Məhkəmə qərarları › İş №2(105)-1116/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1116/2024

12.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1116/2024 12.06.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X2 (məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ilkin iddiası, iddiaçı Cavabdeh cavandeh İddiaçı qarşı maddi və mənəvi ziyan tələbinə dair qarşılıqlı iddiası barədə mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-2287/2024 nömrəli qərardadından qarşılıqlı iddiaçı Cavabdeh tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə maddi ziyan olaraq 30 000 (otuz min) manat və mənəvi ziyan olaraq 20 000 (iyirmi min) manat, ümumilikdə 50 000 (əlli min) manat məbləğində pul vəsaitinin, eləcə də ödənilmiş 240 manat məbləğində dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı Cavabdeh İddiaçı qarşı maddi və mənəvi ziyan tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı maddi və mənəvi zərərin vurulması əvəzi 10 000 (on min) manatın tutularaq ona ödənilməsi barədə məhkəmə aktı qəbul edilməsini, əsassız tələblə hazırda barəsində məhkəməyə müraciət etdiyi üçün ondan rəsmi üzr istəməsini xahiş etmişdir. Qarşılıqlı iddiaçı Cavabdeh məhkəməyə qarşılıqlı iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, cavabdeh İddiaçı hadisə vaxtı etdiyi hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 157, 510-cu maddələrində nəzərdə tutulmuş hərəkətlərə görə inzibati məsuliyyətə cəlb edilməsi üçün aidiyyatı tədbirlərin görülməsi barədə məhkəmə aktının qəbul edilməsini, cavabdeh İddiaçı hadisə vaxtı etdiyi qanunsuz hərəkətlərində Cinayət Məcəlləsinin hansı maddələrində nəzərdə tutulmuş əməl olması ziddiyyətinə aydınlıq gətirilməsi üçün Konstitusiya məhkəməsinə müraciət edilməsini, maraqlı şəxs qismində Azərbaycan Respublikası Baş X1 və Dövlət İttihamının müdafiəsi idarələrinin işə cəlb edilməsini, İddiaçı hadisə vaxtı etdiyi hərəkətlər AR Cinayət Məcəlləsinin 148-ci maddəsinin tərkibini yaratdığı üçün cinayət məsuliyyətinə cəlb edilməsi barədə məhkəmə aktının qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-2287/2024 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ilkin iddiası, iddiaçı Cavabdeh cavandeh İddiaçı qarşı maddi və mənəvi ziyan tələbinə dair qarşılıqlı iddiası barədə mülki iş üzrə qarşılıqlı iddiaçı Cavabdeh tərəfindən verilmiş qarşılıqlı iddia tələbinin həcminin artırılması barədə ərizə icraata götürülməməsi qərara alınmışdır (hakim Günel Tanrıverdiyeva). Həmin qərardaddan narazı qalan qarşılıqlı iddiaçı Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2287/2023 saylı, xx.xx.2024-cü il tarixli qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilməsini, ərizənin icraata qəbul edilməsini və ya baxılması üçün apelyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, İddiaçı ona qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə maddi ziyan olaraq 30 000 (otuz min) manat və mənəvi ziyan olaraq 20 000 (iyirmi min) manat, ümumilikdə 50 000 (əlli min) manat məbləğində pul vəsaitinin, eləcə də ödənilmiş 240 manat məbləğində dövlət rüsumunun tutulmasına dair məhkəməyə iddia ərizəsi təqdim etmişdir. Sonra iddiaçı o, İddiaçı qarşı maddi və mənəvi ziyan tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı maddi və mənəvi zərərin vurulması əvəzi 10 000 (on min) manatın tutularaq ona ödənilməsi barədə məhkəmə aktı qəbul edilməsini, əsassız tələblə hazırda barəsində məhkəməyə müraciət etdiyi üçün ondan rəsmi üzr istəməsini xahiş etmişdir. iddia ərizələri icraata qəbul edilimiş və məhkəmə hazırlıq iclası davam etdirilmişdir. Növbəti iclasda o, iddia həcminin artırılması barədə ərizə təqdim etmişdir. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddia həcminin 4 müstəqil tələblər formasında aşağıdakı tələblər üzrə artırılması xahiş edilmişdir. 1) cavabdeh İddiaçı hadisə vaxtı etdiyi hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 157, 510 cu maddələrində nəzərdə tutulmuş hərəkətlərə görə inzibati məsuliyyətə cəlb edilməsi üçün aidiyyatı tədbirlərin görülməsi barədə məhkəmə aktı qəbul edəsiniz. 2) İddiaçı etdiyi hadisə vaxtı etdiyi hərəkətlər AR Cinayət məcəlləsinin 148 ci maddəsinin tərkibi yaratdığı üçün cinayət məsuliyyətinə cəlb edilməsi üçün aidiyyatı tədbirlərin görülməsi barədə məhkəmə aktı qəbul edəsiniz. 3) Maraqlı şəxs qismində Azərbaycan Respublikası Baş X1 və Dövlət İttihamının müdafiəsi idarələrini işə cəlb edəsiniz. 4) İddiaçı hadisə vaxtı etdiyi qanunsuz hərəkətlərində Cinayət Məcəlləsinin hansı maddələrində nəzərdə tutlmuş əməl olmas ziddiyyətinə aydınlıq gətirilməsi üçün Konstitusiya məhkəməsinə müraciət edilsin. Məhkəmə iddia tələbinin artırılması barədə ərizəni icraata qəbul etməkdən imtina edərək məhkəmə aktı qəbul etmişdir. Hesab edir ki, bu onun konstitusion hüquqlarının pozulması ilə yanaşı mövcud qanunvericiliyin tələblərinin düzgün tətbiq edilməməsidir. Belə ki, iddia ərizəsi icraat qəbul edilməli, lazım gələrsə icraatlar ayrılmalı və ya hər birinə yekun məhkəmə aktında münasibət bildirilməlidir. Onun məhkəməyə müraciət hüququ Azərbaycan Respublikasının Konstitusiyasında (Konstitusiyada hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ (26-cı maddə)), hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat hüququ təsbit edilmişdir eləcə də Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə (İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya 6-cı maddə) ədalətli məhkəmə araşdırmasının nəzərdə tutulmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-2287/2024 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi, qarşılıqlı iddiaçı Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2287/2023 saylı, xx.xx.2024-cü il tarixli qərardadından verdiyi şikayət ərizəsinin baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)- 2287/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” 27 avqust 2012-ci il tarixli Qərarında qeyd etmişdir ki, prosessual qanunvericilikdə iddianı fərdiləşdirən iki elementə rast gəlmək olar: iddianın predmeti və onun əsası (Mülki Prosessual Məcəllənin 53 və 153-cü maddələri). Bu elementlər nəinki iddianı, həmçinin iş üzrə prosesin özünü konkretləşdirməyə, onun həcmini, xarakterini, məhkəmənin fəaliyyətinin istiqamətini və xüsusiyyətlərini müəyyən etməyə imkan verir. Beləliklə, işlə müəyyən olunur ki, məhkəmənin icraatında olan pul tələbinə dair ilkin iddia tələbinə qarşı yönəlmiş qarşılıqlı iddia ərizəsi maddi və mənəzi ziyan tələbi barədədir. Qarşılıqlı iddiaçı ilkin iddiaçının inzibati məsuliyyətə cəlb edilməsi, ilkin iddiaçının törətdiyi hərəkətlərin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinin tərkibini yaratdığı üçün onun cinayət məsuliyyətinə cəlb edilməsi və s. qaydada qarşılıqlı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəni icraata qəbul etməyən birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, ilkin iddia tələbi ilə heç bir əlaqəsi olmadığından qarşılıqlı iddia tələbinin həcmi göstərilən qaydada artırıla bilməz. Eyni zamanda məhkəmə hesab etmişdir ki, qarşılıqlı iddia tələbinin həcminin artırılması barədə ərizədə qeyd edilən tələblər mülki məhkəmə icraatı qaydasında araşdırılmalı olan məsələlər deyildir. Qarşılıqlı iddiaçı Cavabdeh şikayətində göstərmişdir ki, iddia ərizəsi icraat qəbul edilməli, lazım gələrsə icraatlar ayrılmalı və ya hər birinə yekun məhkəmə aktında münasibət bildirilməlidir. Kollegiya qeyd edilən dəlillərlə razılaşmayaraq həmçinin qeyd edir ki, qarşılıqlı iddiaçının özünün də göstərildiyi kimi tələblər tam fərqli istiqamətdə olmaqla hazırda məhkəmədə baxılan işlə əlaqəli deyildir. Onun “lazım gələrsə icraat ayrılmalı” qeydi ilə bağlı kollegiya qeyd edir ki, qarşılıqlı iddianın ilkin iddia ilə bir icraatda baxılması mülki prosessual hüququn təməl prinsiplərindən olan, məhkəmələrin iş yükünün azaldılmasına və fəaliyyətinin səmərəliliyinin artırılmasına yönəlmiş prosessual qənaət prinsipinin realizəsinə də xidmət etmiş olur. Bu prinsip məhkəmə proseslərinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə yönəlmişdir. Bu mənada qarşılıqlı iddia institutu minimal vasitə sərf etməklə məhkəmə prosesində yüksək nəticələrin əldə edilməsində mühüm vasitəçilik rolu oynayır (Konstitusiya Məhkəməsi Plenumunun M.Xocalıyevin şikayəti üzrə 2014-cü il 9 iyul tarixli Qərarı). Bu səbəbdən məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbinin həcminin artırılması barədə ərizə icraata qəbul edilməməlidir. Kollegiya onu da vurğulayır ki, qarşılıqlı iddianın həcminin artırılması barədə ərizənin icraata götürülməməsi iddiaçının ərizədə vurğuladığı məsələlərlə bağlı müvafiq qurumları ayrıca müraciət etməsi (inzibati xəta, cinayət hadisə ilə bağlı və s) istisna olunmur. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddələrinə görə apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək hüququ vardır. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsinin qeyd olunan əsasla geri qaytarılması barədə düzgün nəticəyə gəlmişdir. Kollegiya bildirir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsində apellyasiya instansiya məhkəməsinin kassasiya şikayəti verilməsi mümkün olan qərardadları konkret olaraq müəyyən edilmişdir və hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 395, 398 və 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-2287/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar