Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1079/2022 31.05.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Tağızadə Gülnarə Fikrət qızı və Quliyev Telman Osman oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh, onun nümayəndə və vəkili Vəkil3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulmuş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 2(027)-87/2022 nömrəli, 03 fevral 2022-ci il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Rayon Məhkəməsinin 2(027)-87/2022 nömrəli, 03 fevral 2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh maddi ziyana görə 4713 (dörd min yeddi yüz on üç) manat və mənəvi ziyana görə 10000 (on min) manat alınaraq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə ekspertiza xərcini təşkil edən 80 manat ekspertiza xərcinin Cavabdeh tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, AZ34CTRE********************, X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41 NABZ013601**********3944 SFİFT BİK CTREAZ 22, büdcə təsnifatının kodu:142595 hesabına ödənilməsi qət edilmişdir (hakim Vüqar Seyidov). Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək Quba Rayon Məhkəməsinin 2(027)-87/2022 nömrəli, 03 fevral 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin 7700 manat və 250000 manatr həcmində təmin edilməsini xahiş etmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək Quba Rayon Məhkəməsinin 2(027)-87/2022 nömrəli, 03 fevral 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, müəyyən edilmiş maddi ziyan məbləğinin olduğu kimi saxlanılaraq iddiaçıya dəymiş mənəvi ziyanın 3287 manat məbləğində müəyyən edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edərək, Cavabdehdan vurulmuş maddi zərərin əvəzi olaraq 21700 (iyirmi bir min yeddi yüz) manat, mənəvi zərərin əvəzi olaraq 250000 manat (iki yüz əlli min manat) manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində yazılanlara uyğun izahat verərək, həmçinin bildirmişdir ki, “Wolkswagen Passat” markalı **-BU-*** qeydiyyat nişanlı avtomobilinə dəymiş 7000 manat maddi ziyan sığorta şirkəti tərəfindən 5000 manat və 2000 manat olmaqla ona ödənilmişdir. Həmçinin iddia ərizəsində qeyd etdiyi 2 dəfə əməliyyat olunmağı üçün 7000 manat vəsaiti də həkiminin bildirdiyinə görə həmin əməliyyatların effektinin olmayacağını nəzərə alaraq, tələb etmədiyini, iddianın qalan hissədə, yəni 7700 manat maddi və 250000 manat mənəvi ziyanın cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATİ : Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edib, cavabdehin apellyasiya şikayətinə etiraz edərək göstərdi ki, Cavabdeh vurulmuş maddi zərərin əvəzi olaraq 21700 manat, mənəvi zərərin əvəzi olaraq 250000 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, məhkəmə prosesi vaxtı 7000 manat maddi ziyan kimi siğortadan almış, iddia həcmini azaldaraq, həmin pulun 7000 manat əməliyyat xərcininin və 7000 manat siğorta ödənişinin maddi iddiadan çıxılmasını, 7700 manat maddi ziyan və 250000 manat mənəvi ziyanın cavabdehdən tutularaq mənə ödənilməsini xahiş etmişdir. Hadisə nəticəsində idarə etdiyi “Wolswagen passat’' markalı, 27-BU -170 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi yanaraq kül olmuş, istifadəyə yararlı olmamış, ziyan aktında göstərildiyi kimi 8200 manat maddi ziyan dəymişdir. Sığorta şirkətindən 7000 manat pul almışdır. 1200 manat maşına dəyən maddi ziyan qalmışdır. "xxxx" Ltd-dən qalan 90 manat da tutulmamışdır. Ona təyin olunmuş mənəvi ziyan 10000 manat çox azdır. Belə ki, ekpert rəyində göstərildiyi kimi böyük mənəvi işgəncələr və iztirablar keçirmiş, sarsıntılara düçar olmuşdur. Gözünün birini tam şəkildə itirmiş, digər gözü isə yararsız haldadır. Gözün dəyəri yoxdur və maddi məbləğlə qiymətləndirilə bilməz. Bu səbəbdən də ona 250000 manatlıq mənəvi zərər dəymişdir. Hadisədən əvvəl işləyirdi, sonra gözunun biri tam fəaliyyətini dayandırmış, digərini də itirmək üzrədir. Hadisə nəticəsində sağlamlığını, gözəlliyini itirmişdir. Odur ki, cavabdehin apellyasiya şikayətinin təmin edilməməsi, öz apellyasiya şikayətinin təmin edilməsi, Quba Rayon Məhkəməsinin 2(027)-87/2022 nömrəli, 03 fevral 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin 7700 manat və 250000 manatr həcmində təmin edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edib, cavabdehin apellyasiya şikayətinə etiraz edərək göstərdi ki, hadisə nəticəsində təmsil etdiyi şəxs saglamlığını, gələcəyini itirmişdir. İddiaçının himayəsində övladı var, hazırda heç bir yerdə işləyə bilmir, maddi vəziyyəti də yaxşı deyildir. Odur ki, cavabdehin apellyasiya şikayətinin təmin edilməməsi, iddiaçının apellyasiya şikayətinin təmin edilməsi, Quba Rayon Məhkəməsinin 2(027)-87/2022 nömrəli, 03 fevral 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin 7700 manat və 250000 manatr həcmində təmin edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndə və vəkili Vəkil3 apellyasiya şikayətini müdafiə edib, iddiaçının apellyasiya şikayətinə etiraz edərək göstərdi ki, iddiaçı tərəflə razılığa gəlməklə bağlı təklif olub. Cavabdeh 8000 manat ziyan ödəmək imkanı olduğunu bildirib. Lakin sonradan razılıq olmadı. Cavabdeh hadisə ilə əlaqədar 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Müəyyən cəza çəkdikdən sonra amnistiya tətbiq edilərək azadlığa çıxıb. Özü də hadisə ilə əlaqədar sarsıntı keçirib, əzab çəkib. Müəyyən ziyanı da qarşılamaq istəyir. Hazırda müəyyən edilir ki, iddiaçının rəsmi iş yeri olmayıb, onun işləyib-işləməməsi məlum deyildir. İddiaçı hadisə nəticəsində iş yerini itirməyib. Eyni zamanda əlillik dərəcəsi alan şəxslərin də işləməsi qanunvericilikdə nəzərdə tutulub. Həmçinin əlillik dərəcəsi alan şəxslər dövlət tərəfindən pensiya ilə də təmin edlir. İddiaçıya məxsus avtomobil yanaraq kül olub, onun dəyəri hazırki gündə 8200 manat deyil. Sığorta tərəfindən nəqliyyat vasitəsi 7000 manat qiymətləndirilərək həmin məbləğ ödənilib. Mənəvi zərərə gəldikdə isə cavabdeh də hadisə ilə bağlı iztirablar çəkmişdir. Odur ki, iddiaçının apellyasiya şikayətinin təmin edilməməsi, cavabdehin apellyasiya şikayətinin təmin edilməsi, Quba Rayon Məhkəməsinin 2(027)-87/2022 nömrəli, 03 fevral 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, müəyyən edilmiş maddi ziyan məbləğinin olduğu kimi saxlanılaraq iddiaçıya dəymiş mənəvi ziyanın 3287 manat məbləğində müəyyən edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi və vəkilinin izahatını təsdiq edərək iddiaçının apellyasiya şikayətinin təmin edilməməsi, öz apellyasiya şikayətinin təmin edilməsi, Quba Rayon Məhkəməsinin 2(027)-87/2022 nömrəli, 03 fevral 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, müəyyən edilmiş maddi ziyan məbləğinin olduğu kimi saxlanılaraq iddiaçıya dəymiş mənəvi ziyanın 3287 manat məbləğində müəyyən edilməsini xahiş edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı apellyasiya şikayətində onun xeyrinə tutulan maddi və mənəvi zərərin miqdarını, eləcə də cavabdeh mənəvi zərərin miqdarını mübahisələndirmiş, qətnamə dövlət rüsumuna və ekspert xərcinə dair mübahisələndirilməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının xeyrinə tutulan maddi və mənəvi zərərin məbləği hissəsində müzakirə edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işüzrə tərəflərin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Quba Rayon Məhkəməsinin 21.04.2021-ci il tarixli, 1(027)-37/2021 saylı hökmündən görünür ki, Cavabdeh 24 avqust 2020ci il tarixdə saat 00:25 radələrində sürücülük hüququnu təsdiq edən AE N610801 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə etdiyi X2 mülkiyyətində olan “Toyota Hilux” markalı **-VX-*** qeydiyyat nişanlı avtomobillə Quba rayonu, Qələdüz kəndi ərazisində Quba şəhəri istiqamətində 50-60 km/saat sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 36-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdır kimi tələblərinə riayət etməyərək cinayətkarcasına etinasızlıq edib əks istiqamətli nəqliyyat axınının yoluna - qarşı hərəkət zolağına çıxması səbəbindən avtomobilinin qabaq nisbətən sol hissəsi ilə əks istiqamətdə öz hərəkət zolağında hərəkətdə olan sürücü İddiaçı idarə etdiyi “Volkswagen Passat” markalı **-BU-*** qeydiyyat nişanlı avtomobilin qabaq sağ hissəsinin toqquşması nəticəsində sürücü zərərçəkmiş şəxs İddiaçı sağlamlığına sağ gözdə buynuz qişasının zədələnərək dağılması nəticəsində görmənin tam itməsi, burunun üstündə sağda iki yerdə əzilmiş yara, sol dizdə qançır, sol baldırında öndə sıyrıq kimi ümümi əmək qabiliyyətini 1/3-dən çox hissəsinin (33%) uzun müddətə daimi itirməsinə səbəb olan ağır, “Wolkswagen Passat” markalı avtomobilin sərnişini zərərçəkmiş şəxs X1 sol qulaq seyvanının əzilmiş yarası, hər iki bazu və baldırında qançırlardan ibarət sağlamlığa zərər vurmadığından dərəcəsi təyin olunmayan və “Volkswagen Passat” markalı **-BU-*** qeydiyyat nişanlı avtomobili texniki cəhətdən yararsız vəziyyətə salaraq avtomaşının sahibi İddiaçı 8200 (səkkiz min iki yüz) manat məbləğində maddi ziyan vurmasına səbəb olmaqla yol hərəkəti qaydalarını pozmuşdur. Həmçinin həmin hökmdən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 263.11-ci maddəsi ilə təqsirli bilinərək, 01 (bir) il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06.07.2021-ci il tarixli, 1(105)-425/2021 saylı qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1–ci maddəsi ilə təqsirləndirilməsinə dair Quba rayon Məhkəməsinin 1(027)-37/2021 saylı 21 aprel tarixli hökmü dəyişdirilmiş, Cavabdeh təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə 01 il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. İş materiallarında olan 14.04.2020-ci il tarixli ziyan aktından görünür ki, «WOLKSVAGEN PASSAT minik» minik markalı, «**-BU-***» dövlət qeydiyyat nişanlı avtomaşın toqquşma nəticəsində, yanaraq tam yararsız olduğuna görə təmir etmək mümkün deyildir. İş materiallarında olan Milli Oftalmologiya Mərkəzinin 12 fevral 2021-ci il tarixli, tibbi rəyindən görünür ki, İddiaçı göz almasının subatrofiyası diaqnozu qoyulmuşdur. İş materiallarında olan epikrizdən görünür ki, İddiaçı sağ göz xarici divarı parçalanma diaqnozu ilə 26.08.2020-ci il tarixdə Dünyagöz Xəstəxanasında əməliyyat olunmuşur. İş materiallarında olan "xxxx" MMC-nin ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən 3600 manat məbləğində və 40 manat məbləğində pul “"xxxx" MMC-yə ödənilmişdir. İş materiallarında olan aptek qəbzlərdən görünür ki, İddiaçı müalicəsindən ötrü dərman preparatlarının alınmasına 105 manat, 35 manat, 23 manat olmaqla, cəmi 163 manat pul vəsaiti xərclənmişdir. İş materiallarında olan "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış XMK ******* saylı müqavilənin ödəniş cədvəlindən görünür ki, İddiaçı 15.11.2020-ci il tarixdən 15.08.2021-ci il tarixədək ayda 45 manat olmaqla, cəmi 450 manat məbləğində pulu "xxxx" MMC-yə ödəməlidir. İş materiallarında olan "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış XMK ******* saylı müqavilənin ödəniş cədvəlindən görünür ki, İddiaçı 23.09.2020-ci il tarixdən 23.06.2021-ci il tarixədək ayda 46 manat olmaqla, cəmi 460 manat məbləğində pulu "xxxx" MMC-yə ödəməlidir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 18 noyabr 2021-ci il tarixli, 11/371 saylı ekspert rəyindən görünür ki, İddiaçı 24.08.2020-ci il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində sağlamlığına ağır zərər vurulması, əmək qabiliyyətinin 1/3dən çox hissəsinin uzun müddətə daimi itməsi, işləyə bilmədiyinə görə maddi çətinliklərinin yaranması, müalicəsini davam etdirməyə imkanının olmaması, Cavabdeh ona dəyən ziyanı qarşılamaması onun psixikasına neqativ təsir göstərmiş və o, hal-hazırda frustrasiya (insanın qarşılaşdığı şəraitdən asılı olaraq narazılıq və ya təmin olunmamaq səviyyəsinin, dözüm iradi səviyyəsindən üstün olması vəziyyəti) halını keçirir. İddiaçı emosional halında hadisədən əvvəl hər hansı əhəmiyyətli dəyişiklik baş verməmiş, hadisə zamanı isə o, şok keçirərək qorxu ilə müşayiət olunan emosional-psixi gərginlik halında olmuşdur. İş materiallarında olan 26.05.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı hazırkı iddia tələbi ilə bağlı 30 manat rüsum ödəmişdir. Birinci instansiya məhkəməsi Cavabdeh təqsiri üzündən baş vermiş avtoqəza nəticəsində İddiaçı xəsarətlər alması, aldığı xəsarətlərlə bağlı müalicə olunmasına və dərman preparatlarının alınmasına, ümumilikdə 3803 manat vəsait xərcləməsini, eyni zamanda "xxxx" MMC-də ödənilməmiş kreditlərinin cəmi 910 manat olmaqla, ona dəymiş real zərərin məbləği cəmi 4713 manat hesab edilməli olmasını, cavabdehin təqsiri üzündən baş vermiş avtoqəza nəticəsində aldığı xəsarətlə bağlı müalicə olunmasına, dərman və sair avadanlıqların alınmasına 7700 manat vəsait xərcləməsini göstərsə də, məhkəməyə 4713 manat məbləğində ziyan barədə sübutlar təqdim etməsini, qalan 2987 manat ziyanın dəyməsi barədə heç bir sübut təqdim etməməsini müəyyən edərək iddianın maddi ziyana dair hissədə qismən, 4713 manat təmin etmiş, eyni zamanda iddiaçıya cavabdehin təqsiri üzündən baş vermiş avtoqəza nəticəsində mənəvi zərər vurulsa da mənəvi zərər tələbi şişirdilməsini, reallığa uyğun olmayan bir rəqəmdə ifadə olunmasını müəyyən edərək ədalət və ağlabatanlıq meyarlarından çıxış edərək mənəvi zərər’ dair hissədə iddianı qismən, 10000 manat həcmində müəyyən etmiş, gəldiyi nəticəni də Mülki Məcəllənin 21, 10986, 1097, 1108, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 81, 82-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 13 iyun 2002-ci il tarixli qərarına istinad edərək əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinin tələbinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinə əsasən yol hərəkəti qaydaları pozuntularının törədilməsində təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda inzibati, cinayət və mülki hüquqi məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə əsasən cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində mülki işə baxan məhkəmə və ya hakim üçün məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqa və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.3-cü maddəsinə əsasən yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Cinayət-Prosessual Məcəllənin 181.2.3-cü maddəsinə görə bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə itirilmiş gəlirin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 13 iyun 2002-ci il tarixli qərarında göstərilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmiş şəxsin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarının 2-ci bəndinə əsasən «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərərin vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və sair hallarda özünü büruzə verir. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun sözügedən «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarının 7-ci bəndinə əsasən mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Məhkəmə onu da nəzərə çatdırır ki, mənəvi ziyanın ödənilməsi 3 əsas funksiyaya malikdir: 1) zərərçəkənin tələbinin təmin edilməsi; 2) zərər vuran şəxsə təsir göstərilməsi; 3) digər şəxslər tərəfindən şəxsiyyətin hüquqlarına qəsd edilməsinin qarşısının alınması. Mənəvi ziyanın ödənilməsinin başlıca məqsədi pozulmuş hüquqların restitusiyası deyil. Belə ki, vurulmuş zərər pul ekvivalentinə malik deyil və onun tamamilə kompensasiyası qeyri-mümkündür. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, məhkəmənin iş üzrə gəldiyi nəticəni və tətbiq etdiyi qanunvericilik normalarını işin hallarına uyğun hesab edir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, cavabdehin təqsiri üzündən baş vermiş avtoqəza nəticəsində İddiaçı ağır zərər vurulması, onun əmək qabiliyyətinin 1/3-dən çox hissəsinin uzun müddətə daimi itirməsi işin mübaisə edilməyən halıdır. Bu hal iş materiallarında olan Quba Rayon Məhkəməsinin 21.04.2021-ci il tarixli, 1(027)-37/2021 saylı hökmü və ekspert rəyi ilə təsdiq edilir. Qanunvericiliyin tələbinə əsasən cavabdehin hərəkətləri nəticəsində iddiaçının hər hansı əmlakından məhrum olması ona dəymiş real zərər hesab edilir. Göründüyü kimi, qanunvercilik cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə vurulmuş maddi ziyanın ödənilməsini nəzərdə tutmuşdur. Belə olan halda, cavabdeh qanunverciliyin tələbi baxımından vurduğu zərərin əvəzini tam ödəməlidir. İddiaçıya dəymiş maddi zərərin məbləğinə gəldikdə isə iş materialları ilə müəyyən edilir ki, cavabdehin təqsiri üzündən baş vermiş avtoqəza nəticəsində İddiaçı xəsarət alması ilə bağlı müalicə olunmasına və dərman preparatlarının alınmasına, ümumilikdə 3803 manat vəsait xərcləmişdir. Eyni zamanda "xxxx" MMC-də ödənilməmiş kreditləri cəmi 910 manat müəyyən edilmişdir. Bununla da iddiaçıya dəymiş zərərin məbləği cəmi 4713 manat müəyyən edilir. Qeyd edilən məbləğ cavabdeh tərəfindən mübahisələndirilməsə də, iddiaçı tərəfindən mübahisələndirilmişdir. Qeyd edilən halla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı cavabdehin təqsiri üzündən baş vermiş avtoqəza nəticəsində aldığı xəsarətlə bağlı müalicə olunmasına, dərman və sair avadanlıqların alınmasına 7700 manat vəsait xərcləməsini bildirsə də, 4713 manata dair sübut təqdim etsə də, qalan 2987 manat ziyanın dəyməsi barədə hər hansı sübut təqdim etməmişdir. Halbuki Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən iddia tələbinin əsaslandırıldığı halları sübut etmə vəzifəsi iddiaçının üzərinə düşür. Eyni zamanda məhkəmə kollegiyası iddiaçı və cavabdehin mübahisələndirdiyi, birinci instansiya məhkəməsinin mənəvi zərərin məbləğində dair gəldiyi nəticəyə qiymət verərək hesab edir ki, məhkəmə tələbi qeyd edilən hissədə də qismən təmin edərək mənəvi zərərin miqdarını 10000 manat müəyyən etməkdə haqlı olmuşdur. Belə ki, iş materiallarından və ekspert rəyindən görünür ki, cavabdehin təqsiri nəticəsində sağlamlığına ağır zərər vurulması nəticəsində iddiaçının mənəvi zərər çəkməsi işin mübahisə edilməyən halıdır. Göründüyü kimi, Azərbaycan Respublikası Ali Məhkəmənin Plenumunun qeyd edilən qərarında da mənəvi zərərin miqdarının meyarı kimi mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkət və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı nəzərə alnmalıdır. Hazırki işdə toqquşma nəticəsində İddiaçı sağlamlığına sağ gözdə buynuz qişasının zədələnərək dağılması nəticəsində görmənin tam itməsi, burunun üstündə sağda iki yerdə əzilmiş yara, sol dizdə qançır, sol baldırında öndə sıyrıq kimi ümümi əmək qabiliyyətini 1/3-dən çox hissəsinin (33%) uzun müddətə daimi itirməsinə səbəb olan ağır xəsarət alması, hazırki gündə müalicəyə ehtiyacı olması, xəsarətlər nəticəsində hazırda işləyə bilməməsi nəzərə alınarsa, məhkəmənin mənəvi zərərin miqdarını 10000 manat müəyyən etməsi həm işin hallarına, həm də qanunverciliyə uyğun olaraq, ağlabatan və ədalətli olmuşdur. Birinci instansiya məhkəməsi də mənəvi zərərin miqdarını müəyyən edərkən pozuntunun xarakterini, iddiaçının mənəvi cəhətdən narahatçılıq və streslərini, həmçinin baş vermiş hadisə nəticəsində aldığı xəsarətin onun həyatına, yaşayış tərzinə təsirini onların böyük mənəvi sarsıntı, iztirab keçirməsini nəzərə almışdır. Məhkəmə kollegiyası tələb edilən mənəvi zərərin məbləği ilə bağlı qeyd edir ki, mənəvi zərər tələbi şişirdilmiş və reallığa uyğun olmayan bir rəqəmdə ifadə olunmuşdur. Bu baxımdan birinci instansiya məhkəməsinin iddianının təmin edilən hissəsində gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə kollegiyası iddiaçı və cavabdehin apellyasiya şikayətlərinə qiymət verərək qeyd edir ki, tələbin maddi ziyana dair hissəsi sübut edilədi miqdarda təmin edilmiş, mənəvi zərərə dair hissədə də ağlabatan müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi mənəvi zərərin məbləğini 10000 manat müəyyən edərkən işin bütün hallarını nəzərə almışdır. Bu səbbədən apellyasiya şikayətinin dəlillərini məhkəmə kollegiyası formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, hərtərəfli, qərəzsiz və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayətləri təmin edilməməli, Quba Rayon Məhkəməsinin 2(027)-87/2022 nömrəli, 03 fevral 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1, 372.6, 372.7, 384.0.1, 393, 402, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Quba Rayon Məhkəməsinin 2(027)-87/2022 nömrəli, 03 fevral 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1079/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1079/2022
31.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver