Məhkəmə qərarları › İş №2(105)-1088/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1088/2023

25.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1088/2023 25.04.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X1 (sədrlik edən və məruzəçi), Məmmədov Fuad Əli oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə İddiaçı Xanəhməd oğlunun cavabdeh Qusar rayon Notariat ofisinin xüsusi notariusu Cavabdeh Adıgözəl oğluna və üçüncü şəxs Bank of Baku" ASC-yə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin 14 mart 2023-cü il tarixli 2(029)-867/2022 nömrəli qərardadından üçüncü şəxs “Bank of Baku" ASC tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Xanəhməd oğlu cavabdeh Qusar rayon Notariat ofisinin xüsusi notariusu Cavabdeh və üçüncü şəxs “Bank of Baku" ASC-yə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Qusar rayon notariat ofisinin xüsusi notariusu D.Tagiyevin apardığı icra qeydi "Notariat haqqında" qanunun 76-cı maddəsinə zidd olaraq mübahisəli iddia edildiyi üçün MPM-nin 149-150, 216-220 maddələrinə əsasən ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Qusar Rayon Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli 2(029)-867/2022 nömrəli qətnaməsi ilə Qusar rayon notariat ofisi tərəfindən verilmiş 08 fevral 2022-ci il tarixli, 8İ-897 reyestr nömrəli icra qeydinin ləğv edilməsi qət edilmişdir. (hakim Əli Cəlilov) Qətnamədən üçüncü şəxs “Bank of Baku" ASC apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 yanvar 2023-cü il tarixli 2(105)-500/2023 nömrəli qərardadı ilə Qusar Rayon Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli qətnaməsindən üçüncü şəxs “Bank of Baku" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilmişdir. Üçüncü şəxs “Bank of Baku" ASC həmin qərardaddan kassasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 yanvar 2023-cü il tarixli 2(105)-500/2023 nömrəli qərardadı ilə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 yanvar 2023-cü il tarixli 2(105)-500/2023 nömrəli qərardadından üçüncü şəxs “Bank of Baku" ASC tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır. Mülki iş Qusar Rayon Məhkəməsinə daxil olduqdan sonra Sumqayıt Apellyasiya Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli 2(105)-500/2023 saylı qərardadına uyğun olaraq sonrakı prosessual hərəkətlərin edilmiş, xx.xx.2023-cü il tarixli qərardadla Maraqlı şəxs ASC tərəfindən Qusar Rayon Məhkəməsinin 27 noyabr 2022-ci il tarixli 2(029)-867/2022 nömrəli qətnaməsindən verilən verilən apellyasiya şikayəti qeyri-mümkün hesab edilərək geri qaytarılması qərara alınmışdır (hakim Əli Cəlilov). Maraqlı şəxs ASC Qusar Rayon Məhkəməsinin 2(029)-867/2022 nömrəli 14 mart 2023-cü il tarixli qərardadından şikayət verərək həmin qərardadın ləğv etməsini xahiş etmişdir. Qusar Rayon Məhkəməsinin 28 mart 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən, bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Hazırkı şikayət birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxmışdır. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Qusar Rayon Məhkəməsinin 14 mart 2023-cü il tarixli 2(029)- 867/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Göründüyü kimi birinci instansiya məhkəməsi mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutub yuxarı instansiya məhkəməsinin qərardadındakı göstərişləri nəzərə alaraq apellyasiya instansiyası məhkəməsinin qərardadında göstərilən əsasla “Bank of Baku" ASC-nin şikayətini geri qaytarmış, bununla da düzgün hüquqi nəticəyə gəlmişdir və şikayətin dəlilləri bu nəticənin hər hansı qaydada dəyişdirilməsinə əsas deyildir. Məhkəmə kollegiyası qeyd edir ki, “Bank of Baku" ASC-nin qeyd edilən nöqsanları aradan qaldırdıqdan sonra yenidən ümumi qaydada apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmək imkanı istisna edilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Qusar Rayon Məhkəməsinin 14 mart 2023-cü il tarixli 2(029)-867/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 395-396, 398, 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ : Şikayət təmin edilməsin. Qusar Rayon Məhkəməsinin 14 mart 2023-cü il tarixli 2(029)-867/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar