Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1091/2023 13.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Ləğv prosesində olan İddiaçı2 Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh və Zamin qarşı iş üzrə (Açar sözlər: kredit borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X12 (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçının nümayəndəsi Nəcəf-zadə Anar Ziya oğlu, Cavabdeh və onun vəkili Vəkil iştirakı ilə Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(027)-51/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları
1. xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən, İddiaçı2 ASC tərəfindən borcalan Cavabdeh 60 ay müddətinə, illik 7% (yeddi faiz) ödənilmək şərtilə, 200.000 (iki yüz min) manat məbləğində kredit vəsaiti verməyi öhdəsinə götürmüşdür.
2. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi xüsusi mülkiyyət hüququ ilə Zamin məxsus olan, Quba rayonu, Alekseyevka kəndində istifadədə olan 0.021 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli binada yerləşən 273.3 kv.m ümumi, 84.3 kv.m yaşayış, 189.0 yardımçı sahəsindən ibarət 6 otaqlı fərdi yaşayış evi İddiaçı2 ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.
3. Sumqayıt “Asan Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli “Qanun üzrə vəsəlik hüququ haqqında şəhadətnamə”yə əsasən, xx.xx.2013-cü ildə vəfat etmiş Zamin vərəsəsi Quba rayonu, Alekseyevka kəndində qeydiyyatda olan Cavabdehdur.
4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 iyun 2023-cü il tarixli, 4/934 saylı ekspert rəyinə əsasən ekspertizaya teqdim edilmiş 2(105)- 1091/2023 sayii mülki işin 237-ci vərəqində olan xx.xx.2013-cu il tarixli kassa mexaric orderinin aşağı sol hissədə “Orderdə göstərilən məbləği aldım” qrafasındakı imza Cavabdeh tərəfindən icra olunmuşdur.
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 160.921 (yüz altmış min doqquz yüz iyirmi bir) manat 50 qəpik əsas, 375 (üç yüz yetmiş beş) manat 48 qəpik müddət sonuna hesablanan faiz, 20 475 (iyirmi min dörd yüz yetmiş beş) manat 93 qəpik məbləğində cərimə və 10 996 (on min doqquz yüz doxsan altı) manat 30 qəpik, kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasinın Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM- nin 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, cəmi 192 769 (yüz doxsan iki min yeddi yüz altmış doqquz) manat 21 qəpik kredit borcunun və «mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq Ləğv prosesində olan İddiaçı2 ASC-nin xeyrinə ödənilməsi; ipoteka qoyulmuş, xüsusi mülkiyyət hüququ ilə Zamin məxsus olan, Quba rayonu, Alekseyevka kəndində istifadədə olan 0.021 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli binada yerləşən 273.3 kv.m ümumi, 84.3 kv.m yaşayış, 189.0 yardımçı sahəsindən ibarət 6 otaqlı fərdi yaşayış evinə tutmanın yönəldilməsi, həmin evin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh tutularaq Ləğv prosesində olan İddiaçı2 ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, borclu müqavilənin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmiş, nəticədə banka borcu yaranmışdır.
7. Quba Rayon Məhkəməsinin 19 aprel 2022-ci il tarixli, 2(027)-51/2022 nömrəli qətnaməsi ilə (hakim İ.Məmmədov) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 160.921 (yüz altmış min doqquz yüz iyirmi bir) manat 50 qəpik məbləğində əsas borc, 375 (üç yüz yetmiş beş) manat 48 qəpik məbləğində faiz borcu, 475 (dörd yüz yetmiş beş) manat 93 qəpik cərimə borcu, 10 996 (on min doqquz yüz doxsan altı) manat 30 qəpik kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış məbləğ, cəmi 172.769 ( yüz yetmiş iki min yeddi yüz altmış doqquz) manat 21 qəpik borc və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğdə pul vəsaitinin tutulub Ləğv prosesində olan İddiaçı2 ASC-nin xeyrinə ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş Azərbaycan Respublikası DƏDRX-nin Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixdə qeydiyyata alınmış seriya RX № 0080465, Reyestr nömrəsi **********19-10301, Qeydiyyat nömrəsi ********** olan “Çıxarış”a əsasən X8 məxsus olmuş Quba rayonu, Alekseyevka kəndində istifadədə olan 0,021 ha torpaq sahəsində yerləşən 273.3 kv.metr ümumi, 84.3 kv.metr yaşayış, 189 kv.metr yardımçı sahəsindən ibarət 6 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, həmin daşınmaz əmlakın ilkin satış qiymətinin 100 000 (yüz min) manat müəyyənləşdirilməklə açıq hərrac yolu ilə satılması, əldə edilmiş pul vəsaiti hesabına Cavabdeh Ləğv prosesində olan İddiaçı2 ASCnə olan kredit borcunun ödənilməsi və borc ödənildikdən sonra artıq qalan pul vəsaitinin Cavabdeh qaytarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
8. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında kredit münasibətlərindən irəli gələn qarşılıqlı öhdəliklər mövcud olmuş, iddiaçı təşkilat tərəfindən cavabdehə münasibətdə üzərinə götürülmüş bütün öhdəliklər icra olunmuş, lakin cavabdeh tərəfindən iddiaçı təşkilat qarşısında götürülmüş öhdəliklər icra olunmamışdır. İpoteka müqaviləsinə əsasən ipoteka predmeti olan əmlakın qiyməti tərəflərin razılığa əsasən 100.000 manat məbləğində qiymətləndirildiyindən həmin əmlak 100.000 manat dəyərində müəyyən edilməlidir.
9. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 739.1, 739.2, 442, 443.1, 445.1, 445.2, 279, 448.1, 449.1, İpoteka haqqında Qanunun 33, 39.3.3, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
10. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1460/2022 nömrəli, 18 iyul 2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-xətşünaslıq təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 avqust 2022-ci il tarixli, 4/1116 saylı ekspert rəyi ilə müəyyən olunmuşdur ki, ekspertizaya təqdim edilmiş xx.xx.2013-cü il tarixli, 053/13 saylı kredit müqaviləsinin 1-ci vərəqinin üz tərəfinin aşağı hissəsində olan imza və 2-ci vərəqinin arxa tərəfində “Borc alan” qrafasında olan imza, 18 aprel 2013-cü il tarixli, 053/13 saylı İpoteka müqaviləsinin 2-ci vərəqində “İpoteka qoyan” hissəsində “Borc alan” qrafasında olan imza Cavabdeh tərəfindən icra olunmuşdur.
11. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər – Z.Məmmədov (sədrlik edən və məruzəçi), F.Məmmədov və İ.Dəmirov) 2(105)-1460/2022 nömrəli, 26 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
Kassasiya instansiyası məhkəməsindəki icraat
12. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək qətnamənin bütünlüklə ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
13. Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (hakimlər –Ələsgər Əliyev (məruzəçi), Mehparə Əhmədova və Vüqar Həsənov) xx.xx.2023-cü il tarixli 2(102)-373/2023 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1460/2022 nömrəli, 26 sentyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
14. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilən hissəsində ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmədə bir dəfə iştirak etmiş və proses zamanı bildirmişdir ki, kredit müqaviləsinə imza atmamış, bundan əlavə ipoteka müqaviləsi qanunsuz bağlanmışdır. Belə ki, Zamin məxsus olan, Quba rayonu, Alekseyevka kəndində istifadədə olan 0.021 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli binada yerləşən 273.3 kv.m ümumi, 84.3 kv.m yaşayış, 189.0 kv.m yardımçı sahəsindən ibarət 6 otaqlı fərdi yaşayış evində özü, həyat yoldaşı X4 və övladları X5, X6 və Zamin Pərviz oğlu qeydiyyatda olmuşlar, lakin buna baxmayaraq evin ipoteka ilə yüklü edilməsinə razılıq verməmişlər. Kredit müqaviləsində iki tərəf var: borc verən və borc alan. Əgər özü kredit müqaviləsinə imza etməmişdirsə, borc müqaviləsi mövcud deyil və borc ondan tutula bilməz. Qeydiyyatda olan şəxslər razılıq vermədikləri üçün ipoteka müqaviləsi etibarsız hesab edilməlidir.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
16. Ləğv prosesində olan İddiaçı2 Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nəcəf-zadə Anar Ziya oğlu apellyasiya şikayətinə etiraz verərək göstərmişdir ki, Quba Rayon Məhkəməsində və Sumqayıt Apellyasiya Məhkəməsində keçirilən proseslər zamanı aparılan araşdırmalardan və məhkəmə tərəfindən təyin edilən məhkəmə-xətşünaslıq ekspertizanın nəticəsindən müəyyən olub ki, iddiaçı ilə Cavabdeh arasında kredit münasibətlərindən irəli gələn qarşılıqlı öhdəliklər mövcud olub, xx.xx.2013-cü il tarixli, 053/13 saylı kredit müqaviləsində və 18 aprel 2013-cü il tarixli, 053/13 saylı İpoteka müqaviləsində “Borc alan” qrafasında olan imza Cavabdeh tərəfindən icra olunub. Ali Məhkəmənin 2(102)-373/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə pulun bankın kassasından alınmasını təsdiq edən sənədin – kassa məxaric orderinin olub – olmaması hissəsində məhkəmənin göstərişi üzrə bildirir ki, Cavabdeh xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə üzrə İddiaçı2 ASC tərəfindən ona 60 (altmış) ay müddətinə, illik 7% (yeddi faiz) ödənilmək şərtilə verilmiş 200.000 (iki yüz min) manat məbləğində kredit vəsaitini 024/13 saylı kassa-məxaric orderinə xx.xx.2013-cü il tarixdə imza ataraq bankdan almışdır (kassa-məxaric orderi əlavə edilir).
17. Göründüyü kimi, birinci instansiya məhkəməsi və apellyasiya instansiya məhkəməsi tərəfindən iddiaçı tərəfindən verilmiş iddia tələbinə qanunvericiliklə müəyyən olunmuş qaydada baxılmış və iş üzrə iddia tələbinə uyğun olaraq cavabdehin banka olan borcunun ödənilməsi və tələbin ipoteka predmetinə yönəlməsi qət olunmuşdur. Ona görə də birinci instansiya məhkəməsi və apellyasiya instansiya məhkəməsi iddia tələbinin təmin olunması hissəsində düzgün nəticəyə gəlmişdir. İş materiallarında olan sübutlardan və qanunvericiliyin tələbindən aydın görünür ki, cavabdehin şikayət ərizəsində vurğuladığı məsələlər tamamilə əsassızdır. Cavabdeh tərəfindən verilmiş şikayət formal mülahizlərdən ibarət olmaqla faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan Quba Rayon Məhkəməsinin 19 aprel 2022-ci il tarixli, 2(027)-51/2022 saylı qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Odur ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya icraatı iştirakçılarının izahatları
18. Məhkəmə kollegiyasının iclasında Cavabdeh və onun vəkili Vəkil apellyasiya şikayətini müdafiə edib orada göstərilənlərə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdilər.
19. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi Nəcəf-zadə Anar Ziya oğlu apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
20. Maddə 317. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir.
21. Maddə 319.1 və 319.6. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır.
22. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
23. Maddə 739. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
24. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
25. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
26. Maddə 448.1 və 448.2. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.
“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu
27. Maddə 33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.
28. Maddə 34.1.1. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
32. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
33. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.
34. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
35. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
Apellyasiya baxışının hədləri
36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
37. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
38. Apellyasiya şikayətindən görünür ki, Cavabdeh Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(027)-51/2022 nömrəli qətnaməsini idianın təmin edilən hissəsində mübahisələndirərək həmin hissədə ləğv edilməsini, iddia tələbinin tamamilə rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir..
39. Ona görə də kollegiya Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(027)- 51/2022 nömrəli qətnaməsinin mübahisələndirilən hissədə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
41. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı2 ASC ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmaqla öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmişdir, cavabdeh kredit və hesablanmış faizləri hər ay ödəniş cədvəlinə uyğun olaraq ödənilməli olduğu halda vaxtında ödəniş etməmiş, bununla da müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır.
42. Apellyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, cavabdeh kredit müqaviləsinə imza atmamışdır, buna görə də borc müqaviləsi mövcud deyil və borc ondan tutula bilməz. Mübahisəli evdə qeydiyyatda olan şəxslər evin ipoteka ilə yüklü edilməsinə razılıq verməmişlər. Qeydiyyatda olan şəxslər razılıq vermədikləri üçün ipoteka müqaviləsi etibarsız hesab edilməlidir.
43. Kredit müqaviləsinin Cavabdeh tərəfindən imzalanmaması ilə bağlı apellyasiya şikayətinin dəlilinə münasibətdə kollegiya qeyd edir ki, birinci apellyasiya baxışı zamanı Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1460/2022 nömrəli, 18 iyul 2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-xətşünaslıq təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 avqust 2022-ci il tarixli, 4/1116 saylı ekspert rəyi ilə xx.xx.2013-cü il tarixli, 053/13 saylı kredit müqaviləsinin 1-ci vərəqinin üz tərəfinin aşağı hissəsində olan imza və 2-ci vərəqinin arxa tərəfində “Borc alan” qrafasında olan imza, 18 aprel 2013-cü il tarixli, 053/13 saylı İpoteka müqaviləsinin 2-ci vərəqində “İpoteka qoyan” hissəsində “Borc alan” qrafasında olan imzanın Cavabdeh tərəfindən icra olunması öz təsdiqini tapmışdır.
44. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında cavabdeh və nümayəndəsi kassa məxaric orderindəki imzanı mübahisələndirərək orderin Cavabdeh tərəfindən imzalanmadığını bildirmişlər.
45. Mübahisələndirilən halın araşdırılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1091/2023 nömrəli, 17 may 2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-xətşünaslıq təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 iyun 2023-cü il tarixli, 4/934 saylı ekspert rəyinə əsasən 2(105)- 1091/2023 saylı mülki işin 237-ci vərəqində olan xx.xx.2013-cu il tarixli kassa məxaric orderinin aşağı sol hissədə “Orderdə göstərilən məbləği aldım” qrafasındakı imzanın Cavabdeh tərəfindən icra olunması öz təsdiqini tapmışdır.
46. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
47. Qeydiyyatda olan şəxslərin razılıq vermədikləri üçün ipoteka müqaviləsinin etibarsız hesab edilməli olmasına dair apellyasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 271.1-ci maddəsinin həmin Məcəllənin 158.2 və 158.4-cü maddələri baxımından şərh edilməsinə dair 3 noyabr 2015-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 271.1-ci maddəsinə əsasən girov (ipoteka) müqaviləsinin bağlanması zamanı mülkiyyətçi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin və digər şəxslərin razılıqlarının alınmaması girov (ipoteka) müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas ola bilməz.
48. Belə ki, mülkiyyətçi tərəfindən sərəncam səlahiyyətinin həyata keçirilməsinin mülkiyyətçi olmayan şəxslərin iradəsi ilə istənilən halda şərtləndirilməsi faktiki olaraq bu səlahiyyətin mülkiyyətçi olmayan şəxslərə mənsub olduğunu göstərir. Halbuki, bunun yolverilməzliyi həm Konstitusiyanın 29-cu maddəsinin İİİ hissəsində, həm də onu inkişaf etdirən Mülki Məcəllənin 152.1-ci maddəsində ifadə olunmuşdur. Həmin normaya əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Bunun əksinə olaraq, sərəncam vermək səlahiyyətinin mülkiyyətçi olmayan şəxslərə verilməsi faktiki olaraq bir əmlak üzərində eyni zamanda ikinci eyni həcmli mülkiyyət hüququnun mövcudluğu deməkdir. Bu isə yalnız həmin əmlak üzərində bir neçə şəxsin birgə mülkiyyət hüquqları olduqda mümkündür.
49. Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarında bu məsələ ilə bağlı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Alqı-satqı müqaviləsinin notariat qaydasında rəsmiləşdirilməsi üçün mənzildə yaşayan şəxslər barəsində arayışın tələb olunmaması və onların mənzilin satılmasına razılığının olub-olmadığının müəyyənləşdirilməməsi “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da nəzərdə tutulmuş vəzifələrin notarius tərəfindən icra olunmadığını təsdiq edə bilər. Bu hal isə əqdin etibarsız hesab edilməsi üçün o vaxt əhəmiyyətli ola bilər ki, mənzil ümumi mülkiyyətdə olsun, habelə ər-arvaddan başqa orada yaşayan digər şəxslərin həmin mənzilə mülkiyyət və onunla bağlı digər hüquqları pozulsun.
50. Mülki Məcəllənin 271.1-ci maddəsinə əsasən əşyanı girov qoyan (ipoteka qoyan) yalnız onun mülkiyyətçisi ola bilər. Mülki Məcəllədə girov (ipoteka) müqavilələrinin bağlanması zamanı mülkiyyətçi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin və digər şəxslərin razılıqlarının alınması zəruri şərt kimi göstərilməmişdir. Belə razılığın alınması mülkiyyətçinin sərəncam hüququnun həyata keçirilməsini digər (mülkiyyətçi olmayan) şəxslərin iradəsındən asılı edə bilər. Bu isə öz növbəsində mülkiyyətçinin hüquqlarının qeyrimütənasib məhdudlaşdırılması ilə nəticələnə bilər.
51. Buna görə mülkiyyətçi olmayan şəxslərin razılıqlarının alınmaması girov (ipoteka) müqavilələrinin etibarsız hesab edilməsi üçün əsas hesab edilə bilməz. Əks yanaşma mülkiyyətçinin Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququnun pozulmasına gətirib çıxara bilər.
52. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla qismən sübut edə bilmiş, lakin cavabdeh apellyasiya şikayətinin dəlillərini sübuta yetirə bilməmişdir.
53. Bu baxımdan, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
54. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, habelə tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir.
55. Beləliklə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(027)-51/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 234 (iki yüz otuz dörd) (124+110) manat Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir.
56. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(027)-51/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 234 (iki yüz otuz dörd) manat Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X3, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ ******************** SWİFT BİK CTREAZ 22, hesab nömrəsi «AZ34CTRE ********************) keçirilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.