Məhkəmə qərarları › İş №2(105)-122/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-122/2025

22.01.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması - Mənzil mübahisələri - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Mənzilə istifadə hüququna xitam verilməsi - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-122/2025 22.01.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2, X19, Cavabdeh3 və Cavabdeh5, Qusar Rayon Dövlət Notariat Kontoruna qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, nəqliyyat vasitəsinə dair verilmiş qeydiyyat şəhadətnaməsinin və yaşayış evinə dair verilmiş çıxarışın ləğv edilməsi, miraslarına dair tam miras payının müəyyən edilməsi və cavabdehlərin yaşayış evinə dair istifadə hüquqlarına xitam verilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, miras payların müəyyən edilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X43 (sədrlik edən və məruzəçi), X20 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdehlər Cavabdeh2, X17 və Cavabdeh3 iştirakı ilə Qusar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(029)-651/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. Seriya RX № ******* saylı xx.xx.2014-cü il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən 0.04 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə X10 adına qeydiyyata alınmışdır.

2. ABN 435269 saylı xx.xx.2013-cü il tarixli “nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin surətindən görünür ki, VAZ-21063 markalı 38BE387 dövlət qeydiyyat nişanlı avtomobil xüsusi mülkiyyət hüququ üzrə X10 adına qeydiyyata alınmışdır.

3. Qusar rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 25 noyabr 2023-cü il tarixli 718 saylı arayışdan görünür ki, X21 ilə X11 nikahları haqqında 02 mart 1982-ci il tarixdə 11 nömrəli akt qeydi tərtib olunmuşdur. Arvada Talıbova soyadı verilmişdir.

4. Qusar rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 25 noyabr 2023-cü il tarixli 719 saylı arayışdan görünür ki, X21 03 iyun 2018-ci ildə ölmüşdür.

5. Qusar rayon İHB-nın Qusar şəhər inzibati ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 2065 saylı arayışdan görünür ki, xx.xx.2018-ci ildə vəfat etmiş mərhum X21 vəfat etdiyi günədək Qusar şəhəri M.Həsrətov (M.Ə.Sabir) küçəsi 5 saylı evdə yaşamışdır və vəfatından sonra aşağıdakı vərəsələri qalmışdır:

1. X22-həyat yoldaşı

2. Fərmanova (Talıbova) Məlahət Əmirmət qızı

3. Ramazanova (Talıbova) Bəsti Əmirmət qızı

4. Ramazanova (Talıbova) Ədilə Əmirmət qızı

5. Cavabdeh5

6. İddiaçı aid doğum haqqında şəhadətnamənin surətindən görünür ki, onun atası X14r.

7. Qusar rayon Notariat ofisi tərəfindən verilmiş 08 avqust 2018-ci il tarixli 2V-440 reyestr nömrəli və 05 dekabr 2018-ci il tarixli 2V-703 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin surətlərindən görünür ki, xx.xx.2018-ci ildə ölmüş X10 miras əmlakı olan VAZ-21063 minik markalı 38BE387 dövlət qeydiyyat nişanlı avtomobil, ünvan 2 ünvanda yerləşən 0.04 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi həmin şəxsin vərəsəsi olan X15 verilmişdir.

Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdeh Qusar Rayon Dövlət Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Qusar rayon notariat ofisinin 2v-703 reyestr nömrəli xx.xx.2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və 2v-440 reyestr nömrəli xx.xx.2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız sayılması, dövlət qeydiyyat nişanı ** BE ***, buraxlış ili 1987-ci il olan VAZ-21063 minik markalı nəqliyyat vasitəsinə verilmiş qeydiyyat şəhadətnaməsinin, xx.xx.2014-cü il tarixində **********11-10301 reyestrdə qeydə alınan Qusar şəhəri, Sabir küçəsi 5 ünvanında yerləşən fərdi yaşayış evinə dair verilmis çıxarışın ləğv edilməsi, miras əmlaklarına İddiaçı payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

9. Bundan sonra İddiaçı cavabdehlər Cavabdeh2, X19, Cavabdeh3 və Cavabdeh5 qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, nəqliyyat vasitəsinə dair verilmiş qeydiyyat şəhadətnaməsinin və yaşayış evinə dair verilmiş çıxarışın ləğv edilməsi, miraslarına dair tam miras payının müəyyən edilməsi və cavabdehlərin yaşayış evinə dair istifadə hüquqlarına xitam verilməsi tələbinə dair iddia ərizəsinə əlavə ilə (iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə) məhkəməyə müraciət edərək Qusar rayon notariat ofisinin 2v-703 reyestr nömrəli xx.xx.2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və 2v-440 reyestr nömrəli xx.xx.2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız sayılması, dövlət qeydiyyat nişanı ** BE ***, buraxlış ili 1987-ci il olan VAZ-21063 minik markalı nəqliyyat vasitəsinə verilmiş qeydiyyat şəhadətnaməsinin, xx.xx.2014-cü il tarixində **********11-10301 reyestrdə qeydə alınan Qusar şəhəri, Sabir küçəsi 5 ünvanında yerləşən fərdi yaşayış evinə dair vərəsəlikdən sonra verilmiş çıxarışın ləğv edilməsi, miras əmlaklarına İddiaçı tam payının müəyyən edilməsi, cavabdehlər X26, Cavabdeh3, X29 və Cavabdeh5 Qusar şəhəri, Sabir küçəsi, ev 5-də istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

10. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, X21 və X23 arasında Qusar rayon qeydiyyat şöbəsində nikah haqqında 02 mart 1982-cü il tarixdə 11 №-li akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra Babayeva soyadı Talıbova soyadı olmuşdur. Qusar rayon PŞ Qeydiyyat və ŞV Şöbəsi tərəfindən verilmiş sənəddən məlumdur ki, X5 İmran Əmirmət oğlunun atasıdır. Vəkil sorğusu əsasında Qusar Rayon İcra Hakimiyyəti Başçısının Qusar şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəliyindən əldə olunan 22 dekabr 2023-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, xx.xx.2018-ci ildə vəfat edən xx.xx.1956-cı il təvəllüdlü mərhum X10, xx.xx.1960-cı il təvəllüdlü Quliyeva (Talıbova) Rəhilə Həsrət qızının və xx.xx.1957-ci il təvəllüdlü X12 ailə üzvləri barəsində nümayəndəlikdə heç bir məlumat mövcud deyildir. Vəkil sorğusu əsasında Qusar Rayon İcra Hakimiyyəti Başçısının Qusar şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəliyindən əldə olunan 22 dekabr 2023-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, Qusar şəhəri, Mehman Həsrətov küçəsi 5 ünvanında 1 mərtəbəli fərdi yaşayış evi mövcuddur. Lakin həmin ünvanda yaşayan şəxslər barəsində nümayəndəlikdə heç bir məlumat mövcud deyildir. Qusar rayon Qeydiyyat şöbəsinin 25 noyabr 2023-cü il tarixli arayışına əsasən X21 03 iyun 2018-ci ildə ölmüşdür. Qusar rayon Qeydiyyat şöbəsinin 25 noyabr 2023-cü il tarixli arayışına əsasən X22 14 noyabr 2021-ci ildə ölmüşdür. X10 03 iyun 2018ci ildə ölməsindən sonra vərəsəlik işinin açılması barədə vəkil sorğusuna Quba Regional “ASAN Xidmət” Mərkəzində notariat ofisindən xx.xx.2024-cü il tarixli cavab məktubunda bildirilmişdir ki, vərəsəlik işi Qusar rayon Notariat ofisində rəsmiləşdiyindən sorğu aidiyyəti üzrə Qusar rayon Notariat ofisinə göndərilmişdir. Qusar rayon Qeydiyyat şöbəsi vəkil sorğusuna cavab olaraq xx.xx.2018-ci il tarixli 2V-440, xx.xx.2018-ci il tarixli 2V-703 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin təsdiq edilmiş surətlərini göndərmişdir. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, X10 adına dövlət reyestrində dövlət qeydiyyat nişanı ** BE ***, buraxlış ili 1987-ci il olan VAZ-21063 minik markalı nəqliyyat vasitəsi, xx.xx.2014-cü il tarixində **********11-10301 reyestrdə qeydə alınan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi mövcud olmuşdur. X22 atası X9 miras qalan əmlaklardan vərəsəlik payını verəcəyini bildirmişdir. O, ölkə xaricində olduğu üçün onun vədinə inanmışdır. Sonradan eşitmişdir ki, ona atasından heç bir pay verilməmişdir. Vərəsəlik payını dəqiqləşdirmək üçün hüquqi yardım almış və vəkil sorğuları nəticəsində məlum olmuşdur ki, vərəsələr barəsində yanlış məlumat verilmiş və notariat ofisi bununla belə öz təşəbbüsü ilə vərəsələrin dairəsini müəyyənləşdirməmişdir. Qusar Rayon İcra Hakimiyyəti Başçısının Qusar şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Qusar Rayon Notariat Kontoruna verdiyi xx.xx.2018-ci il tarixli X1 aşağıdakı vərəsələrinin olduğu qeyd edilmişdir: 1. X27 ı - h/yoldaşı, 2. Fərmanova (Talıbova) Məlahət Əmirmət qızı - 1982-ci il, 3. Ramazanova (Talıbova) Bəsti Əmirmət qızı - 1983-cü il, 4. Ramazanova (Talıbova) Ədilə Əmirmət qızı - 1985-ci il, 5. Cavabdeh5 - 1988-ci il.

11. Qusar Rayon İcra Hakimiyyəti Başçısının Qusar şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi xx.xx.2018-ci il tarixdə X10 vərəsələrinin olması barədə Arayış versə də, vəkil sorğusuna 22 dekabr 2023-cü il tarixli cavab məktubunda həmin şəxslər və İddiaçı barəsində heç bir məlumat verməmişdir. Qusar Rayon Notariat X2 ölümündən sonra onun vərəsələrinin dairəsini araşdırmamış və Qusar Rayon İcra Hakimiyyəti Başçısının Qusar şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin bir-birinə zidd arayışını əsas tutmaqla vaxtından əvvəl vərəsəlik müəyyən etmişdir və həmin vərəsələrə İddiaçı onlara məlum olmayan səbəbdən daxil edilməmişdir. Vərəsəlik işi materiallarında olan və notariat qaydasında təsdiq olunan ərizələrdən görünür ki, Cavabdeh3 (AZE№ 18497631, Səyyar ASAN7 - xx.xx.2018), X29 (AZE№ 17399396, Qusar RPŞ - xx.xx.2018), Fərmanova (Talıbova) Məlahət Əmirmət qızı (AZE № ********, Qusar RPŞ - xx.xx.2017) və Cavabdeh5 xx.xx.2018-ci ildə vəfat etmiş mərhum X9 miras qalmış əmlakların onlara çatan payı, məcburi payı nə faktiki, nə də ki ərizə ilə müraciət edərək qəbul etməmişlər, qəmul etmirlər, payın tələbi ilə əlaqədar gələcəkdə məhkəməyə müraciət etməyəcəklər. Ərizələrdən göründüyü kimi, cavabdehlər X26, Cavabdeh3, X29 və Cavabdeh5 paydan imtina etsələr də, Qusar şəhəri, Sabir küçəsi, ev 5-də istifadə hüquqlarına xitam verilməmişdir. Bundan başqa vəkil sorğusu ilə Qusar rayon qeydiyyat şöbəsindən əldə etdikləri Arayışdan məlum olur ki, X22 14 noyabr 2021-ci il tarixində vəfat etmişdir. X12 X21 ilə nikahı 02 mart 1982-ci il tarixində qeydə alınmışdır. Qusar RİHB-nın Qusar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışından məlum olmuşdur ki, ünvan 4 ünvanında 1 mərtəbəli fərdi yaşayış evi mövcuddur, lakin həmin ünvanda yaşayan şəxslər barəsində nümayəndəlikdə heç bir məlumat mövcud deyildir. Bundan başqa Quliyeva (Talıbova) Rəhilə Həsrət qızının X21 ilə xx.xx.1979-cu ildə daxil olduqları bigə nikahlarından Quba rayon qeydiyyat şöbəsindən xx.xx.1997-ci il tarixində alınmış Doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.1980-ci ildə anadan olmuş İddiaçı anadan olmuşdur, onun atası X21, anası isə Talıbova (Quliyeva) Rəhilə Həsrət qızıdır. Vərəsəlik işinin materiallarında X12 notariat ofisinə verdiyi ərizələri vardır və həmin ərizələrdə mərhum X10 vərəsələrinin olmamasını bildirməklə faktiki olaraq vərəsə İddiaçı bildirməmişdir və notariat ofisi öz təşəbbüsü ilə mərhumun vərəsələrinin dairəsini müəyyənləşdirməmişdir.

12. Cavabdeh X29 məhkəməyə iddiaya qarşı etiraz ərizəsi göndərərək göstərmişdir ki, ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evi onun atası X16 məxsus olmuşdur. X46 03 iyun 2018-ci il tarixdə vəfat etmişdir. Mərhum atası vəfat etdikdən sonra onun miras kütləsinə daxil olan əmlaklar, o cümlədən həmin fərdi yaşayış evi onun qanun üzrə birinci dərəcəli vərəsəsi olan X8 tərəfindən qəbul edilmiş və adına 2v-703 reyestr nömrəli xx.xx.2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. X44 mirası onun qəbul edilməsinin formal üsulu ilə qəbul etmiş, bu barədə qanunla müəyyən edilmiş müddət daxilində notariat orqanına ərizə vermişdir. Lakin, İddiaçı mərhum X46un birinci dərəcəli vərəsəsi olsa da, mirası hər hansı üsulla, yəni formal və ya faktiki üsulla qəbul etməmiş, mirasa dair uzun müddət susmuşdur. Halbuki, mərhum atası vəfat etdiyi vaxtdan İddiaçı bu barədə məlumatı olmuş, bununla da o, miras açıldığı andan vərəsəliyə çağırıldığını yaxşı bilmişdir. İddiaçı mirası qəbul etməsi barədə nə notariat orqanına müraciət etməmiş, nə də mirası faktiki üsulla qəbul etməmiş, bu istiqamətdə hər hansı hərəkətlər etməmişdir. Həmin şəxs mərhum atasına məxsus olmuş evdə qeydiyyatda olsa da, faktiki olaraq həmin ünvanda yaşamamış, evin idarə olunmasında hər hansı şəkildə iştirak etməmişdir. X4 adına verilmiş qanun üzrə vərəsəlik şəhadətnaməsi əsasında qeyd etdiyi fərdi yaşayış evi anasının mülkiyyətinə keçmiş, onun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyata alınmaqla müvafiq Çıxarışla rəsmiləşdirilmişdir. X8 14 noyabr 2021-ci il tarixdə vəfat etmişdir. O, vəfat etdikdən sonra onun mirasına dair qanun üzrə vərəsəlik müəyyən olunmuş və həmin ev qanun üzrə vərəsəlik qaydasında onun mülkiyyətinə keçmiş, mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli Çıxarışla rəsmiləşdirilmişdir. Göründüyü kimi, X46 03 iyun 2018-ci il tarixdə vəfat etmiş, bununla da miras həmin vaxt açılmış, vərəsələrin vərəsəlik hüquqları həmin vaxtdan yaranmışdır. Ona görə də, hazırkı mübahisə həll edilərkən Mülki Məcəllənin vərəsəlik hüquq münasibətlərini tənzimləyən normalarına istinad olunarkən həmin vaxt qüvvədə olmuş maddi hüquq normalarına istinad olunmalıdır. Həmin maddi hüquq normalarının tələblərinə əsasən isə İddiaçı özünün vərəslik hüququnu itirmiş və buna görə də, hazırkı iddianı qaldırmaq hüququ yoxdur. Həmçinin, nəzərə alınmalıdır ki, miras qoyan mərhum X46un mirası artıq onun mərhum X44nın mülkiyyətinə keçmiş və vəfatından sonra onun da mirasına dair vərəsəlik müəyyən olunmuş və qeyd olunan fərdi yaşayış evi mərhum anasının mirası kimi qanun üzrə vərəsəlik qaydasında onun mülkiyyətinə keçmişdir. Bu, isə bir daha belə qənaətə gəlməyə əsas verir ki, İddiaçı iddiasının hüquqi əsası yoxdur və iddia rədd olunmalıdır. Odur ki, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

13. Qusar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(029)-651/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim Anar Qasımov).

14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1146, 1151.1, 1159.1.1, 1243.1, 1243.2, 1243.3, 1246, 1255, 1272-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 iyul 2021-ci il tarixli Qərarındakı hüquqi mövqeyinə, “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2014-cü il tarixli Qərarındakı hüquqi möqeyinə, “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il tarixli Qərarındakı hüquqi mövqeyinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli Qərarındakı hüquqi mövqeyinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarındakı hüquqi mövqeyinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 216-220-cü maddələri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

15. İddiaçı apellyasiya şikayəti verib, Qusar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(029)-651/2024 nömrəli qətnaməsini ləğv edərək, iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri:

16. Qətnamə qəbul edilərkən Qusar Rayon Məhkəməsi mülki hüquq münasibətləri ilə bağlı mübahisələrin həll edilməsinin prosessual prinsiplərini və qaydalarını pozmuşdur. Bundan əlavə, məhkəmə hazırki mübahisə ilə bağlı hüquq münasibətlərini tənzimləyən normativ hüquqi aktları ətraflı araşdırmamışdır. Qusar Rayon Məhkəməsinin qətnaməsində maddi və prosessual pozuntulara yol verilmişdir və bu səbəbdən apellyasiya şikayəti təmin edilməli, 19 sentyabr 2024-cü il tarixli e-2(029)-651/2024 saylı qətnamə ləğv edilməlidir.

17. Açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. Notarius həmçinin kütləvi elan verilməsi və ya mətbuatda məlumat dərc edilməsi yolu ilə vərəsələri çağıra bilər. Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür. Notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır.

18. Göründüyü kimi, qanun üzrə vərəsəliyi qəbul edən, hazırki iş üzrə cavabdehlər öz maraqlarından çıxış edərək digər qanun üzrə vərəsə olan İddiaçı barəsində notariat orqanına məlumat verməməklə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1300-cü maddəsinin, digər cavabdeh Qusar Notariat Kontoru isə vərəsələrin axtarılması üçün lazımi tədbirləri görməməklə həmin Məcəllənin 1318-ci maddəsinin tələblərini kobud şəkildə pozmuşdur. Nəticədə İddiaçı vərəsəlik hüquqları pozulmuş, atasından miras qalmış əmlaklara dair X22 adına əmlakların tam payla onun adına özgəninkiləşdirilməsinə əsas olmuş qanun üzrə vərəsəlik haqqında şəhadətnamələr verilmişdir. Sonradan onun ölümündən sonra pay hüququndan imtina edən cavabdehlər - Cavabdeh2, X29, Cavabdeh3 və Cavabdeh5 yenidən vərəsəlik barədə yalan məlumat vermişlər və bununla da İddiaçı pozulmuş hüquqlarının bərpa edilməsi məqsədilə hazırki tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.

19. Notariuslar tərəfindən vərəsəliklə bağlı notarial hərəkətlər həyata keçirilərkən şəxslərə müvafiq hərəkətlərlə bağlı onların hüquq və vəzifələri izah edilməli, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün köməklik göstərilməli, o cümlədən yerində olmayan vərəsələrin məlumatlandırılması üçün bütün mümkün vasitələrdən istifadə olunmalıdır.

20. Qusar Rayon Məhkəməsi ərizəçinin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamışdır, məhkəmə ərizə və ona əlavə edilən sübutların qəbul edilməməsini əsaslandıra bilməmişdir. Məhkəmə həmin sübutlara tətbiq edilməli hüquq normalarına uyğun qiymət verməmişir. Bu faktı qətnamənin nəticə hissəsində aşkar görmək mümkündür. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi olmadığı halda, məhkəmə sübutları əvvəlcədən qiymətləndirmiş və səhv nəticəyə gəlmişdir.

21. Qusar Rayon Məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır.

22. Belə ki, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinin mülkiyyətçisi Əmirmət Talıbovun olmasını və bu faktın Daşınmaz Əmlakın Dövlət Reyestrində **********11- 10301 reyestrdə qeydə alınmasını və bu sənədin hüquqmüəyyənedici sənəd olmasını, - ** BE ***, buraxlış ili 1987-ci il olan VAZ-21063 minik markalı nəqliyyat vasitəsinin mülkiyyətçisi Əmirmət Talıbovun olmasını və bu faktın reyestrdə qeydə alınmasını, - ərizəçi İddiaçı miras qoyan Əmirmət Talıbovun oğlu olmasını, - Şəxsiyyət vəsiqəsindən göründüyü kimi İddiaçı xx.xx.2015-ci il tarixdən X16 məxsus Qusar şəhəri, Sabir küçəsi 5 ünvanında yerləşən fərdi yaşayış evində qeydiyyatda olmasını, - X12 notariat ofisinə ərizəsini, həmin ərizədə X9 miras qalan əmlaklardan pay almaq hüququ olan İddiaçı adının verilməməsini və notariat ofisinin səlahiyyəti çərçivəsində vərəsələrin dairəsinin müəyyənləşdirilməməsini, - cavabdehlərin notariat ofisinə ərizə verərək X16 məxsus Qusar şəhəri, Sabir küçəsi 5 ünvanında yerləşən fərdi yaşayış evindən və ** BE ***, buraxlış ili 1987-ci il olan VAZ-21063 minik markalı nəqliyyat vasitəsindən pay haqlarından imtina etmələrini.

23. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Qusar rayon PŞ Qeydiyyat və ŞV Şöbəsi tərəfindəm verilmiş sənədə əsasən X5 İmran Əmirmət oğlunun atasıdır. Vəkil sorğusu əsasında Qusar Rayon İcra Hakimiyyəti Başçısının Qusar şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəliyindən əldə olunan 22 dekabr 2023-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, xx.xx.2018-ci ildə vəfat edən xx.xx.1956-cı il təvəllüdlü mərhum X10, xx.xx.1960-cı il təvəllüdlü Quliyeva (Talıbova) Rəhilə Həsrət qızının və xx.xx.1957-ci il təvəllüdlü X12 ailə üzvləri barəsində nümayəndəlikdə heç bir məlumat mövcud deyildir. Vəkil sorğusu əsasında Qusar Rayon İcra Hakimiyyəti Başçısının Qusar şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəliyindən əldə olunan 22 dekabr 2023-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, ünvan 7 ünvanında 1 mərtəbəli fərdi yaşayış evi mövcuddur. Lakin həmin ünvanda yaşayan şəxslər barəsində nümayəndəlikdə heç bir məlumat mövcud deyildir. Qusar rayon Qeydiyyat şöbəsinin 25 noyabr 2023-cü il tarixli arayışına əsasən X21 03 iyun 2018-ci ildə ölmüşdür. Qusar rayon Qeydiyyat şöbəsinin 25 noyabr 2023-cü il tarixli arayışına əsasən X22 14 noyabr 2021-ci ildə ölmüşdür. X10 03 iyun 2018-ci ildə ölməsindən sonra vərəsəlik işinin açılması barədə vəkil sorğusuna Quba Regional “ASAN Xidmət” Mərkəzində notariat ofisindən xx.xx.2024-cü il tarixli cavab məktubunda bildirilmişdir ki, vərəsəlik işi Qusar rayon Notariat ofisində rəsmiləşdiyindən sorğu aidiyyəti üzrə Qusar rayon Notariat ofisinə göndərilmişdir. Qusar rayon Qeydiyyat şöbəsi vəkil sorğusuna cavab olaraq xx.xx.2018-ci il tarixli 2V-440, xx.xx.2018-ci il tarixli 2V-703 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin təsdiq edilmiş surətlərini göndərmişdir.

24. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünmüşdür ki, X10 adına dövlət reyestrində dövlət qeydiyyat nişanı ** BE ***, buraxlış ili 1987-ci il olan VAZ-21063 minik markalı nəqliyyat vasitəsi, xx.xx.2014-cü il tarixində **********11-10301 reyestrdə qeydə alınan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi mövcud olmuşdur. X6 Talıbova atası X9 miras qalan əmlaklardan vərəsəlik payını verəcəyini bildirmişdir. İddiaçı vərəsəlik payını dəqiqləşdirmək üçün hüquqi yardım almış və vəkil sorğuları nəticəsində əldə olunmuş sənədlər əsasında məlum olmuşdur ki, vərəsələr barəsində yanlış məlumat verilmiş və notariat ofisi bununla belə öz təşəbbüsü ilə vərəsələrin dairəsini müəyyənləşdirməmişdir. Qusar Rayon İcra Hakimiyyəti Başçısının Qusar şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Qusar Rayon Notariat Kontoruna verdiyi xx.xx.2018-ci il tarixli X1 aşağıdakı vərəsələrinin olduğu qeyd edilmişdir:

1. X22 – h/yoldaşı,

2. Fərmanova (Talıbova) Məlahət Əmirmət qızı – 1982-ci il,

3. Ramazanova (Talıbova) Bəsti Əmirmət qızı – 1983-cü il,

4. Ramazanova (Talıbova) Ədilə Əmirmət qızı – 1985-ci il,

5. Cavabdeh5 – 1988-ci il.

25. Qusar Rayon İcra Hakimiyyəti Başçısının Qusar şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi xx.xx.2018-ci il tarixdə X10 vərəsələrinin olması barədə Arayış versə də, vəkil sorğusuna 22 dekabr 2023-cü il tarixli cavab məktubunda həmin şəxslər və İddiaçı barəsində heç bir məlumat verməmişdir. Bununla belə Qusar Rayon Notariat X2 ölümündən sonra onun vərəsələrinin dairəsini araşdırmamışdır və Qusar Rayon İcra Hakimiyyəti Başçısının Qusar şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin bir-birinə zidd arayışını əsas tutmaqla vaxtından əvvəl vərəsəlik müəyyən etmişdir və vərəsəliyə İddiaçı adı daxil edilməmişdir. İddiaçı vərəsəlik hüququnun pozulması barədə məlumat və sənədlər topladıqdan sonra məhkəməə müdafiəsini qurmuş və hazırki iddianı vermişdir.

26. Hazırki mülki iş üzrə Məhkəmə iş üçün əhəmiyyəti olan halları araşdırmamışdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında formalaşdırılmış hüquqi mövqe nəzərə alınmalı, İddiaçı vərəsəlik hüququna, mirası qəbul edib-etməməsi ilə deyil, mirasdan qanunla müəyyən olunmuş qaydada imtina edib-etməməsi əsasında hüquqi qiymət verilməlidir.

27. Qanunvericiliyin tələbinə görə, vərəsə mirasın açıldığı andan üç ay müddətində notarial formada mirasdan imtina edə bilər. Mirasdan imtina şəxsin konstitusiya ilə təmin olunan vərəsəlik hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada - notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Vərəsə mirasdan imtina etdikdə onun mirasla bağlı hüquq və öhdəlikləri aradan qalxır. Əks halda, yəni qanunla müəyyən edilmiş müddətdə və qaydada mirasdan imtina etmədikdə vərəsə kimi qalmaqda davam edir. Yuxarıda da qeyd edildiyi kimi X10 vəfatı ilə vərəsəlik işi açılarkən iddiaçının iradə ifadəsi – mirası qəbul və ya imtina etməsi nəzərə alınmamışdır. İddiaçı vərəsəlik hüququndan notarial formada imtina etməmişdir. Şəxs mirasdan imtina etmədiyi halda onun vərəsəlik hüququndan məhrum olması Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş mülkiyyət və vərəsəlik hüquqlarına ziddir.

28. Həmçinin, X10 birinci növbəli başqa vərəsələrinin olması müəyyən olunmamışdır. Qusar Rayon Məhkəməsi qətnaməsində səhv nəticəyə gəlmişdir. Halbuki, məhkəmə mövqeyini - Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsi və 60-cı maddəsinin İ hissəsinə, Mülki Məcəllənin 1133.1, 1134.1, 1151.1, 1159.1.1, 1163, 1243.1, 1243.2, 1246, 1256, 1274, 1300, 1301.1, 1301.2, 1301.3, 1318, 1321.1, 1322-ci maddələrinə, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 1-ci bəndinə, 55, 59-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinin bəzi müddəalarının həmin Məcəllənin 1165-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 iyul 2022-ci il tarixli Qərarına, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 8 yanvar tarixli Qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 oktyabr 2022-ci il tarixli qərarına, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 107, 119.1, 124.1, 217.4, 218.3, 220.5-ci maddələrinə istinadla əsaslandırmalı idi.

29. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Maddə 1151. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Maddə 1291. Miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Maddə 1301.1. Əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər. Maddə 1301.2. Əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər. Maddə 1301.3. Əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bölüşdürə bilərlər.

30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-cimaddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair“ 26 iyul 2021-ci il tarixli Qərarı: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddələrinin mənasına görə, vərəsələrin dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi ilə bağlı mübahisələrin həlli səlahiyyəti notariat haqqında qanunvericiliyə əsasən notariat orqanlarının hüquqi təyinatı və funksiyasından kənar olduğu üçün məhkəmələrə aiddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1321.1 və 1325-ci maddələrinin tələblərinə uyğun olaraq, notariat orqanları vərəsəlik şəhadətnaməsinin verilməsi ilə bağlı qanunvericilikdə təsbit edilmiş vəzifələrini icra etməli, bu zaman məsələyə formal yanaşmayaraq mübahisələrin yaranmasının qarşısının alınmasına və vərəsələr arasında qarşılıqlı razılığın əldə edilməsinə çalışmalıdır.

31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli Qərarı: Miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur. Konstitusiya Məhkəməsinin Plenumu 2022-ci il 14 oktyabr tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinin davamı olaraq qeyd edir ki, mirasdan imtinanın ehtimal oluna bilmə imkanı mülkiyyət hüququnu və onun davamlılığını təmin edən vərəsəlik hüququnun konstitusion təminatını pozur. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməlidir. Mülki Məcəllənin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd edir ki, Ali Məhkəmənin sorğusu əsasında qəbul edilən bu Qərarın təcrübədə vərəsəlik münasibətlərinin tənzimlənməsində əhəmiyyətli dəyişikliklərə səbəb olacağını nəzərə alaraq, mülki dövriyyənin sabitliyinin təmin olunması məqsədi ilə bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə şamil olunmalıdır Digər tərəfdən Konstitusiya Məhkəməsinin Plenumu Ali Məhkəmənin sorğusuna səbəb olmuş mülki işlər üzrə mübahisələrin yekunlaşmadığını, eləcə də sorğuya baxılan zaman digər məhkəmələrin icraatında olan oxşar mübahisələr üzrə işlərin də dayandırıldığını nəzərə alaraq hesab edir ki, Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarı qüvvəyə minməsinədək məhkəmələrin icraatında olan mübahisələrə də tətbiq olunmalıdır Yuxarıda istinad olunan “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2023-cü il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə əsasən qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməlidir. Eyni zamanda, Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarı qüvvəyə minməsinədək məhkəmələrin icraatında olan mübahisələrə də tətbiq olunmalıdır. İşdən görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə qeyd olunan Qərar qüvvəyə mindikdən sonra müraciət etmişdir.

32. Qusar Rayon Məhkəməsinin qətnaməsində göstərmiş olduğu nəticəsi işin hallarına uyğun gəlmir. Göründüyü kimi, iddiaçı İmran X3 oğlu olmaqla Mülki Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə vərəsəsidir. X10 vəfatı ilə miras açılmış və onun vərəsələrinin vərəsəlik hüququ yaranmışdır. Miras əmlaklara mərhuma məxsus olmuş qeydiyyat nömrə nişanı ** BE ***, buraxlış ili 1987-ci il olan VAZ-21063 minik markalı nəqliyyat vasitəsi, xx.xx.2014-cü il tarixində **********11- 10301 reyestrdə qeydə alınan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi daxildir. X22 cavabdeh Qusar rayon Notariat Kontoruna yazılı ərizə ilə müraciət edərək miras əmlaklarına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Ərizədə Azərbaycan Respublikası MM-nin 1159-cu maddəsi ilə nəzərdə tutulmuş başqa vərəsələrin olmadığı qeyd edilmişdir. X12 bu müraciətinə əsasən Qusar rayon Notariat Kontoru tərəfindən miras əmlaklarına dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Notarius tərəfindən miras qoyan X16 məxsus olan miras əmlaklarla bağlı vərəsəlik işi açılarkən vərəsələrin dairəsi dəqiq müəyyənləşdirilməmiş, hər hansı bir araşdırılma aparılmadan 2v-703 reyestr nömrəli xx.xx.2018-ci il tarixli və 2v-440 reyestr nömrəli xx.xx.2018ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Halbuki notariat kontoru aidiyyəti üzrə sorğular verərdirsə X7 Talıbov barəsində məlumat almaq imkanı var idi. Notariat orqanı vəzifəsini yerinə yetirməməklə açılmış miras haqqında digər İddiaçı məlumat verməmiş, mirasın açıldığı yerdə olmayan vərəsənin axtarılması üçün tədbirlər görməmişdir. Nəticədə mərhumun birinci növbədə vərəsəsi olan İddiaçı vərəsəlik hüquqları pozulmuşdur. Halbuki dövlət vərəsəlik hüququna təminat verir və vərəsəlik hüququ mülkiyyət hüququnun davamı olaraq, onun xüsusi forması kimi konstitusiya təminatı altına alınmışdır.

33. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinin bəzi müddəalarının həmin Məcəllənin 1165-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 iyul 2022-ci il tarixli Qərarında qeyd edilir ki,...vərəsəlik hüququ mülkiyyətçinin sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlərin ölümündən sonra onun iradəsinə uyğun olaraq müəyyən etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçməsini ehtiva edir. Mülki hüququn bu institutu vasitəsi ilə miras qoyanın, onun kreditorlarının, eləcə də vərəsələrinin mənafeyi qorunur, miras qoyanın əmlakın aqibəti ilə bağlı niyyətinin həyata keçirilməsinə şərait yaradılır, bununla da etibarlı və sağlam ailə münasibətlərinin qorunub inkişaf etdirilməsi təmin olunur. Qeyd olunan hallar həm şəxsiyyətin qorunması, həm də ictimai mənafelərin təmin olunması məqsədinə xidmət etməklə, vərəsəlik hüquq qaydalarının məcburiliyini, yəni qanunverici tərəfindən müəyyən tənzimetmənin imperativliyini şərtləndirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinin bəzi müddəalarının həmin Məcəllənin 1165-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 iyul 2022-ci il tarixli Qərarına əsasən, Vərəsəlik hüququ mülkiyyətçinin sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlərin ölümündən sonra onun iradəsinə uyğun olaraq müəyyən etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçməsini ehtiva edir. Mülki hüququn bu institutu vasitəsi ilə miras qoyanın, onun kreditorlarının, eləcə də vərəsələrinin mənafeyi qorunur, miras qoyanın əmlakın aqibəti ilə bağlı niyyətinin həyata keçirilməsinə şərait yaradılır, bununla da etibarlı və sağlam ailə münasibətlərinin qorunub inkişaf etdirilməsi təmin olunur. Qeyd olunan hallar həm şəxsiyyətin qorunması, həm də ictimai mənafelərin təmin olunması məqsədinə xidmət etməklə, vərəsəlik hüquq qaydalarının məcburiliyini, yəni qanunverici tərəfindən müəyyən tənzimetmənin imperativliyini şərtləndirir. Vərəsəlik hüququ mülki hüququn ən böyük yarımsahələrindən olmaqla universal hüquq varisliyi, vəsiyyət azadlığı, ailə-təminat, məcburi vərəsələrin hüquq və maraqlarının təmin olunması, vərəsəliyə çağırılan şəxslərin azad seçimi, miras qoyanın və vərəsələrin hüquq və maraqlarının, hüquq qaydalarının və mənəviyyatın mühafizəsi prinsiplərinə əsaslanır. Qeyd edilən prinsiplərin hər biri digər prinsipin təmin edilməsinə yönəlir və qanunvericilikdə nəzərdə tutulmuş qaydada və hədlərdə müəyyən maraqlar nəzərə alınmaqla məhdudlaşdırıla bilər (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 8 yanvar tarixli Qərarı).

34. Qeyd olunmalıdır ki, miras qoyan X10 ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Mirasdan imtinanın ehtimal oluna bilmə imkanı isə mülkiyyət hüququnu və onun davamlılığını təmin edən vərəsəlik hüququnun konstitusion təminatını pozur. Notariat orqanı tərəfindən İddiaçı məlumatlandırılmamış, vərəsəlik işi açılarkən iddiaçının iradə ifadəsi –mirası qəbul və ya imtina etməsi nəzərə alınmamışdır. Bununla da, İddiaçı açılmış vərəsəlik işi barədə məlumatı olmamışdır və miras əmlakdan pay almaq hüququndan məhrum olmuşdur. Digər tərəfdən mirası rəsmi qaydada sənədləşdirən X22 isə notariat kontoruna mirasın qəbul edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsinə dair ərizə təqdim edərkən həmin ərizədə qeyd olunan vərəsədən başqa digər vərəsələrin olmamasını qeyd etmişdir ki, bu da hazırki iş üzrə İddiaçı iradə ifadəsinin müəyyən edilməməsinə və vərəsəlik hüququ haqqında şəhadətnamədən kənarda qalmasına gətirib çıxarmışdır. Göründüyü kimi, qanun üzrə vərəsəliyi qəbul edən, X22 öz maraqlarından çıxış edərək digər qanun üzrə vərəsə olan İddiaçı barəsində notariat orqanına məlumat verməməklə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1300-cü maddəsinin, digər cavabdeh Qusar Rayon Notariat Kontoru isə vərəsələrin axtarılması üçün lazımi tədbirləri görməməklə həmin Məcəllənin 1318-ci maddəsinin tələblərini kobud şəkildə pozmuşdur. Nəticədə İddiaçı vərəsəlik hüquqları pozulmuş, atasından miras qalmış əmlaklara dair X12 adına əmlakların tam payla onun adına özgəninkiləşdirilməsinə əsas olmuş qanun üzrə vərəsəlik haqqında şəhadətnamələr verilmişdir. Belə olan halda İddiaçı pozulmuş hüquqlarının bərpa edilməsi məqsədilə hazırki tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.

35. Hazırki iddianın verlməsində iddiaçı tərəfindən müddətin ötürülüb-ötürülməməsi məsələsinə münasibətdə qeyd edir ki, hazırki mülki iş üzrə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarında formalaşdırılmış hüquqi mövqe nəzərə alınmalı, İddiaçı vərəsəlik hüququna, mirası qəbul edib-etməməsi ilə deyil, mirasdan qanunla müəyyən olunmuş qaydada imtina edib-etməməsi əsasında hüquqi qiymət verilməlidir. X37 Məhkəməsinin Plenumu qeyd etmişdir ki, Mülki Məcəllədə vərəsəlik hüququnun xüsusi qəbul müddətinə bağlı tutulması mülkiyyət hüququna müdaxilənin qanuni əsasını təşkil etsə də, bu müdaxilə fərdi azadlığın və bazar iqtisadiyyatının ən əsas elementlərindən olan mülkiyyət hüququnun konstitusiya təminatına, mülki dövriyyə iştirakçılarının maraqlarına zidd olmaqla, hər hansı ictimai maraqlara cavab verməməklə yanaşı, mirasın açılması ilə mülkiyyət hüququna malik olan vərəsənin bu hüququnu qeyri-mütənasib şəkildə, hər hansı qanuni məqsədə xidmət etmədən məhdudlaşdırır... vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir... Qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməlivə vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 oktyabr 2022-ci il tarixli qərarında Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlı qeyd etmişdir ki, “qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, əvvəldə də qeyd olunduğu kimi, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. ...Mülki Məcəllə ilə vərəsə statusunun yaranmasının xüsusi qəbul müddətinə bağlı tutulması, eyni zamanda mirasdan imtinanın ehtimal oluna bilmə imkanı (Mülki Məcəllənin 1273-1-ci maddəsi) hüquqi baxımdan qeyrimüəyyənliyin yaranmasına, məhkəmə mübahisələrinin çoxalmasına səbəb olmaqla yanaşı, vərəsəlik hüququna dair Konstitusiya təminatına da xələl yetirmiş olur.” AR Mülki Məcəlləsinin 1301.1-ci maddəsinə əsasən, Əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər.

36. Həmin Məcəllənin 1301.2-ci maddəsinə əsasən, əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər. Həmin Məcəllənin 1301.3-cü maddəsinə əsasən, əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bölüşdürə bilərlər. Belə ki, vərəsə mirasın açıldığı andan üç ay müddətində notarial formada mirasdan imtina edə bilər. Mirasdan imtina şəxsin konstitusiya ilə təmin olunan vərəsəlik hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada - notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Vərəsə mirasdan imtina etdikdə onun mirasla bağlı hüquq və öhdəlikləri aradan qalxır. Əks halda, yəni qanunla müəyyən edilmiş müddətdə və qaydada mirasdan imtina etmədikdə vərəsə kimi qalmaqda davam edir. Yuxarıda da qeyd edildiyi kimi X10 vəfatı ilə vərəsəlik işi açılarkən iddiaçının iradə ifadəsi – mirası qəbul və ya imtina etməsi nəzərə alınmamışdır. İddiaçı X24 vərəsəlik hüququndan notarial formada imtina etməmişdir. Şəxs mirasdan imtina etmədiyi halda onun vərəsəlik hüququndan məhrum olması Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş mülkiyyət və vərəsəlik hüquqlarına ziddir.

37. Cavabdeh X30 mirasqoyanın birinci növbədə vərəsəsi olmaqla mirasda pay hüququna malik olduğundan, onun adına cavabdeh Bakı şəhəri 15 saylı Dövlət Notariat Kontoru tərəfindən əmlaklara dair verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr qismən - ½ hissədə etibarsız hesab edilməli, mənzillərin tam payla cavabdeh X25 məxsus olmasına dair verilmiş çıxarışların qeydləri ləğv edilməli və miras əmlaklara cavabdeh X30 ilə yanaşı mərhumun digər vərəsəsi - iddiaçı X13 da payı (1/2 hissədə) müəyyən edilməlidir.

38. Qusar Rayon Məhkəməsinə işə mahiyyəti üzrə baxılıb düzgün nəticəyə gəlinməsi üçün iddiaçı tərəfindən sübutlar təqdim olunmuşdur.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

39. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

40. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

41. Məhkəmə iclasında cavabdehlər Cavabdeh2, X29 və Cavabdeh3 hər biri ayrıayrılıqda apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

42. Cavabdehlər Cavabdeh5 və Qusar Rayon Dövlət Notariat Kontoruna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişlər.

43. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə qeyd olunan cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası

44. Maddə 29, Vİİ hissə. Dövlət vərəsəlik hüququna təminat verir.

Azərbaycan Respublikası Mülki Məcəlləsi

45. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

46. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

47. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.

48. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

49. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər); 2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar; 3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar.

50. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.

51. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

52. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.

53. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.

54. Maddə 1272. Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər.

“Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu

55. Maddə 57. Mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir.

“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 iyul 2021-ci il tarixli Qərarı

56. Mülki Məcəllənin vərəsəlik şəhadətnaməsi anlayışı adlanan 1321-ci maddəsinə görə, vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Həmin Məcəllənin 1325-ci maddəsinə görə, vərəsəlik şəhadətnaməsi həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. Vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir.

A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 mart 2021-ci il tarixli Qərarı

57. ...Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barədə mübahisənin açılması ilə bağlı olan müddət iddia müddəti deyil, kəsici müddətdir. Qanunvericiliyin bu normasının məqsədi miras qoyanın ölümündən sonra onun əmlakına dair hüquqi münasibətlərin müqəddəratının mümkün qədər qeyri-müəyyənlikdə qalmamasını, bununla da mülki dövriyyədə hüquqi etimad və davamlılığı etibarlı bir şəkildə təmin etməkdir. Buna görə də maraqlı şəxs mirasın qəbul və imtina edilməsi ilə bağlı hüquqi mübahisəyə əsas verən halları bildiyi gündən iki ay ərzində bununla bağlı mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanuna əsasən qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarı

58. Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin.

59. Ali Məhkəmənin sorğusu əsasında qəbul edilən bu Qərarın təcrübədə vərəsəlik münasibətlərinin tənzimlənməsində əhəmiyyətli dəyişikliklərə səbəb olacağını nəzərə alaraq, mülki dövriyyənin sabitliyinin təmin olunması məqsədi ilə bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə şamil olunmalıdır.

“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli Qərarı

60. Kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

61. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

62. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

63. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

64. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

65. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.

66. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

67. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

68. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

69. Apellyasiya şikayətindən görünür ki, iddiaçı Qusar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(029)-651/2024 nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

70. Ona görə də kollegiya Qusar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

71. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

72. Beləliklə, işin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçının və cavabdehlər Cavabdeh2, X17, Cavabdeh3 və Cavabdeh5 atası X21 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Miras əmlak ünvan 8 ünvanda yerləşən 0.04 ha torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evindən və VAZ-21063 minik markalı 38BE387 dövlət qeydiyyat nişanlı avtomobildən ibarət olmuşdur. Qusar rayon Notariat ofisi tərəfindən verilmiş 08 avqust 2018-ci il tarixli və 05 dekabr 2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrinə əsasən, X10 miras əmlakı vərəsəsi olan vəfat etmiş şəxsin arvadı X15 verilmişdir. Zibeydə Talıbova isə 14 noyabr 2021-ci il tarixində ölmüşdür.

73. Hal-hazırda İddiaçı atasından miras qalmış əmlakı ilə bağlı mübahisə açmış, X12 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, nəqliyyat vasitəsinə dair verilmiş qeydiyyat şəhadətnaməsinin və yaşayış evinə dair verilmiş çıxarışın ləğv edilməsi, miraslarına dair tam miras payının müəyyən edilməsi və cavabdehlərin yaşayış evinə dair istifadə hüquqlarına xitam verilməsinə dair məhkəmədə iddia tələblərini irəli sürmüşdür.

74. İddiaçı tərəfin apellyasiya şikayətinin dəlilləri iddia tələbinin hüquqi əsaslandırması ilə eynilik təşkil etməklə ondan ibarətdir ki, hazırda formalaşmış məhkəmə təcrübəsinə əsasən vərəsə mirasdan imtina etməmişdirsə, o, mirası qəbul etmiş sayılır.

75. Kollegiya bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməlidir.

76. Həmçinin, yuxarıda göstərilən Qərarda qeyd olunmuşdur ki, Ali Məhkəmənin sorğusu əsasında qəbul edilən bu Qərarın təcrübədə vərəsəlik münasibətlərinin tənzimlənməsində əhəmiyyətli dəyişikliklərə səbəb olacağını nəzərə alaraq, mülki dövriyyənin sabitliyinin təmin olunması məqsədi ilə bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə şamil olunmalıdır.

77. Belə olan halda birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, X21 xx.xx.2018-ci il tarixdə vəfat etdiyindən, hazırkı mübahisəyə Mülki Məcəllənin qüvvədə olmuş maddi hüquq normaları tətbiq edilməlidir.

78. Belə ki, Mülki Məcəllənin 1246 və 1248-ci maddələrinin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Vərəsəlik hüququ haqqında şəhadətnamənin, eləcə də həmin şəhadətnamə əsasında verilmiş çıxarışın ləğv edilməsi məsələsi həll edilərkən ilk növbədə iddia qaldırmış şəxsin (o cümlədən onun sələflərinin) miras əmlakı qəbul edib-etməmələri (rəsmi və ya faktiki) faktı müəyyən olunmalıdır. Burada diqqətə alınmalı məqam isə ondan ibarətdir ki, Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququna verilmiş təminat vərəsəlik hüququnun əsasını təşkil edən sosial ədalətlilik prinsipinin qorunmasına və gələcəkdə hər hansı vərəsənin qanuni əsaslarla qəbul edilmiş miras əmlak üzərində mülkiyyət hüququndan formal tələblərə görə məhrum edilməməsinə yönəlmişdir. Başqa sözlə, mirasın faktiki qəbulu məsələsi həll edilərkən sosial ədalətlilik və mütənasiblik prinsipi rəhbər tutularaq tərəflərin hüquqları arasında ədalətli balans qurulmalı, hər hansı fərdin üzərinə əlavə yük qoyulmamalı, eləcə də tərəflərdən hər hansı birinin mülkiyyət hüququ əsassız məhdudlaşdırılmamalıdır.

79. Kollegiya qeyd edir ki, mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. Rəsmi üsulla vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirilir.

80. Qanunvericiliyin mənasına görə, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsinin G.Qəhrəmanovanın şikayəti üzrə 18 iyul 2014-cü il tarixli qərarı).

81. Lakin işin hallarından görünür ki, iddiaçı Mülki Məcəllənin 1246-cı maddəsinin tələblərinə uyğun olaraq, mirasın qəbulu istiqamətində aktiv hərəkətlər etməmiş, yəni mirası qəbul etmək arzusunda olduğunu X21 vəfat etdiyi 03 iyun 2018-ci il tarixindən başlayaraq bəyan etməmiş, notariat kontoruna müraciət etməmişdir.

82. Beləliklə kollegiya hesab edir ki, İddiaçı miras açıldığı vaxtdan sonra yuxarıda göstərilən müddət daxilində, yəni 6 ay ərzində notariat orqanına ərizə vermədiyindən, miras qoyan Əmirmət Talıbovun mirasını qəbul etmək və həmin mirasın mülkiyyətçisi olmaq niyyətinin olduğunu bildirmədiyindən, həmçinin mirasın qəbulu və ondan imtina edilməsi barədə mübahisələrə dair 2 ay kəsici müddət ötürdüyündən, birinci instansiya məhkəməsi iddianın təmin edilməməsi qənaətinə gəlməkdə haqlı olmuşdur.

83. Bununla belə, məhkəmə kollegiyasının araşdırması zamanı birinci instansiya məhkəməsinin gəldiyi nəticə həm işin faktiki hallarına, həm də maddi hüquq normalarına tamamilə uyğun olması, prosessual normaların pozulmasına yol verilmədiyi müəyyən edilmişdir.

84. Mülki məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Qərarı).

85. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Qusar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(029)-651/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

86. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Qusar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(029)-651/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar