Məhkəmə qərarları › İş №2(105)-1106/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1106/2020

15.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1106/2020 15.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), X8 və X9 ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı məhdud məsuliyyətli cəmiyyətinin nümayəndəsi və vəkili X10, Cavabdeh1, Cavabdeh2 nümayəndəsi və vəkili X2 iştirakları ilə açıq məhkəmə iclasında, Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(012)-2942/2019 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(012)-2942/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Habil Əhmədov) İddiaçıməhdud məsuliyyətli cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı şərəf, ləyaqət və işgüzar nüfuzu ləkələyən böhtan xarakterli məlumatların təkzib edilməsi, vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, İddiaçı məhdud məsuliyyətli cəmiyyəti barəsində “Xalqxeber” internet qəzetində “Aldadılanlar İddiaçı məhdud məsuliyyətli cəmiyyətinin rəhbərinin məsuliyyətə cəlb olunmasını tələb edir - şikayət” başlıqlı məqalədə dərc edilmiş məlumatlar və “Kanal 13” internet televiziyasında getmiş video müsahibədə səsləndirilmiş məlumatların həqiqətə uyğun olmayan, İddiaçı məhdud məsuliyyətli cəmiyyətinin işgüzar nüfuzunu ləkələyən məlumatlar hesab edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 üzərinə müvafiq olaraq İddiaçı məhdud məsuliyyətli cəmiyyəti barəsində “Xalqxeber” internet qəzetində “Aldadılanlar İddiaçı məhdud məsuliyyətli cəmiyyətinin rəhbərinin məsuliyyətə cəlb olunmasını tələb edir - şikayət” başlıqlı məqalədə dərc edilmiş məlumatlar və “Kanal 13” internet televiziyasında getmiş video müsahibədə səsləndirilmiş məlumatlarla bağlı “Xalqxeber” internet qəzetində və “Kanal 13” internet televiziyasında eyni qaydada və eyni həcmdə yayılmaqla təkzib verilməsi vəzifəsinin qoyulması, İddiaçı məhdud məsuliyyətli cəmiyyəti barəsində “Xalqxeber” internet qəzetində “Aldadılanlar İddiaçı məhdud məsuliyyətli cəmiyyətinin rəhbərinin məsuliyyətə cəlb olunmasını tələb edir - şikayət” başlıqlı məqalədə dərc edilmiş məlumatlar və “Kanal 13” internet televiziyasında getmiş video müsahibədə səsləndirilmiş həqiqətə uyğun olmayan məlumatların yayılması nəticəsində İddiaçı məhdud məsuliyyətli cəmiyyətinin işgüzar nüfuzunun ləkələnməsi nəticəsində iddiaçıya dəymiş zərərin əvəzi olaraq Cavabdeh1 10000 manat, Cavabdeh2 7000 manat məbləğində pulun tutularaq İddiaçı məhdud məsuliyyətli cəmiyyətinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmiş, cavabdehlər qətnamədən apellyasiya şikayəti vermişlər. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, xx xxxx 2019-cu il tarixdə İddiaçı məhdud məsuliyyətli cəmiyyəti iddia ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən yayılan, həqiqətə uyğun olmayan, şər-böhtan xarakterli, şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyən məlumatların məhkəmə qaydasında təkzib edilməsi, o cümlədən bu çirkin əməllər nəticəsində onlara dəymiş maddi-mənəvi zərərin əvəzi kimi cavabdehlərin hər birindən 50000 manat məbləğində pulun, eləcə də cavabdehlər tərəfindən onlara qarşı məhkəmədə qaldırılmış əsassız iddialarla bağlı vəkilin hüquqi yardımı ilə bağlı xərclədikləri 2400 manat pulun, cəmi 102400 manat məbləğində pulun müştərək qaydada cavabdehlərdən tutularaq onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 cəmiyyətə qarşı əsassız iddialar qaldıraraq müxtəlif tələblər (cəmiyyətin onların mülkiyyətində olan torpaq sahəsini zəbt edərək, qanunsuz tikililərin aparılması, yaşadığı evin onlar tərəfindən tikilməsi, evinin 40 kv.metrinin kəm tikilməsi, həyətinin onları tərəfindən abadlaşdırılması öhdəliyi, qaz, işıq tariflərinin ondan artıq məbləğdə alınması və eləcə də 15000 manat mənəvi zərər) irəli sürmüşlər. Cavabdeh2 və Cavabdeh1 iddia tələblərinin əsassız olması və rədd olunması barədə yekun məhkəmə qərarları artıq hüququ qüvvəsini almışdır. Ötən bu müddət ərzində Cavabdeh2 və Cavabdeh1 bir neçə şəxslə birlikdə (həmin 6 nəfər də cəmiyyətə qarşı məhkəmədə əsassız iddialar qaldırmış, onların da iddia tələbləri rədd olunmuşdur) müxtəlif dövlət orqanlarına (Azərbaycan Respublikasının Prezidentinə, Baş Prokurora, Milli Məclisə, Vergilər Nazirliyinə və s.) şər-böhtan dolu şikayətlər yazaraq cəmiyyəti bir sıra qanunsuz işlər görməkdə, hətta ******* manatı vergidən yayınmaqla ağır cinayət törətməkdə ittiham etmiş, müxtəlif mətbuat orqanlarına onların barəsində heç bir əsası olmayan müsahibələr verərək cəmiyyətin sahibi olduğu “Park-Solero” yaşayış kompleksində tikilən evlərin keyfiyyətsiz tikildiyini, evlərdə çatlar olduğunu, evlərin uçub dağıldığını, vətəndaşların aldadıldığını və s. bildirmişlər. Cavabdeh1 son vaxtlar “Kanal-13”-ə müsahibə verərək onları və “xxxxxxxxxxxxxxx”nın rəhbər şəxslərini ağır cinayətdə ittiham edərək, onların vəhabilərlə əlaqədə olduqlarını, onu vəhabilərin əli ilə öldürtdürəcəkləri barədə xəbərdar edildiyini, eləcə də həmin ərazidə tikinti işləri aparılarkən tikintidə çalışan bir fəhlənin öldüyünü və həmin fəhlənin meyidinin onlar tərəfindən ərazidən çıxarılaraq yox edildiyini göstərmişdir. Bununla da “Park-Solero” yaşayış kompleksindən (fiziki şəxslər tərəfindən və ya torpaq almış şəxslər tərəfindən tikilmiş) ev almaq istəyən və ya torpaq sahəsi alaraq ev, villa tikdirmək istəyən şəxslərə yalan, həqiqətə uyğun olmayan məlumatlar verərək (guya burada koteclər, villalar qanunsuz tikilir, torpaq sahələri kənd təsərrüfatı təyinatlıdır, torpaq sahələrində sürüşmə var, kanalizasiya xətti yoxdur, oralar söküləcək və s.) həmin şəxsləri yaşayış kompleksindən ev, torpaq sahəsi almaq fikrindən daşındırmışlar. Cavabdeh1 və onun ətrafında olan şəxslərin cəmiyyətə qarşı apardığı bu iyrənc, çirkin kompaniyalar nəticəsində cəmiyyətin işgüzar nüfuzu ləkələnmiş və cəmiyyətə maddi-mənəvi ziyan dəymişdir. Bundan əlavə, Cavabdeh1 və onun ətrafında olan şəxslər “Park-Solero” yaşayış kompleksində yaşayan və eləcə də evləri olan şəxsləri aldadaraq onların adından ərizələr hazırlayaraq guya yaşayış kompleksinə yeni su xəttinin çəkilməsi üçün imza toplamaqla həmin vətəndaşların imza etdikləri vərəqələrin surətlərini çıxardaraq öz çirkin niyyətlərinin həyata keçirilməsi üçün istifadə etmişlər. Belə ki, cəmiyyətin işgüzar nüfuzuna xələl gətirən, ləkələyən, hətta ağır cinayətlərin törədilməsində ittiham edildiyi ərizələr yazaraq vətəndaşların başqa müraciətlərlə bağlı imza etdikləri vərəqələrin surətlərini həmin ərizələrə əlavə edərək müxtəlif dövlət orqanlarına göndərərək həmin şəxslərin də cəmiyyətdən narazı olmaları görüntüsü yaratmaq istəmişlər. Bundan xəbər tutan sakinlər başda Cavabdeh1 olmaqla həmin şəxslərin bu cür çirkin əməllərinə kəskin etiraz etmiş və fərdi qaydada ərizələr yazaraq kommunal xidmətlərlə bağlı müraciətlərə imza etdiklərini, onların cəmiyyətdən heç bir narazılıqlarının olmadığını bildirmişlər. “Park-Solero” yaşayış kompleksində evi olan, yaşayan onlarla sakin kollektiv halında səlahiyyətli dövlət orqanlarına müraciət yazaraq imza etmişlər və həmin müraciətlərdə “Park-Solero” yaşayış kompleksində torpaq sahələri aldıqlarını, öz vəsaitləri hesabına ev tikdiklərini, cəmiyyətin bu tikinti işlərinin aparılmasında iştirak etmədiyini, yaşayış kompleksində sakinlər üçün hər cür şəraitin yaradıldığını göstərmişlər. Cavabdeh2, qardaşı Cavabdeh1 və onların ətrafında olan şəxslər dəfələrlə cəmiyyətə sifarişlər göndərərək onlarla razılığa gəlməyəcəkləri təqdirdə bu cür çirkin oyunlarını davam etdirəcəklərini bildirmişlər. Bu şəxslər “xxxxxxxxxxxxxxx”dan külli miqdarda kreditlər götürərək “Park-Solero” yaşayış kompleksindən torpaq sahələri almışlar və həmin kreditlərin hesabına Abşeron rayonu İcra Hakimiyyətinin təsdiq etdiyi layihələrə uyğun koteclər tikdirərək, təmir etdirmişlər və beş ilə yaxındır ailə üzvləri ilə birlikdə həmin evlərdə yaşayırlar. Lakin bankın kreditlərini ödəmədiklərinə görə bank həmin şəxsləri məhkəməyə verərək kreditlərin həmin şəxslərin torpaq sahələrinə və torpaq sahələrində tikdirdikləri evlərə yönəldilməsini tələb etmiş, artıq bu tələblərlə bağlı məhkəmə qətnamələri çıxarılmış və bankın iddiaları təmin edilmişdir. Bu şəxslər isə cəmiyyətin bankla iş birliyində olduğunu bildirərək onlara qarşı bu cür çirkin kompaniyalar aparırlar və müəyyən qədər istədiklərinə çatmışlar. Belə ki, cəmiyyətin işgüzar nüfuzuna ciddi zərbə dəymiş, işgüzar nüfuzu ləkələnmiş, bir sıra dövlət orqanlarının yoxlamalarına məruz qalmış, bir sıra ciddi iş adamları cəmiyyətlə işgüzar sövdələşmələrdən imtina etmiş, bunun nəticəsində də onlar bir sıra iri layihələrin həyata keçirilməsindən kənarda qalmışlar. Cavabdeh1 "Kanal-13"-ə müsahibə verməsindən sonra bir sıra mətbuat orqanları, jurnalistlər bu məsələ ilə araşdırma apararaq, onları hər gün narahat etmiş və sonda bunun Cavabdeh1 yalanı, şəri, böhtanı olmasını görmüşlər. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Cavabdehlər apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, qətnaməni qanunsuz və əsassız hesab edirlər. Birinci instansiya məhkəməsi mübahisəni araşdırarkən işə birtərəfli yanaşmış, işin hallarını, tərəflərin qarşılıqlı münasibətlərini və qanunvericiliyin tələblərini hərtərəfli qiymətləndirmədən birmənalı olaraq iddiaçının mənafeyinə xidmət edən qanunsuz qətnamə qəbul etmişdir. İddiaçının iddia ərizəsində sadaladığı faktların və iddiasının hüquqi əsası kimi istinad etdiyi halların bir hissəsi açıq-aşkar ziddiyyətli olmaqla bir-birini təkzib edir, digər hallarda isə sübut olunmayan və ya şərəf və ləyaqətin müdafiəsini ehtiva etməyən ərizələrə istinad edir. Belə ki, iddiaçı bir tərəfindən həmin yaşayış kompleksində olan evlərin onun tərəfindən inşa edilmədiyini və həmin kompleksə aidiyyatı olmadığını bildirir (məhkəmə mübahisələri zamanı da bu faktı sübut etməyə cəhd edir), digər tərəfdən isə, iddia ərizəsində bildirir ki, “Park-Solero” yaşayış kompleksindən (fiziki şəxslər tərəfindən və ya torpaq almış şəxslər tərəfindən tikilmiş) ev almaq istəyən və ya torpaq sahəsi alaraq ev, villa tikdirmək istəyən şəxslərə yalan, həqiqətə uyğun olmayan məlumatlar verərək, (guya burada koteclər, villalar qanunsuz tikilir, torpaq sahələri kənd təsərrüfatı təyinatlıdır, torpaq sahələrində sürüşmə var, kanalizasiya xətti yoxdur, buralar söküləcək və s.) həmin şəxslərin yaşayış kompleksindən ev, torpaq sahəsi almaq fikrindən daşındırmışlar. Qeyd edilənləri isə iddiaçıya qarşı “iyrənc, çirkin kompaniya” adlandıran iddiaçı, bunun nəticəsində ona maddi və mənəvi zərər vurulduğunu iddia edir. Bunun üçün iddiaçı hər şeydən əvvəl bir suala cavab verməlidir-həmin kompleks onun tərəfindən inşa edilib, yoxsa yox? Əgər bu suala müsbət cavab verəcəksə, onda istinad etdiyi qanuni qüvvədə olan məhkəmə qərarlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün əsas yaranır. İddiaçı bütün məhkəmə proseslərində kompleksin onun tərəfindən inşa olunmadığını bildirmiş və bunun əksini (evlərin onun tərəfindən inşa edilməsini) təsdiq edən sübutların olmadığına istinad etmişdir. Əgər həmin suala mənfi cavab verəcəksə, onda iddiaçıya aidiyyəti olmayan kompleksdə kiminsə ev alıb-almaması və ya kiminsə buna mane olması iddiaçının hansı hüquqlarını pozur? İddiaçı iddia ərizəsində göstərir ki, külli miqdar vergidən yayınması ilə bağlı vergi orqanlarına məlumat verilməsi nəticəsində də ziyan dəymişdir. Halbuki, vergi yoxlamaları qanunvericiliklə nəzərdə tutulmuş və vergi ödəyicisi olan bütün fiziki və hüquqi şəxslərin fəaliyyətinin yoxlanılmasını, vergilərin və digər məcburi ödənişlərin hesablanması, büdcəyə vaxtlı-vaxtında ödənilməsinin yoxlanılması üzrə Vergi Məcəlləsi ilə nəzərdə tutulmuş tədbirdir və heç bir halda, “maddi və mənəvi zərərə səbəb olan” və ya “işgüzar nüfuzuna xələl” gətirən tədbir hesab edilə bilməz. Əgər iddiaçı doğrudan da, vergi yoxlamaları nəticəsində vergi orqanı tərəfindən tətbiq edilmiş cərimə və ya sanksiyalara məruz qalmışsa, deməli, bu, vergi qanunvericiliyinin pozulmasının nəticəsi olmuşdur. Həmçinin iddiaçı tərəfindən vergi yoxlamasına məruz qalması barədə vergi orqanının hər hansı aktını məhkəməyə təqdim etməmişdir. Bu baxımdan da iddiaçı tərəfindən vergidən yayınma hallarına yol verilmiş və bu barədə onu qane etməyən akt mövcuddur ki, ona görə də məhkəməyə təqdim etməmişdir. Onun və yaşayış kompleksində yaşayan digər çoxsaylı sakinlərin dövlət orqanlarına ünvanlanan ərizə və şikayətlər heç bir halda iddiaçının şərəf və ləyaqətini ləkələyən, işgüzar nüfuzuna xələl gətirən məlumat hesab edilə bilməz. Əks yanaşma, vətəndaşların, ümumiyyətlə, həmin orqanlara müraciətini imkansız etmiş olardı. Digər tərəfdən, müraciətlərdə barəsində şikayət edilən hallar doğrudan da mövcud olmuş, sonradan bu nöqsanların bəziləri aradan qaldırılmışdır. Məsələn, kanalizasiya sisteminin yarıtmaz olması, çirkab suların yaxınlıqda yerləşən duzlu gölə axıdılması faktı mövcud olmuş, onların müraciətlərindən sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən müvafiq reaksiya verilmiş, yalnız bundan sonra pozuntu aradan qaldırılmışdır. İddiaçının digər dəlili ondan ibarətdir ki, guya, onlar torpaqların təyinatı barədə yalan məlumat veriblər. Halbuki, tərəflərindən iddiaya verilmiş etiraza əlavə edimiş Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı X46 tərəfindən verilmiş çıxarışlardan da görünür ki, həmin torpaqlar ehtiyat torpaqları və kənd təsərrüfatı təyinatlı torpaqlardır. Qeyd edilən torpaq sahəsinin təyinatının dəyişdirilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı mövcud deyildir. Belə olan halda, həmin torpaq sahəsində yaşayış kompleksinin tikilməsinə icazə verilməsi və tikinti aparılması qanuna zidd olmuşdur. Qanunda təsbit edilən müddəaların isə bildirilməsi kiminsə şərəf və ləyaqətini alçaldan məlumat hesab edilə bilməz. Ümumiyyətlə, iddiaçının hazırki iddia ilə müraciət etməsi də yol verilmiş qanunsuzluqların və mövcud vəziyyətin açıqlanmasına yönəlmiş cəhdlərin qarşısının alınmasına hesablanmış qərəzli bir addımdır. İddiaçı bu qərəzli niyyətini həyata keçirmək üçün hətta onlara böhtan atmaqdan belə çəkinməmişdi. Belə ki, iddiaçı polis orqanlarına şikayət ərizəsi ilə müraciət etmişdi ki, guya onlar iddiaçıya məxsus generatorun akkumlyatorunu oğurlamışdır. Həmin araşdırmanın nəticəsi olaraq Abşeron rayon Polis idarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı tərəfindən xx xxxxxx 2017-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərarda da təhqiqatçı müəyyən etmişdir ki, iddiaçının direktoru Əliyev Ruslan Zöhrəli oğlu həmin akkumlyatorun oğurlanmasından və Cavabdeh2 şübhələndiklərini bildirsə də, araşdırma zamanı şübhələrin hansısa real dəlilə əsaslanmadığı və ehtimallar üzərində qərəzli formada iddia edildiyi aşkar olunmuşdur. Abşeron Rayon Məhkəməsində mülki iddia qaldırdıqlarından iddiaçının direktoru Ruslan Əliyev həmin şəxslər barəsində qərəzli şikayət etmişdir. Bundan əlavə, həmin kompleksdəki evlərin tikilməsi və istismarı ilə əlaqəsi olmadığını bildirən iddiaçı yaşayış kompleksinin su təchizatı ilə bağlı “xxxxxx” ASC ilə müqaviləni də iddiaçı bağlamışdır. Bundan başqa, Cavabdeh1 şikayətlərinə heç bir orqandan cavab verilmədiyinə görə, həyatına real təhlükənin qarşısını almaq məqsədi ilə bu barədə “Kanal 13”-ə bildirmişdir. İddiaçı iddia ərizəsində Cavabdeh1 barəsində qeyd edir ki, “Park-Solero” yaşayış kompleksində yaşayan və eləcə də evləri olan şəxsləri aldadaraq onların adından ərizələr hazırlayaraq guya yaşayış kompleksinə yeni su xəttinin çəkilməsi üçün imza toplamaqla həmin vətəndaşların imza etdikləri vərəqələrin surətlərini çıxardaraq öz çirkin niyyətlərinin həyata keçirilməsi üçün istifadə etmişlər. İddiaçının bu dəlili də tamamilə əsassız olmaqla müvafiq sənədlərlə tam təkzib edilir. Belə ki, həmin ərizələri imzalamış şəxslər hansı orqana və hansı məqsədlə müraciət etdiyini bilmişlər, həmin şikayətlərə də müvafiq orqanlardan cavablar gəlmiş və həmin cavablar iş materiallarına əlavə edilmişdir. Müraciəti imzalayan şəxslərdən X37, X38 və X16 məhkəmədə izahat verərək, bildirmişlər ki, yaşayış kompleksi iddiaçı tərəfindən inşa edilmişdir və bu barədə onlarla iddiaçı arasında müqavilə, həmçinin iddiaçının verdiyi maliyyə arayışları olmuşdur. Lakin bankdan kredit götürən zaman bank həmin müqavilə və maliyyə arayışlarını onlardan almışdır. Buna baxmayaraq, X4 maliyyə arayışının birinin əsli qalmışdır. Hər bir cəmiyyətin müəyyən olunmuş birgə yaşayış qaydaları və bu qaydaları təmin edən hüquq normaları mövcuddur. Azərbaycan Respublikasının vətəndaşları Konstitusiya ilə onlara verilmiş fikir, söz, mətbuat, məlumat və yaradıcılıq azadlıqlarını həyata keçirdikdə qanunlara riayət etməli, başqalarının hüquqlarına hörmətlə yanaşmalıdırlar. Çünki hər kəsin hüquq və azadlıqları digərinin hüquq və azadlıqlarının başladığı yerə qədərdir. Bir hüququn həyata keçirilməsi digər hüququn məhdudlaşdırılması və ya, ümumiyyətlə, nəzərə alınmaması ilə müşayiət edilə bilməz. Bu baxımdan şərəf və ləyaqətin müdafiəsi həyata keçirilərkən fikir və söz azadlığı hüququnu nəzərdə tutan Konstitusiya müddəalarına da riayət edilməli və hər iki hüquq arasında mütənasiblik təmin olunmalıdır. Bütün hüquqlar həyata keçirilərkən biri digəri ilə rəqabətdə olur və ona görə də qanunun mənəvi zərərin ödənilməsini nəzərdə tutan müddəaları tətbiq edilərkən bir hüququn müdafiəsi digər hüququn məhdudlaşdırılması hesabına həyata keçirilə bilməz. İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Pakta görə insanın şərəf və ləyaqəti onun iqtisadi, sosial və mədəni hüquqlarının mənəvi əsasını təşkil edir. İddiaçı ilk növbədə hüquqi şəxs olmaqla cavabdehlər tərəfindən müvafiq icra hakimiyyəti orqanlarına araşdırma aparılması üçün yazdıqları ərizənin hüquqi şəxsin “şərəf, ləyaqət və işgüzar nüfuzunu” hansı ifadələrlə və məlumatları yaymaqla ləkələməsi, həmin ərizəni yazmaqla onların iddiaçıya hansı maddi və mənəvi zərər vurması barədə iddiaçı tərəfindən hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən iddia tələbi rədd edilməlidir. İddiaçının iddia ərizəsində qeyd etdikləri nəticəsində iddiaçıya onların mənəvi zərərin vurulması sübuta yetirə biləcək mötəbər dəlillərini məhkəməyə təqdim etməmişdir. Apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi X5 apellyasiya şikayətində göstərilənlərə uyğun izahatlar verərək iş üzrə məhkəmə qətnaməsinin iddianın təmin olunmuş hissəsində ləğv edilməsi və iddianın bu hissədə təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etdilər. İddiaçı məhdud məsuliyyətli cəmiyyətinin nümayəndəsi X24 məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə məhkəmə qətnaməsinə işgüzar nüfuza dəymiş zərərin ödənilməsinə aid hissələrdə dəyişiklik edilməli, qətnamə qalan iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehlərin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin faktiki olaraq iddianın təmin olunmuş hissəsində ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı bu hissədə yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan “Xalqxeber.az” internet qəzetində xx.xx.2017-ci il tarixdə, saat 08:59-da (39277 dəfə baxılıb) getmiş “ALDADİLANLAR “İddiaçı'' MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİNİN RƏHBƏRİNİN MƏSULİYYƏTƏ CƏLB OLUNMASİNİ TƏLƏB EDİR - ŞİKAYƏT" başlıqlı məqalədə göstərilir ki, “Tikinti sektorunda vətəndaşların aldadılması faktı artıq Azərbaycanda adi bir hala çevrilib. Azərbaycanda tikinti sektorunda vətəndaşların aldadılmasını və baş alıb gedən qanunsuzluqları bir neçə qrupa bölmək olar. Birincisi, tikinti şirkəti vətəndaşdan pulu alır, bir müddətdən sonra qaçır, ikincisi, evi tikir, onun verdiyi pula uyğun mənzil sahəsi ilə təmin etmir, üçüncüsü, bir evi bir neçə nəfərə satır, dördüncüsü, təmirli adı ilə pul alır, təmirsiz və yarımçıq mənzil təklif edir. Bu siyahını bir az da genişləndirmək olar. Vətəndaşların aldadılması ilə bağlı növbəti belə bir fakt İddiaçı MMC-də baş verib. Belə ki, tikinti şirkəti vətəndaşdan nə ona əvvəlcədən aldığı pula uyğun mənzil, nə də sənəd verib. Bu barədə İddiaçı MMC-dən mənzil alan bir qrup vətəndaşın müraciətində deyilir. Redaksiyaya daxil olan müraciətlə bağlı olaraq adıçəkilən tikinti şirkətinin “qurban”ına çevrilən Cavabdeh1la əlaqə saxladıq. Cavabdeh1 Gununsesi.info-ya bildirib ki, 2013-cü ildə İddiaçı MMC tərəfindən fərdi evlərin ipoteka yolu ilə tikilməsi barədə xəbər tutduqdan sonra həmin şirkətin Masazır qəsəbəsində inşa etməyə başladığı yaşayış kompleksində ev almaq barədə şirkətin rəhbəri ilə razılığa gəlib. Şirkətin rəhbəri bu tikintinin maliyyələşdirilməsinin “xxxxxxxxxxxxxxx” ASC tərəfindən həyata keçirildiyini, bu səbəbdən də, həmin bankla kredit müqaviləsi bağlanmalı olduğunu bildirdi. Mənim kimi digər bir neçə nəfər də həmin kompleksdə ev almaq niyyəti ilə İddiaçı MMC ilə razılığa gəlmişdilər. Həmin şəxslərə də eyni şərtlər, yəni kreditin “xxxxxxxxxxxxxxx” ASC-dən alınması şərti qoyulmuşdu. “xxxxxxxxxxxxxxx” ASC-də kredit müqaviləsini imzaladıqdan sonra pul vəsaitlərini birbaşa İddiaçı MMC-nin nümayəndəsi götürdü. Bundan sonra evlərin tikilməsi üçün müvafiq icazələr, sərəncamlar, kommunal xətlərin çəkilməsi üçün texniki şərtlər də məhz İddiaçı MMC-nin adına alınıb”- deyə, Cavabdeh1 deyib. Cavabdeh1 deyib ki, İddiaçı MMC rəhbəri X17r, onun digər qardaşı Elçin isə bir müddət öncəyədək “xxxxxxxxxxxxxxx” ASC-nin vitse-prezidenti olub: “Şirkət Masazırda duzlu gölün üstündə 250-dək villa tikib. Tikinti işləri mühəndis-texniki qaydalara uyğun aparılmayıb. Tikinti işləri düzgün aparılmadığından, tikilən evlər indidən uçmağa başlayıb. Evlərdə çat əmələ gəlib”. O, əlavə edib ki, evə köçdükdən sonra inşa edilmiş evlərin sahələri razılaşdırılmış sahələrdən az və bir sıra digər qüsurların olması ortaya çıxıb. “Evlər isə keyfiyyətsiz tikildiyindən divarlarında çatlar əmələ gəlib, kanalizasiya xətti küçəyə buraxılır. Burada digər məqam da ondan ibarətdir ki, şirkət tərəfindən fərdi evə dair heç bir hüquqverici sənəd də verilməyib. Hazırda İddiaçı MMC özünü məsuliyyət yaradan əməllərdən süni surətdə kənarlaşdırmaq üçün guya, həmin evlərin tikintisinə aidiyyəti olmaması görüntüsü yaratmağa cəhd edir. Yəni, kommunal xidmətlərin göstərilməsi üçün başqa bir şirkətlə müqavilə imzalayıb, xidmət göstərilməsi ilə bağlı münasibətlərin də həmin şirkətlə olduğunu və özünün heç bir məsuliyyət daşımadığını iddia edir”-deyə, o bildirib. Onun sözlərinə görə, “xxxxxxxxxxxxxxx” ASC isə kredit müqaviləsinə istinad edərək, şişirdilmiş faizlərlə ödənişlər tələb edir və İddiaçı MMC-nin bu məsələyə heç bir aidiyyətinin olmadığını bildirir: “Bankın hərəkətlərindən belə çıxır ki, guya, küllü miqdarda çoxsaylı kreditləri yalnız fərdi ev tikdirmək istəyən şəxslərin sadəcə müraciətinə əsasən, heç bir real girov təqdim edilmədən verib. Bank İddiaçı MMC-nin vəzifəli şəxslərilə əlbir olub, şirkət rəhbərliyini məsuliyyətdən yayındırmaq məqsədi güdür. Bütün bunlarla yanaşı, digər faktlar da onu deməyə əsas verir ki, “xxxxxxxxxxxxxxx” ASC-nin və “xxxxxxxx” MMC əlbir olaraq, vətəndaşların etibarından sui-istifadə edərək, cinayət əməli törədiblər. Cavabdeh1 bildirib ki, yaranmış problemlə bağlı ölkə başçısına, Respublika Baş Prokurorluğuna, Milli Məclisin sədrinə müraciət edilsə də, müraciətlər cavabsız qalıb. Məsələ ilə bağlı Abşeron rayon prokurorluğuna da müraciət edilib. Müraciəti İddiaçı MMC-dən fərdi ev alan beş vətəndaş-X39, X11, X42, X18, Cavabdeh2 imzalayıb. Bu şəxslər İddiaçı MMC şirkəti tərəfindən aldadıldıqları üçün şirkətin məsuliyyətə cəlb olunmasını tələb edirlər. İş materiallarında olan Azərbaycan Respublikası səlahiyyətli orqanlarına ünvanlanmış və X25, X19, X13, X26, X6, X27, X20, X21, X22, X28, X23, X36, X29, Əliyev Zöhrəli Baloğlan oğlu, X3, X30, X43, Dövlətov Sərdar Əziz oğlu, X31, X32, Haqverdiyev Qoşqar, X14, İbrahimov Dəyanət R. tərəfindən imzalanmış müraciətdə qeyd edilmişdir ki, ünvan 1i, Masazır-Novxanı avtomobil yolunun qərbində yerləşən İddiaçı MMC-nin mülkiyyətində olan torpaq sahəsində salınmış “Park- Solero” yaşayış kompleksində torpaq sahələri alaraq fərdi yaşayış evləri tikmiş (tikdirmiş) sakinlər olaraq, göstərmək istəyir ki, biz həmin yaşayış kompleksindən fərdi yaşayış evləri (villalar kotteclər) tikdirmək üçün bəzilərimiz birbaşa İddiaçı MMC-dən, bəzilərimiz isə əvvəllər İddiaçı MMC-dən torpaq sahələri almış fiziki şəxslərdən almışıq. Torpaq sahələrini alarkən bizə Abşeron rayonu İcra Hakimiyyətinin təsdiq etdiyi “Park-Solero” yaşayış kompleksinin layihəsi, eləcə də həmin yaşayış kompleksində tikilə biləcək villaların və kottej tipli yaşayış evlərinin layihələri təqdim edilmiş və yaşayış kompleksində yalnız layihədə nəzərdə tutulmuş ölçülərlə və formada evlər tikə (tikdirə) biləcəyimiz nəzərə çatdırılmışdır. “Park-Solero” yaşayış kompleksinin və həmin yaşayış kompleksində tikilməsi nəzərdə tutulmuş fərdi yaşayış evlərinin layihəsini və formasını bəyəndiyimiz üçün ərazidən torpaq sahələri alaraq bizə təqdim olunmuş layihələr əsasında villalar və kottec tipli fərdi yaşayış evləri tikdirmişik. Aldığımız torpaq sahələrində tikdiyimiz (tikdirdiyimiz) bəzilərimiz öz şəxsi vəsaitimiz hesabına, bəzilərimiz isə aldığımız torpaq sahəsini “xxxxxxxxxxxxxxx” ASC-yə girov qoyaraq götürdüyümüz kredit hesabına tikdirmişik. Tikinti işləri bəzilərimizin özümüzün tapdığımız ustalar tərəfindən, bəzilərimiz isə həmin vaxt orada olan fiziki şəxslərin rəhbərlik etdikləri briqadalar tərəfindən aparılmışdır. İddiaçı MMC bizlərin fərdi yaşayış evlərinin tikintisində iştirak etməmiş, yalnız İddiaçı MMC-nin nümayəndəsi yaşayış evlərinin tikintisinin bizə təqdim olunan layihə əsasında aparılmasına nəzarət etmişdir. “Park-Solero” yaşayış kompleksinin ərazisində yolların çəkilməsi küçələrin yollarının asfaltlaşdırılması, mühəndis kommunikasiya xətlərinin çəkilməsi, yaşıllıqların salınması, parkın tikintisini İddiaçı MMC öz vəsaiti hesabına aparmışdır. Biz sakinlər evlərimizin tikintisini başa çatdırmışıq. Evlərimizi təmir etdiririk, bəzilərimiz isə artıq öz evlərimizdə yaşayırıq. Evlərimiz işıq, qaz, su və digər kommunal xidmətlərlə tam olaraq təmin olunmuşdur. Göstərilən xidmətlərdən, yaşıllıqlardan, tikilmiş parkdan, küçələrdən, yollardan yaşayış kompleksinin sakinləri olaraq istifadə edirik və bu şəraiti yaratmış İddiaçı MMC-dən heç bir şikayətimiz, tələbimiz yoxdur. İş materiallarında olan Babayev Elvin (Masazır kəndi, “Park-Solero” Y/K ev 4, mənzil 3), Dosuyev Əhməd (Masazır kəndi, “Park-Solero” Y/K ev 7, mənzil 5), Gözəlova Nüşabə İsmayıl qızı (ünvan 1i, “Park-Solero” Y/K ev 7/3), Pənahov Asim adlı şəxslərin imzalamış olduğu eyni məzmunlu bildirişlərin surətlərindən görünür ki, onlar yaşayış kompleksi ərazisində “işıq və su problemin həlli” adı altında qonşular tərəfindən tərtib edilmiş sənədə imza atmışlar, onların kompleksdən və onun rəhbərliyindən şikayətləri yoxdur. İş materiallarında olan “xxxxxxxxxxxxxxx” ASC ilə Cavabdeh1 və X15 adından etibarnamə əsasında çıxış edən X6 arasında bağlanmış xx.xx.2013-cü il tarixli qarışıq müqavilənin surətindən görünür ki, satıcı Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin X46 tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, 10307 nömrəli arayışa əsasən ünvan 1i ünvanında yerləşən və xx.xx.2013-cü il tarixli, RX seriyalı, ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən özünə məxsus 0,0267 ha topraq sahəsini alıcıya - ipoteka qoyana satır, əmlakın satış qiyməti 10000 AZN kreditor - ipoteka saxlayan tərəfindən ipoteka qoyana verilmiş kredit vasitəsilə ödənilir, alıcı - ipoteka qoyan torpaq sahəsini həmin müqavilə üzrə yaranmış hüquqa əsasən, onunla kreditor - ipoteka saxlayan arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 016HOME392519 saylı kredit müqaviləsi üzrə yaranmış öhdəliyin təminatı kimi kreditora ipoteka saxlayana ipotekaya verir. Kreditin məbləği 93870 ABŞ dollarıdır. İş materiallarında olan “xxxxxxxxxxxxxxx” ASC ilə Cavabdeh2 və X7 adından etibarnamə əsasında çıxış edən X6 arasında bağlanmış xx.xx.2013-cü il tarixli qarışıq müqavilənin surətindən görünür ki, satıcı Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin X46 tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, 6040 nömrəli arayışa əsasən ünvan 1i ünvanında yerləşən və xx.xx.2013-cü il tarixli, RX seriyalı ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən özünə məxsus 0,032 ha topraq sahəsini alıcıya - ipoteka qoyana satır, əmlakın satış qiyməti 11000 AZN kreditor - ipoteka saxlayan tərəfindən ipoteka qoyana verilmiş kredit vasitəsilə ödənilir, alıcı - ipoteka qoyan torpaq sahəsini həmin müqavilə üzrə yaranmış hüquqa əsasən, onunla kreditor - ipoteka saxlayan arasında bağlanmış xx.xx.2013-cü il tarixli 016HOME3548011 saylı kredit müqaviləsi üzrə yaranmış öhdəliyin təminatı kimi kreditora - ipoteka saxlayana ipotekaya verir. Kreditin məbləği 74202 ABŞ dollarıdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(102)-4888/2018 saylı qərarının surətindən görünür ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı MMC-yə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxxxxxxxxxxxxx” ASC-yə qarşı zəbt olunmuş torpaq sahəsinin geri qaytarılması və s. tələbinə dair iddiası təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı Cavabdeh2 kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı MMC-yə qarşı öhdəliklərin yerinə yetirilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası rədd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(102)-942/2019 saylı qərarının surətindən görünür ki, Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh1 apelyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi iddiaçıya münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı Cavabdeh2 kassasiya şikayəti təmin edilməmiş,Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsihəmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan “xxxxxx” ASC-nin xx.xx.2017-ci il tarixli, 03/03-3/2/7412 saylı məktubunun surətində göstərilir ki, İddiaçı MMC-nin yaşayış komleksi abonent bazasında 2008-ci ilin may ayında İddiaçı MMC adı ilə 130771 saylı müqavilə ilə qeydiyyata alınmışdır. xx.xx.2011-ci ildə SSS-25 markalı suölçən cihazla (Sayğac nömrəsi 1388; plomb nömrəsi A139679) təchiz edilmişdir. xx.xx.2016-cı il tarixində suölçən cihaz yeni suölçən cihazla (Sayğac nömrəsi 50034099; plomb nömrəsi B732715) dəyişdirilmişdir. Bina qeydiyyata alınan gündən xx.xx.2016-cı il tarixinədək 24479,87 manat məbləğində ödəniş olmuşdur. İş materiallarında olan xx.xx.2008-ci il tarixli, 130771 saylı “xxxxxx” ASC-nin su təchizatı sistemindən su buraxılması və kanalizasiya xidmətlərinə dair müqavilənin surətindən görünür ki, müqavilə bağlayan tərəflər “xxxxxx” ASC və İddiaçı MMC göstərilsə də, müqaviləni imzalayan qismində “xxxxxxxxxxxxxxx” ASC göstərilmişdir. İş materiallarında olan “xxxxxxxx” ASC-nin xx.xx.2017-ci il tarixli, HX-17/0999 saylı məktubunun surətindən görünür ki, İddiaçı MMC-nin rəhbərliyi tərəfindən Abşeron rayonu, Masazır- Novxanı şossesində yerləşən yaşayış kompleksində inşa edilmiş binaların elektrik enerjisi təchizatı üçün Texniki şərtin verilməsi barədə “xxxxxxxx” ASC-yə müraciət edilmiş, lakin zəruri olan sənədlər təqdim edilmədiyindən texniki şərt verilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Rayon Ərazi İdarəsi tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1ində yerləşən 2,70 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı məhdud məsuliyyətli cəmiyyətinin adına mülkiyyət hüququ əsasında xx xxxx 2008-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 68 nömrəli reyestr kitabının 82 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Rayon Ərazi İdarəsi tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1ində yerləşən 3,0175 ha torpaq sahəsi İddiaçı məhdud məsuliyyətli cəmiyyətinin adına mülkiyyət hüququ əsasında xx xxxx 2008-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 50 nömrəli reyestr kitabının 83 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Rayon Ərazi İdarəsi tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1ində yerləşən 3,0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı məhdud məsuliyyətli cəmiyyətinin adına mülkiyyət hüququ əsasında xx xxxx 2008-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 18 nömrəli reyestr kitabının 159 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Rayon Ərazi İdarəsi tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1ində yerləşən 0,9582 ha torpaq sahəsi İddiaçı məhdud məsuliyyətli cəmiyyətinin adına mülkiyyət hüququ əsasında xx xxxx 2008-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 51 nömrəli reyestr kitabının 75 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Rayon Ərazi İdarəsi tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1ində yerləşən 2,0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı məhdud məsuliyyətli cəmiyyətinin adına mülkiyyət hüququ əsasında xx xxxx 2008-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 68 nömrəli reyestr kitabının 83 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Rayon Ərazi İdarəsi tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1ində yerləşən 1,0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı məhdud məsuliyyətli cəmiyyətinin adına mülkiyyət hüququ əsasında xx xxxx 2008-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 71 nömrəli reyestr kitabının 142 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Rayon Ərazi İdarəsi tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1ində yerləşən 3,9971 ha torpaq sahəsi İddiaçı məhdud məsuliyyətli cəmiyyətinin adına mülkiyyət hüququ əsasında xx xxxx 2008-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 71 nömrəli reyestr kitabının 143 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Rayon Ərazi İdarəsi tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1ində yerləşən 0,30 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı məhdud məsuliyyətli cəmiyyətinin adına mülkiyyət hüququ əsasında xx xxxx 2008-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 68 nömrəli reyestr kitabının 81 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Abşeron rayon Polis idarəsininin Təhqiqat Şöbəsinin təhqiqatçısının xx.xx.2017-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarının surətindən görünür ki, İddiaçı MMC-nin direktoru Əliyev Ruslan Zöhrəli oğlunun müraciəti əsasında toplanılmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, İddiaçı MMC-yə məxsus akkumlyatoru talamış şəxsin (şəxslərin) müəyyən edilərək barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati tədbir görülməsi üçün qərarın surəti aidiyyəti üzrə Abşeron RPİ-nin İTŞ-nə göndərilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinin İ və İİ hissələrinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Azərbaycan Respublikası MM-nin 23-cü maddəsi əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. Kütləvi informasiya vasitələrində hüquqlarına və ya qanunla qorunan mənafelərinə toxunan məlumatlar dərc edilmiş fiziki şəxsin həmin kütləvi informasiya vasitələrində öz cavabının dərc edilməsi hüququ vardır. Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatları yaymış şəxsi müəyyənləşdirmək mümkün deyildirsə, barəsində bu cür məlumatlar yayılmış şəxsin ixtiyarı var ki, həmin məlumatların həqiqətə uyğun olmayan məlumatlar sayılmasını tələb etsin. Bu maddənin fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə dair qaydaları müvafiq olaraq hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir. İşgüzar nüfuz-fiziki və ya hüquqi şəxsin peşəkarlıq keyfiyyəti və ictimai fəaliyyəti haqqında formalaşmış müsbət ictimai rəydir. Azərbaycan Respublikası MM-nin 23.1-ci maddəsinin mənasına görə fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Göründüyü kimi, bu kateqoriyalı işlərə baxılarkən məlumatın fiziki şəxsin şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələməsi, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozması, həmin məlumatların doğru olmaması və bu məlumatların yayılması kimi hallar aydınlaşdırılmalı və onlara məcmu halında hüquqi qiymət verilməlidir. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxx 1999-cu il tarixli, 07 nömrəli qərarının 3-cü bəndində göstərilir ki, məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Yol verdiyi nöqsanlara görə vətəndaşın tənqid edilməsi onun şərəf və ləyaqətinin ləkələnməsi kimi qiymətləndirilə bilməz. Məlumatın doğru olmaması dedikdə, onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məlumat başqa şəxsə, bir neçə şəxsə və yaxud qeyri müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə və s. üsullarla yayıla bilər. İşin müəyyən edilmiş hallarından görünür ki, “Xalqxeber” internet qəzetində “Aldadılanlar İddiaçı məhdud məsuliyyətli cəmiyyətinin rəhbərinin məsuliyyətə cəlb olunmasını tələb edir şikayət” başlıqlı məqalədə dərc edilmiş və “Kanal 13” internet televiziyasında getmiş video müsahibədə səsləndirilmiş məlumatlar İddiaçı məhdud məsuliyyətli cəmiyyətinin işgüzar nüfuzunu ləkələmişdir. İddiaçı cavabdehlərin hər birindən işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılması nəticəsində dəymiş zərərin əvəzi olaraq 50000 manat məbləğində pul tələb etmiş, birinci instansiya məhkəməsi isə iddianı bu hissədə qismən təmin etməklə iddiaçıya dəymiş zərərin əvəzi olaraq Cavabdeh1 10000 manat, Cavabdeh2 7000 manat məbləğində pulun tutulması barədə düzgün nəticəyə gəlməmişdir. Azərbaycan Respublikası MM-nin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə kollegiyası iddiaçının işgüzar nüfuzunu ləkələyən məlumatların xarakterini və ağırlığını, cavabdehlərin təqsiri və əmlak vəziyyətlərini nəzərə alaraq hesab edir ki, qətnaməyə işgüzar nüfuzu ləkələyən məlumatlar yayılması nəticəsində dəymiş zərərlə bağlı olan hissədə qismən dəyişiklik edilərək cavabdehlər Cavabdeh1 3000 manat, Cavabdeh2 2000 manat iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda qeyd edilənlənlərə əsasən məhkəmə kollegiyası cavabdehlərin apellyasiya şikayətində göstərdiyi digər dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusuna hüquqi qiymət verib, apellyasiya şikayətində sadalanan digər dəlilləri də araşdırıb, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsinə işgüzar nüfuzu ləkələyən məlumatlar yayılması nəticəsində dəymiş zərərin ödənilməsinə aid hissələrdə dəyişiklik edilməli, qətnamə iddianın təmin olunmuş qalan hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(012)-2942/2019 saylı qətnaməsinə işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılması nəticəsində dəymiş zərərin ödənilməsinə aid hissələrdə dəyişiklik edilsin. İddiaçı məhdud məsuliyyətli cəmiyyətinin işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılması nəticəsində dəymiş zərərə görə Cavabdeh1 İddiaçı məhdud məsuliyyətli cəmiyyətinin xeyrinə 3000 (üç min) manat, Cavabdeh2 2000 (iki min) manat tutulsun. Qətnamə iddianın təmin olunmuş qalan hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Zaur Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar