Məhkəmə qərarları › İş №2(105)-107/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-107/2024

30.07.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Torpaq mübahisələri - Sair mülki iş - Torpaq münasibətləri üzrə sair mübahisələr - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-107/2024 30.07.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı gediş-gəliş yolunun açılması tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X23 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdeh2, onun vəkili və nümayəndəsi Nümayəndə2, Cavabdeh1 nümayəndəsi Nümayəndə4 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı gediş-gəliş yolunun açılması tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(027)-51/2023 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Quba rayonu, Timiryazev kəndində yerləşən 0.17 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir.

2. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Quba rayonu, Timiryazev kəndində yerləşən 0.636333 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir.

3. Xaçmaz Layihə-Tədqiqat İdarəsinin mütəxəssisi Mübariz Kərimovun, kənd sakini Nümayəndə1, Quba rayonu, Timiryazev bələdiyyəsi 24 avqust 2021-ci il tarixli aktdan görünür ki, bələdiyyə mülkiyyətində olan vətəndaşların özəl pay torpaqlarına gediş-gəlişi üçün nəzərdə tutulan yolun sahəsi naturada ölçülərək bələdiyyə nümayəndəsinə və vətəndaşlara tanıdılmış və həmin yol ərazisində qonşu istifadəçilər tərəfindən bağ sahəsi salındığı müəyyən edilmişdir.

4. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********16 reyestr nömrəli çıxarışın surətinən görünür ki, Quba rayonu, Timiryazev kəndində yerləşən 0.5104 ha torpaq sahəsi Cavabdeh3 Abdulxaliq oğlunun mülkiyyətindədir.

5. JN-0046, KOD 30304048 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”na əsasən X17 və onun ailə üzvlərinə Quba rayon AİK-nin xx.xx.2003-cü il tarixli, 03 saylı qərarına əsasən 1,19 ha torpaq sahəsi mülkiyyətlərinə verilmişdir.

6. JN-0022, KOD 30304048 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın surətindən görünür ki, Cavabdeh2 və onun ailə üzvlərinə Quba rayon AİK-nin xx.xx.2003cü il tarixli, 03 saylı qərarına əsasən 0,78 ha torpaq sahəsi mülkiyyətlərinə verilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş Seriya RX № 0734352, ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il qeydiyyat tarixli və Seriya RX № 0730963, ********** qeydiyyat nömrəsi, xx.xx.2015-ci il qeydiyyat tarixli çıxarışlara əsasən qızı – İddiaçı məxsus Quba rayonu, Timiryazev qəsəbəsində yerləşən 0,17 ha və 0,636333 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə olan cavabdehlər X12 və X2 tərəfindən qanunsuz olaraq zəbt olunmuş gediş-gəliş yolunun açılması, Fətulla Seyidbalayev tərəfindən yolun bir hissəsində quraşdırılmış bağ evinin onun öz hesabına sökülməsi, zəbt olunmuş ərazilərdə əkilmiş meyvə ağaclarının hər iki cavabdehin vəsaiti hesabına təmizlənməsi, eləcə də, İddiaçı məxsus 2 metr enində cavabdeh X12 tərəfindən qanunsuz zəbt olunmuş torpaq sahəsinin onun qanunsuz sahibliyindən geri alınaraq İddiaçı qaytarılması, hüquqi yardımın göstərilməsi üçün ödədiyi 150 mant pul vəsaitinin və 10 manat dövlət rüsumunun müştərək qaydada cavabdehlərdən alınıb İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Daha sonra İddiaçı nümayəndəsi Nümayəndə1 MPM-in 53-cü maddəsinə əsasən məhkəməyə ərizə ilə müraciət edərək, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş Seriya RX № 0734352, ***-******* qeydiyyat nömrəli, xx.xx.2015-ci il qeydiyyat tarixli və Seriya RX № 0730963, ********** qeydiyyat nömrəsi, xx.xx.2015-ci il qeydiyyat tarixli çıxarışlara əsasən İddiaçı məxsus Quba rayon Timiryazev qəsəbəsində yerləşən 0,17 ha və 0,636333 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə olan cavabdehlər Cavabdeh3 Abdulxahq oğlu, X14 və X5 tərəfindən qanunsuz olaraq zəbt olunmuş gediş-gəliş yolunun açılması, Fəti Seyidbalayev tərəfindən yolun bir hissəsində quraşdırılmış bağ evinin onun öz hesabına sökülməsi, zəbt olunmuş ərazilərdə əkilmiş meyvə ağaclarının cavabdehlərin vəsaiti hesabına təmizlənməsi, eləcə də, ona məxsus təxminən 2 metr enində Cavabdeh3 qanunsuz istifadəsindən geri alınaraq ona qaytarılması, hüquqi yardımın göstərilməsi üçün ödədiyi 150 manat pul vəsaitinin və 10 manat dövlət rüsumunun, eləcə də, "xxxx" MMC-nin hesabına ödədiyi 160 manat pul vəsaitinin cavabdehlərdən müştərək qaydada alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırmışdır ki, Quba rayonu Timiryazev qəsəbəsində yerləşən 0,17 ha və 0,636333 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş Seriya RX № 0734352, ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il qeydiyyat tarixli və Seriya RX № 0730963, ********** qeydiyyat nömrəsi, xx.xx.2015-ci il qeydiyyat tarixli çıxarışlara əsasən qızı - İddiaçı adına dövlət qeydiyyatına alınmışdır. Həmin torpaq sahələri əvvəlcə onun adına olmuş, sonradan qızının adına rəsmiləşdirilmişdir. Hər iki torpaq sahəsinə qızına kömək məqsədilə ailəlikcə baxaraq qulluq edirlər. Həmin bağ sahələri ilə qonşu və digər ərazilər boş olduğundan, torpaq sahələrinə əvvəllər həmin boş ərazilərdən gedib-gəliblər. Sonradan həmin boş ərazilərin sahibləri həmin ərazilərdə meyvə bağı salıblar, əraziləri hasara alıblar və ona bildirilib ki, “bizim ərazilərimizdən sizin bağ sahələrinizə gediş-gəliş yolu yoxdur. Sən, öz torpaq sahəniz istiqamətində olan gediş-gəliş yolunu müəyyənləşdir və oradan istifadə et”. Ona görə o da, öz torpaq sahələrinə olan gediş-gəliş yolunun müəyyən olunması ilə bağlı ərazi üzrə bələdiyyəyə, Quba Rayon İcra Hakimiyyətinə müraciət edib. Quba RİH-dən Timiryazev bələdiyyəsinə həmin yolun araşdırılıb müəyyən olunması tapşırılıb. Kənd bələdiyyəsi yolun təxminən cavabdehlər Abdulxalid və Fətullahın bağ sahələrinin sərhəddində olduğunu bildirib. Lakin cavabdehlər həmin yolun onların ərazisində olmadığını deyərək, həmin yolu açmaqdan imtina ediblər. Həqiqətən yolun həmin ərazidən keçib-keçməməsini dəqiqləşdirmək üçün bələdiyyə Azərbaycan Respublikası ƏMDK Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə müraciət etmişdir. Bundan sonra həmin məsələnin araşdırılması barədə "xxxx" MMC-nin Xaçmaz LayihəTəhqiqat İdarəsinə tapşırıq verilmişdir. O,qanunvericiliyin tələbinə əsasən "xxxx" MMC-nin Xaçmaz Layihə-Təhqiqat İdarəsinə müəyyən olunmuş pul vəsaitini köçürüb ki, mütəxəssis gələrək gediş-gəliş yolunu yerində texniki vasitələrlə müəyyən etsin. Həmin əraziyə 24 avqust 2021-ci il tarixdə Kadastr və Yerquruluşu Layihə Təhqiqat Mərkəzinin Xaçmaz LayihəTəhqiqat İdarəsinin mütəxəssisi Mübariz Kərimovun, X8 sədri Məhəmməd Eldarovun, özü və yolu zəbt edən Fətulla və Abdulxalidin iştirakı ilə baxış keçirildi və cihazlarla ölçmə işləri aparılaraq, həqiqətən də bələdiyyənin mülkiyyətində olan və vətəndaşların özəl pay torpaq sahələrinə olan gediş-gəliş yolunun Fətulla Seyidbalayev və Abdulxalid Orucov tərəfindən zəbt olunaraq bağ sahəsi saldıqları müəyyən olundu və gediş-gəliş yolu hər iki tərəfindən mıxlar vurulmaqla nişanlanaraq yolun ərazisi bələdiyyənin sədrinə və onlara tanıdıldı. Eyni zamanda Abdulxalid Orucov tərəfindən qızı İddiaçı məxsus torpaq sahəsindən 2 metr enində zəbt olunmuş ərazi də yerində ona tanıdıldı. Bələdiyyə sədri və mütəxəssis tərəfindən həmin gediş-gəliş yoluna düşən ərazinin, eləcə də, qızı Günaya məxsus 2 metr enində ərazinin buraxılması cavabdehlərə bildirilsə də, onlar buna əməl etməkdən imtina etdilər.Yerində baxış zamanı eləcə də, müəyyən olundu ki, həmin yolun əsas yoldan girişdən sol tərəfdə 1-ci və 2-ci kvartalməhəllə üzü aşağı torpaq sahəsi sona kimi Abdulxalid Orucovun, yolun girişdən sağ tərəfdə 1-ci kvartal-məhəllə Fətulla Seyidbalayevin, 2-ci kvartal-məhəllə İddiaçı mülkiyyətində olan torpaq sahələridir. Əsas yoldan bağ sahələrinə gedən yolun giriş hissədən sağ tərəfdən Fətulla Seyidbalayev tərəfindən yolun təxminən 6,5 metr hissəsi zəbt olunaraq tutulmuş və yola aid təxminən 3 metr enində hissədə isə bağ evi quraşdırılmışdır. Sol tərəfdən isə Abdulxalid Orucovun 1,5 hissəsini zəbt edərək tutması, 1-ci kvartal-məhəllənin sonunda Fətulla Seyidbalayevin sərhəd nöqtəsinin yerində olduğu müəyyən edildi, amma 2-ci kvartal-məhəllənin sol tərəf başlanğıc hissədən sona kimi 8 metr enində yolun və qızı İddiaçı məxsus torpaq sahəsinin 2 metr enində hissəsini Abdulxalid Orucov tutaraq zəbt etmiş və orada meyvə ağacları əkmişdir. Dövlət tərəfindən hər il sahibkarlara torpaqdan səmərəli istifadə etmək üçün subsidiya verilir. Son bir neçə ildir ki, cavabdehlər torpaq sahələrinə olan gediş-gəliş yolunu zəbt etdiklərindən, onlar, həmin torpaq sahələrindən lazımı qaydada istifadə edə bilmir və torpaq sahələrindən keyfiyyətli məhsul ala bilmədiyindən ziyan çəkir, gediş-gəliş yolunu tutduqları üçün bağ sahələrinə aqrotexniki qulluq göstərə bilmirlər. Dəfələrlə cavabdehlərə bağ sahəsinə gedən gediş-gəliş yolunu açmalarını bildirsə də, cavabdehlər buna əhəmiyyət verməyərək, gediş-gəliş yolunu qanunsuz zəbt etməklə istifadə etməkdə davam edirlər. Bu səbəbdən də məcbur olub məhkəməyə müraciət etməli olmuşdur.

10. Məhkəmə iclasında Cavabdeh3 nümayəndəsi Nümayəndə4 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, mübahisə predmetinin təşkil edən torpaq sahəsi qardaşınındır. Həmin torpaq sahəsinin 0.51 ha hissəsinə “Torpağı mülkiyyətə verilməsinə dair” şəhadətnamə olmuşdur. Torpaq sahəsinin 0.51 ha hissəsini alğı-satqı əsasında almışlar. Həmin torpaq sahəsində bağ salmışlar. Heç kəsin yerini zəbt etməmişlər. Həmin torpaq sahəsi onlara DƏDRX-nin mütəxəssisləri tərəfindən ölçülüb verilmişdir. 20 ildir ki, həmin torpaq sahəsi onun istifadəsindədir.

11. İş üzrə təyin edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən və Məhkəmə Tikinti-Texniki Ekspertizasının 10/8318 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, İddiaçı məxsus olan Seriya RX № ******* nömrəli, xx.xx.2015-ci il tarixli çıxarışa əsasən, Quba rayonu Timiryazev kəndində yerləşən 0.17 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və Seriya RX № ******* nömrəli, xx.xx.2021-ci il tarixli çıxarışa əsasən, Quba rayonu Timiryazev kəndində yerləşən 0.636333 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi koordinatları daxilində yerləşir. Cavabdeh3, Cavabdeh1 və digərlərinə məxsus olan “Torpağa mülkiyyət hüququna dair” JN-0046, KOD 30304048 saylı dövlət aktına əsasən, Quba rayonu Timiryazev kəndində yerləşən 1.19 ha kənd təsərüfatlı təyinatlı torpaq sahəsi koordinatları daxilində yerləşir. X5, X6 və digərlərinə məxsus olan “Torpağa mülkiyyət hüququna dair” JN-0022, KOD 30304048 saylı dövlət aktına əsasən, Quba rayonu Timiryazev kəndində yerləşən 0.78 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi koordinatları daxilində yerləşir. İddiaçı məxsus olan Seriya RX № ******* nömrəli, xx.xx.2015-ci il tarixli çıxarışa əsasən, Quba rayonu Timiryazev kəndində yerləşən 0.17 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi və Seriya RX № ******* nömrəli, 11,09.2021-ci il tarixli çıxarışa əsasən, Quba rayonu Timiryazev kəndində yerləşən 0.636333 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi koordinatları ilə Cavabdeh3, Cavabdeh1 və digərlərinə məxsus olan “Torpağa mülkiyyət hüququna dair” JN-0046, KOD 30304048 saylı dövlət aktına əsasən, Quba rayonu Timiryazev kəndində yerləşən 1.19 ha kənd təsərüfatlı təyinatlı torpaq sahəsi koordinatları ilə kəsişmir. İddiaçı məxsus olan Seriya RX № ******* nömrəli, xx.xx.2015-ci il tarixli çıxarışa əsasən, Quba rayonu Timiryazev kəndində yerləşən 0.17 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi və Seriya RX № ******* nömrəli, xx.xx.2021-ci il tarixli çıxarışa əsasən, Quba rayonu Timiryazev kəndində yerləşən 0.636333 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi koordinatları ilə X5, X6 və digərlərinə məxsus olan “Torpağa mülkiyyət hüququna dair” JN-0022 KOD 30304048 saylı dövlət aktına əsasən, Quba rayonu Timiryazev kəndində yerləşən 0.78 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi koordinatları ilə kəsişmir. Cavabdeh3, Cavabdeh1 və digərlərinə məxsus olan “Torpağa mülkiyyət hüququna dair” JN0046, KOD 30304048 saylı dövlət aktına əsasən, Quba rayonu Timiryazev kəndində yerləşən 1.19 ha kənd təsərüfatlı təyinatlı torpaq sahəsi və həmin torpaq sahəsinin çəpər qonşuluğunda yerləşən DƏDRX tərəfindən verilmiş **********16 reyestr nömrəli çıxarışa əsasən Cavabdeh3 mülkiyyətinə verilmiş 0.51 ha torpaq sahəsi Cavabdeh3, Cavabdeh1 faktiki istifadəsindədir. Kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə gediş-gəliş üçün nəzərdə tutulmuş ümumi istifadədə olan yolun şimal qərb tərəfinin 0.39 ha hissəsi Cavabdeh3, Cavabdeh1 faktiki istifadə etdikləri torpaq sahəsinin sərhədləri daxilindədir. (gediş-gəliş yolunun 0.39 ha hissəsi cavabdehlər tərəfindən istifadə olunur). X5, X6 və digərlərinə “Torpağa mülkiyyət hüququna dair” JN-0022 KOD 30304048 saylı dövlət aktına əsasən, Quba rayonu Timiryazev kəndində yerləşən 0.78 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi verilmişdir. Lakin, X5 və ailə üzvləri naturada (yerdə) faktiki olaraq 0.83 ha torpaq sahəsindən istifadə edirlər. Kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə gediş-gəliş üçün nəzərdə tutulmuş ümumi istifadədə olan yolun cənub şərq tərəfinin 0.0557 ha hissəsi X5 və ailə üzvləri tərəfindən istifadə olunması müəyyən olunmuşdur.

12. Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(027)-51/2023 nömrəli qətnaməsi ilə (hakim Rahim Həsənov) iddia qismən təmin edilərək, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş Seriya RX № 0734352, ***- ******* qeydiyyat nömrəli, xx.xx.2015-ci il qeydiyyat tarixli və Seriya RX № 0730963, ********** qeydiyyat nömrəsi, xx.xx.2015-ci il qeydiyyat tarixli çıxarışlara əsasən İddiaçı məxsus Quba rayon Timiryazev qəsəbəsində yerləşən 0,17 ha və 0,636333 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə cavabdehlər Cavabdeh3 Abdulxaliq oğlu, X13 tərəfindən kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə gediş-gəliş üçün nəzərdə tutulmuş ümumi istifadədə olan yolun şimal qərb tərəfinin 0.39 ha hissəsi və X5 təfərindən kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə gediş-gəliş üçün nəzərdə tutulmuş ümumi istifadədə olan yolun cənub-şərq tərəfinin 0.0557 ha hissəsi qanunsuz olaraq zəbt olunmuş gedişgəliş yolu açılmalı, Fəti Seyidbalayev tərəfindən yolun bir hissəsində quraşdırılmış bağ evi X3 öz hesabına sökülməli, zəbt olunmuş ərazilərdə əkilmiş meyvə ağacları cavabdehlər Cavabdeh3 Abdulxaliq oğlu, X13 və X3 vəsaiti hesabına təmizlənməli, İddiaçı hüquqi yardımın göstərilməsi üçün ödədiyi 150 manat pul vəsait və 10 manat dövlət rüsumu, eləcə də, "xxxx" MMC-nin hesabına ödədiyi 160 manat pul vəsaiti cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməli, ekspertiza xərci olaraq 50 manat məbləğində pulun Cavabdeh3 Abdulxaliq oğlu, X13 və X1 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.

13. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş üzrə keçirilmiş mütəxəssis rəyi və ekspert rəyləri ilə, iş materialları ilə, iddiaçının mülkiyyətində olan Quba rayonu, Timiryazev kəndində yerləşən bağ sahəsinə gediş-gəliş yolu üzrə cavabdehlər tərəfindən faktiki olaraq istifadə olunması sübuta yetirilmişdir. Həmçinin, İddiaçı 2 metr enində torpaq sahəsinin Cavabdeh3 qanunsuz istifadəsindən geri alınaraq ona qaytarılmasını tələb etsə də, məhkəmə araşdırması zaman Cavabdeh3 tərəfindən iddiaçının mülkiyyətində olan torpaq sahəsinin qanunsuz istifadəsində olması müəyyən edilməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin edilməməlidir.

14. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 152.1, 170.2, 157.4-cü maddələri, Mülki Prosesual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

15. Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh olaraq onun birinci instansiya məhkəməsində gedən məhkəmə prosesindən xəbəri olmamış, birinci instansiya məhkəməsində öz hüquqlarını müdafiə etmək imkanı olmamışdır. Quba rayonu Timiryazev kəndində Quba rayonu Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli 03 saylı qərarı ilə ona 0.78 hektar pay torpaq sahəsi verilmişdir. Həmin vaxtdan torpaq sahəsini ona ayrılıb verildiyi kimi istifadə etməkdədir və heç kimin torpağını, eləcə də ümumi istifadədə olan yolu zəbt etməmişdir. Torpaq sahələri hamıya 240 metr uzunluğunda bir-birinin yanında ölçülərək verilmişdir. Həmin torpaq sahələrinin eni isə ailə tərkibindən asılı olaraq adambaşına düşən hissə hesablanmaqla müxtəlif ölçülərdə verilib. Onun torpaq sahəsinin eni 31.91 metr olmaqla sahəsi 0.78 ha ərazini əhatə edir. Ona qarşı qaldırılmış iddia əsassız hesab edir. Belə ki, qeyd olunan ölçülərdən kənara çıxmayıb, dövlət tərəfindən ona verilmiş koordinantlarda pay torpağından istifadə edir. Pay torpağı 1-ci kvartalda, iddiaçının pay torpağı isə 2-ci kvartalda yerləşir, kvartallar arasında da ana yol gedir. Lakin bu yoldan hamı kimi İddiaçı istifadə etmək istəmir, o deyir ki, o yol ona sərf etmir, onun bağından yol istəyir. Əkdiyi ağacların 15 ildən çox yaşı var, bu ağaclar dünən əkilməyib, əgər iddia olunan yol həqiqətən iddiaçıya aid olsaydı bu məsələni çoxdan qaldırardı. Belə ki, əvvəlcə iş başqa hakimin icraatında olmuşdur. Sonradan iş qətnamə çıxartmış hakimin icraatına verilmiş, həmin hakim də heç bir araşdırma aparmadan, onu cavabdeh kimi dəvət edib mövqeyini öyrənmədən, ümumi istifadədə olan torpaq sahələrinin bələdiyyə ərazisinə aid olmasına görə bələdiyyəni 3-cü şəxs qismində prosesə cəlb edib ətraflı araşdırma aparmadan bələdiyyənin mövqeyini öyrənmədən, qısa müddət içərisində iddiaçının maraqlarına xidmət edən qətnamə qəbul etmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, həmin torpaq onlara JN 0022 KOD 30304048 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında verilmişdir. Torpaq ona, Nümayəndə3, Seyidbabayev Rəşidə, Seyidbabayev Pərvizə, Seyidbabayev Hafizəpaylı mülkiyyət hüququ əsasında verilmişdir. Torpağın onlara verilməsi haqqında Quba Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003cü il tarixli, 3 saylı qərarı qəbul edilmişdir. Adambaşına hər birinə 0.17 ha olmaqla, cəmi 0.85 ha torpaq sahəsi verilmişdir. Onun 0.06 ha onların yaşadığı kənddə həyətyanı torpaq sahəsi tutduğuna görə sənədləşdirilərkən əvəz olaraq alındı, onlara aqrar islahat vaxtı bildirdilər ki, yaşadığı evin ətrafında 6 sot həyətyanı torpaq zəbt olduğundan pay torpağından çıxılaraq həyətyanı torpaq kimi onlara verilir. 0.01 ha isə arx, kanal və s. çəkilişi üçün onlardan alınmışdır. Yerdə qalan 0.78 ha onların pay torpağı kimi dövlət aktına yazılmışdır. Hesab edir ki, hansısa anlaşılmazlıq nəticəsində DƏDRX-in mütəxəsisləri arxiv sənədlərinə baxaraq belə bir rəy veriblər ki, guya 0.0557 ha torpaq sahəsini zəbt etmişdir, reallıqda isə naturada bu hal yoxdur. Bundan əlavə, birinci instansiya məhkəməsi onun pay torpağında bağ evi tikməyini və yolu zəbt etməyini qeyd edir. Həmin evin sökülməsini qət edir. Məhkəmə araşdırma aparsaydı müəyyən edərdi ki, həmin bağ evi deyilən yer əmək alətlərini yığdığı saxlanc yeridir. Həmin saxlanc yerinin özülü belə yoxdur, torpağın üzərində kənarlara dörd turbadan dirək bərkidib, dəmirlə arasını bağlamışlar. Bu da əmək alətlərinin saxlanması, paltar dəyişilməsi üçün nəzərdə tutulub, məhkəmə isə ondan hansısa bağ evinin sökülməsini tələb edir, ancaq reallıqda belə bir bağ evi yoxdur. Məhkəmə ədalətli araşdırma aparsaydı, belə hallarda qanunun tələb etdiyi kimi yerli baxış keçirsəydi onda həqiqəti müəyyən edib ədalətli və düzgün qətnamə qəbul edərdi. Həmin torpaq sahəsinin uzunluğu 240 m-dir. Dövlət torpaq ayırdığı zaman hər birinə gediş-gəliş yolu müəyyən etmişdir. Qarşı tərəfin də öz gedi-gəliş yolu vardır. Lakin qarşı tərəf onlardan başqa digər qonşuyla da intriqa aparmaqla məşğuldur. O, heç bir hüququ olmadan tələb edir ki, öz bağlarından 2 cərgə ağacları çıxardıb, ona yol versinlər. Halbuki, onun öz yolu vardır. Belə olduğu halda, məhkəmənin heç bir araşdırma aparmadan qətnamə qəbul etməsi ədalət mühakiməsinin tələblərinə cavab vermir. Öz yolu olduğu halda, heç bir kompensasiya ödəmədən gediş-gəliş yolu istəməsi qanunsuz və əsassızdır. Birinci instansiya məhkəməsinin maddi və prosessual pozuntularla müşayiət edilən qətnaməsi apellyasiya qaydasında ləğv edilməlidir. Həmçinin bildirir ki, onun 5 təhsilalan 5 nəvəsi vardır. Onlardan biri ali təhsil alır, ildə 2000 manat təhsil haqqı ödəyir. Digər 4 nəvəsi orta təhsil alır, onlardan biri də repetitor yanına hazırlığa gedir. Bütün nəvələrinin təhsil haqqını məhz həmin torpaq hesabına qarşılayır. Başqa heç bir yerdə işləmir. Sadəcə o torpaqda çəkdikləri zəhmət hesabına dolanırlar.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2, onun vəkili və nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edib, təmin edilməsini xahiş etdilər.

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

20. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi Nümayəndə4 apellyasiya şikayətini müdafiə edib, təmin edilməsini xahiş etdi.

21. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh3 və iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş şəxslərə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası:

22. Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.

23. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. (...)

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

24. Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. (...)

25. Maddə 157. Mülkiyyətin müdafiəsi (...) 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. (...) 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

26. Maddə 170. Qonşuluq hüququ 170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. (...)

Azərbaycan Respublikası Torpaq Məcəlləsi:

27. 67.1-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır.

28. 68-ci maddəsinə görə torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

29. 84.1-ci maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.

30. 111.1-ci, 111.2-ci və 111.3-cü maddələrinin tələblərinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt olunmuş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdırr.Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

31. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

32. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)

33. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

34. Maddə 101. Ekspert rəyi 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

35. Maddə 103. Ekspert rəyinin məhkəmə tərəfindən qiymətləndirilməsi 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

36. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

37. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.3. qətnaməni dəyişdirə bilər (...)

38. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

39. Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(027)-51/2023 nömrəli qətnaməsindən Cavabdeh2 apellyasiya şikayəti vermiş, digər cavabdehlər apellyasiya şikayəti verməmişlər.

40. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmışdır. Birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh2 tərəfindən mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı ona münasibətdə yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası məruzəçi-hakimi və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(027)-51/2023 nömrəli qətnaməsi dəyişdirilməlidir.

42. Baxılan mübahisə qanunsuz olaraq zəbt olunmuş gediş-gəliş yolunun açılması, yolun bir hissəsində quraşdırılmış tikilinin sökülməsi, zəbt olunmuş ərazilərdə əkilmiş meyvə ağaclarının təmizlənməsi, torpaq sahəsinin qanunsuz istifadədən geri alınması ilə bağlıdır, belə ki, iddiaçı dəfələrlə edilmiş xəbərdarlıqlara məhəl qoyulmayaraq, qanunsuz sahibliyin davam etdirilməsinə istinad edərək hazırki iddia tələbini irəli sürmüşdür.

43. Birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisə üzrə obyektiv nəticəyə gəlinməsini təmin etmək üçün iş üzrə məhkəmə-mühəndislik və torpaqşünaslıq ekspertizasının keçirilməsini təmin etmişdir.

44. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyi və Məhkəmə Tikinti-Texniki Ekspertizasının 10/8318 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, İddiaçı məxsus olan Seriya RX № ******* nömrəli, xx.xx.2015-ci il tarixli çıxarışa əsasən, Quba rayonu Timiryazev kəndində yerləşən 0.17 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və Seriya RX № ******* nömrəli, xx.xx.2021-ci il tarixli çıxarışa əsasən, Quba rayonu Timiryazev kəndində yerləşən 0.636333 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi koordinatları daxilində yerləşir. Cavabdeh3, Cavabdeh1 və digərlərinə məxsus olan “Torpağa mülkiyyət hüququna dair” JN-0046, KOD 30304048 saylı dövlət aktına əsasən, Quba rayonu Timiryazev kəndində yerləşən 1.19 ha kənd təsərüfatlı təyinatlı torpaq sahəsi koordinatları daxilində yerləşir. X5, X6 və digərlərinə məxsus olan “Torpağa mülkiyyət hüququna dair” JN-0022, KOD 30304048 saylı dövlət aktına əsasən, Quba rayonu Timiryazev kəndində yerləşən 0.78 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi koordinatları daxilində yerləşir. İddiaçı məxsus olan Seriya RX № ******* nömrəli, xx.xx.2015-ci il tarixli çıxarışa əsasən, Quba rayonu Timiryazev kəndində yerləşən 0.17 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi və Seriya RX № ******* nömrəli, 11,09.2021-ci il tarixli çıxarışa əsasən, Quba rayonu Timiryazev kəndində yerləşən 0.636333 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi koordinatları ilə Cavabdeh3, Cavabdeh1 və digərlərinə məxsus olan “Torpağa mülkiyyət hüququna dair” JN-0046, KOD 30304048 saylı dövlət aktına əsasən, Quba rayonu Timiryazev kəndində yerləşən 1.19 ha kənd təsərüfatlı təyinatlı torpaq sahəsi koordinatları ilə kəsişmir. İddiaçı məxsus olan Seriya RX № ******* nömrəli, xx.xx.2015-ci il tarixli çıxarışa əsasən, Quba rayonu Timiryazev kəndində yerləşən 0.17 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi və Seriya RX № ******* nömrəli, xx.xx.2021-ci il tarixli çıxarışa əsasən, Quba rayonu Timiryazev kəndində yerləşən 0.636333 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi koordinatları ilə X5, X6 və digərlərinə məxsus olan “Torpağa mülkiyyət hüququna dair” JN-0022 KOD 30304048 saylı dövlət aktına əsasən, Quba rayonu Timiryazev kəndində yerləşən 0.78 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi koordinatları ilə kəsişmir. Cavabdeh3, Cavabdeh1 və digərlərinə məxsus olan “Torpağa mülkiyyət hüququna dair” JN0046, KOD 30304048 saylı dövlət aktına əsasən, Quba rayonu Timiryazev kəndində yerləşən 1.19 ha kənd təsərüfatlı təyinatlı torpaq sahəsi və həmin torpaq sahəsinin çəpər qonşuluğunda yerləşən DƏDRX tərəfindən verilmiş **********16 reyestr nömrəli çıxarışa əsasən Cavabdeh3 mülkiyyətinə verilmiş 0.51 ha torpaq sahəsi Cavabdeh3, Cavabdeh1 faktiki istifadəsindədir. Kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə gediş-gəliş üçün nəzərdə tutulmuş ümumi istifadədə olan yolun şimal qərb tərəfinin 0.39 ha hissəsi Cavabdeh3, Cavabdeh1 faktiki istifadə etdikləri torpaq sahəsinin sərhədləri daxilindədir. (gediş-gəliş yolunun 0.39 ha hissəsi cavabdehlər tərəfindən istifadə olunur). X5, X6 və digərlərinə “Torpağa mülkiyyət hüququna dair” JN-0022 KOD 30304048 saylı dövlət aktına əsasən, Quba rayonu Timiryazev kəndində yerləşən 0.78 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi verilmişdir. Lakin, X5 və ailə üzvləri naturada (yerdə) faktiki olaraq 0.83 ha torpaq sahəsindən istifadə edirlər. Kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə gediş-gəliş üçün nəzərdə tutulmuş ümumi istifadədə olan yolun cənub şərq tərəfinin 0.0557 ha hissəsi X5 və ailə üzvləri tərəfindən istifadə olunması müəyyən olunmuşdur.

45. Məhkəmə kollegiyasinin iclasında cavabdeh tərəfin təqdim etdiyi Quba rayonu Timiryazev bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 67 nömrəli məktubunda göstərilmişdir ki, X4 Quba AİK-nın xx.xx.2003-cü il tarixli 03 saylı qərarı ilə verilmiş JN-0022 nömrəli Dövlət aktı ilə mülkiyyətində olan 0.78 ha torpaq sahəsi islahat xəritəsində olduğu kimi son elektron uçotu kadastr xəritələrində də koordinatlara əsasən yerində göstərilmiş və istifadə olunur. X4 mıxsus 0.78 ha pay torpağının ətrafında qərb və şərqində gediş-gəliş təsərrüfat yolu var və hal-hazırda da yol kimi təsərrüfatçılar tərəfindən istifadə olunur. X5 və Cavabdeh3 tərəfindən hər hansı bir yolun və ya torpağın zəbt edilməsi halı baş verməmişdir.

46. Həmçinin məhkəməyə təqdim edilmiş Quba rayonu Timiryazev bələdiyyəsinin möhürü ilə təsdiq edilmiş Kadastr və Yerqurluşu Layihə Tədqiqat Mərkəzinin Xaçmaz Layihə-Tədqiqat İdarəsinin mütəxəssisi Mübariz Kərimov, Quba şəhər sakini Nümayəndə1 və Quba rayonu Timiryazev bələdiyyəsinin sədri tərəfindən imzalanaraq təsdiq edilmiş xx.xx.2021-ci il tarixli aktın surətindən görünür ki, vətəndaşların özəl pay torpaqlarına gediş-gəliş üçün nəzərdə tutulan yolun sahəsi naturada ölçülərək bələdiyyə nümayəndəsinə və həmin yoldan istifadə edən vətəndaşlara tanıdıldı. Göstərilən həmin yol ərazisində qonşu istifadəçilər tərəfindən bağ sahəsi salınmışdır.

47. Tərəflər arasında göstərilən mübahisəli məsələlərə obyektiv aydınlıq gətirilməsi üçün Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(105)-1401/2023 nömrəli qərardadı ilə iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.

48. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən və Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-10/4109 saylı, xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, RX seriyalı, ******* nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il qeydiyyat tarixii və RX seriyalı, ******* nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il qeydiyyat tarixli çıxarışlara əsasən İddiaçı məxsus Quba rayon, Timiryazev qəsəbəsində yerləşən 0.17 ha və 0.636333 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin, JN 0022 KOD 30304048 saylı torpağa müikiyyət hüququna dair Dövlət Aktı əsasında Cavabdeh2 Baladadaş oğluna, Seyidbabayevə. Şahsənəm İbad qızına, X9, X7, X10 verilmiş 0.78 ha torpaq sahəsinin sənəd üzrə sərhədləri müəyyən edilmişdir. Mütəxəssis rəyinə əsasən qeyd olunur ki, X5 və ailə üzvləri tərəfindən faktiki olaraq istifadə olunan torpaq sahəsi 0.83 ha təşkil edir. X5 və ailə üzvlərinin faktiki istifadəsində olan torpaq sahəsi JN-0022 KOD 30304048 dövlət aktına əsasən göstərilən torpaq sahəsi qismən uyğunluq təşkil edir. Belə ki, X5 və ailə üzvlərinin faktiki istifadəsində olan torpaq sahəsinin 0.0758 ha hissəsi JN-0022 KOD 30304048 dövlət aktında göstərilən torpaq sahəsinin şimal-qərb istiqamətində kənara çıxma mövcuddur. Həmin kənara çıxan hissədə təsərrüfat tikilisinin 8 kv.m hissəsi və meyvə ağacları mövcuddur. Həmin torpaq sahəsinin kənarında kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə gediş-gəliş üçün nəzərdə tutulmuş ümumi istifadədə olan yol mövcuddur. X5 tərəfindən RX seriyalı, ******* nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il qeydiyyat tarixli və RX seriyalı ******* nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il qeydiyyat tarixli çıxarışlara əsasən İddiaçı məxsus Quba rayon, Timiryazev qəsəbəsində yerləşən 0.17 ha və 0.636333 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə gediş-gəliş üçün nəzərdə tutulmuş ümumi istifadədə olan yollun 0.0555 ha hissəsi istifadə olunur. Kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə gediş-gəliş üçün nəzərdə tutulmuş ümumi istifadədə olan yolda X5 tərəfindən tikilmiş təsərrüfat tikilisinin 8 kv.m hissəsi yerləşir.

49. İş üzrə təkrar ekspertizanın keçirilməsi üçün tərəflər mövcud ekspert rəyinin əsassızlığına dair məhkəməyə mötəbər sübut təqdim etmədiyindən, məhkəmə kollegiyası yuxarıda adı çəkilən ekspert rəyini MPM-in 103-cü maddəsinə əsasən hazırkı iş üzrə mötəbər sübut kimi qəbul edir.

50. Həmin rəylərə əsasən müəyyən edilir ki, cavabdeh X5 və ailə üzvləri tərəfindən faktiki olaraq istifadə olunan torpaq sahəsi 0.0758 ha olduğu halda istifadədə olan torpaq sahəsi faktiki olaraq 0.83 ha təşkil edir. Həmin torpaq sahəsinin şimal-qərb istiqamətində kənara çıxma mövcuddur. Kənara çıxan hissədə təsərrüfat tikilisinin 8 kv.m hissəsi və meyvə ağacları mövcuddur. Torpaq sahəsinin kənarında kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə gediş-gəliş üçün nəzərdə tutulmuş ümumi istifadədə olan yol mövcuddur. İddiaçı məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə gediş-gəliş üçün nəzərdə tutulmuş ümumi istifadədə olan yollun 0.0555 ha hissəsindən istifadə olunur.

51. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdeh X4 qarşı iddia tələbini qismən təmin edərkən düzgün nəticəyə gəlsə də, İddiaçı məxsus Quba rayon Timiryazev qəsəbəsində yerləşən 0,17 ha və 0,636333 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə gediş-gəliş üçün nəzərdə tutulan ümumi istifadədə olan yolun cavabdeh X5 təfərindən tutlmuş hissəsinin 0.0555 ha olmasını, gediş-gəliş üçün nəzərdə tutulmuş ümumi istifadədə olan yolda tikilmiş tikilinin bağ evi deyil təsərrüfat tikilisi olmasını və həmin tikilinin 8 kv.m hissəsinin gediş-gəliş üçün nəzərdə tutulmuş ümumi istifadədə olan yolda yerləşməsini nəzərə almamışdır.

52. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1 və 2-ci bəndlərinə əsasən, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur və onların fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir.

53. Həmin Məcəllənin 48.5-ci maddəsinə əsasən, torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri olan hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində öz hüquqlarını həyata keçirərkən ətraf təbii mühitə, başqa şəxslərin hüquqlarına və mənafelərinə zərər vurmamalıdırlar.

54. Qeyd edilən hüquq normalarına görə mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.

55. Nəzərə almaq lazımdır ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

56. Beləliklə məhkəmə kollegiyası iş üzrə təqdim olunmuş və məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(027)-51/2023 nömrəli qətnaməsi - İddiaçı məxsus Quba rayon Timiryazev qəsəbəsində yerləşən 0,17 ha və 0,636333 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə gediş-gəliş üçün nəzərdə tutulan ümumi istifadədə olan yolun cavabdeh X5 təfərindən açılması və gediş-gəliş üçün nəzərdə tutulmuş ümumi istifadədə olan yolda tikilmiş tikilinin sökülməsi hissəsində dəyişdirilməli, İddiaçı məxsus Quba rayon Timiryazev qəsəbəsində yerləşən 0,17 ha və 0,636333 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə gediş-gəliş üçün nəzərdə tutulan ümumi istifadədə olan yolun cavabdeh X5 tərəfindən tutulmuş cənub-şərq tərəfinin 0.0555 ha hissəsi açılmalı, gediş-gəliş üçün nəzərdə tutulmuş ümumi istifadədə olan yolda tikilmiş təsərrüfat tikilisinin 8 kv.m hissəsi X3 öz hesabına sökülməli, qətnamə cavabdeh X4 aid qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

57. Məhkəmə kollegiyası MPM-in yuxarıda qeyd olunan 119.1-ci maddəsinə əsasən həmçinin hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan - 50 manat cavabdeh X1 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin xx.xx.2023- cü il tarixli, 2(027)-51/2023 nömrəli qətnaməsi - İddiaçı məxsus Quba rayon Timiryazev qəsəbəsində yerləşən 0,17 ha və 0,636333 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə gediş-gəliş üçün nəzərdə tutulan ümumi istifadədə olan yolun cavabdeh X5 təfərindən açılması və gediş-gəliş üçün nəzərdə tutulmuş ümumi istifadədə olan yolda tikilmiş tikilinin sökülməsi hissəsində dəyişdirilsin. İddiaçı məxsus Quba rayon Timiryazev qəsəbəsində yerləşən 0,17 ha və 0,636333 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə gediş-gəliş üçün nəzərdə tutulan ümumi istifadədə olan yolun cavabdeh X5 tərəfindən tutulmuş cənub-şərq tərəfinin 0.0555 ha hissəsi açılsın, gediş-gəliş üçün nəzərdə tutulmuş ümumi istifadədə olan yolda tikilmiş təsərrüfat tikilisinin 8 kv.m hissəsi X3 öz hesabına sökülsün. Qətnamə cavabdeh X4 aid qalan hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat cavabdeh X1 alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar