Məhkəmə qərarları › İş №2(102)-3941/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3941/2024

25.12.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Torpaq mübahi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3941/2024 25.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyətdə olan torpaq sahəsinə yolun açılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsindən çıxarılma və gediş-gəliş yolunun açılması” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-107/2024 nömrəli 30 iyul 2024-cü il tarixli qətnaməsindən Cavabdeh2 kassa siya şikayətinə 25 dekabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. “Torpağa mülkiyyət hüququna dair” JN-0046, KOD 30304048 saylı dövlət aktına əsasən X16 və onun ailə üzvlərinə Quba rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003cü il tarixli, 03 saylı qərarı ilə 1,19 ha torpaq sahəsi mülkiyyətlərinə verilmişdir. 2. “Torpağa mülkiyyət hüququna dair” JN-0022, KOD 30304048 saylı dövlət aktının surətinə əsasən Cavabdeh2 və onun ailə üzvlərinə Quba rayon AİK-nin xx.xx.2003-cü il tarixli, 03 saylı qərarına əsasən 0,78 ha torpaq sahəsi mülkiyyətlərinə verilmişdir.

3. Quba rayonu, X kəndində yerləşən 0.17 ha torpaq sahəsi xx.xx.2015-ci il qeydiyyat tarixli DƏDRX-in RX seriyalı, ******* saylı çıxarışına əsasən İddiaçı (bundan sonra “iddiaçı”) mülkiyyətindədir.

4. Quba rayonu, X kəndində yerləşən 0.636333 ha torpaq sahəsi xx.xx.2015-ci il qeydiyyat tarixli DƏDRX-in RX seriyalı, ******* saylı çıxarışına əsasən. iddiaçının mülkiyyətindədir

5. Quba rayonu, X kəndində yerləşən 0.5104 ha torpaq sahəsi DƏDRX-in xx.xx.2021-ci il qeydiyyat tarixli və ********** qeydiyyat nömrəli, **********16 reyestr nömrəli çıxarışına əsasən Cavabdeh3 nun mülkiyyətindədir.

6. Xaçmaz Layihə-Tədqiqat İdarəsinin mütəxəssisi XX, kənd sakini Nümayəndə1, Quba rayonu, X bələdiyyəsi 24 avqust 2021-ci il tarixli aktına əsasən bələdiyyə mülkiyyətində olan vətəndaşların özəl pay torpaqlarına gediş-gəlişi üçün nəzərdə tutulan yolun sahəsi naturada ölçülərək bələdiyyə nümayəndəsinə və vətəndaşlara tanıdılmış və həmin yol ərazisində qonşu is tifadəçilər tərəfindən bağ sahəsi salındığı müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş Seriya RX № 0734352, ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il qeydiyyat tarixli və Seriya RX № 0730963, ********** qeydiyyat nömrəsi, xx.xx.2015-ci il qeydiyyat tarixli çıxarışlara əsasən iddiaçıya məxsus 0,17 ha və 0,636333 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə cavabdehlər Cavabdeh3, Cavabdeh1 və X4 tərəfindən qanunsuz olaraq zəbt olunmuş gediş-gəliş yolunun açılması, XX tərəfindən yolun bir hissəsində quraşdırılmış bağ evinin onun öz hesabına sökülməsi, zəbt olunmuş ərazilərdə əkilmiş meyvə ağaclarının cavabdehlərin vəsaiti hesabına təmizlənməsi, eləcə də, iddiaçıya məxsus təxminən 2 metr enində torpağın Cavabdeh3 qanunsuz istifadəsindən geri alınaraq iddiaçıya qaytarılması, hüquqi yardımın göstərilməsi üçün ödədiyi 150 manat və 10 manat dövlət rüsumunun, eləcə də, "xxxx" MMC-nin hesabına ödədiyi 160 manat pul vəsaitinin cavabdehlərdən müştərək qaydada alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi belə əsaslandırılmışdır ki, mübahisəli bağ sahələri ilə qonşu və digər ərazilər boş olduğundan, torpaq sahələrinə əvvəllər həmin boş ərazilərdən gedibgəlmişlər. Sonradan həmin boş ərazilərin sahibləri həmin ərazilərdə meyvə bağı salaraq, əraziləri hasara almışlar. İddiaçı öz torpaq sahələrinə olan gediş-gəliş yolunun müəyyən olunması ilə bağlı ərazi üzrə bələdiyyəyə və Quba Rayon İcra Hakimiyyətinə müraciət edilmiş, Quba RİH-dən X bələdiyyəsinə həmin yolun araşdırılıb müəyyən olunması tapşırılmışdır. Kənd bələdiyyəsi yolun təxminən cavabdehlər XX və XXXhın bağ sahələrinin sərhəddində olduğunu bildirmişdir. Lakin cavabdehlər həmin yolun onların ərazisində olmadığını deyərək, həmin yolu açmaqdan imtina etmişlər. İddiaçı həqiqətən yolun həmin ərazidən keçib-keçməməsini dəqiqləşdirmək üçün bələdiyyəyə, Azərbaycan Respublikası ƏMDK Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə müraciət etmişdir. Bundan sonra həmin məsələnin araşdırılması barədə "xxxx" MMC-nin Xaçmaz LayihəTəhqiqat İdarəsinə tapşırıq verilmişdir. İddiaçı qanunvericiliyin tələbinə əsasən "xxxx" MMC-nin Xaçmaz Layihə-Təhqiqat İdarəsinə müəyyən olunmuş pul vəsaitini köçü rmüşdür ki, mütəxəssis gələrək gediş-gəliş yolunu yerində texniki vasitələrlə müəyyən etsin. Həmin əraziyə 24 avqust 2021-ci il tarixdə Kadastr və Yerquruluşu Layihə Təhqiqat Mərkəzinin Xaçmaz Layihə Təhqiqat İdarəsinin mütəxəssisi XX, X7 sədri Məhəmməd Eldarovun, iddiaçının özü və yolu zəbt edən XXX və XXun iştirakı ilə baxış keçirərək, cihazlarla ölçmə işləri aparılmışdır. Baxış zamanı həqiqətən də bələdiyyənin mülkiyyətində olan və vətəndaşların özəl pay torpaq sahələrinə olan gediş-gəliş yolunun cavabdehlər XXX və XX tərəfindən zəbt olunaraq onların bağ sahəsi saldıqları müəyyən olunmuş və gediş-gəliş yolu hər iki tərəfindən mıxlar vurulmaqla nişanlanaraq yolun ərazisi bələdiyyənin sədrinə və onlara tanıdılmışdır.

9. Eyni zamanda XX tərəfindən iddiaçıya məxsus torpaq sahəsindən 2 metr enində zəbt olunmuş ərazi də yerində iddiaçıya tanıdılmışdır. Bələdiyyə sədri və mütəxəssis tərəfindən həmin gediş-gəliş yoluna düşən ərazinin, eləcə də, iddiaçıya məxsus 2 metr enində ərazinin boşaldılması cavabdehlərə bildirilsə də, onlar buna əməl etməkdən imtina etmişlər. Yerində baxış zamanı eləcə də, müəyyən olunmuşdur ki, həmin yolun əsas yoldan girişdən sol tərəfdə 1-ci və 2-ci kvartal-məhəllə üzü aşağı torpaq sahəsi sona kimi XXun, yolun girişdən sağ tərəfdə 1-ci kvartal-məhəllə XXXin, 2-ci kvartal-məhəllə iddiaçının mülkiyyətində olan torpaq sahələridir. Əsas yoldan bağ sahələrinə gedən yolun giriş hissədən sağ tərəfdən XXX tərəfindən yolun təxminən 6,5 metr hissəsi zəbt olunaraq tutulmuş və yola aid təxminən 3 metr enində hissədə isə bağ evi quraşdırılmışdır. Sol tərəfdən isə XX un 1,5 hissəsini zəbt edərək tutması, 1-ci kvartal-məhəllənin sonunda XXXin sərhəd nöqtəsinin yerində olduğu müəyyən edilmiş, amma 2-ci kvartal-məhəllənin sol tərəf başlanğıc hissədən sona kimi 8 metr enində yolun və iddiaçya məxsus torpaq sahəsinin 2 metr enində hissəsini XX tutaraq zəbt etmiş və orada meyvə ağacları əkmişdir.

10. Dövlət tərəfindən hər il sahibkarlara torpaqdan səmərəli istifadə etmək üçün subsidiya verilir. Son bir neçə ildir ki, cavabdehlər torpaq sahələrinə olan gediş-gəliş yolunu zəbt etdiklərindən, iddiaçı həmin torpaq sahələrindən lazımı qaydada istifadə edə, torpaq sahələrindən keyfiyyətli məhsul ala bilmir. Bu səbəbdən iddiaçı ziyan çəkir, cavabdehlər gediş-gəliş yolunu tutduqları üçün iddiaçı bağ sahələrinə aqrotexniki qulluq göstərə bilmir. Dəfələrlə cavabdehlər ə bağ sahəsinə gedən gediş-gəliş yolunu açmalarını bildirsə də, cavabdehlər buna əhəmiyyət verməyərək, gediş-gəliş yolunu qanunsuz zəbt edib istifadə etməkdə davam edirlər. Bu səbəbdən də iddiaçı məcbur olub məhkəməyə müraciət etməli olmuşdur.

11. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 152, 157.2 və 157.4-cü maddələrinə istinad etmişdir.

12. Birinci instansiya məhkəməsində cavabdeh XX iddaya etirazında göstərib ki, Quba rayonu, X kəndində 0,78 ha torpaq sahəsi “Torpağa mülkiyyət hüququna dair” JN0022, KOD 30304048 saylı dövlət aktına əsasən onlara məxsusdur, həmin torpaqdan da istifadə edirlər. Heç bir yolu tutmayıblar. Əksinə, istifadələrində olan torpaq sahəsinin axırında sənədlə 31 metr olduğu halda, faktiki 30 metrdir.

13. Birinci instansiya məhkəməsində Cavabdeh1 iddiaya etiraz edərək bildirmişdir ki, “Torpağa mülkiyyət hüququna dair” JN-0046, KOD 30304048 saylı dövlət aktına əsasən 1,19 ha torpaq sahəsi ona və ailə üzvlərinə məxsusdur.Gediş-gəliş yolunu tutmayıb, iddiaçının torpaq sahəsini zəbt etməmişdir.

14. Birinci instansiya məhkəməsində Cavabdeh3 nümayəndəsi Nümayəndə4 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, mübahisə predmetini təşkil edən torpaq sahəsi qardaşınındır. Həmin torpaq sahəsinin 0.51 ha hissəsinə “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə vardır. Torpaq sahəsinin 0.51 ha hissəsini alğı-satqı əsasında almış, həmin torpaq sahəsində bağ salmışlar. Heç kəsin yerini zəbt etməmişlər. Həmin torpaq sahəsi onlara DƏDRX-nin mütəxəssisləri tərəfindən ölçülüb verilmişdir. 20 ildir ki, həmin torpaq sahəsi onun istifadəsindədir.

15. Bi rinci instansiya məhkəməsi iş üzrə ekspertiza təyin etmişdir.

16. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli mütəxəssis və Məhkəmə Ekspertizasının 10/8318 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən iddiaçıya məxsus olan 0.17 ha və 0.636333 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi koordinatları daxilində yerləşir. Cavabdeh3, Cavabdeh1 və digərlərinə məxsus olan 1.19 ha kənd təsərüfatlı təyinatlı torpaq sahəsi koordinatları daxilindədir. X4, X5 və digərlərinə məxsus olan 0.78 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi koordinatları daxilində yerləşir. İddiaçıya məxsus olan 0.17 ha və 0.636333 ha kənd təsərr üfatlı təyinatlı torpaq sahəsi koordinatları ilə Cavabdeh3, Cavabdeh1 və digərlərinə məxsus olan 1.19 ha kənd təsərüfatlı təyinatlı torpaq sahəsi koordinatları ilə kəsişmir, iddiaçıya məxsus 0.17 ha və 0.636333 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahələrinin koordinatları ilə X4, X5 və digərlərinə məxsus olan 0.78 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin koordinatları ilə kəsişmir. Cavabdeh3, Cavabdeh1 və digərlərinə məxsus olan 1.19 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi və həmin torpaq sahəsinin çəpər qonşuluğunda yerləşən Cavabdeh3 mülkiyyətinə verilmiş 0.51 ha torpaq sahəsi Cavabdeh3, Cavabdeh1 faktiki istifadəsindədir. Kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə gediş-gəliş üçün nəzərdə tutulmuş ümumi istifadədə olan yolun şimal qərb tərəfinin 0.39 ha hissəsi Cavabdeh3, Cavabdeh1 faktiki istifadə etdikləri torpaq sahəsinin sərhədləri daxilindədir. (gediş-gəliş yolunun 0.39 ha hissəsi cavabdehlər tərəfindən istifadə olunur). Kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə gediş-gəliş üçün nəzərdə tutulmuş ümumi istifadədə olan yolun cənub şərq tərəfinin 0.0557 ha hissəsi X4 və ailə üzvləri tərəfindən istifadə olunur.

17. Quba Rayon Məhkəməsinin 7 aprel 2023-cü il tarixli, 2(027)-51/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçıya məxsus 0,17 ha və 0,636333 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə cavabdehlər Cavabdeh3, X11 tərəfindən kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə gediş-gəliş üçün nəzərdə tutulmuş ümumi istifadədə olan yolun şimal qərb tərəfinin 0.39 ha hissəsi və X4 təfərindən kənd təsərrüfatı təyinatlı torpaq sahələri nə gediş-gəliş üçün nəzərdə tutulmuş ümumi istifadədə olan yolun cənubşərq tərəfinin 0.0557 ha hissəsi qanunsuz olaraq zəbt olunmuş gediş-gəliş yolu açılması, XX tərəfindən yolun bir hissəsində quraşdırılmış bağ evinin X2 öz hesabına sökülməsi, zəbt olunmuş ərazilərdə əkilmiş meyvə ağaclarının cavabdehlər Cavabdeh3, X11 və X2 vəsaiti hesabına təmizlənməsi, iddiaçının hüquqi yardımın göstərilməsi üçün ödədiyi 150 manat və 10 manat dövlət rüsumu, eləcə də, "xxxx" MMC-nin hesabına ödədiyi 160 manat pul vəsaitinin cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməsi, ekspertiza xərci olaraq 50 manat məbləğində pulun Cavabdeh3, X11 və X1 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. (hakim Rahim Həsənov)

18. Birinci instansiya məhkəməsi işdə olan sübutla ra, o cümlədən ekspertiza rəyinə əsasən hesab etmişdir ki, iddiaçıya məxsus 0,17 ha və 0,636333 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə cavabdehlər Cavabdeh3, X11 tərəfindən kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə gediş-gəliş üçün nəzərdə tutulmuş ümumi istifadədə olan yolun şimal qərb tərəfinin 0.39 ha hissəsi və X4 tərəfindən kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə gediş-gəliş üçün nəzərdə tutulmuş ümumi istifadədə olan yolun cənub-şərq tərəfinin 0.0557 ha hissəsi qanunsuz olaraq zəbt olunmuş gediş-gəliş yolu açılmalı, XX tərəfindən yolun bir hissəsində quraşdırılmış bağ evi X2 öz hesabına sökülməli, zəbt olunmuş ərazilərdə əkilmiş meyvə ağacları cavabdehlər Cavabdeh3, X11 və X2 vəsaiti hesabına təmizlənməlidir.

19. Birinci instansiya məhkəməsi iddia tələbini 2 metr e nində torpaq sahəsinin Cavabdeh3 qanunsuz istifadəsindən geri alınması abrədə hissəsinə münasibətdə göstərmişdir ki, məhkəmə araşdırması zaman Cavabdeh3 tərəfindən iddiaçının mülkiyyətində olan torpaq sahəsinin qanunsuz istifadəsində olması müəyyən edilmədiyi üçün iddia həmin hissədə təmin edilməməlidir.

20. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 152.1, 157.4, 170.2-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

21. Cavabdeh2 apellyasiya şikayətləri verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə bir sıra maddi və prosessual hüquq normaları poz ulmaqla və düzgün tətbiq olunmamaqla çıxarıldığından qanunsuz olmuşdur. Belə ki, cavabdeh olaraq onun birinci instansiya məhkəməsində gedən məhkəmə prosesindən xəbəri olmamış, birinci instansiya məhkəməsində öz hüquqlarını müdafiə etmək imkanı olmamışdır. Quba rayonu, X kəndində Quba rayonu Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli 03 saylı qərarı ilə ona ayrılıb verildiyi torpaq sahəsini istifadə etməkdədir və heç kimin torpağını, eləcə də ümumi istifadədə olan yolu zəbt etməmişdir. Torpaq sahələri hamıya 240 metr uzunluğunda bir-birinin yanında ölçülərək verilmişdir. Həmin torpaq sahələrinin eni isə ailə tərkibindən asılı olaraq adambaşına düşən hissə hesablanmaqla müxtəlif ölçülərdə verilmişdir. Onun torpaq sahəsinin eni 31.91 metr olmaqla sahəsi 0.78 ha ərazini əhatə edir. Ona qarşı qaldırılmış iddia əsassızdır. Qeyd olunan ölçülərdən kənara çıxmamış, dövlət tərəfindən ona verilmiş koordinantlarda pay torpağından istifadə edir. Pay torpağı 1-ci kvartalda, iddiaçının pay torpağı isə 2-ci kvartalda yerləşir, kvartallar arasından da ana yol gedir. Lakin bu yoldan hamı kimi iddiaçı istifadə etmək istəmir, iddiaçı deyir ki, həmin yol ona sərf etmir, buna görə də onun bağından yol istəyir. Əkdiyi ağacların 15 ildən çox yaşı var, iddia olunan yol həqiqətən iddiaçıya aid olsaydı, bu məsələni çoxdan qaldırardı. Hazırki iş əvvəlcə başqa hakimin icraatında olmuşdur. Sonradan iş qətnamə çıxartmış digər hakimin icraatına verilmiş, həmin hakim də heç bir araşdırma aparmadan, onu cavabdeh kimi dəvət edib mövqeyini öyrənmədən, ümumi istifadədə olan torpaq sahələrinin bələdi yyə ərazisinə aid olmasına görə bələdiyyəni 3-cü şəxs qismində prosesə cəlb edib ətraflı araşdırma aparmadan bələdiyyənin mövqeyini öyrənmədən, qısa müddət içərisində iddiaçının maraqlarına xidmət edən qətnamə qəbul etmişdir. Bundan əlavə, həmin torpaq onlara JN 0022 KOD 30304048 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında verilmişdir. Torpaq ona, Nümayəndə3, XXXXə, XXXXə və XXXXə paylı mülkiyyət hüququ əsasında verilmişdir. Torpağın onlara verilməsi haqqında Quba Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli, 3 saylı qərarı qəbul edilmişdir. Adambaşına hər birinə 0.17 ha olmaqla, cəmi 0.85 ha torpaq sahəsi verilmişdir. Onun 0.06 ha hissəsi onların yaşadığı kənddə həyətyanı torpaq sahəsi tutulduğuna görə sənədləşdirilərkən əvəz olaraq alınmış, onlara aqrar isla hat vaxtı bildirmişdilər ki, yaşadığı evin ətrafında 6 sot həyətyanı torpaq zəbt olduğundan pay torpağından çıxılaraq həyətyanı torpaq kimi onlara verilir. 0.01 ha isə arx, kanal və s. çəkilişi üçün onlardan alınmışdır. Yerdə qalan 0.78 ha onların pay torpağı kimi dövlət aktına yazılmışdır. Hansısa anlaşılmazlıq nəticəsində DƏDRX-in mütəxəsisləri arxiv sənədlərinə baxaraq belə bir rəy veriblər ki, guya 0.0557 ha torpaq sahəsini zəbt etmişdir, reallıqda isə naturada bu hal yoxdur. Həmçinin birinci instansiya məhkəməsi onun pay torpağında bağ evi tikməyini və yolu zəbt etməyini qeyd edərək, həmin evin sökülməsini qət etmişdir. Məhkəmə araşdırma aparsaydı müəyyən edərdi ki, həmin bağ evi deyilən yer əmək alətlərini yığıldığı saxlanc yeridir. Həmin saxlanc yerinin özülü belə yoxdur, torpağın ü zərində kənarlara dörd ədəd borudan dirək bərkidib, dəmirlə arasını bağlamışlar. Bu da əmək alətlərinin saxlanması, paltar dəyişilməsi üçün nəzərdə tutulub, məhkəmə isə ondan hansısa bağ evinin sökülməsini tələb etmişdir. Ancaq reallıqda belə bir bağ evi mövcud olmamışdır. Dövlət torpaq ayırdığı zaman hər birinə gediş-gəliş yolu müəyyən etmiş. Qarşı tərəfin də öz gediş-gəliş yolu vardır. Lakin qarşı tərəf onlardan başqa digər qonşuyla da ədavət aparmaqla məşğuldur. İddiaçı heç bir hüququ olmadan tələb etmişdir ki, öz bağlarından 2 cərgə ağacları çıxardıb, ona yol versin. Halbuki, iddiaçının öz yolu vardır.

23. Apellyasiya baxışında X12, X10 və X13 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər kimi işə cəlb edilmişlər.

24. Apellyasiya baxışında cavabdehin təqdim e tdiyi Quba rayonu X bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 67 nömrəli məktubuna əsasən X3 Quba AİK-nın xx.xx.2003-cü il tarixli 03 saylı qərarı ilə verilmiş JN-0022 nömrəli Dövlət aktı ilə mülkiyyətində olan 0.78 ha torpaq sahəsi islahat xəritəsində olduğu kimi son elektron uçotu kadastr xəritələrində də koordinatlara əsasən yerində göstərilmiş və istifadə olunur. X3 mıxsus 0.78 ha pay torpağının ətrafında qərb və şərqində gediş-gəliş təsərrüfat yolu var və hal-hazırda da yol kimi təsərrüfatçılar tərəfindən istifadə olunur. X4 və Cavabdeh3 tərəfindən hər hansı bir yolun və ya torpağın zəbt edilməsi halı baş verməmişdir.

25. Apellyasiya baxışında məhkəməyə təqdim edilmiş Quba rayonu X bələdiyyəsinin möhürü ilə təsdiq edilmiş Kadastr və Yerqurluşu Layihə Tədqiqat Mərkəzinin Xaçmaz Layihə- Tədqiqat İdarəsinin mütəxəssisi Mübariz Kərimov, Quba şəhər sakini Nümayəndə1 və Quba rayonu X bələdiyyəsinin sədri tərəfindən imzalanaraq təsdiq edilmiş xx.xx.2021-ci il tarixli aktın surətinə əsasən vətəndaşların özəl pay torpaqlarına gediş-gəliş üçün nəzərdə tutulan yolun sahəsi naturada ölçülərək bələdiyyə nümayəndəsinə və həmin yoldan istifadə edən vətəndaşlara tanıdıldı. Göstərilən həmin yol ərazisində qonşu istifadəçilər tərəfindən bağ sahəsi salınmışdır.

26. Cavabdeh2 iş üzrə ekprtiza təyin edilməsi barədə vəsatət vermiş, ekspertin qarşısında qoyulacaq sualların dairəsini təklif etmişdir.

27. Apellyasiya instansiyası məhkəməsi iş üzrə təkrar ekspertiza təyin etmiş, ekspert qarşısında Cavabdeh2 tərəfindən təklif edilən suallar da qoymuşdur.

28. Azərbaycan Respublikasının İqtisadiyya t Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli mütəxəssis və Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-10/4109 saylı, xx.xx.2024-cü il tarixli ekspert rəyinə əsasən RX seriyalı, ******* nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il qeydiyyat tarixli və RX seriyalı, ******* nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il qeydiyyat tarixli çıxarışlara əsasən İddiaçı məxsus Quba rayon, X qəsəbəsində yerləşən 0.17 ha və 0.636333 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin, JN 0022 KOD 30304048 saylı torpağa müikiyyət hüququna dair Dövlət Aktı əsasında Cavabdeh2 na, X. na, X8, X6, X9 verilmiş 0.78 ha torpaq sahəsinin sənəd üzrə sərhədləri müəyyən edilmişdir. X4 və ailə üzvləri tərəfindən faktiki olaraq istifadə olunan torpaq sahəsi 0.83 ha təşkil edir. X4 və ailə üzvlərinin faktiki istifadəsində olan torpaq sahəsi JN-0022 KOD 30304048 dövlət aktına əsasən göstərilən torpaq sahəsi qismən uyğunluq təşkil edir. Belə ki, X4 və ailə üzvlərinin faktiki istifadəsində olan torpaq sahəsinin 0.0758 ha hissəsi JN-0022 KOD 30304048 dövlət aktında göstərilən torpaq sahəsinin şimal-qərb istiqamətində kənara çıxma mövcuddur. Həmin kənara çıxan hissədə təsərrüfat tikilisinin 8 kv.m hissəsi və meyvə ağacları mövcuddur. Həmin torpaq sahəsinin kənarında kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə gediş-gəliş üçün nəzərdə tutulmuş ümumi istifadədə olan yol mövcuddur. X4 tərəfindən RX seriyalı, ******* nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2015 -ci il qeydiyyat tarixli və RX seriyalı ******* nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il qeydiyyat tarixli çıxarışlara əsasən İddiaçı məxsus Quba rayon, X qəsəbəsində yerləşən 0.17 ha və 0.636333 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə gediş-gəliş üçün nəzərdə tutulmuş ümumi istifadədə olan yolun 0.0555 ha hissəsi istifadə olunur. Kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə gediş-gəliş üçün nəzərdə tutulmuş ümumi istifadədə olan yolda X4 tərəfindən tikilmiş təsərrüfat tikilisinin 8 kv.m hissəsi yerləşir.

29. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 iyul 2024-cü il tarixli, 2(105)-107/2024 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, Quba Rayon Məhkəməsinin xx.xx.2023- cü il tarixli, 2(027)-51/2023 nömrəli qətnaməsi ilə iddiaçıya məxs us 0,17 ha və 0,636333 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə gediş-gəliş üçün nəzərdə tutulan ümumi istifadədə olan yolun cavabdeh X4 tərəfindən açılması və gediş-gəliş üçün nəzərdə tutulmuş ümumi istifadədə olan yolda tikilmiş tikilinin sökülməsi hissəsində dəyişdirilərək, iddiaçıya məxsus 0,17 ha və 0,636333 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə gediş-gəliş üçün nəzərdə tutulan ümumi istifadədə olan yolun cavabdeh X4 tərəfindən tutulmuş cənub-şərq tərəfinin 0.0555 ha hissəsi açılması, gediş-gəliş üçün nəzərdə tutulmuş ümumi istifadədə olan yolda tikilmiş təsərrüfat tikilisinin 8 kv.m hissəsinin cavabdeh X2 öz hesabına sökülməsi. Qətnamədə cavabdeh X3 aid qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. (hakimlər Fuad Məmmədov (sədrlik edən və məruzəçi), Lalə Rəhimli, İlqar Dəmirov)

30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini Cavabdeh2 tərəfindən mübahisələndirilən hissədə yoxlayaraq, ekspert rəyinə əsasən müəyyən etmişdir ki, cavabdeh X4 və ailə üzvləri tərəfindən faktiki olaraq istifadə olunan torpaq sahəsi 0.0758 ha olduğu halda, istifadədə olan torpaq sahəsi faktiki olaraq 0.83 ha təşkil edir və həmin torpaq sahəsinin şimal-qərb istiqamətində kənara çıxma mövcuddur. Kənara çıxan hissədə təsərrüfat tikilisinin 8 kv.m hissəsi və meyvə ağacları mövcuddur. Torpaq sahəsinin kənarında kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə gedişgəliş üçün nəzərdə tutulmuş ümumi istifadədə olan yol vardır. İddiaçıya məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə gediş-gəliş üçün nəzərdə tutulmuş ümumi istifadədə olan yollun 0.0555 ha hissəsindən istifadə olunur.

31. Apellyasiya instansiyası məhkəməsi iş üzrə təkrar ekspertizanın keçirilməsi üçün tərəflərin mövcud ekspert rəyinin əsassızlığına dair məhkəməyə mötəbər sübut təqdim etməməsini əsas götürüb, ekspert rəyini MPM-in 103-cü maddəsinə əsasən hazırkı iş üzrə mötəbər sübut kimi qəbul etmişdir.

32. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi cavabdeh X3 qarşı iddia tələbini qismən təmin edərkən düzgün nəticəyə gəlsə də, iddiaçıya məxsus 0,17 ha və 0,636333 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə gediş-gəliş üçün nəzərdə tutulan ümumi istifadədə olan yolun cavabdeh X4 təfərindən tutlmuş hissəsinin 0.0555 ha olmasını, gediş-gəliş üçün nəzərdə tutulmuş ümumi istifadədə olan yolda tikilmiş tikilinin b ağ evi deyil təsərrüfat tikilisi olmasını və həmin tikilinin 8 kv.m hissəsinin gediş-gəliş üçün nəzərdə tutulmuş ümumi istifadədə olan yolda yerləşməsini nəzərə almamışdır.

33. Apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, iddiaçıya məxsus 0,17 ha və 0,636333 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə gediş-gəliş üçün nəzərdə tutulan ümumi istifadədə olan yolun cavabdeh X4 tərəfindən tutulmuş cənub-şərq tərəfinin 0.0555 ha hissəsi açılmalı, gediş-gəliş üçün nəzərdə tutulmuş ümumi istifadədə olan yolda tikilmiş təsərrüfat tikilisinin 8 kv.m hissəsi X2 öz hesabına sökülməli, qətnamə cavabdeh X3 aid qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

34. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 152, 152.1, 157.4, 170-ci, Torpaq Məcəlləsinin 67 (1), 68, 84 (1), 111-ci, Mülki Prosessual Məcəllənin 14.1 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

35. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, qətnamənin ləğv, iddia tələbinin rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

36. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, iddiaçı bağ sahəsi salarkən mübahisəli torpaq sahəsində heç bir yol olmamış, aqrar islahat zamanı yanlışlığa yol verilməmişdir. Belə ki, iddiaçının başqa tərəfdən, özü də iki fərqli istiqamətdə yolu vardır. O və qonşuları eyni qayda ilə həmin yoldan istifadə edirlər. Lakin iddiaçı digər cavabdehlərlə ədavət apardığı üçün meyvə bağının içindən yol istəyir. Yol yo x idisə, iddiaçı bu vaxta kimi hansı yoldan istifadə edirdi? Təbii ki, qonşuların hamısını istifadə etdiyi yoldan. İddiaçının düşüncəsinə əsasən bütün qonşular, torpaq mülkiyyətçilərinə qarşı iddia verməlidirlər ki, yol versinlər. Bu isə absurd olmaqla bərabər iddiaçının hüquqdan sui-istifadə etməsidir. Uzun illər əziyyət çəkib əkib, böyütdüyü ağacların çıxarılması cavabdehin hüquqlarının kobud surətdə pozulmasıdır. Məhkəmə bu faktları araşdırmamış, bunlara qiymət verməmişdir. Yol olmağını bilsəydi, cavabdeh ağacları əkməzdi. Həmçinin mübahisəli torpaq sahəsində heç vaxt yol olmamış, cavabdeh ağacları əkən və baxan zaman heç kim ona heç bir söz deməmişdir. Hazırda cavabdehin uzun illər əziyyət və xərc çəkərək yetişdirdiyi ağacların kəsilməsinə səbəb olacaqdır ki, bununla o, ziyana düşəcək. Cavabdeh iddiaçıya aid torpaq sahəsini zəbt etməmişdir, onun və digər cavabdehin faktiki olaraq istifadə etdiyi torpaq sahəsi mülkiyyət sənədlərinə uyğundur. Bu gün iddiaçının tələbinə əsasən ona yol verilsə, cavabdehə məxsus torpaq sahəsi azalmış olacaq, bu da mülkiyyət hüququnun pozuntusu sayılacaqdır. İş üzrə təkrar ekspertiza keçirilməmiş, ekspert torpaq sahəsinə baxmayaraq, faktiki olaraq yerində bütün bu halları araşdırmayaraq rəy vermişdir. Həmçinin torpaq sahəsi verilərkən orada yollar olmamış, torpaq sahələri Aqrar İslahat Komissiyasının qərarına əsasən paylanılmışdır. İddiaçı bu gün cavabdehə məxsus torpaq sahəsindən yol istəyirsə, torpaq sahələri paylanılan zaman Aqrar İslahatın qərarında bu barədə heç bir qeyd olmadığı məhkəmə tərəfindən nəzərə alınmamış, həmçinin Aqrar İslah atın qərarı ilə bağlı torpaq sahələrinin paylanılmasına görə hazırkı varis olan Quba rayon İcra Hakimiyyəti işə cəlb edilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

37. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə 67 (1). Torpaq torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyes trində aparılır. Maddə

68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Maddə 84 (1). Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Maddə

111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt olunmuş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) t orpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apell yasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

38. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

39. Kassasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mü bahisələndirdiyi üçün məhkəmə kollegiyası qətnaməni tam yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh2 apellyasiya şikayəti üzrə iddianın ona qarşı təmin edilən hissəsində yoxlanılıb və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi də həmin hissə üzrə olub. Bu baxımdan, qətnamənin tam yoxlanılması dedikdə, apellyasiya baxışının predmti olan həmin hissə başa düşülməlidir.

40. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

42. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə düzgün nəticəyə gəlib, apellyasiya şikayətinin dəlillərinə tam qiymət verib.

43. İddia tələbi mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı olaraq neqator tələbidir.

44. Mülki Məcəllənin 157.4-cü maddəsinə görə mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etd irildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

45. Neqator iddia mülkiyyətin müdafiəsi ilə bağlı iddia növlərindən biridir. Belə bir iddia əşya götürülmədən mülkiyyətçiyə həmin əşyadan istifadə etməyə yaradılan manelərin aradan qaldırılması məqsədi daşıyır.

46. İşdən görünür ki, birinci instansiya məhkəməsi iddiaçının mülkiyyətində olan torpaq sahələrinə gediş-gəliş yolunun 0,0557 ha hissəsinin Cavabdeh2 tərəfindən tutulmasını və Cavabdeh2 tərəfindən yolun bir hissəsində bağ evinin quraşdırılmasını müəyyən edərək, iddianı həmin hissədə təmin etmişdir.

47. Cavabdeh2 apellyasiya şikayəti üzrə isə apellyasiya instansiyası məhkəməsi təkrar ekspert rəyinə əsasən iddianı həmin rəyə uyğun olaraq yuxarıda göstərilən qaydada qismən təmin etmişdir.

48. İş in ekspert rəyinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən hallarına görə Cavabdeh2 və ailə üzvləri tərəfindən faktiki olaraq istifadə olunan torpaq sahəsi 0.0758 ha olduğu halda, istifadədə olan torpaq sahəsi faktiki olaraq 0.83 ha təşkil edir və həmin torpaq sahəsinin şimal-qərb istiqamətində kənara çıxma mövcuddur. Kənara çıxan hissədə təsərrüfat tikilisinin 8 kv.m hissəsi və meyvə ağacları vardır. Torpaq sahəsinin kənarında kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə gediş-gəliş üçün nəzərdə tutulmuş ümumi istifadədə olan yol vardır. İddiaçıya məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə gediş-gəliş üçün nəzərdə tutulmuş ümumi istifadədə olan yollun 0.0555 ha hissəsindən istifadə olunur.

49. Bu baxımdan, apellyasiya instansiyası işin müəyyən edilmiş h alına uyğun olaraq mübahisəyə digər hüquq normaları ilə yanaşı, Mülki Məcəllənin 157.4-cü maddəsini düzgün tətbiq etmişdir.

50. Həmçinin apellyasiya instansiyası məhkəməsi sübutları, o cümlədən ekspert rəyini Mülki Prosessual Məcəllənin 88 və 103.1-ci maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir.

51. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlilini – apellyasiya məhkəməsinin iş üzrə təkrar ekspertiza təyin etməli olduğu halda bunu etməməsi – əsassız sayır.

52. Belə ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə təkrar ekspertiza təyin etmiş və həmin rəyə əsasən də zəbt edilmiş edilmiş torpaq sahəsinin (gediş-gəliş yolunun) daha az olmasını, təsərrüfat tikilisinin gediş-gəliş yolunun 8 kv.m hissəsinə düşdüyünü müəyyən edərək, cavabdehin apellyasiya şikayətini qismən təmin etmişdir.

53. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə yenidən təkrar ekspertiza təyin etməli olduğu halda bunu etməməsi barədə kassasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası əlavə olaraq onu da qeyd edir ki, Mülki Prosessual Məcəllənin 102.1-ci maddəsinə görə ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Həmin Məcəllənin 102.2-ci maddəsinə görə isə məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər.

54. Göründüyü kimi, qanunvericilik əlavə və ya təkrar ekspertiza keçi rilməsinin şərtlətini müəyyən etmişdir.

55. Məhkəmə kollegiyası izah edir ki, mübahisə tərəfinin ekspert rəyi ilə razı olmaması özü-özlüyündə əlavə və təkrar ekspertiza keçirilməsi üçün əsas sayıla bilməz. Bütün hallarda mübahisə tərəfi ekspert rəyi ilə razı olmamasını əsaslandırmalı və bunun üçün Mülki Prosessual Məcəllənin 102-ci maddəsində nəzərdə tutulan şərtlər mövcud olmalıdır.

56. İşdən də görünür ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə təkrar ekspertizanın keçirilməsi üçün tərəflərin mövcud ekspert rəyinin əsassızlığına dair məhkəməyə mötəbər sübut təqdim etməməsini əsas götürüb, ekspert rəyini MPM-in 103cü maddəsinə əsasən hazırkı iş üzrə mötəbər sübut kimi qəbul etmişdir.

57. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunm amalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

58. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-107/2024 nömrəli, 30 iyul 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar