Məhkəmə qərarları › İş №2(105)-117/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-117/2024

10.07.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-117/2024 10.07.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: pul tələbi, əsassız varlanma) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X34 (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh, onun nümayəndəsi X3, cavabdehin nümayəndəsi və vəkili Vəkil3 iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-1276/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi. İşin halları

1. Sumqayıt şəhər İcra Hakimiyyətinin Başçısının 492 nömrəli 01 dekabr 1993-cü il tarixli əmrinə əsasən, xx.xx.1993-cü il tarixində 1 nömrəli protokola əsasən Sumqayıt şəhər İcra Hakimiyyətinin ev bölgüsü şəhid ailələrinə və İ qrup əlillər üçün keçirilmişdir. Həmin əmrlə 12-ci mikrorayon, ev 1/2,5, 9 mikrorayon ev 31-dən yeni istifadəyə verilmiş binalardan və boşaldılmış mənzillərin bölüşdürülməsi üzrə Sumqayıt şəhəri mənzil bölüşdürmə, dəyişdirmə və qeydiyyata alınması və mənzil tikinti kooperativlərində mənzil bölüşdürülməsi Komissiyasının xx.xx.1993-cü il tarixli, 95 nömrəli protokolu təsdiq edilmişdir.

2. Mənzil bölüşdürülməsi, mənzil dəyişdirilməsi və mənzil tikinti kooperativləri üzrə mənzil bölüşdürülməsi Komissiyasının xx.xx.1993-cü il tarixli, 95 nömrəli protokoluna əsasən, yaşayış sahəsi 53,13 kv.m olan 4 otaqlı, 12-ci mikrorayon, ev 5, mənzil 4 Hüseynova Rəna Fitat qızının 5 nəfərdən ibarət ailə tərkibinə təqdim edilmişdir.

3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən təsdiq edilərək məhkəməyə göndərilmiş sənədlərdən görünür ki, Sumqayıt şəhər İcra Hakimiyyətinin Başçısının 492 nömrəli 01 dekabr 1993-cü il tarixli əmri ilə yaşayış sahəsi 53.13. kv.m olan 4 otaqlı, 12-ci mikrorayon, ev 5, mənzil 4 Hüseynova Rəna Fitat qızının 5 nəfərdən ibarət ailə tərkibinə təqdim edilmişdir.

4. xx.xx.1993-cü il tarixli orderin surətinə əsasən, Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 5A ünvanda yerləşən 4 saylı mənzil Hüseynova Rəna Fitat qızına və onun ailə üzvlərinə ayrılmışdır.

5. Sumqayıt şəhər İcra Hakimiyyətinin Başçısı Qəyyumluq və Himayəçilik Komissiyasının 197 nömrəli məktubundan görünür ki, Sumqayıt şəhər İcra Hakimiyyətinin Başçısı Qəyyumluq və Himayəçilik Komissiyası Hüseynova Rəna Fitat qızına məxsus 12ci mikrorayon, ev 5A, mənzil 4-də yerləşən 4 otaqlı mənzilin 16-cı məhəllə, ev 38A/23 mənzil 104 olan 4 otaqlı mənzillə dəyişdirilməsinə etiraz etmir.

6. xx.xx.1999-cu il tarixli mənzilin alqı-satqısı müqaviləsinə əsasən Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 5, mənzil 4 Hüseynova Rəna Fitat qızının adından hərəkət edən Cavabdeh tərəfindən 22000000 (22 milyon) manata X1.

7. xx.xx.1999-cu il tarixli mənzilin alqı-satqısı müqaviləsinə əsasən Sumqayıt şəhəri, 16-cı məhəllə, 38a/23 saylı evin 104 saylı mənzili Cavabdeh X2 adından hərəkət edən X8 14800000 (14 milyon 800 min) manata almışdır.

8. xx.xx.2005-ci il tarixli, 244503 nömrəli mənzilin alqı-satqısı müqaviləsinə əsasən Sumqayıt 12-ci mikrorayon, ev 5, mənzil 4 X19 tərəfindən 78400000 manata X9 (X14 vərəsələri X15, X29, X24, X18 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi) satılmışdır.

9. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli məktublarından görünür ki, Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 5A ünvanda yerləşən 4 saylı mənzil ünvan 1 xx.xx.2005-ci il tarixli, 4Ə2- 168 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında X10 mülkiyyət hüququ qeydə alınaraq qeydiyyat vəsiqəsi verilmişdir və hal-hazırda mülkiyyətindədir.

10. Azərbaycan Respublikası Sumqayıt şəhər X4 və Mükiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinin surətinə əsasən, Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 5A ünvanda yerləşən 4 saylı mənzil xüsusi mülkiyyət hüququ əsasında ünvan 1 xx.xx.2005ci il tarixli, 4Ə2-168 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında X10 adına qeydə alınmışdır.

11. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh, X11, X5, X37 oğlu və Hüseynova Rəna Fitat qızı ünvan 2 ünvanında qeydiyyatdadırlar.

12. Sumqayıt şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2019-cu il tarixli 95 nömrəli, Sərəncamına əsasən, həmin sərəncam ilə Hüseynova Həsənağa Fitat oğlunun məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş xx.xx.1968-ci il təvəllüdlü bacısı Hüseynova Rəna Fitat qızının üzərində qəyyum təyin edilməsi barədə Sumqayıt şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.1999-cu il tarixli 515 nömrəli Sərəncamı ləğv edilmiş, Hüseynov Cavabdeh Rəna Fitat qızının üzərində qəyyumluq vəzifəsinin icrasından azad edilmiş, Hüseynov İddiaçı Rəna Fitat qızının üzərində qəyyum təyin edilmişdir.

13. Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının Aparatının Cavabdeh ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 12 iyul 1999-cu il tarixli, 6/2-558-1999 saylı qətnaməsi ilə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş və Sumqayıt Şəhər icra Hakimiyyətinin 515 nömrəli, xx.xx.1999cu il tarixli sərəncamına əsasən üzərində qəyyum təyin edildiyi bacısı - xx.xx.1968-ci il təvəllüdlü Hüseynova Rəna Fitat qızının faktiki olaraq İddiaçı himayəsində olduğu və tərəfindən qəyyumluq vəzifələrinin lazımı qaydada yerinə yetirilməməsi nəzərə alınaraq, Sumqayıt Şəhər İcra Hakimiyyətinin 95 nömrəli, xx.xx.2019- cu il tarixli sərəncamına əsasən bacısı xx.xx.1968-ci il təvəllüdlü Hüseynova Rəna Fitat qızının üzərində qəyyumluğu ləğv edilmiş və onun üzərində digər qardaşı - xx.xx.1969-cu il təvəllüdlü İddiaçı qəyyum təyin edilmişdir.

14. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, 02-186/22 saylı mütəxəssis rəyinə əsasən, Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 5A ünvanda yerləşən 4 saylı mənzilin xx.xx.2022-ci il tarixinə bazar dəyəri 90000 manat təşkil edir.

15. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/7729-9/7822 nömrəli ekspert rəyindən görünür ki, Sumqayıt şəhəri, 12-ci mikrorayonda yerləşən çoxmərtəbəli binalarda (4 otaqlı mənzillər) yerləşən analoji mənzillərin 1 kv.metrinin orta bazar qiyməti təqribən 1100.00 manat məbləğində müəyyən edilir. Sumqayıt şəhəri, 12-ci mikrorayonda yerləşən çoxmərtəbəli binalarda (2 otaqlı mənzillər) yerləşən analoji mənzillərin 1 kv.metrinin orta bazar qiyməti təqribən 1350,0 manat məbləğində müəyyən edilir. Sumqayıt şəhəri, 12-ci mikrorayonda yerləşən çoxmərtəbəli binalarda (1 otaqlı mənzillər) yerləşən analoji mənzillərin 1 kv.metrinin orta bazar qiyməti təqribən 1500,0 manat məbləğində müəyyən edilir. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspert tədqiqatının dəyəri 100 manat təşkil etmişdir.

Birinci instansiya məhkəməsində icraat

16. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Hüseynova Rəna Fitat qızına məxsus ünvan 9nda yerləşən və ümumi sahəsi 80.92 kv.m. (yaşayış sahəsi 53.13 kv.m., köməkçi sahəsi 27.79 kv.m. olmaqla,) 4 otaqlı mənzil cavabdehin qanunsuz əməlləri nəticəsinə özgəninkiləşdirildiyi üçün H.Rənaya dəymiş maddi ziyanın əvəzi olaraq 90 000 (doxsan min) manat pul, həmçinin mütəxəssis rəyi üçün ödənilən 150 (yüz əlli) manat, tərəflərindən ödənilən dövlət rüsumu kimi ödənilən 361 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

17. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının 27 iyul 1999-cu il tarixli 515 nömrəli sərəncamına əsasən Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 12 iyul 1999-cu il tarixli, 6/2-558-1999 saylı qətnaməsi ilə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş 03 aprel 1968-ci il təvəllüdlü bacısı Hüseynova Rəna Fitat qızının qəyyumu təyin edilmişdir. Cavabdeh öz bacısının qəyyumu təyin edilənə qədər, yəni 1993-cü ilin dekabr ayında Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının 492 №-li əmrinin 6-cı bəndinə əsasən 1-ci qrup əlil şəxslərə, o cümlədən Hüseynova Rəna Fitat qızına mənzil verilmişdir (əmr ərizəyə əlavə edilir). H.Rənaya verilən mənzil ünvan 9nda yerləşmiş və ümumi sahəsi 80.92 kv.m. (yaşayış sahəsi 53.13 kv.m., köməkçi sahəsi 27.79 kv.m. olmaqla,) 4 otaqdan ibarət idi. Mənzilə dair 14 dekabr 1993-cü il tarixli order təqdim edilmişdir (orderin surəti ərizəyə əlavə edilir). Bundan bir neçə il sonra, xx.xx.2005-ci il tarixdə cavabdeh ona həvalə edilmiş qəyyumluq səlahiyyətlərindən sui-istifadə edərək himayəsində olan bacısına sosial vəziyyətinə görə dövlət tərəfindən verilmiş ünvan 9nda yerləşən mənzili alqı-satqı müqaviləsi əsasında X20 adlı şəxsə satmışdır və əldə olunan məbləği şəxsi məqsədləri üçün mənimsəmişdir. Cavabdeh həmin mənzili satdıqdan sonra Hüseynova Rəna üçün heç bir əmlak almamışdır. Mənzilin 3-cü şəxsin mülkiyyətinə keçməsi faktı iddia ərizəsinə əlavə edilən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin 18 noyabr 2022-ci il tarixli cavab məktubunda və qeydiyyat vəsiqəsində öz əksini tapmışdır. Daha sonra, Cavabdeh öz qəyyumluq vəzifələrini lazımi qaydada yerinə yetirmədiyi üçün Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının 26 aprel 2019cu il tarixli, 95 nömrəli sərəncamı əsasında Hüseynova Rəna Fitat qızının üzərində qəyyumluq vəzifəsinin icrasından azad edilmiş və İddiaçı öz bacısı Hüseynova Rəna Fitat qızının üzərində qəyyum təyin edilmişdir. Həmçinin, məhkəmənin nəzərinə onu da çatdırır ki, H.Rənaya məxsus mənzil cavabdeh (keçmiş qəyyum) tərəfindən satıldığı üçün H.Rəna faktiki olaraq evsiz qalmış və öz qardaşı İddiaçı (hazırki qəyyum) evində yaşamağa məcbur olmuşdur. İddiaçı ailə tərkibi çox olduğu və evin sahəsi kiçik olduğu üçün H.Rənanın dövlət tərəfindən ona verilən mənzilə ehtiyacı var. X38 Fitat qızının vaxti ikən mülkiyyətində olmuş ünvan 9nda yerləşən 4 otaqlı mənzilə dair əvvəlki qəyyumu və qardaşı Cavabdeh tərəfindən pozulmuş hüquqlarının müdafiəsi zərurəti yaranmışdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 36.2-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsini almadan qəyyum qəyyumluqda və ya himayədə olanın əmlakının özgəninkiləşdirilməsinə, o cümlədən dəyişdirilməsinə və ya bağışlanmasına, bu əmlakın icarəyə, əvəzsiz istifadəyə verilməsinə və ya girov qoyulmasına dair əqdləri, qəyyumluqda və ya himayədə olana mənsub hüquqlardan imtinaya, onun əmlakının bölüşdürülməsinə və ya bu əmlakdan payların ayrılmasına səbəb olan əqdləri, habelə qəyyumluqda və ya himayədə olanın əmlakının azalmasına səbəb olan hər hansı digər əqdləri bağlaya bilməz, himayəçi isə onların bağlanmasına razılıq verə bilməz. İstinad edilən normanın tələbindən də göründüyü kimi, qəyyum qəyyumluq orqanının əvvəlcədən icazəsini almadan qəyyumluqda olanın əmlakını özgəninkiləşdirə bilməz. İndiki halda, cavabdeh qəyyumluq funksiyasından istifadə edərək, 2005-ci ildə onun qəyyumluğunda olan Hüseynova Rəna Fitat qızına məxsus 4 otaqlı mənzili satmış və qəyyumluqda olan şəxsi mülkiyyət hüququndan məhrum etmişdir. Lakin, H.Rənanın hüquqları pozulan zaman o cavabdehin qəyyumluğunda idi. Buna görə də, həmin vaxt H.Rənanın pozulmuş hüquqlarının müdafiəsi üzrə subyektiv hüquq ancaq onun qəyyumuna, yəni cavabdehə məxsus idi. Cavabdeh isə H.Rənanın hüquqlarını pozan şəxs olduğu üçün məhkəmə tərəfindən fəaliyyət qabiliyyətsiz hesab edilən H.Rəna müdafiəsiz vəziyyətdə qalmışdır. Tərəflərindən sözügedən mənzilin, yəni ünvan 9nda yerləşən və ümumi sahəsi 80.92 kv.m. (yaşayış sahəsi 53.13 kv.m., köməkçi sahəsi 27.79 kv.m. olmaqla,) 4 otaqlı mənzilin bugünkü günə real bazar qiymətinin müəyyən edilməsi üçün "xxxx" MMC-yə müraciət edilmiş, sözügedən MMC tərəfindən təqdim edilmiş 12 dekabr 2022-ci il tarixli mütəxəssis rəyindən də göründüyü kimi, mənzilin bazar dəyəri 90 000 (doxsan min) manat müəyyən edilmişdir. (mütəxəssis rəyi ərizəyə əlavə olunur). Yəni, Hüseynova Rəna Fitat qızı keçmiş qəyyumu olan cavabdehin qanunsuz hərəkətləri nəticəsində 90 000 (doxsan min) manat maddi zərərə uğramışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mənzilin bazar dəyərinin müəyyən edilməsi üçün tərtib edilən mütəxəssis rəyinə görə tərəflərindən "xxxx" MMC-yə 150 (yüz əlli) manat xidmət haqqı ödənmişdir (müvafiq qəbz ərizəyə əlavə olunur). Həmçinin, iddia ərizəsinin verilməsinə görə tərəflərindən 361 manat dövlət rüsumu ödənilmişdir (qəbz ərizəyə əlavə olunur). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 33.2-ci maddəsinə əsasən qəyyumlar və himayəçilər istənilən şəxslərlə münasibətlərdə, o cümlədən məhkəmədə öz qəyyumluğunda olanların hüquq və vəzifələrini xüsusi səlahiyyət almadan müdafiə edirlər. Beləliklə, şərh edilənlər bir daha onu deməyə əsas verir ki, Hüseynova Rəna Fitat qızına məxsus olan 4 otaqlı mənzil onun keçmiş qəyyumu Cavabdeh qanunsuz əməlləri nəticəsinə özgəninkiləşdirildiyi və H.Rəna maddi zərərə uğradığı üçün H.Rənanın indiki qəyyumu İddiaçı təşəbbüsü ilə H.Rənanın hüquqlarının müdafiəsi zərurəti yaranmışdır. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

18. Cavabdeh məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı ona qarşı Sumqayıt şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Hüseynova Rəna Fitat qızına məxsus ünvan 9nda yerləşən və ümumi sahəsi 80.92 kv.m. (yaşayış sahəsi 53.13 kv.m., köməkçi sahəsi 27.79 kv.m. olmaqla,) 4 otaqlı mənzil cavabdehin qanunsuz əməlləri nəticəsinə özgəninkiləşdirildiyi üçün H.Rənaya dəymiş maddi ziyanın əvəzi olaraq 90 000 (doxsan min) manat pul, həmçinin mütəxəssis rəyi üçün ödənilən 150 (yüz əlli) manat, tərəflərindən ödənilən dövlət rüsumu kimi ödənilən 361 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. O, iddiaçının iddia tələbi ilə razı deyildir. Gəldiyi qənaəti aşağıdakılarla əsaslandırır: Qeyd edir ki, iddia ərizəsində göstərilənlərin əksəriyyəti təhrif olunmuş məlumatlardır. İddia ərizəsi özü tamamilə ziddiyyətlidir. İddia ərizəsində göstərilənlərin əksinə olaraq bildirir ki, Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 12 iyul 1999-cu il tarixli, 6/2-558-1999 saylı qətnaməsi ilə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş 03 aprel 1968-ci il təvəllüdlü bacısı Hüseynova Rəna Fitat qızının qəyyumu təyin edilmişdir. Bundan sonra xx.xx.1999-cu ildə Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və onun və ailə üzvlərimin sayı nəzərə alınmaqla qəyyumluqda olan bacısı- Hüseynova Rəna Fitat qızına ayrılmışdır. Artıq onun qəyyumluqda olması nəzərə alınmışdır ki, imtiyazlı ailə kimi hamısına birgə mübahisəli mənzil ayrılmışdır. Yəni, mübahisəli mənzildə olan otaq sayı tək qəyyumluqda olanın adına olmamışdır. Faktiki olaraq mübahisəli mənzil ona və qəyyumluqda olan bacısı Rənaya verilmişdir. İşdə olan sənədlərdən də görünür ki, bütün bu məsələlərə qədər onun üzərində qəyyumluq təyin olunmuşdur. İddia ərizəsində göstərilir ki, guya order iddia ərizəsinə əlavə edilmişdir. Hansıki, iddia ərizəsinə belə bir sənəd əlavə edilməmişdir. Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının həmin ünvan 6 ünvanında yerləşən 4 otaqlı mənzil qəyyumluqda olan bacısının anasının tələbi ilə bir otaq bacısı Hüseynova Rəna Fitat qızına məxsus olduğu üçün bir otağın pulunun ona verilməsi üçün satılmışdır. Bundan sonra ünvan 9nda yerləşən 4 otaqlı mənzil satılaraq bir otağın pulu anasının tələbi ilə bacısına ev almaq üçün anasına verilmişdir. Qəyyumluqda olan bacısı Rənanın pulu verildikdən sonra Sumqayıt şəhəri 16cı məhəllə ev 38A/23, mənzil 104-ə olan iki otaqlı ona və ailə üzvlərinə yaşamaqları üçün alınmışdır. Faktiki olaraq bacısının bir otaqlı mənzilinin pulu anasına verilmiş, həmin pul hazırki iddiaçı qardaşı və mərhum anası tərəfindən xərclənmişdir. Bacısı qəyyumluqda olan Hüseynova Rəna Fitat qızı Sumqayıt şəhəri 16-cı məhəllə ev 38A/23, mənzil 104-ə olan iki otaqlı mənzildə onunla və ailə üzvləri ilə yaşamışdır. 2019-cu ildə isə onların mənzil 2 otaqlı olduğuna görə bu mənzildən çıxaraq Bacısı qəyyumluqda olan Hüseynova Rəna Fitat qızı anası tərəfindən ona baxmaqdan ötrü ünvan 7 ünvanına aparılmışdır. Beləliklə, bacısı onun qəyyumluğundan çıxarılaraq 2019-cu ildən mərhum anası və qardaşının qəyyumluğunda olmuşdur. Sonradan iddiaçı qardaşı, bacısı Hüseynova Rəna onunla yaşadığı üçün onun qəyyumluğuna verilmişdir. İddia ərizəsində göstərilənlər ki, guya o qəyyumluqda olanın mənafeyinə zidd hərəkətlər etmişdir, yalan və həqiqətə uyğun olmayan məlumatlardır. İddiaçı qəyyum təyin olunmasından istifadə edərək öz maddi durumunu yaxşılaşdırmaq məqsədi ilə belə bir əsassız iddia qaldırmışdır. Hansı ki həmin vaxtı mübahisəli mənzilin bir otağının bacısına aid pulunu anası ilə birlikdə xərcləmişlər. Yuxarıda qeyd olunanları nəzərə alaraq İddiaçı Cavabdeh qarşı ünvan 9nda yerləşən və ümumi sahəsi 80.92 kv.m. (yaşayış sahəsi 53.13 kv.m., köməkçi sahəsi 27.79 kv.m. olmaqla,) 4 otaqlı mənzil cavabdehin qanunsuz əməlləri nəticəsinə özgəninkiləşdirildiyi üçün H.Rənaya dəymiş maddi ziyanın əvəzi olaraq 90 000 (doxsan min) manat pul, həmçinin mütəxəssis rəyi üçün ödənilən 150 (yüz əlli) manat, tərəflərindən ödənilən dövlət rüsumu kimi ödənilən 361 manat pul vəsaitinin tutularaq iddiaçıya verilməsi iddia ərizəsinin rədd olunması barədə qətnamə qət edilməsini xahiş etmişdir.

19. Daha sonra Cavabdeh bir neçə yazılı ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, 1999-cu ildə Sumqayıt şəhər İcra Hakimiyyətinin Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət edərək X32ma məxsus olan 12-ci mikrorayon, ev 5A, mənzil 4-də yerləşən 4 otaqlı mənzilin 16-cı məhəllə, ev 38A/23, mənzil 104-ə olan 2 otaqlı mənzilə dəyişdirilməsi üçün müraciət etmişdirlər. Müraciətləri Qəyyumçuluq və Himayəçilik Komissiyasının Sədri S.Rəhimov tərəfindən qəbul edilmişdir. 197 saylı cavab məktubu ilə cavablandırılaraq Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 5A, mənzil 4-də yerləşən 4 otaqlı mənzilin, Sumqayıt şəhəri 16-cı məhəllə, ev 38A/23, mənzil 104-ə olan 2 otaqlı mənzilə dəyişdirilməsinə etiraz etməmişdir. Həmin vaxtlar Qəyyumluq və Himayəçilik Komissiyasında mərhum anası X12 da iştirak etmişdir. Onlar bildirdilər ki, evi dəyişdirib üstündə götürdükləri pula isə bir otaqlı ev almalı idilər ki, Rəna istədiyi vaxt rahat anası ilə orada qala bilsin. Atasından qalan 5 otaqlı ev yəni 42-ci məhəllə, ev 3, mənzil 15 hazırda da qardaşı və onun ailəsinin istifadəsindədir. Bir müddətdən sonra soruşdular ki, ev niyə almadız, anası Xədicə dedi ki, ehtiyac var idi, xərcləyiblər. 25 il keçdikdən sonra qardaşının məhkəməyə müraciət etməsini yalnız belə başa düşürlər ki, o qazanc əldə etmək istəyir. Əgər belə olmasaydı, anasının ölümündən 4 il keçib varlanmaq məqsədi ilə evinə qonaq gedən bacısını öyrədib, xəstəlikdən istifadə edərək öz qəyyumluğuna götürməyə nail olub. O, bacını bu gün də saxlamağa hazırdır, qəyyum olub-olmamasının fərqi yoxdur, iddiaçının düşdüyü vəziyyətdən istifadə etməsi göz qarşısındadır, bu səbəbdən iddia tələbi rədd edilməlidir. Bacısı xx.xx.1968-ci il təvəllüdlü Hüseynova Rəna Fitat qızının üzərində qəyyumluğunun ləğv edilməsinə açıqlama gətirmək üçün Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısına və qəyyumluq himayəçilik Komissiyasına müraciət etmişdir. Ərizəsində bildirmişdir ki, bacısının üzərində qəyyumluğumun ləğv olunmasına dair hansı əsaslar nəzərdə tutulub və qəyyumluq ləğv olunub və xx.xx.2019-cu il tarixində bacısı Hüseynova Rəna Fitat qızının üzərində qəyyum kimi İddiaçı təyin olunmuşdur. Cavabda ona bildirilir ki, guya o xx.xx.1968-ci iı təvəllüdlü Hüseynova Rəna Fitat qızının üzərində qəyyumluq vəzifələrini lazımi qaydada yerinə yetirməmişdir. Halbiki, anası- X12 xx.xx.2018-ci ildə dünyasını dəyişənə qədər həm bacısı, həm də anası onlara gəlib-getmiş, o lazım olan qayğıları nə bacısından, nə də anasından əsirgəməmişdir. Lakin anası dünyasını dəyişdikdən sonra qardaşı Natiq onları evə buraxmamış, xəstə bacısını isə onların yanlarına gəlib-getməyə imkan verməmişdir. Qanuni surətdə qəyyum olmamağından asılı olmayaraq Rəna onun bacısıdır, valideynlərinin yadigarıdır, xəstədir. Hazırda da ona baxmağa heç vaxt etiraz etmir. Qardaşı Natiq tamahkarlıq edərək həm onun pensiyasını mənimsəyir, həm də ondan verilmiş pulu tələb edir. Bu barədə onun doğma bacısı hazırda Sankt-Peterburqda yaşayan X25 notarial qaydada ərizə göndərmiş, bütün hadisələrin onun yanında olduğu təsdiq etmişdir. Əgər belə olmasaydı, Natiq susmazdı, onları məhkəmələrdə süründürərdi. Digər şahidlərinin şəxsiyyət vəsiqələrini işə əlavə etmişdir.

20. İddiaçı və onun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil1 cavabdehin yazılı izahatına etiraz təqdim edərək bildirmişdir ki, iş üzrə cavabdeh məhkəməyə izahat və 197 saylı arayış təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Hesab edirlər ki, cavabdehin izahatı tamamilə əsassızdır və bununla bağlı aşağıdakı xüsusatları məhkəmənin nəzərinə çatdırmaq istəyirlər: 1. Cavabdeh qeyd edir ki, o, 1999-cu ildə Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət edərək sosial vəziyyətinə görə 1993-cü ildə Hüseynova Rəna Fitat qızına verilən ünvan 9nda yerləşən 4 otaqfı mənzili başqa mənzillə, yəni ünvan 2-ə olan 2 otaqlı mənzilə dəyişdirilməsini xahiş etmiş, Komissiyada da buna etiraz etməmişdir. Bununla bağlı bildirmək istəyirlər ki, cavabdehin təqdim etidiyi Qəyyumluq və Himayəçilik Komissiyasının notariusa ünvanladığı məktubdan göründüyü kimi, ünvan 9nda yerləşən 4 otaqlı mənzilin H.Rənaya məxsus olduğu bildirilir. Komissiya evin dəyişdirilməsinə razılığını bildirmişdir, dəyişdirmə nəticəsində əldə ediləcək 2 otaqlı mənzilin qəyyumun adına keçirilməsinə razılıq verməmişdir. Lakin, cavabdeh H.Rənanın 4 otaqlı mənzilini satmış, əvəzinə 2 otaqlı mənzil almışdır, lakin həmin mənzili - Rənanın adına yox, öz adına almışdır və hazırda da cavabdeh öz ailəsi ilə həmin mənzildə yaşayır. Bu fakt onu sübut edir ki, H.Rənaya məxsus olan mənzil cavabdeh tərəfindən satılmış və əvəzinə alınan mənzil də H.Rənanın adına yox, məhz cavabdehin öz adına alınmışdır və H.Rəna öz mülkiyyətindən mərhum olmuşdur. Məhkəməyə təqdim edilən mənzilə dair qeydiyyat vəsiqəsindən də göründüyü kimi ünvan 2-də olan 2 otaqlı mənzil Cavabdeh adına rəsmiləşmişdir. Bu fakt bir daha onu təsdiq edir ki, H.Rənaya məxsus olmuş ünvan 9nda yerləşən 4 otaqlı mənzilin əvəzinə alınan 2 otaqlı mənzil H.Həsənağa tərəfindən H.Rənanın adına yox, öz adına rəsmiləşdirilmişdir. Yəni, cavabdeh öz qəyyumluq səlahiyyətlərindən istifadə edərək H.Rənanı vaxtikən ona məxsus olmuş 4 otaqlı mənzildən məhrum etmişdir. Nəzərə alınsa ki, Cavabdeh öz qəyyumluq vəzifelərini lazımi qaydada yerinə yetirmədiyi üçün Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının 26 aprel 2019-cu il tarixli, 95 nömrəli sərəncamı əsasında Hüseynova Rəna Fitat qızının üzərində qəyyumluq vəzifəsinin icrasından azad edilmişdir, bu halda vaxtikən H.Rənaya məxsus olmuş mənzil (o cümlədən, həmin evin satılması nəticəsində alınan mənzil və əldə edilən pul vəsaiti) H.Rənaya verilməlidir. 3. Cavabdeh izahatında qeyd edir ki, 4 otaqlı evi satandan sonra əldə edilən 2 otaqlı evin üstündə verilən pulu guya anası Xədicə Hüseynovaya verib ki, bacısı H.Rənaya 1 otaqlı ev alsın. Cavabdeh anası H.Xədicəyə bacısı H.Rəna üçün 1 otaqlı ev almaq məqsədilə pul verdiyini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələbiərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh 1 otaqlı ev almaq üçün anasına pul verdiyini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Digər tərəfdən, həmin vaxt H.Rənanın qəyyumu məhz avabdeh H.Həsənağa idi və o özü də 4 otaqlı mənzilin satışından əldə edilən pul hesabına H.Rənanın adına ev almalı idi. Cavabdeh isə H.Rənanın 4 otaqlı mənzili satmış, əvəzində özü üçün 2 otaqlı mənzil almış, qalan pulu da öz şəxsi məqsədləri üçün istifadə etmişdir və nəticədə, H.Rəna ona məxsus 4 otaqlı mənzilindən məhrum olmuşdur. Yuxarıda qeyd edilənlərin nəzərə alınmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

21. Məhkəmə iclasında şahid qismində dindirilmiş X21 bildirdi ki, hər iki tərəf əmisi uşaqlarıdır. O vaxta anaları himayəsində xəstə qızı və həmçinin maddi vəziyyəti ilə əlaqədar evin satılmasını istəyirdi. Ev hər kəsin razılığı ilə satıldı, evin satış məbləği barədə onun dəqiq məlumatı yoxdur, lakin həmin pul 4 nəfər arasında bərabər şəkildə bölündü və 1500 manat pul Xədicə Hüseynovaya verildi. Pul Xədicəyə 1999-cu ildə Həsənağagildə verildi. Bildirir ki, həmin evdən 3 pay Həsənağaya qalmışdı və o, öznə yeni ev ala bilmişdi. Bildirir ki, əvvəllər əmisi uşaqları mehriban yaşayırdı. Tərəflərin mənzillə bağlı mübahiəsləri anaları rəhmətə gedəndən sonra başladı. Onu da qeyd edir ki, Xədicə Hüseynova onun əmisinin yoldaşı idi və onun evinə tez-tez gedib gəlirdi.

22. Məhkəmə iclasında şahid qismində dindirilmiş X30 bildirdi ki, tərəflərin hər ikisi onun əmisi uşaqlarıdır. Sədaqət Hüseynova isə qardaşının qızıdır. Bildirir ki, o, hərbi xidmətdən qayıtdıqdan sonra iki il əmisinin evində qeydiyyatda olmuşdur. Daha sonra ailə qurduqdan sonra yoldaşının dayısı evinə qeydiyyata düşmüşdür. Daha sonra isə hazırda Natiqin yaşadığı evə qeydiyya salınmışdır. Mübahisəli mənzil Rənaya ayrı ev alınması üçün 6350 manata satılmışdı. Bildirir ki, həmin vaxt “Şirvan” pul vahidindən istifadə olunurdu. Bildiyinə görə evin satışından əldə edilən puldan 1500 manat Xədicəyə - yəni əmisinin arvadına verilmişdi, lakin həmin pulun Xədicəyə harada verilməsindən xəbərdar deyil. Qalan pulla isə Həsənağa özünə iki otaqlı mənzil almışdır. Onu da bildirir ki, o, özü də zavodda işləmişdir. Cavabdehə verilən ev 5A ünvanında, ona verilən ev isə 6A ünvanında yerləşmişdir.

23. Məhkəmə iclasında şahid qismində dindirilmiş X22 bildirdi ki, tərəflərin hər ikisi əmisi uşaqlarıdır. Bu yaxınlarda digər bir əmisi oğlu rəhmətə getmişdir və onun yas mərasimində məsələni bilmiş və Həsənağaya məhkəmədə şahidlik edə biləcəyini bildirmişdir. Əslində, bu evin satılmasından sonradan xəbərdar olmuşdur. Belə ki, yeznəsinin sinif yoldaşı Mahir adlı şəxs 6000 manata ev aldığını demişdir. Onlarla olan söhbət zamanı onun Həsənağadan ev aldıqlarını öyrənmişdir. Bu barədə atasına dedikdə atası Xədicə ilə əlaqə saxlamış, evin niyə satıldığını öyrənmiş, sonuncu isə dolana bilmədikləri üçün evin satıldığını, qızı Rənaya bir otaqlı ev almaq istədiyini bildirmişdi. Bildirir ki, o, pulun Xədicəyə verilməsini şəxsən özü görməmişdir.

24. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(060)-1276/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim Günel Tanrıverdiyeva).

25. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 33.1, 33.5, 36.2, 1096.1, 1097.2-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 77.1, 77.3, 78.2, 119.1 və 217.4cü maddələri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

26. İddiaçı apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023cü il tarixli, e-2(060)-1276/2023 saylı qətnaməsini ləğv edərək, iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

27. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırımışdır ki, hüquqları pozulan və hazırki iddia tələbi ilə pozulmuş hüquqlarının bərpası xahiş olunan şəxs İ qrup əlil fəaliyyət qabiliyyətsiz hesab olunmuş Rəna Hüseynovadır. Onun hüquqlarının qorunması qardaşı və qəyyumu kimi tanınan Cavabdeh həvalə edilsə də, sonuncu bundan öz şəxsi maraqları naminə istifadə edərək Rəna Hüseynovaya dövlət tərəfindən əlil olduğuna görə verilmiş mənzilinin əlindən alınması ilə nəticələnmişdir. Belə ki, bu qəyyumluq xx.xx.1999-cu ildə verilmiş və lakin vicdanla yerinə yetirilmədiyi müəyyən olunduğundan xx.xx.2019-cu il tarixində ləğv edilmişdir. Bu müddət ərzində Rəna Hüseynova öz hüquqlarını müdafiə etmək qabiliyyətinə malik olmamış, onun əvəzinə bunu etmək səlahiyyəti olan qəyyumu isə onun əmlakını satıb öz adına əmlak aldığından iddia qaldırmaqda marağı olmamışdır. Bundan sonra Rəna Hüseynovanın digər qardaşı qəyyumluğu öz üzərinə götürmüş, bununla bağlı rəsmiləşdirmə işləri həll edilmiş, məhz bundan sonra hüquqları pozulmuş Rəna Hüseynovanın məhkəmə müdafiəsindən istifadə etməsi mümkün olmuşdur. Lakin bu dəfə də birinci instansiya məhkəməsi tərəfindən ədalətli məhkəmə araşdırması ilə bağlı X6 hüquqları pozulmuşdur. Məhkəmə təqdim olunmuş mötəbər dəlillərə düzgün qiymət verməmiş, Rəna Hüseynovanın xüsusi mülkiyyətində olan evin dəyişdirilməsi ilə bağlı İcra Hakimiyyətinin məktubunun olmasına baxmayaraq məhkəmə evin satılmasını qanuni hesab etmişdir.

28. Qəyyumluqda və himayədə olanların əmlakı ilə bağlı əqdlərin və onların hüquqlarından imtinasına səbəb olan əqdlərin bağlanması nəzərdə tutulmuş xüsusi qaydalarla həyata keçirilməlidir. Qanunla birbaşa imperativ norma kimi nəzərdə tutulmuşdur ki, qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsini almadan qəyyum qəyyumluqda olanın əmlakının özgəninkiləşdirilməsinə yönələn əqdləri bağlaya bilməz. Bu qəyyumluqda və himayəçilikdə olanın əmlakının təkcə üçüncü şəxslərdən deyil, həm də, qəyyumların və himayəçilərin mümkün sui-istifadəsindən qorumaq üçündür. Hazırkı halda isə açıq-aydın görünür ki, qəyyum tərəfindən qəyyumluqda olanın hüquqları kobudcasına pozulmuş, qəyyumluqda olan Rənanın xüsusi mülkiyyətində olan evi dəyişdirilmə adı ilə Qəyyumluq və himayəçilik orqanının razılığı alınmaqla faktiki olaraq özgəninkiləşdirilmişdir. Belə ki, iş materiallarında olan sənədlərlə müəyyən olunur ki, Qəyyumluq və himayəçilik komissiyası Rəna Hüseynovanın 4 otaqlı evinin 2 otaqlı evlə dəyişdirilməsinə razılıq vermişdir. Lakin işin hallarından məlum olur ki, Cavabdeh verilmiş razılığa zidd olaraq mənzili dəyişdirmək əvəzinə onu satmış və öz adına 2 otaqlı mənzil almışdır. Belə ki, mənzili satmaqla dəyişdirilməsi arasında çox böyük fərq var, qanunverici də bunu aydın şəkildə izah verərək bir-birindən ayırır. Beləliklə, cavabdeh qəyyumu olduğu bacısı Rəna Hüseynovanın xüsusi mülkiyyətində olan 4 otaqlı mənzili sonuncunun adına 2 otaqlı mənzililə dəyişdirilməsi barədə Qəyyumluq və Himayəçilik Komissiyasının rəyini almasına baxmayaraq, bunun ziddinə həmin mənzili satmış, əldə etdiyi pul ilə öz adına mənzil almışdır. Bununla da hesab edir ki, Mülki Məcəllənin 36-cı maddəsinin tələbləri pozulmuşdur.

29. Belə ki, Mülki Məcəllənin 36.2-cı maddəsinə əsasən qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsini almadan qəyyum qəyyumluqda və ya himayədə olanın əmlakının özgəninkiləşdirilməsinə, o cümlədən dəyişdirilməsinə və ya bağışlanmasına, bu əmlakın icarəyə, əvəzsiz istifadəyə verilməsinə və ya girov qoyulmasına dair əqdləri, qəyyumluqda və ya himayədə olana mənsub hüquqlardan imtinaya, onun əmlakının bölüşdürülməsinə və ya bu əmlakdan payların ayrılmasına səbəb olan əqdləri, habelə qəyyumluqda və ya himayədə olanın əmlakının azalmasına səbəb olan hər hansı digər əqdləri bağlaya bilməz, himayəçi isə onların bağlanmasına razılıq verə bilməz. İstinad edilən normanın tələbindən də göründüyü kimi, qəyyum qəyyumluq orqanının əvvəlcədən icazəsini almadan qəyyumluqda olanın əmlakını özgəninkiləşdirə bilməz.

30. Qəyyumlar və himayəçilər istənilən şəxslərlə münasibətlərdə, o cümlədən məhkəmədə öz qəyyumluğunda olanların hüquq və vəzifələrini xüsusi səlahiyyət almadan müdafiə edirlər. Beləliklə, şərh edilənlər bir daha onu deməyə əsas verir ki, Hüseynova Rəna Fitat qızına məxsus olan 4 otaqlı mənzil onun keçmiş qəyyumu Cavabdeh qanunsuz əməlləri nəticəsinə özgəninkiləşdirildiyi və H.Rəna maddi zərərə uğradığı üçün H.Rənanın indiki qəyyumu İddiaçı təşəbbüsü ilə H.Rənanın hüquqlarının müdafiəsi zərurəti yaranmışdır. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Lakin birinci instansiya məhkəməsi qanuni əsas olmadan belə qənaətə gəlir ki, Rəna Hüseynovanın hazırki iddianı qaldıran qəyyumu İddiaçı Firat oğlu alqı-satqını indiyə qədər mübahisələndirməli idi, artıq uzunmüddət keçmiş və mübahisələndirməmişdir. Məhkəmənin bu qənaəti ilə də razılaşmayaraq bildirir ki, o xx.xx.2019-cu ildə qəyyum təyin olunandan sonra bu hüquqa sahib olmuşdur və həmin vaxtdan da Rənanın maraqlarını müdafiə etmək üçün onun haqqını tələb etmişdir. Qəyyumluq onda olmadığı bir müddətdə on istəsəydi də Rənanın hüquqlarını müdafiə etməklə bağlı subyektiv hüququ olmamışdır, bu hüquq onun qardaşı Həsənağada olub, o da bu hüququndan öz şəxsi məqsədləri üçün Rənanın zərərinə istifadə edib.

31. Bundan əlavə, məhkəmə şahid ifadələrinə də qiymət verərkən onların şəxsiyyəti, şahid kimi təqdim edən tərəflə yaxınlıq münasibətləri, verəcəyi ifadələrin mötəbərliyi ilə bağlı qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət verməmişdir. Belə ki, həmin şahidlərdən biri X30 qardaşı Cavabdeh həyat yoldaşını nəHəmin şəxslər bu işdə maraqlıtərəflə qohumdur və onun marağından çıxış edərək həqiqətə uyğun olmayan izahatlar verimişlər. Həmin şahidlərin verdiyi izahatlar da ziddiyətli əldə olunmuş pulun verilməsini görmədiklərini bildirmişlər, onların sözlərinə görə Həsənağa evi satandan sonra anasına pul verməsini eşitdiklərini bildirmişlər.

32. Bundan əlavə məhkəmə X16 ərizəsini də iş materiallarına və qərarın əsaslandırıcı hissəsinə əlavə edərək sübut kimi dəyərləndirmişdir.

33. Solmaz Şükürovanın izahatı məhkəmə tərəfindən qəbul edilir və iş üzrə qərər qəbul edilərkən, sübut qiymətləndirilərkən belə nəticə çıxarır ki, guya evi satan Cavabdeh pulun bir hissəsini ev almaq üçün Rəna Hüseynovanın hazırda dünyasını dəyişmiş anasına vermişdir, dünyasını dəyişmiş xərcləmişdir. Bu qədər cəfəng bir senari və dünyada olmayan anaya pul vermələri ilə məhkəməni inandırmışlar.

34. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə qətnaməsindən görünür ki, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar aydın edilmədən qətnamə qəbul edilmişdir. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən hal ondan ibarətdir ki, mübahisəli evin dəyişdirilməsinə razılıq verilib, bu halda əlil olan Rəna Hüseynovanın cavabdeh düzəldib özünə başqa bir ev ala bilərdi, lakin işdə olan sənədlər sübut edir ki, ev Rənanın deyil, Cavabdeh adına alınmışdır.

35. Məhkəmə aydınlaşdırmalı idi ki, bu 4 otaqlı evin satılmasına hansı zərurət vardı, bu ev satılarkən satılmaya dair qanunla müəyyən edilmiş qaydada Qəyyumluq və himayəçilik komissiyasının icazəsi olub ya yox, evin satılması, dəyişdirilməsi və ya bağışlanılmasına dair icazə olub ya yox. Bu mühüm əhəmiyyət kəsb edən xüsusatları məhkəmə araşdırmamışdır. Nəticədə məhkəmənin gəldityi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar aydınlaşdırılmamışdır. Əslində bu işdə olan sübutlarla təsdiq olunur ki, mənzil satıla bilməzdi, satılma qanunsuz olub və pulu da cavabdeh mənimsəmişdir. Lakin nədənsə məhkəmə belə qənaətə gəlir ki, evin dəyişdirilməsinə verilmiş razılıq evin satılması ilə eynidir.

36. Məhkəmə tərəfindən cavabdehin təqdim etdiyi ziddiyətli şahid ifadələri ilə müəyyən olunub ki, guya evi qanunsuz belə olsa satan qəyyum Cavabdeh pulu onun və Rənanın anasına verib, lakin bunu təsdiq edəcək heç bir sənəd-sübut yoxdur, cavabdeh pulu anasına verməsini yalnız şahid ifadələrinə əsasən sübut etməyə çalışır, həmin şahidlər də dəqiq pulu verəndə görmədiklərini, yalnız eşitdiklərini bildirir, yəni bu şahidlər başqa bir şəxsin sözlərinə istinadən deyirlər ki, pul verilib Həsənağa ilə Rənanın anasına, həmin adam da indi həyatda yoxdur ki, soruşaq sənə verilib bu pul ya yox. Şahid ifadələri olduqca ziddiyətlidir, şahidlər heç nəyi təsdiq etmir, yalnız başqa adamlara istinadən qeyrimüəyyən sözlər deyirlər. Hesab edir ki, Cavabdeh tərəfindən pulun anasına verilməsi sübut olunmur. O ki qaldı Solmaz Şükürovanın şahid ifadəsinə, bu şəxs ümumiyyətlə məhkəmədə iştirak etməmişdir, yolun uzaqlığı ilə əlaqədar məhkəməyə gələ bilməyəcəyini bildirib, məhkəmədə yalan danışmasına dair cinayət məsuliyyəti barədə xəbərdar olunmaqla qəbzə imza çəkməmişdir. Belə olan şahidin ümumiyyətlə ifadəsi məhkəmə tərəfindən qəbuledilməzdir və qiymətləndirilə bilməz. Qeyd olunanlar onu göstərir ki, cavabdeh evin satışından əldə etdiyi pulu Rənanın anasına verməsi ilə bağlı mövqeyini sübutedə bilmir.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

37. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

38. Məhkəmə kollegiyasının iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər.

39. Məhkəmə kollegiyasının iclasında Cavabdeh, onun nümayəndəsi X5, cavabdehin nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

40. Maddə 14.2 və 14.2.7 Əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir.

41. Maddə 33.1. Qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Yetkinlik yaşına çatmayanlar üzərində qəyyumluq və himayəçilik, həmçinin onların tərbiyələndirilməsi məqsədilə təyin edilir. Qəyyumların və himayəçilərin buna uyğun hüquq və vəzifələri Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə müəyyənləşdirilir.

42. Maddə 33.2. Qəyyumlar və himayəçilər istənilən şəxslərlə münasibətlərdə, o cümlədən məhkəmədə öz qəyyumluğunda olanların hüquq və vəzifələrini xüsusi səlahiyyət almadan müdafiə edirlər.

43. Maddə 36.1. Qəyyumluqda və ya himayədə olan fiziki şəxsin müstəqil surətdə sərəncam verməyə ixtiyarı çatdığı gəlirlər istisna olmaqla, onun gəlirləri, o cümlədən qəyyumluqda və ya himayədə olana onun əmlakının idarə edilməsindən çatası gəlirlər qəyyum və ya himayəçi tərəfindən yalnız və yalnız qəyyumluqda və ya himayədə olanın mənafeləri üçün, həm də qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsi alınmaqla xərclənir. Qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsi olmadan qəyyum və ya himayəçi qəyyumluqda və ya himayədə olanın saxlanması üçün zəruri xərcləri qəyyumluqda və ya himayədə olana onun gəliri kimi çatası məbləğlər hesabına ödəyə bilər.

44. Maddə 36.2. Qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsini almadan qəyyum qəyyumluqda və ya himayədə olanın əmlakının özgəninkiləşdirilməsinə, o cümlədən dəyişdirilməsinə və ya bağışlanmasına, bu əmlakın icarəyə, əvəzsiz istifadəyə verilməsinə və ya girov qoyulmasına dair əqdləri, qəyyumluqda və ya himayədə olana mənsub hüquqlardan imtinaya, onun əmlakının bölüşdürülməsinə və ya bu əmlakdan payların ayrılmasına səbəb olan əqdləri, habelə qəyyumluqda və ya himayədə olanın əmlakının azalmasına səbəb olan hər hansı digər əqdləri bağlaya bilməz, himayəçi isə onların bağlanmasına razılıq verə bilməz. Qəyyumluqda olanın əmlakının idarə edilməsi qaydası qanunvericiliklə müəyyənləşdirilir.

45. Maddə 36.3. Qəyyumun, himayəçinin, onların ərinin (arvadının) və yaxın qohumlarının ixtiyarı yoxdur ki, qəyyumluqda və ya himayədə olana hədiyyə kimi əmlak verilməsi və ya onun əvəzsiz istifadəsinə əmlak verilməsi istisna olmaqla, qəyyumluqda və ya himayədə olanla əqdlər bağlasın, habelə əqdlər bağlanarkən və ya qəyyumluqda və ya himayədə olanla qəyyumun və ya himayəçinin əri (arvadı) və onların yaxın qohumları arasında məhkəmə işləri aparılarkən qəyyumluqda və ya himayədə olanı təmsil etsinlər.

46. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

47. Maddə 1091.1 Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

48. Maddə 1091.2-ci Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

49. Maddə 1092.1 və 1092.1.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya da şamil edilir.

50. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

51. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

52. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

53. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

54. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

55. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

56. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

57. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

58. Maddə 385.1.1 - 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir.

Apellyasiya baxışının hədləri

59. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

60. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

61. Apellyasiya şikayətindən görünür ki, iddiaçı Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-1276/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir.

62. Məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qətnaməsini tam həcmdə zəruri hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

63. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi tam ləğv edilməli, iddia qismən təmin edilməlidir.

64. Hazırkı işin mübahisəsiz halları ondan ibarətdir ki, Mənzil bölüşdürülməsi, mənzil dəyişdirilməsi və mənzil tikinti kooperativləri üzrə mənzil bölüşdürülməsi Komissiyasının xx.xx.1993-cü il tarixli, 95 nömrəli protokoluna və xx.xx.1993-cü il tarixli orderinə əsasən yaşayış sahəsi 53,13. kv.m olan 4 otaqlı, 12-ci mikrorayon, ev 5, mənzil 4 Hüseynova Rəna Fitat qızının 5 nəfərdən ibarət ailə tərkibinə təqdim edilmişdir. Sumqayıt şəhər İcra Hakimiyyətinin Başçısı Qəyyumluq və Himayəçilik Komissiyası Hüseynova Rəna Fitat qızına məxsus mənzilin 16-cı məhəllə, ev 38A/23 mənzil 104 olan 4 otaqlı mənzillə dəyişdirilməsinə etiraz etməmişdir. Hüseynova Rəna Fitat qızının adından hərəkət edən Cavabdeh xx.xx.1999-cu il tarixli qeyd olunan mənzili sataraq, xx.xx.1999-cu il tarixli mənzilin alqı-satqısı müqaviləsinə əsasən ünvan 8/23 ünvanında yerləşən 104 saylı mənzili öz adına almışdır. Sumqayıt şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2019-cu il tarixli Sərəncamına əsasən, Hüseynov Cavabdeh Rəna Fitat qızının üzərində qəyyumluq vəzifəsinin icrasından azad edilmiş, Hüseynov İddiaçı Rəna Fitat qızının üzərində qəyyum təyin edilmişdir.

65. Məhkəmə araşdırması ilə aydın olmuşdur ki, Rəna Hüseynova hal-hazırda qardaşı və qəyyumu olan İddiaçı yanında yaşayır. İddiaçı yalnız qəyyum təyin olunandan sonra bacısının maraqlarının müdafiəsi üçün hazırkı iddianı qaldıra bilmişdir.

66. Apellyasiya şikayətinin əsas dəlilləri Rəna Hüseynovanın adına olan mənzilin qanunazidd bağlanması (Qəyyumluq və himayəçilik komissiyası Rəna Hüseynovanın mənzilinin dəyişdirilməsinə razılıq verməsinə baxmayaraq, mənzil alqı-satqı ilə özgəninkiləşdirilmişdir), birinci instansiya məhkəməsi tərəfindən şahid ifadələrinə düzgün qiymət verilməməsi, X16 ərizəsini sübut kimi dəyərləndirilməsi.

67. Kollegiya qeyd olunan dəlillərlə razılaşaraq, qeyd edir ki, cavabdeh fəaliyyət qabiliyyəti olmayan bacısına məxsus olmuş mənzili nəinki qanuna zidd özgəninkiləşdirmişdir, hətta müqaviləni bağlayaraq əldə olunmuş pul vəsaitindən qəyyumluqda olanı bacısına düçəsi paydan məhrum etmişdir. Cavabdeh məhkəmə araşdırması zamanı bacısına çatası pulu (payı) onların məhrum anasına verilməsini bildirsə də, buna dair hər hansı mötəbər sübutu təqdim edə bilməmişdir.

68. Bundan əlavə olaraq kollegiya şahid ifadələrinə hüquqi qiymət verərək, hesab edir ki, həmin ifadələr qohumlar tərəfindən verildiyindən, hazırkı iş üzrə mötəbər sübut kimi qimətləndirilə bilməz.

69. X28 tərəfindən verilmiş ərizəyə hüquqi qiymət verərək, hesab edir ki, mülki prosessual qanunvericiliyin tələblərinə görə həmin ərizə şahid ifadəsi ilə eynilik təşkil edən sübut növü kimi qəbul edilə bilməz.

70. Kollegiya tərəfindən əldə olunmuş Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024cü il tarixli ekspert rəyindən görünür ki, Sumqayıt şəhəri, 12-ci mikrorayonda yerləşən çoxmərtəbəli binalarda (4 otaqlı mənzillər) yerləşən analoji mənzillərin 1 kv.metrinin orta bazar qiyməti təqribən 1100,00 manat məbləğində müəyyən edilir. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspert tədqiqatının dəyəri 100 manat təşkil etmişdir.

71. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.

72. Göründüyü ki, hazırkı iş üzrə cavabdeh bacısının adına olan mənzili sataraq, ona düşəsi payı əldə edərək, əsassız varlanmışdır. Cavabdeh tərəf isə əksini sübut edəcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir.

73. Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir.

74. Beləliklə, kollegiya hesab edir ki, iddiaçı apellyasiya şikayətinin əsası kimi istinad etdiyi halları qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla sübut edə bilmiş, lakin cavabdeh öz etirazının əsasını təşkil etdiyi halları sübuta yetirə bilməmişdir.

75. Belə olan halda tərəflər arasındakı mülki mübahisə üzrə tətbiq edilməli olan maddi hüquq norması Mülki Məcəlləsinin əsassız varlanmaya dair normaları, tələbin hüquqi əsasını məhz həmin normalar təşkil edir.

76. Məhkəmə kollegiyası izah edir ki, əsassız varlanma institutunun məqsədi varlanmış tərəfin hüquqi əsas olmadan artmış əmlakını yenidən əvvəlki vəziyyətə qaytarmaqdır. Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanma ilə bağlı tələbin qaldırılması üçün aşağıdakı şərtlər mövcud olmalıdır: 1. borclu əmlak əldə etməli,

2. həmin əmlak kreditorun hesabına əldə edilməli, 3. bu əldə etmə üçün heç bir hüquqi əsas olmamalıdır. Varlanmış şəxs isə əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

77. Kollegiya hesab edir ki, ekspert rəyinə əsasən 4 otaqlı analoji mənzillərin 1 kv.metrinin orta bazar qiyməti və mənzilin 5 ailə üzvünə verilməsi nəzərə alınmaqla, 17802,4 (80,92x1100:5=17802,4) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq, Hüseynova Rəna Fitat qızının qəyyumu olan İddiaçı ödənilməlidir.

78. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə tam ləğv edilməli, 17802,4 manat məbləğində pul vəsaiti və 72 manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq, Hüseynova Rəna Fitat qızının qəyyumu İddiaçı ödənilməlidir.

79. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, ekspertiza tədqiqatının xərci olan 100 manat pul vəsaiti Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir.

80. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 392 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-1276/2023 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın, iddia qismən təmin edilsin. Cavabdeh 17802,4 (on yeddi min səkkiz yüz iki manat qırx qəpik) manat məbləğində pul vəsaiti və 72 (yetmiş iki) manat dövlət rüsumunun əvəzi tutularaq, Hüseynova Rəna Fitat qızının qəyyumu olan İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X7, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ ******************** SWİFT BİK CTREAZ 22, hesab nömrəsi «AZ34CTRE ********************) keçirilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar