Məhkəmə qərarları › İş №2(105)-1140/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1140/2023

12.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1140/2023 12.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARDADİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X2 və X1 ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Cavabdeh3 21 oktyabr 2022-ci il tarixli K-28/2-099/2-t/1 saylı qərarın ləğv edilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(012)-2359/2023 nömrəli qərardadından iddiaçının vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Cavabdeh3 21 oktyabr 2022-ci il tarixli K-28/2-099/2-t/1 saylı qərarın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Abşeron Rayon Məhkəməsinin 29 mart 2023-cü il tarixli, e-2(012)-2359/2023 saylı qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Cavabdeh3 21 oktyabr 2022ci il tarixli K-28/2-099/2-t/1 saylı qərarın ləğv edilməsi tələbinə dair iddia ərizəsinin ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılması qərara alınmışdır.

3. İddiaçı vəkili və nümayəndəsi Vəkil həmin qərardaddan şikayət verərək, Abşeron Rayon Məhkəməsinin 29 mart 2023-cü il tarixli, e-2(012)-2359/2023 saylı qərardadının ləğv edilməsi, əks təqdirdə şikayətin baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.

4. Abşeron Rayon Məhkəməsinin 14 aprel 2023-cü il tarixli, e-2(012)-2359/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 29 mart 2023-cü il tarixli, e-2(012)-2359/2023 saylı qərardadından İddiaçı vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayətin iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

Şikayətin və ona qarşı etirazın dəlilləri

a) Şikayətin dəlilləri

5. Şikayət onunla əsaslandırılmışdır ki, İddiaçı Sumqayıt İnzibati Məhkəməsinə “Cavabdeh3 21 oktyabr 2022-ci il tarixli K28/2-099/2- t/1 saylı qərarının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. Lakin Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə İddiaçı Cavabdeh3nə qarşı “Cavabdeh3 21 oktyabr 2022-ci il tarixli K28/2-099/2t/1 saylı qərarının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiasının mümkün sayılmaması qərara alımışdır. Qərar onunla əsaslandırılmışdır ki, Cavabdeh3 21 oktyabr 2022-ci il tarixli K-28/2-099/2-t/1 saylı qərarı inzibati akın əlamətlərini özündə əks etdirmir və inzibati akt deyildir. Həmin qərar inzibati akt olmadığından inzibati məhkəmə icraatında mübahisələndirilməsi də mümkün deyildir. Bu səbəbdən də hal-hazırki ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. Lakin Abşeron Rayon Məhkəməsinin 2(012)-2359/2023 saylı mülki iş üzrə 29 mart 2023-cü il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Cavabdeh3 21 oktyabr 2022-ci il tarixli K-28/2-099/2-t/1 saylı qərarın ləğv edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Məhkəmənin gəldiyi nəticə tamamilə qanunsuz və əsassızdır. Belə ki, bundan əvvəl Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə iddianın mümkün sayılmaması qərara alımış və əsas olaraq qərarın inzibati akt olmadığı qeyd edilmiş və aidiyyatı üzrə birinci instansiya məhkəmələrinə müraciət etməyi tövsiyə edilmişdir.

b) Şikayətə qarşı etirazın dəlilləri

6. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

7. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 151. İddia ərizəsinin mümkünlüyü 151.2. Zəruri hallarda iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə çəkişmə prinsipinə riayət edilməklə, tərəflərin iştirakı ilə baxıla bilər.

Maddə 152. İddia ərizəsinin qaytarılması 152.1.6. müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır.

Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Maddə 398. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; (...)

Maddə 399. Apellyasiya instansiyası məhkəməsinin göstərişlərinin məcburiliyi Birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir.

Maddə 402. Kassasiya şikayəti vermə hüququ (...) 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

8. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

9. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

10. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(012)-2359/2023 nömrəli qərardadı ləğv edilməli, iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə göndərilməlidir.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.4-cü maddəsinə əsasən iddia ərizəsində müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) qaydada nizama salınmasına riayət edilməsinə dair məlumat göstərilməli və bunu təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə iddia ərizəsi geri qaytarılır. İddiaçı ilkin olaraq qərarın ləğv edilməsi və ya dəyişdirilməsi barədə bu qərarı qəbul etmiş Cavabdeh3nə müraciət etməli, imtina aldığı halda isə məhkəməyə müraciət etməlidir. Hazırkı halda isə iş materiallarında belə bir imtina məktubu mövcud deyildir.

12. İddia ərizəsindən görünür ki, iddia tələbi Cavabdeh3 ilə yanaşı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yönəlmişdir. İddiaçı tələbini eyni zamanda onunla əsaslandırmışdır ki, o, uşaqların baba və nənəsi ilə görüşməsinə etiraz etmir, lakin görüş vaxtının müddəti uşağın səhhətinə, müalicəsinə və s. uyğun deyil.

13. İddia ərizəsindən göründüyü kimi iddiaçının hüquqi marağı uşaqla ünsiyyət vaxtının dəyişdirilməsinə yönəlmişdir və mövcud iddia ərizəsinin məhz yuxarıda göstərilən əsasla qaytarılması mülki prosessual qanunvericiliyin həmin tələbinə uyğun gəlmir.

14. Digər tərəfdən, iddia ərizəsinə əlavə edilmiş Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(118)-2113/2023 nömrəli qərardadının surətindən görünür ki, İddiaçı Cavabdeh3nə qarşı “Abşeron Rayonu İcra Hakimiyyətinin 21 oktyabr 2022-ci il tarixli K-28/2-099/2-t/1 saylı qərarının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası mümkün sayılmamışdır. Qərardad onunla əsaslandırılmışdır ki, Cavabdeh3 21 oktyabr 2022-ci il tarixli K-28/2-099/2-t/1 saylı qərarı inzibati akın əlamətlərini özündə əks etdirmir və inzibati akt deyildir. Həmin qərar inzibati akt olmadığından inzibati məhkəmə icraatında mübahisələndirilməsi də mümkün deyildir.

15. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələrin MPM-in 151.2-ci maddəsinə əsasən zəruri hallarda iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə çəkişmə prinsipinə riayət edilməklə, tərəflərin iştirakı ilə baxmaq hüququ vardır. Odur ki, hazırki qərardadda göstərilən xüsusatlar nəzərə alınmaqla iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə birinci instansiya məhkəməsi tərəfindən yenidən baxılmalıdır.

16. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmalı, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(012)-2359/2023 nömrəli qərardadı ləğv edilməli, iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə göndərilməlidir.

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 357, 398.0.2, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Şikayət təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(012)-2359/2023 nömrəli qərardadı ləğv edilsin. İddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar