Məhkəmə qərarları › İş №2(105)-1093/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1093/2022

19.04.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1093/2022 19.04.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi DYP-nin İİİ Tağım yol patrul xidmətinə qarşı inzibati tənbeh vermə haqqında TP ******* nömrəli qərarından verilmiş şikayət üzrə Abşeron Rayon Məhkəməsinin 26 oktyabr 2021ci il tarixli, 2(012)-6546/2021 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi DYP-nin İİİ Tağım yol patrul xidmətinə qarşı inzibati tənbeh vermə haqqında TP ******* nömrəli qərarından şikayət ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək inzibati tənbeh vermə haqqında TP № ******* nömrəli qərarın əsassız hesab edilərək ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli 2(012)-6546/2021 nömrəli qərardadına əsasən İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi DYP-nin İİİ Tağım yol patrul xidmətinə qarşı inzibati tənbeh vermə haqqında TP ******* nömrəli qərarından şikayəti məhkəmə qaydasında baxılmalı olmadığından iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilmiş, şikayət və ona əlavə edilmiş sənədlərin geri qaytarılması, iddiaçıya İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun olaraq müvafiq qaydada məhkəməyə müraciət etmək hüququnun olmasının izah edilməsi qərara alınmışdır (hakim Habil Əhmədov). Hazırki iş üzrə İddiaçı həmin qərardaddan şikayət verərək, Abşeron rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli 2(012)-6546/2021 qərardadının ləğv edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli 2(012)-6546/2021 nömrəli qərardadı ilə şikayət təmin olunmayaraq, baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçı şikayəti onunla əsaslandırmışdır ki, inzibati tənbeh vermə haqqında TP ******* nömrəli qərarın ləğv edilməsi rayon məhkəməsinin səlahiyyətindədir. İşə aidiyyəti üzrə baxıb qərar qəbul edilməsini xahiş edir. Barəsində şikayət verilən qərardaddan görünür ki, birinci instansiya məhkəməsi yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə İnzibati Xətalar Məcəlləsinə əsasən baxıldığından mülki icraat qaydasında İnzibati Xətalar Məcəlləsinə əsasən həll edilməli olan işlərə baxıla bilməməsi əsası ilə şikayətə məhkəmə qaydasında baxılmalı olmadığından iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina etmiş, iddiaçıya İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun olaraq müvafiq qaydada məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni işin hallarına və tətbiq edilən hüquq normalarına uyğun hesab edir. Belə ki, iddia ərizəsindən görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi DYP-nin İİİ Tağım yol patrul xidmətinin 07.10.2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında Qərarına əsasən İddiaçı İnzibati Xətalar Məcəlləsinin 327.1 və 329.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə 40 manat məbləğində cərimə edilmiş, hazırki ərizədə 07.10.2021-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında Qərarın ləğv edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İnzibati Xətalar Məcəlləsi adlanacaq) 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 130.1. maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 327 - 348-ci maddələrinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır. Göründüyü kimi yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə İnzibati Xətalar Məcəlləsinə əsasən baxılır. Belə olan halda inzibati xətalar haqqında işlərə mülki icraat qaydasında baxılması nəzərdə tutulmamışdır. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 15.4-cü bəndinin məzmununa görə inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Mülki Prosessual Məcəllənin 153.2.1. maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin maddənin «ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə» ifadəsi işə yalnız məhkəmə icraatı qaydasında ümumi məhkəmələr tərəfindən baxılmasının mümkünlüyünü nəzərdə tutur. Əgər ümumi məhkəməyə daxil olmuş iddia ərizəsi müvafiq mübahisəyə ixtisaslaşdırılmış məhkəmə tərəfindən baxılmasını tələb edirsə, həmin iddia Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinin təsir dairəsinə düşür. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ərizənin geri qaytarılması barədə gəldiyi nəticədə haqlı olmuşdur. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, qeyd edilən nöqsan aradan qaldırıldıqdan sonra iddiaçının ümumi qaydada təkrarən məhkəməyə müraciət etmə hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli, 2(012)-6546/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı oğlunun şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli, 2(012)-6546/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərarddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar