Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-110/2025 07.01.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X15 və X1 ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-3373/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Qaradağ rayon prokurorluğunun 26 fevral 2024-cü il tarixli məktubundan görünür ki, Cavabdeh əməlində cinayət tərkibinin əlamətləri müəyyən olunmadığından toplanmış 26 fevral 2024-cü il tarixli qərarla 204C-23 nömrəli material üzrə Azərbaycan Respublikasının CPM-nin 391.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir.
2. Qaradağ rayon prokurorluğunun 26 fevral 2024-cü il tarixli qərarından görünür ki, 204C-23 nömrəli material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işi başlanması rədd edilmiş, toplanmış materiallar Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1 və 198.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması məsələsinə baxılması üçün Qaradağ rayon prokuroruna təqdim edilmiş, Cavabdeh əməlində Azərbaycan Respublikasının CMnin 255-ci maddəsinin tərkib əlamətlərinin olub-olmamasına hüquqi qiymət verilməsi üçün toplanmış 204C-23 nömrəli araşdırma materialından çıxarışlar Azərbaycan Respublikası CPM-nin 215-ci maddəsinə əsasən Qaradağ Rayon Polis İdarəsinə göndərilmişir.
Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına əməl etmədiyinə görə İddiaçı Sadiq oğluna vurduğu ağır xəsarətə görə maddi ziyan olaraq 13400 manat (xəstəxana, dərman, yol xərcləri, buraxılmış iş günləri və s.), mənəvi ziyan vurduğuna görə 10000 manat olmaqla, ümumilikdə 23400 manat məbləğində pulun alınaraq İddiaçı Sadiq oğlunun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Sadiq oğlu 2023-cü ilin yanvar ayında əmək müqaviləsi bağlamadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh daş karxanasında fəhlə kimi işə düzəlmiş və hər gün üçün 40 manat əmək haqqı almışdır. Əvvəlcə yalnız fəhlə kimi mişar daşlarını yük maşınlarınına yükləməklə, 2023-cü ilin avqust iyundan isə ağır texnika hesab edilən kombayn ilə daş kəsməklə məşğul olmuşdur. 11 sentyabr 2023-cü il tarixdə, saat 17:00 radələrində İddiaçı Qaradağ rayonun Güzdək qəsəbəsində ağır texnika hesab olunan kombayn ilə daş kəsən zaman kombayn anidən hərəkətə başlayıb sıradan çıxmış, o, mühərriki söndürməyə çalışmış, bu zaman kombaynın mühərriki relsdən çıxaraq onun sol ayağının topuq hissəsini kəsmişdir. Bundan sonra cavabdehin qardaşı X16 Əliyevi avtomobilinə qoyaraq Qaradağ rayonun Lökbatan qəsəbəsində yerləşən “Asmed” klinikasına aparmış, həmin klinikada həkimlər onun vəziyyətinin ağır olduğuna görə baxa bilməyəcəklərini bildirmişdir. Bundan sonra, Osman Məhərrəmov iddiaçını Travmatalogiya İnistutuna aparmışdır. İddiaçı Travmatalogiya İnistutunda 45 gün ərzində qalmışdır. Həmin müddət ərzində iki dəfə əməliyyat olunmuş və əmək qabiliyyətini bu günə qədər itirmişdir. O, uzun müddətdir ki, müalicə olunur, yeriməyə çətinlik çəkir. Baş vermiş hadisə ilə bağlı Bakı şəhəri Qaradağ rayon pokurorluğunda araşdırma aparılmış, araşdırma nəticəsində 2023-cü ilin yanvar ayından İddiaçı Sadiq oğlunun Cavabdeh məxsus daş karxanasında işləməsi, 11 sentyabr 2023-cü ildə ağır texnika hesab edilən kombaynda yaranmış nasazlığa görə topuğundan xəsarət alması müəyyən edilmişdir. Eyni zamanda xx.xx.2023-cü il tarixli 2490 nömrəli məhkəmətibbi ekspertizası rəyinə görə İddiaçı Sadiq oğlunun bədəni üzərində aşkar edilmiş xəsarətlər-sol ayağının İİİ daraq sümüyünün və İV barmağının proksimal falanqasının yerdəyişən sınıqları ilə müşayət olunan ayaq pəncəsinin üst və alt səthlərinin əzilmişcırılmış yaraları (dəri deffekti ilə), sol ayağının V barmağının ayaq-daraq falanqa oynağından travmatik amputasiyası bərk küt əşyanın təsirindən olduğunu və bunun xx.xx.2023-cü il tarixdə törədildiyini, dərəcəsinə görə isə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid oluğu qeyd edilmişdir. Eyni zamanda, məhkəmə-təhlükəsizlik texnikası ekspertizasının 19 fevral 2024cü il tarixli, 3-16-16/2-10/223 nömrəli rəyinə əsasən baş vermiş hadisə nəticəsində “Müəssisədə işçilərin əməyinin mühafizəsi üzrə” təlimi və “Biliklərinin yoxlanması haqqında nümunəvi Əsasnamənin” 6-cı bəndinin, “Faydalı qazıntılı yataqların açıq üsulla istehsalında vahid təhlüəsizlik qaydalarının 84-cü paraqrafının, qoruyucu vasitələrin, xüsusi ayaqqabıların, xüsusi geyimin verilməsi, saxlanması və istifadə qaydaları haqqında” Təlimatın 3-cü bəndinin, “Vahid X3 müəsisənin” direktorunun əmək funksiyasının tələbləri pozulmuşdur. İddiaçıya vurulmuş zərər az ağır olduğundan Bakı şəhəri Qaradağ rayon prokurorluğu tərəfindən başlanmış cinayət işi rədd edilmiş və aidiyyəti üzrə Qaradağ rayon Polis İdarəsinə göndərilmişdir. Cinayət işinin rədd edilməsi barədə qərara əsasən cavabdeh iddiaçıya vurduğu zərərə görə təsiqli olması sübut edilmişdir. İddiaçı 11 sentyabr 2023-cü il tarixdən əmək qabiliyyətini itirdiyinə görə işləmir, onun bu müddət ərzində müalicə və müayinə olunmasına görə 5000 manatdan artıq xərci çıxmışdır. Bundan başqa, baş vermiş xəsarət nətcəsində dözülməz ağrılar çəkmişdir və bu gün də gəzməsində, yeriməsində çətinliklər çəkir. Nəqliyyat vasitəsi kimi yalnız taksidən istifadə edərək harasa gedə bilir. Dəfələrlə İddiaçı Cavabdeh kömək göstərməsini xahiş etmiş, o isə iki dəfə 100 manat məbləğində pul verdikdən sonra, heç nə verməmiş və Qaradağ rayon prokurorluğu tərəfindən cinayət işinin rədd edilməsi barədə qərar qəbul edildikdən sonra, ümumiyyətlə heç nə etməyəcəyini bildirmişdir. Cavabdeh törətdiyi əmələ görə həm maddi, həm də mənəvi zərərin əvəzini İddiaçı ödəməlidir. Cavabdeh iddiaçıya vurduğu müalicə və müayinə xərcləri üçün 5000 manat, əmək qabiliyyətinin itirilməsinə görə may ayının 9-a qədər 8400 manat, mənəvi zərər olaraq isə 10000 manat məbləğində olmaqla, ümumilikdə 23400 manat kompensiasiya ödəməlidir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir.
5. Məhkəmə iclasında iştirak edən İddiaçı bildirmişdir ki, hadisədən sonra cavabdeh ona 1000 manatdan çox pul vermişdir. Onun müalicəyə 5000 manatdan çox pulu çıxmışdır.
6. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, hadisə baş verəndən sonra ümumilikdə Samiqin müalicəsinə hissə-hissə 10000 manata yaxın vəsait xərcləyib. Lakin hazırda onun maddi vəziyyəti olduqca pisdir. Karxana öz fəaliyyətini artıq 2 ildir ki, dayandırmışdır və o heç bir yerdə işləmir. Məhz bu səbəblərdən o, hazırda iddiaçıya heç bir maddi köməklik göstərə bilməz.
7. Abşeron Rayon Məhkəməsinin 2(012)-3373/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh maddi zərərin əvəzi kimi 5000 manat, mənəvi zərərin əvəzi kimi 1000 manat olmaqla, cəmi 6000 manat pulun alınaraq İddiaçı verilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehin təqsirli hərəkəti nəticəsində İddiaçı topuğundan xəsarət almış və ona maddi ziyan dəymişdir. İddiaçı bu zərərin miqdarının 13400 manat təşkil etdiyini göstərmişdir. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, iddia bu hissədə qismən əsaslıdır və 5000 manat hissədə təmin edilməlidir. Belə ki, işdə bu barədə mötəbər sübut olmasa da, məlum hadisə nəticəsində iddiaçının əmək qabiliyyətinin itirilməsi ilə əlaqədar az ağır xəsarət alması ilə ona bu məbləğdə maddi ziyan dəyməsi ağlabatan olduğundan məhkəmə iddia tələbini bu hissədə qismən əsaslı hesab edir. Baş vermiş hadisə nəticəsində iddiaçının səhhətinə az ağır zərər dəymiş, bunun nəticəsində isə iddiaçı müəyyən mənəvi iztirab keçirmişdir.
9. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 21, 1096.1, 1096.2, 1097.1-ci maddələri, Mülki Prosesual Məcəllənin 77.1, 82.4, 106.1, 106.3, 216- 220, 360-ci maddələrinin, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarının, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarının, Avropa Məhkəməsinin “Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları”nın tələbləri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
10. Qətnamədən Cavabdeh tərəfindən apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-3373/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iclas protokollarından görünür ki, iddiaçı iclasda izahat verərək göstərmişdir ki, cavabdeh ona ümumilikdə 2.720 manat pul vermişdir. Məhkəmə iddiaçının birinci iclasda verdiyi izahatla (2 dəfə 200 manat, cəmi 400 manat), ikinci iclasda verdiyi izahat (370, 200, 300, 50, 50, 50 və atasına 4 ay hər həftə verdiyi 100 manat, cəmi 2.720 manat) arasında kəskin ziddiyyət olduğu halda bu ziddiyyəti araşdırmamış və işin həqiqi hallarının nədən ibarət olduğuna aydınlıq gətirilməmişdir. O, xx.xx.2024-cü il tarixdə məhkəmənin hazırlıq iclasında iştirak etmiş, məhkəmə tərəflərə təklif etmişdir ki, sübutlarınızı və şahidlərinizi məhkəmə iclasına təqdim edin, məhkəmənin vaxtını məlumat veriləcək. Lakin məhkəmə iclasının yeri və vaxtı barədə ona məlumat verilməmişdir. Bu barədə mülki işin materiallarında hər hansı bir məlumat yoxdur. Məhkəmənin xx.xx.2024-cü il tarixə, saat 12:10-a təyin etdiyi və 3 gün sonra xx.xx.2024-cü il tarixə, saat 12:40-a təyin etdiyi məhkəmə iclaslarının yeri və vaxtı barədə on
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər.
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
15. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
16. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
17. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
18. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 1097.5. Əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər.
19. Maddə 1118. Sağlamlığı pozmaqla vurulmuş zərərin əvəzinin ödənilməsi həcmi və xarakteri 1118.1. Fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. 1118.2. İtirilmiş qazanc (gəlir) müəyyənləşdirilərkən zərərçəkənə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə pozulması ilə əlaqədar təyin edilmiş əlilliyə görə pensiya, eləcə də həm sağlamlığına zərər vurulanadək, həm də zərər vurulduqdan sonra təyin edilmiş digər pensiyalar, müavinətlər və digər bu cür ödənişlər nəzərə alınmır və zərərin əvəzinin ödənilməsi miqdarının azaldılmasına səbəb olmur (zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir). Zərərçəkənin sağlamlığı pozulduqdan sonra əldə etdiyi qazanc (gəlir) da zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir. 1118.3. Bu Məcəllənin 1118-ci maddəsinə uyğun olaraq zərərçəkənə ödənilməli zərərin əvəzinin həcmi və miqdarı qanunla və ya müqavilə ilə artırıla bilər.
20. Maddə 1119. Sağlamlığın pozulması nəticəsində itirilmiş qazancın (gəlirin) müəyyənləşdirilməsi 1119.1. Zərərçəkənin itirdiyi və əvəzi ödənilməli qazancın (gəlirin) miqdarı onun xəsarətdən və ya sağlamlığının başqa şəkildə pozulmasından və ya əmək qabiliyyətini itirməsindən əvvəlki orta aylıq qazancından (gəlirindən) faizlər şəklində müəyyənləşdirilir. Bu faizlər zərərçəkənin professional əmək qabiliyyətini itirməsi dərəcəsinə, professional əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətini itirməsi dərəcəsinə uyğun gəlməlidir. 1119.2. Zərərçəkənin itirdiyi qazancın (gəlirin) tərkibinə onun həm əsas iş yerində, həm də əvəzçilik üzrə əmək və mülki hüquq müqavilələri əsasında əməyinin ödənilməsinin gəlir vergisi tutulan bütün növləri daxil edilir. Birdəfəlik xarakterli ödənclər, o cümlədən istifadə edilməmiş məzuniyyətə görə kompensasiya və işdən azad edilərkən işdənçıxma müavinəti nəzərə alınmır. Müvəqqəti əmək iqtidarsızlığı və ya hamiləliyə və doğuşa görə məzuniyyət dövrü üçün ödənilmiş müavinət nəzərə alınır. Sahibkarlıq fəaliyyətindən götürülən gəlir, habelə müəllif qonorarı itirilmiş qazancın tərkibinə daxil edilir, bu zaman sahibkarlıq fəaliyyətindən götürülən gəlir müvafiq icra hakimiyyəti orqanının məlumatına əsasən daxil edilir. Qazancın (gəlirin) bütün növləri vergilər tutulanadək hesablanmış məbləğlərdə nəzərə alınır. 1119.3. Zərərçəkənin orta aylıq qazancı (gəliri) onun sağlamlığının pozulmasından əvvəlki on iki aylıq qazancının (gəlirinin) ümumi məbləğinin on ikiyə bölünməsi yolu ilə hesablanır. Zərər vurulanadək zərərçəkənin on iki aydan az işləmiş olduğu halda orta aylıq qazanc (gəlir) sağlamlığın pozulmasından əvvəlki faktik işlənilmiş aylar üçün qazancın (gəlirin) ümumi məbləğinin həmin ayların sayına bölünməsi yolu ilə hesablanır. Zərərçəkənin tam işləmədiyi aylar onun arzusu ilə tam işlənilmiş əvvəlki aylarla əvəz edilir və ya əvəz etmək mümkün olmadıqda hesabdan çıxarılır. 1119.4. Zərərin vurulduğu an zərərçəkənin işləmədiyi halda öz arzusu ilə onun işdən azad edilənədək əldə etdiyi qazanc və ya həmin ərazidə onun ixtisasından olan işçiyə verilən muzdun adi miqdarı, lakin altı manatdan az olmamaqla, nəzərə alınır. 1119.5. Əgər xəsarət yetirilənədək və ya sağlamlığı başqa şəkildə pozulanadək zərərçəkənin qazancında (gəlirində) onun əmlak vəziyyətini yaxşılaşdıran sabit dəyişikliklər baş vermişdirsə (tutduğu vəzifə üzrə əmək haqqı artırılmışdırsa, daha yüksək maaşlı işə keçirilmişdirsə, əyani təhsil aldığı təhsil müəssisəsini bitirdikdən sonra işə girmişdirsə və zərərçəkənin əməyinin ödənilməsində dəyişikliyin və ya dəyişiklik imkanının sabitliyinin sübuta yetirildiyi başqa hallarda), onun orta aylıq qazancı (gəliri) müəyyənləşdirilərkən yalnız müvafiq dəyişiklikdən sonra aldığı və ya almalı olduğu qazanc (gəlir) nəzərə alınır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
21. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
22. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)
23. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
24. Maddə 101. Ekspert rəyi 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
25. Maddə 103. Ekspert rəyinin məhkəmə tərəfindən qiymətləndirilməsi 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
26. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
27. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.3. qətnaməni dəyişdirə bilər (...)
28. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
29. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 fevral 2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası məruzəçi-hakimi və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 2(012)- 3373/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilməlidir.
31. İşdə olan Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(002)- 1297/2024 nömrəli qərarının surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 2000 (iki min) manat məbləğində inzibati cərimə edilmişdir.
32. Qərarın surətindən həmçinin görünür ki, fiziki şəxs Cavabdeh Bakı şəhəri, Qaradağ rayonu, Güzdək daş karxanaları adlanan ərazidə 01 hektar sahədə daş karxanası işlədən və daş karxananın fəaliyyətinə faktiki olaraq rəhbərlik edən zaman “Müəssisədə işçilərin əməyinin mühafizəsi üzrə təlimi və biliklərinin yoxlanılması haqqında nümunəvi Əsasnamə”nin 6-cı bəndinə əsasən, işçilərin təliminin və ixtisas artımının bütün formalarında əməyin mühafizəsi üzrə təlim nəzərdə tutulmalı, işəgötürən tərəfindən işə qəbul edilən və başqa işə keçirilən işçilərə əməyin mühafizəsi üzrə təlimatlar verilməli, onlara təhlükəsizlik iş üsullarından istifadə etməyin və bədbəxt hadisələrdən zərərçəkənlərə ilk tibbi yardım göstərilməsi qaydalarının öyrədilməsi təşkil edilməli, “Faydalı qazıntı yataqlarının açıq üsulla istehsalında vahid təhlükəsizlik Qaydaları”nın 84cü paraqrafına əsasən, dağ-mədən işlərində istifadə olunan maşınlar saz olmalı, siqnal vasitələri ilə, əyləclərlə təchiz olunmalı, onların hərəkətdə olan hissələri (muftalar, ötürücülər, şkivlər və s.) örtük və çəpərlərlə örtülməli, “Qoruyucu vasitələrin, xüsusi ayaqqabının, xüsusi geyimin verilməsi, saxlanılması və istifadəsi qaydaları haqda” Təlimatın 3-cü bəndinə əsasən müəssisənin rəhbərliyi fəhlələrə qoruyucu vasitələri, xüsusi ayaqqabını, xüsusi geyimi müəyyən edilmiş norma və müddətdə verməli olduğu halda, bunları etməyərək, eləcə də “Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin Vahid X4”nda olan müəssisənin direktorunun “əmək funksiyası”nın tələblərini pozmuş, qeyd olunan qaydaların pozulması neticəsində ehtiyatsızlıqdan xx.xx.2023-cü il tarixdə Əliyev X12 daş karxanasında fəhlə kimi daş kəsən zaman ağır texnika hesab olunan kombayn anidən hərəkətə başlayaraq sol ayağın İİİ daraq sümüyünün ve İV barmağın proksimal falanqasının yerdəyişən sınıqları ilə müşayiət olunan ayaq pəncəsinin üst və alt səthlərinin əzilmiş-cırılmış yaraları (dəri defekti ilə), sol ayağın V barmağının ayaq-daraq falanqa oynağından travmatik amputasiyası dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətləri almasına səbəb olmuş, bununla da, Azerbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına az ağır zərərin vurulması inzibati xətasını törətmişdir.
33. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, iddiaçının xəsarət alması nəticəsində müayinə və müalicə olunması, bunun üçün müəyyən xərclər çəkməsi, iddiaçının etirafına görə cavabdehin müalicə xərcləri üçün 2000 manat ödəməsi, əmək qabiliyyətini itirdiyinə görə iddiaçının qazanc itkisinə məruz qalması işin mübahisəsiz halıdır.
34. Məhkəmə iclasında verdiyi izahatında İddiaçı qeyd etmişdir ki, karxanada qeyrirəsmi işləyib, onunla müqavilə bağlanmamışdır və bir gündən bir iş günü olmuşdur. Təxminən 50-100 manat arası əmək haqqı almışdır. Atdığı daş və ya yüklədiyi yükə görə ona günlük əmək haqqı ödənilmişdir. Gündəlik qazancı ən çoxu 70 manat olmuşdur. Təxminən qazancı gündəlik 50-70 manat olmuşdur.
35. Məhkəmə iclasında verdiyi izahatında Cavabdeh qeyd etmişdir ki, iddiaçının günlük 50-70 manat arası qazanc əldə etməsi ilə bağlı dedikləri düzdür, amma elə gün də olub ki, 10 manat qazanc əldə etmişdir, orta hesab ilə götürülsə onun qazancı təxminən günlük 30 manat hesab olunur.
36. Cavabdeh tərəf 5617 manat iddiaçının müalicə, dolanışıq xərclərini ödədiyini göstərsə də, bu barədə məhkəməyə mötəbər sübut təqdim etməmişdir.
37. Kollegiya hesab edir ki, müalicə xərcləri kimi tələbi həcmində maddi ziyanın dəyməsi ilə əlaqədar iddiaçı məhkəməyə sübut təqdim etməsə də, iddiaçının xəsarət alaraq əmək qabiliyyətini itirdiyi xx.xx.2023-cü il tarixdən iddia ərizəsinin verildiyi xx.xx.2024-cü il tarixədək olan müddətin 8 ay təşkil etdiyi və bir gündən bir işləyərək hər iş günü üçün orta hesabla 30 manat olmaqla iddiaçının aylıq gəlirinin 450 manat olması nəzərə alınmaqla, ona 3600 manat (8x450=3600) məbləğində maddi zərər dəyməsi təsdiqini tapır. Odur ki, iddiaçıya ödənilməli olan zərərin məbləği 3600 manat məbləğində müəyyən edilməlidir.
38. Məhkəmə kollegiyası iddia tələbinin mənəvi zərərə dair hissəsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında göstərilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri və əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir. Hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilməlidir.
39. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 №-li qərarında Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X7 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər.
40. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan qərarından görünür ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir.
41. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, cavabdehin hərəkəti (hərəkətsizliyi) nəticəsində iddiaçının sağlamlığına zərər vurulması və bununla əlaqədar iddiaçının mənəvi sarsıntı keçirməsi mübahisəsizdir. Qanunverici isə bu halda mənəvi ziyanın pul məbləğində ifadə olunmasını mümkün sayır. Odur ki, birinci instansiya məhkəməsinin bu hissədə gəldiyi nəticə işin mahiyyətinə uyğun olaraq düzgün olmuşdur.
42. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri).
43. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
44. Həmin Məcəllənin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir.
45. Beləliklə məhkəmə kollegiyası iş üzrə təqdim olunmuş və məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 2(012)-3373/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi - Cavabdeh maddi zərərin əvəzi kimi 5000 manat pulun alınaraq İddiaçı verilməsi hissəsində dəyişdirilməli, Cavabdeh 3600 manat pul vəsaiti alınaraq İddiaçı verilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
46. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-3373/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi - Cavabdeh maddi zərərin əvəzi kimi 5000 manat pulun alınaraq İddiaçı verilməsi hissəsində dəyişdirilsin. Cavabdeh 3600 (üç min altı yüz) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.