Məhkəmə qərarları › İş №2(105)-1129/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1129/2023

12.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1129/2023 12.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Məmmədov Fuad Əli oğlu (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı pay hüququnun tanınması tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(027)-926/2023 nömrəli qərardadından iddiaçının vəkili və nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin binasında yazılı icraat qaydasında baxaraq baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı pay hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh MMC-nin nizamnamə kapitalının 40 % hissəsinə pay hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(027)-926/2023 nömrəli qərardadı ilə (hakim Aydın Babayev) İddiaçı Cavabdeh MMC-yə qarşı pay hüququnun tanınması tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər, habelə ödənilmiş dövlət rüsumunun geri qaytarılması qərara alınmışdır. İş üzrə iddiaçının vəkili Nümayəndə qeyd edilən qərardadından şikayətin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpası barədə vəsatətlə müraciət edərək, göstərilən qərardaddan şikayətə mahiyyəti üzrə baxılmasını, qeyd edilən qərardadın ləğv edilməklə işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Şikayət onunla əsasıandırılmışdır ki, iddia tələbi sahibkarlıqla bağlı olmadığından, iddiaya kommersiya məhkəməsi deyil, ümumi məhkəmə baxmalıdır. Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(027)- 926/2023 nömrəli qərardadı ilə ərizə təmin edilərək, İddiaçı tərəfindən Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(027)-926/2023 nömrəli qərardadından apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi, İddiaçı vəkili tərəfindən tərəfindən Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(027)-926/2023 nömrəli qərardadından verilmiş şikayətin təmin edilməməsi və şikayətin mülki işlə birlikdə apellyasiya qaydasında baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 aprel 2023-cü il tarixli qərardadı ilə Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(027)-926/2023 nömrəli qərardadından iddiaçının vəkili və nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayətin mümkün hesab edilməsi qərara alınmış, şikayətə apellyasiya qaydasında yazılı icraatda baxılması 12 may 2023-cü il tarixə təyin edilmişdir. Məhkəmə kollegiyası Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(027)- 926/2023 nömrəli qərardadından iddiaçının vəkili və nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayəti və iş materiallarını nəzərdən keçirib hesab edir ki, şikayət Mülki Prosessual Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunduğundan, icraata qəbul qərardadı ləğv edilərək iş apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 152.1.3-cü maddəsinə istinad edərək belə nəticəyə gəlmişdir ki, hazırkı mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Qərardaddan verilmiş şikayət baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Halbuki, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 Sentyabr 2020-ci il tarixli, 10 nömrəli qərarında qeyd olunmuşdur ki, iddia ərizəsinin Azərbaycan Respublikası MPM-in 152.1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı olmaması səbəbindən geri qaytarılması əsası işin inzibati deyil, yalnız mülki və kommersiya aidiyyətini ehtiva edir. Bu əsasla iddia ərizəsinin geri qaytarılmasına dair birinci instansiya məhkəməsinin qərardadından verilmiş şikayətə apellyasiya instansiyası məhkəməsində baxılması məhkəmə aidiyyəti ilə bağlı məsələlər üzrə yekun qərarın faktiki olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən verilməsi ilə nəticələnəcəyindən bu şikayətlər baxılması üçün kassasiya instansiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(027)-926/2023 nömrəli qərardadından iddiaçının vəkili və nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayətin mümkün hesab edilməsi barədə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1129/2023 nömrəli, 26 aprel 2023-cü il tarixli qərardadı ləğv edilməli, şikayət qeyri-mümkün hesab edilməli və mülki iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün məhkəmə baxışından çıxarılaraq birinci instansiya məhkəməsinə qaytarılmalıdır. MPM-in 402.2.5-ci maddəsinə əsasən, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Azərbaycan Respublikası MPM-in 384, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(027)-926/2023 nömrəli qərardadından iddiaçının vəkili və nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayətin mümkün hesab edilməsi barədə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1129/2023 nömrəli 26 aprel 2023-cü il tarixli qərardadı ləğv edilsin, şikayət qeyrimümkün hesab edilsin və mülki iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün məhkəmə baxışından çıxarılaraq birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar