Məhkəmə qərarları › İş №2(105)-1102/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1102/2022

19.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1102/2022 19.07.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı vurulmuş zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Şuşa Rayon Məhkəməsinin 03 fevral 2022-ci il tarixli, 2(077)-04/2022 nömrəli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı «vurulmuş zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,Cavabdeh avtomobilə vurulmuş maddi ziyana görə 12540 (bir on iki min beş yüz qırx) manat tutularaq İddiaçı1,azyaşlı qızı X1 və İddiaçı2 səhətinə vurulmuş ziyana görə 10000 (on min) manat mənəvi ziyan və 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı2 ödənilməsi barədə qətnamə çıxarılması xahiş etmişlər Şuşa Rayon Məhkəməsinin 03 fevral 2022-ci il tarixli, 2(077)-04/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh avtomobilə dəymiş maddi ziyana görə 2817 (iki min səkkiz yüz on yeddi) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı1 ödənilməsi, Cavabdeh mənəvi zərərə görə 500 (beş yüz) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı2 ödənilməsi, ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı2 ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iddiaçılar İddiaçı1 və İddiaçı2 50 (əlli) manat və Cavabdeh 50 (əlli) manat ekspertiza xərcinin tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Dövlət xəzinədarlığı Agentliyinin AZ34CTRE******************** saylı hesabına köçürülməsi qət edilmişdir. (C.Səfiyeva) Qətnamədən iddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti verərək Şuşa Rayon Məhkəməsinin 03 fevral 2022-ci il tarixli, 2(077)-04/2022 nömrəli qətnaməsinin ləğv edilməsini, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. İşə apellyasiya qaydasında baxılarkən, iddiaçılar İddiaçı1 və İddiaçı2 vəkili və nümayəndəsi Vəkil1 məhkəməyə ərizə ilə müraciət edərək və tərəflər arasında əldə edilmiş barışıq sazişini təqdim edib onun təsdiq olunmasını, iş üzrə icraata xitam verilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Tərəflərin məhkəmə kollegiyasına təqdim etdikləri 21 iyun 2022-ci il tarixli barışıq sazişi iddiaçılar İddiaçı1 və İddiaçı2, habelə Cavabdeh tərəfindən imzalanmışdır. Tərəflər arasında bağlanmış barışıq sazişindən görünür ki, hazırkı mübahisə ilə əlaqədar tərəflər arasında barışıq əldə olunmuşdur. Barışıq sazişinin şərtlərinə görə, Cavabdeh, vurulmuş zərər məbləğini 4( dörd) ay ərzində hər ay 1000 (min) manat olmaqla, cəmi 4000( dörd min) manat məbləğində pul vəsaitini İddiaçı2 və İddiaçı1 ödəməyi öz öhdəsinə götürür, ilk ödəniş 03 iyul 2022-ci il tarixində həyata keçiriləcək, növbəti ödənişlər, 01 avqust 2022-ci il, 01 sentyabr 2022-ci il, 01 oktyabr 2022-ci il tarixlərində həyata keçiriləcəkdir. Ödənişlərin İddiaçı2 məxsus kart (kart rekvizitləri: Kapital Bank, kart № 5239 1515 1160 5779, 11/25, MS.İddiaçı2) hesaba köçürümə vasitəsilə ödənilməsi razılaşdırılmışdır. Məhkəmə kollegiyası tərəflərin barışıq sazişini araşdıraraq müəyyən etdi ki, saziş Azərbaycan Respublikası MPM-nin 370.1-ci və 191.1-ci maddələrinin tələblərinə uyğun tərtib edilmiş, barışıq sazişinin təsdiqlənməsinin hüquqi nəticələri aydın surətdə ifadə olunmuşdur. Barışıq sazişinin şərtlərinin təhlili ilə müəyyən edildi ki, tərəflərin barışıq sazişinin şərtləri qanuna zidd deyildir və digər şəxslərin mənafelərinə toxunmur və deməli, barışıq sazişi təsdiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 370.2-ci maddəsinin tələblərinə görə ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Azərbaycan Respublikası MPM-nin 191.2-ci və 261.0.5-ci maddələrinə əsasən tərəflərin barışıq sazişi məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Yenə həmin Məcəllənin 391-ci maddəsinin tələblərinə görə Məcəllənin 19-cu və 20ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 191.1, 191.2, 261.0.5, 370, 391-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: Tərəflər arasında bağlanmış 21 iyun 2022-ci il tarixli barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin: “1. Cavabdeh, vurulmuş zərər məbləğini 4( dörd) ay ərzində hər ay 1000 (min) manat olmaqla, cəmi 4000( dörd min) manat məbləğində pul vəsaitini İddiaçı2 və İddiaçı1 ödəməyi öz öhdəsinə götürür, ilk ödəniş 03 iyul 2022-ci il tarixində həyata keçirilməli, növbəti ödənişlər, 01 avqust 2022-ci il, 01 sentyabr 2022-ci il, 01 oktyabr 2022-ci il tarixlərində həyata keçirilməlidir.

2. Ödənişlərin İddiaçı2 məxsus kart (kart rekvizitləri: Kapital Bank, kart № 5239 1515 1160 5779, 11/25, MS.İddiaçı2) hesabına köçürümə vasitəsilə ödənilməsi razılaşdırılır.” Şuşa Rayon Məhkəməsinin 03 fevral 2022-ci il tarixli, 2(077)-04/2022 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı vurulmuş zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 50 (əlli) manat və Cavabdeh 50 (əlli) manat ekspertiza xərci tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Dövlət xəzinədarlığı Agentliyinin AZ34CTRE******************** saylı hesabına köçürülsün. İddia ərizəsi və apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumları iddiaçıların özünə aid edilsin. Qərardaddan 10 (on) gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar