Məhkəmə qərarları › İş №2(105)-1062/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1062/2025

19.09.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Mənzil mübahisələri - Digər - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1062/2025 19.09.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Əliyeva (Şərifova) Nahidə Allahverən qızına qarşı və Əliyeva (Şərifova) Nahidə Allahverən qızının İddiaçı qarşı qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə (Açar sözlər: istifadə hüququ, kompensasiya ödənilşi, çıxarışın ləğv edilməsi) X12 Süleymanovanın sədrliyi və məruzəsi, X9 Qafari və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh X1 (Şərifova), Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı cavabdeh Əliyeva (Şərifova) Nahidə Allahverən qızına qarşı «mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi» tələbinə dair ilk iddia, Əliyeva (Şərifova) Nahidə Allahverən qızının İddiaçı qarşı «çıxarışın ləğv edilməsi və s.» tələbinə dair qarşılıqlı iddiası üzrə Zəngilan Rayon Məhkəməsinin 09 aprel 2025-ci il tarixli, e- 2(034)-39/2025 nömrəli qətnaməsindən ilk iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:

1. İddiaçı cavabdeh Əliyeva (Şərifova) Nahidə Allahverən qızına qarşı «mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi» tələbinə dair iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, cavabdehə 9000 manat birdəfəlik kompensasiya ödənişi müqabilində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********25 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış əsasında ona məxsus ünvan 1ində yerləşən 0.02 ha torpaq sahəsi üzərində inşa edilmiş tikililərdən çıxarılması, həmin torpaq sahəsi üzərində inşa edilmiş tikililərdəki cavabdehə məxsus əşyaların cavabdehin hesabına boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı iddia tələbini dəqiqləşdiriməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********25 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış əsasında Abşeron rayonu Masazır kəndində xüsusi mülkiyyət əsasında 0.02ha torpaq sahəsi və onun üzərində inşa edilmiş tikililərdən (fərdi yaşayış evi) cavabdehin isitifadə hüququna xitam verilməsi, cavabdehin torpaq sahəsi və üzərində inşa edilmiş tikililərin cavabdeh tərəfindən qiymətləndirilirən dəyərinin 1/7 hissəsi qədər, 102000/7=14571.43 manat birdəfəlik ödəniş müqabilində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********25 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış əsasında ünvan 1ində xüsusi mülkiyyət əsasında 0.02 ha torpaq sahəsi və onun üzərində inşa edilmiş tikililərdən (fərdi yaşayış evi) çıxarılması, 0.02 ha torpaq sahəsi və onun üzərində inşa edilmiş tikililərdən (fərdi yaşayış evindən) cavabdehə məxsus əşyaların onun hesabına boşaldılması və kompensasiya məbləğinin verilməsi ilə tikililərin boşaldılmasının eyni anda icra edilməsi barədə qətnamə qəbul ediməsini məhkəmədən xahiş etmişdir.

3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh keçmiş gəlinləridir. X3 ilə yaranan narazılıqlara görə münasibətləri pozulmuş, Zəngilan Rayon Məhkəməsinin 31 yanvar 2019-cu il tarixli, 2(010)-38/2019 saylı qətnaməsi ilə nikahları pozulmuşdur. Cavabdeh əlavə xərclərlə, kompensasiya tələbləri ilə bağlı qardaşı Şərifova Anara qarşı məhkəmələrə müraciət etmiş, heç bir nəticə əldə etməməsini gördükdə, ona, anasına, bütün ailəsinə qarşı aqressiv mövqe nümayiş etdirməyə başlamışdır. Xeyli müddətdir ki, anasına rahat yaşamağa imkan vermir. Cavabdeh tez-tez evdə dava-dalaş salır. Qonşular da həmin mübahisələrin şahididirlər. Torpaq sahəsinin və mənzilin onun mülkiyyətində olmasına baxmayaraq, həmin evdə cavabdeh anası ilə birgə yaşayır. Cavabdeh X20ın onu boşamasını həzm edə bilmir və bütün aqresiyasını anasına qarşı istifadə edir. Bu isə dözülməz şərait yaratmışdır. Anası yaşlı qadındır. Xırda bir insident zamanı infarkt, yıxılaraq və ya başqa formada həyatı və sağlamlığı üçün təhlükə var. Cavabdeh isə könüllü surətdə mənzili boşaltmadığına və mənzilindən çıxmadığına görə hesab edir ki, məhkəmə məcburi formada mənzildən çıxarılması və mənzilin boşaldıması barədə qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********25 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış əsasında ünvan 1ində xüsusi mülkiyyət əsasında 0.02 ha torpaq sahəsi onun mülkiyyətindədir. Sözügedən mənzil həmin torpaq sahəsi üzərində tikilmişdir. Həmin mənzilə dair mülkiyyət hüququna dair gözlənti hüququ da ona məxsusdur. Faktiki olaraq sözügedən torpaq hissəsi və onun üzərində yerləşən fərdi yaşayış evi onun sahibliyində, istifadəsində və sərəncamındadır. Lakin, Cavabdeh həmin mənzildə yaşaması mənəvi narahatlıqdan başqa, eyni zamanda onun öz mülkiyyətindən istifadəsini məhdudlaşır. Ona görə cavabdehin və ona məxsus əşyaların onun torpaq sahəsində və onun üzərində yerləşən fərdi yaşayış evindən çıxarılması vacibdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli fərdi yaşayış evinin kirayə dəyərinin müəyyən edilməsi haqqında mütəxəssis rəyinə görə Abşeron rayonu, Mazasır kəndində analoji olaraq mənzillərin kirayə haqqı 250 manat təşkil edir. Odur ki, cavabdehin ona məxsus torpaq sahəsi və onun üzərindəki fərdi yaşayış sahəsindən çıxarılması üçün cavabdehə 9000 manat birdəfəlik kompensasiya ödənişi təklif edir.

4. Əliyeva (Şərifova) X5 İlqar Fehruz oğluna qarşı «torpaq sahəsinin mülkiyyətdə olması barədə verilmiş çıxarışın ləğv edilməsi, kompensasiya hesabına əldə edilmiş torpaq sahəsi, habelə həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin satılması və bu əmlakların satılmasından əldə edilmiş pulun 2/7 hissəsinin ona ödənilməsi barədə» qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın təmin edilməməsi, İddiaçı adına Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ tərəfindən verilmiş **********25 reyestr və ********* qeydiyyat nömrəli xx.xx.2024-cü il tarixli çıxarışın ləğv edilməsi, məcburi köçkün kimi ödənilmiş kompensasiya hesabına əldə edilmiş Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən 0,02 ha torpaq sahəsi və həmin torpaq sailəsində inşa edilmiş iki mərtəbəli, yeddi otaqdan ibarət fərdi yaşayış evinin satılması və bu daşınmaz əmlakların satılmasından əldə edilmiş pulun 2/7 hissəsinin ona ödənilməsi barədə qarşılıqlı iddianın təmin edilməsinə dair müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Əliyeva (Şərifova) Nahidə Allahverən qızı qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)- 2031/2020 xx.xx.2020-ei il qətnaməsində idiaçı Cavabdeh ona və cavabdehlərə ödənilmiş kompensasiya hesabına cavabdehlər tərəfindən 2013-cü ilin aprel ayında Abşeron rayonu, Masazır qəsəbəsində 0,02 ha torpaq sahəsinin alınması və həmin torpaq sahəsində iki mərtəbəli, yeddi otaqdan ibarət olan fərdi yaşayış evinin inşa edilməsi barədə faktı məhkəmə iclasında təsdiq etmiş və bu faktları həmin mülki iş üzrə cavabdehlər X8 və X7 da etiraf etmişdir. Bundan əlavə, Zəngilan Rayon Məhkəməsinin 2(034)-185/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, Cavabdeh ilə X15 arasında xx.xx.2007-ci il tarixində nikah bağlanmış, nikahdan sonra Cavabdeh keçmiş əri Anar Şərifovun məskunlaşdığı 3 saylı Tikinti-Montaj İdarəsinin inzibati binasına gəlin kimi köçmüşdür. Həmin idarə 2013-cü ilin fevral ayında idarə inzibati binadan köçürülməsinə görə Şərifovlar ailəsinə 7 (yeddi) nəfər olmaqla, o, cümlədən Cavabdeh və onun uşağı nəzərə alınmaqla 30 000 (otuz min) ABŞ dolları məbləğində kompensasiya ödəmişdir. Bundan başqa, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 2(105)-2031/2020 xx.xx.2020-ci il qətnaməsini Cavabdeh və cavabdehlərə ödənilmiş kompensasiya hesabına onlar tərəfiııdən 2013-cü ilin aprel ayında Abşeron rayonu, Masazır qəsəbəsində 0,02 ha torpaq sahəsi alınması və həmin torpaq sahəsində iki mərtəbəli, yeddi otaqdan ibarət fərdi yaşayış evinin inşa edilməsi faktına, habelə bu faktları həmin mülki iş üzrə cavabdehlər X8 və X2 da etiraf etməsini və s. sübut kimi qiymətləndirərək həmin qətnaməni qəbul etmişdir. Qeyd edilmiş faktları nəzərə alaraq, Zəngilan Rayon Məhkəməsi 2(034)-85/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı X2 Cavabdeh qarşı “torpaq sahəsi və üzərindəki tikililərdən çıxarma və tikililərin boşaldılması” tələbinə dair iddia ərizəsini təmin etməmiş və bu qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 2(105)- 2383/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə təmin etməmiş, habelə hazırki mülki mübahisə Zəngilan Rayon Məhkəməsinin məlum qətnaməsini dəyişdirmədən saxlamışdır. Beləliklə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2031/2020 saylı, xx.xx.2020-ci il, Zəngilan Rayon Məhkəməsinin 2(034)-l85/2021 saylı, xx.xx.2021-ci il və Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2383/2021 saylı, xx.xx.2021-ci il tarixli qanuni qüvvəyə minmiş qətnamələri ilə müəyyən edilmişdir ki, Şərifovlar ailəsinə o , cümlədən Cavabdeh və onun uşağına 2013-cü ilin fevral ayında məcburi köçkün kimi məskunlaşdıqları 3 saylı Tikinti-Montaj İdarəsinin inzibati binasından köçürülməsi məqsədi ilə həmin idarə tərəfindən 30 000 (otuz min) ABŞ dolları məbləğində kompensasiya ödənilmiş və tərəflər həmin kompensasiya hesabına Abşeron rayonu, Masazır qəsəbəsində 0,02 ha torpaq sahəsi və həmin torpaq sahəsində iki mərtəbəli, yeddi otaqdan ibarət fərdi yaşayış evini inşa etmişlər. Başqa sözlə desək, Cavabdeh və onun uşağı Abşeron rayonu, Masazır qəsəbəsindəki 0,02 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş iki mərtəbəli, yeddi otaqdan ibarət fərdi yaşayış evin payları məlum olmayan sahibi və istifadəçisidirlər. Əvvəlki mülki mübahisə üzrə iddiaçı X7 hazırkı mülki iş üzrə iddiaçı olan onun oğlu İddiaçı məlum torpaq sahəsini Cavabdeh razılığını almadan bağışlamış və nəticədə, o yeni əsasla hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Əslində isə tərəflər arasında bu mülki mübahisənin mahiyyəti dəyişməmişdir. Bu qayda ilə məlum mülki mübahisə üzrə iddiaçıların bundan sonra daha neçə dəfə məhkəməyə müraciət edəcəklərini müəyyən etmək mümkün deyildir. Hesab edir ki, iddiaçı məlum iddia tələbi ilə onun mənzil toxunulmazlığı və gözlənti mülkiyyət hüququnu pozmuş, onu yaşayış sahəsindən qanunsuz məhrum etməyə cəhd etmiş, habelə onun sahiblik və istifadə hüququna qəsd etmişdir.

6. İlk və qarşılıqlı iddia ərizələrinə qarşı yazılı etiraz daxil olmamışdır.

7. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1ində yerləşən 0,02 a torpaq sahəsi xüsusi mülkiyyət kimi İddiaçı adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2024-cü il tarixdə rəsmiləşdirimişdir.

8. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş FY 09-017/24 nömrəli, xx.xx.2024-cü il tarixli Hesabatdan görünür ki, ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evinin qiymətləndirmə tapşırığına uyğun olaraq aylıq kirayə dəyəri 250 manat təşkil etmişdir.

9. Zəngilan Rayon Məhkəməsinin 2(034)-185/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X2 Cavabdeh qarşı torpaq sahəsi və üzərindəki tikililiərdən çıxarılma və tikililərin boşaldılması» tələbinə dair iddia ərizəsi təmin edilməmişdir.

10. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2383/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı G.Q.Şərifovanın verdiyi apelyasiya şikayəti təmin edilməmiş, Zəngilan Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli, 2(034)-185/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

11. Abşeron rayon İcra Hakimiyyəti Başçısının Masazır kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş A/5118 nömrəli, xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Şərifova X4 rayonundan köçkün düşmüş və hal-hazırda ünvan 1ində məskunlaşmışdır.

12. Bakı 16 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş mediasiya sesiyasında iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli, MŞB/16/2024-1919 nömrəli arayışdan görünür ki, Cavabdeh mediasiya prosesində iştirak etməmişdir.

13. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadına əsasən verilmiş QXM444/M nömrəli, xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, aparılmış araşdırmalar, təhlillər və hesablamalar nəticəsində Abşeron rayonu, Masazıri kəndində xüsusi mülkiyyət əsasında 0,02 ha torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evinin bazar dəyəri 74.900 manat müəyyən edilmişdir.

14. Cavabdeh Əliyeva (Şərifova) Nahidə Allahverən qızı tərəfindən məhkəməyə təqdim olunmuş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 36-054/25 saylı, xx.xx.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, ünvan 1i ünvanında xüsusi mülkiyyətdə olan 0,02 ha torpaq sahəsi və onun üzərində yerləşən 1 mərtəbə (ümumi sahəsi 102 kv.m.) və zirzəmi sahəsindən ibarət orta təmirli fərdi yaşayış evinin bazar dəyəri 102000 manat təşkil etmişdir.

15. 3 saylı Tikinti-Montaj idarəsinin inzibati binasında məskunlaşmış məcburi köçkünlər barəsində tərtib edilmiş siyahıda Şərifovlar ailəsinin üzvlərinin sayı 7 nəfər qeyd edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

Birinci instansiya məhkəməsində icraat

16. Zəngilan Rayon Məhkəməsinin 09 aprel 2025-ci il tarixli, e-2(034)-39/2025 nömrəli qətnaməsi ilə (hakim Gülsarə İmanova) İddiaçı cavabdeh Əliyeva (Şərifova) Nahidə Allahverən qızına qarşı «mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi» tələbinə dair ilk iddia tələbinin təmin edilməsi, cavabdeh Əliyeva (Şərifova) Nahidə Allahverən qızının 14571.43 manat məbləğində kompensasiya müqabilində onun Abşeron rayonu, Masazır qəsəbəsində 0.02 ha torpaq sahəsi və onun üzərində inşa edilmiş tikililərdən (fərdi yaşayış evindən) istifadə hüququna xitam verilməsi, cavabdeh Əliyeva (Şərifova) Nahidə Allahverən qızının Abşeron rayonu, Masazır qəsəbəsində 0.02 ha torpaq sahəsi və onun üzərində inşa edilmiş tikililərdən (fərdi yaşayış evindən) çıxarılması, Abşeron rayonu, Masazır qəsəbəsində 0.02 ha torpaq sahəsi və onun üzərində inşa edilmiş tikililərdən (fərdi yaşayış evindən) cavabdeh Əliyeva (Şərifova) Nahidə Allahverən qızına məxsus əşyaların onun hesabına boşaldılması, cavabdeh Əliyeva (Şərifova) Nahidə Allahverən qızına kompensasiya məbləğinin verilməsi ilə tikililərin boşaldılmasının eyni anda icra edilməsi, Əliyeva (Şərifova) Nahidə Allahverən qızının İddiaçı qarşı «torpaq sahəsinin mülkiyyətdə olması barədə verilmiş çıxarışın ləğv edilməsi, kompensasiya hesabına əldə edilmiş torpaq sahəsi, habelə həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin satılması və bu əmlakların satılmasından əldə edilmiş pulun 2\7 hissəsinin ona ödənilməsi barədə» qarşılıqlı iddia ərizəsinin qismən təmin edilməsi, İddiaçı tərəfindən cavabdehə Əliyeva (Şərifova) Nahidə Allahverən qızına Abşeron rayonu, Masazır qəsəbəsində 0.02 ha torpaq sahəsi və onun üzərində inşa edilmiş tikililərin cavabdeh tərəfindən qiymətləndirilən dəyərinin 1/7 hissəsi qədər, 102000/7=14571.43 manat məbləğində birdəfəlik kompensasiya ödənişinin verilməsi, qarşılıqlı iddianın isə qalan hissədə təmin edilməməsi qət edilmişdir.

17. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 157.1, 157.2, 157.4, 228.1 və 228.2-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 80, 81, 88, 106.1, 216-220-ci maddələri ilə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

Apellyasiya şikayəti və onun dəlilləri

18. İlk iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti verərək Zəngilan Rayon Məhkəməsinin 09 aprel 2025-ci il tarixli, e-2(034)-39/2025 nömrəli qətnaməsinin ləğv edilməsi, ilkin iddianın təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsinə dair müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırkı iddia üzrə cavabdeh-Əliyeva (Şərifova) Nahidə Allahverən qızı ilə iddiaçının X3 arasında xx.xx.2007ci il tarixində nikah bağlanmış, nikahdan sonra Nahidə Əliyeva keçmiş əri Anar Şərifovun məskunlaşdığı 3 saylı Tikinti-Montaj İdarəsinin inzibati binasına gəlin köçmüşdür. 3 saylı Tikinti-Montaj İdarəsi 2013-cü ilin fevral ayında həmin idarənin inzibati binasından məcburi köçkünlərin köçürülməsinə görə Şərifovlar ailəsinə 7 (yeddi) nəfəri o, cümlədən Nahidə Əliyev və onun azyaşlı uşağı nəzərə alınmaqla 30.000 (otuz min) ABŞ dolları məbləğində kompensasiya ödəmişdir. Şərifovlar ailəsinə ödənilmiş 30.000 (otuz min) ABŞ dolları məbləğində kompensasiyanın hesabına 2013-cü ilin aprel ayında Abşeron rayonunun Masazır qəsəbəsində mülkiyyətdə olan 0,02 ha torpaq sahəsi alınmış və həmin torpaq sahəsində fərdi yaşayış evi inşa edilmişdir. Qeyd edilməlidir ki, 2013-cü ildə ailə münasibətləri normal olmuş və adıçəkilən kompensasiya hasabına mülkiyyətdə olan məlum torpaq sahəsi Şərifovların birinin adına alqı-satqı müqaviləsi əsasında rəsmiləşdirilmişdir. Qeyd edilmiş faktlar qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə təsdiqlənir. Hazırda isə cavabdehlə iddiaçının qardaşı-Anar Şərifov arasında nikah münasibətləri pozulmuşdur. Bunu nəzərə alaraq, ödənilmiş kompensasiya hesabına alınmış məlum torpaq sahəsinin “mülkiyyətçisi” iddiaçı-İddiaçı özünün hüquq və vəzifələrini vicdanla həyata keçirməsinə borclu olduğu halda, o, bu hüququndan suiistifadə edir. Yəni adıçəkilən torpaq sahəsinin iddiaçının mülkiyətində olmasından suiistifadə edərək, o, cavabdehin hüquqlarına qəsd edir. Belə ki, həmin torpaq sahəsinin əldə edilməsində cavabdehin payının olmasına baxmayaraq, o, kompensasiya ödəməklə onun istifadə hüququna xitam verilməsi barədə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Artıq qeyd edildiyi kimi məlum torpaq sahəsi cavabdeh və onun azyaşlı uşağının mənafeyi nəzərə alınmaqla Şərifovlar ailəsinə 7 (yeddi) nəfər olmaqla ödənilmiş 30.000 (otuz min) ABŞ dolları məbləğində kompensasiya hesabına alınmışdır. Başqa sözlə desək, həmin torpaq sahəsinin 2/7 hissəsi cavabdehə və onun azyaşlı uşağına məxsusdur. Müvafiq məhkəmə aktları ilə təsdiqlənmiş bu faktın sübuta ehtiyacı yoxdur. Belə olan halda, hesab edir ki, məlum hüquqi normara istinad edərək, adıçəkliən qətnamənin əsaslandırılması qanunsuzdur. Belə ki, cavabdeh yuxarıda qeyd edilmiş faktları nəzərə alaraq, məlum torpaq sahəsi ilə bağlı onun payının müəyyən edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Bundan başqa, hazırkı hüquqi normaların adıçəkilən torpaq sahəsində inşa edilmiş tikililərə heç bir aidiyyəti yoxdur. Belə ki, həmin tikililər hələ ki, iddiaçının mülkiyyətində deyildir. Hakim məlum qətnamədə AR Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinə əsassız istinad etmişdir. Qeyd edilməlidir ki, cavabdeh iddiaçının ailə üzvü deyil və bu əsasdan iddiaçı məlum iddia tələbi ilə məhkəməyə müraciət etməklə bağlı subyektiv hüququna malik deyildir. Bu iddia tələbi birinci gündən hakim tərəfindən icraata qəbul edilməməli və onun mümkünsüzlüyü barədə müvafiq qərardad qəbul edilməli idi. Cavabdeh-Nahidə Əliyeva iddiaçı-İddiaçı ailə üzvü olduğu və onun mülkiyyətində olan yaşayış sahəsinə gəlin köçdüyü halda, kömpensasiya ödəməklə onun istifadə hüququna xitam vermək səlahiyyətinə malik ola bilərdi. Bir daha qeyd edir ki, cavabdeh adıçəkilən torpaq sahəsinin payı müəyyən edilməmiş mülkiyyətçisidir və eyni zamanda həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin istifadə qaydası müəyyən edilməmiş 2/7 hissəsinin sahibi və istifadəçisidir. Məlum daşınmaz əmlakın 2/7 hissəsi cavabdehə məxsus olduğu halda, kömpensasiya ödəməklə onun istifadə hüququna xitam verilməsi absurtdur. Hesab edir ki, hakim payı və istifadə qaydası müəyyən edilməmiş məlum daşınmaz əmlakın hüquqi statusu ilə ailə üzvü kimi cavabdehə kompensasiya ödəməklə onun istifadə hüququna xitam verilməsinin hüquqi statusunu bir-birindən fərqləndirə bilməmişdir. Hakim qəbul etdiyi qətnamədə AR MPM-nin 82.3-cü maddəsinin “bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir” tələbini pozmuşdur. Belə ki, hakim qəbul etdiyi qətnamədə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(105)-2031/2020 saylı mülki işdə Nahidə Əliyevanın (Şərifovanın) ödənilmiş kompensasiya hesabına 2013-cü ilin aprel ayında Abşeron rayonunun Masazır qəsəbəsində 0,02 ha torpaq sahəsinin alınması və həmin torpaq sahəsində iki mərtəbəli fərdi yaşayış evin inşa edilməsi barədə faktları təsdiq etməsi və həmin mülki iş üzrə qarşı tərəf olan X8, habelə X7 tərəfindən həmin faktları etiraf etməsini nəzərə almamış və həmçinin bu faktların nəzərə alınmamasının səbəblərini məlum qətnamədə əsaslandırmamışdır. Hakim qəbul etdiyi qətnamədə Zəngilan Rayon Məhkəməsinin 2(034)-185/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Əliyeva (Şərifova) Nahidə Allahverən qızı ilə X15 arasında xx.xx.2007-ci il tarixində nikahın bağlanması, nikahdan sonra Cavabdeh keçmiş əri Anar Şərifovun məskunlaşdığı 3 saylı Tikinti-Montaj İdarəsinin inzibati binasına gəlin köçməsi, 2013-cü ilin fevral ayında həmin idarənin inzibati binasından məcburi köçkün kimi onların köçürülməsinə görə Şərifovlar ailəsinə 7 (yeddi) nəfər olmaqla, o , cümlədən Nahidə Əliyeva (Şərifova) və onun uşağı nəzərə alınmaqla 30.000 (otuz min) ABŞ dolları məbləğində kompensasiya ödənilməsi barədə faktları nəzərə almamış və həmçinin bu faktların nəzərə alınmamasının səbəblərini məlum qətnamədə əsaslandırmamışdır. Hakim qəbul etdiyi qətnamədə Zəngilan Rayon Məhkəməsinin 2(034)-185/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı-X2 cavabdeh-Əliyeva (Şərifova) Nahidə Allahverən qızına qarşı “torpaq sahəsi və üzərindəki tikililərdən çıxarma və tikililərin boşaldılması” tələbinə dair iddia ərizəsini təmin edilməməsi, bu qətnamədən iddiaçının verdiyi apellyasiya şikayətinin Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2383/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə təmin edilməməsi barədə faktları nəzərə almamış və həmçinin bu faktların nəzərə almamasının səbəblərini məlum qətnamədə əsaslandırmamışdır. Hakim qəbul etdiyi qətnamədə Şərifovlar, o cümlədən Nahidə Əliyeva (Şərifova) tərəfindən imzalanmış və xx.xx.2013-cü il tarixdə notarial qaydada təsdiq edilmiş ərizəyə istinad edərək, iddiaçının tələbini əsaslandırmağa cəhd etmişdir. Hakimin istinad etdiyi məlum sənəd hazırkı iddia tələbinin təmin edilməsi üçün aşağıdakı arqumentlərə görə sübut kimi qiymətləndirilə bilməz: Əvvəla, AR MPM-nin 89.3-nin tələbinə görə, “yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir.” Bu hüquqi normanın tələbini pozaraq, hakim məlum sənədin sürətini hazırki mülki işin materiallarına əlavə edilmişdir. 2si, məlum sənəddə adları qeyd edilmiş şəxslər üzərilərinə hansısa öhdəlik götürülər və bu öhdəlik Şərifovlar ailəsinə 7 (yeddi) nəfər olmaqla, o , cümlədən Nahidə Əliyeva (Şərifova) və onun uşağı nəzərə alınmaqla 30.000 (otuz min) ABŞ dolları məbləğində kompensasiya ödənilməsi ilə bağlı deyildir. Başqa sözlə desək, məlum sənəd kompensasiyanın kimlərə ödənilməsi faktını təsdiq etmir. 3-cü, həmin vaxt 5 (beş) yaşlı Cavid Şərifovun məlum sənədi imzalamaması hüquqi-nöqteyi nəzərdən təbii ki başa düşüləndir. Hakim qəbul etdiyi qətnamədə qeyd edir ki, iş materiallarına əlavə edilmiş 3 saylı Tikinti-Montaj İdarəsinin inzibati binasında məskunlaşmış məcburi köçkünlər barəsində tərtib edilmiş siyahıda Şərifovlar ailəsinin üzvlərinin sayı 7 nəfərdir. Hakimin istinad etdiyi bu sübutla bağlı aşağıdakı faktları xüsusi qeyd etmək istəyir: Əvvəla, adıçəkilən sənəd də kserosürətdir, nə həmin sənədin əslidir, nə də təsdiqlənmiş sürətidir. 2-ci- bu sənədin tarixi, kim tərəfindən imzlanması, onun vəzifəsi, həmin şəxsin adı, soyadı, möhürü və s. məlum deyildir. 3-cü- Nahidə Əliyevanın (Şərifovanın) adı həmin sənəddə ümumiyyətlə qeyd edilməmişdir. Artıq qeyd edildiyi kimi cavabdehlə əri-Anar Şərifov arasında bağlanmış nikah məhkəmə qaydasında pozulmuş və qəbul edilmiş qətnamə ilə birgə nikahdan anadan olmuş Cavid Şərifov ananın yanında qalması qət edilmişdir. Hakim qəbul etdiyi qətnamə ilə cavabdehin daimi yaşadığı yaşayış sahəsi ilə bağlı onun istifadə hüququna xitam verir və bununla qanuni qüvvəyə minmiş digər qətnamə ilə cavabdehin yanında qalması qət edilmiş azyaşlı-Cavid Şərifovun hüquqlarını pozur. Belə ki, cababdehin istifadə hüququna xitam verildiyi halda, azyaşlı-Cavid Şərifovun həmin yaşayış sahəsində hüquqları necə müdafiə olunacağı müəmmalıdır. Məhz bu əsasdan cavabdeh azyaşlı- Cavid Şərifovun hüquqlarının müdafiəsi məqsədi ilə məlum daşınmaz əmlakın satılması və bu əmlakın satılmasından əldə edilimiş pulun 2/7 hissəsinin ona ödənilməsi barədə qarşılıqlı ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh-Əliyeva (Şərifova) Nahidə Allahverən qızı “məhkəmə əmtəəşünaslıq ekspertizasının təyin edilməsi barədə” xx.xx.2025-ci il tarixli ərizə ilə məhkəməyə müraciət etmiş, hakim nəinki bu ərizəni təmin etməmiş və qəbul etdiyi məlum qətnamədə bunun səbəblərini göstərməmiş, hətta cavabdehin belə bir ərizə ilə ümumiyyətlə məhkəməyə müraciət etməsini qəbul etdiyi qətnamədə qeyd belə etməmişdir. Hesab edir ki, bu ərizənin təmin edilməsi məlum mülki işin tam, hərtərəfli və obyektiv araşdırılması, habelə əsaslı və qanuni qətnamənin qəbul edilməsi üçün zəruridir. Əvvəla, "xxxx" MMC-nin təqdim etdiyi QXM 444/M saylı xx.xx.2025-ci il tarixli və "xxxx" MMC-nin təqdim etdiyi CVN/Y 36-054/25 saylı xx.xx.2025ci il tarixli mütəxəssis rəylərində məlum daşınmaz əmlakın həmin tarixə bazar dəyəri müxtəlif məbləğlərdə qiymətləndirilmiş və bundan əlavə hər iki rəydə 102 m2 olan yarım zirzəminin bazar dəyəri həmin rəylərdə müəyyən edilməmişdir. Onu da qeyd edir ki, cavabdehin təşəbbüsü ilə "xxxx" MMC-nin təqdim etdiyi CVN/Y 36-054/25 saylı xx.xx.2025-ci il tarixli mütəxəssis rəyində daşınmaz əmlakın 102 m2 olan yarım zirzəminin bazar dəyərinin müəyyən edilməməsinin səbəbi iddiaçılar tərəfindən həmin zirzəmiyə baxış keçirilməsi üçün mütəxəsislərə şəraitin yaradılmaması olmuşdur. Hakim məlum qətnamədə AR MPM-nin 14.2, 77.1, 80, 81, 88, 106.1-ci maddələrinə istinad etmiş və eyni zamanda bu hüquqi normaların tələbini pozmuşdur. Cavabdeh hazırkı qarşılıqlı iddia tələbi ilə bağlı məhkəməyə kifayət qədər faktlar və sübutlar təqdim etmiş, hazırkı mülki mübahisəni tam, ətraflı və obyektiv araşdırılması məqsədi ilə müvafiq ərizələrlə məhkəmə müraciət etmiş, hakim bu ərizələri əsassız təmin etməmiş və eyni zamanda hesab etmişdir ki, cavabdeh özünün tələb və etirazlarının əsası kimi istinad etdiyi faktları sübut edə bilməmişdir.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

20. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

21. İlk iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.

22. İlk iddia üzrə cavabdeh X6 (Şərifova) apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.

23. İlk iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.

Apellyasiya baxışının hədləri

24. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi ilk iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil1 verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.

Tətbiq edilən hüquq

25. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 27. Fiziki şəxsin yaşayış yeri 27.1. Fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Maddə Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. (...) 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. (...)

26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, yeni qətnamə qəbul edilməli, ilk və qarşılıqlı iddialar rədd edilməlidir.

28. Belə ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmamiş, qəbul etdiyi qətnaməni maddi və prosessual hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmişdir.

29. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, ünvan 1ində yerləşən 0,02 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Cavabdeh Əliyeva (Şərifova) Nahidə Allahverən qızı iddiaçının X3nun arvadı olmuş, lakin onların ailə münasibətləri alınmadığından aralarında olan nikah Zəngilan Rayon Məhkəməsinin 31 yanvar 2019-cu il tarixli, 2(010)-38/2019 saylı qətnaməsi ilə pozulmuş, cavabdeh iddiaçının qardaşı ilə aralarında olan nikahın pozulmasına baxmayaraq, övladı ilə birlikdə iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsində olan evdə yaşamaqda davam edir, tərəflər arasında münasibətlər gərgin olduğundan iddiaçı cavabdehə qarşı araşdırılan iddia tələbi ilə məhkəməyə müaciət etmişdir.

30. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər məcburi köçkün ailəsi olmaqla Azərsənayetikinti ASC-nin 2 saylı müəssisəsinin inzibati binasında məskunlaşmışlar cavabdeh iddaçının qardaşı 2007-ci ildə ailə quraraq həmin yerə gəlin gəlmişdir. 2013-cü ildə Şərifovlar ailəsinin cavabdehdə daxil olmaqla 7 nəfər üzvünə 30.000 ABŞ dolları məbləğində pul ödənişi olmaqla inzibati binadan çıxmaları təklif olunmuş, onlar bu təkliflə razılaşaraq başqa ünvana köçmüşlər.

31. X8, X7, İddiaçı, X11, X13, X15 və Cavabdeh xx.xx.2013-cü il tarixdə notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, 2008-ci il tarixdən ünvan 2 ünvanında "xxxx" ASC-nin 2 saylı müəssisəsinin ərazisində Zəngilan rayonundan məcburi köçkün kimi məskunlaşdıqlarını və hazırda başqa ünvanda yerləşdikləri üçün həmin ərazinin hər hansı bir hüquqi və ya fiziki şəxsə verilməsinə etiraz etmədiklərini və gələcəkdə bununla bağlı heç bir iddia qaldırmayacaqlarını bildirmişlər.

32. Qeyd olunan bu hallar işin mübahisəsiz halı olmaqla qüvvədə olan məhkəmə qətnamələri ilə də öz təsdiqini tapır.

33. Belə ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)- 2383/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, məhkəmə araşdırması zamanı tətqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, X15 və Cavabdeh 16 noyabr 2007- ci il tarixdə rəsmi nikah qeydiyyatından keçərək evlənmiş və birgə nikahdan bir uşaqları doğulmuşdur. Cavabdeh nikaha daxil olduqdan sonra keçmiş həyat yoldaşının da məskunlaşdığı ünvan 4 ünvanında yerləşən 3 saylı Tikinti- Montaj İdarəsinin inzibati binasında yaşamışdır. 2013-cü ilin fevral aylarında Bakı şəhəri Nizami rayonu, Əlişir Nəvai küçəsində yerləşən 3 saylı Tikinti-Montaj İdarəsinin inzibati binasında yaşayan sakinlərə kompensasiya ödənilməklə həmin binadan çıxarılmışlar. Kompensasiya ödənilərkən kompensasiya ödənilən şəxslərdən yaşadıqları ərazinin hər hansı bir hüquqi və ya fiziki şəxsə verilməsinə etiraz etmədikləri və gələcəkdə bununla bağlı heç bir iddia qaldırmayacaqları barədə notariat qaydasında təsdik olunmuş ərizə alınmışdır. Şərifovlar ailəsinin 7 nəfər olması nəzərə alınaraq, iddiaçı və Cavabdeh və onun uşağı da daxil olmaqla 30000 ABŞ dolları kompensasiya ödənilmişdir. Həmin vəsait hesabına 2013-cü ilin aprel ayında ünvan 1ində yerləşən 0.02 ha torpaq sahəsi alınmış və həmin torpaq sahəsinin üzərində ikimərtəbəli, yeddi otaqdan ibarət olan yaşayış evi inşa edilmiş, tərəflər həmin evə köçmüş və hazırda da orada yaşayırlar. Torpaq sahəsinin hüquqmüəyyənedici sənədi mövcud olsa da, həmin torpaq sahəsinin üzərində tikilmiş yaşayış evi dövlət qeydiyyatına alınmamışdır.

34. Həmin Qətnamədən görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* nömrəli 15 aprel 2013-cü il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış əsasında ünvan 1ində yerləşən 0,02 a torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında X2 adına qeydə alınmışdır.

35. Göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən iddia yuxarıda qeyd olunan qaydada həll edilmişdir (bax bənd 16).

36. Qətnamə ilə razılaşmayan ilk iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti vermişdir.

37. Məhkəmə kollegiyasının qənaətincə apellyasiya şikayətinin dəlilləri yoxlanılarkən birinci instansiya məhkəməsi tərəfindən iddia tələblərinin həlli ilə bağlı məsələyə düzgün hüquqi qiymətin verilmədiyi, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verildiyi müəyyən edilmişdir.

38. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı hüquqi dəyərləndirmə apararaq aşağıda şərh olunanları qeyd etməyi zəruri hesab edir.

39. İlk öncə kollegiya qeyd edir ki, ünvan 1ində yerləşən 0,02 torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətindədir. Torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə dair əmlak hüquqları isə qeydə alınmamışdır.

40. Göründüyü kimi iddiaçı xüsusi mülkiyyətində olan Abşeron rayonu Masazır kəndində 0.02ha torpaq sahəsi və onun üzərində inşa edilmiş tikililərdən (fərdi yaşayış evi) cavabdehin isitifadə hüququna xitam verilməsi, ödəniş müqabilində həmin torpaq sahəsi və onun üzərində inşa edilmiş tikililərdən (fərdi yaşayış evi) çıxarılmasını tələbi edir.

41. Kollegiya qeyd edir ki, cavabdehin mübahisəli mənzildən istifadə hüquqlarına xitam verilməsinin mümkünlüyü məsələsinə qiymət verilməzdən əvvəl, onların həmin yaşayış sahəsinə münasibətdə istifadə hüquqlarının mövcud olubolmaması məsələsi araşdırılmalıdır. Belə ki, hüquq mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz.

42. Araşdırılan mübahisədən göründüyü kimi mübahisə predmeti olan yaşayış sahəsi özbaşına tikili olmaqla həmin tikili üzərində heç bir əmlak hüquqları qeydə alınmamışdır. Belə olan halda cavabdehin də istifadə hüququnun yaranması istisna olunur. Mövcud olmayan hüquqa isə xitam verilə bilməz.

43. Bu qeyd olunanlara əsasın məhkəmə kollegiyası istifadə hüququna xitam verilməsinə dair iddia tələbini əsassız hesab edir.

44. Bununla yanaşı kollegiya qeyd edir ki, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, yaşayış sahəsindən istifadə etmək hüququnun yaranmasının bir neçə əsası ola bilər (məsələn, əşya hüququnun, mülkiyyətçi və digər şəxslər arasında müqavilə münasibətlərinin, ailə münasibətlərinin mövcudluğu).

45. Bu mənada qeyd edilməlidir ki, Mülki Məcəllədə “istifadə” sözü mahiyyətcə müxtəlif institutlarla bağlı müddəalarda geniş şəkildə işlədilmişdir. Məsələn, Mülki Məcəllənin əşya hüququ olan mülkiyyət hüququ anlayışının izahı ilə bağlı 152-ci maddəsində, 11-ci Fəslinin servitut və uzufrukt ilə bağlı müddəalarında, habelə öhdəlik hüququna aid olan 33-cü Fəslində kirayə və 36-cı Fəslində əvəzsiz istifadə müqaviləsi ilə bağlı müddəalarda da bu anlayışa rast gəlinir.

46. İstifadə hüququ öz-özlüyündə konkret hüququn əşya və yaxud öhdəlik hüququna aid edilməsini müəyyənləşdirmir. Hüquqi mahiyyəti baxımından bir-birindən çox fərqli olmalarına baxmayaraq, belə hüquqların ortaq cəhəti ondan ibarətdir ki, “istifadə” sözünün işlədilməsi yalnız əşyadan öz sahibinin istifadə etmək səlahiyyətini təmin edir. Lakin bu hüquqların məzmunundan görünür ki, onlardan hər birinin əşyadan istifadə etmək imkanını təmin etməsi şərtləri, istifadənin həcmi, istifadənin hüquqi baxımdan yaranması və ona xitam verilməsi ilə bağlı qayda və şərtlər, başqa sözlə istifadə səlahiyyətinin hüquqi rejimi bir-birindən fərqlidir.

47. İşin faktıki və mübahisəsiz hallarına Plenum Qərarınında irəli sürümülmüş hüquqi mövqe konteksində yanaşan kollegiya qeyd edir ki, mübahisə predmeti olan torpaq sahəsi və üzərindəki yaşayış evi cavabdehin də ailə tərkibi kimi daxil olduğu Şərifovlar ailəsinə məcburi köçkün ailəsi olaraq məskunlaşdıqları inzibati binadan çıxmaq müqabilində verilmiş 30.000 ABŞ dollarına əldə edilmişdir. Tərəflərin də etiraf etdiyi kimi cavabdeh 2013-cü ildən mübahisəli yaşayış evində yaşayır. Göründüyü kimi cavabdehin bu yaşayış sahəsindən istifadə etmək imkanının əsasında sadalanan hallar – yəni ailə münasibətlərinin mövcudluğu dayanır.

48. Həmçinin işin faktiki hallarından göründüyü kimi cavabdehin iddiaçının qardaşı ilə nikahı pozulmuş, ailə münasibətlərinə xitam verilmişdir.

49. Eləcə də məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Abşeron rayonu Masazır kəndində 0.02ha torpaq sahəsi 2013-cü ildə ailə üzvlərinin, o cümlədən Cavabdeh razılığı ilə qaynanası Gülzar Şərifovanın adına dövlət qeydiyyatına alınmışdır. Daha sonra Gülzar Şərifova tərəfindən həmin torpaq sahəsi oğlu – hazırki iş üzrə İddiaçı bağışlanmış, sonuncunun əmlak üzərində xüsusi mülkiyyət hüququ xx.xx.2024-cü il tarixdə qeydə alınmışdır.

50. Kollegiya həmçinin vurğulayır ki, Cavabdeh Zəngilan rayonundan məcburi köçkün olmaqla, başqa yaşayış sahəsinə malik deyildir. Mübahisə predmeti olan fərdi ev onun yeganə sahib olduğu yaşayış sahəsidir.

51. Bununla yanaşı qeyd olunmalıdır ki, iddiaçı torpaq sahəsinin mülkiyyətçisi olmaqla, onun üzərində olan yaşayış evinə dair hüquqlar qeydə alınmasa da onun tərkib hissəsini təşkil edir. Mülkiyyətçi (iddiaçı) kompensasiya ödənilməklə cavabdehin həmin yaşayış sahəsindən çıxarılmasını, mülkiyyət hüququnun həyata keçirilməsinə cavabdeh orada yaşayıb istifadə etməklə yaranmış maneəni aradan qaldırmağa çalışır.

52. Kollegiya hesab edir ki, kompensasiya verilməsi mülkiyyət hüququn müdafiəsinin həyata keçirilməsinin bir formasıdır.

53. Eyni zamanda qeyd olunmalıdır ki, mülkiyyətçinin yaşayış sahəsindən istifadə edən şəxsə kompensasiya verilməklə çıxarılması qanunvericiliklə qadağan edilməmişdir.

54. Bununla yanaşı qeyd olunmalıdır ki, araşdırılan mübahisə üzrə kompensasiya ödənişini, mənzildən istifadə hüququna kompensasiya verilməklə xitam verilməsinə dair xarakterik işlərdən fərqləndirilməsi işin obeyktiv və ədalətli həlli baxımından önəmlidir.

55. Belə ki, məhkəmə təcbürəsində formalaşmış hüquqi mövqeyə görə Mülki Məcəllənin 228.2-ci maddəsinin tələbi «kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır.»

56. Hüquqi mövqeyə görə Mülki Məcəllənin 228.2-ci maddəsində təsbit olunmuş “bazar qiyməti ilə müvafiq kompensasiya” mənzilin dəyərinə münasibətdə deyil, davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün zəruri olan vəsait kimi başa düşülməli, mülkiyyətçi tərəfindən təklif olunan kompensasiyanın məbləğinin ağlabatan və ədalətli olub-olmaması da məhz bu mövqedən çıxış etməklə, eləcə də bir sıra digər meyarlar nəzərə alınmaqla müəyyənləşdirilməlidir.

57. Qeyd olunmalıdır ki, məhkəmə təcrübəsində kompensasiya məbləğinin müəyyən edilməsində nəzərə alınan davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün zəruri olan vəsait dedikdə bir qayda olaraq yaşayış sahələrinə dair kirayə haqqları başa düşülür.

58. Kollegiya araşdırılan mübahisə üzrə həmin mövqenin tətbiq edilməsini cavabdehə münasibətdə ədalətli hesab etmir.

59. Kollegiyanın qənatincə araşdırılan mübahisə üzrə kompensasiya ödənişi və mənzilə istifadə hüququna xitam verilməsinə dair kompensasiya ödənişi bir-birindən fərqlidir.

60. Belə ki, kollegiya vurğulayır ki, işin faktiki halları göstərir ki, mübahisə predmeti olan torpaq sahəsi və üzərindəki yaşayış evi cavabdehin də razılığı, ailə tərkibindəki yeri nəzərə alınmaqla verilmiş 30.000 ABŞ dolları müqabilində əldə edilmişdir.

61. Bu baxımdan cavabdehin həmin yaşayış sahəsindəki hüququ yalnız əmlakdan istifadə ilə bağlı olmamaqla, torpaq və evə birgə pay hüquqlarına dair gözlənti hüququ istisna olunmur.

62. Lakin bununla yanaşı kollegiya qeyd edir ki, cavabdeh iddiaçı tərəfindən irəli sürülmüş kompensasiya ödənişinə etiraz etsə də mübahisə predmeti olan əmlakın satış dəyəri müəyyən edilməklə ona ödənişin ödənilməsini tələb etməklə, kompensasiya müqabilində yaşayış sahəsindən çıxmağa razılığını göstərmişdir.

63. Göründüyü kimi cavabdeh irəli sürülmüş – 14571.43 manat ödəniş miqdarı ilə razılaşmamışdır.

64. Məhkəmə kollegiyası şərh olunanlara istinadən hesab edir ki, araşdılan mübahisə üzrə kompensasiya ödənişinin miqdarı sadalanan hallar - cavabdehin razılığı, ailə tərkibindəki yeri nəzərə alınmaqla verilmiş 30.000 ABŞ dolları müqabilində torpağın və evin əldə edilməsi, həmin əmlakda birgə pay hüququnun istisna olunmaması, himayəsində uşağının olması, məcburi köçkün olmaqla başqa yaşayış yerinin olmamasınəzərə alınmaqla müəyyən edilməlidir.

65. Kollegiya tərəfindən iddiaçı tərəfə kompensasiya məbləğinin artırılması təklif olunsa da iddiaçı tərəf etiraz etdiyini bildirdi.

66. Məhkəmə kollegiyası qeyd olunanları ümumiləşdirərək hesab edir ki, hazırda iddiaçı tərəfindən təklif olunan kompensasiya məbləği işin faktiki halları ilə uzlaşmadığından iddiaçının kompensasiya ödənişi ödənilməklə cavabdehin yaşayış sahəsindən əşyaları ilə birlikdə çıxarılmasına, yaşayış sahəsinin boşaldılmasına dair tələbi təmin edilməməlidir.

67. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, əşya ilə əlaqədar yaranan əmlak hüquqlarının təkcə mülkiyyətçiyə deyil, həm də əmlaka qanuni əsaslarla sahiblik edən şəxsə də mənsub ola bilməsi, qanunvericilikdə bu hüquqların istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilməsinin nəzərdə tutulması qanuni sahiblərin də əmlak hüquqları ilə bağlı mənafelərinə dəyən zərərə görə tələb hüququnun olmasını göstərir (N.Qədirovun şikayəti üzrə 2017-ci il 18 dekabr tarixli Qərarı).

68. Məhkəmə kollegiyası qarşılıqlı iddia tələbini də qanuni və əsaslı hesab etmir.

69. Belə ki, göründüyü kimi qarşılıqlı iddia üç tələbdən – 1) çıxarışın ləğvi; 2) torpaq sahəsi və yaşayış evinin satılması; 3) əmlakın satışından əldə edilmiş vəsaitin 2/7 hissəsinin ona ödənilməsi - ibarətdir.

70. İddia tələbindən göründüyü kimi cavabdehin iddiaçının adına dövlət restri xidməti tərəfindən verilmiş çıxarışı mübahisələndirmişdir.

71. Məhkəmə araşdırması zamanı cavabdeh tələbin əsası olaraq həmin mülkiyyət hüquqlarının qeydə alınmasına əsas olan bağışlama müqaviləsinin bağlanılması razılığı olmadığını, onun məlumatı olmadan keçmiş qaynanası Gülzar Şərifova tərəfindən oğlu İddiaçı bağışlandığını göstərmişdir, ona görə çıxarışın ləğv edilməsini xahiş etmişdir.

72. «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında qeyd olunmuşdur ki, əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir.

73. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır.

74. İşin müəyyən edilmiş hallarından göründüyü kimi mübahisələndirilən çıxarışın verilməsinə əsas mülki-hüquqi əqd olmuşdur.

75. Qeyd olunmalıdır ki, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən dövlət reyestrindəki qeydiyyatın aparılmasına əsas olan hüquq müəyyənedici sənədlər mübahisələndirilmir. Belə olan halda məhkəmə kollegiyası çıxarışın ləğv edilməsinə dair iddia tələbini əsassız hesab edir.

76. Məhkəmə kollegiyası torpaq sahəsi və yaşayış evinin satılması və əmlakın satışından əldə edilmiş vəsaitin 2/7 hissəsinin ona ödənilməsi barədə də tələbi əsaslı hesab etmir.

77. Belə ki, kollegiyanın qənatincə mübahisə predmeti əmlaka dair cavabdehin hüquqları qeydə alınmadığından, pay hüququ müəyyən edilmədiyindən, pay bölgüsü olmadığından belə bir tələblə çıxış etməyə subyektiv hüququ yoxdur.

78. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun deyildir, məhkəmə səhv nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti qismən təmin edilməli, Zəngilan Rayon Məhkəməsinin 09 aprel 2025-ci il tarixli, e-2(034)-39/2025 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək ilk və qarşılıqlı iddialar təmin olunmamalıdır.

79. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 382, 384.0.2, 385 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

İlk iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Zəngilan Rayon Məhkəməsinin 09 aprel 2025-ci il tarixli, e-2(034)-39/2025 nömrəli qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh Əliyeva (Şərifova) Nahidə Allahverən qızına qarşı «mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi» tələbinə dair ilk iddia, Əliyeva (Şərifova) Nahidə Allahverən qızının İddiaçı qarşı «çıxarışın ləğv edilməsi, əmlakın satılması və s.» tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar