəmə ilk iddianı təmin etməkdə haqlı olmuşdur. Bundan başqa məhkəmə kollegiyası qarşılıqlı iddia tələbinə qiymət verərək hesab edir ki, qarşılıqlı iddia tələbi əsassızdır. Belə ki, iddiaçının mübahisəli fərdi yaşayış evinə köçməsi barədə qanuni qüvvəsini almış məhkəmə qətnamələri mövcuddur və qanunvericiliyin tələbinə görə qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qəbul edərək hesab edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv üçün əsas ola bilməz. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini əsassız hesab edərək bir daha qeyd edir ki, hazırki gündə iddiaçının mübahisəli evə köçürülməsi barədə məhkəmə qətnaməsi qanuni qüvvəsindədir və bu səbəbdən hazırki gündə iddiaçının evə köürülmə barədə hüququnun ləğv edilməsi barədə qarşılıqlı iddia təmin edilə bilməz. Cavabdeh məhkəmə kollegiyasının iclasında apelyasiya şikayətinin dəlillərini əsaslandıra bilməmiş, buna dair hər hansı sübutu təqdim etməmişdir. Cavabdehin dəlilləri iş materialları ilə təkzib edilir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün AR Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutlmuş əsaslar mövcud deyil. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, Şabran Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il, 2(031)788/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.1 və 393, 402, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Şabran Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il, 2(031)788/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-1049/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1049/2021
09.03.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver