Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3826/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi ) 27.11.2024 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)- 117/2024 nömrəli iş üzrə 10 iyul 2024-cü il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə 27 noyabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mənzil bölüşdürülməsi, mənzil dəyişdirilməsi və mənzil tikinti kooperativləri üzrə mənzil bölüşdürülməsi Komissiyasının xx.xx.1993-cü il tarixli, 95 nömrəli protokoluna əsasən, yaşayış sahəsi 53,13 kv.m. olan 4 otaqlı, 12-ci mikrorayon, ev 5, mənzil 4 Hüseynova Rəna Fitat qızının 5 nəfərdən ibarət ailə tərkibinə təqdim edilmişdir.
2. Sumqayıt şəhər İcra Hakimiyyətinin Başçısının 492 nömrəli 01 dekabr 1993-cü il tarixli əmrinə əsasən, xx.xx.1993-cü il tarixində 1 nömrəli protokola əsasən Sumqayıt şəhər İcra Hakimiyyətinin ev bölgüsü şəhid ailələrinə və İ qrup əlillər üçün keçirilmişdir. Həmin əmrlə 12-ci mikrorayon, ev 1/2,5, 9 mikrorayon ev 31-dən yeni istifadəyə verilmiş binalardan və boşaldılmış mənzillərin bölüşdürülməsi üzrə Sumqayıt şəhəri mənzil bölüşdürmə, dəy işdirmə və qeydiyyata alınması və mənzil tikinti kooperativlərində mənzil bölüşdürülməsi Komissiyasının xx.xx.1993-cü il tarixli, 95 nömrəli protokolu təsdiq edilmişdir.
3. Sumqayıt şəhər İcra Hakimiyyətinin Başçısının 492 nömrəli 01 dekabr 1993-cü il tarixli əmri ilə yaşayış sahəsi 53.13. kv.m. olan 4 otaqlı, 12-ci mikrorayon, ev 5, mənzil 4 Hüseynova Rəna Fitat qızının 5 nəfərdən ibarət ailə tərkibinə təqdim edilmişdir. 4. xx.xx.1993-cü il tarixli orderin surətinə əsasən, Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 5A ünvanda yerləşən 4 saylı mənzil Hüseynova Rəna Fitat qızına və onun ailə üzvlərinə ayrılmışdır.
5. Sumqayıt şəhər İcra Hakimiyyətinin Başçısı Qəyyumluq və Himayəçilik Komissiyasının 197 nömrəli məktubunda qeyd olunmuşdur ki, Sumqayıt şəhər İcra Hakimiyyətinin Başçısı Qəyyumluq və Himayəçilik Komissiyası Hüseynova Rəna Fitat qızına məxsus 12-ci mikrorayon, ev 5A, mənzil 4-də yerləşən 4 otaqlı mənzilin 16-cı məhəllə, ev 38A/23 mənzil 104 olan 4 otaqlı mənzillə dəyişdirilməsinə etiraz etmir.
6. Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının 27 iyul 1999-cu il tarixli 515 nömrəli sərəncamına əsasən Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 12 iyul 1999-cu il tarixli, 6/2-558-1999 saylı qətnaməsi ilə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş 03 aprel 1968-ci il təvəllüdlü X40 Fitat qızının qəyyumu təyin edilmişdir. 7. xx.xx.1999-cu il tarixli mənzilin alqı-satqısı müqaviləsinə əsasən Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 5, mənzil 4 Hüseynova Rəna Fitat qızının adından hərəkət edən Cavabdeh tərəfindən 22000000 (22 milyon) manata X1. 8. xx.xx.1999-cu il tarixli mənzilin a lqı-satqısı müqaviləsinə əsasən Sumqayıt şəhəri, 16-cı məhəllə, 38a/23 saylı evin 104 saylı mənzili Cavabdeh X3 adından hərəkət edən X6 14800000 (14 milyon 800 min) manata almışdır. 9. xx.xx.2005-ci il tarixli, 244503 nömrəli mənzilin alqı-satqısı müqaviləsinə əsasən Sumqayıt 12-ci mikrorayon, ev 5, mənzil 4 X17 tərəfindən 78400000 manata X7 (X12 vərəsələri X13, X28, X23, X16 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi) satılmışdır.
10. Azərbaycan Respublikası Sumqayıt şəhər X4 və Mükiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinin surətinə əsasən, Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 5A ünvanda yerləşən 4 saylı mənzil xüsusi mülkiyyət hüququ əsasında ünvan 3 xx.xx.2005-ci il tarixli, 4Ə2-168 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında X8 adına qeydə alınmış dır.
11. Sumqayıt şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2019-cu il tarixli 95 nömrəli, sərəncamına əsasən, həmin sərəncam ilə Hüseynova Həsənağa Fitat oğlunun məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş xx.xx.1968-ci il təvəllüdlü X40 Fitat qızının üzərində qəyyum təyin edilməsi barədə Sumqayıt şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.1999-cu il tarixli 515 nömrəli Sərəncamı ləğv edilmiş, Hüseynov Cavabdeh Rəna Fitat qızının üzərində qəyyumluq vəzifəsinin icrasından azad edilmiş, Hüseynov İddiaçı Rəna Fitat qızının üzərində qəyyum təyin edilmişdir. 12. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, 02-186/22 saylı mütəxəssis rəyinə əsasən, Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 5A ünvanda yerləşən 4 saylı mənzilin xx.xx.2022-ci il tarixinə bazar dəyəri 90.000 mana t təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
13. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Hüseynova Rəna Fitat qızına məxsus ünvan 1 ünvanında yerləşən və ümumi sahəsi 80.92 kv.m. (yaşayış sahəsi 53.13 kv.m., köməkçi sahəsi 27.79 kv.m. olmaqla,) 4 otaqlı mənzil cavabdehin qanunsuz əməlləri nəticəsinə özgəninkiləşdirildiyi üçün Hüseynova Rəna Fitat qızına dəymiş maddi ziyanın əvəzi olaraq 90 000 (doxsan min) manat pul, həmçinin mütəxəssis rəyi üçün ödənilən 150 (yüz əlli) manat, tərəflərindən ödənilən 361 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
14. İddiaçı tələbini işin yuxarıda qeyd olunan faktiki hallarına istinadən belə əsaslandırmışdır ki, 2 aprel 2005-ci i l tarixdə cavabdeh ona həvalə edilmiş qəyyumluq səlahiyyətlərindən sui-istifadə edərək himayəsində olan bacısına sosial vəziyyətinə görə dövlət tərəfindən verilmiş ünvan 1 ünvanında yerləşən mənzili alqı-satqı müqaviləsi əsasında X18 adlı şəxsə satmışdır və əldə olunan məbləği şəxsi məqsədləri üçün mənimsəmişdir. Cavabdeh həmin mənzili satdıqdan sonra Hüseynova Rəna üçün heç bir əmlak almamışdır. Daha sonra, Cavabdeh öz qəyyumluq vəzifələrini lazımi qaydada yerinə yetirmədiyi üçün qəyyumluq vəzifəsinin icrasından azad edilmiş və İddiaçı öz X40 Fitat qızının üzərində qəyyum təyin edilmişdir. X25 məxsus mənzil cavabdeh (keçmiş qəyyum) tərəfindən satıldığı üçün o, faktiki olaraq evsiz qalmış və öz qardaşı İddiaçı (hazırkı qəyyum) evində yaşamağa məcbur olmuşdur. İddiaçı ailə tərkibi çox olduğ u və evin sahəsi kiçik olduğu üçün Hüseynova Rənanın dövlət tərəfindən ona verilən mənzilə ehtiyacı var. X34 Fitat qızının vaxti ikən mülkiyyətində olmuş ünvan 1 ünvanında yerləşən 4 otaqlı mənzilə dair əvvəlki qəyyumu və qardaşı Cavabdeh tərəfindən pozulmuş hüquqlarının müdafiəsi zərurəti yaranmışdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 36.2-ci maddəsinin tələbindən də göründüyü kimi qəyyum qəyyumluq orqanının əvvəlcədən icazəsini almadan qəyyumluqda olanın əmlakını özgəninkiləşdirə bilməz. İndiki halda cavabdeh qəyyumluq funksiyasından istifadə edərək, 2005-ci ildə onun qəyyumluğunda olan Hüseynova Rəna Fitat qızına məxsus 4 otaqlı mənzili satmış və qəyyumluqda olan şəxsi mülkiyyət hüququndan məhrum etmişdir. Buna görə də, həmin vaxt Rəna Hüseynovanın pozulmuş hüquqlar ının müdafiəsi üzrə subyektiv hüquq ancaq onun qəyyumuna, yəni cavabdehə məxsus idi. Cavabdeh isə Rəna Hüseynovanın hüquqlarını pozan şəxs olduğu üçün məhkəmə tərəfindən fəaliyyət qabiliyyətsiz hesab edilən onun hüquqları müdafiəsiz vəziyyətdə qalmışdır. Tərəflərindən mübahisəli mənzilin bugünki günə real bazar qiymətinin müəyyən edilməsi üçün "xxxx" MMC-yə müraciət edilmiş, mənzilin bazar dəyəri 90 000 manat müəyyən edilmişdir.
15. Cavabdeh məhkəməyə etiraz təqdim edərək, ərizəsini işin yuxarıda qeyd olunan faktiki hallarına istinadən əsaslandırmış və bildirmişdir ki, iddia ərizəsində göstərilənlərin əksəriyyəti təhrif olunmuş məlumatlardır. İddia ərizəsi özü tamamilə ziddiyyətlidir. Onun bacısına mənzil ayrılarkən artıq onun qəyyumluqda olması nəzərə alınmışdır ki, imtiyazlı ailə kimi hamısına birgə mənzil ayrılmışdır. Yəni mübahisəli mənzildə olan otaq sayı tək qəyyumluqda olanın adına olmamışdır. Faktiki olaraq mübahisəli mənzil ona və qəyyumluqda olan bacısı Rənaya verilmişdir. İşdə olan sənədlərdən də görünür ki, bütün bu məsələlərə qədər onun üzərində qəyyumluq təyin olunmuşdur. İddia ərizəsində göstərilir ki, guya order iddia ərizəsinə əlavə edilmişdir. Lakin iddia ərizəsinə belə bir sənəd əlavə edilməmişdir. Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının həmin ünvan 1 ünvanında yerləşən 4 otaqlı mənzil qəyyumluqda olan bacısının anasının tələbi ilə bir otaq X40 Fitat qızına məxsus olduğu üçün bir otağın pulunun ona verilməsi üçün satılmışdır. Bundan sonra ünvan 1 ünvanında yerləşən 4 otaqlı mənzil satılaraq bir otağın pulu anasını n tələbi ilə bacısına ev almaq üçün anasına verilmişdir. Qəyyumluqda olan bacısı Rənanın pulu verildikdən sonra Sumqayıt şəhəri 16-cı məhəllə ev 38A/23, mənzil 104-ə olan iki otaqlı ona və ailə üzvlərinə yaşamaqları üçün alınmışdır. Faktiki olaraq bacısının bir otaqlı mənzilinin pulu anasına verilmiş, həmin pul hazırkı iddiaçı qardaşı və mərhum anası tərəfindən xərclənmişdir. X40 Fitat qızı Sumqayıt şəhəri 16-cı məhəllə ev 38A/23, mənzil 104-ə olan iki otaqlı mənzildə onunla və ailə üzvləri ilə yaşamışdır. 2019-cu ildə isə onların mənzil 2 otaqlı olduğuna görə bu mənzildən çıxaraq, anası tərəfindən ona baxmaqdan ötrü ünvan 2 ünvanına aparılmışdır. Beləliklə, bacısı onun qəyyumluğundan çıxarılaraq 2019-cu ildən mərhum anası və qardaşının qəyyumluğunda olmuşdur. Sonradan iddiaçı qardaşı, bac ısı onunla yaşadığı üçün onun qəyyumluğuna verilmişdir. İddiaçı qəyyum təyin olunmasından istifadə edərək öz maddi durumunu yaxşılaşdırmaq məqsədi ilə belə bir əsassız iddia qaldırmışdır.
16. Daha sonra Cavabdeh bir neçə yazılı ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, 1999-cu ildə Sumqayıt şəhər İcra Hakimiyyətinin Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət edərək X19 məxsus olan 12-ci mikrorayon, ev 5A, mənzil 4-də yerləşən 4 otaqlı mənzilin 16-cı məhəllə, ev 38A/23, mənzil 104-ə olan 2 otaqlı mənzilə dəyişdirilməsi üçün müraciət etmişdirlər. Müraciətləri Qəyyumçuluq və Himayəçilik Komissiyasının Sədri S.Rəhimov tərəfindən qəbul edilmişdir. 197 saylı cavab məktubu ilə cavablandırılaraq ünvan 1-də yerləşən 4 otaqlı mənzilin, Sumqayıt şəhəri 16-cı məhəllə, e v 38A/23, mənzil 104-ə olan 2 otaqlı mənzilə dəyişdirilməsinə etiraz etməmişdir. Həmin vaxtlar Qəyyumluq və Himayəçilik Komissiyasında mərhum anası X9 da iştirak etmişdir. Onlar bildirdilər ki, evi dəyişdirib üstündə götürdükləri pula isə bir otaqlı ev almalı idilər ki, Rəna istədiyi vaxt rahat anası ilə orada qala bilsin. Atasından qalan 5 otaqlı ev yəni 42-ci məhəllə, ev 3, mənzil 15 hazırda da qardaşı və onun ailəsinin istifadəsindədir. Bir müddətdən sonra soruşdular ki, ev niyə almadız, anası Xədicə dedi ki, ehtiyac var idi, xərcləyiblər. 25 il keçdikdən sonra qardaşının məhkəməyə müraciət etməsini yalnız belə başa düşürlər ki, o qazanc əldə etmək istəyir. Əgər belə olmasaydı, anasının ölümündən 4 il keçib varlanmaq məqsədi ilə evinə qonaq gedən bacısını öyrədib, xəstəlikdən istifadə e dərək öz qəyyumluğuna götürməyə nail olub. O, bacını bu gün də saxlamağa hazırdır, qəyyum olub-olmamasının fərqi yoxdur, iddiaçının düşdüyü vəziyyətdən istifadə etməsi göz qarşısındadır, bu səbəbdən iddia tələbi rədd edilməlidir. Qanuni surətdə qəyyum olmamağından asılı olmayaraq Rəna onun bacısıdır, valideynlərinin yadigarıdır, xəstədir. Hazırda da ona baxmağa heç vaxt etiraz etmir. Qardaşı Natiq tamahkarlıq edərək həm onun pensiyasını mənimsəyir, həm də ondan verilmiş pulu tələb edir. Bu barədə onun doğma bacısı hazırda Sankt-Peterburqda yaşayan X24 notarial qaydada ərizə göndərmiş, bütün hadisələrin onun yanında baş verdiyini təsdiq etmişdir.
17. İddiaçı və onun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil1 cavabdehin yazılı izahatına etiraz təqdim edərək bildirmişdir ki, iş üzrə cava bdeh məhkəməyə izahat və 197 saylı arayış təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Cavabdehin etirazına münasibətdə bildirmişdir ki, Komissiya evin dəyişdirilməsinə razılığını bildirmişdir, dəyişdirmə nəticəsində əldə ediləcək 2 otaqlı mənzilin qəyyumun adına keçirilməsinə razılıq verməmişdir. Lakin cavabdeh bacısının 4 otaqlı mənzilini satmış, əvəzinə 2 otaqlı mənzil almışdır, lakin həmin mənzili - Rənanın adına yox, öz adına almışdır və hazırda da cavabdeh öz ailəsi ilə həmin mənzildə yaşayır. Bu fakt onu sübut edir ki, Rəna Hüseynova öz mülkiyyətindən mərhum olmuşdur. Məhkəməyə təqdim edilən mənzilə dair qeydiyyat vəsiqəsindən də göründüyü kimi ünvan 4-də olan 2 otaqlı mənzil Cavabdeh adına rəsmiləşmişdir. Bu fakt bir daha onu təsdiq edir ki, mübahisəli mənzilin ə vəzinə alınan 2 otaqlı mənzil Cavabdeh tərəfindən Rəna Hüseynovanın adına yox, öz adına rəsmiləşdirilmişdir. Cavabdeh 4 otaqlı evi satandan sonra əldə edilən 2 otaqlı evin üstündə verilən pulu anası Xədicə Hüseynovaya verdiyini qeyd etsə də, bunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir.
18. Məhkəmə iclasında şahid qismində dindirilmiş X20 bildirmişdir ki, hər iki tərəf əmisi uşaqlarıdır. O vaxt anaları himayəsində xəstə qızı və həmçinin maddi vəziyyəti ilə əlaqədar evin satılmasını istəyirdi. Ev hər kəsin razılığı ilə satıldı, evin satış məbləği barədə onun dəqiq məlumatı yoxdur, lakin həmin pul 4 nəfər arasında bərabər şəkildə bölündü və 1500 manat pul Xədicə Hüseynovaya verildi. Pul Xədicəyə 1999-cu ildə Həsənağagildə verildi. Bildirmişdir ki, həmin evdən 3 pay Həsəna ğaya qalmışdı və o, özünə yeni ev ala bilmişdi. Bildirmişdir ki, əvvəllər əmisi uşaqları mehriban yaşayırdı. Tərəflərin mənzillə bağlı mübahiəsləri anaları rəhmətə gedəndən sonra başladı.
19. Məhkəmə iclasında şahid qismində dindirilmiş X29 bildirmişdir ki, tərəflərin hər ikisi onun əmisi uşaqlarıdır. Bildirmişdir ki, o, hərbi xidmətdən qayıtdıqdan sonra iki il əmisinin evində qeydiyyatda olmuşdur. Daha sonra ailə qurduqdan sonra yoldaşının dayısı evinə qeydiyyata düşmüşdür. Daha sonra isə hazırda Natiqin yaşadığı evə qeydiyya salınmışdır. Mübahisəli mənzil Rənaya ayrı ev alınması üçün 6350 manata satılmışdı. Bildirir ki, həmin vaxt “Şirvan” pul vahidindən istifadə olunurdu. Bildiyinə görə evin satışından əldə edilən puldan 1500 manat Xədicəyə - yəni əmisinin arvadına verilmişdi, lakin həm in pulun Xədicəyə harada verilməsindən xəbərdar deyil. Qalan pulla isə Həsənağa özünə iki otaqlı mənzil almışdır. Onu da bildirir ki, o, özü də zavodda işləmişdir. Cavabdehə verilən ev 5A ünvanında, ona verilən ev isə 6A ünvanında yerləşmişdir.
20. Məhkəmə iclasında şahid qismində dindirilmiş X21 bildirmişdir ki, tərəflərin hər ikisi əmisi uşaqlarıdır. Bu yaxınlarda digər bir əmisi oğlu rəhmətə getmişdir və onun yas mərasimində məsələni bilmiş və Həsənağaya məhkəmədə şahidlik edə biləcəyini bildirmişdir. Əslində, bu evin satılmasından sonradan xəbərdar olmuşdur. Belə ki, yeznəsinin sinif yoldaşı Mahir adlı şəxs 6000 manata ev aldığını demişdir. Onlarla olan söhbət zamanı onun Həsənağadan ev aldıqlarını öyrənmişdir. Bu barədə atasına dedikdə atası Xədicə ilə əlaqə saxlamış, evin niyə satıld ığını öyrənmiş, sonuncu isə dolana bilmədikləri üçün evin satıldığını, qızı Rənaya bir otaqlı ev almaq istədiyini bildirmişdi. Bildirmişdir ki, o, pulun Xədicəyə verilməsini şəxsən özü görməmişdir.
21. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli məktublarında görünür ki, Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 5A ünvanda yerləşən 4 saylı mənzil ünvan 3 xx.xx.2005-ci il tarixli, 4Ə2-168 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında X8 mülkiyyət hüququ qeydə alınaraq qeydiyyat vəsiqəsi verilmişdir və hal-hazırda mülkiyyətindədir.
22. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üz rə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2023-cü il tarixli arayışında qeyd olunmuşdur ki, Cavabdeh, X10, X5, X37 oğlu və Hüseynova Rəna Fitat qızı ünvan 4 ünvanında qeydiyyatdadırlar.
23. Sumqayıt Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 16 may 2023-cü il tarixli, e-2(060)-1276/2023 nömrəli qətnaməsi ilə (hakim Günel Tanrıverdiyeva) iddia təmin edilməmişdir.
24. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları, yəni Cavabdeh hazırda qəyyumluğunda olan X40 Fitat qızının hüquqlarını pozması, 24 il əvvəl qəyyumluq səlahiyyətindən onun ziyanına istifadə etməsi, o cümlədən R.Hüseynovaya məxsus mənzili sataraq pulunu mənimsəməsi barədə halları sübut edə bilməmiş, bu hallara dair məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir.
25. Məhkəmə iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi cavabdehin Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının 26 aprel 2019-cu il tarixli, 95 nömrəli sərəncamı ilə qəyyumluq vəzifələrini lazımı qaydada yerinə yetirməməsi ilə əlaqədar qəyyumluğunun ləğv edilməsi barədə dəlilləri ilə razılaşmamış və hesab etmişdir ki, cavabdehin 2019-cu ildə qəyyumluq vəzifələrini lazımi qaydada yerinə yetirməməsi və bu əsasla qəyyumluğuna xitam verilməsi, onun bundan 20 il əvvəl, 1999-cu ildə də öz vəzifələrini yerinə yetirməməsini təsdiq edən hal kimi qəbul edilə bilməz.
26. Bundan başqa iş materiallarından aydın olmuşdur ki, iddiaçının mübahisələndirdiyi alqı-satqı təxminən 24 il əvvəl baş vermiş, nə iddiaçı, nə də qəyyumluqda olan Hüseynova Rəna Fitat qızının həmin vaxt sağ olan anası keçən bu müddət ərzində bu məsələ ilə əlaqədar iddia ərizəsi ilə məhkəməyə və ya İcra Hakimiyyətinə müraciət etməmişdir. Məhkəmə iddiaçının o vaxt R.Hüseynovanın qəyyumu olmadığından məhkəməyə müraciət etməsinin mümkünsüz olması barədə dəlillərini də qəbul etməmişdir. Belə ki, iddiaçı 2019-cu ildə mübahisələndirdiyi kimi, 1999-cu ildə, o cümlədən həmin vaxtdan keçən 24 il ərzində də cavabdehin qəyyumluğunu mübahisələndirə və məhkəməyə müraciət edə bilərdi.
27. Məhkəmə Sumqayıt şəhər İcra Hakimiyyətinin Başçısı Qəyyumluq və Himayəçilik Komissiyasının Hüseynova Rəna Fitat qızına məxsus 12-ci mikrorayon, ev 5A, mənzil 4-də yerləşən 4 otaqlı mənzilin 16-cı məhəllə, ev 38A/23 mənzil 104 olan 4 otaqlı mənzillə dəyişdirilməsinə etiraz etmədiyini, şahid ifadələrini və iş də olan digər sübutları nəzərə alaraq hesab etmişdir ki, iş materialları ilə mübahisəli mənzilin cavabdehin qanunsuz əməlləri nəticəsində özgəninkiləşdirilməsi öz təsdiqini tapmır.
28. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 33.1, 33.5, 36.2, 1096.1, 1097.2-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 77.1, 77.3, 78.2, 119.1 və 217.4-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
29. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
30. Apellyasiya şikayəti cavabdehin və onun vəkilinin birinci instansiya məhkəməsindəki icraat zamanı verdikləri etiraz ərizələrinin dəlillərinə istinadən əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsinin mövqeyinə görə Rəna Hüseynovanın hazırkı iddianı qaldıran qəyyumu İddiaçı Firat oğlu alqı-satqını indiyə qədər mübahisələndirməli idi, artıq uzunmüddət keçmiş və mübahisələndirməmişdir. Məhkəmənin bu qənaəti ilə razılaşmayaraq bildirmişlər ki, o xx.xx.2019-cu ildə qəyyum təyin olunandan sonra bu hüquqa sahib olmuşdur və həmin vaxtdan da Rənanın maraqlarını müdafiə etmək üçün onun haqqını tələb etmişdir. Qəyyumluq onda olmadığı bir müddətdə iddiaçının Rənanın hüquqlarını müdafiə etməklə bağlı subyektiv hüququ olmamışdır, bu hüquq onun qardaşı Həsənağada olub, o da bu hüququndan öz şəxsi məqsədləri üçün Rənanın zərərinə istifadə edib. Bundan əlavə, məhkəmə şahid ifadələrinə də qiymət ve rərkən onların şəxsiyyəti, şahid kimi təqdim edən tərəflə yaxınlıq münasibətləri, verəcəyi ifadələrin mötəbərliyi ilə bağlı qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət verməmişdir. Belə ki, həmin şəxslər bu işdə maraqlı tərəflə qohumdur və onun marağından çıxış edərək həqiqətə uyğun olmayan izahatlar vermişlər. Həmin şahidlərin verdiyi izahatlar da ziddiyətli olmuş, əldə olunmuş pulun verilməsini görmədiklərini bildirmişlər, onların sözlərinə görə Həsənağa evi satandan sonra anasına pul verməsini eşitdiklərini bildirmişlər. Bundan əlavə, məhkəmə X14 ərizəsini də iş materiallarına və qərarın əsaslandırıcı hissəsinə əlavə edərək sübut kimi dəyərləndirmişdir. Solmaz Şükürovanın izahatı məhkəmə tərəfindən qəbul edilir və iş üzrə qərər qəbul edilərkən, sübut qiymətləndirilərkən belə nə ticə çıxarır ki, guya evi satan Cavabdeh pulun bir hissəsini ev almaq üçün Rəna Hüseynovanın hazırda dünyasını dəyişmiş anasına vermişdir, anası isə o pulu xərcləmişdir. Bu şəxs ümumiyyətlə məhkəmədə iştirak etməmişdir, yolun uzaqlığı ilə əlaqədar məhkəməyə gələ bilməyəcəyini bildirib, məhkəmədə yalan danışmasına dair cinayət məsuliyyəti barədə xəbərdar olunmaqla qəbzə imza çəkməmişdir. Belə olan şahidin ümumiyyətlə ifadəsi məhkəmə tərəfindən qəbuledilməzdir və qiymətləndirilə bilməz.
31. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/7729-9/7822 nömrəli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, Sumqayıt şəhəri, 12-ci mikrorayonda yerləşən çoxmərtəbəli binalarda (4 otaqlı mənzillər) yerləşən analoji mənzillərin 1 kv.m. or ta bazar qiyməti təqribən 110.000 manat məbləğində müəyyən edilir. Sumqayıt şəhəri, 12-ci mikrorayonda yerləşən çoxmərtəbəli binalarda (2 otaqlı mənzillər) yerləşən analoji mənzillərin 1 kv.m. orta bazar qiyməti təqribən 1350,0 manat məbləğində müəyyən edilir. Sumqayıt şəhəri, 12-ci mikrorayonda yerləşən çoxmərtəbəli binalarda (1 otaqlı mənzillər) yerləşən analoji mənzillərin 1 kv.m. orta bazar qiyməti təqribən 1500,0 manat məbləğində müəyyən edilir.
32. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-117/2024 nömrəli iş üzrə 10 iyul 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər L.E.Rəhimli (sədrlik edən və məruzəçi), F.Ə.Məmmədov və İ.K.Dəmirov) iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsi nin qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək, iddia tələbi qismən təmin olunmuşdur. Cavabdeh 17.802,4 manat məbləğində pul vəsaitinin tutularaq Hüseynova Rəna Fitat qızının qəyyumu olan İddiaçı ödənilməsi qət edilmişdir. İddia tələbi qalan hissədə təmin edilməmişdir.
33. Məhkəmə cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə razılaşaraq qeyd etmişdir ki, Rəna Hüseynova hal-hazırda qardaşı və qəyyumu olan İddiaçı yanında yaşayır. İddiaçı yalnız qəyyum təyin olunandan sonra bacısının maraqlarının müdafiəsi üçün hazırkı iddianı qaldıra bilmişdir. Cavabdeh fəaliyyət qabiliyyəti olmayan bacısına məxsus olmuş mənzili nəinki qanuna zidd özgəninkiləşdirmişdir, hətta müqaviləni bağlayaraq əldə olunmuş pul vəsaitindən qəyyumluqda olanı bacısına düşəsi paydan məhrum etmişdir. Cavabdeh mə hkəmə araşdırması zamanı bacısına çatası pulu (payı) onların məhrum anasına verilməsini bildirsə də, buna dair hər hansı mötəbər sübutu təqdim edə bilməmişdir.
34. Apellyasiya instansiyası məhkəməsi şahid ifadələrinə hüquqi qiymət verərək, hesab etmişdir ki, həmin ifadələr qohumlar tərəfindən verildiyindən, hazırkı iş üzrə mötəbər sübut kimi qimətləndirilə bilməz. Belə ki, Solmaz Şükürova tərəfindən verilmiş ərizə mülki prosessual qanunvericiliyin tələblərinə görə şahid ifadəsi ilə eynilik təşkil edən sübut növü kimi qəbul edilə bilməz.
35. Kollegiya qeyd etmişdir ki, iddiaçı apellyasiya şikayətinin əsası kimi istinad etdiyi halları qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla sübut edə bilmiş, lakin cavabdeh öz etirazının əsasını təşkil etdiyi halları sübuta yetirə bilməmişdir. Odur ki, ic raat zamanı əldə olunmuş ekspert rəyinə əsasən 4 otaqlı analoji mənzillərin 1 kv.metrinin orta bazar qiyməti və mənzilin 5 ailə üzvünə verilməsi nəzərə alınmaqla, 17.802,4 (80,92x1100:5=17802,4) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq, Hüseynova Rəna Fitat qızının qəyyumu olan İddiaçı ödənilməlidir.
36. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni iş materiallarına, icraat zamanı müəyyən edilmiş hallara və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
37. İddiaçı (vəkili Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yeni baxışa göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
38. Kass asiya şikayəti iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərinə istinadən belə əsaslandırılmışdır ki, cavabdeh Rənanın əlil olaraq aldığı 4 otaqlı evi qanunsuz yollarla 8000 ABŞ dollarına sataraq 3000 ABŞ dollarına həmin vaxt öz adına 2 otaqlı ev almış, yerdə qalan 5000 ABŞ dollarını isə mənimsəmişdir. Hazırda isə işə baxan məhkəmə, belə hesab etmişdir ki, 4 otaqlı ev satılaraq 2 otaqlı alınıb, 4 otaqlı evin orderi Rənanın adına verilsə də, ailə üzvləri kimi 5 nəfərin adı da olub, ona görə də hazırda mövcud olan 2 otaqlı evin bazar dəyəri 5 nəfər arasında bölünməlidir və Rənaya oradan 17802 AZN pul çatmalıdır. Göründüyü kimi 4 otaqlı Rənaya verilmiş evi satan Cavabdeh oradan 5000 ABŞ dolları qazanmış olur, daha sonra 3000 ABŞ dollarına aldığı 2 otaqlı evdən də 4/5 hissədə pay almaql a 1/5 hissəni cüzi bir hissəni əlil bacısı Rəna Hüseynovaya verir.
39. Cavabdeh (Vəkil3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
40. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə kollegiyasının mənzilin qanunazidd özgəninkiləşdirilmə ilə bağlı əsaslandırmasına münasibətdə bildirilməlidir ki, hazırkı işdə özgəninkiləşdirmənin qanunazidd olmasını təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Belə ki, məhkəmə iş materiallarında olan Qəyyumluq və himayəçilik Komissiyasının Rəna Hüseynovanın mənzilinin dəyişdirilməsinə razılıq verilməsinə baxmayaraq, mənzilin alqı-satqı ilə özgəninkiləşdirilməsi mə sələsini əsas götürərək bu əsasla mənzil barəsində bağlanmış əqdi qanunsuz hesab etmişdir. Mənzilin alqı-satqı müqaviləsi və onun əsasında əldə olunmuş hüquqların dövlət reyestri barədə çıxarışın etibarsız olduğu hər hansısa mötəbər sübutla təsdiq edilmədiyi halda həmin müqavilə də, çıxarış da hüquqi əhəmiyyətli sənəd hesab olunur. Əks halda məhkəmənin hazırkı gəldiyi nəticə mübahisəli mənzillə bağlı bağlanmış əqdi və onun əsasında verilmiş hüquqların dövlət reyestri barədə çıxarışın qanuniliyini kölgə altında qoymuş olur. Belə olduqda həmin mənzillə bağlı edilmiş bütün hüquqi hərəkətləri bununla bağlı iddia tələbi olmadığı halda etibarsız edir. Halbuki əqdin etibarsız olması hazırkı məhkəmədə baxılan mübahisənin predmeti deyil. İddiaçı tərəf əqdin etibarsızlığı ilə bağlı hər hansı tələb i rəli sürməmişdir. İkincisi isə qanunsuz hesab etsə belə, o halda alqı-satqı müqaviləsinin qanunsuz bağlanması iddiaçıya 17 802, 40 (on yeddi min səkkiz yüz iki manat qırx qəpik) manat məbləğində pulun ödənilməsi öhdəliyinin yaranması üçün əsas ola bilməz. Məhkəmə qətnamənin nəticə hissəsində qismən müəyyən etdiyi məbləği nəyin nəticəsində, hansı hüququn pozulması nəticəsində və nəyə əsasən iddiaçıya ödənilməli olduğunu əsaslandırmamış və qeyd etdiyi əsaslar isə gəldiyi nəticəyə uyğun olmamışdır. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri 41.Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsi
42. Maddə
73. Hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmə k üçün ümumi müddəti (iddia müddəti) üç il müəyyən edilir.
43. Maddə
77. İddia müddəti tərəflərin bildirməsindən asılı olmayaraq, məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi tərəfindən tətbiq olunur.
44. Maddə
78. İddia müddətinin axımı iddia hüquq əmələ gələn gündən başlanır: iddia hüququ, şəxsin öz hüququnun pozulmasını bildiyi və ya bilməli olduğu gündən əmələ gəlir.
45. Maddə
82. İddia qaldırılanadək iddia müddətinin keçməsi iddianı rədd etmək üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
46. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
47. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
48. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
49. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
50. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
51. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normala rının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
52. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
53. Hazırkı kassasiya şikayətində qətnamə bütövlükdə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
54. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
55. Hazırkı işdə apellyasiya instansiya məhkəməsi iddianı qismən təmin edərkən qüvvədə olan Mül ki Məcəllənin 1091-1093-cü maddələrinə istinad etmiş, belə nəticəyə gəlmişdir ki, hazırkı iş üzrə cavabdeh bacısının mülkiyyətində olan mənzili sataraq, ona düşəsi payı əldə edərək, əsassız varlanmışdır
56. Məhkəmələr işin faktiki halları olaraq müəyyən etmişlər ki, xx.xx.1993-cü il tarixli orderinə əsasən Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 5A ünvanda yerləşən 4 saylı mənzil Hüseynova Rəna Fitat qızına və onun ailə üzvlərinə ayrılmışdır. Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının 27 iyul 1999-cu il tarixli 515 nömrəli sərəncamına əsasən Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 12 iyul 1999-cu il tarixli, 6/2-5581999 saylı qətnaməsi ilə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş 03 aprel 1968-ci il təvəllüdlü X40 Fitat qızının qəyyumu təyin edilmişdir. xx.xx.1999-cu il tarixli mənzil in alqı-satqısı müqaviləsinə əsasən Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 5, mənzil 4 Hüseynova Rəna Fitat qızının adından hərəkət edən Cavabdeh tərəfindən 22000000 (22 milyon) manata X1. xx.xx.1999-cu il tarixli mənzilin alqı-satqısı müqaviləsinə əsasən Sumqayıt şəhəri, 16-cı məhəllə, 38a/23 saylı evin 104 saylı mənzili Cavabdeh X3 adından hərəkət edən X6 14800000 (14 milyon 800 min) manata almışdır. xx.xx.2005-ci il tarixli, 244503 nömrəli mənzilin alqı-satqısı müqaviləsinə əsasən Sumqayıt 12-ci mikrorayon, ev 5, mənzil 4 X17 tərəfindən 78400000 manata X7 (X12 vərəsələri X13, X28, X23, X16 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi) satılmış və ev X8 adına qeydə alınmışdır. Sumqayıt şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2019-cu il tarixli 95 nömrəli, Sərəncamına əsasən, həmin sərəncam ilə Hüseynova Həsənağa Fitat oğlunun məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş xx.xx.1968-ci il təvəllüdlü X40 Fitat qızının üzərində qəyyum təyin edilməsi barədə Sumqayıt şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.1999-cu il tarixli 515 nömrəli Sərəncamı ləğv edilmiş, Hüseynov Cavabdeh Rəna Fitat qızının üzərində qəyyumluq vəzifəsinin icrasından azad edilmiş, Hüseynov İddiaçı Rəna Fitat qızının üzərində qəyyum təyin edilmişdir.
57. İşə mahiyyəti üzrə baxan məhkəmələr ilkin olaraq işin müəyyən edilmiş hallarına uyğun olaraq tətbiq edilməli olan maddi hüquq norması müəyyən etməli olmasına baxmayaraq həmin qaydaya uyğun hərəkət etməmişlər.
58. Belə ki, iddiaçı xx.xx.1999-cu il tarixli mənzilin alqı-satqısı müqaviləsinə əsasən Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 5, mənzil 4 Hüseynova Rəna Fitat qızının adından hərəkət edən Cavabdeh tərəfindən 22000000 (22 milyon) manata X2 göstərir və evin satış dəyərinin bu günə uyğun məbləğini tələb edir. Özünün isə xx.xx.2019-cu ildən Rəna Hüseynovanın üzərində qəyyum təyin olunmasına və məhz həmin tarixdən hazırkı tələbin irəli sürülməsi üçün suybektiv hüquqa malik olmasına istinad edir.
59. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında qeyd etmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaranan hüquq münasibətlərindən irəli gələn tələblər üzrə Mülki Məcəllənin 373-cü maddəsində nəzərdə tutulan iddia müddətləri, 2000-ci il sentyabrın 1-nə qədər yaranmış hüquq münasibətlərindən i rəli gələn tələblər üzrə isə əvvəlki Mülki Məcəllənin 73-cü maddəsində göstərilən iddia müddətləri əsas götürülməlidir.
60. Qərarda daha sonra qeyd edilmişdir ki, qanunverici başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. 61. 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olan Mülki Məcəllənin 73-cü maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümumi müddəti (iddia müddəti) üç il müəyyən edilir. 77-ci maddəsinin tələbinə əsasən isə iddia müddəti tərəflərin bildirməsindən asılı olmayaraq məhəkəmə tərəfindən tətbiq edilir.
62. Belə olan halda məhkəmələr tərəflər arasında mübahisəli hüquq münasibətinin xx.xx.1999-cu ildə, yəni mənzilin satılması anından yaranmasını nəzərə alaraq məhz həmin dövrdə qüvvədə olan maddi hüquq normasının tətbiq olunmalı olmasına dair Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinin tələblərini nəzərə almamışlar.
63. Belə ki, həmin maddəninin məzmunundan aydın olur ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə olan halda isə məhkəmələrin tətbiq edilməli olan normanı tətbiq etməməsi aşkardır.
64. Nəzərə alınmalıdır ki, qüvvədə olan Mülki Məcələnin 375.2-ci maddəsində nəzərdə tutulan qaydadan fərqli olaraq istinad olunan maddi hüquq normasının tələbinə əsasən (xx.xx.2000-də qüvvədə olan MM 77-ci maddəsi) iddia müddəti mübahisə tərəfinin verdiyi ərizə əsasında deyil, hər hansı ərizənin verilməsindən asılı olmayaraq məhz məhkəmə tərəfindən tətbiq edilməlidir. Bu baxımdan məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiya məhkəməsi göstərilən normaların tələ bi baxımından tərəfin ərizə verməsindən asılı olmayaraq iddia müddətini tətbiq edərək iddianı rədd etməli olduğu halda belə vəzifəni yerinə yetirməyərək iddianın qismən təmin olunmasına dair əsassız nəticəyə gəlmişdir.
65. Kassasiya kollegiyası qeyd edir ki, qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni iddia müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə bilər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddə t ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur.
66. İddia müddətinin keçməsi iddianın rədd olunması üçün müstəqil əsasdır və bu, hüquqi müəyyənlik prinsipinə əməl olunması baxımından əhəmiyyətli olmaqla potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur. Eyni fikir Avropa İnsan Hüquqları Məhkəməsinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir çox qərarlarında da ifadə olunmuşdur. Məsələn: “Stanyo Belçikaya qarşı” iş üzrə xx.xx.2009-cu il tarixli qərarında Avropa İnsan Hüquqları Məhkəməsi göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zama n keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.
67. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli Qərarında qeyd etmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu n əzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı.
68. Bu baxımdan fəaliyyət qabiliyyəti olmayan şəxsin üzərində təyin edilmiş qəyyumun sonradan dəyişilməsi artıq bitmiş müddətinin axımının kəsilməsi, dayandırılması üçün və ya yeni müddətin axımının başlanmasına səbəb ola bilməz. Digər tərəfdən iddiaçı məhz xx.xx.1999-cu ildə baş vermiş hadisəyə istinad edərək tələb irəli sürür. Məhz qəyyumluğu altında olan şəxsin hüquqlarının məhz həmin dövrdə pozulmasına əsaslanır. Lakin qeyd edilməlidir ki, iddiaçı bü gün iddia etdiyi əsaslardan çıxış edərək daha əvvəl qəyyum təyin edilməsi ilə bağlı imkanlara malik olsa da bu imkandan vaxtında istifadə etməmişdir.
69. Qeyd olunanları nəzərə alaraq Kollegiya hesab edir ki, apellyasiya i nstansiyası məhkəməsi işə baxarkən maddi hüquq normalarını düzgün tətbiq etməmişdir.
70. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Həmin qərar yalnız o halda qəbul edilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş olsun
71. Beləliklə məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya məhkəməsi hüquq münasibətinin yarandığı zaman qüvvədə olan iddia müddətini tənzimləyən maddi hüquq normalarını tətbiq etmədiyi üçün qətnamə ləğv olunaraq iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməlidir.
72. Göstərilənlərə əs asən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin olunsun. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-117/2024 nömrəli, 10 iyul 2024-cü il tarixli qətnaməsi ləğv olunsun, iş üzrə yeni qərar çıxarılmaqla iddia təmin olunmasın. İddiaçı kassasiya şikayəti təmin olunmasın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.