Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1103/2025 08.10.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X4 və X1 ibarət tərkibdə, X10 qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı dəymiş maddi ziyan, əldən çıxmış fayda və mənəvi ziyan tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 26 sentyabr 2024-cü il tarixli, 2(027)-62/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Quba rayon Polis Şöbəsinin TB-nin baş təhqiqatçısı, polis mayoru X2 HK-1/281 saylı, xx.xx.2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarında qeyd edilmişdir ki, cinayət tərkibi olmadığından cinayət işinin başlanılmasının rədd edilməsi qərara alınmış və mülki iddia qaydasında müraciət edilməsi hüququ izah olunmuşdur.
2. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun xx.xx.2022-ci il tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki, müraciət məktubunda qeyd edildiyi və sahibkarın həyat yoldaşının dediyinə görə 0,09 ha həyətyanı torpaq sahəsinə 3x3 metr əkin sxemi ilə 2000- 2006-cı illər ərzində toxmacar (cır) calaqaltılar üzərində yetişdirilmiş 16 ədəd alma (5 ədəd Qızıləhmədi, 2 ədəd Sosikol reneti, 3 ədəd Cırhacı, 3 ədəd Aydored və 3 ədəd Vaqner), 15 ədəd armud (4 ədəd Berebosk, 4 ədəd Vilyams, 4 ədəd Qırmızı Vilyams və 3 ədəd Gülşən), 9 ədəd gilas (3 ədəd Romanovka, 3 ədəd Öküzürəyi və 3 ədəd Sarı Draqon), 3 ədəd albalı, 1 ədəd gavalı (Anjelino), 1 ədəd göyəm, 4 ədəd alça (2 ədəd Göycə Soltanı və 2 ədəd Kazvin), 3 ədəd fındıq, 1 ədəd tut, 1 ədəd ərik olmaqla cəmi 54 ədəd meyvə bitkiləri tingləri və sahənin yol kənar çəpər hissəsinə isə 3 ədəd (Ağadayı, Kişmişi və Qara Mahmudi) üzüm tingləri əkilmişdir. Sahibkarın həyat yoldaşı onu da bildirdi ki, əkilmiş 54 ədəd müxtəlif meyvə tingləri və 3 ədəd üzüm tinglərində 100% bitiş əldə edilərək, onlara 2020-ci ilə qədər düzgün aqrotexniki qulluq edilmiş, hamısı da məhsul vermə qabiliyyətli olmaqla, məhsul verirdilər. Baxış zamanı, 23 noyabr 2022-ci il tarixədə, həyətyanı torpaq sahəsində müxtəlif yaşda 5 ədəd armud, 3 ədəd albalı, 10 ədəd alma, 2 ədəd gavalı ağacları və 1 ədəd fındıq kolunun mövcudluğu tərəfimizdən aşkarlandı və sahibkarın həyat yoldaşının dediyinə görə əkilmiş ağacların digər hissəsi, qonşuları Cavabdeh1 ailə üzvləri tərəfindən 2020-ci ildə kökləndirilərək həmin sahədə müxtəlif tərəvəz bitkiləri becərmişlər. Həyətyanı sahədə əkilərək yetişdirilmiş 54 ədəd müxtəlif meyvə bitkiləri ağaclarından 36 ədədi, o cümlədən 6 ədəd alma, 10 ədəd armud, 9 ədəd gilas, 4 ədəd alça, 1 ədəd ərik, 1 ədəd tut və 2 ədəd fındıq ağacları və həmçinin 3 ədəd üzüm tənəyi kökləndirilərək sahədən kənarlaşdırılmışdır. Meyvəçilikdə meyvə ağaclarının orta ömründənsə, onun orta istismar müddəti xüsusi əhəmiyyət kəsb edir və meyvə bağlı əkilərkən onun orta istismar müddəti bitkilərin cinsindən və calaqaltısından asılı olaraq 25-30 il nəzərdə tutulur. Hazırki halda meyvə ağacları həyətyanı sahədə əkildiyinə görə onların istismar müddəti əkildiyi il daxil olmaqla 30 il götürülə bilər. Məlumdur ki, toxmacar calaqaltılar üzərində yetişdirilmiş meyvə bitkiləri tingləri bağa əkildikdən 5 il sonra məhsul verməyə başlayır və məhsuldar ağac hesab olunurlar. Buradan aydın olur ki, meyvə ağaclarının həyətyanı sahəyə 2000- 2006-cı illəldə əkilməsinə baxmayaraq, məhsul verməyə 2006-2012-ci illərdə başlanmış, onların istisimar müddəti 2030-2036-cı illərdə bitməklə, məhsul vermə dövrü 25 il təşkil edir. Ağacların ilkin və tam məhsuldarlıq dövrlərini nəzərə alaraq bir ildə orta hesabla təxmini olaraq bir ağacdan 20 kq alma, 18 kq armud, 15 kq gilas, 12 kq albalı, 22 kq ərik, 22 kq alça, 28 kq tut, 10 kq fındıq və 18 kq üzüm məhsulu istehsal etmək mümkündür. Əgər ağaclar 2020-ci ildə kökləndirilməsəydi, 2000-ci ildə əkilmiş 6 ədəd alma, 10 ədəd armud, 9 ədəd gilas, 2 ədəd üzüm, 1 ədəd tut ağaclarından daha 10 il, 2006-cı ildə əkilmiş 4 ədəd alça, 2 ədəd fındıq, 1 ədəd üzüm və 1 ədəd ərik ağaclarından daha 16 il məhsul istehsal etmək mümkün olardı. Ağacların ilkin və tam məhsuldarlıq dövründə bir ağacdan orta məhsuldarlıq göstəricilərini əsas götürərək kökləndirilmiş meyvə ağaclarından bir ildə:- 6 ağac x 25 kq =150 kq alma, 10 ağac x 22 kq= 220 kq armud, 9 ağac x 26 kq=234 kq gilas, 1 ağac x 26 kq=26 kq ərik, 4 ağac x 28 kq=l 12 kq alça, 1 ağac x 38 kq= 38 kq tut, 2 ağac x 10 kq =20 kq fındıq, 3 ağac x 20 kq= 60 kq üzüm məhsulu istehsal oluna bilərdi. Beləliklə, istisimar müddəti başa çatmadan 2020-ci ildə kökləndirilmiş və istisimar müddətinin bitməsinə 10 il qalmış meyvə ağaclarından 150 kq x 10 il =1500 kq alma, 220 kq x 10 il =2200 kq armud, 234 kq x 10 il = 2340 kq gilas, 38 kq x 10 il =380 kq tut və 40 kq x 10 il = 400 kq üzüm məhsulu, 16 il qalmış meyvə ağaclarından isə 112 kq x 16 il =1792 kq alça, 20 kq x 16 il = 320 kq fındıq, 26 kq x 16 il=416 kq ərik, 20 kq x 16 il = 320 kq üzüm məhsulu istehsal etmək mümkün olardı.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirməsi ərizəsi ilə müraciət edərək, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş MA Seriyalı ******* nömrəli **********66 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2011-ci il qeydiyyat tarixli çıxarışla ona məxsus Quba rayonu 1 Nügədi kəndində yerləşən 0.09 ha torpaq sahəsində olmuş 54 ədəd meyvə ağacının 36 ədəd (6 alma. 10 ədəd armud. 9 ədəd gilas. 4 ədəd alça, 1 ədəd ərik, 1 ədəd tut və 2 ədəd fındıq ağacları və 3 ədəd üzüm tənəyi) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən kəsilərək məhv edilməsi nəticəsində ona dəymiş 21618 manat məbləğində maddi ziyanın, torpaq sahəsində qalan 15 ədəd ağaclardan 5 ədəd alma ağacı (1 ədəd Sosikol Reneti, 3 ədəd Cırhacı, 1 ədəd Aydored), 5 ədədi armud ağacı (2 ədəd Qırmızı Vilyams və 3 ədəd Gülşən), 3 ədədi albalı ağacı, 1 ədədi gavalı ağacından (Anjelino) 5 il ərzində əldə etdiyi gəlirə görə (əldən çıxmış fayda kimi) cəmi 2880 manat məbləğində pulun, ağacların kəsilməsinə görə keçirdiyi əsəb, mənəvi cəhətdən sarsıntılara və iztirablara görə mənə dəymiş mənəvi ziyan olaraq 10000 (on min) manat məbləğində pulun, dövlət rüsumu olaraq ödədiyi 209 manat məbləğində pulun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Nadirov Cavabdeh3 oğlundan alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi işin hallarına uyğun əsaslandırılaraq əlavə olaraq qeyd edilmişdir ki, çıxarışla Quba rayonu İ Nügədi kəndində yerləşən 0,09 ha torpaq sahəsi mülkiyyət hüququ əsasında ona məxsusdur. Həmin torpaq sahəsində atası aldığı vaxtdan meyvə ağacları əkmiş, sonradan da isə o, həmin torpaq sahəsində meyvə ağacları əkməyə davam etmişdir. Təxminən 2018-ci ilin mart ayında o, özünə məxsus torpaq sahəsinə və orada olan ağaclara baxmaq üçün gedəndə görmüşdür ki, həmin torpaq sahəsinin dəmir tordan hasarının qapısını qıfıllanmışdır. Cavabdehlərdən bunun səbəbini soruşduqda ona qeyd edilən torpaq sahəsinə onu buraxmayacaqlarını bildirmişlər. Bundan sonra cavabdehlər ona qarşı torpaq sahəsinə dair çıxarışın ləğvi ilə bağlı Quba Rayon Məhkəməsinə müraciət etmişlər. Quba Rayon Məhkəməsinin 07 fevral 2019-cu il tarixli, 2(027)-325/2019 saylı qətnaməsi ilə cavabdehlərin iddia tələbi təmin edilməmişdir. Cavabdehlər həmin qətnamədən apellyasiya şikayəti vermiş, bu iş apellyasiya və Ali Məhkəmədə bir neçə dəfə baxılmışdır. Həmin məhkəmə aktlarında da torpaq sahəsinin iddiaçıya məxsus olması faktı qeyd olunmuş və onun adına qeydə alınan Çıxarış hazırda da qüvvədədir. Torpaq sahəsi cavabdehlər tərəfindən zəbt edilən vaxtı orada ən azından 54 ədəd ağac olmaqla bunlardan 16 ədədi alma ağacı (5 ədəd Qızıləhmədi, 2 ədəd Sosikol Reneti, 3 ədəd Cırhacı, 3 ədəd Aydored, 3 ədəd Vaqner), 15 ədədi armud ağacı ( 4 ədəd Berebosk, 4 ədəd Vilyams, 4 ədəd Qırmızı Vilyams və 3 ədəd Gülşən), 9 ədədi gilas ağacı (3 ədəd Romanovka, 3 ədəd Öküz Ürəyi, 3 ədəd Sarı Draqon), 3 ədədi albalı, 1 ədədi gavalı (Anjelino), 1 ədədi göyəm, 4 ədədi alça ( 2 ədəd Göyçə Soltanı, 2 ədəd Kazvin), 3 ədədi fındıq, 1 ədədi tut, 1 ədədi ərik və 3 ədədi (Ağadayı, Kişmişi və Qara Mahmudi) üzüm ağacları olmuşdur. 2018-ci ildən sonra cavabdehlər qəsdən ona ziyan vurmaq üçün torpaq sahəsindəki ağaclardan ən azından 36 ədədini hissə-hissə kəsmişlər. Halbuki o, həmin ağacların meyvəsini satmış, onlardan gəlir əldə etmişdir. Cavabdehlərin onun torpaq sahəsini zəbt etməsi və ona məxsus torpaq sahəsindəki ağacları məhv etməsi ilə bağlı Quba rayon Polis şöbəsinə müraciət etmişdir. Quba rayon Polis şöbəsində şikayəti üzrə araşdırma aparılmış, cinayət işinin başlanmasının rədd edilməsi barədə 19 iyun 2022-ci il tarixli qərarda ağacların kəsilməsi faktı bir daha təsdiq edilmişdir. Həmin qərarda ağacların kəsilməsi, kəsilmiş ağaclara görə dəymiş maddi ziyanın vurulması ilə bağlı məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilmişdir. Bundan başqa təqdim edilən fotoşəkillərdən də görünür ki, bağ sahəsindən cavabdehlər 2018-ci ildən bu vaxta kimi istifadə etmiş, daha sonra ağacları kəsərək ona ziyan vurmuşlar. Halbuki həmin ağaclara illərlə müvafiq qaydada aqrotexniki qulluq etmişlər. Həmin meyvə ağaclarının meyvəsini ailələrinin ehtiyacları üçün sərf etmişdir. Beləliklə cavabdehlər 2018-ci ildən 2022-ci ilə kimi 5 il ərzində ona məxsus bağ sahəsindəki ağaclardan qanunsuz istifadə etmiş, meyvələrindən bəhrələnmişlər. Göstərilənlərə əsasən hazırkı iddia tələbi təmin edilməlidir.
5. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək, iddiaçının iddiasının əsassız olduğunu, torpaq sahəsinin 1989-cu ildən hal-hazıra qədər Daşınmaz Əmlak idarəsində onların adına qeydiyyata alındığını, torpaq sahəsinin mərhum qardaşı Mehmana 1996-cı ildə uzunmüddətli istifadə üçün verildiyini bldirmişlər. 2018-ci ildə aralarında İddiaçı ilə, yəni onun həyat yoldaşı Nümayəndə2la mübahisə yaranmışdır. Həmin torpaq sahəsində ağacları torpağı alan gündən özü əkmişdir. Sahəni hərtərəfli şəkildə özü hasarlamışdır. Nümayəndə2 ağacların 11 ədədi quruduğuna görə onları özü kəsdirdiyi halda, onun üzərinə atmağa çalışır. O, ağaclardan 10 ədədi lətifə armud sortu, 1 ağac isə “siqanka” alma olmuşdur. Əgər o, bütün sahənin ağaclarını məhv etmək istəsəydi hamısını kəsərdi. Sahənin sağlam ağacları hamısı yerindədir, boş yerlərdə isə Nümayəndə2 gilas ağacları əkmişdir.
6. Məhkəmə-bioloji ekspertizasının 3-16-16/2-7/975 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş Quba rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq X3 Mühafizəsi şöbəsinin müdiri, a.e.ü.f.d. X9 xx.xx.2023-cü il tarixli mütəxəssis rəyinə əsasən: İddiaçı məxsus Quba rayonu İ Nügədi kəndində yerləşən 0,09 ha torpaq sahəsində olmuş 36 ədəd meyvə ağaclarının (6 alma, 10 ədəd armud, 9 ədəd gilas, 4 ədəd alça, 1 ədəd ərik, 1 ədəd tut və 2 ədəd fındıq ağacları və 3 ədəd üzüm tənəyi) istismar müddəti (orta ömrü) bitkilər cır calaqaltısı üzərində olduqlarından və həyətyanı sahədə əkilib becərildiklərindən 30 il götürülməlidir. İddiaçı məxsus Quba rayonu İ Nügədi kəndində yerləşən 0,09 ha torpaq sahəsində olmuş 36 ədəd meyvə ağaclarının (6 alma, 10 ədəd armud, 9 ədəd gilas, 4 ədəd alça, 1 ədəd ərik, 1 ədəd tut və 2 ədəd fındıq ağacları və 3 ədəd üzüm tənəyi) məhsul vermə dövrü 25 il götürülməli olduğu müəyyən edilmişdir. İddiaçı məxsus Quba rayonu İ Nügədi kəndində yerləşən 0,09 ha torpaq sahəsində olmuş 36 ədəd meyvə ağaclarından (6 alma, 10 ədəd armud, 9 ədəd gilas, 4 ədəd alça, 1 ədəd ərik, 1 ədəd tut və 2 ədəd fındıq ağacları və 3 ədəd üzüm tənəyi) orta hesabla bir ildə bir alma ağacından 20 kq, bir armud ağacından 18 kq, bir gilas ağacından 15 kq, bir albalı ağacından 12 kq, bir ərik ağacından 22 kq, bir alça ağacından 22 kq, bir tut ağacından 28 kq, bir fındıq kolundan 10 kq və bir üzüm tənəyindən 18 kq məhsul almaq mümkün olduğu müəyyən edilmişdir. İddiaçı məxsus Quba rayonu İ Nügədi kəndində yerləşən 0,09 ha torpaq sahəsində olmuş 36 ədəd meyvə ağaclarından (6 alma, 10 ədəd armud, 9 ədəd gilas, 4 ədəd alça, 1 ədəd ərik, 1 ədəd tut və 2 ədəd fındıq ağacları və 3 ədəd üzüm tənəyi) 2020-ci ildə kökləndirilməsəydi 16 il ərzində məhsul istehsal etmək mümkündür. İddiaçı məxsus Quba rayonu İ Nügədi kəndində yerləşən 0,09 ha torpaq sahəsində olmuş 36 ədəd meyvə ağaclarından (6 alma, 10 ədəd armud, 9 ədəd gilas, 4 ədəd alça, 1 ədəd ərik, 1 ədəd tut və 2 ədəd fındıq ağacları və 3 ədəd üzüm tənəyi) 2020-ci ildə kökləndirilmiş və istismar müddətinin bitməsinə 10 il qalmış meyvə ağaclarından 150 kq x 10 il =1500 kq alma, 220 kq x 10 il =2200 kq armud, 234 kq x 10 il = 2340 kq gilas, 38 kq x 10 il = 380 kq tut və 40 kq x 10 il = 400 kq üzüm məhsulu, 16 il qalmış meyvə ağaclarından isə 112 kq x 16 il = 1792 kq alça, 20 kq x 16 il = 320 kq fındıq, 26 kq x 16 il = 416 kq ərik, 20 kq x 16 il = 320 kq üzüm məhsulu istehsal etmək mümkün olardı.
7. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/874 saylı, xx.xx.2024-cü il tarixli ekspert rəyinə əsasən iş materillarında olan məlumatlardan istifadə edilməklə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş MA Seriyalı ******* nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2011cl il qeydiyyat tarixli Çıxarışla İddiaçı məxsus Quba rayonu İ Nügədi kəndində yerləşən 0,09 ha torpaq sahəsində olmuş 36 ədəd meyvə ağaclarından (6 alma, 10 ədəd armud, 9 ədəd gilas, 4 ədəd alça, 1 ədəd ərik, 1 ədəd tut və 2 ədəd fındıq ağacları və 3 ədəd üzüm tənəyi) 2020-ci ildə kökləndirilmiş və istismar müddətinin bitməsinə 10 il qalmış meyvə ağaclarının məhsulunun dəyəri 11040,00 manat təşkil edir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş MA Seriyalı ******* nömrəli, **********66 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2011-cl il qeydiyyat tarixli Çıxarışla İddiaçı məxsus Quba rayonu İ Nügədi kəndində yerləşən 0,09 ha torpaq sahəsində olmuş 36 ədəd meyvə ağaclarından (6 alma, 10 ədəd armud, 9 ədəd gilas, 4 ədəd alça, 1 ədəd ərik, 1 ədəd tut və 2 ədəd fındıq ağacları və 3 ədəd üzüm tənəyi) orta hesabla bir ildə bir alma ağacından 20 kq, bir armud ağacından 18 kq, bir gilas ağacından 15 kq, bir albalı ağacından 12 kq, bir ərik ağacından 22 kq, bir alça ağacından 22 kq, bir tut ağacından 28 kq, bir fındıq kolundan 10 kq və bir üzüm tənəyindən 18 kq məhsul almaq mümkündür. Həmin məhsulların bazar dəyəri 1257 manat təşkil edir.
8. Quba Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(027)- 62/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Aydın Babayev) iddia tələbi təmin edilməmişdir.
9. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iş üzrə ekspertiza rəyləri mütəxəssisin sahibkarın həyat yoldaşının dedikləri əsasında sayı və növü qeyd edilməklə ümumilikdə ağacların bəhər və artımı üzrə nəticələri üzrə əldə olunmuş məbləğlər müəyyən olunmuş və torpaq sahəsində iddia ərizəsində qeyd olunmuş ağacların daha əvvəl hansı say və növdə olması, habelə yerləşmə vəziyyəti barədə iddiaçı tərəfindən sübut təqdim edilməmişdir. Həmin hissədə sübut növü kimi iş materiallarına əlavə edilmiş fotoşəkillər isə torpaq sahəsinin müxtəlif fəsilərdə əksi müəyyən olunmaqla qeyd edilən ağacların daha əvvəlki say, növ və yerləşmə vəziyyətinin əskikliyi dəqiq müəyyən oluna bilmir. Həmçinin iddia tərəfi ağacların 7-8 yaşlı ağaclar olduğunu bildirmiş və xx.xx.2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, Nümayəndə2 izahatında 2015-ci idən bağ sahəsinin şifahi razılaşma əsasında cavabdehlərə verildiyini bildirmişdir. Göründüyü kimi, ağacların əkilmə dövrü cavabdehlərin sahibliyində olan dövrə təsadüf edir ki, cavabdehin ifadə etdiyi meyvə ağaclarının bəzilərinin fiziki təsirlərə görə aşınmaqla onun tərəfindən kəsilməsi təbii haldır. Habelə məhkəmənin yerində müayinəsi zamanı torpaq üzərində izlərinin itirilməsi kəsilmiş ağac kötükləri və hər hansı digər halda olan ağac qalıqları müəyyən olunmamışdır. Göstərilənlərə əsasən məhkəmə iddia tələbinin rədd edilməsi qənaətinə gəlmişdir. Məhkəmə iddia tələbinin mənəvi ziyana aid hissəsində qeyd edib ki, məhkəmə araşdırması zamanı iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehlərin qanunsuz hərəkətləri və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirinin olmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də məhkəmə hesab edib ki, iddia tələbi mənəvi zərər hissəsində də əsassız olmaqla, təmin olunmamalıdır.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 135.12, 1096.1, 1096.2, 1097.1-ci maddələrinə, Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77, 88, 119.1 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
b) apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
11. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Şikayətdə qeyd olunmuşdur ki, hazırkı iddia tələbi 3 hissədən ibarətdir: iddiaçıya məxsus 0,09 ha torpaq sahəsində əkilmiş lakin cavabdeh tərəfindən kəsilmiş ağaclara görə ziyan tələbi, iddiaçıya məxsus 0,09 ha torpaq sahəsindən əkilmiş lakin cavabdeh tərəfindən 2018- 2022-ci ilə kimi istifadə edilmiş meyvə ağaclarının meyvəsinə (bəhərinə) görə əldən çıxmış fayda, cavabdehin iddiaçıya məxsus 0,09 ha torpaq sahəsini qanunsuz olaraq 5 il ərzində istifadə etməsinə və həmin torpaq sahəsində olan ağacların kəsilməsinə görə keçirdiyi stres və əsəbdən yaranmış mənəvi ziyan tələbi. Məhkəmə iddia tələbini tamamilə rədd etmişdir. İddia tələbinin rədd edilməsinin əsası kimi iddia tələbində göstərilən sayda və növdə ağacların orada olmasının sübut edilə bilməməsi, həmin ağacların iddiaçının bildirdiyinə görə torpaq sahəsi cavabdehin sahibliyində olduğu dövrdə yəni 2015-ci ildə əkilməsi, həmin ağacların fiziki təsirlərə görə aşınmaqla cavabdeh tərəfindən kəsilməsinin təbii hal olmasını, məhkəmə tərəfindən müayinə olunduqda torpaq sahəsində ağac kötüklərinə rast gəlinməməsi qeyd edilmişdir. Məhkəmənin gəldiyi nəticə yəni müəyyən olunmuş hallar bir-biri, işin faktiki halları ilə ziddiyyət təşkil edir. Məhkəmə cavabdehlərin yazdıqları, məhkəmədə verdiyi izahatını və orada olan ziddiyyətləri araşdırmamış, iddianın etirafı ilə bağlı çoxsaylı sübutlar olan fotoşəkillər, rəylər, yenə də cavabdehin etiraf edici yazıları nəzərə almamışdır. Belə ki, işin mübahisəsiz halıdır ki, hazırkı 0,09 ha torpaq sahəsi 1996-cı ildən iddiaçının və onun ailəsinin sahibliyində olub, iddiaçı yalnız 2015-ci ildə həmin torpaq sahəsində qızılgül şitilləri əkmək üçün yəni torpaq sahəsindən müvəqqəti istifadə etmək məqsədilə cavabdehlərə vermiş, cavabdehlər 2018ci ilin may ayından torpaq sahəsinə girişi bağlamış, iddiaçı və ailə üzvləri həmin vaxtdan torpaq sahəsinə daxil ola, torpaq sahəsindən, orada olan meyvə ağaclarından istifadə edə bilməmiş, bundan sonra iddiaçı və cavabdeh arasında məhkəmə mübahisələri başlamış, nəhayət 2022-ci ilin payızında iddiaçı torpaq sahəsinə daxil olmuşdur. Bu hallarla bağlı məhkəməyə müvafiq məhkəmə aktları təqdim edilmişdir. İddiaçıya məxsus Quba rayonu İ Nügədi kəndində yerləşən 0,09 ha torpaq sahəsinin (ərazinin) 2017-2023-cü illər ərzində peyk görüntüləri təqdim edilmişdir. Həmin peyk görüntülərində 2017, 2018, 2019-cu illərdə torpaq sahəsində ağacların olduğu aşkar görünür, daha sonra 2020-ci ildən başlayaraq torpaq sahəsindən ağacların kəsildiyi, 2021-ci ildə tamamilə azaldığı açıq aşkar görünür. Müəyyən olur ki, cavabdehlər torpaq sahəsi onlarda olduğu müddətdə hissə-hissə ağacları kəsmişlər. Məhkəmə iddianı rədd edərkən iddiaçının həmin torpaq sahəsində iddiada göstərilmiş sayda ağacların olmasını sübut edə bilməməsi qənaətinə gəldiyini göstərsə də, onun əksi yəni həmin torpaq sahəsində 2018-ci ildən başlayaraq çəkilmiş fotoşəkillər, illər üzrə peyk görüntüləri, həmçinin cavabehlərin gah agacları iddiaçının ərinin kəsməsi, gah özünün kəsməsi, gah ağacların quruduğu üçün kəsildiyini, ağacların sayı və növləri barədə bildirdiyi ziddiyətli fikirlərə heç bir münasibət bildirməmiş, bunun əksini sübut edən dəlil olub-olmadığını qeyd etməmiş, ümumiyyətlə bu sübutlar olmamış kimi hadisəyə yanaşmışdır. Bundan əlavə iddiaçının Quba rayon Polis şöbəsinə və digər hüquq mühafizə orqanlarına çoxsaylı şikayətləri olmuşdur ki, onlar torpaq sahəsi ilə üzbəüz olan ata evlərinə cavabdehlərin onları söyüb, təhqir etmələrinə görə gedə bilməmişlər. Ümumiyyətlə iddiaçı heç ağlına belə gətirməzdi ki, cavabdehlər torpaq sahəsində olan ağacları kəsəcəklər. İddiaçıya məxsus torpaq sahəsində ağacların kəsilməsi ilə bağlı iddiaçı Quba RPŞ-nə şikayət etmişdir. İş üzrə aparılmış araşdırmanın nəticələrinə dair cinayət işinin başlanılmasının rədd edilməsi barədə 19 iyun 2022-ci il tarixli qərarın cavabdehin izahatı hissəsində cavabdeh yəni Cavabdeh1 torpaq sahəsində özünün əkdiyi ağacları kəsdiyini bildirmişdir. Bu isə iddianın etirafıdır. Bu qərar iş materiallarına əlavə edilsə də, məhkəmə tərəfindən müzakirə edilməmiş, cavabdehə ağacların hansı növdə olduğu, onları niyə kəsməsini, necə ağac olmasına münasibət bidirməmişdir. İddia tələbinin maddi ziyan əsasında əsassız nəticəyə gələn məhkəmə mənəvi zərərlə bağlı hissədə də qanunsuz və əsassız qərar qəbul etmişdir. Belə ki, cavabdehlər iddiaçıya məxsus torpaq sahəsini (bağ sahəsini) 5 il ərzində zəbt etmişlər. Bununla bağlı məhkəmə qərarları olub. 5 il ərzində iddiaçıya məxsus torpaq sahəsinin (bağ sahəsini) zəbt edilməsi nəticəsində iddiaçı öz qanuni əmlakından məhrum olub. Ağacların məhv edilməsi halları və s bütün bunlar mənəvi zərəri sübut edən hallardır. Lakin məhkəmə bu hissədə də yanlış nəticəyə gəlmiş və kifayət qədər əsaslı iddia tələbini bütövlükdə rədd etmişdir.
13. Cavabdeh1 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, torpaq sahəsinin iddiaçıya məxsus olması ilə razılaşmır. Həmin torpaq sahəsi 1989-cu ildə sovxoz tərəfindən orada işlədiyi müddətdə ona verilmişdir, ağacları da həmin sahədə 1989-cu ildə özü əkmişdir. Həmin torpaq sahəsində xəstə və qurumuş ağacları 2020-ci ildə kəsmişdir. Kəsilən ağaclar 1989-cu ildə onun özü tərəfindən əkilmiş ağaclar idi və müddət keçdiyi üçün bəhər vermirdi. Sağlam ağacların hamısı yerindədir. Mübahisəli əraziyə birinci instansiya məhkəməsi tərəfindən yerli baxış keçirilmişdir. İddiaçı tərəfin məhkəməyə təqdim etdiyi ekspert rəyi əsassızdır. Bu rəy İddiaçı tərəfin bildirdiyi məlumatlar əsasında hazırlanmışdır. Əraziyə ekspert tərəfindən hər hansı baxış keçirilməmişdir. Aralarındakı mübahisə 2018-ci ilin payız aylarından, 2021-ci ilin dekabr ayına kimi davam etmişdir. 2022-ci ildən torpaq sahəsindən istifadə etməmişlər. Ona qarşı irəli sürülən iddia tələbi əsassızdır. Göstərilənlərə əsasən cavabdeh sonda apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
14. Cavabdeh2 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, mübahisəli torpaq sahəsinin iddiaçıya məxsus olmasına dair hüquqmüəyyənedici sənədin saxta əsaslarla əldə edilməsi ilə bağlı hazırda onların müraciəti əsasında müvafiq qaydada araşdırma aparılır. Həmin torpaq sahəsi cavabdehlərə məxsusdur və uzun illər onlar istifadəsində olmuşdur. Orada ağacları onlar əkmiş və qulluq etmişlər. Kəsilən ağaclar isə quruduğu üçün kəsilmişdir. İddiaçı tərəf bağ ərazisində heç bir ağac əkməmişlər. Onlar xəstə ağacları kəsib, yerində alça ağacları əkmişlər. Məhkəmə mübahisəsi zamanı torpaq sahəsi üzrərində həbs olan zaman iddiaçı tərəf onların əkdiyi alça ağaclarını çıxarıb, yerində gilas ağacları əkmişlər. Yəni cavabdehlər tərəfindən iddiaçıya hər hansı maddi ziyan vurulmamışdır. Əkilən- kəsilən ağacların hər biri onların özü tərəfindən əkilmiş və daha sonra qulluq məqsədi ilə xəstə olanlar kəsilib yerinə sağlam ağaclar əkilmişdir. Göstərilənlərə əsasən Cavabdeh2 sonda apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
15. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-203/2025 nömrəli iş üzrə 10 fevral 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər - Ayaz Mahmudov (sədrlik edən və məruzəçi), Afiq Hüseynzadə və Səyyad Qafari) apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
16. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddia tələbinin mahiyyətindən və ifadə tərzindən görünür ki, iddiaçının tələbi üç hissədən - 1) İddiaçıya məxsus 0,09 ha torpaq sahəsində əkilmiş lakin cavabdeh tərəfindən kəsilmiş ağaclara görə ziyan tələbi; 2) iddiaçıya məxsus 0,09 ha torpaq sahəsindən əkilmiş lakin cavabdeh tərəfindən 2018- 2022- ci ilə kimi istifadə edilmiş meyvə ağaclarının meyvəsinə (bəhərinə) görə əldən çıxmış fayda; 3) cavabdehin iddiaçıya məxsus 0,09 ha torpaq sahəsini qanunsuz olaraq 5 il ərzində istifadə etməsinə və həmin torpaq sahəsində olan ağacların kəsilməsinə görə keçirdiyi stres və əsəbdən yaranmış mənəvi ziyan tələbindən ibarətdir.
17. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırma aparan kollegiya qeyd etmişdir ki, yalnız iddia tələbində qeyd olunan əsaslarla iddia irəli sürülməsi həmin tələblərin birmənalı olaraq təmin olunması anlamına gəlinə bilməz. Həmin iddiaların təmin olunması üçün ilk növbədə hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.
18. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, hazırki iddia tələbi həm də bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məlum olduğu kimi hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.
19. Bundan əlavə araşdırılan işdən müəyyən edilir ki, mübahisələndirilmiş torpaq sahəsi sözügedən illər ərzində mülkiyyət hüququ verən sənəd əsasında cavabdeh tərəfin adına olmuş və cavabdeh bu gün də həmin şəhadətnamənin ləğv olunmadığını bildirir. Həmin sənədin əsaslı və ya əsassız olmasından asılı olmayaraq cavabdeh tərəf dövlət qeydiyyatının prezumpsiyasına etimad edərək torpağı, onun üzərindəki meyvə ağaclarını, ağacların bəhərini vicdanlı sahib kimi özününki hesab edərək istifadə etmişdir.
20. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hazırkı mübahisənin düzgün həlli üçün yuxarıda göstərilən qaydalara uyğun olaraq, iddiaçının irəli sürdüyü tələblər üzrə araşdırma aparılarkən cavabdehin torpaq sahəsinə qanuni və qanunsuz sahiblik etməsinə, hansı tarixədək vicdanlı, hansı tarixdən vicdansız sahiblik olması dəqiqləşdirilməklə mübahisəyə yekun hüquqi qiymət verilməlidir.
21. Məhkəmə kollegiyası hesab etmişdir ki, tələb iddiaçının öz əmlakına sahiblikdən məhrum olduğu üçün məhrum olduğu gəlirlər və düşdüyü zərərlə bağlı olsa da, nəzərə alınmalıdır ki, əşya cavabdehin sahibliyində olduğu dövrdə o da mülkiyyətçi kimi tanınmış, uzunsürən məhkəmə çəkişmələrindən sonra iddiaçının adına verilmiş çıxarış ləğv edilməmişdir. Göründüyü kimi cavabdehlər əllərində olan “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin” DBF-də onların adına olmasından istifadə edərək məhkəmə müdafiəsindən yaralanmağa cəhd etmişlər. Kollegiyanın qənaətinə görə belə olan halda cavabdehin həmin torpaqdan, onun üzərindəki bəhərdən istifadəsi qanunsuz sayıla bilməz.
22. Məhkəmə kollegiyası öz mövqeyini onunla əsaslandırmışdır ki, ağacların kəsilməsi səbəbi ilə bağlı iddiaçı tərəfin arqumentləri (yəni ağacların qərəzli kəsilməsi faktı) araşdırma zamanı öz əksini tapmadığından, hətta həmin ağacların kəsilməsi ehtimalı olsa belə, bu ağacların cavabdehlərin istifadəsi müddətində xəstəlik, quruması və ya bəhər verməmə səbəbindən kəsilməsinə dair cavabdeh tərəfin izahatı daha ağlabatandır. Çünki tərəflərin izahatından da göründüyü kimi həmin ağaclar təxminən 30 il bundan əvvəl əkilmiş, mütəxəssis rəylərinə görə də bu kimi ağacların bar vermə müddəti təxminən 25-30 il olur (İ/m1-ci cild səh 21-22). Əks halda yəni ağacların məhz iddiaçıya ziyan vurmaq niyyəti ilə kəsilməsi halı-ağacların seçmə üsulla deyil, bütövlükdə və ya bəhər verən ağacların kəsilməsi ilə nəticələnməli idi.
23. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 21.1, 21.2, 157.5, 1091.1, 1091.2, 1092.1, 1092.1.1, 1092.2, 1096.1, 1096.2, 1097.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
c) kassasiya instansiyası məhkəməsindəki icraat
24. İddiaçı (vəkil Nümayəndə1) birgə kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-203/2025 nömrəli iş üzrə 10 fevral 2025-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər.
25. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1634/2025 nömrəli iş üzrə 29 may 2025-ci il tarixli qərarı ilə (hakimlər Vüqar Həsənov (məruzəçi), Aqil Abbasov və İspəndiyar Şəfiyev) kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-203/2025 nömrəli iş üzrə 10 fevral 2025-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır.
26. Kassasiya instansiyası məhkəməsinin qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş materiallarında olan cavabdehlər tərəfindən imzalanmış 12 may 2023-cü il tarixli vəsatətin məhkəmələr tərəfindən nəzərə alınmadığı aşkardır. Həmin vəsətətdə cavabdehlər 1996-cı ildən torpaq sahəsinin iddiaçının atasına verdiklərini (yəni dolayısı ilə satdıqlarını) etiraf edir, həmin torpaq sahəsinin 2018-ci ilin sentyabr ayına kimi iddiaçının istifadəsində olduğunu qeyd edir, 2018-ci ildən məhkəmə mübahisəsi ilə bağlı 2021-ci ilə kimi onların istifadəsində olduğunu qeyd edirlər, torpaq sahəsində alma, armud, alça, gavalı və fındıq ağaclarının olduğunu qeyd edirlər. Cavabdehlərin bu göstərdikləri onların torpaq sahəsinin vicdanlı sahibi olmalarını rədd edən hal olsa da, məhkəmə həmin halları nəzərə almamışdır. Bununla yanaşı cavabdehlərin məhkəmə iclaslarında verdikləri izahatları da, eyni məzmunlu olsa da, apellyasiya instansiya məhkəməsi həmin izahatları da işdə olan digər sübutlara birlikdə qiymətləndirməmişdir. Cavabdehlərin izahatlarında torpaq sahəsində olan meyvə ağaclarını kəsdiyini ifadə etsələr də, məhkəmə bunu nəzərə almamış və ağacların fiziki təsirlər nəticəsində aşındığını, quruduğunu, bəhər vermək qabiliyyətində olmadıqlarını göstərmişlər. Lakin apellyasiya instansiya məhkəməsi işdə olan digər sübutlar ilə həmin izahatlarda göstərilənlərin qarşılıqlı qiymətləndirilməsini aparmadan cavabdehlərin izahatlarında göstərilənləri daha ağlabatan hesab etmişdir. Halbuki bu nəticəyə gələn məhkəmə cavabdehlərin bununla bağlı sübut təqdim etməmələrini və bunların sübut edilməsinin məhz cavabdeh tərəfə aid olmasını nəzərə almamışdır.
27. İddiaçı tərəf torpaq sahəsinin 2017-2023-cü illərə aid peyk görüntülərini təqdim etmişdir. İşin faktiki hallarını araşdırmaq səlahiyyətinə malik olan məhkəmələr ilkin olaraq həmin peyk görüntülərinin mübahisəli torpaq sahəsinə aid olub-olmamasını müəyyən etməli, həmin peyk görüntülərində torpaq sahəsində ağacların olmasını və 2020-ci ildən başlayaraq ağacların sayının kəskin şəkildə azalmasının səbəbləri ilə bağlı araşdırma aparmalı olduğu halda belə araşdırmanın aparılmasını təmin etməmişdir.
28. İddia tələbinin “iddiaçıya məxsus 0,09 ha torpaq sahəsindən əkilmiş, lakin cavabdeh tərəfindən 2018-2022-ci ilə kimi istifadə edilmiş meyvə ağaclarının meyvəsinə (bəhərinə) görə əldən çıxmış fayda” tələbinə aid hissədə isə hər hansı araşdırma aparılmamış və hissədə iddia tələbi qiymətləndirmədən kənarda saxlanmışdır. İddiaçı tərəfindən təqdim edilmiş sübutları qiymətləndirməmiş, hansı səbəbdən qəbul edilməli olmaması ilə bağlı mövqeyini aydın şəkildə ifadə etməmişdir.
29. Bu baxımdan kassasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaraq hesab etmişdir ki, apellyasiya məhkəməsi yuxarıda qeyd edilənlərə uyğun araşdırma və hüquqi dəyərləndirmə aparmamış, sadalanan maddi hüquq normalarını düzgün tətbiq etməmiş, nəticə etibarilə qətnaməni iş üzrə müəyyən edilmiş hallara, tərəflərin qarşılıqlı münasibətinə və qanunvericiliyə uyğun əsaslandırmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
30. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddaçının nümayəndəsi Nümayəndə2 2018 - 2022-ci illər ərzində torpaq sahəsinin cavabdehlərin istifadəsində olmasını, torpaq sahəsinin onlara qaytarıldığını və hazırda istifadə etdiklərini, orada 54 ağacın olmasını və onlardan 36 ədədinin kəsildiyini bildirmişdir.
31. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Nümayəndə1 həmçinin bildirdi ki, iddia tələbinin iddaçıya məxsus 0.09 ha torpaq sahəsində qalan 15 ədəd ağaclardan 5 ədəd alma ağacı, 5 ədəd armud ağacı, 3 ədəd albalı ağacı, 1 ədəd gavalı ağacından 5 il ərzində əldə etdiyi gəlirə görə əldən çıxmış fayda kimi cəmi 2880 manat məbləğində pulun alınması hissəsinin 2 ədəd ağacdan 1 ədəd gavalı ağacı olmaqla hissəsindən imtina edir və bununla bağlı ərizəni məhkəməyə təqdim etmişdir.
32. İddaçının nümayəndəsi Nümayəndə2 və iddiaçının vəkili və nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmişlər.
33. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabeh Cavabdeh1 sözügedən torpaq sahəsinin onlara aid olması, həmin ağacların qocalması və bəhər verməməsi səbəbindən oradakı 11 ədəd ağacı, yəni 09 ədəd armud və 02 ədəd alma ağacını kəsdiyini bildirmişdir.
34. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabeh Cavabdeh2 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
35. Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə Cavabdeh3 məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
36. Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
37. Maddə 157. Mülkiyyətin müdafiəsi (...) 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. 157.6. İstər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər.(...)
38. Maddə 1091. Əsassız varlanma anlayışı 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
39. Maddə 1092. Əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir.
40. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
41. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
42. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
43. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.
44. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
45. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
46. Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər (...) 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
47. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
48. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. (...)
49. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
50. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
51. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1634/2025 nömrəli iş üzrə 29 may 2025-ci il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-203/2025 nömrəli, 10 fevral 2025-ci il tarixli qətnaməsi ləğv edilib mülki iş yeni baxışa göndərildiyindən, hazırda birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
52. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməlidir.
53. Belə ki, işin hallarına əsasən müəyyən olunur ki, hazırkı iş üzrə iddiaçının iddia tələbi üç hissədən: 1) İddiaçıya məxsus 0,09 ha torpaq sahəsində əkilmiş lakin cavabdeh tərəfindən kəsilmiş ağaclara görə ziyan tələbi; 2) iddiaçıya məxsus 0,09 ha torpaq sahəsindən əkilmiş lakin cavabdeh tərəfindən 2018-2022-ci ilə kimi istifadə edilmiş meyvə ağaclarının meyvəsinə (bəhərinə) görə əldən çıxmış fayda; 3) cavabdehin iddiaçıya məxsus 0,09 ha torpaq sahəsini qanunsuz olaraq 5 il ərzində istifadə etməsinə və həmin torpaq sahəsində olan ağacların kəsilməsinə görə keçirdiyi stres və əsəbdən yaranmış mənəvi ziyan tələbindən ibarətdir.
54. İddiaçı iddia ərizəsində və həmçinin məhkəmə kollegiyasının iclaslarında bildirmişdir ki, torpaq sahəsi cavabdehlər tərəfindən zəbt edilən vaxt orada ən azından 54 ədəd ağac olmuşdur. 2018-ci ildən sonra cavabdehlər qəsdən ona ziyan vurmaq üçün torpaq sahəsindəki ağaclardan ən azından 36 ədədini hissə-hissə kəsmişlər. Cavabdehlərin onun torpaq sahəsini zəbt etməsi və ona məxsus torpaq sahəsindəki ağacları məhv etməsi ilə bağlı Quba rayon Polis şöbəsinə müraciət etmişdir. Quba rayon Polis şöbəsində şikayəti üzrə araşdırma aparılmış, cinayət işinin başlanmasının rədd edilməsi barədə 19 iyun 2022-ci il tarixli qərarda ağacların kəsilməsi faktı bir daha təsdiq edilmişdir. Bağ sahəsindən cavabdehlər 2018-ci ildən bu vaxta kimi istifadə etmiş, daha sonra ağacları kəsərək ona ziyan vurmuşlar. Halbuki həmin ağaclara illərlə müvafiq qaydada aqrotexniki qulluq etmişlər. Həmin meyvə ağaclarının meyvəsini ailələrinin ehtiyacları üçün sərf etmişdir. Beləliklə, cavabdehlər 2018-ci ildən 2022-ci ilə kimi 5 il ərzində ona məxsus bağ sahəsindəki ağaclardan qanunsuz istifadə etmiş, meyvələrindən bəhrələnmişlər.
55. Birinci instansiya məhkəməsi iddiaçının iddia tələbinə münasibətdə qeyd etmişdir ki, iş üzrə ekspertiza rəyləri mütəxəssisin sahibkarın həyat yoldaşının dedikləri əsasında sayı və növü qeyd edilməklə ümumilikdə ağacların bəhər və artımı üzrə nəticələri üzrə əldə olunmuş məbləğlər müəyyən olunmuş və torpaq sahəsində iddia ərizəsində qeyd olunmuş ağacların daha əvvəl hansı say və növdə olması, habelə yerləşmə vəziyyəti barədə iddiaçı tərəfindən sübut təqdim edilməmişdir. Həmin hissədə sübut növü kimi iş materiallarına əlavə edilmiş fotoşəkillər isə torpaq sahəsinin müxtəlif fəsillərdə əksi müəyyən olunmaqla qeyd edilən ağacların daha əvvəlki say, növ və yerləşmə vəziyyətinin əskikliyi dəqiq müəyyən oluna bilmir. İddia tərəfi ağacların 7-8 yaşlı ağaclar olduğunu bildirmişdir. Ağacların əkilmə dövrü cavabdehlərin sahibliyində olan dövrə təsadüf etdiyindən cavabdehin ifadə etdiyi meyvə ağaclarının bəzilərinin fiziki təsirlərə görə aşınmaqla onun tərəfindən kəsilməsi təbii haldır. Habelə məhkəmənin yerində müayinəsi zamanı torpaq üzərində izlərinin itirilməsi kəsilmiş ağac kötükləri və hər hansı digər halda olan ağac qalıqları müəyyən olunmamışdır. İddiaçının ikinci tələbi üzrə ümumiyyətlə hər hansı qiymətləndirmə aparılmamışdır.
56. İşin mübahisəsiz halından aydın olur ki, cavabdehlər İddiaçı qarşı çıxarışın ləğv edilməsi tələbinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişlər və Quba Rayon Məhkəməsinin 07 fevral 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi rədd olunmuşdur.
57. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi artıq uzun illərdir cavabdehin mülkiyyətindədir. Həmin uzun illər ərzində iddiaçı tərəfin bundan məlumatsız olması ağlabatan deyil, çünki daşınmaz əmlakın mülkiyyətçisi ona sahibliklə bağlı zəruri hərəkətləri həyata keçirməyə borcludur və bu baxımdan əmlakın mülkiyyətçisi olmadığını bilməli idi.
58. Göründüyü kimi artıq torpaq sahəsinin mülkiyyətçisinin iddiaçı olması və cavabdehin iddiaçının göstərdiyi müddət ərzində torpaqdan istifadəsinin qanuni əsaslarla həyata keçirilmədiyi qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə müəyyən olunmuşdur.
59. Mülki Prosessual Məcəllənin 82.3 və 233.3-cü maddələrin tələbi baxımından eyni tərəflər arasında olan iş üzrə daha əvvəl qəbul olunmuş məhkəmə aktı ilə müəyyən olunmuş hallar baxılan iş üzrə yenidən araşdırıla və həmin faktlarının əksini özündə əks etdirən hallar müəyyən oluna bilməz.
60. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı müvafiq sübutlar təqdim edərək mülkiyyətində olan torpaq sahəsində 54 adda müxtəlif meyvə ağaclarının olmasını, onların bir hissəsinin cavabdehlər tərəfindən kəsilməsi və digər qalan ağacların isə mövcud olmasını göstərir. Kəsilmiş və mövcud olan ağaclara aid müvafiq hesablamaları özündə əks edirən müvafiq mütəxəssis rəyini təqdim etmiş və buna uyğun qaydada maddi tələbini formalaşdırmışdır.
61. Mübahisəli torpaq sahəsi 1996-cı ildən iddiaçı tərəfin (əvvəl atasının sonra isə onun) mülkiyyətindədir. Belə ki, torpaq sahəsini satan şəxsin artıq torpaq sahəsinin onun olmadığını bildiyi halda, həmin torpaq sahəsini istifadə etməsi onun vicdanlı sahib olmasını deməyə əsas vermir. Belə ki, iş materiallarında olan cavabdehlər tərəfindən imzalanmış 12 may 2023-cü il tarixli vəsətətdə cavabdehlər 1996-cı ildən torpaq sahəsinin iddiaçının atasına verdiklərini (yəni dolayısı ilə satdıqlarını) etiraf edir, həmin torpaq sahəsinin 2018-ci ilin sentyabr ayına kimi iddiaçının istifadəsində olduğunu qeyd edir, 2018-ci ildən məhkəmə mübahisəsi ilə bağlı 2021-ci ilə kimi onların istifadəsində olduğunu qeyd edirlər, torpaq sahəsində alma, armud, alça, gavalı və fındıq ağaclarının olduğunu qeyd edirlər. Cavabdehlərin bu göstərdikləri onların torpaq sahəsinin vicdanlı sahibi olmalarını rədd edən hal olsa da, birinci instansiya məhkəməsi həmin halları nəzərə almamışdır.
62. Digər tərəfdən, iş materialallarına əlavə olunmuş Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(102)-6305/2021 saylı qərarı həmin torpaq sahəsinin iddiaçıya aid olduğunu aydın şəkildə sübut edir.
63. Bundan əlavə iddiaçı tərəf torpaq sahəsinin 2017-2023-cü illərə aid peyk görüntülərini təqdim etmişdir. Məhkəmə kollegiyasının iclasında qeyd edilən şəkillər ilə bağlı cavabdeh tərəf 11 ağacın Cavabdeh1 tərəfindən kəsildiyini bildirmiş, iddiaçı tərəf isə kəsildiyi iddia edilən digər ağacların sayı, növü və kəsilməsi ilə bağlı məhkəməyə sübut təqdim edə bilməmişdir.
64. Məhkəmə kollegiyasının iclasında cavabdehlər bu halı sözügedən ağacların yaşlı olması və bəhər verməməsi səbəbindən kəsmələri ilə izah etmişlər.
65. Kollegiya qeyd edir ki, bir şəxsin başqasının əşyasına qanunsuz sahiblik etməsi hüquq pozuntusudur. Ona görə də, qanunverici Mülki Məcəllənin 157-ci maddəsində pozuntunun aradan qaldırılması üçün əşyanın geri qaytarılmasını təsbit etməklə yanaşı, qanunsuz sahiblik dövründə hüquq sahibi olan mülkiyyətçinin məhrum olduğu gəlir, bəhər və digər zərərlərin qanunsuz sahib tərəfindən ödənilməsini də nəzərdə tutmuşdur.
66. İş materiallarına əlavə edilmiş məhkəmə-bioloji ekspertizasının 3-16-16/2-7/975 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq X3 Mühafizəsi şöbəsinin müdiri, a.e.ü.f.d. X9 xx.xx.2023-cü il tarixli mütəxəssis rəyinə əsasən: İddiaçı məxsus Quba rayonu İ Nügədi kəndində yerləşən 0,09 ha torpaq sahəsində olmuş 36 ədəd meyvə ağaclarından (6 alma, 10 ədəd armud, 9 ədəd gilas, 4 ədəd alça, 1 ədəd ərik, 1 ədəd tut və 2 ədəd fındıq ağacları və 3 ədəd üzüm tənəyi) 2020-ci ildə kökləndirilməsəydi 16 il ərzində məhsul istehsal etmək mümkündür. İddiaçı məxsus Quba rayonu İ Nügədi kəndində yerləşən 0,09 ha torpaq sahəsində olmuş 36 ədəd meyvə ağaclarından (6 alma, 10 ədəd armud, 9 ədəd gilas, 4 ədəd alça, 1 ədəd ərik, 1 ədəd tut və 2 ədəd fındıq ağacları və 3 ədəd üzüm tənəyi) 2020-ci ildə kökləndirilmiş və istismar müddətinin bitməsinə 10 il qalmış meyvə ağaclarından 150 kq x 10 il =1500 kq alma, 220 kq x 10 il =2200 kq armud, 234 kq x 10 il = 2340 kq gilas, 38 kq x 10 il = 380 kq tut və 40 kq x 10 il = 400 kq üzüm məhsulu, 16 il qalmış meyvə ağaclarından isə 112 kq x 16 il = 1792 kq alça, 20 kq x 16 il = 320 kq fındıq, 26 kq x 16 il = 416 kq ərik, 20 kq x 16 il = 320 kq üzüm məhsulu istehsal etmək mümkün olardı.
67. İş materiallarına əlavə edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/874 saylı, xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, iş materillarında olan məlumatlardan istifadə edilməklə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş MA Seriyalı ******* nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2011-cl il qeydiyyat tarixli Çıxarışla İddiaçı məxsus Quba rayonu İ Nügədi kəndində yerləşən 0,09 ha torpaq sahəsində olmuş 36 ədəd meyvə ağaclarından (6 alma, 10 ədəd armud, 9 ədəd gilas, 4 ədəd alça, 1 ədəd ərik, 1 ədəd tut və 2 ədəd fındıq ağacları və 3 ədəd üzüm tənəyi) 2020-ci ildə kökləndirilmiş və istismar müddətinin bitməsinə 10 il qalmış meyvə ağaclarının məhsulunun dəyəri 11040,00 manat təşkil edir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş MA Seriyalı ******* nömrəli, **********66 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2011-cl il qeydiyyat tarixli Çıxarışla İddiaçı məxsus Quba rayonu İ Nügədi kəndində yerləşən 0,09 ha torpaq sahəsində olmuş 36 ədəd meyvə ağaclarından (6 alma, 10 ədəd armud, 9 ədəd gilas, 4 ədəd alça, 1 ədəd ərik, 1 ədəd tut və 2 ədəd fındıq ağacları və 3 ədəd üzüm tənəyi) orta hesabla bir ildə bir alma ağacından 20 kq, bir armud ağacından 18 kq, bir gilas ağacından 15 kq, bir albalı ağacından 12 kq, bir ərik ağacından 22 kq, bir alça ağacından 22 kq, bir tut ağacından 28 kq, bir fındıq kolundan 10 kq və bir üzüm tənəyindən 18 kq məhsul almaq mümkündür. Həmin məhsulların bazar dəyəri 1257 manat təşkil edir.
68. Məhkəmə kollegiyası hesab edir ki, beş il, yəni 2018-2022-ci illər ərzində torpaq sahəsi cavabdeh tərəfin istifadəsində olan dövrdə Cavabdeh1 tərəfindən kəsilmiş (birinci tələb üzrə) 11 ədəd (09 ədəd armud, 02 ədəd alma) ağaca görə (orta hesabla bir armud ağacından 18 kq məhsulun alınması əsas götürülməklə beş il ərzində vurulmuş ziyan: 9 x 18 x 1 = 162 x 5 = 810 manat, orta hesabla bir alma ağacından 20 kq məhsulun alınması əsas götürülməklə beş il ərzində vurulmuş ziyan: 2 x 20 x 0.30 = 12 x 5 = 60 manat) 870 manat, kəsilməmiş digər ağaclara münasibətdə (ikinci tələb üzrə) isə orta hesabla bir alma ağacından 20 kq məhsulun alınması əsas götürülməklə beş il ərzində vurulmuş ziyan: 5 x 20 x 0.30 = 30 x 5 = 150 manat, orta hesabla beş ədəd armud ağacından 18 kq məhsulun alınması əsas götürülməklə beş il ərzində əldən çıxmış fayda: 5 x 18 x 1 = 90 x 5 = 450 manat, orta hesabla bir albalı ağacından 12 kq məhsulun alınması əsas götürülməklə beş il ərzində vurulmuş ziyan: 3 x 12 x 3 = 108 x 5 = 540 manat, cəmi 1140 manat olmaqla ümumilikdə vurulmuş ziyan 1140+870=2010 manat təşkil edir.
69. İşin araşdırılmış halları ilə ağacların Cavabdeh1 tərəfindən kəsilməsi və istifadəsi müəyyən edildiyindən, ağacların yaşlı olması və bəhər verməməsi səbəbindən kəsmələri isə sübuta yetmədiyindən, kollegiya hesab edir ki, vurulmuş zərərə görə 2010 manat Cavabdeh1 alınaraq iddiaçıya ödənilməlidir.
70. Məhkəmə kollegiyası iddia tələbinin mənəvi ziyana aid hissəsi ilə bağlı qeyd edir ki, məhkəmə araşdırması zamanı iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bu halların cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olmasını təsdiq edən hər hansı mötəbər sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Odur ki, məhkəmə hesab edib ki, iddia tələbi mənəvi zərər hissəsində təmin olunmamalıdır.
71. Mülki Prosessual Məcəllənin 385.1.1, 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
72. Beləliklə məhkəmə kollegiyası iş üzrə müəyyən edilmiş hallara və məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Quba Rayon Məhkəməsinin 26 sentyabr 2024-cü il tarixli, 2(027)-62/2024 nömrəli qətnaməsi ləğv olunmalı və iş üzrə yeni qətnamə qəbul edilməklə iddia qismən təmin edilməli, ağacların kəsilməsi və bəhərin götürülməsi ilə bağlı beş il, yəni 2018 - 2022-ci illər ərzində iddiaçıya vurulmuş zərərə görə Cavabdeh1 2010 manat tutularaq iddiaçının xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidirdir.
73. Məhkəmə kollegiyası MPM-in 119.1-ci maddəsinə əsasən həmçinin hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat Cavabdeh1 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin 26 sentyabr 2024-cü il tarixli, 2(027)-62/2024 nömrəli qətnaməsi ləğv olunsun, iş üzrə yeni qətnamə qəbul edilsin və iddia tələbi qismən təmin edilsin. Cavabdeh1 vurulmuş zərərə görə 2010 (iki min on) manat alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh1 iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan - 50 (əlli) manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.