Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-114/2022 13.12.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Rzayev Məhəmmədəli Əsəd oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı daşınmaz əmlakın qanunsuz sahiblikdən geri qaytarılması tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli, 2(067)- 35/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ Xaçmaz Rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli, 2(067)-35/2021 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı əmlakın qanunsuz sahiblikdən geri alınması tələbinə dair iddia tələbi təmin edilməmiş, iş üzrə mütəxəssis rəyi üçün ödənilmiş 300 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi, ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pulun İddiaçı alınaraq Məhkəmə Eksperizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. (hakim A.Sadıqov) Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, Xaçmaz Rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİNHALLARİ İddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdeh tərəfindən zəbt edilmiş 0,35 ha torpaq sahəsinin qanunsuz sahiblikdən geri alınması barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 28 aprel 1998-ci il tarixli qərarı ilə ona və ailə üzvlərinin mülkiyyətinə 2,76 ha torpaq sahəsi verilmişdir. Həmin ərazinin qonşuluğunda cavabdehin mülkiyyətində torpaq sahəsi vardır. Cavabdeh ona məxsus torpaq sahəsinin 0,35 ha hissəsini zəbt etməklə ona həmin torpaq sahəsindən istifadə etməyə imkan vermir. Dəfələrlə torpaq sahəsinin qanunsuz istifadəsindən azad etməsinə xəbərdarlıq etsə də, cavabdeh buna əhəmiyyət verməmişdir. Göstərilənlərə əsasən iddia tələbi təmin olunmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayəti verərək göstərmişdir ki, Xaçmaz Rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli qətnaməsi qanunsuz və əsassızdır, ləğv edilməlidir. Hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə çıxarıldığından, habelə iş üçün əhəmiyyətli olan halların sübut edilməməsi ilə çıxarıldığından, qətnamədə göstərilmiş nəticə işin hallarına uyğun gəlmədiyindən qətnamə qanuni və əsaslı hesab edilməməli və ləğv olunmalıdır. Belə ki, iş materiallarında olan ilkin "xxxx" MMC-nin rəyinə əsasən RX seriyalı 078864 nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 kəndi ünvanında İddiaçı mülkiyyətinə verilmiş 2,76 ha torpaq sahəsinin bir hissəsi cavabdeh tərəfindən istifadə olunur. RX seriyalı 078864 nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 kəndi ünvanında İddiaçı mülkiyyətinə verilmiş 2,76 ha torpaq sahəsinin 0,35 ha hissəsi cavabdeh tərəfindən xəritə 1-də qeyd olunan formada və cədvəl 1-də göstərilən ölçülər daxilində faktiki olaraq istifadə olunur. Lakin qeyd olunur ki, təqdim olunmuş mütəxəssis rəyinə əlavə edilmiş torpaq sahəsinin xəritədə yerləşmə sixemində (xəritə 1) miqyas və torpaq sahələrinin sənəd üzrə faktiki vəziyyətdə yerləşməsi göstərilmədiyindən, eyni zamanda mülki iş materiallarına mübahisəli əraziyə dair baza məlumatları əlavə edilmədiyindən ekspert rəyində, mütəxəssis rəyində yazılan materialların baza məlumatları ilə müqayisəli tədqiqatının aparılması mümkün olmamışdır. Qeyd olunan ekspertin bu rəyi iş üzrə yekun nəticəyə gəlinməsi üçün əsaslı olmadığından iş üzrə əlavə ekspertiza təyin olunmuş və həmin mübahisəli yerə baxış keçirməklə rəy verilməsi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilərək rəy alınmışdır. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli, 10/3041 nömrəli ekspert rəyindən görünür ki, DƏDRX tərəfindən ona və ailə üzvlərinə verilmiş **********0 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədindəki kordinatlarla İddiaçı Ağasalam oğlunun naturada faktiki istifadə etdiyi torpaq sahəsinin koordinatları əsasında kəskin uyğunsuzluq vardır. Bu səbəbdən həmin torpaq sahəsinin cavabdeh tərəfindən istifadə edilib edilməməsini müəyyən etmək mümkün olmamışdır. İddiaçı isə onda olan bütün zəruri sənədləri məhkəməyə təqdim etmişdir. Nədənsə hər iki ekspert iş üzrə səthi araşdırma aparmış, hətta mərhum anası X5 məxsus olan torpaq sahəsinin də ona aid olmasını bildirmişlər. Ekspert rəyləri ilə razılaşmır. Ona görə ki, onlar tədqiq olunan mübahisəli torpaq sahəsinin araşdırılmasını çıxarışa əsasən deyil, çıxarışın verilməsinə əsas olan JN 176 nömrəli Dövlət Aktına və bölgü sixeminə əsasən aparılmaqla rəy verməli idi. Nədənsə ekspertlər buna diqqət yetirməyib, yalnız həmin torpaq sahəsinin cavabdeh tərəfindən istifadə edilib-edilməməsini müəyyən etməyin mümkünsüzlüyü ilə kifayətlənmişlər. Məhkəmə də ekspertin yarımçıq və əsassız rəyinə əsaslanaraq iddia tələbini təmin etməmişdir. Rayonda torpaqların sürüşdürülməsi baş verir. Əgər hər hansı rayon sakininin torpaq sahəsinin ölçülərində əksiklik müəyyən edildikdə onda onlar məhkəməyə müraciət etməklə onlara məxsus torpaq sahəsinin tamlığını bərpa edirlər. Belə bir hadisə onun da başına gəlmişdir. Belə ki, həmkəndlisi, torpaq qonşusu X2 ilə əlaqədar iddiaçı tərəfindən ona məxsus torpaq sahəsinin 0,23 ha hissəsini zəbt etdiyini əsas gətirərək məhkəmədə iddia qaldırmış, məhkəmədə işə baxılaraq onun iddiası təmin edilmişdir. O da bu halla rastlaşdığından onun kimi digər qonşusu Cavabdeh qarşı torpaq sahəsinin bir hissəsini zəbt etdiyinə görə məhkəmədə ona qarşı iddia qaldırsa da, məhkəmə iddianı təmin etməmişdir. Məgər ona qarşı qaldırılan iddiada ekspert ona təqdim olunmuş sənədlərə və koordinatlara görə mübahisəli torpaq sahəsinə baxış keçirib rəy verməmişdirmi? Nədənsə ekspert onun iddia tələbi üzrə torpaq sahəsinə baxış keçirib rəy verməkdə çətinlik çəkərək, cavabdeh tərəfindən torpaq sahəsinin zəbt olunubolunmamasını müəyyən edə bilmir. Sadalanan hallar nəzərə alınmalı, apellyasiya şikyəti təmin edilməlidir. Apellyasiya baxışı zamanı iştirak etdiyi məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı Cavabdeh apellyasiya şikayətinə etiraz göndərərək şikayətin əsassız olmasını bildirib, apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir. İş üzrə tərəflər sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq yekun məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək və ekspert rəyinin alınması səbəbilə prosessual müddətin uzandığını nəzərə alaraq məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. İş materiallarında olan RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, ünvan 1 kəndində yerləşən 2,76 ha torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə İddiaçı, X8, X9, X6 və X7 adına daşınmaz əmlakın dövlət reyestrində 147 nömrəli reyestr kitabının 78 nömrəli vərəqində xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmışdır. Yenə iş materiallarında olan JN-175 saylı, 30222038 kodlu torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktından görünür ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 28 aprel 1998-ci il tarixli, 05 nömrəli qərarı ilə Xaçmaz rayonun Maqsudkənd kəndi ərazisində yerləşən 0.88 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh və X1 mülkiyyətinə verilmişdir. İşə əlavə edilmiş "xxxx" MMC-nin rəyindən müəyyən olunur ki, RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 kəndi ünvanında İddiaçı mülkiyyətinə verilmiş 2,76 ha torpaq sahəsinin bir hissəsi cavabdeh tərəfindən istifadə olunur. RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 kəndi ünvanında İddiaçı mülkiyyətinə verilmiş 2,76 ha torpaq sahəsinin 0.35 ha hissəsi cavabdeh tərəfindən xəritə 1-də qeyd olunan formada və cədvəl 1-də göstərilən ölçülər daxilində faktiki olaraq istifadə olunur. Mülki işdə olan ekspert rəyindən müəyyən olunur ki, "xxxx" MMC-nin rəyinə əsasən RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 kəndi ünvanında İddiaçı mülkiyyətinə verilmiş 2,76 ha torpaq sahəsinin bir hissəsi cavabdeh tərəfindən istifadə olunur. RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 kəndi ünvanında İddiaçı mülkiyyətinə verilmiş 2,76 ha torpaq sahəsinin 0.35 ha hissəsi cavabdeh tərəfindən xəritə 1-də qeyd olunan formada və cədvəl 1-də göstərilən ölçülər daxilində faktiki olaraq istifadə olunur. Lakin qeyd olunur ki, təqdim olunmuş mütəxəssis rəyinə əlavə edilmiş, torpaq sahəsinin xəritədə yerləşmə sxemində (xəritə-1) miqyas və torpaq sahələrinin sənəd üzrə faktiki vəziyyətdə yerləşməsi göstərilmədiyindən, eyni zamanda mülki iş materiallarına mübahisəli əraziyə dair baza məlumatları əlavə edilmədiyindən ekspert tərəfindən mütəxəssis rəyində yazılan məlumatların baza məlumatları ilə müqayisəli tədqiqatının aparılması mümkün olmamışdır. İşdə olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli, 10/3041 nömrəli ekspert rəyindən müəyyən olunur ki, DƏDRX tərəfindən İddiaçı Ağasadah oğluna və ailə üzvlərinə verilmiş **********0 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədindəki koordinatlarla İddiaçı naturada faktiki istifadə etdiyi torpaq sahəsinin koordinatları arasında kəskin uyğunsuzluq vardır. Bu səbəbdən həmin torpaq sahəsinin cavabdeh tərəfindən istifadə edilib edilməməsini müəyyən etmək mümkün olmamışdır. Ekspert tərəfindən qeyd olunur ki, Mərkəzdə torpaq sahələrinə dair baza məlumatları olmadığından və mülki iş materiallarına mübahisəli əraziyə dair baza məlumatları (kompleks yerquruluşu xəritələri, torpaq sahələrinin bölgü layihəsi) əlavə edilmədiyindən mütəxəssis rəyində yazılan məlumatların baza məlumatları ilə müqayisəli tədqiqatının aparılması mümkün olmamışdır. Apellyasiya baxışı zamanı təyin olunmuş məhkəmə tikinti-texniki ekspertizası əsasında məhkəməyə daxil olmuş Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/4965 nömrəli ekspert rəyindən görünür ki, mülki iş materiallarında olan Azarbaycan Respublikası lqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı va Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əsasən Azarbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlat qeydiyyatından ********** qeydiyyat nömrəli çıxarışa va torpaq sahəsinin planı və ölçüsünə əsasən İddiaçı va 4 nəfər ailə üzvünə məxsus 2.76 ha torpaq sahəsi naturadakı torpaq sahəsi ilə uyğunsuzluq təşkil edir. Lakin naturadakı torpaq sahəsi Xaçmaz Rayon Aqrar İslahat Komissiyasının qərarı ilə onlara verilmiş pay torpaq sahəsinin cizgiləri daxilindədir. Mülki iş materiallarında olan xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əsasən JN-175 saylı, 30222038 kodlu torpağın mülkiyyətə verilməsinə dair Dövlat Aktı ilə Cavabdeh Karimxan oğluna və X3 Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 28 aprel 1998-ci il tarixli, 05 saylı qərarı ila Xaçmaz rayonunun, Maqsudkənd kəndi ərazisində verilmiş 0.88 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi naturada öz yerindədir. Cavabdehin istifadə etdiyi torpaq sahəsinin faktiki ölçüsü mülkiyyət sənədindəki torpaq sahəsinin ölçüsü ilə eynilik təşkil edir. Mülki iş materiallarında olan xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında RX ******* saylı, ********** qeydiyyat nömrəli çıxarışa va torpaq sahəsinin planı və ölçüsünə əsasən İddiaçı və 4 nəfər ailə üzvünə məxsus 2.76 ha torpaq sahasi ilə JN-175 saylı, 30222038 kodlu torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktı ilə Cavabdeh və X3 Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 28 aprel 1998-ci il tarixli, 05 saylı qərarı ilə Xaçmaz rayonun Maqsudkənd kəndi ərazisində verilmiş 0.88 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi hər hansı hissədə üst-üstə düşmür. Mülki iş materiallarında olan xx.xx.2022ci il tarixli mütəxəssis rəyinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında RX ******* saylı, ********** qeydiyyat nömrəli çıxarışa va torpaq sahasinin planı va ölçüsünə əsasən İddiaçı 4 nəfər ailə üzvünə məxsus 2.76 ha torpaq sahəsi cavabdeh və ya hər hansı şəxs tərəfindən zəbt olunmamışdır. MƏHKƏMƏNİNMÖVQEYİ Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Xaçmaz Rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli, 2(067)-35/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* saylı, ********** qeydiyyat nömrəli çıxarışa va torpaq sahəsinin planı və ölçüsünə əsasən Xaçmaz rayonu, Maqsudkənd kəndində yerləşən 2.76 ha torpaq sahəsi iddiaçının və ailə üzvlərini ümumi birgə mülkiyyətindədir. Eləcə də, JN-175 saylı, 30222038 kodlu torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktına əsasən Xaçmaz Rayon Aqrar İslahat Komissiyasının 28 aprel 1998-ci il tarixli, 05 saylı qərarı ilə Xaçmaz rayonunun Maqsudkənd kəndi ərazisində yerləşən 0.88 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh və X1 mülkiyyətindədir. Tərəflər qonşudurlar. İddiaçı onlara məxsus torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edildiyini iddia etsə də, məhkəmə araşdırması zamanı, eləcə də mütəxəssis və ekspert rəyləri ilə bu fakt öz tədiqini tapmamışdır. Yaranmış mübahisə ilə əlaqədar məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər bir kəsin mülkiyyət hüququ vardır və hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqularından ibarətdir. Konstitusiyanın 60-cı maddəsinin birinci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. İşdən göründüyü kimi iddiaçı və cavabdeh qonşudurlar. İddiaçının mülkiyyətində 2.76 ha torpaq sahəsi, cavabdehin mülkiyyətində isə 0.88 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Hər iki tərəfin mülkiyyət hüquqlarını təsdiq edən sənədləri (daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktı) mövcuddur. İddiaçı cavabdeh tərəfindən onun torpaq sahəsinin müəyyən hissəsinin zəbt edildiyini iddia etsə də, məhkəməyə bunu sübut edəcək heç bir mötəbər və legitim sübut təqdim edə bilməmişdir. Cavabdehin apellyasiya şikayətində əsas dəlillərindən biri odur ki, məhkəmə tərəfindən hərtərəfli araşdırma aparılmamışdır, iş üzrə verilmiş məhkəmə tikinti texniki ekspertizasına dair ekspert rəyləri ilə razılaşmır. Apellyasiya zamanı iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və müvafiq mütəxəssis və ekspert rəylərində iddiaçıya məxsus qeyd olunan torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt edilmədiyi göstərilmişdir. AR MPM-nin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (bax, Makhmudov v. Russia, No. 35082/04, 26 iyul 2007-ci il, § 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (bax, Gavazov v. Bulgaria, No. 54659/00, 06 mart 2008-ci il, § 93). İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Brumaresku Rumıniyaya qarşı» iş üzrə 28 oktyabr 1999-cu il tarixli qərarında göstərmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçı sübut etmə yükü üzərinə düşməsinə baxmayaraq öz tələbinin əsası kimi istinad etdiyi halları təkzibedilməz, əsaslı şübhələrdən kənar sübutlarla sübut edə bilməmişdir. Başqa sözlə, cavabdeh tərəfindən onun torpaq sahəsinin zəbt edilməsi faktı öz təsdiqini tapmamışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə yekun olaraq düzgün hüquqi nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməli, keçirilmiş ekspertizanın dəyəri olaraq 50 manat iddiaçıdan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli, 2(067)-35/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. İş üzrə keçirilmiş ekspertizanın xidmət haqqı olaraq 50 manat məbləğində pul İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Az.MEM, VÖEN **********, X4, KOD 210005 VÖEN ********** Müxbir hesab Az.41 NABZ******************** SWİFT BİK CTREAZ.22 Hesab AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-114/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-114/2022
13.12.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver