Məhkəmə qərarları › İş №2(102)-555/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-555/2025

11.04.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair m
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-555/2025 11.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinin boşaldılması (özbaşına tutulmuş torpaqların qaytarılması), mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri almaq tələbi (vindikasiya tələbi), mülkiyyətə qəsd və ya başqa maneələrin aradan qaldırılması ilə bağlı tələblər (neqator tələb)) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Xıdırov Əhliman Mehman oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma və tikintinin sökülməsi” tələbinə dair mülki iş üzr ə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1190/2024 nömrəli, 2 oktyabr 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 11 aprel 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. xx.xx.2013-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********75 reyestr nömrəli Çıxarışa əsasən, Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0,4875 ha torpaq sahəsinin mülkiyyətçisi İddiaçıdır. Onun adına xx.xx.2013-cü il tarixli, AA 003402 saylı torpaq sahəsinin planı və ölçüsü tərtib olunmuşdur. 2. xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********17 reyestr nömrəli Çıxarışa əsasən, Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0,198 ha torpaq sahəsinin mülkiyyətçisi Cavabdehdur. Onun adına xx.xx.2020-ci il tarixli, AA 556836 saylı torpaq sahəsinin planı və ölçüsü tərtib olunmuşdur.

3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin xx.xx.2021-ci il tarixli məktubuna əsasən, İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0,4875 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının naturada dəqiqləşdirilərək tanıdılmasına köməklik göstərilməsi barədə xx.xx.2021-ci il tarixli elektron müraciətə baxılmışdır. Adıçəkilən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə yerində texniki baxış keçirilmiş və torpaq sahəsi ilə bağlı elektron kadastr bazasının məlumatları əsasında müvafiq araşdırma aparılmışdır. Araşdırma nətic əsində İddiaçı mülkiyyətində olan 0,4875 ha torpaq sahəsinin yerləşdiyi ərazidə torpaqların faktiki yerləşmə mövqeyi ilə elektron kadastr bazasındakı yerləşmə mövqeləri arasında uyğunsuzluqların olduğu müəyyən edilmiş və bu səbəbdən adıçəkilən torpaq sahəsinin sərhədlərinin və döngə nöqtələrinin koordinatlarının tanıdılması mümkün olmamışdır. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli 818 saylı Fərmanının 2.3-cü bəndinə əsasən torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi məqsədi ilə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən Abşeron rayonu, həmçinin Saray qəsəbəsi ərazisində y erləşən kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin faktiki yerləşmə vəziyyətinə uyğun koordinatları dəqiqləşdirilmişdir. Hazırda həmin məlumatların təhlili və yeni tərtib olunan xəritələrə daxil edilməsi işləri aparılır. Yeni xəritələrin tərtibi işləri başa çatdırıldıqdan və dəqiqləşdirilmiş məlumatlar elektron kadastr bazasına daxil edildikdən sonra torpaq sahəsinin elektron kadastr bazasında göstərilən koordinatları ilə faktiki yerləşmə koordinatları arasındakı mövcud uyğunsuzluqların aradan qaldırılması təmin ediləcək və torpaq sahəsinin sərhədləri naturada tanıdılacaqdır.

4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin xx.xx.2021-ci il tarixli məktubuna əsasən, İddiaçı mülkiyyətində olan, Abşeron rayonu, Saray qəsəbəsi ə razisində yerləşən 0,4875 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin zəbt olunaraq tikinti işlər aparılan hissəsinin ölçülərinin müəyyən edilməsinə köməklik göstərilməsi barədə xx.xx.2021-ci il tarixli elektron müraciətə aidiyyəti üzrə baxılmışdır. Adıçəkilən torpaq sahəsinə yerində texniki baxış keçirilmiş və sənəd üzrə torpaq sahəsinin digər torpaq sahələri ilə üst-üstə düşməsi halı müəyyən olunmamışdır. Baxış zamanı torpaq sahəsinin döngə nöqtələrinin koordinatları dəqiqləşdirilərək tanıdılmış və sənəd üzrə torpaq sahəsinin 0,1060 ha hissəsində şəxsiyyətləri məlum olmayan şəxslər tərəfindən tikinti işlərinin aparıldığı müəyyən edilmişdır. Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş ‘Yerli icra hakimiyyətləri haqqında Əsasna məmin 4.11.12-ci bəndinə əsasən müvafiq ərazidə İİİ məsuliyyət səviyyəli binaların tikintisinə icəzə vermək yerli icra hakimiyyəti başçılarının səlahiyyətlərinə aid edilmişdir.

5. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin xx.xx.2021-ci il tarixli məktubuna əsasən, İddiaçı mülkiyyətində olan, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0,4875 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin zəbt olunaraq tikinti işləri aparılan hissəsinin ölçülərinin müəyyən edilməsinə və qanunsuz tikilinin qarşısının alınmasına köməklik göstərilməsi barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyindən və birbaşa daxil olmuş xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli elektron müraciətlərə aidiyyəti üzrə baxı lmışdır. Adıçəkilən torpaq sahəsinə yerində texniki baxış keçirilmiş və sənəd üzrə torpaq sahəsinin digər torpaq sahələri ilə üst-üstə düşməsi halı müəyyən olunmamışdır. Texniki baxış zamanı torpaq sahəsinin döngə nöqtələrinin koordinatları dəqiqləşdirilərək tanıdılmış və sənəd üzrə torpaq sahəsinin 0,1060 ha hissəsində şəxsiyyətləri məlum olmayan şəxslər tərəfindən tikinti işlərinin aparıldığı müəyyən edilmişdir. Qanunsuz aparılan tikinti işlərinin qarşısının alınmasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və onun yerli qurumlarının səlahiyyətləri xaricində olduğu, Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamənnin 4.11.12-ci bəndinə əsasən müvafiq ərazidə İİİ məsuliyyət səviyyəli binaların tikintisinə icazə verməyin yerli icra hakimiyyəti başçılarının səlahiyyətlərinə aid edildiyi, həmçinin Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 103.4-cü maddəsinə əsasən rayonların (şəhərlərin) daxilində torpaq üzərində mülkiyyət, torpaqdan istifadə məsələləri üzrə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin mübahisələrinə müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə və məhkəmə tərəfindən baxıldığı xx.xx.2021-ci il tarixli **********81 nömrəli məktubla bildirilmişdir.

6. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin xx.xx.2021-ci il tarixli məktubuna əsasən, İddiaçı mülkiyyətində olan, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0,4675 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin zəbt olun araq kənar şəxslər tərəfindən qanunsuz tikinti işlərinin aparılmasının qarşısının alınmasına köməklik göstərilməsi barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə və birbaşa ünvanlanan xx.xx.2021-cı il tarixli elektron müraciətlərə aidiyyəti üzrə baxılmışdır. Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 10 4- cii maddəsində əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin mübahisələrinin həll edilməsi, aparılan qanunsuz tikililərin qarşısının alınması Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və onun yerli qurumlarının səlahiyyətləri xaricindədir. İddiaçı mülkiyyətində olan adıçəkilən torpaq s ahəsinə yerində keçirilmiş texniki baxış zamanı sənəd üzrə torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının tanıdıldığı, digər torpaq sahələri ilə üst-üstə düşmədiyi, sənəd üzrə torpaq sahəsinin 0.1060 ha hıssəsində kənar şəxslər tərəfindən tikinti işlərinin aparıldığı, həmçinin torpaq mübahisələrinin və qanunsuz aparılan tikinti işlərinin qarşısının alınmasının Daşınmaz Əmlakın Dövtət Reyestri Xidmətinin və onun yerli qurumlarının səlahiyyətləri xaricində olduğu 04 06 2021-ci il tarixli **********44 nömrəli. 22.06 2021-ci il tarixli **********81 nömrəli və xx.xx.2021-ci il tarixli **********63 nömrəli məktublarla bildirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma və tikintinin sökülməsi tələbinə dair iddia ərizəsi və MPM-in 53-cü maddəsinə istinad etməklə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı məxsus Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0,4875 ha torpaq sahəsinə sahiblik etməsinin və həmin torpaq sahəsinin üzərində tikili tikməsinin qanunsuz hesab edilməsi, cavabdeh və digər şəxslərə Cavabdeh İddiaçı məxsus Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0,4875 ha torpaq sahəsində hər hansı tikinti-təmir işlərinin görülməsinin qadağan edilməsi, iddiaçıya məxsus torpaq sahəsinin üzərində tikilmiş tikilinin cavabdeh tərəfindən onun öz hesabına sökülməsi, pozulmuş hüquqların bərpası ilə bağlı iddiaçı tərəfindən xərclənmiş 1100 manat pul və 100 manat dövlət rüsumunun əvəzi, habelə ekspertizalarla bağlı ödənilmiş 595 manat pulun cavabdehdən tutularaq iddiaçıya ö dənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, Abşeron rayonu, Saray qəsəbəsində 0,4875 ha torpaq sahəsi onun mülkiyyətindədir. Bu barədə onun adına RX ******* saylı, xx.xx.2013-cü il tarixli reyestrdən çıxarış verilmişdir. Bu torpaq sahəsinin 0,1060 ha hissəsinə 2021-ci ilin əvvəllərində iki şəxs tərəfindən müdaxilə olunmuş və mülkiyyət hüququ pozulmuşdur. Torpaq sahəsinə çıxarış verilərkən DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinin əməkdaşları tərəfindən sahənin X, Y koordinatları müəyyən olunmuşdur. Müdaxilə məhz bu koordinatların daxilindədir. Burada təyinatı bəlli olmayan tikinti işləri görülmüşdür. Müdaxilə torpaq sahəsinin X1 koordinat nöqtəsindən təxminən 13 metr, Y5 koordinat nöqtəsinə doğru 80 metr məsafəni əhatə edir. Cavabdeh bu əraziyə dair sənədinin olduğunu, torpaq sahəsini dəllal (makler) Elman adlı şəxs vasitəsilə əldə etdiyini, torpaq sahəsinin ona DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinin əməkdaşları tərəfindən sahənin əməkdaşları tərəfindən ölçülüb verildiyini bildirmişdir. Lakin hər iki tərəfin iştirakı ilə qurumun əməkdaşlarının sahəyə dəvət edilməsi barədə cavabdeh vədinə əməl etməmişdir. Oradakı tikinti işlərinin dayandırılması barədə müraciət edilsə də, cavabdeh buna məhəl qoymamışdır. Sahənin zəbt edilməsi ilə bağlı bir sıra qurumlara müraciət edilmiş, oradan isə məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur.

9. Birinci instansiya məhkəməsində cavabdehin vəkili və nümayəndəsi X1 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, cavabd eh tərəfindən iddiaçıya reyestrdən çıxarışa əsasən məxsus olan torpaq sahəsinə heç bir müdaxilə olmamışdır. Bu səbəbdən də iddia təmin oluna bilməz.

10. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-32/2-472/2023 saylı mütəxəssis rəyinə və onun əsasında verilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/2325 saylı rəyinə əsasən, dövlət aktına əsasən verilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş İddiaçı xx.xx.2013-cü il tarixli, **********75 reyestr nömrəli çıxarışa əsasən Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0.4875 ha torpaq sahəsini plan və ölçüsünün döngə nöqtələrinin koordinatlarıı, Cavabdeh xx.xx.2020-ci il tarixli, **********17 reyestr nömrəli çıxarışa əsasən Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0.198 ha torpaq sahəsini plan və ölçüsünün döngə nöqtələrinin koordinatlarıı ilə elektron kadastr məlumat bazasında Abşeron rayonu, Saray kəndi “Saray” təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən və faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) qeydə alındığı üçün məhkəmə tərəfindən qoyulmuş sualların cavablandırılması mümkün olmamışdır. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 07 mart tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”na, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 28 aprel tarixli 250 nömrəli Sərəncamı ilə “Dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılmasının və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsinin təmin olunmasına dair Tədbirlər Planı” hazırlanmışdır. Həmin ərazidə aparılmış yerquruluşu işləri ilə bağlı əldə edilmiş məlumatlar sistemləşdirildikdən və elektron kadastr məlumat bazasına daxil ed ildikdən sonra, Abşeron Rayon Məhkəməsi tərəfindən qoyulmuş sualların cavablandırılması mümkün olacaqdır. 11. “X2” MMC-nin xx.xx.2023-cü il tarixli, 127 saylı mütəxəssis rəyinə əsasən, aparılmış araşdırma zamanı GPS ölçü aparatı vasitəsilə tədqiq olunan torpaq sahəsinin mövcud vəziyyəti üzrə götürülmüş ölçüləri ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2013-cü il tarixli, RX seriyalı, ******* nömrəli, daşınmaz əmlakın dövlət reyestrində **********75 reyestr nömrəli, ********** qeydiyyat nömrəsi ilə xüsusi mülkiyyət hüququ əsasında qeydiyyata alınmış çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.4875 ha torpaq sahəsinin plan və ölçüsünün üst-üstə düşməsi, lakin sənəd (çıxarış) və natura üzrə koordinatlarının üst-üstə düşməməsi müəyyən edilmişdir. Belə ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən bu ərazi üzrə verilən bu və ya digər çıxarışlarda naturaya görə 50 metr şərq istiqamətdə və təqribi 9-15 metr şimal istiqamətdə koordinat sürüşməsi xətasının olması müşahidə olunmuşdur. Müəyyənləşdirilən torpaq sahələrinin naturada yerləşməsi xüsusi coğrafi informasiya sistemləri proqramları vasitəsilə tərtib olunan aerofotoplanda aydın şəkildə göstərilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli, daşınmaz əmlakın döv lət reyestrində **********17 reyestr nömrəli, ********** qeydiyyat nömrəsi ilə xüsusi mülkiyyət hüququ əsasında qeydiyyata alınmış çıxarışa əsasən Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.198 ha torpaq sahəsinin plan və ölçüsü faktiki yerləşdiyi torpaq sahəsinin yerində (naturada) ölçüləri ilə üst-üstə düşməsi, lakin sənəd və natura üzrə koordinatlarının koordinat sürüşməsi xətasının olması səbəbindən üst-üstə düşməməsi müəyyən edilmişdir. İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.4875 ha torpaq sahəsi ilə Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.198 ha torpaq sahəsinin naturada 0.0704 ha hissədə üst-üstə düşməsi müəyyən olunmuşdur. İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerl əşən 0.4875 ha torpaq sahəsi ilə Cavabdeh naturada faktiki istifadəsində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.196 ha torpaq sahəsinin üst-üstə düşən 0.0704 ha hissəsində cavabdeh tərəfindən 12 sıra mişar daşı ilə inşa edilən hasar və 1 ədəd kiçik anbar tikilisinin, bir ədəd böyük anbar tiklisinin bir hissəsinin yerləşməsi müəyyən olunmuşdur.

12. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/9586 saylı rəyinə əsasən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən tərtib olunmuş xx.xx.2013-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********75 reyestr nömrəli çıxarışa əsasən İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmış, Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0,4875 ha torpaq sahəsinin “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan koordinatların və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********17 reyestr nömrəli çıxarışa əsasən, Cavabdeh adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmış, Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0,198 ha torpaq sahəsinin “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan koordinatların həmin torpaq sahələrinin natura üzrə koordinatları ilə üst-üs tə düşmədiyi müəyyən edilir. İddiaçı adına tərtib olunmuş xx.xx.2013-cü il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi və Cavabdeh adına tərtib olunmuş xx.xx.2020-ci il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan koordinatlara əsasən tərəflərin mülkiyyətinə verilmiş 0,4875 ha və 0,198 ha torpaq sahələrinin sənəd üzrə bir-birinə bitişik yerləşən qonşu torpaq sahələri olduğu, üst-üstə düşmədiyi müəyyən edilmişdir. Lakin İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.4875 ha torpaq sahəsinin naturada müəyyən olunmuş ölçülərinə əsasən həmin torpaq sahəsinin 0,07 ha hissəsinin cavabdehin faktiki istifadəsində olan 0,199 ha torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyən edilmişdir. Həmin 0,07 ha hissədə cavabdehə məxsus hasar tikilisi, 1 ədəd kiçik anbar tikilisinin, bir ədəd böyük anbar tiklisinin bir hissəsi yerləşir. 13. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, 76 saykl mütəxəssis rəyinə əsasən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2013-cü il tarixli, RX seriyalı, ******* nömrəli, daşınmaz əmlakın dövlət reyestrində **********75 reyestr nömrəli, ********** qeydiyyat nömrəsi ilə xüsusi mülkiyyət hüququ əsasında qeydiyyata alınmış çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.4875 ha torpaq sahəsinin plan və ölçüsündə qeyd edilmiş koordinatlar Google Yer proqramının ortofoto görüntüləri üzərində dəqiqləşdirilərkən məlum oldu kı, həmin koordinatlar onun naturadakı yeri ilə üst-üstə düşmür, 42 metr kənara, digər şəxslərə məxsus torpaq sahələri və yol ilə üst-üstə düşür. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli, daşınmaz əmlakın dövlət reyestrində 30801306S317 reyestr nömrəli, ********** qeydiyyat nömrəsi ilə xüsusi mülkiyyət huququ əsasında qeydiyyata alınmış çıxarışa əsasən Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,198 ha torpaq sahəsinin plan və ölçüsündə qeyd edilmiş koordinatlar Google Yer proqramının ortofoto görüntüləri üzərində dəqiqləşdirilərkən məlum oldu ki, həmin koordinatlar onun naturadakı yeri ilə üst-ustə dü şmür, 39 metr kənara, digər şəxslərə məxsus torpaq sahələri və yol ilə üst-üstə düşür. İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,4875 ha torpaq sahəsi ilə Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,198 ha torpaq sahəsi naturada üst-üstə düşmür, bitişik olmaqla həmsərhəddir. İddiaçı məxsus olan çıxarışda qeyd olunan torpaq sahəsində cavabdehə məxsus tikililər mövcud deyil. Cavabdehin inşa etdiyi daş hasar və tikililər ərazinin ona məxsus xx.xx.2020-ci il tarixli, daşınmaz əmlakın dövlət reyestrində **********17 reyestr nömrəli, ********** qeydiyyat nömrəsi ilə xüsusi mülkiyyət hüququ əsasında qeydiyyata alınmış çıxarışın işlənməsinə əsas olmuş pay torpaq sahələrinin bölgü layihəsinə əsasən faktiki istifadəsində və mülkiyyətində ola n torpaq sahəsində inşa edilmişdir.

14. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-47/2024 nömrəli qətnaməsi ilə (hakim Habil Əhmədov) iddia ərizəsinin təmin edilməməsi, iş üzrə ödənilmiş dövlət rüsumu və digər məhkəmə xərcləri iddiaçının özünə aid edilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri kimi 100 (50+50) manat pulun İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi, mütəxəssis tədqiqatlarının aparılması üçün ödənilmiş vəsaitin iddiaçının özünə aid edilməsi qət edilmişdir.

15. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, işdə olan rəylərdən və onlara əlavə edilmiş sxemlərdən də görünmüşdür ki, hər iki tərəfin sənədlərində (reyestrdən çıxarış və plan-ölçü) əks edilmiş torpaq sahəsi ilə faktiki istifadə etdikləri torpaq sahələri üst- üstə düşmür. Sənəd üzrə torpaq sahələri qonşu mövqedə olmaqla üst-üstə düşməsə də, İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.4875 ha torpaq sahəsinin naturada müəyyən olunmuş ölçülərinə əsasən həmin torpaq sahəsinin 0,07 ha hissəsinin cavabdehin faktiki istifadəsində olan 0,199 ha torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyən edilmişdir. Həmin 0,07 ha hissədə cavabdehə məxsus hasar tikilisi, 1 ədəd kiçik anbar tikilisinin, bir ədəd böyük anbar tiklisinin bir hissəsi yerləşir.

16. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0,4875 ha və 0,198 ha torpaq sahələri ilə bağlı hər iki tərəfin mülkiyyət hüququ qanunla qorunur.

17. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının çıxarışda qeyd edilən 0,48 75 ha torpaq sahəsi onun naturada istifadə etdiyi torpaq sahəsindən 42 metr, cavabdehin çıxarışda qeyd edilən 0,198 ha torpaq sahəsi onun naturada istifadə etdiyi torpaq sahəsindən 39 metr kənarda yerləşir. Başqa sözlə, torpaq sahələrinin sənədləri ilə onların istifadəsində uyğunsuzluqların mövcud olması iş materiallarındakı rəy və sxemlərlə təsdiq edilir. Belə olan halda, məhkəmə qeyd edir ki, iddiaçı ilk öncə sənəddə qeyd edilən torpaq sahəsi ilə faktiki istifadə etdiyi torpaq sahəsindəki uyğunsuzluğu aradan qaldırmalı, bundan sonra isə zəbt etmə halı varsa, bu barədə iddia qaldırmalıdır. Hazırkı mərhələdə isə İddiaçı iddiası təmin edilməməldir, bu nəticəyə gələrkən məhkəmə hər iki tərəfin reyestr çıxarışlarındakı torpaq sahələrinin qonşuluqda yerləşməsini və üst-üstə düşməməsini nəzər ə alır. Faktiki istifadə edilən torpaq sahələrindəki kəsişmə və ya zəbt edilmə halı isə mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilə bilməz. Hazırkı halda İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarıla və qanunsuz tikilinin sökülməsi barədə tələbinin hüquqi əsası yoxdur və buna görə də təmin oluna bilməz.

18. Məhkəmə qeyd etmişdir ki, mübahisələndirilən (naturada yerləşən) torpaq sahələri tərəflərin faktiki istifadəsindədir. Hazırkı halda iddiaçının mülkiyyətində olan torpaq sahəsinə dair hüquq müəyyənedici sənədi ona indiki iddianı qaldırmağa hüquqi əsas vermir. Yuxarıda da qeyd edildiyi kimi, iddiaçı özünə məxsus torpaq sahəsinin faktiki ölçüləri ilə hüquq müəyyənedici sənəddə göstərilən ölçülərə uyğunlaşdırmalı və bundan sonra, müdaxilə faktı varsa, onun aradam qaldırılması bar ədə hüquqi mexanizmlərdən istifadə etməlidir. Hazırkı halda cavabdehin torpaq sahəsi və tikililərin iddiaçıya məxsus torpaq sahəsinə düşməsi sübut olunmur. İş üzrə iddiaçı faktiki istifadəsində olan torpaq sahəsinə bitişik cavabdehin istifadə etdiyi mübahisəli torpaq sahəsindən çıxarılması və oradakı tikililərin sökülməsi barədə Cavabdeh qarşı iddia vermək üçün subyektiv hüquqa malik olmamışdır.

19. Birinci instansiya məhkəməsi sadalanan hallara hüquqi qiymət verərək hesab etmişdir ki, İddiaçı tələbinin əsası kimi istinad etdiyi halları, yəni reyestrdən çıxarışda göstərilən torpaq sahəsinə cavabdehin müdaxilə etməsini sübut edə bilməmişdir. Halbuki hazırkı mübahisə üzrə sübutetmə yükü onun üzərinə düşür.

20. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülk i Məcəllənin (bundan sonra – Mülki Məcəllə) 139.1, 152.1, 152.5, 157.4, 170.2-ci, “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 4 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarına, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 107, 119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

21. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.4875 ha torpaq sahəsinin İddiaçı mülkiyyətində olması və həmin torpaq sahəsinin 0,07 ha hissəsinin cavabdehin faktiki istifadəsində olan 0,199 ha torpaq sahəsinin hüdudları daxilində yerləşməsi, başqa sözlə iddiaçının mülkiyyətində olan 0,07 ha torpaq sahəsinin cavabdeh tərəfindən qanunsuz istifadə edilməsi və həmin ərazidə cavabdehə məxsus hasar tikilisi, 1 ədəd kiçik anbar tikilisinin, bir ədəd böyük anbar tiklisinin bir hissəsi yerləşməsi iş üzrə təyin edilmiş ekspert rəyləri ilə sübut edilmişdir. Lakin, bu sübutları heçə sayan məhkəmə qətnamənin 11-ci səhifəsində qeyd etmişdir ki, “Hazırkı halda cavabdehin torpaq sahəsi və tikililərin iddiaçıya məxsus torpaq sahəsinə düşməsi sübut olunmur”. Məhkəmənin bu mülahizəsi bir daha sübut etmişdir ki, məhkəmə ekspert və mütəxəssis rəylərini ümumiyyətlə nəzərə almamış, cavabdehin mənafeyinə uyğun formada şəxsi mülahizələrdən çıxış edərək qətnamə qəbul etmişdir. Digər tərəfdən, işə baxan məhkəmə qətnamədə qeyd etmişdir ki, “iddiaçı ilk öncə sənəddə qeyd edilən torpaq sahəsi ilə faktiki istifadə etdiyi torpaq sahəsindəki uyğunsuzluğu aradan qaldırmalı, bundan sonra isə zəbt etmə halı varsa, bu barədə iddia qaldırmalıdır”. Bu mülahizə ilə bağlı qeyd etmişdir ki, iddia tələbi cavabdehin iddiaçıya məxsus torpaq sahəsinə sahiblik etməsinin və həmin torpaq sahəsinin üzərində tikili tikməsinin qanunsuz hesab edilməsi, cavabdeh və digər şəxslərə İddiaçı məxsus Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0,4875 ha torpaq sahəsində hər hansı tikinti-təmir işlərinin görülməsinin qadağan edilməsi, id diaçıya məxsus torpaq sahəsinin üzərində tikilmiş tikilinin cavabdeh tərəfindən onun öz hesabına sökülməsi ilə bağlıdır. İddiaçıya məxsus torpaq sahəsinə dair sənədlərdə qeyd edilən torpaq sahəsi ilə faktiki istifadə etdiyi torpaq sahəsindəki uyğunsuzluğun olması cavabdehin iddiaçıya məxsus torpaq sahəsindən qanunsuz istifadə etməsinə və həmin ərazida tikinti işləri aparmasına əsas deyil. Bu halda belə bir sual yaranır ki, əgər məhkəmə araşdırmasının nəticəsində cavabdehin iddiaçıya məxsus sözügedən torpaq sahəsindən qanunsuz istifadə etməsi və həmin ərazidə təmir-tikinti işlərini görməsi sübuta yetirilibsə, məhkəmə niyə görə iddia tələbini rədd edir?! Ümumiyyətlə, əgər hər hansı şəxs tərəfindən iddiaçıya qarşı ona məxsus torpaq sahəsinə dair sənədlərdə qeyd edilən torpaq sahəsi ilə fakt iki istifadə etdiyi torpaq sahəsindəki uyğunsuzluğun olmasına dair məhkəmədə iddia qaldırılmayıbsa, məhkəmə hansı əsasla bu məsələni hazırki iddia tələbinin təmin edilməməsi üçün səbəb kimi göstərir?! Digər tərəfdən, məhkəmə qətnamədə qeyd etmişdir ki, “İddiaçı iddiası təmin edilməməldir, bu nəticəyə gələrkən məhkəmə hər iki tərəfin reyestr çıxarışlarındakı torpaq sahələrinin qonşuluqda yerləşməsini və üst-üstə düşməməsini nəzərə alır. Faktiki istifadə edilən torpaq sahələrindəki kəsişmə və ya zəbt edilmə halı isə mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilə bilməz”. Məhkəmənin bu mülahizəsi isə tamamilə absurd olmuşdur. Hər iki tərəfin reyestr çıxarışlarındakı torpaq sahələrinin qonşuluqda yerləşməsi və üst-üstə düşməməsini əsas göstərən məhkəmə əsas məsələni diqqətdən kənar saxlamı şdır. İddia tələbindən və ümumiyyətlə işin hallarından da göründüyü kimi sözügedən mübahisə sənəd üzrə deyil, sözügedən torpaq sahəsindən faktiki istifadə zamanı yaranmış mübahisə və qanunsuz zəbtlə bağlıdır. Birinci instansiya məhkəməsi isə heç bir əsas göstərmədən, ekspert rəylərini, iş üzrə prosesdə iştirak edən mütəxəssisin rəyini heçə sayaraq faktiki istifadə edilən torpaq sahələrindəki kəsişmə və ya zəbt edilmə halını mülkiyyət hüququnun pozulması kimi qiymətləndirməmişdir. İndiki halda iddiaçı ona məxsus torpaq sahəsindən mülkiyyət hüququ əsasında tam şəkildə istifadə edə bilmir, bu torpaq sahəsinə münasibətdə qanunsuz zəbt halı var və bu baxımdan mülkiyyət hüququnun təmin olunmasından söhbət gedə bilməz. Lakin, işə baxan məhkəmə maddi hüquq normasının tələbini kobud surətdə pozmuş və iddiaçının mülkiyyət hüququnun pozulmasını inkar etmişdir. Göründüyü kimi işə baxan məhkəmə qeyd edilən sübutları hərtərəfli və tam araşdırmamış, işin hallarına düzgün hüquqi qiymət verməmişdir.

23. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə verilmiş sorğusuna cavab olaraq göndərilmiş xx.xx.2024-cü il tarixli məktubunun məzmununa əsasən, “Azərbaycan Respublikasında torpaq münasibətiərinın tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanının 2.3-cü bəndinin icrası ilə bağlı Abşeron rayonu, o cümlədən, Saray qəsəbəsi ərazisində fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsi ndəki torpaq sahələrinin faktiki koordinatları qeydiyyata alınmışdır. Hazırda əldə edilmiş məlumatların təhlili və sistemləşdirilməsi işləri aparılır. Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən qeydiyyata alınmış faktiki torpaq sahələrinin hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların aradan qaldırılması (dürüstləşdirilməsi) işləri yekunlaşdırılmamışdır.

24. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1190/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakimlər L.E.Rəhimli (sədrlik edən və məruzəçi), A.M.Süleymanova, F.Ə.Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

25. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 157.2-ci maddəsinin tələblərinə əsasən, iddiaçı hazırkı vəziyyətdə mübahisəli daşınmaz əmlakın (torpağın) cavabdehin qeyri-qanuni sahibliyində olmasını sübuta yetirə bilməmişdir.

26. Apellyasiya instansiyası məhkəməsi əlavə olaraq qeyd etmişdir ki, gələcəkdə Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən qeydiyyata alınmış faktiki torpaq sahələrinin hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqlar aradan qaldırıldıqdan sonra və aparılan yerquruluşu işləri ilə bağlı məlumatlar sistemləşdirildikdən və elektron kadastr məlumat bazasına daxil edildikdən sonra iddiaçının yeni əsaslarla məhkəməyə müraciət etmək hüququ i stisna edilmir.

27. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Mülki Məcəllənin 152.1, 152.5, 157.2, 157.4, 157.8-ci, MPM-in 14.2, 77.1, 88, 97.1, 101.7, 119.1, 217.3, 217.4, 384.0.1 və 385.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

28. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

29. Kassasiya şikayəti Azərbaycan Respublikası Konstitusiyasının 130-cu, Mülki Məcəllənin 157.2-ci, MPM-in 88, 217.1 və 217.3-cü maddələrinə istinad edilməklə onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilə n qətnamədə tərəfimizdən verilən apellyasiya şikayətində qeyd edilən məqamlara demək olar ki, münasibət bildirilməmiş və həmin şikayətdə qeyd etdiyimiz və iddianın təmin olunmasına xidmət edən sübutlar ümumiyyətlə şərh olunmamışdır. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətini təmin etməmiş və Mülki Məcəllənin 157.2-ci maddəsinin tələblərinə əsasən, iddiaçının hazırkı vəziyyətdə mübahisəli daşınmaz əmlakın (torpağın) cavabdehin qeyri-qanuni sahibliyində olmasını sübuta yetirə bilməmisi qənaətinə gəlmişdir. İşə baxan apellyasiya instansiyası məhkəməsi bu mövqeyini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi hazırkı mübahisənin həlli üçün məhkəmə tikinti-texniki ekspertizasını təyin etmiş, lakin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli rəyinə əsasən Abşeron rayonu, Saray kəndi ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən və faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) qeydə alındığı üçün məhkəmə tərəfindən qoyulmuş sualların cavablandırılması mümkün olmamış, sualların cavablandırılması ərazidə aparılmış yerquruluşu işləri ilə bağlı əldə edilmiş məlumatlar sistemləşdirildikdən və elektron kadastr məlumat bazasına daxil edildikdən sonra mümkün olacaqdır. Məhkəmənin istinad etdiyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli rəyində mübahisənin obyektiv həlli üçün ekspert qarşısında qoyulan suallara cavab verilməmiş və səthi cavab verilmişdir. İşə baxan apellyasiya instansiyası məhkəməsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 4 saylı Ab şeron Ərazi İdarəsinin sözügedən məktubunu digər sübutlarla birgə araşdırmalı və mövcud ziddiyyətləri aradan qaldırmalı idi. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin xx.xx.2021-ci il tarixli məktubunda İddiaçı mülkiyyətində olan adıçəkilən torpaq sahəsinə yerində keçirilmiş texniki baxış zamanı sənəd üzrə torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının tanıdıldığı, digər torpaq sahələri ilə üst-üstə düşmədiyi, sənəd üzrə torpaq sahəsinin 0.1060 ha hissəsində kənar şəxslər tərəfindən tikinti işlərinin aparıldığı qeyd edilmişdir. Göründüyü kimi hələ 2021-ci ildə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin təqdim etdiyi məktubda iddiaçıya məxsus sözü gedən torpaq sahəsinin digər torpaq sahələri ilə üst-üstə düşmədiyi, sənəd üzrə torpaq sahəsinin 0.1060 ha hissəsində kənar şəxslər tərəfindən tikinti işlərinin aparıldığı öz təsdiqini tapmışdır. Lakin, işə baxan apellyasiya məhkəməsi iş üzrə ekspert rəylərini yarımçıq araşdırdığı kimi, mütəxəssis rəyləri və aidiyyəti qurumların təqdim etdiyi məktublara da səthi yanaşmışdır. Beləliklə, qeyd edilənlər onu deməyə əsas vermişdir ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.4875 ha torpaq sahəsinin İddiaçı mülkiyyətində olması və həmin torpaq sahəsinin 0,07 ha hissəsinin cavabdehin faktiki istifadəsində olan 0,199 ha torpaq sahəsinin hüdudları daxilində yerləşməsi, başqa sözlə iddiaçının mülkiyyətində olan 0,07 ha torpaq sahəsinin cavabdeh tərəfindən qanunsuz istifadə edilməsi və həmin əra zidə cavabdehə məxsus hasar tikilisi, bir ədəd kiçik anbar tikilisinin, bir ədəd böyük anbar tiklisinin bir hissəsi yerləşməsi iş üzrə təyin edilmiş ekspert rəyləri ilə sübut edilmişdir. Lakin, işə baxan apellyasiya instansiyası məhkəməsi qeyrimötəbər və birinci instansiya məhkəməsi tərəfindən rədd edilən sübutları əsas götürmüş, təkrar ekspertiza rəyini nəzərə almamış və apellyasiya şikayətinin dəlillərinə münasibət bildirməyərək maddi və prosessual hüquq normalarının tələbini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

30. Cavabdehin vəkili və nümayəndəsi kassasiya şikayətinə qarşı etiraz göndərərək təmin edilməməsini və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konsti tusiyası

31. Maddə

13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

32. Maddə

29. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

33. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

34. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

35. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

36. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

38. Maddə 77.1. Hər bi r tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

40. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.

41. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

42. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

43. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibə tinə uyğun əsaslandırılmalıdır.

44. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

45. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

46. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı ol mayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

47. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

48. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

49. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

50. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış, o cümlədən daşınmaz əmlakın dövlət reyestrini aparan orqana sorğu verilmiş və müəyyən olunmuş hallara hüquqi qiymət verilərək yekun nəticəyə gəlinmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutlar ın qiymətləndirilməsi ilə bağlı prosessual hüquq normalarının pozulması müəyyən olunmur.

51. Kassasiya şikayətinin dəlilləri üzrə məhkəmə kollegiyası qeyd edir ki, hazırkı tələbin hüquqi əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin maddənin dispozisiya şərtinə əsasən iddiaçı mübahisəli əmlakın mülkiyyətçisi olmalı, həmin əmlak başqasının (cavabdehin) sahibliyində olmalı və həmin sahiblik qanunsuz olmalıdır.

52. Hazırkı iş üzrə iddiaçınnı mülkiyyətçi, cavabdehin sahibliyinin qanunsuzluğunu müəyyən etmək üçün ekspertizalar keçirilmiş və alınan rəylərlə iddiaçıya sənəd üzrə məxsus torpaq sahəsinin cavabdeh sənəd üzrə məxsus olan torpaq sahəsi ilə üst-üstə düşmədiyi, həmçinin hər iki şəxsin faktiki istifadə etdiyi torpaq sahəsinin koordinatları ilə sənədlərində göstərilən koord inatlar arasında uyğunsuzluq olduğu müəyyən edilmişdir.

53. Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən qeydiyyata alınmış faktiki torpaq sahələrinin hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların aradan qaldırılması işləri yekunlaşmadığından cavabdehin mübahisəli torpaq sahəsindən istifadəsinin qanunsuz olması barədə qənaətə gəlmək mümkün deyildir.

54. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Odur ki, apellyasiya instansi yası məhkəməsi mübahisəni həll edərkən, gəldiyi nəticəni iş üzrə keçirilmiş ekspert rəylərinə uyğun əsaslandırmaqla, MPM-in 88, 101.7 və 103-cü maddələrinin tələblərinə riayət etmişdir.

55. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticəl ər əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

56. Bu səbəbdən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

57. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1190/2024 nömrəli, 2 oktyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar