Məhkəmə qərarları › İş №2(105)-1205/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1205/2025

12.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə - Ailə münasibətləri üzrə mübahisələr - Ər-arvad arasında əmlak mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1205/2025 12.11.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlu sədrliyi və məruzəsi, hakimlər Məmmədov Fuad Əli oğlu və X1 ibarət tərkibdə, Rəhimova Ülkər Cabbar qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı daşınmaz əmlaka dair bağlanmış müqavilələrin etibarsız hesab edilməsi, çıxarışların ləğvi, əmlakdan payların müəyyən edilməsi tələbinə dair ilk və birləşdirilmiş iddia üzrə iddiaçı Cavabdeh1 Cavabdeh2 qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin e-2(067)-402/2025 nömrəli, 29 may 2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Xaçmaz Rayon Məhkəməsinin 29 may 2025-ci il tarixli qətnaməsi ilə (hakim A.Əliyeva) İddiaçı cavabdehlər X2, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı “daşınmaz əmlaka dair bağlanmış müqavilələrin etibarsız hesab edilməsi, çıxarışların ləğvi, əmlakdan payların müəyyən edilməsi və sair” tələbinə dair iddiasının qismən təmin edilməsi, Cavabdeh7, Cavabdeh4, Məmmədova (Qədirova) Ceyhunə Firuz qızı, Cavabdeh6 ilə Cavabdeh1 ilə arasında Quba regional “ASAN Xidmət” mərkəzində bağlanmış xx.xx.2024-cü il tarixli 4Ə-1942 saylı daşınmaz əmlakın bağışlama müqaviləsi etibarsız hesab edilməsi, həmin müqavilə əsasında verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024-cü tarixli, **********27-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, Cavabdeh1 ilə Cavabdeh2 Əfləddin oğlu arasında xx.xx.2024-cü il tarixdə Xaçmaz rayon 1 saylı Notariat ofisində bağlanmış 4Ə-2671 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin (AN-İ № 1154004) etibarsız hesab edilməsi, həmin müqavilə əsasında verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, Xaçmaz rayonu 1 saylı Notariat kontorunda bağlanmış xx.xx.2017-ci il tarixli 4Ə-998 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqısına dair müqavilədən əmələ gəlmiş hüquqda İddiaçı və Cavabdeh3 1/2 payı müəyyən edilməsi, mülki işə baxılması üşün ödənilmiş 50 manat dövlət rüsumu, mediasiya sessiyasında iştirak üçün ödənilmiş 60 manat və hüquqi yardımın göstərilməsi ilə bağlı vəkilə ödənilmiş 500 manat məbləğində pul Cavabdeh3 tutularq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, birləşdirilmiş iddia üzrə iddiaçı Cavabdeh1 Cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiasının təmin edilməsi, Cavabdeh1 ilə Cavabdeh2 arasında Xaçmaz rayon 1 saylı Notariat Ofisində bağlanmış xx.xx.2024-cü il tarixli, 4Ə-2671 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin (AN-İ № 1154004) etibarsız hesab edilməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə Cavabdeh2 Əfləddin oğlu arasında xx.xx.2024-cü il tarixdə bağlanmış 4Ə-2671 reyestr nömrəli alqısatqı müqaviləsinin (AN-İ № 1154004) etibarsız hesab edilməsi, Xaçmaz rayonu Molla Burhan kəndində yerləşən 0,1 ha torpaq sahəsi və onun üzərində yerləşən 148,4 kv.m olan fərdi yaşayış evində dair 2/3 hissədə onun payının qalan hissədə Cavabdeh3 payı müəyyən edilərək payların naturada bölünməsi və vəkilə xidmət haqqı kimi ödədiyi 500 manat, mediasiya sessiyasında iştirak üçün ödədiyi 60 manat, dövlət rüsümu üçün ödədiyi 50 manat pulun Cavabdeh3 tutularaq ona verilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh7, Cavabdeh4, Cavabdeh6, Cavabdeh5 və Cavabdeh3 arasında bağlanmış ünvan 1i ünvanında yerləşən 0.10 ha torpaq sahəsinə dair xx.xx.2017-ci il tarixli 4Ə-998 reyestr nömrə ilə Xaçmaz rayonu 1 saylı notariat ofisində rəsmiləşdirilmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsinin Xaçmaz rayonu 1 saylı notariat ofisinin tərəfindən 16 dekabr 2021-ci il tarixli “daşınmaz əmlakın alqı-satqı müqaviləsi sazişlə" ləğv edilməsinə dair sazişin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin 2(067)- 1247/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş və Cavabdeh7, Cavabdeh4, Cavabdeh6, Cavabdeh5 və Cavabdeh3 arasında bağlanmış ünvan 1i ünvanında yerləşən 0,10 ha torpaq sahəsinə dair xx.xx.2017-ci il tarixli 4Ə-998 reyestr nömrə ilə Xaçmaz rayonu 1 saylı notariat ofisində rəsmiləşdirilmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsinə dair 16 dekabr 2021-ci il tarixli (3M-356 reyestr nömrəli) saziş etibarsız hesab edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-ci il tarixli 2(105)- 266/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş və Xaçmaz Rayon Məhkəməsinin 08 sentyabr 2022ci il tarixli, 2(067)- 1247/2022 nömrəli qətnaməsi Cavabdeh3 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 3174/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-266/2023 nömrəli, 31 yanvar 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bununla da yuxarıda qeyd edilən torpaq sahəsi ilə bağlı vəziyyət əvvəlki vəziyyətə qayıtmışdır. Yəni Xaçmaz rayonu, Mollaburhan kəndində yerləşən torpaq sahəsinə dair Xaçmaz rayonu 1 saylı notariat ofisində rəsmiləşdirilmiş daşınmaz əmlakın xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsi hal-hazırda qüvvədədir. Bundan sonra o, Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək Cavabdeh7, Cavabdeh4, Cavabdeh6, Cavabdeh5 adına Xaçmaz rayon qeydiyyat şöbəsində qeydə alınmış reyestr qeydinin ləğvinə dair iddia qaldırmış və həmin iddia da Sumqayıt İnzibati Məhkəməsinin hakimi Leyla Mirzəyeva tərəfindən təmin edilmişdir. (iş e-2-1(118)- 2720/2024) Lakin keçmiş yoldaşı yenidən öz yaxınları ilə plan quraraq ona məxsus olan yuxarıda qeyd edilən torpaq sahəsi və fərdi yaşayış evini Cavabdeh2 adına keçirmişdir. Alqı-satqı müqaviləsinə fikir versələr görmək olar ki, bunu edərkən o, dayısı, anası və əvvəldən münasibəti olan Cavabdeh2 öz qanunsuz əməllərinə cəlb etmişdir. Bununla bağlı həmçinin Xaçmaz rayon Daşınmaz Əmlak Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə sorğu edilmişdir. Sorğuya cavabda müəyyən edilir ki, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Cavabdeh7 və onun ailə üzvləri xx.xx.2024-cü il tarixdə 4Ə1942 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 adına özgəninkiləşdirilmiş və ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Sonradan Cavabdeh1 ilə Cavabdeh2 Əfləddin oğlu arasında xx.xx.2024-cü il tarixdə 4Ə-2671 reyestr nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Yaranmış zərurətlə əlaqədar olaraq, Cavabdeh7 və onun ailə üzvləri ilə xx.xx.2024-cü il tarixdə 4Ə-1942 reyestr nömrəli alqısatqı müqaviləsinə əsasən Cavabdeh1 adına özgəninkiləşdirilmiş və sonradan Cavabdeh1 ilə Cavabdeh2 Əfləddin oğlu arasında xx.xx.2024-cü il tarixdə 4Ə-2671 reyestr nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Hesab edir ki, onların əməllərində dələduzluq cinayətinin tərkibi var və məsul şəxslər cinayət məsuliyyətinə cəlb edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Xaçmaz Rayon Məhkəməsinin 29 may 2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsi, iş üzrə Xaçmaz rayonu Molla Burhan kəndində 0,1 ha torpaq sahəsi üzərində yerləşən 148,4 kv.m olan fərdi yaşayış evinə dair onu 2/3 hissədə payının tanınması hissəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qərarı ədalətsizdir və onun iddia tələbi təmin edilməli idi. Məhkəmə öz qətnaməsində özü-özünü təkzib edir. Belə ki, qətnamədə hakim ilkin iddia üzrə iddia tələbinin təmin edilməyən hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı alqı-satqı müaviləsi üzrə əldə olunmuş torpaq sahəsi ilə yanaşı onun üzərində tikilmiş yaşayış sahəsindən də payın müəyyən edilməsini xahiş etmişdir, lakin daşınmaz əmlakın alqı-satqısına dair müqavilənin araşdırılması zamanı birgə nikah dövründə rəsmiləşdirilmiş həmin alqı-satqı müqaviləsinin yalnız torpaq sahəsinə dair bağlandığı, fərdi yaşayış evinin alqı-satqısı ilə bağlı tərəflər arasında hər hansı razılaşma olmadığı müəyən edilmişdir. Lakin məhkəmədə tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(105)-266/2023 nömrəli qətnaməsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2 (102)-3174/2023 nömrəli qərarı göstərilsə də məhkəmə tərəfindən bu hala qiymət verilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(105)-266/2023 nömrəli qətnaməsində göstərilmişdir ki, apellyasiya kollegiyası yuxarıda qeyd olunan maddi hüquq normalarını işin faktiki halları ilə birgə təhlil edərək qeyd etməyi zəruri hesab edir ki, hazırkı mübahisə predmetini təşkil edən Xaçmaz rayonu, Mollaburhan kəndində yerləşən 0,10 ha torpaq sahəsi Cavabdeh3 ilə Qədimova (Pirimova) Aytən Nadirşah qızının birgə nikahları dövründə əldə edildiyindən, sonuncunun həmin torpaq sahəsi üzərində qanuni gözlənti hüququ olmaqla birgə sahiblik və istifadə hüququ yaranmışdır. Bundan başqa tərəflərin izahatlarından, işin faktiki hallarından məlum olduğu kimi yenə tərəflər birgə nikah dövründə həmin torpaq sahəsi üzərində fərdi yaşayış evi inşa etmişlər. Həmin evin tikintisində və təmirində tərəflər birgə iştirak etmişlər və ev hazırda istismara tam yararlı olmaqla, iddiaçı himayəsində olan azyaşlı uşaqları ilə birlikdə orada yaşayır. Başqa sözlə həmin ev hazırda iqtisadi dəyərə malik olan daşınmaz əmlak olmaqla, iddiaçının ən az cavabdeh qədər bu evdə iqtisadi marağı olmuşdur. Mübahisələndirilən sazişin qüvvədə olması halında isə iddiaçı heç bir əsas olmadan sahibliyində və istifadəsində olan fərdi yaşayış evindən də məhrum olur ki, bu hal onun hüquqlarının pozulması ilə nəticələnə bilər. Lakin Xaçmaz Rayon Məhkəməsi qərar qəbul edərkən gələcəkdə qətnamənin icrası ilə bağlı məsələni həll etmədən qərar qəbul etmişdir. Çünki əgər torpaq sahəsinə dair pay müəyyən edilmişsə onda onun üzərində olan evə dair də pay müəyyən edilməli idi. Çünki iş materiallarından da görünür ki, cavabdehlər evə dair çıxarış almışlar. Bu isə o deməkdir ki, hüquqlarını müdafiə etdiyi şəxsin də torpağa dair hüquq əldə etdikdən sonra onun gələcəkdə əldə edəcəyi paya hüququ yaranmış olur. Odur ki, hər bir mübahisəyə hüquqi qiymət verilərkən maraqların ziddiyyəti, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması vasitəsilə, qanunvericilik normaları və hüququn ümumi və sahəvi prinsipləri nəzərə alınmaqla məhkəmələr tərəfindən həll olunmalıdır. Lakin bu hal da məhkəmə tərəfindən nəzərə alınmadan qərar qəbul edilmişdir. Lakin iş üzrə müəyyən edilən hallara və tərəflərin qarşılıqlı münasibətinə əsaslanmadan qətnamə qəbul edilmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verib, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, Cavabdeh7 məhkəmə kollegiyasına ərizə ünvanlayaraq səhhətində olan problemlər ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmiş, digərləri iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsini cavabdehlərdən Cavabdeh7, Cavabdeh4, Cavabdeh6, Qədirova (Məmmədova) Ceyhunə Firuz qızının adına Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsində qeydə alınmış reyestr qeydi ləğv olunduğundan onun əsasında bağlanmış digər müqavilələr etibarsız olması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi bu nəticədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, apellyasiya şikayətinə əsasən qətnaməni Xaçmaz rayonu Molla Burhan kəndində 0,1 ha torpaq sahəsi üzərində yerləşən 148,4 kv.m olan fərdi yaşayış evinə dair onun 2/3 hissədə payının tanınması hissəsində ləğv edilməsini və həmin hissədə iddia tələbinin təmin edilməsini xahiş edir. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini ifadə etmişdir (Konstitusiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı). “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası qətnamənin fərdi yaşayış evinə dair payın müəyyən edilməsi hissəsində mübahisələndirildiyini nəzərə alaraq həmin hissədə apellyasiya şikayətinin dəlillərinə uyğun qiymət verilməsini zəruri hesab edir. Xaçmaz rayonu 1 saylı notariat ofisində rəsmiləşdirilmiş Daşınmaz Əmlakın xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsi hazırda qüvvədə olması və Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə ilkin iddia üzrə İddiaçı Cavabdeh7, Cavabdeh4, Cavabdeh6, Qədirova (Məmmədova) Ceyhunə Firuz qızının adına adına Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsində qeydə alınmış reyestr qeydinin və çıxarışın ləğvinə dair iddiasının təmin edilməsi işin mübahisəsiz halıdır. Baxılan iş üzrə mübahisələndirilən hissədə iddia Xaçmaz rayonu Molla Burhan kəndində yerləşən 0,1 ha torpaq sahəsi üzərində yerləşən 148,4 kv.m olan fərdi yaşayış evində dair 2/3 hissədə payın müəyyən edilməsi və iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 225.1. və Ailə Məcəlləsinin 32-ci maddələri təşkil edir. Məlum olduğu kimi, Mülki Məcəlləsinin 225.1 və Ailə Məcəlləsinin 32.1-ci maddələri nikah dövründə əldə olunmuş (qazanılmış) əmlakın ər-arvadın birgə mülkiyyəti sayılmasına dair qanuni prezumpsiyanı ehtiva edir. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekpertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları il, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən olunur. (Azərbaycan Respublikası MPM-nin 76.1, 76.2-ci maddələri) Həmçinin nəzərə alınmalıdır ki, prosessual qanunvericilik tərəflərin izahatlarını sübut növlərindən biri kimi qəbul etsə də, MPM-in 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun. Qeyd olunan mülki prosessual normaların tələbləri baxımından mülki məhkəmə icraatının prinsipinə əsasən sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Mahmudovun Rusiyaya qarşı iş üzrə» 26 iyul 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti, incumbit probalion» (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Göründüyü kimi, üzərinə sübutetmə yükü düşən iddiaçı mübahisələndirdiyi hissədə öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları təsdiq edən tutarlı sübutlar təqdim edə bilmədiyindən, iddia tələbini bu hissədə təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə mübahisələndirilən hissədə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, iş üzrə məhkəmə qətnaməsinin mübahisələndirilən hissədə apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin 29 may 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar