Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1204/2022 10.08.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Əhmədov Elman Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X7 qızının, İddiaçı, onun vəkili Vəkil3, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X8 nümayəndəsi və vəkili Vəkil4 iştirakları ilə açıq məhkəmə iclasında Abşeron Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli, 2(012)-64/2021 saylı qətnaməsindən İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X8 apellyasiya şikayətlərinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli, 2(012)-64/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Elman Məmmədov) İddiaçı iddiası qismən təmin edilmiş, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, X14, Abşeron rayon 2 saylı notariat ofisinin xüsusi notariusu X19 və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli, 301 saylı sərəncamı ilə tikintisinə icazə verilmiş Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda inşa edilən yaşayış evinin 3-cü blokunda 108 kv.metr və 216 kv.metr qeyri-yaşayış sahələrinə dair "xxxx" MMC ilə Cavabdeh2 arasında 20 may 2010-cu il tarixdə bağlanmış müqavilələrin İddiaçı məxsus həmin yaşayış evinin 3-cü blokunda 46 kv.metr ümumi sahəsi olan qeyri-yaşayış sahəsi ilə üst-üstə düşən hissəsində etibarsız hesab edilməsi, Abşeron rayonu, Xırdalan şəhəri, X25 küçəsi 7 A ünvanda yerləşən qeyri-yaşayış sahələrinə dair Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və bu qeydiyyat əsasında verilmiş çıxarışın ləğv edilməsi, Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış 22 may 2019-cu il tarixli və X14 arasında bağlanmış 27 fevral 2019-cu il tarixli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və həmin şəxslərin adına daşınmaz əmlakın dövlət reyestr xidmətində aparılmış qeydiyyat və bu qeydiyyat əsasında verilmiş çıxarışların ləğv edilməsi tələbinə dair iddiası rədd edilmiş, İddiaçı Cavabdeh1 MTK-ya qarşı İddiaçı ilə "xxxx" MMC və onun varisi Cavabdeh1 MTK arasında bağlanmış 13 may 2008, 19 noyabr 2008, 29 sentyabr 2008 və 26 aprel 2017-ci il tarixli müqavilələrə əsasən Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli, 301 saylı sərəncamı ilə tikintisinə icazə verilmiş Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda yerləşən 12 mərtəbəli yaşayış evinin 3-cü blokunda 46 kv.metr ümumi sahəsi olan qeyri-yaşayış sahəsinin və 31 kv. metr ümumi sahəsi olan zirzəminin İddiaçı təhvil verilməsi və həmin qeyri-yaşayış sahələrinə dair dövlət reyestrindən çıxarışın alınması üçün zəruri olan müvafiq sənədlərin (ümumi yığıncağın qərarından çıxarış, maliyyə arayışı və s.) verilməsi vəzifəsinin Cavabdeh1 MTK-ya həvalə edilməsi” barədə iddia tələbinin təmin edilməsi, müstəqil tələblər irəli sürən üçüncü şəxs X8 Cavabdeh2 qarşı Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlanmış 28 aprel 2017-ci il tarixli, 13 və 14 saylı müqavilələrin, həmin müqavilələr əsasında Cavabdeh2 satılmış sahənin "xxxx" MMC ilə X13 arasında bağlanmış 30 mart 2008-ci il tarixli, 18 saylı və "xxxx" MMC-nin hüquqi varisi Cavabdeh1 MTK ilə X13 arasında bağlanmış 09 avqust 2017-ci il tarixli, 20 saylı müqavilə əsasında X10 məxsus ünvan 2 ünvanda inşa olunan yaşayış binasının 3-cü blokunda yerləşən, sahəsi 36,0 kv.metr olan qeyri-yaşayış sahəsi ilə üst-üstə düşən hissəsinin etibarsız hesab edilməsi və həmin üst-üstə düşən sahə üzrə Cavabdeh2 verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(105)-2037/2021 saylı qətnaməsi ilə İddiaçı nümayəndəsi və vəkili Vəkil3 və müstəqil tələb irəli sürən üçüncü şəxs Y.M.Nuqaylının nümayəndəsi və vəkili Vəkil4 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli, 2(012)-64/2021 saylı qətnaməsi qismən ləğv edilmiş, iddia tələbləri qismən təmin edilmiş, Abşeron Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli, 301 saylı sərəncamı ilə tikintisinə icazə verilmiş Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda inşa edilən yaşayış evinin 3-cü blokunda 108 kv.metr və 216 kv.metr qeyri yaşayış sahələrinə dair "xxxx" MMC ilə Cavabdeh2 arasında 20 may 2010-cu il tarixdə bağlanmış müqavilələri-“İddiaçı məxsus həmin yaşayış evinin 3cü blokunda 46 kv.metr ümumi sahəsi olan qeyri-yaşayış sahəsi və X10 məxsus həmin yaşayış binasının 3-cü blokunda 36,0 kv.metr ümumi sahəsi olan qeyri-yaşayış sahəsi” hissəsində etibarsız hesab edilməsi, qətnamə- “Abşeron rayonu, Xırdalan şəhəri, X25 küçəsi 7 A ünvanda yerləşən qeyri-yaşayış sahələrinə dair Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və bu qeydiyyat əsasında verilmiş çıxarışın ləğv edilməsi, Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış 22 may 2019-cu il tarixli və X14 arasında bağlanmış 27 fevral 2019-cu il tarixli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və həmin şəxslərin adına daşınmaz əmlakın dövlət reyestr xidmətində aparılmış qeydiyyat və bu qeydiyyat əsasında verilmiş çıxarışların ləğv edilməsi tələbinə dair iddiasının rədd edilməsi, İddiaçı Cavabdeh1 MTK-ya qarşı İddiaçı ilə "xxxx" MMC və onun varisi Cavabdeh1 MTK arasında bağlanmış 13 may 2008, 19 noyabr 2008, 29 sentyabr 2008 və 26 aprel 2017-ci il tarixli müqavilələrə əsasən Abşeron Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli, 301 saylı sərəncamı ilə tikintisinə icazə verilmiş Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda yerləşən 12 mərtəbəli yaşayış evinin 3-cü blokunda 46 kv.metr ümumi sahəsi olan qeyriyaşayış sahəsinin və 31 kv. metr ümumi sahəsi olan zirzəminin İddiaçı təhvil verilməsi və həmin qeyri-yaşayış sahələrinə dair dövlət reyestrindən çıxarışın alınması üçün zəruri olan müvafiq sənədlərin(ümumi yığıncağın qərarından çıxarış, maliyyə arayışı və s.) verilməsi vəzifəsinin Cavabdeh1 MTK-ya həvalə edilməsi” barədə iddia tələbinin təmin edilməsi, müstəqil tələblər irəli sürən üçüncü şəxs X8 Cavabdeh2 qarşı Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlanmış 28 aprel 2017-ci il tarixli, 13 və 14 saylı müqavilələrin, həmin müqavilələr əsasında Cavabdeh2 satılmış sahənin "xxxx" MMC ilə X13 arasında bağlanmış 30 mart 2008-ci il tarixli, 18 saylı və "xxxx" MMC-nin hüquqi varisi Cavabdeh1 MTK ilə X13 arasında bağlanmış 09 avqust 2017-ci il tarixli, 20 saylı müqavilə əsasında X10 məxsus ünvan 2 ünvanda inşa olunan yaşayış binasının 3-cü blokunda yerləşən sahə üzrə Cavabdeh2 verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Cavabdeh2 qətnamədən kassasiya şikayəti vermişdir. Azərbacan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-1324/2021 saylı qərarı ilə Cavabdeh2 kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-2037/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv olunmuş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək onunla "xxxx" MMC və varisi Cavabdeh1 MTK arasında bağlanmış 13 may 2008, 19 noyabr 2008, 29 sentyabr 2008 və 26 aprel 2017-ci il tarixli müqavilələrə əsasən Abşeron rayon İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli, 301 saylı sərəncamı ilə tikintisinə icazə verilmiş Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda yerləşən 12 mərtəbəli yaşayış evinin 3-cü blokunda 46 kv.metr ümumi sahəsi olan qeyri-yaşayış sahəsinin və 31 kv. metr ümumi sahəsi olan zirzəminin ona təhvil verilməsi və həmin qeyri-yaşayış sahələrinə dair dövlət reyestrindən çıxarışın alınması üçün zəruri olan müvafiq sənədlərin (ümumi yığıncağın qərarından çıxarış, maliyyə arayışı və s.) verilməsi vəzifəsinin Cavabdeh1 MTK-ya həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki, 13 may 2008-ci il tarixda həmin dövrdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, hazırda Cavabdeh1 MTK-ya çevrilmiş "xxxx" MMC ilə onun anası X9 arasında müqavilə bağlanmışdır. Həmin müqavilənin şərtlərinə görə "xxxx" MMC Abşeron rayon İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli, 301 saylı sərəncamı ilə tikintisinə icazə verilmiş Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda yerləşən 12 mərtəbəli yaşayış evinin 3-cü blokunda 31 kv.metr ümumi sahəsi olan qeyri-yaşayış sahəsini verməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC tərəfindən verilmiş 13 may 2008-ci il tarixli maliyyə arayışına görə göstərilən qeyriyaşayış sahəsinin dəyəri tam şəkildə ödənilmişdir. 19 noyabr 2008-ci il tarixda həmin dövrdə "xxxx" MMC, hazırda Cavabdeh1 MTK-ya çevrilmiş "xxxx" MMC ilə onun arasında müqavilə bağlanmışdır. Həmin müqavilənin şərtlərinə görə "xxxx" MMC Abşeron rayon İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli, 301 saylı sərəncamı ilə tikintisinə icazə verilmiş Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda yerləşən 12 mərtəbəli yaşayış evinin 3-cü blokunda 15 kv.metr ümumi sahəsi olan qeyriyaşayış sahəsini ona verməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC tərəfindən verilmiş 19 noyabr 2008-ci il tarixli maliyyə arayışına görə göstərilən qeyri-yaşayış sahəsinin dəyəri tam şəkildə ödənilmişdir. 26 aprel 2017-ci il tarixdə onunla yeni müqavilə bağlanmış, göstərilən 2 müqavilə birləşdirilərək Cavabdeh1 MTK Abşeron rayon İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli, 301 saylı sərəncamı ilə tikintisinə icazə verilmiş Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda yerləşən 12 mərtəbəli yaşayış evinin 3-cü blokunda 46 kv.metr ümumi sahəsi olan qeyri-yaşayış sahəsini ona verməyi öhdəsinə götürmüşdür. Qeyri-yaşayış sahəsinə dair ona sxem də verilmişdir. Əlavə olaraq ondan 13.800 manat ödəniş edilməsi tələb olunmuş, 02 oktyabr 2018-ci il tarixdə maliyyə arayışı verilmişdir. Həmin arayışa gorə qeyri-yaşayış sahəsinin dəyəri tam şəkildə ödənilmişdir. Bundan əlavə, 29 sentyabr 2008-ci il tarixda həmin dövrdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, hazırda Cavabdeh1 MTK-ya çevrilmiş "xxxx" MMC ilə aralarında daha bir müqavilə bağlanmışdır. Həmin müqavilənin şərtlərinə görə "xxxx" MMC Abşeron rayon İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tanxli, 301 saylı sərəncamı ilə tikintisinə icazə verilmiş Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda yerləşən 12 mərtəbəli yaşayış evinin 3-cü blokunda 31 kv.metr ümumi sahəsi olan qaraj zirzəmi sahəsini ona verməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC tərəfindən verilmiş 29 sentyabr 2008-ci il tarixli maliyyə arayışına görə göstərilən qeyriyaşayış sahəsinin dəyəri tam şəkildə ödənilmişdir. 26 aprel 2017-ci il tarixdə onunla yeni müqavilə bağlanmış, Cavabdeh1 MTK Abşeron rayon İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli, 301 saylı sərəncamı ilə tikintisinə icazə verilmiş Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda yerləşən 12 mərtəbəli yaşayış evinin 3-cü blokunda 31 kv.metr ümumi sahəsi olan zirzəmi sahəsini ona verməyi öhdəsinə götürmüşdür. Qeyri-yaşayış sahəsinə dair ona sxem də verilmiş, əlavə olaraq ondan 8370 manat ödəniş edilməsi tələb olunmuş, 02 oktyabr 2018-ci il tarixdə maliyyə arayışı verilmişdir. Həmin arayışa gorə göstərilən qeyri-yaşayış sahəsinin dəyəri tam şəkildə ödənilmişdir. İddiaçı Azərbaycan Respublikası MPM-nin 51.3 və 53-cü maddələrinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh2 cavabdeh qismində cəlb edilməsini, Abşeron rayon İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli, 301 saylı sərəncamı ilə tikintisinə icazə verilmiş Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda inşa edilən yaşayış evinin 3-cü blokunda 108 kv.metr və 216 kv.metr qeyriyaşayış sahələrinə dair "xxxx" MMC və Cavabdeh2 arasında 20 may 2010-cu il tarixdə bağlanmış müqavilələrin ona məxsus həmin yaşayış evinin 3-cü blokunda 46 kv.metr ümumi sahəsi olan qeyri-yaşayış sahəsi ilə üst-üstə düşən hissəsində etibarsız hesab edilməsi, onunla "xxxx" MMC və varisi Cavabdeh1 MTK arasında bağlanmış 13 may 2008, 19 noyabr 2008, 29 sentyabr 2008 və 26 aprel 2017-ci il tarixli müqavilələrə əsasən Abşeron rayon İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli, 301 saylı sərəncamı ilə tikintisinə icazə verilmiş Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda yerləşən 12 mərtəbəli yaşayış evinin 3-cü blokunda 46 kv.metr ümumi sahəsi olan qeyri-yaşayış sahəsinin və 31 kv.metr ümumi sahəsi olan zirzəminin ona təhvil verilməsi və həmin qeyri-yaşayış sahələrinə dair dövlət reyestrindən çıxarışın alınması üçün zəruri olan müvafiq sənədlərin (ümumi yığıncağın qərarından çıxarış, maliyyə arayışı və s.) verilməsi vəzifəsinin Cavabdeh1 MTK-ya həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası MPM-nin 51.3 və 53-cü maddələrinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh3, X14, Abşeron rayon 2 saylı notariat ofisinin xüsusi notariusu X17 və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsini cavabdehlər qismində cəlb olunmasını, Abşeron rayon İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli, 301 saylı sərəncamı ilə tikintisinə icazə verilmiş Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda inşa edilən yaşayış evinin 3-cü blokunda 108 kv.metr və 216 kv.metr qeyri-yaşayış sahələrinə dair "xxxx" MMC ilə Cavabdeh2 arasında 20 may 2010-cu il tarixdə bağlanmış müqavilələrin ona məxsus həmin yaşayış evinin 3-cü blokunda 46 kv.metr ümumi sahəsi olan qeyri-yaşayış sahəsi ilə üst-üstə düşən hissəsində etibarsız hesab edilməsi, Abşeron rayonu, Xırdalan şəhəri, X25 küçəsi 7 A ünvanda yerləşən qeyriyaşayış sahələrinə dair Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və bu qeydiyyat əsasında verilmiş çıxarışın ləğv edilməsi, Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış 22 may 2019-cu il tarixli və X14 arasında bağlanmış 27 fevral 2019-cu il tarixli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və həmin şəxslərin adına daşınmaz əmlakın dövlət reyestr xidmətində aparılmış qeydiyyat və bu qeydiyyat əsasında verilmiş çıxarışların ləğv edilməsi, İddiaçı ilə "xxxx" MMC və varisi Cavabdeh1 MTK arasında bağlanmış 13 may 2008, 19 noyabr 2008, 29 sentyabr 2008 və 26 aprel 2017-ci il tarixli müqavilələrə əsasən Abşeron rayon İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli, 301 saylı sərəncamı ilə tikintisinə icazə verilmiş Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda yerləşən 12 mərtəbəli yaşayış evinin 3-cü blokunda 46 kv.metr ümumi sahəsi olan qeyri-yaşayış sahəsinin və 31 kv. metr ümumi sahəsi olan zirzəminin ona təhvil verilməsi və həmin qeyri-yaşayış sahələrinə dair dövlət reyestrindən çıxarışın alınması üçün zəruri olan müvafiq sənədlərin (ümumi yığıncağın qərarından çıxarış, maliyyə arayışı və s.) verilməsi vəzifəsinin Cavabdeh1 MTK-ya həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Müstəqil tələblər irəli sürən üçüncü şəxs X13 ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh1 MTK və Cavabdeh2 arasında bağlanmış 28 aprel 2017-ci il tarixli 13 və 14 saylı müqavilələrin, həmin müqavilələr əsasında Cavabdeh2 satılmış sahənin "xxxx" MMC ilə onun arasında bağlanmış 30 mart 2008-ci il tarixli, 18 saylı və "xxxx" MMC-nin hüquqi varisi Cavabdeh1 MTK ilə onun arasında bağlanmış 09 avqust 2017-ci il tarixli, 20 saylı müqavilə əsasında ona məxsus ünvan 2 ünvanda inşa olunan yaşayış binasının 3-cü blokunda yerləşən, sahəsi 36,0 kv.metr olan qeyri-yaşayış sahəsi ilə üst-üstə düşən hissəsinin etibarsız hesab edilməsi və həmin üst-üstə düşən sahə üzrə Cavabdeh2 verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə “Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli, 301 sayli sərəncamı ilə tikintisinə icazə verilmiş Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda inşa edilən yaşayış evinin 3-cü blokunda 108 kv.metr və 216 kv.metr qeyri yaşayış sahələrinə dair "xxxx" MMC ilə Cavabdeh2 arasında 20 may 2010-cu il tarixdə bağlanmış müqavilələrin ona məxsus həmin yaşayış evinin 3-cü blokunda 46 kv.metr ümumi sahəsi olan qeyri-yaşayış sahəsi ilə üst-üstə düşən hissəsində etibarsız hesab edilməsi, Abşeron rayonu, Xırdalan şəhəri, X25 küçəsi, 7A ünvanında yerləşən qeyri-yaşayşı sahələrinə dair Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestr xidmətində aparılmış qeydiyyat və bu qeydiyyat əsasında verilmiş çıxarışların ləğv edilməsinə dair iddia tələblərinin rədd edilməsi hissəsində ləğv edilməli və iddia tələbləri bu hissədə də təmin edilməlidir. İş materiallarında olan Cavabdeh2 ilə "xxxx" MMC və hüquqi varisi Cavabdeh1 MTK arasında bağlanmış 12 may 2007-ci il tarixli müqavilə və həmin tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 mübahisəli yaşayış evinin 3-cü blokunda 324 kv.metr ümumi sahəsi olan qeyri-yaşayış sahəsi əldə etmişdir. Həmçinin iş materiallarında olan Cavabdeh2 ilə "xxxx" MMC və hüquqi varisi Cavabdeh1 MTK arasında bağlanmış 20 may 2010-cu il tarixli müqaviləyə və həmin tarixli maliyyə arayışına əsasən Cavabdeh2 mübahisəli yaşayış evinin 3-cü blokunda 108 və 216 kv.metr ümumi sahəsi olan qeyri-yaşayış sahələrini əldə etmişdir. Həmin qeyri-yaşayış sahələrindən 12 may 2007-ci il tarixli müqaviləyə əsasən əldə etdiyi 324 kv.metr sahəyə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, 412552 nömrəli, **********28501-05***-******* reyestr nömrəli çıxarışla Cavabdeh2 mülkiyyət hüquqları tanınmış, daha sonra isə digər cavabdehlər Cavabdeh3 və X14 ilə aralarında bağlanmış alqı-satqı müqavilələrinə əsasən həmin qeyri-yaşayış sahəsinin bir hissəsini özgəninkiləşdirmiş, nəticədə mülkiyyətində həmin qeyri-yaşayış sahəsindən 28 kv.metr sahə qalmışdır. Həmçinin Cavabdeh2 20 may 2010-cu il tarixli müqaviləyə əsasən isə 216 kv.metr sahə əldə etməli olduğu halda, faktiki olaraq 68 kv.metr sahə əldə etmişdir. Daha sonra isə həmin sahələri 324 kv.metr qeyriyaşayış sahəsindən qalmış 28 kv.metr sahə ilə birləşdirərək 96 kv.metr sahəyə dair Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən xx.xx.2019-cu il tarixdə **********01-05***-******* reyestr nömrəli çıxarışı əldə etmişdir. Bundan başqa, Cavabdeh2 20 may 2010-cu il tarixli müqaviləyə əsasən almış olduğu 108 kv.metr sahə faktiki olaraq ona verilməmiş, əvəzində zirzəmi qatından 120 kv.metr sahə ilə təmin edilmişdir. Beləliklə, şərh edilənlərdən də göründüyü kimi Cavabdeh2la mübahisəli yaşayış evinin 3-cü blokunda ümumilikdə 648 kv.metr sahəyə dair müqavilə bağlanmışdır. Halbuki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli, 3979 saylı ekspert rəyindən görünür ki, Xırdalan şəhəri, H.Əliyev prospekti və M.Ə.Rəsulzadə küçəsinin kəsişdiyi ünvanda yüksək mərtəbəli yaşayış binasının inşa olunmasına dair tərtib olunmuş eskiz layihəyə əsasən Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda yerləşən 12 mərtəbəli yaşayış evinin 3-cü blokunun 1-ci mərtəbəsində yerləşən qeyriyaşayış sahəsinin ümumi sahəsi 524,4 kv.metr təşkil edir. Göründüyü kimi, 3-cü blokda cəmi 524 kv.metr qeyri yaşayış sahəsi olduğu halda, Cavabdeh2la 648 kv.metr sahəyə dair müqavilə bağlanmış, 324 kv. metr sahəyə dair hələ 2007-ci ildə bağlanmış müqavilə üzrə dövlət reyestrindən çıxarışlar almış və həmin sahələrdən 296 kv.metrini özgəninkiləşdirmişdir. Belə olan halda məlum olur ki, 3-cü blokda cəmi 228 kv.metr qeyriyaşayış sahəsi qalır. Cavabdeh2 əlavə olaraq 324 kv.metrlik (216 və 108) 2 ədəd müqaviləsinin olması nəzərə alınarsa, binanın 3-cü blokunda qeyri-yaşayış sahəsi almış istənilən şəxsin yeri Cavabdeh2 müqavilələrindəki yerlə üst-üstə düşəcəkdir. Hətta ekspert rəyində belə Cavabdeh1 MTK arasında bağlanmış 26 aprel 2017-ci il tarixli, 13 və 14 saylı müqavilələrə və müqaviləyə əlavə olunmuş plan sxemə əsasən Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1A küçəsində yerləşən 15 mərtəbəli yaşayış evinin 3-cü blokunda yerləşən, ümumi sahəsi 46,0 kv.m.olan qeyri-yaşayış sahəsi Cavabdeh2 mülkiyyətində verilmiş çıxarışa əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə **********01-05101-083011 reyestr nömrəli texniki pasportda göstərilən 96,0 kv.metr qeyri-yaşayış sahəsinin 31,0 kv.metr hissəsi və 15 kv.metr hissəsi baxış zamanı gözəllik salonu kimi istifadə olunan Cavabdeh2 mülkiyyətində olan 96,0 kv.metr kənarda yerləşən qeyri-yaşayış sahəsi ilə üst-üstə düşdüyünün müəyyən olunduğu göstərilmişdir. Nə ona, nə də Cavabdeh2 2007, 2008 və 2010-cu illərdə müqavilələr bağlanılan zaman hər hansı bir sxem verilməmişdir. Onun müqavilələri isə Cavabdeh2 bağladığı müqavilələrdən 2 il əvvəl bağlanmışdır. Bu isə digər Cavabdeh1 MTK-nın artıq Cavabdeh2la 2010-cu ildə 3-cü blokdakı qeyri-yaşayış sahələrinə dair müqavilə bağlamaq səlahiyyətinin olmadığını təsdiq edir. Belə ki, həmin dövrə qədər artıq 3-cü blokda bütün qeyri-yaşayış sahələri satılmışdı. Birinci instansiya məhkəməsi prosessual qanunvericiliyin tələblərini pozaraq, artıq qanuni qüvvədə olmayan məhkəmə qərarlarına istinad etmişdir. Belə ki, məhkəmə öz qətnaməsində Abşeron Rayon Məhkəməsinin 07 fevral 2018-ci il tarixli, 2(012)-226/2018 saylı qətnaməsinə istinad etsə də, nəzərə almamışdır ki, həmin qətnamənin mövcudluğundan xəbər tutan kimi qətnamədən apellyasiya şikayəti vermiş və şikayətə hazırda Sumqayıt Apellyasiya Məhkəməsində baxılmaqdadır. Eyni zamanda məhkəmə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(085)-424/2019 saylı qərarına və həmin qərar əsasında Cavabdeh2 "xxxx" MMC-dən 20 may 2010-cu il tarixli müqavilə ilə aldığı 216 kv.metr qeyri-yaşayış sahəsinin 68 kv.metr hissəsi üzərində Cavabdeh2 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına istinad etsə də, nəzərə almamışdır ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2- 1(085)-424/2019 saylı qərarı elə həmin məhkəmənin 13 dekabr 2019-cu il tarixli qərardadı ilə ləğv edilmişdir. Digər tərəfdən, məhkəmə Mülki Məcəllənin 354-cü maddəsində nəzərdə tutulmuş kəsici müddəti tətbiq etmişdir. Müddəti tətbiq edərkən məhkəmə qeyd etmişdir ki, onun mübahisəli qeyri-yaşayış sahəsinin Cavabdeh2 faktiki sahiblik və istifadəsində olmasını, hazırda etibarsız hesab edilməsini tələb etdiyi müqavilələr barədə çoxdan məlumatlı olmuşdur, belə ki, iş materiallarına əlavə edilmiş Abşeron Rayon Məhkəməsinin 07 fevral 2018-ci il tarixli, 2(012)-226/2018 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh2 Cavabdeh1 MTK-ya qarşı iddia tələbi təmin edilmiş, 324 kv.m, 216 kv.metr və 108 kv.metr olan qeyri-yaşayış sahələrinə dair Cavabdeh2 sahiblik və istifadə hüquqları tanınmış, həmin qeyri-yaşayış sahəsinə dair sahiblik hüququnun həyata keçirilməsinə yaradılan maneələrin aradan qaldırılması vəzifəsinin “Progress-2016" MTK-ya həvalə edilməsi, qeyri-yaşayış sahələrinin Cavabdeh2 təhvil verilməsi qət edilmişdir. Halbuki, iş materiallarından, o cümlədən Abşeron Rayon Məhkəməsinin 07 fevral 2018-ci il tarixli, 2(012)-226/2018 saylı qətnaməsindən görünür ki, o, həmin iş üzrə tərəf olmamış və ümumiyyətlə, işdə iştirak etməmiş, belə bir qətnamənin mövcudluğundan hazırki mülki iş üzrə 25 iyul 2019-cu il tarixdə keçirilmiş məhkəmə iclası zamanı xəbər tutmuş, dərhal qətnamənin surətini alaraq, hüquq və vəzifələrinə toxunan şəxs qismində apellyasiya şikayəti vermiş, onun şikayəti icraata qəbul edilmiş və hazırda Sumqayıt Apellyasiya Məhkəməsində baxılmaqdadır. Göründüyü kimi, onun Cavabdeh2 ilə "xxxx" MMC arasında 20 may 2010-cu il tarixdə hər hansı bir müqavilə bağlanmasından xəbəri yox idi və ola da bilməzdi. Onun bu müqavilələrin mövcudluğundan hazırki mülki işin gedişatı zamanı xəbər tutmuş və dərhal həmin müqavilələri mübahisələndirmişdir. Apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin qismən, iddia tələblərinin təmin edilməməsi hissəsində ləğv edilməsi və iddia tələblərinin tam şəkildə təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X13 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyi sübuta yetirilir və bu səbəbdən qətnamə onun ərizəsinin təmin olunmamış hissəsində ləğv edilməli və onun ərizəsi təmin edilməlidir. Belə ki, icraçı "xxxx" MMC ilə onun arasında bağlanmış 30 mart 2008-ci il tarixli, 18 saylı müqaviləyə əsasən icraçı Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 12 mərtəbəli yaşayış evinin 3-cü blokunda yerləşən 33.5 kv. metr qeyri-yaşayış sahəsini pay kimi payçıya verməyi, payçı isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və qeyri-yaşayış sahəsini qəbul etməyi öhdəsinə götürmüşdür. Daha sonra 09 avqust 2017-ci il tarixdə icraçı "xxxx" MMC-nin hüquqi varisi Cavabdeh1 MTK ilə onun arasında bağlanmış 20 saylı müqavilə ilə 30 mart 2008-ci il tarixli, 18 saylı müqavilə yeni şərtlərlə bağlanmış və icraçı Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1 A ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin 3-cü blokunda yerləşən ümumi sahəsi 36,0 kv. metr olan qeyri-yaşayış sahəsini pay kimi payçıya verməyi, payçı isə müqavilədə göstərilmiş və sonradan şəraitin əhəmiyyətli dərəcədə dəyişilməsi ilə əlaqədar yaranmış əlavə məbləği tamamilə ödəməyi və qeyriyaşayış sahəsini qəbul etməyi öhdəsinə götürmüşdür. Cavabdeh1 MTK tərəfindən verilmiş 09 avqust 2017-ci il tarixli maliyyə arayışından görünür ki, ünvan 4 ünvanda inşa olunan yaşayış binası Cavabdeh1 MTK-ya məxsusdur, bu binanın 3-cü blokunda yerləşən sahəsi 36,0 kv.metr olan qeyri-yaşayış sahəsinin dəyəri 41400 manat onun tərəfindən ödənilmişdir, MTK-ya borcu yoxdur. ünvan 5 ünvanda inşa olunan yaşayış binasının 3-cü blokunda yerləşən ona məxsus sahəsi 36,0 kv.metr olan qeyri-yaşayış sahəsi hazırda gözəllik salonu kimi fəaliyyət göstərir. Həmin qeyri-yaşayış sahəsi hazırda tam mülkiyyət hüququ ilə - istifadə, sahiblik və sərəncam hüququ ilə ona məxsusdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 3979 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, “...Eyni zamanda Cavabdeh1 MTK arasında bağlanmış 26 aprel 2017-ci il tarixli, 13 və 14 saylı müqavilələrə və müqaviləyə əlavə olunmuş plan sxemə əsasən Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1A küçəsində yerləşən 15 mərtəbəli yaşayış evinin 3-cü blokunda yerləşən ümumi sahəsi 46,0 kv.m. olan qeyri-yaşayış sahəsi Cavabdeh2 mülkiyyətinə verilmiş çıxarışa əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixli, **********01-05101-083011 reyestr nömrəli texniki pasportunda göstərilən 96,0 kv.metr qeyri-yaşayış sahəsinin 31,0 kv.metr hissəsi və 15 kv.metr hissəsi isə baxış zamanı gözəllik salonu kimi istifadə olunan Cavabdeh2 mülkiyyətində olan 96,0 kv.metr kənarda yerləşən qeyri-yaşayış sahəsi ilə üst-üstə düşdüyü müəyyən olunur...” Birinci instansiya məhkəməsi isə onun mülkiyyət hüququnun pozulması halını bilavasitə özündə əks etdirən iş materiallarında olan ekspert rəyində göstərilənlərə zidd olaraq onun Cavabdeh2 qarşı tələb irəli sürməsinin subyektiv hüquq nöqteyi-nəzərindən də heç bir əsası olmaması qənaətinə gəlmişdir. Halbuki, subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Hətta fərz etsək ki, onun Cavabdeh2 qarşı tələb irəli sürməsinin subyektiv hüquq nöqteyinəzərindən heç bir əsası olmamışdır, bu halda məhkəmə əsl olmayan tərəfin əvəz edilməsi məsələsini həll etməli idi. İş materiallarında olan Cavabdeh2 ilə "HAYAN-E” MMC və hüquqi varisi Cavabdeh1 MTK arasında bağlanmış 12 may 2007-ci il tarixli müqavilə və həmin tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 mübahisəli yaşayış evinin 3-cü blokunda 324 kv.metr ümumi sahəsi olan qeyri-yaşayış sahəsini əldə etmişdir. Həmçinin iş materiallarında olan Cavabdeh2 ilə "xxxx" MMC və hüquqi varisi Cavabdeh1 MTK arasında bağlanmış 20 may 2010-cu il tarixli müqavilə və həmin tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 mübahisəli yaşayış evinin 3-cü blokunda 108 və 216 kv.metr ümumi sahəsi olan qeyri-yaşayış sahələrini əldə etmişdir. Lakin həmin qeyri-yaşayış sahələrindən faktiki olaraq 12 may 2007-cı il tarixli müqaviləyə əsasən əldə etdiyi 324 kv metr sahəyə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* nömrəli, **********28501-05***-******* reyestr nömrəli çıxarışla Cavabdeh2 mülkiyyət hüquqları tanınmış, daha sonra isə iş üzrə digər cavabdehlər Cavabdeh3 və X14 ilə aralarında bağlanmış alqı-satqı müqavilələrinə əsasən həmin qeyri-yaşayış sahəsinin bir hissəsini özgəninkiləşdirmiş, nəticədə mülkiyyətində həmin qeyri-yaşayış sahəsindən 28 kv.metr sahə qalmışdır. Həmçinin Cavabdeh2 20 may 2010-cu il tarixli müqaviləyə əsasən 216 kv.metr sahə əldə etməli olduğu halda, faktiki olaraq 68 kv.metr sahə əldə etmişdir. Daha sonra isə həmin sahələri 324 kv.metr qeyri-yaşayış sahəsindən qalmış 28 kv.metr sahə ilə birləşdirərək 96 kv.metr sahəyə dair Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən xx.xx.2019-cu il tarixdə **********01-05***- ******* reyestr nömrəli çıxarış əldə etmişdir. Bundan başqa, Cavabdeh2 20 may 2010-cu il tarixli müqaviləyə əsasən almış olduğu 108 kv.metr sahə faktiki olaraq ona verilməmiş, əvəzində zirzəmi qatından 120 kv.metr sahə ilə təmin edilmişdir. Beləliklə, şərh edilənlərdən də goründüyü kimi, Cavabdeh2la mübahisəli yaşayış evinin 3-cü blokunda ümumilikdə 648 kv.metr sahəyə dair müqavilə bağlamışdır. Halbuki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli, 3979 saylı ekspert rəyindən görünür ki, Xırdalan şəhəri, H.Əliyev prospekti və M.Ə.Rəsulzadə küçəsinin kəsişdiyi ünvanda yüksək mərtəbəli yaşayış binasının inşa olunmasına dair tərtib olunmuş eskiz layihəsinə əsasən Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda yerləşən 12 mərtəbəli yaşayış evinin 3-cü blokunun 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin ümumi sahəsi 524,4 kv.metr təşkil edir. Göründüyü kimi, 3-cü blokda cəmi 524 kv.metr qeyri yaşayış sahəsi olduğu halda, Cavabdeh2la 648 kv.metr sahəyə dair müqavilə bağlanmış, 324 kv.metr sahəyə dair hələ 2007-ci ildə bağlanmış müqavilə üzrə dövlət reyestrindən çıxarışlar almış və həmin sahələrdən 296 kv.metrini özgəninkiləşdirmişdir. Belə olan halda məlum olur ki, 3-cü blokda cəmi 228 kv.metr qeyri-yaşayış sahəsi qalır. Cavabdeh2 əlavə olaraq 324 kv.metrlik (216 və 108) 2 ədəd müqaviləsinin olması nəzərə alınarsa, nəinki İddiaçı və onun, həmçinin binanın 3-cü blokunda qeyri-yaşayış sahəsi almış istənilən şəxsin yeri Cavabdeh2 müqavilələrindəki yerlə üst-üstə düşəcəkdir. "xxxx" MMC və hüquqi varisi “Progress-2016" MTK ilə alıcı-payçılar arasında mübahisəli binanın yaşayış və qeyriyaşayış sahələrinə dair bütün müqavilələr bağlanmazdan əvvəl həmin MMC/MTK-da işləyən baş mühəndis rəhbərliyə həmin sahələrin tikinti norma və qaydalarına uyğun olubolmamasına dair şifahi olaraq rəy vermişdir. Mübahisəli binanın 3-cü blokunda cəmi 524 kv.metr qeyri yaşayış sahəsi olduğu halda, Cavabdeh2 648 kv.metr sahəyə dair müqavilə bağlamasına baş mühəndis tərəfindən müsbət rəy verilmiş olması ağlabatan deyildir. Belə ki, baş mühəndisin verdiyi məlumata əsasən belə bir halın baş verməsi mümkün deyildir, yaşayış və qeyri-yaşayış sahələrinə dair bağlanılmış hər bir müqavilə üzrə ayrılan sahələrin tikinti norma və qaydalarına cavab verməsi onun tərəfindən yoxlanıldıqdan və şifahi olaraq rəhbərliyə rəy verildikdən sonra müqavilələr bağlanırdı. Bu səbəbdən birinci instansiya məhkəməsi işə baxarkən "xxxx" MMC və hüquqi varisi Cavabdeh1 MTK-nın əməkdaşı olan baş mühəndisi zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxs kimi işə cəlb etməli idi. Apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi hazırki işə mahiyyəti üzrə baxan zaman "xxxx" MMC və hüquqi varisi Cavabdeh1 MTK-nın əməkdaşı olan baş mühəndisi zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxs kimi işə cəlb etməlidir. Bundan başqa, məhkəmə öz qətnaməsində Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(085)-424/2019 saylı qərarına və həmin qərar əsasında Cavabdeh2 "xxxx" MMC-dən 20 may 2010-cu il tarixli müqavilə ilə aldığı 216 kv.metr qeyri-yaşayış sahəsinin 68 kv.metr hissəsi üzərində Cavabdeh2 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına istinad etsə də, nəzərə almamışdır ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2- 1(085)-424/2019 saylı qərarı elə həmin məhkəmənin 13 dekabr 2019-cu il tarixli qərardadı ilə ləğv edilmişdir. Keçirilmiş məhkəmə iclasında Cavabdeh2ov tərəfindən "xxxx" MMC və hüquqi varisi Cavabdeh1 MTK ilə bağladığı müqavilələrin əsli məhkəməyə təqdim edilməmişdir. Əgər həmin müqavilələrin əslləri mövcud deyilsə, bu, cavabdeh tərəfindən məhkəməyə saxta sübut təqdim edildiyinə dəlalət edir. Apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin onun ərizəsinin təmin olunmamış hissəsində ləğv edilməsi və onun ərizəsininin təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı özünün apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X8 nümayəndəsi Vəkil4 məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X8 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi Vəkil1 apellyasiya şikayətlərinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətlərinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X14, Abşeron rayon 2 saylı notariat ofisi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X13 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, cavabdehlər Cavabdeh2, Cavabdeh3, X14 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X13 məhkəmə iclasına gəlmədiklərindən, cavabdehlər Cavabdeh1, Abşeron rayon 2 saylı notariat ofisi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi nümayəndələrinin məhkəmə iclasında iştiraklarını təmin etmədiklərindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə iddianın təmin olunmuş hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, bu hissədə iddia təmin edilməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxsin apellyasiya şikayəti təmin edilməməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxsin apellyasiya şikayətləri iş üzrə məhkəmə qətnaməsinin onların iddia tələblərinin təmin edilməyən hissələrində ləğv edilməsinə yönəldiyindən iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan 13 may 2008-ci il tarixdə “İcraçı” adlanan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə “Payçı” kimi X9 arasında bağlanmış müqavilənin surətindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Xırdalan şəhəri M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 12 mərtəbəli yaşayış evinin ümumi sahəsi 31.0 kv.metr olan qeyri-yaşayış sahəsini X4 verməyi öz öhdəsinə götürmüş, qeyri-yaşayış sahəsinin bir kvadrat metrinin dəyəri 722 manat, ümumi dəyəri 22372 manat müəyyən olunmuşdur. Müqavilənin 3.1-ci bəndində qeyri-yaşayış sahəsinin dəyəri olaraq 22372 manatın ödənildiyi qeyd edilmişdir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin maliyyə arayışının surətindən görünür ki, X9 tərəfindən Xırdalan şəhəri M.Ə.Rəsulzadə küçəsi 1A saylı ünvanda inşa olunan yaşayış evinin 1-ci mərtəbəsində yerləşən 31.0 kv.metr qeyri-yaşayış sahəsinə görə 22372 manat ödənilmişdir, onun "xxxx" məhdud məsuliyyətli cəmiyyətinə heç bir borcu yoxdur. İş materiallarında olan 19 noyabr 2008-ci il tarixdə “İcraçı” adlanan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə “Payçı” kimi İddiaçı arasında bağlanmış müqavilənin surətindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Xırdalan şəhəri M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 12 mərtəbəli yaşayış evinin ümumi sahəsi 15.0 kv.metr olan qeyri-yaşayış sahəsini İddiaçı verməyi öz öhdəsinə götürmüş, qeyri-yaşayış sahəsinin bir kvadrat metrinin dəyəri 270 manat, ümumi dəyəri 4050 manat müəyyən olunmuşdur. Müqavilənin 3.1-ci bəndində qeyri-yaşayış sahəsinin dəyəri olaraq 4050 manatın ödənildiyi qeyd edilmişdir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 19 noyabr 2008-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı tərəfindən Xırdalan şəhəri M.Ə.Rəsulzadə küçəsi 1A saylı ünvanda inşa olunan yaşayış evinin 1-ci mərtəbəsində yerləşən 15.0 kv.metr qeyri-yaşayış sahəsinə görə 4050 manat ödənilmişdir, onun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə heç bir borcu yoxdur. İş materiallarında olan 29 sentyabr 2008-ci il tarixdə “İcraçı” adlanan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə “Payçı” kimi İddiaçı arasında bağlanmış müqavilənin surətindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Xırdalan şəhəri M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 12 mərtəbəli yaşayış evinin ümumi sahəsi 31.0 kv.metr olan qaraj zirzəmini-qeyri-yaşayış sahəsini İddiaçı verməyi öz öhdəsinə götürmüş, sahənin bir kvadrat metrinin dəyəri 270 manat, ümumi dəyəri 8370 manat müəyyən olunmuşdur. Müqavilənin 3.1-ci bəndində qeyri-yaşayış sahəsinin dəyəri olaraq 8370 manatın ödənildiyi qeyd edilmişdir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 29 sentyabr 2008-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı tərəfindən Xırdalan şəhəri M.Ə.Rəsulzadə küçəsi 1A saylı ünvanda inşa olunan yaşayış evinin 1-ci mərtəbəsində yerləşən qaraja qeyri-yaşayış sahəsinə görə 8100 manat ödənilmişdir, onun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə heç bir borcu yoxdur. İş materiallarında olan 12 may 2007-ci il tarixdə “İcraçı” adlanan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə “Payçı” kimi Cavabdeh2 arasında bağlanmış müqavilənin surətindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Xırdalan şəhəri M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 12 mərtəbəli yaşayış evinin ümumi sahəsi 324 kv.metr olan qeyri-yaşayış sahəsini Cavabdeh2 verməyi öz öhdəsinə götürmüş, qeyri-yaşayış sahəsinin bir kvadrat metrinin dəyəri 600 manat, ümumi dəyəri 194400 manat müəyyən olunmuşdur. Müqavilənin 3.1-ci bəndində qeyri-yaşayış sahəsinin dəyəri olaraq 194400 manatın ödənildiyi qeyd edilmişdir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 12 may 2007-ci il tarixli, 25 saylı maliyyə arayışından görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə Rəsulzadə və H.Z Tağıyev küçələrinin kəsişdiyi ərazidə inşa olunan yaşayış binası "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsusdur. Bu binanın 3-cü giriş, ümumi sahəsi 324 kv.metr olan qeyri-yaşayış sahəsinin dəyəri hər kvadrat metr üçün 600 manat olmaqla, ümumilikdə 194400 manat pay haqqı Cavabdeh2 tərəfindən tam ödənilmişdir, Məhdud Məsuliyyətli Cəmiyyətinə borcu yoxdur. İş materiallarında olan 20 may 2010-cu il tarixdə “İcraçı” adlanan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə “Payçı” kimi Cavabdeh2 arasında bağlanmış müqavilənin surətindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Xırdalan şəhəri M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 12 mərtəbəli yaşayış evinin ümumi sahəsi 216 kv.metr olan qeyri-yaşayış sahəsini Cavabdeh2 verməyi öz öhdəsinə götürmüş, qeyri-yaşayış sahəsinin bir kvadrat metrinin dəyəri 550 manat, ümumi dəyəri 118800 manat müəyyən olunmuşdur. Müqavilənin 3.1-ci bəndində qeyri-yaşayış sahəsinin dəyəri olaraq 118800 manatın ödənildiyi qeyd edilmişdir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 20 may 2010-cu il tarixli maliyyə arayışından görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə Rəsulzadə və H.Z Tağıyev küçələrinin kəsişdiyi ərazidə inşa olunan yaşayış binası "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsusdur. Bu binanın İİİ blokunda , ümumi sahəsi 216 kv.metr olan qeyri-yaşayış sahəsinin dəyəri olan 118800 manat Cavabdeh2 tərəfindən ödənilmişdir, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə heç bir borcu yoxdur. İş materiallarında olan 20 may 2010-cu il tarixdə “İcraçı” adlanan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə “Payçı” kimi Cavabdeh2 arasında bağlanmış müqavilənin surətindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Xırdalan şəhəri M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 14 mərtəbəli yaşayış evinin ümumi sahəsi 108 kv.metr olan qeyri-yaşayış sahəsini Cavabdeh2 verməyi öz öhdəsinə götürmüş, qeyri-yaşayış sahəsinin bir kvadrat metrinin dəyəri 550 manat, ümumi dəyəri 59400 manat müəyyən olunmuşdur. Müqavilənin 3.1-ci bəndində qeyri-yaşayış sahəsinin dəyəri olaraq 59400 manatın ödənildiyi qeyd edilmişdir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 20 may 2010-cu il tarixli maliyyə arayışından görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə Rəsulzadə və H.Z Tağıyev küçələrinin kəsişdiyi ərazidə inşa olunan yaşayış binası "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsusdur. Bu binanın İİİ blokunda , ümumi sahəsi 108 kv.metr olan qeyri-yaşayış sahəsinin dəyəri olan 59400 manat Cavabdeh2 tərəfindən ödənilmişdir, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə heç bir borcu yoxdur. İş materiallarında olan 26 aprel 2017-ci il tarixdə “İcraçı” adlanan Cavabdeh1 ilə “Payçı” kimi İddiaçı arasında bağlanmış müqavilənin surətindən görünür ki, Cavabdeh1 varisi olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında əvvəllər bağlanmış 13 may 2008-ci il tarixli müqavilə əsasında yeni şərtlərlə müqavilə bağlayaraq Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1A ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin 3-cü blok ümumi sahəsi 46,0. kv.metr olan qeyri-yaşayış sahəsini İddiaçı ayırmağı öz öhdəsinə götürmüş, qeyri-yaşayış sahəsinin bir kvadrat metrinin dəyəri 574 manat, ümumi dəyəri 26422 manat müəyyən olunmuşdur. İddiaçı əlavə olaraq 13800 manat ödəmişdir. İş materiallarında olan 30 mart 2008-ci il tarixdə “İcraçı” adlanan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə “Payçı” kimi X13 arasında bağlanmış müqavilənin surətindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Xırdalan şəhəri M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 12 mərtəbəli yaşayış evinin ümumi sahəsi 33,5 kv.metr olan qeyri-yaşayış sahəsini X10 verməyi öz öhdəsinə götürmüş, qeyri-yaşayış sahəsinin bir kvadrat metrinin dəyəri 850 manat, ümumi dəyəri 28475 manat müəyyən olunmuşdur. Müqavilənin 3.1-ci bəndində qeyri-yaşayış sahəsinin dəyəri olaraq 28475 manatın ödənildiyi qeyd edilmişdir. İş materiallarında olan 09 avqust 2017-ci il tarixdə “İcraçı” adlanan Cavabdeh1 ilə “Payçı” kimi X13 arasında bağlanmış müqavilənin surətindən görünür ki, Cavabdeh1 varisi olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə X13 arasında əvvəllər bağlanmış 30 mart 2008-ci il tarixli müqavilə əsasında yeni şərtlərlə müqavilə bağlayaraq Cavabdeh1 Xırdalan şəhəri M.Ə.Rəsulzadə 1A ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin 3-cü blok ümumi sahəsi 36,0. kv.metr olan qeyri-yaşayış sahəsini X10 verməyi öz öhdəsinə götürmüş, qeyri-yaşayış sahəsinin bir kvadrat metrinin dəyəri 850 manat, ümumi dəyəri 30600 manat müəyyən olunmuşdur. X13 əlavə olaraq 10800 manat ödəmişdir. İş materiallarında olan Cavabdeh1 09 avqust 2017-ci il tarixli maliyyə arayışından görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə Rəsulzadə 1A ünvanında inşa edilən olunan yaşayış binası Cavabdeh1nə məxsusdur. X13 tərəfindən 36,0 kv.metr ümumi sahəsi olan qeyri-yaşayış sahəsinə görə 41400 manat ödənilmiş, onun MTK-ya borcu yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 7 ünvanda yerləşən 324 kv.metr qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh2 adına xx.xx.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 22 nömrəli reyestr kitabının 25 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Abşeron rayon 2 saylı notariat ofisində xx.xx.2019-cu il tarixdə təsdiq edilərək 4Ə-313 sayla reyestrdə qeydə alınmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 adından etibarnamə əsasında çıxış edən X5 rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, b.7A saylı ünvanda yerləşən 324 kv.metr qeyri-yaşayış sahəsindən 108 kv.metr qeyri-yaşayış sahəsini 90000 manata X1. İş materiallarında olan Abşeron rayon 2 saylı notariat ofisində xx.xx.2019-cu il tarixdə təsdiq edilərək 4Ə-610 sayla reyestrdə qeydə alınmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 adından etibarnamə əsasında çıxış edən X5 rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, b.7A saylı ünvanda yerləşən 216 kv.metr qeyri-yaşayış sahəsini 90000 manata Cavabdeh3 satmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 7 ünvanda yerləşən 28,0 kv.metr qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh2 adına xx.xx.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 23 nömrəli reyestr kitabının 9 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 7 ünvanda yerləşən 96 kv.metr qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh2 adına xx.xx.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 7 ünvanda yerləşən 33,5 kv.metr qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh2 adına xx.xx.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 22 nömrəli reyestr kitabının 68 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, b.7A ünvanda yerləşən 120 kv.metr qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh2 adına xx.xx.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 22 nömrəli reyestr kitabının 49 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Cavabdeh5 tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 8 ünvanda yerləşən 216 kv.metr qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh2 adına xx.xx.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 22 nömrəli reyestr kitabının 67 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Cavabdeh5 tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, b.7A ünvanda yerləşən 34,5 kv.metr qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh2 adına xx.xx.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 22 nömrəli reyestr kitabının 69 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(085)-424/2019 saylı qərarından görünür ki, iddiaçı Cavabdeh2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə qarşı qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə iddia təmin edilmiş, "xxxx" MMC-nin Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişməsində inşa etdiyi 14 mərtəbəli yaşayış binasının 3-cü blokunun 1-ci mərtəbəsində yerləşən, Cavabdeh2 "xxxx" MMC-dən 20 may 2010-cu il tarixli müqavilə ilə aldığı 216 kv.m qeyri-yaşayış sahəsinin 68 kv.m hissəsi üzərində Cavabdeh2 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsinin cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə üzərinə vəzifə olaraq qoyulmuşdur. İş materiallarında olan Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 17 oktyabr 2018-ci il tarixli, 2-1(085)-2704/2018 saylı qərarından görünür ki, iddiaçı Cavabdeh2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə qarşı qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə iddia təmin edilmiş, "xxxx" MMC tərəfindən inşa edilmiş Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 12 mərtəbəli yaşayış binasının 3-cü girişində yerləşən, ümumi sahəsi 324 kvadrat metr olan qeyri-yaşayış sahəsi üzərində Cavabdeh2 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. İş materiallarında olan Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(085)-423/2019 saylı qərarından görünür ki, iddiaçı Cavabdeh2 Cavabdeh5nə qarşı qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə iddia təmin edilmiş, Cavabdeh1 Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 1A ünvanında yerləşən 15 mərtəbəli yaşayış binasının 3-cü blokunun zirzəmi hissəsində yerləşən ümumi sahəsi 120.0 kv.m olan qeyri-yaşayış sahəsi üzərində Cavabdeh2 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə üzərinə qoyulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli, **********23 nömrəli məktubundan görünür ki, Cavabdeh2 RX seriyalı, ******* nömrəli, **********501-05***-******* reyestr nömrəli çıxarışa əsasən mülkiyyətində olmuş qeyri-yaşayış sahəsinin 324 kv.metr hissəsindən 108 kv.metr hissəsini özgəninkiləşdirərək yerdə qalan 216 kv.metr hissəsi üzərində mülkiyyət hüququnu təsdiq edən RX seriyalı, ******* nömrəli, **********8501-05***-******* reyestr nömrəli çıxarış əldə etmişdir. Bundan sonra **********8501-05***-******* reyestr nömrəli çıxarışa əsasən mülkiyyətində olmuş qeyri-yaşayış sahəsinin 216 kv.metr hissəsindən 108 kv.metr və 80 kv.metr hissəsini özgəninkiləşdirərək yerdə qalan 28.0 kv.metr hissəsi üzərində mülkiyyət hüququnu təsdiq edən **********8501-05***-******* reyestr nömrəli çıxarış əldə etmişdir. Cavabdeh2 **********501-05***-*******, **********8501-05***-******* və **********8501-05***- ******* reyestr nömrəli çıxarışlara əsasən mülkiyyətində olmuş qeyri-yaşayış sahələrini birləşdirərək vahid əmlaka dair xx.xx.2019-cu il tarixdə **********8501-05***-******* reyestr nömrəli çıxarış əldə etmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 07 fevral 2018-ci il tarixli, 2(012)-226/2018 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh2 Cavabdeh1nə qarşı mənzilin geri qaytarılması, sahiblik və istifadə hüquqlarının bərpa edilməsi və qeyri-yaşayış sahəsinin boşaldılması tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş, 12 may 2007-ci il tarixli Cavabdeh2 ilə "xxxx" MMC arasında bağlanmış müqaviləyə əsasən həmin cəmiyətin Abşeron rayon İcra Hakimiyyəti başçısının xx.xx.2006-ci il tarixli, 301 saylı sərəncamı ilə Abşeron rayonu Xırdalan şəhəri, M.Ə.Rəsulzada və H.Z Tağıyev küçələrinin kəsişdiyi ünvanda inşasına icazə verilmiş yaşayış evinin 3-cü blok, 1-ci mərtəbəsində, ümumi sahəsi 324 kv.m olan qeyri-yaşayış sahəsinə dair, 20 may 2007-ci il tarixli Cavabdeh2 ilə “HAYAN- E" MMC arasında bağlanmış müqaviləyə əsasən həmin cəmiyyətin Abşeron rayon İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli, 301 saylı sərəncamı ilə Abşeron rayonu, Xırdalan səhəri, M.Ə.Rəsulzada və H.Z Tağıyev küçələrinin kəsişdiyi ünvanda inşasına icazə verilmiş yaşayış evinin 3-cü blok, 1-ci mərtəbəsində ümumi sahəsi 216 kv.m olan qeyri-yaşayış sahəsinə dair, 20 may 2007-ci il tarixli Cavabdeh2 ilə “HAYAN-E" MMC arasında bağlanmış müqaviləyə əsasən həmin cəmiyyətin Abşeron rayon İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli, 301 saylı sərəncamı ilə Abşeron rayonu, Xırdalan səhəri, M.Ə.Rəsulzada və H.Z Tağıyev küçələrinin kəsişdiyi ünvanda inşasına icazə verilmiş yaşayış evinin 3-cü blok, 1-ci mərtəbəsində ümumi sahəsi 108 kv.m olan qeyri-yaşayış sahəsinə dair Cavabdeh2 sahiblik və istifadə hüquqlarının tanınması, həmin qeyri-yaşayış sahəsinə dair sahiblik hüququnun həyata keçirilməsinə yaradılan maneələrin aradan qaldırılması vəzifəsinin “Progress-2016" MTK-ya həvalə edilməsi, qeyri-yaşayış sahələrinin Cavabdeh2 təhvil verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 yanvar 2020-ci il tarixli, 2(105)-540/2020 saylı qərardadının surətindən görünür ki, iddiaçı Cavabdeh2 Cavabdeh1 MTK-ya qarşı mənzilin geri qaytarılması, sahiblik və istifadə hüquqlarının bərpa edilməsi və qeyri-yaşayış sahəsinin boşaldılması tələbinə dair mülki iş üzrə icraat İddiaçı “HAYAN-E" MMC, onun hüquqi varisi Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında qeyri-yaşayış sahələrinə dair müqavilələrin etibarsız hesab edilməsi tələbinə dair 2(012)-145/2020 saylı mülki işə baxılıb qurtaranadək dayandırılmışdır. İş üzrə keçirilmiş ekspertizanın 16 oktyabr 2020-ci il tarixli, 3979 saylı rəyindən görünür ki, Xırdalan şəhəri, H.Əliyev prospekti və M.Ə.Rəsulzadə küçəsinin kəsişdiyi ünvanda yüksək mərtəbəli yaşayış binasının inşa olunmasına dair tərtib olunmuş eskiz layihəsinə əsasən, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda yerləşən 12 mərtəbəli yaşayış evinin 3-cü blokunun 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahələri binanın layihəsində qeyd olunan E-K və 5-8 saylı oxlar arasında yerləşir və 12 mərtəbəli yaşayış evinin 3-cü blokunun 1-ci mərtəbəsində yerləşən qeyriyaşayış sahəsinin ümumi sahəsi 524,4 m2 təşkil edir. Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 12 mərtəbəli yaşayış evinin 3-cü blokunda yerləşən "xxxx" MMC ilə bağlanmış 13 may 2008-ci il tarixli müqaviləyə əsasən satılmış 31,0 m2 və 19 noyabr 2008-ci tarixli müqaviləyə əsasən satılmış 15,0 m2 qeyri-yaşayış sahələrinə dair cizgi planı mülki iş materiallarında olmadığı üçün həmin sahələrin (15 m2 və 31 m2 qeyri-yaşayış sahəsi) Cavabdeh2 mülkiyyətində olan (olmuş) 12 mərtəbəli yaşayış evinin 3-cü blokunda yerləşən 108 kv.metr və 216 kv.metr qeyri-yaşayış sahələri ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda Cavabdeh1 MTK arasında bağlanmış 26 aprel 2017-ci il tarixli 13 və 14 saylı müqaviləyə və müqaviləyə əlavə olunmuş plan sxemə əsasən Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1A küçəsində yerləşən 15 mərtəbəli yaşayış evinin 3-cü blokunda yerləşən ümumi sahəsi 46,0 kv.m. olan qeyri-yaşayış sahəsi və 31,0 kv.m. olan zirzəmi sahəsi Cavabdeh2 mülkiyyətində olan (olmuş) 12 mərtəbəli yaşayış evinin 3-cü blokunda yerləşən 108 kv.metr və 216 kv.metr qeyri-yaşayış sahələri ilə üst-üstə düşmədiyi müəyyən olunur. Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 12 mərtəbəli yaşayış evinin 3-cü blokunda yerləşən "xxxx" MMC ilə bağlanmış 13 may 2008-ci tarixli müqaviləyə əsasən satılmış 31,0 m2 və 19 noyabr 2008-ci tarixli müqaviləyə əsasən satılmış 15,0 m2 qeyri-yaşayış sahələrinə dair cizgi planı mülki iş materiallarında olmadığı üçün, həmin sahələrin (15 m2 və 31 m2 qeyri-yaşayış sahəsi) Cavabdeh2, Cavabdeh3 və X12 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, X25 küçəsi 7A ünvanında yerləşən qeyri-yaşayış sahələri ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda Cavabdeh1 MTK arasında bağlanmış 26 aprel 2017-ci il tarixli, 13 və 14 saylı müqaviləyə və müqaviləyə əlavə olunmuş plan sxemə əsasən Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1A küçəsində yerləşən 15 mərtəbəli yaşayış evinin 3-cü blokunda yerləşən ümumi sahəsi 46,0 kv.m. olan qeyri-yaşayış sahəsi Cavabdeh2 mülkiyyətinə verilmiş çıxarışa əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə **********01-05101-083011 reyestr nömrəli texniki pasportunda göstərilən 96,0 m2 qeyri yaşayış sahəsinin 31,0 m2 hissəsi ilə və 15 m2 hissəsi isə baxış zamanı Gözəllik salonu kimi istifadə olunan Cavabdeh2 mülkiyyətində olan 96,0 m kənarda yerləşən qeyri yaşayış sahəsi ilə üst-üstə düşdüyü müəyyən olunur. Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 12 mərtəbəli yaşayış evinin 3-cü blokunda yerləşən "xxxx" MMC ilə bağlanmış 13 may 2008-ci tarixli müqaviləyə əsasən satılmış 31,0 m2 və 19 noyabr 2008-ci tarixli müqaviləyə əsasən satılmış 15,0 m2 qeyri-yaşayış sahələrinə dair cizgi planı mülki iş materiallarında olmadığı üçün, həmin qeyri-yaşayış sahələrinin (15 m2 və 31 m2 qeyri-yaşayış sahəsi) ayrı-ayrılıqda yerləşmə mövqelərini müəyyən etmək mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(118)-347/2020 saylı qərardadından görünür ki, həmin iş üzrə icraat Abşeron Rayon Məhkəməsində İddiaçı Cavabdeh1 MTK, Cavabdeh2, Cavabdeh3, X14, Abşeron rayonu 2 saylı notariat ofisinin xüsusi notariusu X19 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı müqavilələrin etibarsız hesab edilməsi, çıxarışların ləğv edilməsi, tikilinin təhvil verilməsi, tikiliyə dair müvafiq sənədlərin cavabdehə həvalə edilməsi barədə 2(102)-145/2020 saylı (2(012)-3006/2019 saylı) mülki iş üzrə iddiaya baxılıb qurtarana və məhkəmənin qərarı qanuni qüvvəyə minənə qədər dayandırılmışdır. İş materiallarına əlavə edilmiş Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 24 yanvar 2019-cu il tarixli, 2-1(85)-423/2019 saylı qərarının ləğv edilərək işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə X15 ərizəsinə baxılması üçün məhkəmə iclası 17 avqust 2022-ci il tarixə, saat 15:45-ə təyin edilmişdir. Sorğuda qeyd edilən digər iki 2-1(85)-2704/2018 və 2- 1(85)-423/2019 saylı işlər üzrə isə hazırda məhkəmə icraatı dayandırılmışdır. İş materiallarına əlavə edilmiş Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-424/2019 (işin 2020-ci il nömrəsi 2-1(118)- 31/2020) saylı işi üzrə qəbul edilmiş 14 fevral 2019-cu il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərar qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmişdir. Cavabdeh 03 aprel 2019-cu il tarixli, **********35 nömrəli məktub ilə məhkəməyə müraciət edərək qərarın icra olunduğunu bildirmişdir. Daha sonra İddiaçı məhkəmə qərarının ləğv olunması və işə üçüncü şəxs qismində cəlb olunması barədə vəsatət təqdim etmişdir. Məhkəmənin 13 dekabr 2019-cu il tarixli, 2-1(085)-424/2019 saylı qərardadı ilə vəsatət təmin edilərək, həmin iş üzrə qəbul edilmiş 14 fevral 2019-cu il tarixli qərar ləğv edilmiş, işə mahiyyəti üzrə baxılması təzələnmiş və İddiaçı məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. İddiaçının 28 yanvar 2020-ci il tarixli iş üzrə icraatın dayandırılması barədə vəsatəti təqdim edilmişdir. Məhkəmənin 04 iyun 2020-ci il tarixli, 2-1(118)-31/2020 saylı qərardadı ilə vəsatət təmin edilmiş və iş üzrə icraat dayandırılmışdır. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 14 fevral 2019-cu il tarixli, 2- 1(085)-424/2019 saylı qərarı üzrə icraya dönüş edilməmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-2704/2018 (işin 2020-ci il nömrəsi 2-1(118)-347/2020, işin 2021-ci il nömrəsi 2-1(118)-60/2021, işin 2022-ci il nömrəsi 2-1(118)-10/2022) saylı işi üzrə qəbul edilmiş 17 oktyabr 2018-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərar qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmişdir. Cavabdeh 26 noyabr 2018-ci il tarixli, **********73 nömrəli məktub ilə məhkəməyə müraciət edərək qərarın icra olunduğunu bildirmişdir. Daha sonra Cavabdeh1 işə üçüncü şəxs qismində cəlb olunması barədə vəsatət təqdim etmişdir. Məhkəmənin 13 noyabr 2019-cu il tarixli, 2-1(085)-2704/2018 saylı qərardadı ilə vəsatət təmin edilərək, həmin iş üzrə qəbul edilmiş 17 oktyabr 2018-ci il tarixli qərar ləğv edilmiş, işə mahiyyəti üzrə baxılması təzələnmiş və Cavabdeh1 məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. İddiaçının 08 iyun 2020-ci il tarixli, iş üzrə icraatın dayandırılması barədə vəsatəti təqdim edilmişdir. Məhkəmənin 11 iyun 2020-ci il tarixli, 2- 1(118)-347/2020 saylı qərardadı ilə vəsatət təmin edilmiş və iş üzrə icraat dayandırılmışdır. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 17 oktyabr 2018-ci il tarixli, 2-1(085)-2704/2018 saylı qərarı üzrə icraya dönüş edilməmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(085)-423/2019 saylı işi üzrə qəbul edilmiş 24 yanvar 2019-cu il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərar qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmişdir. Cavabdeh 04 mart 2019-cu il tarixli, **********83 nömrəli məktub ilə məhkəməyə müraciət edərək qərarın icra olunduğunu bildirmişdir. Daha sonra X21 məhkəmə qərarının ləğv olunması və işə üçüncü şəxs qismində cəlb olunması barədə vəsatət təqdim etmişdir. Məhkəmənin 05 noyabr 2021-ci il tarixli, 2-1(118)-423/2019 saylı qərardadı ilə vəsatət təmin edilməmişdir. Həmin qərardaddan verilmiş şikayət Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-246/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə qismən təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli, 2-1(118)-423/2019 saylı qərardadı ləğv edilmiş, X15 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi barədə vəsatətinə yenidən baxılması üçün iş Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. Vəsatətə baxılması 17 avqust 2022-ci il tarixə, saat 15:45-ə təyin edilmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-423/2019 saylı, 24 yanvar 2019-cu il tarixli qərarı üzrə icraya dönüş edilməmişdir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, birinci instansiya məhkəməsi İddiaçı Cavabdeh1 MTK-ya qarşı onunla "xxxx" MMC və varisi Cavabdeh1 MTK arasında bağlanmış 13 may 2008, 19 noyabr 2008, 29 sentyabr 2008 və 26 aprel 2017-ci il tarixli müqavilələrə əsasən Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli, 301 saylı sərəncamı ilə tikintisinə icazə verilmiş Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda yerləşən 12 mərtəbəli yaşayış evinin 3-cü blokunda 46 kv.metr ümumi sahəsi olan qeyri-yaşayış sahəsinin və 31 kv.metr ümumi sahəsi olan zirzəminin ona təhvil verilməsi və həmin qeyri-yaşayış sahələrinə dair dövlət reyestrindən çıxarışın alınması üçün zəruri olan müvafiq sənədlərin (ümumi yığıncağın qərarından çıxarış, maliyyə arayışı və s.) verilməsi vəzifəsinin Cavabdeh1 MTK-ya həvalə edilməsi barədə iddia tələbinin təmin edilməsi nəticəsinə gəlsə də, qətnamənin nəticə hissəsi imperativ formada yazılmamışdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyul 1997-ci il tarixli, 2 saylı Qərarının 6.8-ci bəndinə əsasən qətnamənin nəticə hissəsi imperativ formada yazılmalı, baxılan iş üzrə tərəflərin hüquq və vəzifələrini dəqiq müəyyən etməlidir. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən halı prosessual hüquq normasının pozulması kimi qiymətləndirərək hesab edir ki, iş üzrə məhkəmə qətnaməsi İddiaçı iddiasının qismən təmin edilməsi hissəsində ləğv edilməli, bu hissədə yeni qətnamə qəbul edilərək həmin hissədə iddia tələbi təmin edilməlidir. Belə ki, işdən görünür ki, 13 may 2008-ci il tarixdə “İcraçı” adlanan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə “Payçı” kimi X9 arasında bağlanmış müqaviləyə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Xırdalan şəhəri M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 12 mərtəbəli yaşayış evinin ümumi sahəsi 31.0 kv.metr olan qeyriyaşayış sahəsini X4 verməyi öz öhdəsinə götürmüş, qeyri-yaşayış sahəsinin bir kvadrat metrinin dəyəri 722 manat, ümumi dəyəri 22372 manat müəyyən olunmuşdur. Müqavilənin 3.1-ci bəndində qeyri-yaşayış sahəsinin dəyəri olaraq 22372 manatın ödənildiyi qeyd edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin maliyyə arayışına əsasən X9 tərəfindən Xırdalan şəhəri M.Ə.Rəsulzadə küçəsi 1A saylı ünvanda inşa olunan yaşayış evinin 1-ci mərtəbəsində yerləşən 31.0 kv.metr qeyri-yaşayış sahəsinə görə 22372 manat ödənilmişdir, onun "xxxx" məhdud məsuliyyətli cəmiyyətinə heç bir borcu yoxdur. 19 noyabr 2008-ci il tarixdə “İcraçı” adlanan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə “Payçı” kimi İddiaçı arasında bağlanmış müqaviləyə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Xırdalan şəhəri M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 12 mərtəbəli yaşayış evinin ümumi sahəsi 15.0 kv.metr olan qeyri-yaşayış sahəsini İddiaçı verməyi öz öhdəsinə götürmüş, qeyri-yaşayış sahəsinin bir kvadrat metrinin dəyəri 270 manat, ümumi dəyəri 4050 manat müəyyən olunmuşdur. Müqavilənin 3.1-ci bəndində qeyri-yaşayış sahəsinin dəyəri olaraq 4050 manatın ödənildiyi qeyd edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 19 noyabr 2008-ci il tarixli maliyyə arayışına əsasən İddiaçı tərəfindən Xırdalan şəhəri M.Ə.Rəsulzadə küçəsi 1A saylı ünvanda inşa olunan yaşayış evinin 1-ci mərtəbəsində yerləşən 15.0 kv.metr qeyri-yaşayış sahəsinə görə 4050 manat ödənilmişdir, onun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə heç bir borcu yoxdur. 26 aprel 2017-ci il tarixdə “İcraçı” adlanan Cavabdeh1 ilə “Payçı” kimi İddiaçı arasında bağlanmış müqaviləyə əsasən Cavabdeh1 varisi olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında əvvəllər bağlanmış 13 may 2008-ci il tarixli müqavilə əsasında yeni şərtlərlə müqavilə bağlayaraq Xırdalan şəhəri M.Ə.Rəsulzadə 1A ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin 3-cü blok ümumi sahəsi 46,0. kv.metr olan qeyri-yaşayış sahəsini İddiaçı ayırmağı öz öhdəsinə götürmüş, qeyri-yaşayış sahəsinin bir kvadrat metrinin dəyəri 574 manat, ümumi dəyəri 26422 manat müəyyən olunmuşdur. İddiaçı əlavə olaraq 13800 manat ödəmişdir. Göstərilən halları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, İddiaçı iddia tələbinin 46,0. kv.metr qeyri-yaşayış sahəsinin və 31 kv.metr ümumi sahəsi olan zirzəminin ona təhvil verilməsi və həmin qeyri-yaşayış sahələrinə dair dövlət reyestrindən çıxarışın alınması üçün zəruri olan müvafiq sənədlərin (ümumi yığıncağın qərarından çıxarış, maliyyə arayışı və s.) verilməsi vəzifəsinin Cavabdeh1 MTK-ya həvalə edilməsi hissəsi təmin edilməlidir. Məhkəmə kollegiyası bu nəticəyə gələrkən onu da nəzərə alır ki, birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissədə iş üzrə cavabdehlər tərəfindən mübahisələndirilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun 8.0.6-cı maddəsinə görə mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, İddiaçı ilə "xxxx" MMC və varisi Cavabdeh1 MTK arasında bağlanmış 13 may 2008, 19 noyabr 2008, 29 sentyabr 2008 və 26 aprel 2017-ci il tarixli müqavilələrə əsasən Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli, 301 saylı sərəncamı ilə tikintisinə icazə verilmiş Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda yerləşən 12 mərtəbəli yaşayış evinin 3-cü blokunda 46 kv.metr ümumi sahəsi olan qeyri-yaşayış sahəsi və 31 kv. metr ümumi sahəsi olan zirzəmi İddiaçı təhvil verilməli və həmin qeyri-yaşayış sahələrinə dair dövlət reyestrindən çıxarışın alınması üçün zəruri olan müvafiq sənədlərin (ümumi yığıncağın qərarından çıxarış, maliyyə arayışı və s.) verilməsi vəzifəsi Cavabdeh1 MTK-ya həvalə edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası MM-nin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya”nın 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası MM-nin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Azərbaycan Respublikası MM-nin 337.1 və 337.2-ci maddələrinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.4-cü maddəsinə görə etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. İş materialları və işin məhkəmə iclasında araşdırılan halları ilə müəyyən edilmişdir ki, Cavabdeh2 qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışlar alınmış, həmin çıxarışlar qanuni qüvvəsini almış məhkəmə qərarları əsasında verilmişdir. Digər mübahisə tərəflərinin mülkiyyət hüququnu təsdiq edən çıxarışlarının olmaması işin mübahisəsiz hallarıdır. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli qeyri yaşayış sahələrinə dair Cavabdeh2 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün əsas olan məhkəmə qərarları sonradan ləğv edilsə də, həmin işlər üzrə icranın dönüşü edilməmiş, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat hazırda da qüvvədədir. Bu hal iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubu ilə də təsdiq olunur. İddiaçı iddia tələbi həm də Abşeron Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli, 301 saylı sərəncamı ilə tikintisinə icazə verilmiş Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda inşa edilən yaşayış evinin 3-cü blokunda 108 kv.metr və 216 kv.metr qeyri-yaşayış sahələrinə dair "xxxx" MMC və Cavabdeh2 arasında 20 may 2010-cu il tarixdə bağlanmış müqavilələrin ona məxsus həmin yaşayış evinin 3-cü blokunda 46 kv.metr ümumi sahəsi olan qeyri-yaşayış sahəsi ilə üst-üstə düşən hissəsində etibarsız hesab edilməsi, Abşeron rayonu, Xırdalan şəhəri, X25 küçəsi 7 A ünvanda yerləşən qeyri-yaşayış sahələrinə dair Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və bu qeydiyyat əsasında verilmiş çıxarışın ləğv edilməsi, Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış 22 may 2019-cu il tarixli və X14 arasında bağlanmış 27 fevral 2019-cu il tarixli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və həmin şəxslərin adına daşınmaz əmlakın dövlət reyestr xidmətində aparılmış qeydiyyat və bu qeydiyyat əsasında verilmiş çıxarışların ləğv edilməsi barədədir. Azərbaycan Respublikası MM-nin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. O, təsdiqlədiyi müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 144.2-ci maddəsinə görə sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir. Göründüyü kimi, əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Bu Məcəllədə göstərilmiş hallarda əqdlərin notariat qaydasında təsdiqlənməsi məcburidir. Daşınmaz əşyaların alqı-satqısı haqqında müqavilə yazılı formada bağlandıqda və notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır. Azərbaycan Respublikası MM-nin 646-cı maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alqı-satqısına əşyaların alqı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 567-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 648.1-ci maddəsinə görə daşınmaz əşyaların alqı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. Azərbaycan Respublikası MM-nin 140-cı maddəsinə görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Göründüyü kimi, Azərbaycan Respublikası MM-nin 140-cı maddəsində də əqdin həqiqi sayılması üçün reyestrdəki əldə edən şəxsin xeyrinə olan qeydə dair etirazın reyestrə daxil edilməməsi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bilməməsi əsas şərtdir. Başqa sözlə, əqd o vaxt həqiqi sayılmır ki, bu qeydə dair etiraz reyestrə daxil edilmiş olsun və ya əldə edən şəxs qeydin qeyri-dəqiq olmasını bilmiş olsun. Hazırki işdə isə əqdlərin həqiqi olmaması üçün Azərbaycan Respublikası MM-nin 140-cı maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 oktyabr 2004-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin vurğulanmalıdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Qərarda Konstitusiya Məhkəməsinin Plenumu xüsusi olaraq onu da qeyd etmişdir ki, əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. “X6 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında da Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, əldə edənin əmlakı onu özgəninkiləşdirməyə səlahiyyəti olmayan şəxsdən əldə etdiyini bilməməsi faktının mövcudluğu tələbin təmin olunmasının mümkünlüyü baxımından vicdanlı sahibi mülkiyyətçiyə nisbətdə daha üstün hüquqi mövqeyə çıxarır. “H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 6 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 sentyabr 2014-cü il qərarında da Konstitusiya Məhkəməsi qeyd edir ki, mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı, digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Mövcud mülki qanunvericiliyə əsasən əgər mülkiyyətçi etibarnamə əsasında harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun bütün əmlakını idarə etməyi, üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə, qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən, almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı, mirası qəbul etməyi və yaxud ondan imtina etməyi və s. hərəkətləri etməyi şəxsə etibar edirsə, həmin şəxs də etibarnamə əsasında əmlakı başqa şəxsə satırsa, mülkiyyətçi tərəfindən alqı-satqı müqaviləsinin etibarsız sayılması haqqında iddia irəli sürüldükdə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edildikdə, onda Azərbaycan Respublikası MM-nin 337.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada iddianın təmin olunmasından imtina edilməlidir. Göründüyü kimi, Konstitusiya Məhkəməsinin ayrı-ayrı işlər üzrə müxtəlif vaxtlarda qəbul etdiyi qərarlarda vicdanlı əldə edənin hüquqlarının qorunması, mülkiyyətçiyə nisbətdə onun daha üstün hüquqi mövqeyə çıxması və əqdin etibarsız sayılması haqqında iddia irəli sürüldükdə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edildiyi halda Azərbaycan Respublikası MM-nin 337.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada iddianın təmin olunmasından imtina edilməsi qeyd edilmişdir. Buna görə də hazırki işin hallarından və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ayrı-ayrı işlər üzrə müxtəlif vaxtlarda qəbul etdiyi qərarlarda əks olunan hüquqi mövqeyindən çıxış edərək məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh3 və X14 vicdanlı əldə edən olduqlarından, onlarla Cavabdeh2 arasında bağlanmış 27 fevral 2019cu il və 22 may 2019-cu il tarixli alqı-satqı müqavilələri etibarsız hesab edilə bilməz. İşdən görünür ki, müstəqil tələblər irəli sürən üçüncü şəxs X8 iddia tələbi Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlanmış 28 aprel 2017-ci il tarixli 13 və 14 saylı müqavilələr, həmin müqavilələr əsasında Cavabdeh2 satılmış sahənin "xxxx" MMC ilə onun arasında bağlanmış 30 mart 2008-ci il tarixli, 18 saylı və "xxxx" MMC-nin hüquqi varisi Cavabdeh1 MTK ilə onun arasında bağlanmış 09 avqust 2017-ci il tarixli, 20 saylı müqavilə əsasında ona məxsus ünvan 2 ünvanda inşa olunan yaşayış binasının 3-cü blokunda yerləşən, sahəsi 36,0 kv.metr olan qeyri-yaşayış sahəsi ilə üst-üstə düşən hissədə etibarsız hesab edilməsi və həmin üst-üstə düşən sahə üzrə Cavabdeh2 verilmiş çıxarışın ləğv edilməsi barədədir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, işdə Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlanmış 28 aprel 2017-ci il tarixli 13 və 14 saylı müqavilələr mövcud deyildir. Belə müqavilələr, ümumiyyətlə, mövcud olmamışdır. Hətta nəzərə alınsa ki, etibarsızlığı tələb olunan həmin müqavilələrin tarixi texniki səhv olaraq “26” aprel əvəzinə “28” aprel yazılmışdır, yenə də həmin müqavilələrin Cavabdeh2 aidiyyəti yoxdur. 26 aprel 2017-ci il tarixli müqavilələr Cavabdeh2 ilə deyil, İddiaçı ilə bağlanmış müqavilələrdir. X3 həmin müqavilələrə istinad edərək hazırkı tələbi irəli sürmüşdür. Bu iddia müqavilə tərəfi olan İddiaçı yönələ bilər. Bundan başqa, X10 məxsus ünvan 5 ünvanda inşa olunan yaşayış binasının 3-cü blokunda yerləşən sahəsi 36,0 kv.metr olan qeyri-yaşayış sahəsi hazırda gözəllik salonu kimi fəaliyyət göstərir və onun sahibliyindədir. Eyni zamanda iş üzrə keçirilmiş ekspertiza rəyi ilə təsdiq olunur ki, Cavabdeh2 məxsus olan sahə X10 məxsus olan 36 kv.m sahə ilə üst-üstə düşmür. Hazırki halda X13 ilə Cavabdeh2 bir-birinə qarşı tələb irəli sürməyə subyektiv hüquqa malik deyildirlər. Azərbaycan Respublikasının Konstitusiyasında (maddə 60) və Azərbaycan Respublikasının qoşulduğu bir sıra beynəlxalq hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsinin 1-ci bəndi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi) təsbit edilmiş müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunan məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarı ilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalı və yalnız onun belə hüquqa malik olduğu müəyyən edildikdən sonra cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığına münasibət bildirməlidir. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması araşdırılmalıdır. İddia tələbi irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə kollegiyası nəzərə alır ki, Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir və həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 46-cı maddəsinə görə tərəflər, üçüncü şəxslər, ərizəçilər, maraqlı şəxslər, pozulmuş və ya mübahisə edilən hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququ olan ictimai təşkilatlar, dövlət orqanları və digər orqanlar işdə iştirak edən şəxslərdirlər. Həmin Məcəllənin 50.1-ci maddəsinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Həmin Məcəllənin 50.2-ci maddəsinə görə özünün və ya başqasının mənafeyi naminə iddia qaldırmış fiziki və hüquqi şəxslər, təsisçisi dövlət və ya dövlət idarəsi, yaxud təşkilatı olan hüquqi şəxslərin müvafiq müraciəti olduğu hallarda dövlət mənafeyinin müdafiəsi üçün iddia qaldırmış prokuror iddiaçılar hesab edilirlər. Göründüyü kimi, X2 Malik Sultan oğluna qarşı hazırki iddia tələbini irəli sürmək hüququna malik olmamışdır. Eyni zamanda X10 məxsus ünvan 5 ünvanda inşa olunan yaşayış binasının 3-cü blokunda yerləşən sahəsi 36,0 kv.metr olan qeyri-yaşayış sahəsi Cavabdeh1 MTK tərəfindən ona təhvil verilmiş, X13 orada təmir işlərini başa çatdıraraq hazırda gözəllik salonu kimi ondan istifadə edir. Göründüyü kimi, fərdi-müəyyən əşya artıq X10 təhvil verilmiş və onun sahibliyindədir və hazırki iş üzrə ona qarşı hər hansı tələb yoxdur. Ona görə hazırkı mübahisə, ümumiyyətlə, X8 mənafeyini pozmur. Onun maraqlarına toxunan yeganə hal ondan ibarətdir ki, müvafiq ekspert rəyinə əsasən İddiaçı 26 aprel 2017-ci il tarixli müqavilələrlə ayrılmış qeyri-yaşayış sahəsinin 15 kv.m hissəsi onun sahəsi ilə üst-üstə düşür. X10 qarşı hazırkı işdə tələb olmadığı üçün həmin tələb təmin oluna bilməz. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli hüquq münasibətlərinə tətbiq edib, hesab edir ki, birinci instansiya məhkəməsinin iddiaların təmin edilməmiş hissələrində gəldiyi nəticə qanuni və əsaslıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası iddiaçının və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxsin apellyasiya şikayətlərində göstərdiyi dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə iddianın təmin olunmuş hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, bu hissədə iddia təmin edilməli, qalan hissələrdə qətnamə dəyişdirilmədən saxlanılmalı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxsin apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli, 2(012)-64/2021 saylı qətnaməsi iddianın təmin olunmuş hissəsində ləğv edilsin, həmin hissədə yeni qətnamə qəbul edilsin, bu hissədə iddia təmin edilsin. İddiaçı ilə "xxxx" MMC və onun varisi Cavabdeh1 MTK arasında bağlanmış 13 may 2008, 19 noyabr 2008, 29 sentyabr 2008 və 26 aprel 2017-ci il tarixli müqavilələrə əsasən Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli, 301 saylı sərəncamı ilə tikintisinə icazə verilmiş Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda yerləşən 12 mərtəbəli yaşayış evinin 3-cü blokunda 46 kv.metr ümumi sahəsi olan qeyri-yaşayış sahəsi və 31 kv. metr ümumi sahəsi olan zirzəmi İddiaçı təhvil verilsin və həmin qeyri-yaşayış sahələrinə dair dövlət reyestrindən çıxarışın alınması üçün zəruri olan müvafiq sənədlərin (ümumi yığıncağın qərarından çıxarış, maliyyə arayışı və s.) verilməsi vəzifəsi Cavabdeh1 MTK-ya həvalə edilsin. Qalan hissələrdə qətnamə dəyişdirilmədən saxlanılsın. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X8 apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1204/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1204/2022
10.08.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver