Məhkəmə qərarları › İş №2(105)-1190/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1190/2024

02.10.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Sair işlər - Qanunsuz tikilinin sökülməsi - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1190/2024 02.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: torpaq sahəsindən çıxarılma və tikintinin sökülməsi tələbi, mülkiyyətin müdafiəsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X19 (sədrlik edən və məruzəçi), X3 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Təhməzli Nigar Natiq qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə (sonuncu məhkəmə iclasına gəlməmişdir), iddiaçının vəkili və nümayəndəsi Vəkil2, Cavabdeh (sonuncu məhkəmə iclasına gəlməmişdir), cavabdehin vəkili və nümayəndəsi X1 iştirakı ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-47/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən tərtib olunmuş xx.xx.2013-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********75 reyestr nömrəli çıxarışdan görünür ki, Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0,4875 ha torpaq sahəsinin mülkiyyətçisi İddiaçıdır. Onun adına xx.xx.2013-cü il tarixli, AA 003402 saylı torpaq sahəsinin planı və ölçüsü tərtib olunmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********17 reyestr nömrəli çıxarışdan görünür ki, Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0,198 ha torpaq sahəsinin mülkiyyətçisi Cavabdehdur. Onun adına xx.xx.2020-ci il tarixli, AA 556836 saylı torpaq sahəsinin planı və ölçüsü tərtib olunmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0,4875 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının naturada dəqiqləşdirilərək tanıdılmasına köməklik göstərilməsi barədə xx.xx.2021-ci il tarixli elektron müraciətə baxılmışdır. Adıçəkilən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə yerində texniki baxış keçirilmiş və torpaq sahəsi ilə bağlı elektron kadastr bazasının məlumatları əsasında müvafiq araşdırma aparılmışdır. Araşdırma nəticəsində İddiaçı mülkiyyətində olan 0,4875 ha torpaq sahəsinin yerləşdiyi ərazidə torpaqların faktiki yerləşmə mövqeyi ilə elektron kadastr bazasındakı yerləşmə mövqeləri arasında uyğunsuzluqların olduğu müəyyən edilmiş və bu səbəbdən adıçəkilən torpaq sahəsinin sərhədlərinin və döngə nöqtələrinin koordinatlarının tanıdılması mümkün olmamışdır. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli 818 saylı Fərmanının 2.3-cü bəndinə əsasən torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi məqsədi ilə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən Abşeron rayonu, həmçinin Saray qəsəbəsi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin faktiki yerləşmə vəziyyətinə uyğun koordinatları dəqiqləşdirilmişdir. Hazırda həmin məlumatların təhlili və yeni tərtib olunan xəritələrə daxil edilməsi işləri aparılır. Yeni xəritələrin tərtibi işləri başa çatdırıldıqdan və dəqiqləşdirilmiş məlumatlar elektron kadastr bazasına daxil edildikdən sonra torpaq sahəsinin elektron kadastr bazasında göstərilən koordinatları ilə faktiki yerləşmə koordinatları arasındakı mövcud uyğunsuzluqların aradan qaldırılması təmin ediləcək və torpaq sahəsinin sərhədləri naturada tanıdılacaqdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, İddiaçı mülkiyyətində olan, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0,4875 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin zəbt olunaraq tikinti işlər aparılan hissəsinin ölçülərinin müəyyən edilməsinə köməklik göstərilməsi barədə xx.xx.2021-ci il tarixli elektron müraciətə aidiyyəti üzrə baxılmışdır. Adıçəkilən torpaq sahəsinə yerində texniki baxış keçirilmiş və sənəd üzrə torpaq sahəsinin digər torpaq sahələri ilə üst-üstə düşməsi halı müəyyən olunmamışdır. Baxış zamanı torpaq sahəsinin döngə nöqtələrinin koordinatları dəqiqləşdirilərək tanıdılmış və sənəd üzrə torpaq sahəsinin 0,1060 ha hissəsində şəxsiyyətləri məlum olmayan şəxslər tərəfindən tikinti işlərinin aparıldığı müəyyən edilmişdır. Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş ‘Yerli icra hakimiyyətləri haqqında Əsasnaməmin 4.11.12-ci bəndinə əsasən müvafiq ərazidə İİİ məsuliyyət səviyyəli binaların tikintisinə icəzə vermək yerli icra hakimiyyəti başçılarının səlahiyyətlərinə aid edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, İddiaçı mülkiyyətində olan, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0,4875 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin zəbt olunaraq tikinti işləri aparılan hissəsinin ölçülərinin müəyyən edilməsinə və qanunsuz tikilinin qarşısının alınmasına köməklik göstərilməsi barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyindən və birbaşa daxil olmuş xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli elektron müraciətlərə aidiyyəti üzrə baxılmışdır. Adıçəkilən torpaq sahəsinə yerində texniki baxış keçirilmiş və sənəd üzrə torpaq sahəsinin digər torpaq sahələri ilə üst-üstə düşməsi halı müəyyən olunmamışdır. Texniki baxış zamanı torpaq sahəsinin döngə nöqtələrinin koordinatları dəqiqləşdirilərək tanıdılmış və sənəd üzrə torpaq sahəsinin 0,1060 ha hissəsində şəxsiyyətləri məlum olmayan şəxslər tərəfindən tikinti işlərinin aparıldığı müəyyən edilmişdir. Qanunsuz aparılan tikinti işlərinin qarşısının alınmasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və onun yerli qurumlarının səlahiyyətləri xaricində olduğu, Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamənnin 4.11.12-ci bəndinə əsasən müvafiq ərazidə İİİ məsuliyyət səviyyəli binaların tikintisinə icazə verməyin yerli icra hakimiyyəti başçılarının səlahiyyətlərinə aid edildiyi, həmçinin Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 103.4-cü maddəsinə əsasən rayonların (şəhərlərin) daxilində torpaq üzərində mülkiyyət, torpaqdan istifadə məsələləri üzrə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin mübahisələrinə müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə və məhkəmə tərəfindən baxıldığı xx.xx.2021-ci il tarixli **********81 nömrəli məktubla bildirilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, X6 mülkiyyətində olan, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0,4675 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin zəbt olunaraq kənar şəxslər tərəfindən qanunsuz tikinti işlərinin aparılmasının qarşısının alınmasına köməklik göstərilməsi barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə və birbaşa ünvanlanan 08.07 2021-cı il tarixli elektron müraciətlərə aidiyyəti üzrə baxılmışdır. Daşınmaz əmlakın dövlət reyestri haqqında" X2 10 4- cii maddəsində əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparar müvafiq icra hakimiyyəti orqanıdır. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin mübahisələrinin həll edilməsi, aparılan qanunsuz tikililərin qarşısının alınması Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və onun yerli qurumlarının səlahiyyətləri xaricindədir. X7 mülkiyyətində olan adıçəkilən torpaq sahəsinə yerində keçinlrmş texniki baxış zamanı sənəd üzrə torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının tanıdıldığı, digər torpaq sahələri ilə üst-üstə düşmədiyi, sənəd üzrə torpaq sahəsinin 0.1060 ha hıssəsində kənar şəxslər tərəfindən tikinti ışlərinin aparıldığı, həmçinin torpaq mübahisələrinin və qanunsuz aparılan tikinti işlərinin qarşısının alınmasının Daşınmaz Əmlakın Dövtət Reyestri Xidmətinin və onun yerli qurumlarının səlahiyyətləri xaricində olduğu 04 06 2021-ci il tarixli **********44 nömrəli. 22.06 2021-ci il tarixli **********81 nömrəli və 08.07.202i-а il tarixli **********63 nömrəli məktublarla bildirilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-32/2-472/2023 saylı mütəxəssis rəyindən görünür ki, dövlət aktına əsasən verilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş İddiaçı xx.xx.2013-cü il tarixli, **********75 reyestr nömrəli çıxarışa əsasən Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0.4875 ha torpaq sahəsini plan və ölçüsünün döngə nöqtələrinin koordinatlarıı, Cavabdeh xx.xx.2020-ci il tarixli, **********17 reyestr nömrəli çıxarışa əsasən Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0.198 ha torpaq sahəsini plan və ölçüsünün döngə nöqtələrinin koordinatlarıı ilə elektron kadastr məlumat bazasında Abşeron rayonu, Saray kəndi “Saray” təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən və faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) qeydə alındığı üçün məhkəmə tərəfindən qoyulmuş sualların cavablandırılması mümkün olmamışdır. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 07 mart tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”na, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 28 aprel tarixli 250 nömrəli Sərəncamı ilə “Dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılmasının və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsinin təmin olunmasına dair Tədbirlər Planı” hazırlanmışdır. Həmin ərazidə aparılmış yerquruluşu işləri ilə bağlı əldə edilmiş məlumatlar sistemləşdirildikdən və elektron kadastr məlumat bazasına daxil edildikdən sonra, Abşeron Rayon Məhkəməsi tərəfindən qoyulmuş sualların cavablandırılması mümkün olacaqdır. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/2325 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-32/2-472/2023 nömrəli mütəxəssis rəyinə əsasən, dövlət aktına əsasən verilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş İddiaçı xx.xx.2013- cü il tarixli, **********75 reyestr nömrəli çıxarışa əsasən Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0,4875 ha torpaq sahəsi plan və ölçüsünün döngə nöqtələrinin koordinatları, Cavabdeh xx.xx.2020-ci il tarixli, **********17 reyestr nömrəli çıxarışa əsasən xüsusi mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0,198 ha torpaq sahəsini plan və ölçüsünün döngə nöqtələrinin koordinatları ilə elektron kadastr məlumat bazasında Abşeron rayonu, Saray kəndi “Saray” təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən və faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) qeydə alındığı üçün məhkəmə tərəfindən qoyulmuş sualların cavablandırılması ərazidə aparılmış yerquruluşu işləri ilə bağlı əldə edilmiş məlumatlar sistemləşdirildirdən və elektron kadastr məlumat bazasına daxil edildikdən sonra mümkün olacaqdır. “X10” MMC-nin xx.xx.2023-cü il tarixli, 127 saylı mütəxssis rəyindən görünür ki, aparılmış araşdırma zamanı GPS ölçü aparatı vasitəsilə tədqiq olunan torpaq sahəsinin mövcud vəziyyəti üzrə götürülmüş ölçüləri ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2013-cü il tarixli, RX seriyalı, ******* nömrəli, daşınmaz əmlakın dövlət reyestrində **********75 reyestr nömrəli, ********** qeydiyyat nömrəsi ilə xüsusi mülkiyyət hüququ əsasında qeydiyyata alınmış çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.4875 ha torpaq sahəsinin plan və ölçüsünün üst-üstə düşməsi, lakin sənəd (çıxarış) və natura üzrə koordinatlarının üst-üstə düşməməsi müəyyən edilmişdir. Belə ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən bu ərazi üzrə verilən bu və ya digər çıxarışlarda naturaya görə 50 metr şərq istiqamətdə və təqribi 9-15 metr şimal istiqamətdə koordinat sürüşməsi xətasının olması müşahidə olunmuşdur. Müəyyənləşdirilən torpaq sahələrinin naturada yerləşməsi xüsusi coğrafi informasiya sistemləri proqramları vasitəsilə tərtib olunan aerofotoplanda aydın şəkildə göstərilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli, daşınmaz əmlakın dövlət reyestrində **********17 reyestr nömrəli, ********** qeydiyyat nömrəsi ilə xüsusi mülkiyyət hüququ əsasında qeydiyyata alınmış çıxarışa əsasən Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.198 ha torpaq sahəsinin plan və ölçüsü faktiki yerləşdiyi torpaq sahəsinin yerində (naturada) ölçüləri ilə üst-üstə düşməsi, lakin sənəd və natura üzrə koordinatlarının koordinat sürüşməsi xətasının olması səbəbindən üst-üstə düşməməsi müəyyən edilmişdir. İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.4875 ha torpaq sahəsi ilə Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.198 ha torpaq sahəsinin naturada 0.0704 ha hissədə üst-üstə düşməsi müəyyən olunmuşdur. İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.4875 ha torpaq sahəsi ilə Cavabdeh naturada faktiki istifadəsində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.196 ha torpaq sahəsinin üst-üstə düşən 0.0704 ha hissəsində cavabdeh tərəfindən 12 sıra mişar daşı ilə inşa edilən hasar və 1 ədəd kiçik anbar tikilisinin, bir ədəd böyük anbar tiklisinin bir hissəsinin yerləşməsi müəyyən olunmuşdur. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/9586 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən tərtib olunmuş xx.xx.2013-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********75 reyestr nömrəli çıxarışa əsasən İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmış, Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0,4875 ha torpaq sahəsinin “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan koordinatların və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********17 reyestr nömrəli çıxarışa əsasən, Cavabdeh adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmış, Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0,198 ha torpaq sahəsinin “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan koordinatların həmin torpaq sahələrinin natura üzrə koordinatları ilə üst-üstə düşmədiyi müəyyən edilir. İddiaçı adına tərtib olunmuş xx.xx.2013-cü il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi və Cavabdeh adına tərtib olunmuş xx.xx.2020-ci il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan koordinatlara əsasən tərəflərin mülkiyyətinə verilmiş 0,4875 ha və 0,198 ha torpaq sahələrinin sənəd üzrə birbirinə bitişik yerləşən qonşu torpaq sahələri olduğu, üst-üstə düşmədiyi müəyyən edilmişdir. Lakin İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.4875 ha torpaq sahəsinin naturada müəyyən olunmuş ölçülərinə əsasən həmin torpaq sahəsinin 0,07 ha hissəsinin cavabdehin faktiki istifadəsində olan 0,199 ha torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyən edilmişdir. Həmin 0,07 ha hissədə cavabdehə məxsus hasar tikilisi, 1 ədəd kiçik anbar tikilisinin, bir ədəd böyük anbar tiklisinin bir hissəsi yerləşir. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, 76 saykl mütəxəssis rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2013-cü il tarixli, RX seriyalı, ******* nömrəli, daşınmaz əmlakın dövlət reyestrində **********75 reyestr nömrəli, ********** qeydiyyat nömrəsi ilə xüsusi mülkiyyət hüququ əsasında qeydiyyata alınmış çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.4875 ha torpaq sahəsinin plan və ölçüsündə qeyd edilmiş koordinatlar Google Yer proqramının ortofoto görüntüləri üzərində dəqiqləşdirilərkən məlum oldu kı, həmin koordinatlar onun naturadakı yeri ilə üst-üstə düşmür, 42 metr kənara, digər şəxslərə məxsus torpaq sahələri və yol ilə üst-üstə düşür. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli, daşınmaz əmlakın dövlət reyestrində 30801306S317 reyestr nömrəli, ********** qeydiyyat nömrəsi ilə xüsusi mülkiyyət huququ əsasında qeydiyyata alınmış çıxarışa əsasən. Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,198 ha torpaq sahəsinin plan və ölçüsündə qeyd edilmiş koordinatlar Google Yer proqramının ortofoto görüntüləri üzərində dəqiqləşdirilərkən məlum oldu ki, həmin koordinatlar onun naturadakı yeri ilə üst-ustə düşmür, 39 metr kənara, digər şəxslərə məxsus torpaq sahələri və yol ilə üst-üstə düşür. İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,4875 ha torpaq sahəsi ilə Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,198 ha torpaq sahəsi naturada üst-üstə düşmür, bitişik olmaqla həmsərhəddir. İddiaçı məxsus olan çıxarışda qeyd olunan torpaq sahəsində cavabdehə məxsus tikililər mövcud deyil. Cavabdehin inşa etdiyi daş hasar və tikililər ərazinin ona məxsus xx.xx.2020-ci il tarixli, daşınmaz əmlakın dövlət reyestrində **********17 reyestr nömrəli, ********** qeydiyyat nömrəsi ilə xüsusi mülkiyyət hüququ əsasında qeydiyyata alınmış çıxarışın işlənməsinə əsas olmuş pay torpaq sahələrinin bölgü layihəsinə əsasən faktiki istifadəsində və mülkiyyətində olan torpaq sahəsində inşa edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma və tikintinin sökülməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, torpaq mülkiyyət sahələrinə qanunsuz girərək, təyinatı bəlli olmayan tikinti işlərini aparan vətəndaş Cavabdeh ailələrinə aid torpaq sahələrinə girməsi ilə mülkiyyət hüquqlarının pozulmasının bərpa olunması, ərazilərində aparılan qanunsuz tikintilərin tam dayandırılması, mülkiyyətlərində olan torpaq sahələrinə qanunsuz girilərək aparılan tikinti-beton fundament inşaat işlərinin tam sökülməsi ilə sahələrinin 2013-cü ildə təyin olunmuş sərhəd koordinat nöqtəsinə qədər sökülməsinin təmin edilməsi haqqında qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, Abşeron rayonu, Saray qəsəbəsində 0,4875 ha torpaq sahəsi onun mülkiyyətindədir. Bu barədə onun adına RX ******* saylı, xx.xx.2013-cü il tarixli reyestrdən çıxarış verilmişdir. Bu torpaq sahəsinin 0,1060 ha hissəsinə 2021-ci ilin əvvəllərində iki şəxs tərəfindən müdaxilə olunmuş və mülkiyyət hüququ pozulmuşdur. Torpaq sahəsinə çıxarış verilərkən DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinin əməkdaşları tərəfindən sahənin X, Y koordinatları müəyyən olunmuşdur. Müdaxilə məhz bu koordinatların daxilindədir. Burada təyinatı bəlli olmayan tikinti işləri görülmüşdür. Müdaxilə torpaq sahəsinin X1 koordinat nöqtəsindən təxminən 13 metr, Y5 koordinat nöqtəsinə doğru 80 metr məsafəni əhatə edir. Cavabdeh bu əraziyə dair sənədinin olduğunu, torpaq sahəsini dəllal (makler) Elman adlı şəxs vasitəsilə əldə etdiyini, torpaq sahəsinin ona DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinin əməkdaşları tərəfindən sahənin əməkdaşları tərəfindən ölçülüb verildiyini bildirmişdir. Lakin hər iki tərəfin iştirakı ilə qurumun əmıkdaşlarının sahəyə dəvət edilməsi barədə cavabdeh vədinə əməl etməmişdir. Oradakı tikinti işlərinin dayandırılması barədə müraciət edilsə də, cavabdeh buna məhəl qoymamışdır. Sahənin zəbt edilməsi ilə bağlı bir sıra qurumlara müraciət edilmiş, oradan isə məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İddiaçı MPM-nin 53-cü maddəsinə istinad edərək məhkəmədən Cavabdeh tərəfindən İddiaçı məxsus Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0,4875 ha torpaq sahəsinə sahiblik etməsinin və həmin torpaq sahəsinin üzərində tikili tikməsinin qanunsuz hesab edilməsi, cavabdeh və digər şəxslərə Cavabdeh İddiaçı məxsus Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0,4875 ha torpaq sahəsində hər hansı tikinti-təmir işlərinin görülməsinin qadağan edilməsi, iddiaçıya məxsus torpaq sahəsinin üzərində tikilmiş tikilinin cavabdeh tərəfindən onun öz hesabına sökülməsi, pozulmuş hüquqların bərpası ilə bağlı iddiaçı tərəfindən xərclənmiş 1100 manat pul və 100 manat dövlət rüsumunun əvəzi, habelə ekspertizalarla bağlı ödənilmiş 595 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti X9 bildirmişdir ki, sözügedən ərazilərdə yerləşən iddiaçıya və cavabdehə məxsus torpaq sahələrinin koordinatlarında, eləcə də qeydiyyata alınmış digər qonşu torpaq sahələrinin koordinatlarında naturaya görə 50 metr şərq istiqamətdə və təqribi 9-15 metr şimal istiqamətdə koordinat sürüşməsi xətasının olması müşahidə olunmuşdur. xx.xx.2013-cü il qeydiyyat tarixli reyestrdən çıxarışa əsasən İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmış, Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0,4875 ha torpaq sahəsinin “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan koordinatların və xx.xx.2020-ci il qeydiyyat tarixli reyestrdən çıxarışa əsasən Cavabdeh adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmış, Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0,198 ha torpaq sahəsinin “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan koordinatları həmin torpaq sahələrinin natura üzrə koordinatları ilə üst-üstə düşmür. Baxış zamanı aparılmış ölçü işləri əsasında müəyyən olunmuşdur ki, cavabdehin faktiki istifadəsində olan torpaq sahəsi 0,199 ha təşkil edir. Həmin ərazidə yerləşən qeydiyyata alınmış ərazilərin faktiki vəziyyətə uyğun planlı yerləşməsi zamanı müəyyən olunur ki, İddiaçı mülkiyyətində olan 0.4875 ha torpaq sahəsinin 0,07 ha hissəsi cavabdehin faktiki istifadəsində olan 0,199 ha torpaq sahəsinin hüdudları daxilində yerləşir. Həmin 0,07 ha hissədə cavabdehə məxsus hasar tikilisinin, 1 ədəd kiçik anbar tikilisinin, bir ədəd böyük anbar tikilisinin bir hissəsi yerləşir. İddiaçı adına tərtib olunmuş xx.xx.2013-cü il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi və Cavabdeh adına tərtib olunmuş xx.xx.2020-ci il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan koordinatlara əsasən tərəflərin mülkiyyətinə verilmiş 0,4875 ha və 0,198 ha torpaq sahələrinin sənəd üzrə birbirinə bitişik yerləşən qonşu torpaq sahələri olduğu, üst-üstə düşmədiyi müəyyən edilmişdir. Lakin İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.4875 ha torpaq sahəsinin naturada müəyyən olunmuş ölçülərinə əsasən həmin torpaq sahəsinin 0,07 ha hissəsinin cavabdehin faktiki istifadəsində olan 0,199 ha torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyən edilmişdir. Həmin 0,07 ha hissədə cavabdehə məxsus hasar tikilisi, 1 ədəd kiçik anbar tikilisinin, bir ədəd böyük anbar tiklisinin bir hissəsi yerləşir. Ekspert Mərkəzin xx.xx.2024-cü il tarixli rəyini təsdiq etdiyini bildirdi. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-47/2024 nömrəli qətnaməsi ilə iddia ərizəsinin təmin edilməməsi, iş üzrə ödənilmiş dövlət rüsumu və digər məhkəmə xərcləri iddiaçının özünə aid edilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri kimi 100 (50+50) manat pulun İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi, mütəxəssis tədqiqatlarının aparılması üçün ödənilmiş vəsaitin iddiaçının özünə aid edilməsi qət edilmişdir (hakim Habil Əhmədov). Birinci instansiya məhkəməsi gəldiyi nəticəni «İnsan hüquqları haqqında Ümumi Bəyannamə»nin 8-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ hissəsi və 60-cı maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 152.1, 152.5, 157.4, 170.2-ci maddələri, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli 818 saylı Fərmanının 2.3-cü bəndi, “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 30 iyul 2008-ci il tarixli Qərarındakı hüquqi mövqeyi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 107, 119.1 və 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayəti verib, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-47/2024 saylı qətnamə iddianın təmin olunmuş hissəsində ləğv edilməsi və iddia tələbinin tam həcmdə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxan birinci instansiya məhkəməsi əsassız olaraq iddia tələbini təmin etməmiş və bu mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının çıxarışda qeyd edilən 0,4875 ha torpaq sahəsi onun naturada istifadə etdiyi torpaq sahəsindən 42 metr, cavabdehin çıxarışda qeyd edilən 0,198 ha torpaq sahəsi onun naturada istifadə etdiyi torpaq sahəsindən 39 metr kənarda yerləşir. Başqa sözlə, torpaq sahələrinin sənədləri ilə onların istifadəsində uyğunsuzluqların mövcud olması iş materiallarındakı rəy və sxemlərlə təsdiq edilir. Belə olan halda, məhkəmə qeyd edir ki, iddiaçı ilk öncə sənəddə qeyd edilən torpaq sahəsi ilə faktiki istifadə etdiyi torpaq sahəsindəki uyğunsuzluğu aradan qaldırmalı, bundan sonra isə zəbt etmə halı varsa, bu barədə iddia qaldırmalıdır. Hazırki mərhələdə isə İddiaçı iddiası təmin edilməməldir, bu nəticəyə gələrkən məhkəmə hər iki tərəfin reyestr çıxarışlarındakı torpaq sahələrinin qonşuluqda yerləşməsini və üst-üstə düşməməsini nəzərə alır. Faktiki istifadə edilən torpaq sahələrindəki kəsişmə və ya zəbt edilmə halı isə mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilə bilməz. Hazırki halda İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarıla və qanunsuz tikilinin sökülməsi barədə tələbinin hüquqi əsası yoxdur və buna görə də təmin oluna bilməz. Bu mülahizə ilə bağlı bildirmək istəyirəm ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən tərtib olunmuş xx.xx.2013-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********75 reyestr nömrəli çıxarışa əsasən İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. Onun adına xx.xx.2013-cü il tarixli, AA 003402 saylı torpaq sahəsinin planı və ölçüsü tərtib olunmuşdur. İş üzrə keçirilən məhkəmə iclasında çıxış edən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti X9 bildirmişdir ki, İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.4875 ha torpaq sahəsinin naturada müəyyən olunmuş ölçülərinə əsasən həmin torpaq sahəsinin 0,07 ha hissəsinin cavabdehin faktiki istifadəsində olan 0,199 ha torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyən edilmişdir. Həmin 0,07 ha hissədə cavabdehə məxsus hasar tikilisi, 1 ədəd kiçik anbar tikilisinin, bir ədəd böyük anbar tiklisinin bir hissəsi yerləşir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024cü il tarixli rəyini təsdiq etdiyini bildirmişdir. Bundan başqa, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin xx.xx.2021-ci il tarixli məktubunda İddiaçı mülkiyyətində olan adıçəkilən torpaq sahəsinə yerində keçinlrmş texniki baxış zamanı sənəd üzrə torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının tanıdıldığı, digər torpaq sahələri ilə üst-üstə düşmədiyi, sənəd üzrə torpaq sahəsinin 0.1060 ha hıssəsində kənar şəxslər tərəfindən tikinti işlərinin aparıldığı qeyd edilmişdir. İş materiallarında olan “X10” MMC-nin xx.xx.2023-cü il tarixli, 127 saylı mütəxssis rəyinə əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.4875 ha torpaq sahəsi ilə Cavabdeh naturada faktiki istifadəsində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.196 ha torpaq sahəsinin üst-üstə düşən 0.0704 ha hissəsində cavabdeh tərəfindən 12 sıra mişar daşı ilə inşa edilən hasar və 1 ədəd kiçik anbar tikilisinin, bir ədəd böyük anbar tiklisinin bir hissəsinin yerləşməsi müəyyən olunmuşdur. Həmçinin, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2- 10/9586 saylı rəyinə əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.4875 ha torpaq sahəsinin naturada müəyyən olunmuş ölçülərinə əsasən həmin torpaq sahəsinin 0,07 ha hissəsinin cavabdehin faktiki istifadəsində olan 0,199 ha torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyən edilmişdir. Həmin 0,07 ha hissədə cavabdehə məxsus hasar tikilisi, 1 ədəd kiçik anbar tikilisinin, bir ədəd böyük anbar tiklisinin bir hissəsi yerləşir. Şərh edilənlərdən də göründüyü kimi Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.4875 ha torpaq sahəsinin İddiaçı mülkiyyətində olması və həmin torpaq sahəsinin 0,07 ha hissəsinin cavabdehin faktiki istifadəsində olan 0,199 ha torpaq sahəsinin hüdudları daxilində yerləşməsi, başqa sözlə iddiaçının mülkiyyətində olan 0,07 ha torpaq sahəsinin cavabdeh tərəfindən qanunsuz istifadə edilməsi və həmin ərazidə cavabdehə məxsus hasar tikilisi, 1 ədəd kiçik anbar tikilisinin, bir ədəd böyük anbar tiklisinin bir hissəsi yerləşməsi iş üzrə təyin edilmiş ekspert rəyləri ilə sübut edilib. Lakin, bu sübutları heçə sayan məhkəmə Qətnamənin 11-ci səhifəsində qeyd edir ki, “Hazırkı halda cavabdehin torpaq sahəsi və tikililərin iddiaçıya məxsus torpaq sahəsinə düşməsi sübut olunmur”. Məhkəmənin bu mülahizəsi bir daha sübut edir ki, məhkəmə ekspert və mütəxəssis rəylərini ümumiyyətlə nəzərə almamış, cavabdehin mənafeyinə uyğun formada şəxsi mülahizələrdən çıxış edərək qətnamə qəbul etmişdir. Digər tərəfdən, işə baxan məhkəmə Qətnamədə qeyd edib ki,iddiaçı ilk öncə sənəddə qeyd edilən torpaq sahəsi ilə faktiki istifadə etdiyi torpaq sahəsindəki uyğunsuzluğu aradan qaldırmalı, bundan sonra isə zəbt etmə halı varsa, bu barədə iddia qaldırmalıdır. Bu mülahizə ilə bağlı bildirmək istəyirəm ki, iddia tələbi cavabdehin iddiaçıya məxsus torpaq sahəsinə sahiblik etməsinin və həmin torpaq sahəsinin üzərində tikili tikməsinin qanunsuz hesab edilməsi, cavabdeh və digər şəxslərə İddiaçı məxsus Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0,4875 ha torpaq sahəsində hər hansı tikinti-təmir işlərinin görülməsinin qadağan edilməsi, iddiaçıya məxsus torpaq sahəsinin üzərində tikilmiş tikilinin cavabdeh tərəfindən onun öz hesabına sökülməsi ilə bağlıdır. İddiaçıya məxsus torpaq sahəsinə dair sənədlərdə qeyd edilən torpaq sahəsi ilə faktiki istifadə etdiyi torpaq sahəsindəki uyğunsuzluğun olması cavabdehin iddiaçıya məxsus torpaq sahəsindən qanunsuz istifadə etməsinə və həmin ərazida tikinti işləri aparmasına əsas deyil. Bu halda belə bir sual yaranır ki, əgər məhkəmə araşdırmasının nəticəsində cavabdehin iddiaçıya məxsus sözügedən torpaq sahəsindən qanunsuz istifadə etməsi və həmin ərazidə təmir-tikinti işlərini görməsi sübuta yetirilibsə, məhkəmə niyə görə iddia tələbini rədd edir?! Ümumiyyətlə, əgər hər hansı şəxs tərəfindən iddiaçıya qarşı ona məxsus torpaq sahəsinə dair sənədlərdə qeyd edilən torpaq sahəsi ilə faktiki istifadə etdiyi torpaq sahəsindəki uyğunsuzluğun olmasına dair məhkəmədə iddia qaldırılmayıbsa, məhkəmə hansı əsasla bu məsələni hazırki iddia tələbinin təmin edilməməsi üçün səbəb kimi göstərir?! Digər tərəfdən, məhkəmə Qətnamədə qeyd edir ki, “İddiaçı iddiası təmin edilməməldir, bu nəticəyə gələrkən məhkəmə hər iki tərəfin reyestr çıxarışlarındakı torpaq sahələrinin qonşuluqda yerləşməsini və üst-üstə düşməməsini nəzərə alır. Faktiki istifadə edilən torpaq sahələrindəki kəsişmə və ya zəbt edilmə halı isə mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilə bilməz”. Məhkəmənin bu mülahizəsi isə tamamilə absurddur. Hər iki tərəfin reyestr çıxarışlarındakı torpaq sahələrinin qonşuluqda yerləşməsi və üst-üstə düşməməsini əsas göstərən məhkəmə əsas məsələni diqqətdən kənar saxlamışdır. İddia tələbindən və ümumiyyətlə işin hallarından da göründüyü kimi sözügedən mübahisə sənəd üzrə deyil, sözügedən torpaq sahəsindən faktiki istifadə zamanı yaranmış mübahisə və qanunsuz zəbtlə bağlıdır. Məhkəmə isə heç bir əsas göstərmədən, ekspert rəylərini, iş üzrə prosesdə iştirak edən mütəxəssisin rəyini heçə sayaraq faktiki istifadə edilən torpaq sahələrindəki kəsişmə və ya zəbt edilmə halını mülkiyyət hüququnun pozulması kimi qiymətləndirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İndiki halda iddiaçı ona məxsus torpaq sahəsindən mülkiyyət hüququ əsasında tam şəkildə istifadə edə bilmir, bu torpaq sahəsinə münasibətdə qanunsuz zəbt halı var və bu baxımdan mülkiyyət hüququnun təmin olunmasından söhbət gedə bilməz. Lakin, işə baxan məhkəmə maddi hüquq normasının tələbini kobud surətdə pozmuş və iddiaçının mülkiyyət hüququnun pozulmasını inkar etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin88ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam 6. Maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər Sıra № Maddi hüquq norması Maddi hüquq normasının pozulmasına və ya düzgün tətbiq edilməməsinə dair mövqe (dəlillər) 1 Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İşə baxan birinci instansiya məhkəməsi əsassız olaraq iddia tələbini təmin etməmiş və bu mövqeyini onunla əsaslandırmışdır ki, “iddiaçının çıxarışda qeyd edilən 0,4875 ha torpaq sahəsi onun naturada istifadə etdiyi torpaq sahəsindən 42 metr, cavabdehin çıxarışda qeyd edilən 0,198 ha torpaq sahəsi onun naturada istifadə etdiyi torpaq sahəsindən 39 metr kənarda yerləşir. Başqa sözlə, torpaq sahələrinin sənədləri ilə onların istifadəsində uyğunsuzluqların mövcud olması iş materiallarındakırəy və sxemlərlə təsdiq edilir. Belə olan halda, məhkəmə qeyd edir ki, iddiaçı ilk öncə sənəddə qeyd edilən torpaq sahəsi ilə faktiki istifadə etdiyi torpaq sahəsindəki uyğunsuzluğu aradan qaldırmalı, bundan sonra isə zəbt etmə halı varsa, bu barədə iddia qaldırmalıdır. Hazırki mərhələdə isə İddiaçı iddiası təmin edilməməldir, bu nəticəyə gələrkən məhkəmə hər iki tərəfin reyestr çıxarışlarındakı torpaq sahələrinin qonşuluqda yerləşməsini və üst-üstə düşməməsini nəzərə alır. Faktiki istifadə edilən torpaq sahələrindəki kəsişmə və ya zəbt edilmə halı isə mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilə bilməz. Hazırki halda İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarıla və qanunsuz tikilinin sökülməsi barədə tələbinin hüquqi əsası yoxdur və buna görə də təmin oluna bilməz”. Bu mülahizə ilə bağlı bildirmək baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.4875 ha torpaq sahəsinin İddiaçı mülkiyyətində olması və həmin torpaq sahəsinin 0,07 ha hissəsinin cavabdehin faktiki istifadəsində olan 0,199 ha torpaq sahəsinin hüdudları daxilində yerləşməsi, başqa sözlə iddiaçının mülkiyyətində olan 0,07 ha torpaq sahəsinin cavabdeh tərəfindən qanunsuz istifadə edilməsi və həmin ərazidə cavabdehə məxsus hasar tikilisi, 1 ədəd kiçik anbar tikilisinin, bir ədəd böyük anbar tiklisinin bir hissəsi yerləşməsi iş üzrə təyine dilmiş ekspert rəyləri ilə sübut edilib. Lakin, işə baxan məhkəmə Qətnamədə qeyd etmişdir ki,mübahisələndirilən (naturada yerləşən) torpaq sahələri tərəflərin faktiki istifadəsindədir. Hazırki halda iddiaçının mülkiyyətində olan torpaq sahəsinə dair hüquq müəyyənedici sənədi ona indiki iddianı qaldırmağa hüquqi əsas vermir. Yuxarıda da qeyd edildiyi kimi, iddiaçı özünə məxsus torpaq sahəsinin faktiki ölçüləri ilə hüquq müəyyənedici sənəddə göstərilən ölçülərə uyğunlaşdırmalı və bundan sonra, müdaxilə faktı varsa, onun aradam qaldırılması barədə hüquqi mexanizmlərdən istifadə etməlidir. Hazırkı halda cavabdehin torpaq sahəsi və tikililərin iddiaçıya məxsus torpaq sahəsinə düşməsi sübut olunmur. İşə baxan məhkəmə qətnamədə "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, 76 saykl mütəxəssis rəyinə istinad edir, hansı ki həmin rəyin verilməsi ilə bağlı iddiaşı tərəfin xəbəri olmamış və tamamilə əsassız tərtib olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Lakin, işə baxan məhkəmə cavabdehin faktiki olaraq sahiblik etdiyi torpaq sahəsini ona satan Elman adlı vasitəçini prossə dəvət edib işin real əsaslarını araşdırmamaqla, yuxarıda qeyd edilən Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2- 10/9586 saylı rəyini və “X10” MMC-nin xx.xx.2023-cü il tarixli, 127 saylı mütəxssis rəyini nəzərə almamaqla iddiaçının konstitusion hüquqlarını pozmuşdur. Məhkəmə prosesində iddiaçının nümayəndəsi tərəfindən hakimə dəfələrlə bildirildiyi halda halda onun tərəfindən nəzərə alınmayan müəyyən hallar olmuşdur. Belə ki, 2013-cü ildə Abşeron rayonu Saray qəsəbəsi üzrə 4 saylı Ərazi idarəsindən 2013-cü ildə alınmış rəsmi çıxarışa əsasən (xx.xx.2001 il 14 saylı Abşeron RİH Başçısının Saray qəs. üzrə İcra Nümayəndəsinin sərəncamından çıxarışla ayrılmış) koordinat nöqtələri üzrə hər il traktorla qazılarağ xətlənən iddiaçıya məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzrə Cavabdeh tərəfindən 2020-ci ilin sonunda alınmış sənədlə 8 il sonra 2021-ci ildə əsassız olaraq zəbt edilmiş və cavabdeh 2020-ci ildə Nazirlər Kabinetinin COVİD 19 pandemiya dövrü ilə əlaqəli tədbirlər haqqında 28 fevral 2020-ci il 73-1 nömrəli qərarı və digər aktların tələblərini pozaraq xüsusi karantin dövrünün tələb və şərtlərinə əməl etməyərək əraziyə qanunsuz daxil olmuşdur, məhkəmə isə bu halları nəzərə almamışdır. Şərh edilənlərdən də göründüyü kimi işə baxan məhkəmə qeyd edilən sübutları hərtərəfli və tam araşdırmamış, işin hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Cavabdeh apellyasiya şikayətinə qarşı yazılı etiraz ünvanlayaraq təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdeh etirazı onunla əsaslandırmışdır ki, Abşeron rayon Məhkəməsinin xx.xx.2024- cü il tarixli 2(012)-47/2024 nömrəli qətnaməsi iddiaçıya münasibətdə qanunidir və əsaslıdır. Belə ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(012)- 3369/2022 nömrəli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin mütəxəssisləri cəlb edilməklə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3- 21-3-32/2-472/2013 nömrəli məktubu ilə mütəxəssis rəyi təqdim edilmişdir. Rəydə araşdırmanın nəticəsi olaraq, aşağıdakılar qeyd edilir: Dövlət Aktına əsasən verilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş İddiaçı xx.xx.2013-cü il tarixli, **********75 reyestr nömrəli çıxarışa əsasən Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0.4875 ha torpaq sahəsini plan və ölçüsünün döngə nöqtələrinin koordinatları, Cavabdeh xx.xx.2020-ci il tarixli, **********17 reyestr nömrəli çıxarışa əsasən Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0.198 ha torpaq sahəsini plan və ölçüsünün döngə nöqtələrinin koordinatları ilə elektron kadastr məlumat bazasında Abşeron rayonu, Saray kəndi "Saray" təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən və faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) qeydə alındığı üçün məhkəmə tərəfindən qoyulmuş sualların cavablandırılması mümkün olmamışdır. Bildirirlər ki, "Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 07 mart tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları"na, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 28 aprel tarixli 250 nömrəli Sərəncamı ilə "Dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılmasının və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsinin təmin olunmasına dair Tədbirlər Planı hazırlanmışdır. Ərazidə aparılmış yerquruluşu işləri ilə bağlı əldə edilmiş məlumatlar sistemləşdirildikdən və elektron kadastr məlumat bazasına daxil edildikdən sonra, Abşeron Rayon Məhkəməsi tərəfindən qoyulmuş sualların cavablandırılması mümkün olacaqdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(012)- 3369/2022 nömrəli qərardadı ilə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası üzrə Məhkəmə Ekspertiza Mərkəzinin 25 aprel 2023-cü il tarixli 10/2325 nömrəli ekspert rəyində Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-32/2- 472/2013 mütəxəssis rəyinə istinad edilmiş və eyni məzmunlu ekspertiza rəyini məhkəməyə təqdim edilmişdir. Bundan başqa, “X18 və Ekspertiza Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin 09 aprel 2024-cü il tarixli 76 nömrəli mütəxəssis rəyinə əsasən müəyyən olunur ki: 1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2013-cü il tarixli, RX seriyalı, ******* nömrəli, daşınmaz əmlakın dövlət reyestrində **********75 reyestr nömrəli, ********** qeydiyyat nömrəsi ilə xüsusi mülkiyyət hüququ əsasında qeydiyyata alınmış çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,4875 ha torpaq sahəsinin plan və ölçüsündə qeyd edilmiş koordinatlar Google Yer proqramının ortofoto görüntüləri üzərində dəqiqləşdirilərkən məlum oldu ki, həmin koordinatlar onun naturadakı yeri ilə üst-üstə düşmür 42 metr kənara, digər şəxslərə məxsus torpaq sahələri və yol ilə üst-üstə düşür. 2. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 09.022020-ci il tarixli, daşınmaz əmlakın dövlət reyestrində **********17 reyestr nömrəli ********** qeydiyyat nömrəsi ilə xüsusi mülkiyyət hüququ əsasında qeydiyyata alınmış çıxarışa əsasən, Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.198 ha torpaq sahəsinin plan və ölçüsündə qeyd edilmiş koordinatlar Google Yer proqramının ortofoto görüntüləri üzərində dəqiqləşdirilərkən məlum oldu ki, həmin koordinatlar onun naturadakı yeri ilə üst-üstə düşmür, 39 metr kənara, digər şəxslərə məxsus torpaq sahələri və yol ilə üst-üstə düşür. 3. İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,4875 ha torpaq sahəsi ilə Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,198 ha torpaq sahəsi naturada üst-üstə düşmür, bitişik olmaqla həmsərhəddir. 4. İddiaçı məxsus olan çıxarışda qeyd olunan torpaq sahəsində cavabdehə məxsus tikililər mövcud deyil. Cavabdehin inşa etdiyi daş hasar və tikililər ərazinin ona məxsus xx.xx.2020-ci il tarixli, daşınmaz əmlakın dövlət reyestrində **********17 reyestr nömrəli, ********** qeydiyyat nömrəsi ilə xüsusi mülkiyyət hüququ əsasında qeydiyyata alınmış çıxarışın işlənməsinə əsas olmuş pay torpaq sahələrinin bölgü layihəsinə əsasən faktiki istifadəsində və mülkiyyətində olan torpaq sahəsində inşa edilmişdir. Bundan başqa, Abşeron rayonu Saray qəsəbəsində yerləşən başqa torpaq sahəsi ilə Abşeron Rayon Məhkəməsinin icraatında olan başqa analoji iş üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-32/2-15939 nömrəli məktubu məhkəməyə təqdim edilmişdir. Həmin məktubun 3-cü və 4-cü abzasında qeyd edilir ki, "Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanının 2.3-cü bəndinin icrası ilə bağlı Abşeron rayonu o cümlədən Saray qəsəbəsi ərazisində fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki torpaq sahələrinin faktiki koordinatları qeydiyyata alınmışdır Hazırda əldə edilmiş məlumatların təhlili və sistemləşdirilməsi işləri aparılır. Torpaq sahələrinin qeydiyyata alınmış faktiki koordinatları əsasında aparılan təhlillər və sistemləşdirilmə işləri başa çatdırıldıqdan və elektron kadastr məlumat bazasında müvafiq düzəlişlər aparıldıqdan sonra torpaq sahələrinin hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların aradan qaldırılması tamin ediləcəkdir (iş materiallarına əlavə edilmişdir). Bundan başqa, Abşeron rayonu Saray qəsəbəsində yerləşən başqa torpaq sahəsi ilə Abşeron Rayon Məhkəməsinin icraatında olan başqa analoji iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 dekabr 3-16-16/2- 10/8566 nömrəli ekspert rəyi məhkəməyə daxil olmuşdur. Həmin rəydə qeyd edilir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Reyestri" publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-332/2-9258/2023 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, X16 məxsus Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən torpaq sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş, AA 017563 saylı, xx.xx.2009-cu il tarixli, **********80 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsündə (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2009-cu il qeydiyyat tarixli çıxarış əsasında) göstərilən torpaq sahəsinin koordinatları ilə X11 3/15 hissədə pay hüququ ilə məxsus olan Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən torpaq sahəsi (Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş **********13 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarış əsasında) göstərilən torpaq sahəsinin koordinatları elektron kadastr məlumat bazasında Abşeron rayonu, Saray kəndi "Saray" təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən və faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) qeydə alındığı üçün məhkəmə tərəfindən qoyulmuş sualların cavablandırılması mümkün olmamışdır. Bildirirlər ki, "Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 07 mart tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydalarına, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 28 aprel tarixli 250 nömrəli Sərəncamı ilə "Dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılmasının və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsinin təmin olunmasına dair Tədbirlər Planı" hazırlanmışdır. Nəzərinizə çatdırırıq ki, ərazidə aparılmış yerquruluşu işləri ilə bağlı əldə edilmiş məlumatlar sistemləşdirildikdən və elektron kadastr məlumat bazasına daxil edildikdən sonra, Abşeron Rayon Məhkəməsi tərəfindən qoyulmuş sualların cavablandırılması mümkün olacaqdır. İddiaçı yeganə sübut kimi istinad etdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 fevral 3-16-16/2- 10/9586 nömrəli ekspert rəyi ilə bağlı bildiririk ki, həmin rəy əsassız olduğundan, heç bir əsaslandırma aparılmadığından sübut kimi nəzərə alına bilməz. Belə ki, rəyin 5-ci səhifəsində birinci abzasda qeyd edilir ki, mərkəzə təqdim edilmiş "kadastrportali.az" elektron kadastr portalından görünür ki, sözügedən ərazilərdə yerləşən iddiaçıya və cavabdehə məxsus torpaq sahələrinin koordinatlarında, eləcə də qeydiyyata alınmış digər qonşu torpaq sahələrinin koordinatlarında naturaya görə 50 metr şərq istiqamətdə və təqribi 9-15 metr şimal istiqamətdə koordinat sürüşməsi xətasının olması müşahidə olunur. İlk olaraq, məhkəmənin nəzərinə çatdırırıq ki, "kadastrportali.az" saytı mövcud deyil, Azərbaycan Respublikasının milli domeni olan “.az”-la belə bir sayt qeydiyyatdan keçməmişdir. Bundan başqa, torpaq sahələrinin koordinatlarında naturaya görə 50 metr şərq istiqamətdə və təqribi 9-15 metr şimal istiqamətdə koordinat sürüşməsi xətası bağlı bildiririk ki, qeyd edilən ölçülərdə sürüşmənin əsaslandırılması aparılmamışdır. Məhkəmə iclasında dəvət olunmuş ekspertə də tərəfimizdən sürüşmənin ölçüsü necə müəyyən edilməsi soruşulmuşdur. Lakin heç bir əsaslandırma aprılmamış, bu suala cavab verilməmişdir. Beləliklə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 fevral 3-16-16/2-10/9586 nömrəli ekspert rəyində sürüşmənin məhz 50 metr olmasını əsaslandırmamış, heç bir ağlabatan sübuta istinad etməmişdir. Göründüy kimi, iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 fevral 3-16-16/2-10/9586 nömrəli ekspert rəyi ilə aşağıdakı sübutlar arasında ciddi ziddiyyət mövcuddur:

1. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3- 21-3-32/2-472/2013 nömrəli mütəxəsis rəyi;

2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 25 aprel 2023-cü il tarixli 10/2325 nömrəli ekspert rəyi;

3. Abşeron rayonu Saray qəsəbəsində yerləşən başqa torpaq sahəsi ilə Abşeron Rayon Məhkəməsinin icraatında olan başqa analoji iş üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3- 21-3-32/2-15939 nömrəli məktubu;

4. Abşeron rayonu Saray qəsəbəsində yerləşən başqa torpaq sahəsi ilə Abşeron Rayon Məhkəməsinin icraatında olan başqa analoji iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 dekabr 3-16-16/2-10/8566 nömrəli ekspert rəyi; 5. “X18 və Ekspertiza Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin 09 aprel 2024-cü il tarixli 76 nömrəli mütəxəssis rəyi; İddiaçının nümayəndəsi və vəkili Vəkil2 etiraza mülahizə ünvanlayaraq göstərmişdir ki, cavabdehin vəkili Elxan Əlitahirli tərəfindən apellyasiya şikayətinə dair yüklədiyi etiraz onun birinci instansiya məhkəməsində təqdim etdiyi əsassız mülahizələrin yenidən təkrarıdır. Belə ki, təqdim edilən etirazda cavabdeh Apşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il il tarixli 2(012)-3369/2022 nömrəli qərardadı ilə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası üzrə 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2023 tarixli, 3-21-3- 32/2-472/2023 saylı mütəxəssis rəyinə və eyni məzmunlu Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023 tarixli, 10/2325 saylı mütəxəssis rəyinə istinad etmişdir. Bununla bağlı məhkəmənin diqqətinə çatdırmaq istəyirlər ki, yuxarıda göstərilən hər iki rəydə ekspert və mütəxəsislərin qarşısında qoyulmuş sualara cavab verilmədiyi səbəbindən tərəflərindən vəsatət verilmiş və həmin vəsatətə əsasən məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixdə təkrar tikinti-texniki ekpertiza keçirilməsi ilə bağlı yekun qərardad qəbul edilmişdir. Beləliklə göründüyü kimi, cavabdeh tərəf mahiyyəti üzrə məhkəmə tərəfindən qoyulmuş heç bir suala cavab verməyən natamam, bir-birini təkrarlayan rəylərə istinad edərək apellyasiya məhkəməsində yalnış mövqe formalaşdırmaq istəyir. Bunun əksinə isə, cavabdehin etiraz ərizəsində istinad etmədiyi, məhkəmə tərəfindən verilmiş suallara mahiyyəti üzrə cavab verən Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/9586 saylı rəyində qeyd edilən əsas məqamlara dair etiraz da heç bir qeyd aparılmamışdır. Beləki, sözügedən yekun rəyin nəticəsində ekspert müəyyən etmişdir ki: “İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.4875 ha torpaq sahəsinin naturada müəyyən olunmuş ölçülərinə əsasən həmin torpaq sahəsinin 0,07 ha hissəsinin cavabdehin faktiki istifadəsində olan 0,199 ha torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyən edilmişdir. Həmin 0,07 ha hissədə cavabdehə məxsus hasar tikilisi, 1 ədəd kiçik anbar tikilisinin, bir ədəd böyük anbar tiklisinin bir hissəsi yerləşir”. Bundan başqa məhkəmənin diqqətinə çatdırmaq istəyirlər ki, iddiaçı daha öncə dəfələrlə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edərək ona məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.4875 ha torpaq sahəsinin zəbt olunaraq tikinti işləri aparılan hissəsinin ölçülərinin müəyyən edilməsinə və qanunsuz tikilinin qarşısının alınmasına köməklik göstərilməsini xahiş etmişdir. Qurum tərəfindən iddiaçıya ünvanlanan cavab məktublarına əsasən isə İddiaçı məxsus torpaq sahəsinə yerində keçirilmiş texniki baxış zamanı sənəd üzrə torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının tanıdıldığı, digər torpaq sahələri ilə üst-üstə düşmədiyi, sənəd üzrə torpaq sahəsinin 0.1060 ha hissəsində kənar şəxslər tərəfindən tikinti işlərinin aparıldığı bildirilmişdir. Cavab məktublarından da göründüyü kimi, 2 fakt, yəni, iddiaçıya məxsus torpaq sahəsinin digər torpaq sahələri ilə üst-üstə düşmədiyi və sözügedən torpaq sahəsinin 0.1060 ha hissəsində kənar şəxslər tərəfindən tikinti işlərinin aparıldığı müəyyən edilmişdir. Göründüyü kimi cavabdeh, məhkəmə işində olan və birinci instansiya məhkəməsi zamanı dəfələrlə bildirdiyimiz Azərbaycan Respublikası ƏMD Reyestr Xidməti Rəhbərliyinin 10 yaxın rəsmi təsdiq məktublarında da göstərilən cavablara ona sərf etmədiyi üçün istinad etməmişdir. Cavabdehin etirazında istinad etdiyi növbəti sənəd isə, onun öz təşşəbbüsü nəticəsində öz sifarişinə əsasən tərtib edilən “X18 və Ekspertiza Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin 09 aprel 2024-cü il tarixli 76 nömrəli mütəxəssis rəyidir. Hesab edirik ki, qeyd olunan qondarma rəy tamamı ilə əsassızdır. Belə ki, “X18 və Ekspertiza Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti özəl hüquqi şəxsdir və onun tərəfindən təqdim edilən rəyin yalnış olmasına görə heç bir məsuliyyət daşımır. Hazırda sözügedən formada özəl rəyi pul qarşısında almağın mümkünlüyü məhkəməyə də bəlli olan bir faktır. Bunun əksinə isə Abşeron Rayon Məhkəməsinin müvafiq qərardadına əsasən təyin edilmiş “X10” MMC-nin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyində də zəbt faktı öz əksini tapmışdır. Lakin yuxarıda göstərilən sübutlar kimi, bu sübuta da etiraz da heç bir münsasibət bildirilməmişdir. Həmçinin, iş üzrə keçirilən məhkəmə iclasında çıxış edən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti X9 bildirmişdir ki, İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.4875 ha torpaq sahəsinin naturada müəyyən olunmuş ölçülərinə əsasən həmin torpaq sahəsinin 0,07 ha hissəsinin cavabdehin faktiki istifadəsində olan 0,199 ha torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyən edilmişdir. Həmin 0,07 ha hissədə cavabdehə məxsus hasar tikilisi, 1 ədəd kiçik anbar tikilisinin, bir ədəd böyük anbar tiklisinin bir hissəsi yerləşir. Ekspert Mərkəzin xx.xx.2024-cü il tarixli rəyini təsdiq etdiyini bildirmişdir. Beləliklə təqdim edilmiş, etirazda cavabdeh 1-ci instansiya məhkəməsində iddiaçının lehinə olan aşağıdakı sübutlar istinad etməmişdir: 1) Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/9586 saylı rəyi, 2) Məhkəmənin qərardadlarına əsasən təyin edilmiş X5 xx.xx.2023-cü il tarixli mütəxəssis rəyi, 3) Azərbaycan Respublikası ƏMD Reyestr Xidməti Rəhbərliyinin 10 yaxın rəsmi təsdiq məktubları, 4) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti X4 məhkəmədə təqdim etdiyi izahat Bunun əvəzinə isə aşağıda sadalanan natamam sübutlara istinad etmişdir: 1) Məhkəmə tərəfindən qoyulmuş suallara cavab verməyənAbşeron Ərazi İdarəsinin xx.xx.2023 tarixli, 3-21-3-32/2-472/2023 saylı mütəxəssis rəyi, 2) Eyni məzmunlu Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023 tarixli, 10/2325 saylı rəyi, 3) Öz təşşəbbüsü nəticəsində öz sifarişinə əsasən tərtib edilən “X18 və Ekspertiza Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin 09 aprel 2024-cü il tarixli 76 nömrəli mütəxəssis rəyi İddiaçının nümayəndəsi Nümayəndə iştirak etdiyi xx.xx.2024 il tarixli məhkəmə zamanı vəkili olduğu iş üzrə mənə məhkəmə iclasından sonra bildirdiyi kimi, gələcək məhkəmələrdə 4 saylı Abşeron Ərazi İdarəsi mütəxəssisinin dəvət olunmasına aşağıdakı səbəblərdən imtina edirlər: a) İddia ərizəsində və Apşeron Rayon Məhkəməsinin xx.xx.2023 il tarixli Qərardadında qeyd edildiyi kimi - 4 saylı Abşeron Ərazi İdarəsi Rəhbərliyinin xx.xx.2023-cü il tarixli rəy aparılması haqqında cavab məktubuna əsasən, uyğunsuzluqlar (sürüşmələr) qeydə alındığı üçün məhkəmə tərəfindən qoyulmuş sualların cavablandırılması mümkün olmamışdır. Qərardad üzrə rəy verilməsi üçün göstərilən imtina əsasları tamamilə əsassızdır. Apşeron Rayon Məhkəməsinin xx.xx.2023 il tarixli Qərardadı üzrə 4 saylı Abşeron Ərazi İdarəsi Rəhbərliyinin xx.xx.2023-cü il tarixli məktubunda rəy verilməsi üçün göstərilən imtina əsasları tamamilə əsassızdır. b) Azərbaycan Respublikası Əmlak X15 Xidməti Rəhbərlərinin 10 yaxın rəsmi cavab məktubları ilə iddiaçının 0.1060 ha hissəsində kənar şəxslər tərəfindən tikinti işlərinin aparılması öz təsdiqini tapsa da, Azərbaycan Respublikası Əmlak X15 Xidmətinin tabeçiliyində olan 4 saylı Abşeron Ərazi İdarəsi Rəhbərliyi xx.xx.2023 il tarixli Qərardadda qeyd edildiyi kimi xx.xx.2023-cü il tarixli rəy aparılması haqqında cavab məktubuna əsasən rəy verilməsinin mümükünsüz olmasını bildirməklə rəy verilməsindən əsassız olarağ imtina etmişdir. c) Cavabdehin vəkilinin məhkəmə qərardadı, onun, iddiaçının iştirakı olmadan şəxsi marağı və dəvəti ilə aparılmış “X18 və Ekspertiza Mərkəzi”, rəsmi Dövlət İdarələrini təmsil etməyən digər ekpertlərin gələcək məhkəmələrə dəvət olunmasına qəti surətdə etiraz edirlər.

Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi Nümayəndə (sonuncu məhkəmə iclasına gəlməmişdir), iddiaçının vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında Cavabdeh (sonuncu məhkəmə iclasına gəlməmişdir), cavabdehin vəkili və nümayəndəsi X8 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası Maddə 13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolu: Maddə 1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.

Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Apellyasiya şikayətindən görünür ki, İddiaçı Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-47/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Ona görə də kollegiya Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini, eləcə də etiraz və mülahizəni araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Mülki işin hallarından görünür ki, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma və tikintinin sökülməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası əvvəla qeyd edir ki, milli qanunvericiliyin müddəalarına görə mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirmiş, mülkiyyətçinin, öz əmlakına başqa şəxslərin sahibliyinə yol verməyə biləcəyini (Mülki Məcəllənin 152-ci maddəsi), habelə, özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə biləcəyini (Mülki Məcəllənin 157.2-ci maddəsi) təsbit etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göstərilən maddi hüquq normasında mülkiyyətçinin öz əmlakının özgəsinin qanunsuz sahibliyindən geri tələb etməsi üçün aşağıdakı üç dispozitiv şərtin olması nəzərdə tutulmuşdur: 1) əmlakın mülkiyyətçiyə məxsus olması; 2) əmlakın başqa şəxsin sahibliyində olması; 3) başqa şəxsin sahibliyinin qanunsuz olmalıdır. Göstərilən üç şərt və iddianın elementləri mövcud olduqda, vindikasiya iddiası verilir. İşdən görünür ki, birinci instansiya məhkəməsi hazırkı mübahisənin həlli üçün məhkəmə tikinti-texniki ekspertizasını təyin etmiş, lakin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli rəyinə əsasən, Abşeron rayonu, Saray kəndi ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən və faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) qeydə alındığı üçün məhkəmə tərəfindən qoyulmuş sualların cavablandırılması mümkün olmamışdır, sualların cavablandırılması ərazidə aparılmış yerquruluşu işləri ilə bağlı əldə edilmiş məlumatlar sistemləşdirildikdən və elektron kadastr məlumat bazasına daxil edildikdən sonra mümkün olacaqdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə verilmiş sorğusuna cavab olaraq göndərilmiş xx.xx.2024-cü il tarixli məktubunun məzmunundan görünür ki, “Azərbaycan Respublikasında torpaq münasibətiərinın tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016cı il tarixli 818 nömrəli Fərmanının 2.3-cü bəndinin icrası ilə bağlı Abşeron rayonu, o cümlədən, Saray qəsəbəsi ərazisində fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki torpaq sahələrinin faktiki koordinatları qeydiyyata alınmışdır. Hazırda əldə edilmiş məlumatların təhlili və sistemləşdirilməsi işləri aparılır. Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən qeydiyyata alınmış faktiki torpaq sahələrinin hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların aradan qaldırılması (dürüstləşdirilməsi) işləri yekunlaşdırılmamışdır. Belə ki, Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə kollegiyası hesab edir ki, Mülki Məcəllənin 157.2-ci maddəsinin tələblərinə əsasən, iddiaçı hazırkı vəziyyətdə mübahisəli daşınmaz əmlakın (torpağın) cavabdehin qeyri-qanuni sahibliyində olmasını sübuta yetirə bilməmişdir. Kollegiya əlavə olaraq qeyd edir ki, gələcəkdə Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən qeydiyyata alınmış faktiki torpaq sahələrinin hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqlar aradan qaldırıldıqdan sonra və aparılan yerquruluşu işləri ilə bağlı məlumatlar sistemləşdirildikdən və elektron kadastr məlumat bazasına daxil edildikdən sonra iddiaçının yeni əsaslarla məhkəməyə müraciət etmək hüququ istisna edilmir. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə mahiyyətcə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-47/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar