Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-11/2023 18.04.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Sultan oğlunun cavabdeh"xxxx" MTK-ya qarşı mülki iş üzrə (Açar sözlər: mənzilin geri qaytarılması, sahiblik və istifadə hüquqlarının bərpa edilməsi və qeyri-yaşayış sahəsinin boşaldılması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X16 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi, İddiaçı Sultan oğlunun nümayəndəsi və vəkili Vəkil qəbul edilmiş qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs vəkili Nümayəndə iştirakı ilə, Abşeron Rayon Məhkəməsinin 2(012)-226/2018 saylı, 07 fevral 2018-ci il tarixli qətnaməsindən qəbul edilmiş qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat İddiaçı Sultan oğlu "xxxx" MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında tikilmiş binanın birinci mərtəbəsinin 3-cü blokunda olan ümumi sahəsi 648 kv.m olan qeyri-yaşayış sahəsinin "xxxx" MTK-dan alınaraq iddiaçıya geri qaytarılması, sahiblik və istifadə hüquqlarının bərpa edilməsi və qeyri-yaşayış sahəsinin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək ünvan 1 ünvanında tikilmiş binanın birinci mərtəbəsinin 3-cü blokunda olan ümumi sahəsi 648 kv.m olan qeyri yaşayış sahəsinə sahiblik və istifadə hüququnun tanınması, qeyri-yasayış sahəsinin sahibliyinə və istifadəsinə verilməsi, həmin qeyri-yaşayış sahəsində təmir işlərinin başlanmasına şəraitin yaradılması, qeyri-yaşayış sahəsinə dair sahiblik hüququnun həyata keçirilməsinə yaradılan maneənin aradan qaldırılması vəzifəsinin "xxxx" MTK-yə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 12 may 2007-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi ilə H.Z.Tağıyev küçələrinin kəsişməsində yerləşən "xxxx" MMC-yə məxsus binanın 3-cü blokunun birinci mərtəbəsindən hər kv.m üçün 600 manat ödəmək şərti ilə, ümumilikdə 194.400 manat 324 kv.m qeyri-yaşayış sahəsini almışdır. Həmçinin 20 may 2010-cu il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi ilə H.Z.Tağıyev küçələrinin kəsişməsində yerləşən "xxxx" MMC-yə məxsus binanın 3-cü blokunun birinci mərtəbəsindən hər kv.m üçün 550 manat ödəmək şərti ilə, ümumilikdə 59.400 manat 108 kv.m qeyri-yaşayış sahəsini almışdır. xx.xx.2016-cı il tarixdə "xxxx" MMC-nin adı dəyişdirilərək "xxxx" MTK adlandırılmışdır. Həmin müqavilələrin 3.1-ci bəndlərində olan qeyri yaşayış sahəsinin dəyərini tam şəkildə ödəmişdir. Həmçinin, bu müqavilə ilə üzərinə götürdüyü bütün öhdəlikləri icra etmişdir. Lakin "xxxx" MTK-dan almış olduğu bu sahələr hələ də sahibliyinə və istifadəsinə vermir. Beləliklə, mülkiyyət hüquqları pozulmuş olur. Cavabdeh "xxxx" MTK-nin nümayəndəsi Adəm Orucov iddia ərizəsinə qarşı etiraz ərizəsi verərək iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-226/2018 saylı, 07 fevral 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı Sultan oğlunun iddiası təmin edilərək 12 may 2007-ci il tarixli İddiaçı Sultan oğlu ilə "xxxx" MMC arasında bağlanmış müqaviləyə əsasən həmin cəmiyyətin Abşeron rayon İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli, 301 saylı sərəncamı ilə Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda inşasına icazə verilmiş yaşayış evinin 3-cü blok, 1-cı mərtəbəsində, ümumi sahəsi 324 kv.m olan mənzilə dair, 20 may 2007-ci il tarixli İddiaçı Sultan oğlu ilə "xxxx" MMC arasında bağlanmış müqaviləyə əsasən həmin cəmiyyətin Abşeron rayon İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli, 301 saylı sərəncamı ilə Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda inşasına icazə verilmiş yaşayış evinin 3-cü blok, 1-cı mərtəbəsində, ümumi sahəsi 216 kv.m olan mənzilə dair, 20 may 2007-ci il tarixli İddiaçı Sultan oğlu ilə "xxxx" MMC arasında bağlanmış müqaviləyə əsasən həmin cəmiyyətin Abşeron rayon İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli, 301 saylı sərəncamı ilə Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda inşasına icazə verilmiş yaşayış evinin 3-cü blok, 1-cı mərtəbəsində, ümumi sahəsi 108 kv.m olan mənzilə dair İddiaçı Sultan oğlunun sahiblik və istifadə hüquqları tanınması, həmin qeyri-yaşayış sahəsinə dair sahiblik hüququnun həyata keçirilməsinə yaradılan maneənin aradan qaldırılması vəzifəsinin "xxxx" MTK-ya həvalə edilməsi, mənzil sahələrinin İddiaçı Sultan oğluna təhvil verilməsi, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 30 (otuz) manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir (hakim C.İ.Səfiyeva). Abşeron Rayon Məhkəməsinin 2(012)-226/2018 saylı, 28 mart 2018-ci il tarixli qərardadı ilə Abşeron Rayon Məhkəməsinin 07 fevral 2018-ci il tarixli qətnaməsində yanlışlıqlar düzəldilməsi, qətnamənin giriş hissəsində “07 fevral 2017-ci il” sözlərinin “07 fevral 2018-ci il” və qətnamənin nəticə hissəsində qeyd edilən “mənzil” sözlərinin “ qeyriyaşayış” sözləri kimi oxunması qərara alınmışdır. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən mövqeyini bu cür əsaslandırmışdır ki, iddiaçı tərəfindən mübahisəli obyektlərin dəyərləri tam olaraq əvvəlcə "xxxx" MMC-yə sonra isə onun hüquqi varisi olan cavabdeh "xxxx" MTK-ya ödənilmişdir.Tərəflərin izahatlarından, işin materiallarından göründüyü kimi iddiaçı tərəfindən mübahisəli mənzillərlə bağlı öhdəlik tam yerinə yetirilmişdir. Cavabdehin etirazının dəlillərini yoxlamaq üçün məhkəmə tərəfindən mübahisəli obyektlərə yerli baxış keçirilmiş və yerli baxış zamanı mübahisəli obyektlərin yerləşdiyi binanın tam şəkildə tikildiyi və tikintinin artıq başa çatdığı müəyyən edildi. Eyni zamanda binanın birinci mərtəbəsində yerləşən həmin obyektlərin yerləşdiyi sırada başqa bir obyektin təmir edilərək istifadə olunduğu da müəyyən edildi. Cavabdeh tərəfindən mübahisəli obyektlərin iddiaçının sahibliyinə verilməsinə maneçiliyinin hüquqi əsasları yoxdur. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.1, 421.1, 442.1, 152.1, 152.5, 152.6, 152.7, 157.1, 157.2, 178.8, 157.4cü maddəsinə istinad edərək əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri Qətnamədən narazı qalan qəbul edilmiş qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs apelyasiya şikayəti verərək Abşeron rayon Məhkəməsinin 07 fevral 2017 (2018)-ci il tarixli, 2(012)-226/2018 saylı qətnaməsinin qismən - 20 may 2007-ci il tarixli İddiaçı Sultan oğlu ilə "xxxx" MMC arasında bağlanmış müqaviləyə əsasən həmin cəmiyyətin Abşeron rayon İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli, 301 saylı Sərəncamı ilə Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda inşasına icazə verilmiş yaşayış evinin 3-cü blok 1-ci mərtəbəsində ümumi sahəsi 216 kv. metr olan qeyri-yaşayış sahəsinə dair, İddiaçı Sultan oğlu ilə "xxxx" MMC arasında bağlanmış müqaviləyə əsasən həmin cəmiyyətin Abşeron rayon İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli, 301 saylı Sərəncamı ilə Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda inşasına icazə verilmiş yaşayış evinin 3-cü blok 1-ci mərtəbəsində ümumi sahəsi 108 kv.metr olan qeyri-yaşayış sahəsinə dair İddiaçı Sultan oğlunun sahiblik və istifadə hüquqlarının tanınması, həmin qeyri yaşayış-sahələrinə dair sahiblik hüququnun həyata keçirilməsinə yaradılan maneələrin aradan qaldırılması vəzifəsinin "xxxx" Mənzil Tikinti Kooperativinə həvalə edilməsi, qeyri-yaşayış sahələrinin İddiaçı Sultan oğluna təhvil verilməsi” hissəsində ləğv edilməsini və iddia tələblərinin bu hissədə təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri: Qəbul edilmiş qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, belə bir qətnamənin mövcudluğundan o, Abşeron Rayon Məhkəməsinin icraatında olan Maraqlı şəxs cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı iddia ərizəsinə dair 2(012)-3006/2019 saylı mülki iş üzrə 25 iyul 2019cu il tarixdə keçirilmiş məhkəmə iclası zamanı xəbər tutmuşdur. Belə ki, 13 may 2008-ci il tarixdə həmin dövrdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, hal-hazırda "xxxx" MTK-nə çevrilmiş "xxxx" MMC ilə onun anası X2 arasında müqavilə bağlanmışdır. Həmin müqavilənin şərtlərinə görə "xxxx" MMC Abşeron rayon İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli, 301 saylı Sərəncamı ilə tikintisinə icazə verilmiş Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda yerləşən 12 mərtəbəli yaşayış evinin 3-cü blokunda 31 kv. metr ümumi sahəsi olan qeyri-yaşayış sahəsini verməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC tərəfindən verilmiş 13 may 2008-ci il tarixli maliyyə arayışına görə yuxarıda göstərilən qeyri-yaşayış sahəsinin dəyəri tam şəkildə ödənilmişdir. 19 noyabr 2008-ci il tarixdə həmin dövrdə "xxxx" MMC, hal-hazırda "xxxx" MTK-nə çevrilmiş "xxxx" MMC ilə iddiaçı Maraqlı şəxs arasında müqavilə bağlanmışdır. Həmin müqavilələrin şərtlərinə görə "xxxx" MMC Abşeron rayon İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli, 301 saylı Sərəncamı ilə tikintisinə icazə verilmiş Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda yerləşən 12 mərtəbəli yaşayış evinin 3-cü blokunda 15 kv. metr ümumi sahəsi olan qeyri-yaşayış sahəsini Maraqlı şəxs verməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC tərəfindən verilmiş 19 noyabr 2008-ci il tarixli maliyyə arayışına görə yuxarıda göstərilən qeyri-yaşayış sahəsinin dəyəri tam şəkildə ödənilmişdir. 26 aprel 2017-ci il tarixdə Maraqlı şəxs ilə yeni müqavilə bağlanmış, yuxarıda göstərilən 2 müqavilə birləşdirilərək, "xxxx" MTK Abşeron rayon İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli, 301 saylı Sərəncamı ilə tikintisinə icazə verilmiş Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda yerləşən 12 mərtəbəli yaşayış evinin 3-cü blokunda 46 kv. metr ümumi sahəsi olan qeyriyaşayış sahəsini Maraqlı şəxs verməyi öhdəsinə götürmüşdür. Qeyri-yaşayış sahəsinə dair Maraqlı şəxs sxem də verilmişdir. Əlavə olaraq Maraqlı şəxs 13.800 manat ödəniş edilməsi tələb olunmuş, 02 oktyabr 2018-ci il tarixdə maliyyə arayışı verilmişdir. Həmin arayışa görə yuxarıda göstərilən qeyri-yaşayış sahəsinin dəyəri tam şəkildə ödənilmişdir. Abşeron Rayon Məhkəməsinin 07 fevral 2017 (2018)-ci il tarixli, 2(012)-226/2018 saylı qətnaməsində istinad edilən İddiaçı Sultan oğlu ilə "xxxx" MMC arasında Abşeron rayon İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli, 301 saylı Sərəncamı ilə Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda inşasına icazə verilmiş yaşayış evinin 3-cü blok 1-ci mərtəbəsində ümumi sahəsi 216 və 108 kv. metr olan qeyriyaşayış sahələrinə dair bağlanmış müqavilələr əslində 20 may 2007-ci ildə deyil, 20 may 2010-cu ilə təsadüf edir. Məhkəmə qətnaməsində tarix səhvinə yol verilmişdir. Bu müqavilələr Maraqlı şəxs və onun anası X2 ilə müqavilələr bağlanandan sonra, yəni 2008ci ildən sonra bağlanmışdır. Həmin sahə artıq Maraqlı şəxs və onun anasına 2008-ci ildə satıldığından "xxxx" Mənzil Tikinti Kooperativinin (həmin dövrdə "xxxx" MMC) 2010-cu ildə həmin sahəni başqa şəxsə satmağa səlahiyyəti olmamışdır. Qeyd olunanlara əsasən şikayətin təmin edilməsini, Abşeron Rayon Məhkəməsinin 07 fevral 2018-ci il tarixli, 2(012)-226/2018 saylı qətnaməsinin qismən - 20 may 2007-ci il tarixli İddiaçı Sultan oğlu ilə "xxxx" MMC arasında bağlanmış müqaviləyə əsasən həmin cəmiyyətin Abşeron rayon İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli, 301 saylı Sərəncamı ilə Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda inşasına icazə verilmiş yaşayış evinin 3-cü blok 1-ci mərtəbəsində ümumi sahəsi 216 kv. metr olan qeyri-yaşayış sahəsinə dair, İddiaçı Sultan oğlu ilə "xxxx" MMC arasında bağlanmış müqaviləyə əsasən həmin cəmiyyətin Abşeron rayon İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli, 301 saylı Sərəncamı ilə Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda inşasına icazə verilmiş yaşayış evinin 3-cü blok 1-ci mərtəbəsində ümumi sahəsi 108 kv.metr olan qeyri-yaşayış sahəsinə dair İddiaçı Sultan oğlunun sahiblik və istifadə hüquqlarının tanınması, həmin qeyri yaşayış-sahələrinə dair sahiblik hüququnun həyata keçirilməsinə yaradılan maneələrin aradan qaldırılması vəzifəsinin "xxxx" Mənzil Tikinti Kooperativinə həvalə edilməsi, qeyri-yaşayış sahələrinin İddiaçı Sultan oğluna təhvil verilməsi” hissəsində ləğv edilməsini və iddia tələblərinin bu hissədə təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edərkən qəbul edilmiş qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, belə bir qətnamənin mövcudluğundan Abşeron Rayon Məhkəməsinin icraatında olan Maraqlı şəxs cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı iddia ərizəsinə dair 2(012)-3006/2019 saylı mülki iş üzrə 25 iyul 2019-cu il tarixdə keçirilmiş məhkəmə iclası zamanı xəbər tutublar. Belə ki, 13 may 2008-ci il tarixdə həmin dövrdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, hal-hazırda "xxxx" MTK-nə çevrilmiş "xxxx" MMC ilə Maraqlı şəxs anası X2 arasında müqavilə bağlanmışdır. Həmin müqavilənin şərtlərinə görə "xxxx" MMC Abşeron rayon İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli, 301 saylı Sərəncamı ilə tikintisinə icazə verilmiş Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda yerləşən 12 mərtəbəli yaşayış evinin 3-cü blokunda 31 kv. metr ümumi sahəsi olan qeyri-yaşayış sahəsini verməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC tərəfindən verilmiş 13 may 2008-ci il tarixli maliyyə arayışına görə yuxarıda göstərilən qeyri-yaşayış sahəsinin dəyəri tam şəkildə ödənilmişdir. 19 noyabr 2008-ci il tarixdə həmin dövrdə "xxxx" MMC, hal-hazırda "xxxx" MTK-nə çevrilmiş "xxxx" MMC ilə iddiaçı Maraqlı şəxs arasında müqavilə bağlanmışdır. Həmin müqavilələrin şərtlərinə görə "xxxx" MMC Abşeron rayon İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli, 301 saylı sərəncamı ilə tikintisinə icazə verilmiş Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda yerləşən 12 mərtəbəli yaşayış evinin 3-cü blokunda 15 kv.metr ümumi sahəsi olan qeyri-yaşayış sahəsini Maraqlı şəxs verməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC tərəfindən verilmiş 19 noyabr 2008-ci il tarixli maliyyə arayışına görə yuxarıda göstərilən qeyri-yaşayış sahəsinin dəyəri tam şəkildə ödənilmişdir. 26 aprel 2017-ci il tarixdə Maraqlı şəxs ilə yeni müqavilə bağlanmış, yuxarıda göstərilən 2 müqavilə birləşdirilərək, "xxxx" MTK Abşeron rayon İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli, 301 saylı Sərəncamı ilə tikintisinə icazə verilmiş Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda yerləşən 12 mərtəbəli yaşayış evinin 3-cü blokunda 46 kv. metr ümumi sahəsi olan qeyri-yaşayış sahəsini Maraqlı şəxs verməyi öhdəsinə götürmüşdür. Qeyri-yaşayış sahəsinə dair Maraqlı şəxs sxem də verilmişdir. Əlavə olaraq Maraqlı şəxs 13.800 manat ödəniş edilməsi tələb olunmuş, 02 oktyabr 2018-ci il tarixdə maliyyə arayışı verilmişdir. Həmin arayışa görə yuxarıda göstərilən qeyri-yaşayış sahəsinin dəyəri tam şəkildə ödənilmişdir. Abşeron Rayon Məhkəməsinin 07 fevral 2018-ci il tarixli, 2(012)-226/2018 saylı qətnaməsində istinad edilən İddiaçı Sultan oğlu ilə "xxxx" MMC arasında Abşeron rayon İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli, 301 saylı Sərəncamı ilə Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda inşasına icazə verilmiş yaşayış evinin 3-cü blok 1-ci mərtəbəsində ümumi sahəsi 216 və 108 kv. metr olan qeyri-yaşayış sahələrinə dair bağlanmış müqavilələr əslində 20 may 2007-ci ildə deyil, 20 may 2010-cu ilə təsadüf edir. Məhkəmə qətnaməsində tarix səhvinə yol verilmişdir. Bu müqavilələr Maraqlı şəxs və onun anası X2 ilə müqavilələr bağlanandan sonra, yəni 2008-ci ildən sonra bağlanmışdır. Həmin sahə artıq Maraqlı şəxs və onun anasına 2008-ci ildə satıldığından "xxxx" Mənzil Tikinti Kooperativinin (həmin dövrdə "xxxx" MMC) 2010-cu ildə həmin sahəni başqa şəxsə satmağa səlahiyyəti olmamışdır. Qeyd olunanlara əsasən şikayətin təmin edilməsini, Abşeron Rayon Məhkəməsinin 07 fevral 2017 (2018)-ci il tarixli, 2(012)-226/2018 saylı qətnaməsinin qismən- 20 may 2007-ci il tarixli İddiaçı Sultan oğlu ilə "xxxx" MMC arasında bağlanmış müqaviləyə əsasən həmin cəmiyyətin Abşeron rayon İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli, 301 saylı Sərəncamı ilə Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda inşasına icazə verilmiş yaşayış evinin 3-cü blok 1-ci mərtəbəsində ümumi sahəsi 216 kv. metr olan qeyri-yaşayış sahəsinə dair, İddiaçı Sultan oğlu ilə "xxxx" MMC arasında bağlanmış müqaviləyə əsasən həmin cəmiyyətin Abşeron rayon İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli, 301 saylı Sərəncamı ilə Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda inşasına icazə verilmiş yaşayış evinin 3-cü blok 1-ci mərtəbəsində ümumi sahəsi 108 kv.metr olan qeyri-yaşayış sahəsinə dair İddiaçı Sultan oğlunun sahiblik və istifadə hüquqlarının tanınması, həmin qeyri yaşayış-sahələrinə dair sahiblik hüququnun həyata keçirilməsinə yaradılan maneələrin aradan qaldırılması vəzifəsinin "xxxx" Mənzil Tikinti Kooperativinə həvalə edilməsi, qeyri-yaşayış sahələrinin İddiaçı Sultan oğluna təhvil verilməsi” hissəsində ləğv edilməsini və iddia tələblərinin bu hissədə təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edərkən İddiaçı Sultan oğlunun nümayəndə və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, Maraqlı şəxs cavabdehlər "xxxx" MTK-ya və İddiaçı Sultan oğluna qarşı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək "xxxx" MMC və onun varisi "xxxx" MTK ilə İddiaçı Sultan oğlu arasında Xırdalan şəhəri, M.3.Rəsulzadə və H.Z.Tagıyev küçələrinin kəsişdiyi ünvanda yerləşən 12 mərtəbəli yaşayış evinin 3-cü blokunda 108 kv.metr və 216 kv.metr qeyri-yaşayış sahələrinə dair müqavilələrin Maraqlı şəxs məxsus olan 46 kv.metr ümumi sahəsi olan qeyri-yaşayış sahəsi liə üst-üstə düşən hissəsində etibarsız hesab edilməsini xahiş etmişdir. Daha sonra xx.xx.2019-cu il tarixdə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə MPM-nin 51.3 və 53-cü maddələrinə istinad edərək ərizə ilə müraciət edib X4, MənsimovƏnvər Ağalar oğlunun, Abşeron rayon 2 saylı notariat ofisinin xüsusi notariusu X11 və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsini cavabdehlər qismində prosesə cəlb olunmasını, "xxxx" MMC ilə İddiaçı Sultan oğlu arasında Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda yerləşən 12 mərtəbəli yaşayış evinin 3-cü blokunda 108 kv.metr və 216 kv.metr qeyri-yaşayış sahələrinə dair müqavilələrin Maraqlı şəxs məxsus həmin yaşayış evinin 3-cü blokunda 46 kv.metr ümumi sahəsi olan qeyriyaşayış sahəsi ilə üst-üstə düşən hissəsində etibarsız hesab edilməsini, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 7A ünvanında yerləşən qeyri-yaşayış sahələrinə dair İddiaçı adına daşınmaz əmlakın dövlət reyestr xidmətində aparılmış qeydiyyat və bu qeydiyyat əsasında verilmiş çıxarışların ləğv edilməsini, M.X1 arasında bağlanmış 22 may 2019-cu il tarixli və X13 arasında bağlanmış 27 fevral 2019-cu il tarixli alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və həmin şəxslərin adına daşınmaz əmlakın dövlət reyestr xidmətində aparılmış qeydiyyat və bu qeydiyyat əsasında verilmiş çıxarışların ləğv edilməsini xahiş etmişdir. Qeyd edilən məhkəmə mübahisəsi yekunlaşmış, iddia tələbi iddiaçıya münasibətdə təmin edilməmişdir. Odur ki, apellyasiya şikayətinin təmn edilməməsi, Abşeron Rayon Məhkəməsinin 07 fevral 2018-ci il tarixli, 2(012)-226/2018 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə tərəflər sonuncu məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər həmin Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 152.6-ci maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. 152.7-ci maddəsinə istifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Əgər əşyanın tətbiq edilməməsi və ya ona qulluq olunmaması ictimai mənafelərə qəsd edirsə, istifadə və ya qulluq və saxlama vəzifəsi müəyyənləşdirilə bilər. Bu halda mülkiyyətçinin üzərinə həmin vəzifələri özü icra etmək və ya müvafiq muzd müqabilində əşyanı başqa şəxslərin istifadəsinə vermək vəzifəsi qoyula bilər. 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 178.8-ci maddəsinə görə mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülki Prosessual Məcəllə Maddə 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119.1. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 07 fevral 2018-ci il tarixli, 2(012)-226/2018 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yei qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməlidir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı tərəfindən mübahisəli obyektlərin dəyərləri tam olaraq əvvəlcə "xxxx" MMC-yə, sonra isə onun hüquqi varisi olan cavabdeh "xxxx" MTK-ya ödənilmişdir.Tərəflərin izahatlarından, işin materiallarından göründüyü kimi iddiaçı tərəfindən mübahisəli mənzillərlə bağlı öhdəlik tam yerinə yetirilmişdir. Cavabdehin etirazının dəlillərini yoxlamaq üçün məhkəmə tərəfindən mübahisəli obyektlərə yerli baxış keçirilmiş və yerli baxış zamanı mübahisəli obyektlərin yerləşdiyi binanın tam şəkildə tikildiyi və tikintinin artıq başa çatdığı müəyyən edildi. Eyni zamanda binanın birinci mərtəbəsində yerləşən həmin obyektlərin yerləşdiyi sırada başqa bir obyektin təmir edilərək istifadə olunduğu da müəyyən edildi. Cavabdeh tərəfindən mübahisəli obyektlərin iddiaçının sahibliyinə verilməsinə maneçiliyinin hüquqi əsasları yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi prosessual hüquq normalarının tələbləri pozulmaqla qəbul edildiyindən ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmn edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 271-ci maddəsinə əsasən protokol məhkəmə iclasının və ya ayrıca prosessual hərəkətin bütün mühüm anlarını əks etdirməlidir. 272.1-ci maddəyə əsasən protokolun tərtib edilməsinə məhkəmə katibi cəlb olunur. Məhkəmə katibin cəlb olunmasından imtina edə bilər. Protokolu hakim özü, məhkəmə iclasında sədrlik edən və ya işə baxan məhkəmə tərkibinin digər hakimi tərtib edə bilər. Bu zaman onlar kompüterdən və ya digər köməkçi vasitələrdən istifadə edə bilərlər. 272.7. Protokol məhkəmə iclası qurtardıqdan sonra 10 gündən gec olmayaraq, ayrıca prosessual hərəkətlər barədə protokol isə onun edildiyindən sonrakı gündən gec olmayaraq tərtib edilməli və imzalanmalıdır. 272.8. Protokol hakim tərəfindən tərtib edildiyi halda onun tərəfindən, katib tərəfindən tərtib edildikdə isə hakim və ya işə kollegial baxıldığı halda sədrlik edən və katib tərəfindən imzalanmalıdır. Protokolda dəyişikliklər, əlavələr və düzəlişlər əvvəlcədən razılaşdırılmalı və onların imzaları ilə təsdiq edilməlidir. İşə əlavə edilmiş məhkəmənin 06 fevral 2018-ci il tarixli protokolundan (i.v. 43-44) görünür ki, protokol hakim X6 və məhkəmə iclas katibi X14 tərəfindən tərtib edilərək imzalanmış, sonradan iclas protokolunun nəticə hissəsi üzərindən və hakimin imzası üzərindən xətt çəkilmiş, protkola “yerli baxışa getdi, Qətnamədən yaz” qeyd yazılmışdır. Bundan başqa iş üzrə qəbul edilmiş qətnamənin 3-cü səhifə, 3-cü abzasının 5-ci sətrində (əsaslandırıcı hissəsinin 11-ci abzası) qeyd edilmişdir ki, cavabdehin etirazısının dəlillərini yoxlamaq üçün məhkəmə tərəfindən mübahisəli obyektlərə yerli baxış keçirilmiş və yerli baxış zamanı mübahisəli obyektlərin yerləşdiyi binanın tam şəkildə tikildiyi, tikintinin artıq başa çatdığı müəyyən edildi. Eyni zamanda binanın birinci mərtəbəsində yerləşən həmin obyektlərin yerləşdiyi sırada başqa bir obyektin təmir edilərək istifadə olunduğu da müəyyən edildi. Göründüyü kimi məhkəmə qətnaməsində mübahisəli binaya və obyektlərə yerində baxış keçirilməsi qeyd edilsə də iş materiallarında yerli baxışın keçirilməsinə dair protokol mövcud deyildir. Bununla da məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən yol verilmiş prosessual hüquq normalarının şərh olunan bu pozuntularını qətnamənin ləğvi üçün əsas hesab edir. Belə ki, Mülki Prosessual Məcəllənin 385.1.1 və 385.1.2-ci maddələrinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddiaya iddia həcmində qiymət verilməklə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmə kollegiyası iddia tələbinə qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan 12 may 2007-ci il tarixli müqavilənin surətindən görünür ki, İddiaçı Sultan oğlu ilə "xxxx" MMC arsında bağlanmış 12 may 2007-ci il tarixli müqaviləyə əsasən həmin Cəmiyyət Abşeron rayon İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli, 301 saylı sərəncamı ilə Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanında inşasına icazə verilmiş yaşayış evinin 3-cü blok, 1-ci mərtəbəsində, ümumi sahəsi 324 kv.m olan mənzil pay kimi payçıya verməyi öz öhdəsinə götürümşür. Payçı müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür. Müqavilə üzrə mənzilin dəyəri bir kvadrat metr üçün 600 manat təşkil edir. Sahəsi 324 kv.m olan mənzil üçün 194.400 manat ödənilməlidir. Mülki iş materiallarında olan 20 may 2010-cu il tarixli müqavilənin surətindən görünür ki, İddiaçı Sultan oğlu ilə "xxxx" MMC arsında bağlanmış 20 may 2010-cu il tarixli müqaviləyə əsasən Cmiyyət Abşeron rayon İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli 301 saylı sərəncamı ilə Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda inşasına icazə verilmiş yaşayış evinin 3-ci blok, 1-cı mərtəbəsində, ümumi sahəsi 216 kv.m olan mənzili pay kimi payçıya verməyi öz öhdəsinə götürümşür. Payçı müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür. Müqavilə üzrə mənzilin dəyəri bir kvadrat metr üçün 550 manat təşkil edir. Sahəsi 216 kv.m olan mənzil üçün 118.800 manat ödənilməlidir. Mülki iş materiallarında olan 20 may 2010-cu il tarixli müqavilənin surətindən görünür ki, İddiaçı Sultan oğlu ilə "xxxx" MMC arasında bağlanmış 20 may 2010-cu il tarixli müqaviləyə əsasən həmin cəmiyyətin Abşeron rayon İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli, 301 saylı sərəncamı ilə Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda inşasına icazə verilmiş yaşayış evinin 3-ci blok, 1-cı mərtəbəsində, ümumi sahəsi 108 kv.m olan mənzili pay kimi payçıya verməyi öz öhdəsinə götürümşür. Payçı müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür. Müqavilə üzrə mənzilin dəyəri bir kvadrat metr üçün 550 manat təşkil edir. Sahəsi 108 kv.m olan mənzil üçün 59.400 manat ödənilməlidir. Mülki iş materiallarında olan maliyyə arayışından görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanında inşasına icazə verilmiş yaşayış evinin 3-cü blok, 1-ci mərtəbəsində, ümumi sahəsi 108 kv.m olan mənzilin dəyəri 59.400 manat məbləğində pul İddiaçı Sultan oğlu tərəfindən ödənilmişdir. Ödəniş 59.400 manat təşkil etmiş. Beləliklə, İddiaçı Sultan oğlunun sözügedən mənzilə dair MMC-yə borcu qalmamışdır. Mülki iş materiallarında olan maliyyə arayışından görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanında inşasına icazə verilmiş yaşayış evinin 3-cü blok, 1-ci mərtəbəsində, ümumi sahəsi 216 kv.m olan mənzilin dəyəri 118.800 manat məbləğində pul İddiaçı Sultan oğlu tərəfindən ödənilmişdir. Ödəniş 118.800 manat təşkil etmişdir. Beləliklə, İddiaçı Sultan oğlunun sözügedən mənzilə dair MMC-yə borcu qalmamışdır. Mülki iş materiallarında olan maliyyə arayışından görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev keçələrinin kəsişdiyi ünvanında inşasına icazə verilmiş yaşayış evinin 3-cü blok, 1-ci mərtəbəsində, ümumi sahəsi 324 kv.m olan mənzilin dəyəri 194.400 manat məbləğində pul İddiaçı Sultan oğlu tərəfindən ödənilmişdir. Ödəniş 194.400 manat təşkil etmişdir. Beləliklə, İddiaçı Sultan oğlunun sözügedən mənzilə dair MMC-yə borcu qalmamışdır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən mübahisəli obyektlərin dəyərləri tam olaraq əvvəlcə "xxxx" MMC-yə, sonra isə onun hüquqi varisi olan cavabdeh "xxxx" MTK-ya ödənilmişdir. Tərəflərin izahatlarından, işin materiallarından göründüyü kimi iddiaçı tərəfindən mübahisəli mənzillərlə bağlı öhdəlik tam yerinə yetirilmiş, lakin əmlakların dəyəri ödənilsə də cavabdeh müqavilə üzrə öhdəlikləri yerinə yetirməmiş, dəyəri ödənilmiş əmlakları iddiaçıya təhvil verməmişdir. Həmçinin yerli baxış zamanı mübahisəli obyektlərin yerləşdiyi binanın tam şəkildə tikildiyi və tikintinin artıq başa çatması, binanın birinci mərtəbəsində yerləşən həmin obyektlərin yerləşdiyi sırada başqa bir obyektin təmir edilərək istifadə olunduğu da müəyyən edilmişdir. Bundan başqa iş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli,2(012)-64/2021 nömrəli qətnaməsindən görünür ki, Maraqlı şəxs cavabdehlər İddiaçı Sultan oğlu, X12, X7, Abşeron rayon 2 saylı notariat ofisinin xüsusi notariusu X17 və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli, 301 saylı sərəncamı ilə tikintisinə icazə verilmiş Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda inşa edilən yaşayış evinin 3-cü blokunda 108 kv.metr və 216 kv.metr qeyri-yaşayış sahələrinə dair "xxxx" MMC ilə İddiaçı Sultan oğlu arasında 20 may 2010-cu il tarixdə bağlanmış müqavilələrin Maraqlı şəxs məxsus həmin yaşayış evinin 3-cü blokunda 46 kv.metr ümumi sahəsi olan qeyriyaşayış sahəsi ilə üst-üstə düşən hissəsində etibarsız hesab edilməsi, Abşeron rayonu, Xırdalan şəhəri, X21 küçəsi 7 A ünvanda yerləşən qeyri-yaşayış sahələrinə dair İddiaçı Sultan oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və bu qeydiyyat əsasında verilmiş çıxarışın ləğv edilməsi, İddiaçı Sultan oğlu ilə X12 arasında bağlanmış 22 may 2019-cu il tarixli və X13 arasında bağlanmış 27 fevral 2019-cu il tarixli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və həmin şəxslərin adına daşınmaz əmlakın dövlət reyestr xidmətində aparılmış qeydiyyat və bu qeydiyyat əsasında verilmiş çıxarışların ləğv edilməsi tələbinə dair iddia ərizəsi, müstəqil tələb irəli sürən üçüncü şəxs X3 cavabdeh "xxxx" MTK ilə İddiaçı Sultan oğlu arasında bağlanmış 28 aprel 2017ci il tarixli 13 və 14 saylı müqavilələrin, həmin müqavilələr əsasında İddiaçı Sultan oğluna satılmış sahənin "xxxx" MMC ilə X8 arasında bağlanmış 30 mart 2008-ci il tarixli, 18 saylı və "xxxx" MMC-nin hüquqi varisi "xxxx" MTK ilə X8 arasında bağlanmış 09 avqust 2017-ci il tarixli, 20 saylı müqavilə əsasında X5 məxsus ünvan 5 ünvanda inşa olunan yaşayış binasının 3-cü blokunda yerləşən, sahəsi 36,0 kv.metr olan qeyri-yaşayış sahəsi ilə üstüstə düşən hissəsinin etibarsız hesab edilməsi və həmin üst-üstə düşən sahə üzrə İddiaçı Sultan oğluna verilmiş çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, iddiaçı Maraqlı şəxs cavabdehlər İddiaçı Sultan oğlu,X12, X7, Abşeron rayon 2 saylı notariat ofisinin xüsusi notariusu X17 və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli, 301 saylı sərəncamı ilə tikintisinə icazə verilmiş Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda inşa edilən yaşayış evinin 3-cü blokunda 108 kv.metr və 216 kv.metr qeyri-yaşayış sahələrinə dair "xxxx" MMC ilə İddiaçı Sultan oğlu arasında 20 may 2010-cu il tarixdə bağlanmış müqavilələrin Maraqlı şəxs məxsus həmin yaşayış evinin 3-cü blokunda 46 kv.metr ümumi sahəsi olan qeyri-yaşayış sahəsi ilə üst-üstə düşən hissəsində etibarsız hesab edilməsi, Abşeron rayonu, Xırdalan şəhəri, X21 küçəsi 7 A ünvanda yerləşən qeyri-yaşayış sahələrinə dair İddiaçı Sultan oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və bu qeydiyyat əsasında verilmiş çıxarışın ləğv edilməsi, İddiaçı Sultan oğlu ilə X12 arasında bağlanmış 22 may 2019-cu il tarixli və X13 arasında bağlanmış 27 fevral 2019-cu il tarixli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və həmin şəxslərin adına daşınmaz əmlakın dövlət reyestr xidmətində aparılmış qeydiyyat və bu qeydiyyat əsasında verilmiş çıxarışların ləğv edilməsi tələbinə dair iddiasının rədd edilməsi, iddiaçı Maraqlı şəxs cavabdeh "xxxx" MTK-ya qarşı Maraqlı şəxs ilə "xxxx" MMC və onun varisi "xxxx" MTK arasında bağlanmış 13 may 2008, 19 noyabr 2008, 29 sentyabr 2008 və 26 aprel 2017-ci il tarixli müqavilələrə əsasən Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli, 301 saylı sərəncamı ilə tikintisinə icazə verilmiş Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda yerləşən 12 mərtəbəli yaşayış evinin 3-cü blokunda 46 kv.metr ümumi sahəsi olan qeyriyaşayış sahəsinin və 31 kv. metr ümumi sahəsi olan zirzəminin Maraqlı şəxs təhvil verilməsi və həmin qeyri-yaşayış sahələrinə dair dövlət reyestrindən çıxarışın alınması üçün zəruri olan müvafiq sənədlərin (ümumi yığıncağın qərarından çıxarış, maliyyə arayışı və s.) verilməsi vəzifəsinin "xxxx" MTK-ya həvalə edilməsi” barədə iddia tələbinin təmin edilməsi, müstəqil tələblər irəli sürən üçüncü şəxs X3 cavabdeh İddiaçı Sultan oğluna qarşı "xxxx" MTK ilə İddiaçı Sultan oğlu arasında bağlanmış 28 aprel 2017-ci il tarixli 13 və 14 saylı müqavilələrin, həmin müqavilələr əsasında İddiaçı Sultan oğluna satılmış sahənin "xxxx" MMC ilə X8 arasında bağlanmış 30 mart 2008-ci il tarixli, 18 saylı və "xxxx" MMCnin hüquqi varisi "xxxx" MTK ilə X8 arasında bağlanmış 09 avqust 2017-ci il tarixli, 20 saylı müqavilə əsasında X5 məxsus ünvan 6 ünvanda inşa olunan yaşayış binasının 3-cü blokunda yerləşən, sahəsi 36,0 kv.metr olan qeyri-yaşayış sahəsi ilə üst-üstə düşən hissəsinin etibarsız hesab edilməsi və həmin üst-üstə düşən sahə üzrə İddiaçı Sultan oğluna verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçı Maraqlı şəxs nümayəndəsi və vəkili Nümayəndə və müstəqil tələb irəli sürən üçüncü şəxs Y.M.Nuqaylının nümayəndəsi və vəkili Ə.M.Əmirəliyev tərəfindən apellyasiya şikayətləri verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 17 sentyabr 2021-ci il tarixli, 2(105)-2037/2021 nömrəli qətnaməsi ilə apellyasiya şikayətləri qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli, 2(012)-64/2021 saylı qətnaməsinin qismən ləğv edilməsi, iddia tələblərinin qismən təmin edilməsi, Abşeron Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2006cı il tarixli, 301 saylı sərəncamı ilə tikintisinə icazə verilmiş Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda inşa edilən yaşayış evinin 3-cü blokunda 108 kv.metr və 216 kv.metr qeyri-yaşayış sahələrinə dair "xxxx" MMC ilə İddiaçı Sultan oğlu arasında 20 may 2010-cu il tarixdə bağlanmış müqavilələri- “Maraqlı şəxs məxsus həmin yaşayış evinin 3-cü blokunda 46 kv.metr ümumi sahəsi olan qeyri-yaşayış sahəsi və X5 məxsus həmin yaşayış binasının 3-cü blokunda 36,0 kv.metr ümumi sahəsi olan qeyriyaşayış sahəsi” hissəsində etibarsız hesab edilməsi, Qətnamənin - « Abşeron rayonu, Xırdalan şəhəri, X21 küçəsi 7 A ünvanda yerləşən qeyri-yaşayış sahələrinə dair İddiaçı Sultan oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və bu qeydiyyat əsasında verilmiş çıxarışın ləğv edilməsi, İddiaçı Sultan oğlu ilə X12 arasında bağlanmış 22 may 2019-cu il tarixli və X13 arasında bağlanmış 27 fevral 2019-cu il tarixli alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və həmin şəxslərin adına daşınmaz əmlakın dövlət reyestr xidmətində aparılmış qeydiyyat və bu qeydiyyat əsasında verilmiş çıxarışların ləğv edilməsi tələbinə dair iddiası rədd edilməsi, iddiaçı Maraqlı şəxs cavabdeh "xxxx" MTK-ya qarşı Maraqlı şəxs ilə "xxxx" MMC və onun varisi "xxxx" MTK arasında bağlanmış 13 may 2008, 19 noyabr 2008, 29 sentyabr 2008 və 26 aprel 2017-ci il tarixli müqavilələrə əsasən Abşeron Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli, 301 saylı sərəncamı ilə tikintisinə icazə verilmiş Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda yerləşən 12 mərtəbəli yaşayış evinin 3-cü blokunda 46 kv.metr ümumi sahəsi olan qeyri-yaşayış sahəsinin və 31 kv. metr ümumi sahəsi olan zirzəminin Maraqlı şəxs təhvil verilməsi və həmin qeyri-yaşayış sahələrinə dair dövlət reyestrindən çıxarışın alınması üçün zəruri olan müvafiq sənədlərin (ümumi yığıncağın qərarından çıxarış, maliyyə arayışı və s.) verilməsi vəzifəsinin "xxxx" MTK-ya həvalə edilməsi” barədə iddia tələbinin təmin edilməsi, müstəqil tələblər irəli sürən üçüncü şəxs X3 cavabdeh İddiaçı Sultan oğluna qarşı "xxxx" MTK ilə İddiaçı Sultan oğlu arasında bağlanmış 28 aprel 2017-ci il tarixli 13 və 14 saylı müqavilələrin, həmin müqavilələr əsasında İddiaçı Sultan oğluna satılmış sahənin "xxxx" MMC ilə X8 arasında bağlanmış 30 mart 2008-ci il tarixli, 18 saylı və Hayan-EMMC-nin hüquqi varisi Progress-2016MTK ilə X8 arasında bağlanmış 09 avqust 2017-ci il tarixli, 20 saylı müqavilə əsasında X5 məxsus ünvan 7 ünvanda inşa olunan yaşayış binasının 3-cü blokunda yerləşən sahə üzrə İddiaçı Sultan oğluna verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair iddiasının rədd edilməsi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən məhkəmə tikinti-texniki ekspertizasına görə 100 (yüz) manat ekspertiza xərci cavabdeh "xxxx" MTK-dan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülsün: SAP (XİİS) hesabıDövlət Xəzinədarlığı Agentliyi, kod-210005; VÖEN**********; müxbir hesabAZ41NABZ********************; SFİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesab AZ34CTRE********************» hissələrində dəyişdirilmədən saxlanmışdır. Qətnamədən cavabdeh İddiaçı Sultan oğlıu kassasiya şikayəti vermişdir. Azərbacan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-1324/2021 saylı qərarı ilə cavabdeh İddiaçı Sultan oğlunun kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)- 2037/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv olunmuş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 10 avqust 2022-ci il tarixli, 2(105)-1024/2022 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin olunmuş hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilməsi, bu hissədə iddianın təmin edilməsi, iddiaçı ilə "xxxx" MMC və onun varisi "xxxx" MTK arasında bağlanmış 13 may 2008, 19 noyabr 2008, 29 sentyabr 2008 və 26 aprel 2017-ci il tarixli müqavilələrə əsasən Abşeron Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli, 301 saylı sərəncamı ilə tikintisinə icazə verilmiş Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda yerləşən 12 mərtəbəli yaşayış evinin 3-cü blokunda 46 kv.metr ümumi sahəsi olan qeyri-yaşayış sahəsi və 31 kv. metr ümumi sahəsi olan zirzəminin iddiaçıya təhvil verilməsi və həmin qeyri-yaşayış sahələrinə dair dövlət reyestrindən çıxarışın alınması üçün zəruri olan müvafiq sənədlərin (ümumi yığıncağın qərarından çıxarış, maliyyə arayışı və s.) verilməsi vəzifəsi "xxxx" MTK-ya həvalə edilməsi, qalan hissələrdə qətnamənin dəyişdirilmədən saxlanılması, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X3 apellyasiya şikayətinin təmin edilməməsi qət edilmişdir. Qətnamədən iddiaçı Maraqlı şəxs tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbacan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 yanvar 2023-cü il tarixli, 2(102)-214/2023 nömrəli qərarı ilə iİddiaçı Maraqlı şəxs tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1204/2022 nömrəli, 10 avqust 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - iddiaçı Maraqlı şəxs tələbinin təmin olunmayan hissəsində dəyişdirilmədən saxlanılmışdır. Yuxarıda sadalanan məhkəmə qərarlaından görünür ki, iddiaçı Maraqlı şəxs hazırki üzrə mübahisə predmeti olan əmlaklara dair İddiaçı Sultan oğluna dair iddiaları təmin edilməmişdir. Bununla da məhkəmə kollegiyası qeyd edir ki, münahisəli qeyri-yaşayış sahələrinə dair mübahisə qalmadığından və müqavilə üzrə öhdəliklər iddiaçı tərəfindən tam yerinə yetirilərək əmlakların dəyəri ödənildiyindən iddiaçı hazırki tələbində haqlı olmuşdur. Belə olan halda da qeyri-yaşayış sahələrini dəyəri iddiaçı tərəfindən tam ödənildiyindən həmin əmlakların iddiaçının sahibliyinə verilməsinə maneçiliyinin hüquqi əsasları yoxdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, şikayətin dəlilləri iş materiallarında olan qanuni qüvvəsini almış məhkəmə qərarları ilə də təkzib edildiyindən dəlillər formal mülahizələr kimi qiymətləndirilməli və iddianın təmin edilməməsinə əsas hesab edilə bilməz. Həmçinin iddia tələbi təmin edildiyindən ödənilmiş dövlət rüsumu da cavabdehdən alınaraq iddiaçıya verilmlidir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 2(012)-226/2018 saylı, 07 fevral 2018-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməli, 12 may 2007-ci il tarixli İddiaçı Sultan oğlu ilə "xxxx" MMC arasında bağlanmış müqaviləyə əsasən həmin cəmiyyətin Abşeron rayon İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli, 301 saylı sərəncamı ilə Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda inşasına icazə verilmiş yaşayış evinin 3-ci blok, 1-cı mərtəbəsində, ümumi sahəsi 324 kv.m olan mənzilə dair, 20 may 2007-ci il tarixli İddiaçı Sultan oğlu ilə "xxxx" MMC arasında bağlanmış müqaviləyə əsasən həmin cəmiyyətin Abşeron rayon İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli 301 saylı sərəncamı ilə Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda inşasına icazə verilmiş yaşayış evinin 3-ci blok, 1-cı mərtəbəsində, ümumi sahəsi 216 kv.m olan mənzilə dair, 20 may 2007-ci il tarixli İddiaçı Sultan oğlu ilə "xxxx" MMC arasında bağlanmış müqaviləyə əsasən həmin cəmiyyətin Abşeron rayon İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli, 301 saylı sərəncamı ilə Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda inşasına icazə verilmiş yaşayış evinin 3-ci blok, 1-cı mərtəbəsində, ümumi sahəsi 108 kv.m olan mənzilə dair İddiaçı Sultan oğlunun sahiblik və istifadə hüquqlarımım tanınması, həmin qeyri-yaşayış sahəsinə dair sahiblik hüququnun həyata keçirilməsinə yaradılan maneənin aradan qaldırılması vəzifəsinin "xxxx" MTK-ya həvalə edilməli, mənzil sahələrinin İddiaçı Sultan oğluna təhvil verilməli, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 30 (otuz) manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 384.0.2, 392 və 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti qismən təmin edilsin. 12 may 2007-ci il tarixli İddiaçı Sultan oğlu ilə "xxxx" MMC arasında bağlanmış müqaviləyə əsasən həmin cəmiyyətin Abşeron rayon İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli, 301 saylı sərəncamı ilə Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda inşasına icazə verilmiş yaşayış evinin 3-ci blok, 1-cı mərtəbəsində, ümumi sahəsi 324 kv.m olan mənzilə dair, 20 may 2007-ci il tarixli İddiaçı Sultan oğlu ilə "xxxx" MMC arasında bağlanmış müqaviləyə əsasən həmin cəmiyyətin Abşeron rayon İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli, 301 saylı sərəncamı ilə Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda inşasına icazə verilmiş yaşayış evinin 3-ci blok, 1-cı mərtəbəsində, ümumi sahəsi 216 kv.m olan mənzilə dair, 20 may 2007-ci il tarixli İddiaçı Sultan oğlu ilə "xxxx" MMC arasında bağlanmış müqaviləyə əsasən həmin cəmiyyətin Abşeron rayon İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli, 301 saylı sərəncamı ilə Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda inşasına icazə verilmiş yaşayış evinin 3-ci blok, 1-cı mərtəbəsində, ümumi sahəsi 108 kv.m olan mənzilə dair İddiaçı Sultan oğlunun sahiblik və istifadə hüquqları tanınsın Həmin qeyri-yaşayış sahəsinə dair sahiblik hüququnun həyata keçirilməsinə yaradılan maneənin aradan qaldırılması vəzifəsi "xxxx" MTK-ya həvalə edilsin. Mənzil sahələri İddiaçı Sultan oğluna təhvil verilsin. İddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 30 (otuz) manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-11/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-11/2023
18.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver