Məhkəmə qərarları › İş №2(105)-1187/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1187/2025

20.08.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1187/2025 20.08.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Fuad Əli oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi ilə, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsinə qarşı mağaza binasına mülkiyyət hüquqlarının tanınması tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin xx.xx.2025ci il tarixli, 2(027)-83/2015 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsinə qarşı mağaza binasına mülkiyyət hüquqlarının tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Quba Rayon Məhkəməsinin 05 yanvar 2015-ci il tarixli, 2(027)-83/2015 saylı qətnaməsi ilə (hakim Füzuli Pənahov) iddia təmin edilərək, Quba şəhəri 22-ci məhəllədə, 56 kv.metr torpaq sahəsində yerləşən qeyri-yaşayış binasına (mağaza binasına) faktiki ölçüləri müəyyən edilməklə bütövlükdə İddiaçı mülkiyyət hüquqlarının müəyyən olunması qət edilmişdir. Quba Rayon Məhkəməsinin 2(027)-83/2015 saylı, 05 yanvar 2015-ci il tarixli qətnaməsindən hüquq və vəzifələrinə toxunan şəxs qismində Maraqlı şəxs2 MMC apellyasiya şikayəti vermişdir. Quba Rayon Məhkəməsinin 15 noyabr 2024-cü il tarixli, 2(027)-83/2015 saylı qərardadı ilə (hakim Vüqar Seyidov) Maraqlı şəxs2 MMC-nin Quba Rayon Məhkəməsinin 2(027)- 83/2015 saylı, 05 yanvar 2015-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti Maraqlı şəxs2 MMC-nin iş üzrə tərəf olmaması əsası ilə geri qaytarılmışdır. Maraqlı şəxs2 MMC şikayət verərək Quba Rayon Məhkəməsinin 15 noyabr 2024-cü il tarixli, 2(027)-83/2015 saylı qərardadının ləğv edilməsi və qəbul edilən qətnamənin onun hüquq və vəzifələrinə toxunmasını nəzərə alaraq apellyasiya şikayətinin baxılması üçün göndərilməsini, əks təqdirdə şikayəti mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Quba Rayon Məhkəməsinin 05 dekabr 2024-cü il tarixli, 2(027)-83/2015 saylı qərardadı ilə (hakim Vüqar Seyidov) Maraqlı şəxs2 MMC-nin şikayəti təmin edilmiş, Quba Rayon Məhkəməsinin 15 noyabr 2024-cü il tarixli, 2(027)-83/2015 saylı qərardadının ləğv edilməsi, mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirilməsi qərara alınmışdır. Quba Rayon Məhkəməsinin 18 dekabr 2024-cü il tarixli, 2(027)-83/2015 saylı qərardadı ilə Maraqlı şəxs2 MMC-nin Quba Rayon Məhkəməsinin 2(027)- 83/2015 saylı, 05 yanvar 2015-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti geri qaytarılmışdır. Həmin qərardaddan Maraqlı şəxs2 MMC tərəfindən şikayət verilərək Quba Rayon Məhkəməsinin 18 dekabr 2024-cü il tarixli, 2(027)-83/2015 saylı qərardadının ləğv edilməsi, qəbul edilən qətnamənin onun hüquq və vəzifələrinə toxunmasını nəzərə alaraq apellyasiya şikayətinin baxılması üçün göndərilməsini, əks təqdirdə şikayətiin mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(105)-548/2025 nömrəli qərardadı ilə Maraqlı şəxs2 şikayəti qismən təmin edilmiş, Quba Rayon Məhkəməsinin 18 dekabr 2024-cü il tarixli, 2(027)-83/2015 saylı qərardadı və həmin qərardadla bağlı 24 yanvar 2025-ci il tarixli, 2(027)-83/2015 saylı qərardadının ləğv edilməsi, işin sonrakı prosessual hərəkətlərin edilməsi üçün Quba Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Quba Rayon Məhkəməsinin 21 aprel 2025-ci il tarixli, 2(027)-83/2015 saylı qərardadı ilə (hakim Aydın Babayev) Quba Rayon Məhkəməsinin 05 yanvar 2015-ci il tarixli, 2(027)-83/2015 saylı qətnaməsinin Maraqlı şəxs2 MMC-nin hüquq və vəzifələrinə toxunması müəyyən edilmiş, apellyasiya şikayətinin mülki işlə birlikdə apellyasiya qaydasında baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, çıxarılmış qətnamədə istinad edilmiş Quba şəhər Bələdiyyəsi Sədrinin xx.xx.2000-ci il tarixli, 26 nömrəli sərəncamından görünür ki, İddiaçı "xxxx" Kiçik Müəssisəsinin ərazisindən kommersiya mağazası tikintisi üçün yer ayrılması barədə müraciətini və "xxxx" Kiçik Müəssisəsinin xx.xx.2000-ci il tarixli, 20 saylı razılıq məktubunu nəzərə alaraq İddiaçı kommersiya fəaliyyəti ilə məşğul olmaqdan ötrü şəhərin 22-ci məhəlləsindən "xxxx" Kiçik Müəssisəsinin ərazisindəki boş, istifadəsiz ərazisindən binanın fasadı Ə.Qarayev küçəsinə olmaq şərti ilə 56 kvadrat metr sahədə mağaza tikintisinə icazə verilməsi qərara alınmışdır. Quba rayonu, X1 Rəyasət Heyətinin 08 sentyabr 1992-ci il tarixli, 107 nömrəli qərarı əsasında Maraqlı şəxs2 MMCnin istifadəsinə Quba şəhəri 29-cu məhəllə ünvanında yerləşən 1,50 ha torpaq sahəsi verilmişdir. Göründüyü kimi iş materiallarına əlavə edilmiş sənədlərdə qətnamənin "xxxx" Kiçik Müəssisəsinin hüquq və vəzifələrinə toxunmasını ehtimal etməyə əsas verən müvafiq sübutlar vardır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, qətnamənin "xxxx" Kiçik Müəssisəsinin hüquq və vəzifələrinə toxunması istisna olunmur. Quba Rayon Məhkəməsinin 21 aprel 2025-ci il tarixli, 2(027)-83/2015 saylı qərardadından İddiaçı şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs2 MMC qətnamədən şikayətində göstərir ki, Quba Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(027)-83/2015 saylı qətnaməsi onun maraqlarına toxunur. Belə ki, barəsində söhbət gedən daşınmaz əmlak Maraqlı şəxs2 MMC-nin istifadəsinə verilmiş 1,5 hektar torpaq sahəsində yerləşir. Torpaq sahəsi Maraqlı şəxs2 MMC-nin istifadəsinə 1992-ci ildə verilmişdir. “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 1997-ci il, 19 dekabr tarixli, 659 nömrəli Fərmanının 3-cü bəndinə əsasən, “Hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması bu Fərmanla müəyyən edilmiş qaydada həyata keçirilir, bir şərtlə ki, dövlət mülkiyyətində olan həmin torpaq sahələri belə fiziki və hüquqi şəxslərin qanuni istifadəsində və ya icarəsində olsun”. Əsasnamənin 2-ci bəndinə əsasən “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələri dedikdə dövlət müəssisə və obyektlərinin özəlləşdirilməsi zamanı onların texniki pasportlarında göstərilmiş hüdudlar daxilində istifadəsində olan torpaqlar nəzərdə tutulur”. 4-cü bəndə əsasən “Özəlləşdirilmiş müəssisə və obyektlərin mülkiyyətçilərinin torpaq sahələrini ilk növbədə satın almaq hüququ vardır”. 11-ci bəndə əsasən “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi əvvəl torpaq sahəsinin satın alınmasını həmin sahənin üstündə yerləşən özəlləşdirilmiş müəssisə və obyektin mülkiyyətçisinə təklif etməlidir. Əgər həmin mülkiyyətçi torpaq sahəsini satın almaqdan imtina edirsə, onda bu sahə qanunvericilikdə müəyyən olunmuş qaydada onun satınalma hüququ ilə icarəsinə verilir”. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”nın 9.1-ci maddəsinə görə “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə fiziki və qeyri-dövlət hüquqi şəxslərin vəsaiti hesabına inşa edilmiş obyektlərin yerləşdiyi torpaq sahələri qanunvericiliyə uyğun olaraq Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən həmin müəssisə və obyektlərin mülkiyyətçilərinə satılır.” Göstərilənlərə əsasən Maraqlı şəxs2 MMC 1992-ci ildən indiyə qədər onun istifadəsinə verilmiş torpaq sahəsini ya dövlətdən satın almalı, ya da icarəyə götürməli idi. Maraqlı şəxs2 MMC isə bunların heç birini etməmişdir. Belə olduqda Maraqlı şəxs2 MMC-nin göstərilən torpaq sahəsinə münasibətdə hüquqi statusu (mülkiyyətci və ya icarədar) müəyyən olunmadan onun bu torpaq sahəsinə aidiyyatda maraqlı şəxs kimi məhkəmə tərəfindən qəbul olunması əsassız olardı. Maraqlı şəxs2 MMC 1992-ci ildən hal-hazıra qədər, 33 il ərzində istifadəsində olan torpağı ya özəlləşdirməli, ya da icarəyə götürməli idi. Maraqlı şəxs2 MMC isə torpağın ona istifadəyə verilməsindən sui-istifadə edərək, bunların heç birini etməyib. Bu halda mübahisəli əmlaka üzrə Maraqlı şəxs2 MMC-nin maraqlı şəxs qismində məhkəmə tərəfindən qəbul olunması hal-hazırda mövcud olmayan hüquq əsasında qanunsuz məhkəmə qərarının çıxarılmasına gətirib çıxara bilər. Maraqlı şəxs2 MMC bildirir ki, göstərilən torpaq sahəsi MMC-nin istifadəsinə verildiyinə görə MMC məhkəməyə cəlb olunmalı idi. Maraqlı şəxs2 MMC mülkiyyət hüququ sahibinin hüquqlarından istifadə etməyə cəhd göstərir ki, bu da Qanunun yuxarıdakı müddəalarına əsasən, yolverilməzdir. Birinci instansiya məhkəməsi mübahisəni həll edərək, mübahisələndirilən qərardadı çıxararkən Maraqlı şəxs2 MMC tərəfindən irəli sürdüyü tələblərini əsaslandırılması üçün barəsində söhbət gedən torpaq sahəsinə müvafiq hüquqmüəyyənedici sənədlərin təqdim edilməməsini MMC-nin həmin sahəyə mülkiyyət və sərəncam hüquqlarının olmaması kimi qiymətləndirmişdir. Lakin bir daha qeyd edir ki, iş ilkin instansiyada araşdırılarkən, barəsində söhbət gedən torpaq sahəsinin Maraqlı şəxs2 MMC-nin mülkiyyətində və ya icarəsində olması barədə heç bir hüquqmüəyyənedici sənəd təqdim olunmamışdır. Burada həmçinin nəzərə alınmalıdır ki, barəsində söhbət gedən torpaq sahəsi dövlət mülkiyyətində saxlanılmış və digər mülkiyyət növünə keçməmişdir. Məhz bu səbəbdən müvafiq səlahiyyətli dövlət orqanı olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti həmin torpaq sahəsi üzərində sərəncam vermək səlahiyyətinə malikdir. Bu səlahiyyət Maraqlı şəxs2 MMC-də yoxdur. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti də torpağın mülkiyyətçisi kimi səlahiyyətləri daxilində hal-hazırda onun xüsusi mülkiyyətində olan və üzərində ona məxsus daşınmaz əmlak olan torpaq sahəsini alqı-satqı müqaviləsi əsasında ona satmışdır. Torpaq sahəsinin mülkiyyətçisi və sərəncam vericisi Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti olduğundan torpaq sahəsinin onun xüsusi mülkiyyətinə satılması barədə alqı-satqı müqaviləsi şübhə altına alına bilməz. Belə olduğunda Quba Rayon Məhkəməsi səhv nəticəyə gəlmişdir ki, Quba Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(027)-83/2015 saylı qətnaməsi Maraqlı şəxs2 MMC-nin maraqlarına toxunduğundan, onun göstərilən qətnamədən apellyasiya şikayəti qəbul olunmalıdır. Torpaq və mülki qanunvericiliyə əsasən torpaq üzərində mülkiyyət hüququnun əldə edilməsi dövlət qeydiyyatından keçirildikdən sonra yaranır. Torpaq və mülki qanunvericilik daşınmaz əmlaka (o cümlədən torpaq sahəsinə) dair tam mülkiyyət hüququnu həmin hüquq müvafiq dövlət orqanında rəsmi qeydiyyata alındıqda tanıyır. Lakin Maraqlı şəxs2 MMC torpaq sahəsinə mülkiyyət və ya icarə hüququ barədə heç bir hüquqmüəyyənedici sənəd təqdim etmədən əsassız olaraq onun hüquqlarının mülkiyyət hüququ kimi qiymətləndirilməsini tələb edir. Maraqlı şəxs2 MMC-nin nümayəndəsinin məhkəməyə təqdim etdiyi məhkəmə qərarları ilə əlaqədar bildirir ki, bu iş araşdırılarkən bu qərarlar sübut kimi dəyərləndirilə bilməz. Belə ki, həmin məhkəmə qərarlarında barələrində mübahisə gedən əmlak və torpaq sahələri bu işdəki əmlak və torpaq sahələrindən fərqlənir. Həmin əmlakların yerləşdiyi torpaq sahələri Əmlak Məsələləri Dövlət Komitəsi (hal-hazırda Xidməti) tərəfindən göstərilən vətəndaşlara satılmamışdır. Hazırda isə torpaq sahəsi Əmlak Məsələləri Dövlət Komitəsi (hal-hazırda Xidməti) tərəfindən ona satılmışdır. Göründüyü kimi məhkəmə tərəfindən yuxarıda göstərilən hüquqi-normativ aktlarda təsbit olunmuş hüquqlarımız pozulmaqla, qərardad çıxarılmışdır. Quba Rayon Məhkəməsinin 17 iyul 2025-ci il tarixli, 2(027)-83/2015 saylı qərardadı ilə (hakim Nigar Xəlilova) şikayət təmin edilməmiş və baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(027)- 83/2015 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllnin 357.2-ci maddəsinə əsasən həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun K.Maraevin şikayəti üzrə 29 iyul 2016-cı il tarixli qərarında işdə iştirak etməyə cəlb olunmamış və məhkəmənin qərarı ilə hüquqlarına və qanuni maraqlarına toxunan şəxsin statusunun 3 səciyyəvi əlamətini - onun məhkəmədə baxılan işə tərəf qismində cəlb edilməməsi; - iş üzrə qəbul edilmiş məhkəmə qərarının onun hüquqlarına və qanuni maraqlarına toxunması; - öz hüquqlarının və qanuni maraqlarının müdafiəsində həm maddi, həm də prosessual marağının olmasını - müəyyən etmişdir. Belə ki, iş materiallarında olan iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş, həmçinin çıxarılmış qətnamədə istinad edilmiş Quba şəhər Bələdiyyəsi Sədrinin xx.xx.2000-ci il tarixli, 26 nömrəli sərəncamından görünür ki, İddiaçı "xxxx" Kiçik Müəssisəsinin ərazisindən kommersiya mağazası tikintisi üçün yer ayrılması barədə müraciətini və "xxxx" Kiçik Müəssisəsinin xx.xx.2000-ci il tarixli, 20 saylı razılıq məktubunu nəzərə alaraq İddiaçı kommersiya fəaliyyəti ilə məşğul olmaqdan ötrü şəhərin 22-ci məhəlləsindən "xxxx" Kiçik Müəssisəsinin ərazisindəki boş, istifadəsiz ərazisindən binanın fasadı Ə.Qarayev küçəsinə olmaq şərti ilə 56 kvadrat metr sahədə mağaza tikintisinə icazə verilməsi qərara alınmışdır. İş materiallarında olan X3 ilə İddiaçı arasında bağlanmış 30 dekabr 1999-cu il tarixli müqavilədən görünür ki, X3 XDS İK-nin xx.xx.1992-ci il tarixli, 107 nömrəli qərarı ilə ona ayrılmış torpaq sahəsi üzərində yerləşən yarımçıq tikilini İddiaçı satmışdır. İş materiallarında olan DƏDKR Publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 11 iyul 2024-cü il tarixli məktubunda göstərilmişdir ki, Quba şəhərin 29-cu məhəlləsində Maraqlı şəxs2 MMC-nin istifadəsinə verilmiş 1,5 ha torpaq sahəsi üzərində yerləşən tikiliyə dair İddiaçı adına (0,0056 ha torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış binası) xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********51-06301 reyestr nömrəli (çıxarış verilməsinə əsas Quba Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(027)- 83/2015 nömrəli qətnaməsi) çıxarışın verilməsi qeyd edilmişdir. İş materiallarında olan RX seriyalı ******* nömrəli Çıxarışdan görünür ki, Quba şəhəri, 29-cu məhəllə ünvanında 0,0056 ha dövlət mülkiyyətdində olan torpaq sahəsi üzərində yerləşən 49,1 kv.metr daşınmaz əmlak İddiaçı mülkiyyət hüququ kimi xx.xx.2015-ci il taridə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İş materiallarında olan RX seriyalı ******* nömrəli Çıxarışdan görünür ki, Quba şəhəri, 29-cu məhəllə ünvanında 0,0056 ha torpaq sahəsi və üzərində yerləşən 49,1 kv.metr daşınmaz əmlak İddiaçı mülkiyyət hüququ kimi xx.xx.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İş materiallarında olan RX seriyalı ******* nömrəli Çıxarışdan görünür ki, Quba şəhəri, 29-cu məhəllə ünvanında 1,50 ha dövlət mülkiyyətdində olan torpaq sahəsi üzərində yerləşən, tikinti altı sahəsi 2866,8 kv.m, ümumi sahəsi 2454,4 kv.metr olan ticarət obyekti Maraqlı şəxs2 MMC-nin mülkiyyət hüququ kimi xx.xx.2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Həmçinin, iş materiallarında olan sənədlərlə müəyyən edilir ki, Quba rayonu, X1 Rəyasət Heyətinin 08 sentyabr 1992-ci il tarixli, 107 nömrəli qərarı əsasında Maraqlı şəxs2 MMC-nin istifadəsinə Quba şəhəri 29-cu məhəllə ünvanında yerləşən 1,50 ha toprpaq sahəsi verilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərinə münasibətdə qeyd edir ki, iş materiallarında olan sübutlarla mübahisəli torpaq sahəsinin daha əvvəl Maraqlı şəxs2 MMC-nin istifadəsində olması, onun həmin həmin torpaq sahəsi üzərində istifadə hüququnun xx.xx.2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması müəyyən edilməkdədir. Quba şəhəri, 29-cu məhəllə ünvanında yerləşən 49,1 kv.metr daşınmaz əmlak isə hazırda mübahisələndirilən qətnamə əsasında iddiaçının mülkiyyətinə keçmişdir ki, həmin daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ xx.xx.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Hüquq və vəzifələrinə toxunan şəxs qismində Maraqlı şəxs2 MMC-də ilk öncə məhz hazrıkı qətnaməni mübahisələndirməklə, Quba şəhəri, 29-cu məhəllə ünvanında yerləşən 49,1 kv.metr sahədən ibarət daşınmaz əmlak üzərində iddiaçının mülkiyyət hüquqlarının əsassız qeydə alındığını iddia etməklə yanaşı, həmçinin dolayısı ilə həmin daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsinin də onun istifadəsindən əsassız şəkildə çıxarılmaqla, iddiaçının mülkiyyətinə verildiyini iddia etməkdədir. Mübahisəli torpaq sahəsinin Maraqlı şəxs2 MMC-nin istifadəsindən xx.xx.2014-cü il tarixdən sonra alınması ilə bağlı isə iş materiallarında hər hansı bir sübutun olması müəyyən olunmur. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iş materiallarında mövcud olan sübutlara əsasən çıxarılmış qətnamənin "xxxx" Kiçik Müəssisəsinin hüquq və vəzifələrinə toxunmasını müəyyən edən birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur. Buna görə də şikayət təmin edilməməli, Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(027)-83/2015 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 264, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(027)-83/2015 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Quba Rayon Məhkəməsinin 2(027)-83/2015 saylı, 05 yanvar 2015-ci il tarixli qətnaməsindən hüquq və vəzifələrinə toxunan şəxs qismində Maraqlı şəxs2 MMC tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması üçün iş Sumqayıt Apellyasiya Məhkəməsinin dəftərxanasına verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar