Məhkəmə qərarları › İş №2(105)-1217/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1217/2021

10.03.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1217/2021 10.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X8, İddiaçı, cavabdeh «xxxx» QSC-nin nümayəndəsi X2 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-2930/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-2930/2020 saylı qətnaməsi ilə (hakim A.İ.İsmayılov) İddiaçı cavabdehlər Sumqayıt şəhəri üzrə İcra İdarəsi, «xxxx» QSC və «X9 Mərkəzi» MMC-yə qarşı hərracın və onun nəticələri haqqında protokolun ləğv olunması və mülkiyyət hüququnun bərpa olunması tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı apelyasiya şikayəti verib, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-2930/2020 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandımışdır ki, xx.xx.2020-ci il tarixdə Sumqayıt şəhəri üzrə İcra idarəsinə dəvət olunduqdan sonra ona məlum olmuşdur ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 77-ci məhəllə, 194 “B” (Yeni qaydalarla - AZ5021, ünvan 1 ünvanında yerləşən və mülkiyyətində olan daşınmaz əmlak hərrac vasitəsilə satılmışdır. Hərracın yekunlarına dair protokolu istədikdə ona həmin sənədin sadəcə surəti təqdim olunmuşdur. Sənədin nə əsli, nə də təsdiqlənmiş surəti olmadığından onu qəbul etməkdən imtina etmiş, çünki belə bir sənədi məhkəməyə təqdim edə bilməzdi. xx.xx.2020-ci il tarixdə Sumqayıt şəhəri üzrə İcra İdarəsindən rəsmi daxil olan məktubda da protokolun nə əsli, nə də təsdiqlənmiş surəti olmadığından bir daha Sumqayıt şəhəri üzrə İcra İdarəsinə müraciət etmiş və xx.xx.2020-ci il tarixdə həmin sənədin əslini əldə edə bilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Yuxarıda qeyd olunanlara baxmayaraq Sumqayıt şəhəri üzrə İcra idarəsi onu nə qərar barədə məlumatlandırmış, nə də ona tələbin tərəfindən könüllü icrası üçün müddət təyin etməmişdir. İcra sənədinə əsas olmuş 2(105)-3593/2018 saylı mülki iş üzrə çıxarılmış məhkəmə qətnaməsindən kassasiya şikayəti vermişdir və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxx 2019-cu il tarixli, 2(102)-1845/2019 saylı qərarı ilə mülki iş yenidən baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə qaytarılmışdır. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyası tərəfindən 2(105)-2402/2019 saylı mülki iş üzrə qəbul edilmiş qətnaməni o, bu günə kimi almamışdır və qətnamənin surəti rəsmi qaydada ona təqdim edildikdən sonra ondan kassasiya şikayəti vermək niyyətindədir. Lakin qətnaməni hələ də almadığına və ondan apelyasiya şikayəti vermək hüququnun olmasına baxmayaraq verilmiş icra vərəqəsi üzrə icra hərəkətləri davam etdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 42-ci maddələrinin tələblərinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirməli və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərməlidir. Hərracın keçiriləcəyi barədə hərracın təşkilatçısı olmuş “X4 Mərkəzi” MMC də ona bu barədə heç bir məlumat verməmişdir. Ona görə də, hərracın nəticələri haqqında xx.xx.2019-cu il tarixli, Y-16/6 nömrəli protokolun və onun nəticələrinin ləğv olunması, onun mülkiyyət hüququnun bərpa edilməsi, məhkəməyə verilmiş ərizəyə görə ödənilmiş 20 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: İddiaçı verdiyi apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi xx xxxxxx 2020-ci il tarixli qətnaməni qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415-ci maddəsinin, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 42-ci maddəsinin və “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 8.2-ci maddəsinin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın təmin ediməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh «xxxx» QSC-nin nümayəndəsi M.M.Ağamirov apelyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada cavabdehlər “X4 mərkəzi” MMC və Sumqayıt şəhər üzrə İcra İdarəsinə məlumat verilməsinə baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən cavabdehlər “X4 mərkəzi” MMC və Sumqayıt şəhər üzrə İcra İdarəsinin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2018ci il tarixli, 2(060)-5202/2018 saylı qətnaməsi ilə iddiaçı «xxxx» QSC-nin iddiası qismən təmin edilib, cavabdehlər İddiaçı, X7 və Baxışov Oqtay Müseyib oğlundan müştərək qaydada iddiaçı «xxxx» QSC-nin xeyrinə 003R********** saylı kredit razılaşması üzrə 7159,7 ABŞ dolları əsas kredit borcu, 1606,11 ABŞ dolları faiz borcu və 100 ABŞ dolları cərimə olmaqla, cəmi 8866,15 ABŞ dolları məbləğində borc, 03R000026487 saylı kredit razılaşması üzrə 48328,21 ABŞ dolları əsas kredit borcu, 10108,4 ABŞ dolları faiz borcu və 200 ABŞ dolları cərimə olmaqla, cəmi 58636,61 ABŞ dolları borc, hər iki kredit razılaşması üzrə ümumilikdə 67502,42 ABŞ dolları və ya ödəniş gününə Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnəyə uyğun manatla borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, cavabdeh X3 mülkiyyətində olan Sumqayıt şəhəri Corat qəsəbəsində 77-ci məhəllə 194B, Yeni qaydalarla AZ5021 ünvan 2 ünvanda xüsusi mülkiyyətdə olan 0,0450 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 198,6 kv metrdən ibarət olan fərdi yaşayış evinin açıq hərracdan satılması və ipoteka predmetinin satışından əldə olunacaq vəsait hesabına 003R********** saylı kredit razılaşması üzrə cəmi 8866,15 ABŞ dolları məbləğində borc və 03R000026487 saylı kredit razılaşması üzrə cəmi 58636,61 ABŞ dolları və ya ödəniş gününə Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnəyə uyğun manatla borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının iddiaçı «xxxx» QSC-yə ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli, 2(105)- 3593/2018 saylı qətnaməsi ilə iddiaçı “xxxx” QSC tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyib, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(060)-5202/2018 saylı qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinə dair hissədə dəyişdirilmiş və ipoteka predmeti olan Sumqayıt şəhəri, Corat qəsəbəsində 77-ci məhəllə 194B, Yeni qaydalarla AZ5021 ünvan 2 ünvanda yerləşən 0,0450 ha torpaq sahəsi və üzərində yerləşən yaşayış evinin ilkin satış qiyməti 50.822 manat məbləğində müəyyən edilərək qətnamə qalan hissədə - cavabdehlər İddiaçı, X7 və Baxışov Oqtay Müseyib oğlundan müştərək qaydada iddiaçı «xxxx» QSC-nin xeyrinə 003R********** saylı kredit razılaşması üzrə 7159,7 ABŞ dolları kredit borcu, 1606,11 ABŞ dolları faiz borcu və 100 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 8866,15 ABŞ dolları məbləğində borcun, 03R000026487 saylı kredit razılaşması üzrə 48328,21 ABŞ dolları kredit borcu, 10108,4 ABŞ dolları faiz borcu və 200 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 58636,61 ABŞ dolları, hər iki kredit razılaşması üzrə ümumilikdə cəmi 67502,42 ABŞ dolları və ya ödəniş gününə Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnəyə uyğun manatla borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, cavabdeh X3 mülkiyyətində olan Sumqayıt şəhəri Corat qəsəbəsində 77-ci məhəllə 194B, Yeni qaydalarla AZ5021 ünvan 2 ünvanda xüsusi mülkiyyətdə olan 0,0450 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 198,6 kv metrdən ibarət olan fərdi yaşayış evinin açıq hərracdan satılması və ipoteka predmetinin satışından əldə olunacaq vəsait hesabına 003R********** saylı kredit razılaşması üzrə cəmi 8866,15 ABŞ dolları məbləğində borc; 03R000026487 saylı kredit razılaşması üzrə cəmi 58636,61 ABŞ dolları və ya ödəniş gününə Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnəyə uyğun manatla borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının iddiaçı «xxxx» QSC-yə ödənilməsi, iddianın rədd edilmiş hissəsində iddiaçı “xxxx” QSC-nin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmış və apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxx 2019-cu il tarixli, 2(102)-1845/2019 saylı qərarı ilə iddiaçı “xxxx” QSC-nin nümayəndəsi və vəkili Sadıqov Şahin Bəxtiyar oğlunun kassasiya şikayəti qismən təmin edilərək, iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli, 2(105)-3593/2018 saylı qətnaməsi qismən - ipoteka predmeti olan Sumqayıt şəhəri, Corat qəsəbəsi, 77-ci məhəllə, 194 “B”, (Yeni qaydalarla AZ5021 ünvan 3 saylı) ünvanda yerləşən 0,0450 ha torpaq sahəsinə və onun üzərində yerləşən ümumi sahəsi 198,6 kv.metr olan fərdi yaşayış evinə tutma yönəldikdən və o, satıldıqdan bir ay sonra cavabdehlərin həmin evdən çıxarılmalarının və evin boşaldılmasının rədd edilməsi hissəsində ləğv edilməsi, mülki işin həmin hissədə yenidən baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə qaytarılması və qalan mübahisələndirələn, yəni cərimə borcunun tutulması hissəsində qətnamənin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli, 2(105)- 2402/2019 saylı qətnaməsi ilə iddiaçı «xxxx» QSC-nin nümayəndəsi Ş.B.Sadıqovun verdiyi apelyasiya şikayəti qismən təmin edilib, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(060)-5202/2018 saylı qətnaməsi qismən - «X3 mülkiyyətində olan Sumqayıt şəhəri, Corat qəsəbəsində 77-ci məhəllə 194B, Yeni qaydalarla AZ5021 ünvan 2 ünvanda xüsusi mülkiyyətdə olan 0,0450 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 198,6 kv metr ibarət olan fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan bir ay sonra X3 və Baxışov Oqtay Müseyib oğlunun həmin fərdi yaşayış evindən çıxarılması və evin boşaldılması” tələbinə dair hissəsində ləğv edilsin və iddia həmin hissədə təmin edilmiş və cavabdehlər X7 və Baxışov Oqtay Müseyib oğlu Sumqayıt şəhəri, Corat qəsəbəsində 77-ci məhəllə 194B, Yeni qaydalarla AZ5021 ünvan 2 ünvanda xüsusi mülkiyyətdə olan 0,0450 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 198,6 kv metr ibarət olan fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan bir ay sonra həmin fərdi yaşayış evindən çıxarılması və evin boşaldılması qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər bir kəsin mülkiyyət hüququ vardır və hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqularından ibarətdir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “X1” hərracın nəticələri haqqında Y-16/6 saylı, xx.xx.2020-ci il tarixli protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin surətindən görünür ki, X5 məxsus Sumqayıt şəhəri Corat qəsəbəsi, 77-ci məhəllə, 194B saylı fərdi yaşayış evi və 0.0450 ha torpaq sahəsi (Yeni qaydalarla: Sumqayıt şəhəri, Corat qəsəbəsi, Nəcəfbəy Vəzirov küçəsi, 80 ünvanında yerləşən 0.0450 ha torpaq sahəsinin və onun üzərində yerləşən fərdi yaşayış evinin) ilkin satış qiyməti 50.822 manat müəyyən edilmiş, ilkin satış qiymətinin enmiş faizləri “İpteka Haqqında” Azərbaycan Respublikası Qanununun 43.5-ci maddəsinə əsasən təkrar hərracda 15% və 43.7-ci maddəsinə əsasən 25% enmiş, əmlakın satılmış son qiyməti isə 32.399 manat müəyyən edilmiş və həmin mənzil “xxxx” ASC tərəfindən alınmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, hazırki mübahisə predmeti olan mənzillə bağlı hərrac keçirilsə də, hərracın keçirilməsi vaxtı barədə ipoteka qoyana qanunla müəyyən edilmiş müddət ərzində məlumat verilməmişdir. «X9 Mərkəzi» MMC-nin xx xxxxxx 2019-cu il tarixli, 1217 saylı və xx xxxxxx 2020-ci il tarixli, 25 saylı bildirişlərdən müəyyən edilir ki, İddiaçı ünvanlanmış Sumqayıt şəhəri, Corat qəsəbəsi, 77-ci məhəllə, 194 “B” və ünvan 6 ünvanlara bildiriş göndərilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Həmin Məcəllənin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 416.2-ci maddəsinə əsasən hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Qanununun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. Həmin Qanunun 43.7 və 43.8-ci maddələrinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. “İpoteka haqqında” Qanunun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2014-cü il tarixli qərarında göstərilmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. İşin tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, X5 məxsus Sumqayıt şəhəri Corat qəsəbəsi, 77-ci məhəllə, 194B saylı fərdi yaşayış evi və 0.0450 ha torpaq sahəsi (Yeni qaydalarla: Sumqayıt şəhəri, Corat qəsəbəsi, Nəcəfbəy Vəzirov küçəsi, 80 ünvanında yerləşən 0.0450 ha torpaq sahəsinin və onun üzərində yerləşən fərdi yaşayış evinin) ilkin satış qiyməti 50.822 manat müəyyən edilmiş, ilkin satış qiymətinin enmiş faizləri “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanunun 43.5-ci maddəsinə əsasən təkrar hərracda 15 faiz və 43.7-ci maddəsinə əsasən 25 faiz enmiş, əmlakın satılmış son qiyməti isə 32.399 manat müəyyən edilmiş və həmin mənzil “xxxx” ASC tərəfindən alınmışdır. Bundan əlavə iş materialları ilə müəyyən edilir ki, İddiaçı iddia tələbində ona məxsus mənzilin hərrac vasitəsi ilə qanunsuz satılması və mülkiyyət hüququnun bərpa olunmasını xahiş etmiş, lakin işdən görünür ki, sözügedən mənzilin mülkiyyətçisi X6r. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu xx xxxx 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən yanaşılarsa aydın olur ki, hazırki iş üzrə iddiaçı iddia vermək üçün subyektiv hüquqa malik olmamışdır. Başqa sözlə, Konstitusiya Məhkəməsinin qərarında qeyd edildiyi kimi iddiaçının hazırki hərəkətlərinə hüquqi ixtiyarı olmadığı üçün onların başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, həyata keçirilməsindən eləcə də göstərilən müqavilənin etibarsız hesab olunmasından söhbət gedə bilməz. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı cavabdehlər Sumqayıt şəhəri üzrə İcra İdarəsi, «xxxx» QSC və «X9 Mərkəzi» MMC-yə qarşı Y-16/6 saylı, xx.xx.2020-ci il tarixli protokolun və onun nəticələrinin ləğv olunması, onun mülkiyyət hüququnun bərpa edilməsi barədə mənzilin mülkiyyətçisi olmadığına görə onun hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün subeyktiv huquqa malik olmamışdır. Tərəflər arasında yaranmış mübahisə üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsasız olub, iddia ərizəsində göstərilən xüsusuatları özündə əks etdirib, başqa sübutlarla öz təsdiqini tapmayıb, toplanmış sübutlarla təkzib olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında dəyişdirilmədən, apelyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Ona görə də, apelyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 387.2, 392-393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı verdiyi apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-2930/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar