Məhkəmə qərarları › İş №2(102)-1861/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1861/2025

15.07.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1861/2025 15.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2, X17, Cavabdeh3, Cavabdeh5 və Qusar Rayon Dövlət Notariat Kontoruna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, miras əmlakda payın müəyyən edilməsi, mirasın qəbulu, kəsici müddət) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2, X17, Cavabdeh3, Cavabdeh5 və Qusar Rayon Dövlət Notariat Kontoruna qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, nəqliyyat vasitəsinə dair verilmiş qeydiyyat şəhadətnaməsinin və yaşayış evinə dair verilmiş çıxarışın ləğv edilməsi, miraslarına dair tam miras payının müəyyən edilməsi və cavabdehlərin yaşayış evinə dair istifadə hüquqlarına xitam verilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-122/2025 nömrəli, 22 yanvar 2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı mirasqoyan İddiaçı övladı olmaqla, birinci növbəli vərəsəsidir.

2. İddiaçı ilə X7 nikahları 2 mart 1982-ci il tarixində bağlanmışdır.

3. X3 3 iyun 2018-ci il tarixdə ölmüşdür.

4. X8 miras əm lakı “VAZ-21063” minik markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil, ünvan 1 ünvanda yerləşən 0.04 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evindən ibarətdir.

5. Miras əmlak Qusar rayon Notariat ofisi tərəfindən verilmiş 8 avqust 2018-ci il tarixli 2V-440 reyestr nömrəli və 5 dekabr 2018-ci il tarixli 2V-703 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr əsasında X9 mülkiyyətinə keçmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Qusar rayon Notariat Ofisinə qarşı vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, bu sənəd əsasında verilmis çıxarışın ləğv edilməsi, miras əmlakına payının müəyyən edilməsi tələbinə dair iddia ərizə və cavabdehlər Cavabdeh2, X12, Cavabdeh3 və Cavabdeh5 qarşı qanun üzr ə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, nəqliyyat vasitəsinə dair verilmiş qeydiyyat şəhadətnaməsinin və yaşayış evinə dair verilmiş çıxarışın ləğv edilməsi, miraslarına dair tam miras payının müəyyən edilməsi və cavabdehlərin yaşayış evinə dair istifadə hüquqlarına xitam verilməsi tələbinə dair iddia ərizəsinə edilmiş əlavə (iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə) ilə məhkəməyə müraciət edərək Qusar rayon notariat ofisinin 2v-703 reyestr nömrəli xx.xx.2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və 2v-440 reyestr nömrəli xx.xx.2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız sayılması, dövlət qeydiyyat nişanı **-BE-***, buraxlış ili 1987-ci il olan VAZ-21063 minik markalı nəqliyyat vasitəsinə verilmiş qeydiyyat şəhadətnaməsinin, xx.xx.2014-cü il tarixində **********11-10301 reyestrdə qeydə alınan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair verilmis çıxarışın ləğv edilməsi, miras əmlaklarına İddiaçı payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini və Qusar rayon notariat ofisinin 2v-703 reyestr nömrəli xx.xx.2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və 2v-440 reyestr nömrəli xx.xx.2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız sayılması, dövlət qeydiyyat nişanı ** BE ***, buraxlış ili 1987-ci il olan VAZ-21063 minik markalı nəqliyyat vasitəsinə verilmiş qeydiyyat şəhadətnaməsinin, xx.xx.2014-cü il tarixində **********11-10301 reyestrdə qeydə alınan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair vərəsəlikdən sonra verilmiş çıxarışın ləğv edilməsi, miras əmlaklarına İddiaçı tam payının müəyyən edilməsi, cavabdehlər X15, Cavabdeh3, X17 və Cavabdeh5 Qusar şəhəri, Sabir küçəsi, ev 5-də istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X11 və X13 arasında Qusar rayon qeydiyyat şöbəsində nikah haqqında 2 mart 1982-cü il tarixdə 11 №-li akt qeydi tərtib olunmuşdur. X11 onun atasıdır. Vəkil sorğusu əsasında Qusar Rayon İcra Hakimiyyəti Başçısının Qusar şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəliyindən əldə olunan 22 dekabr 2023-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, xx.xx.2018-ci ildə vəfat edən xx.xx.1956-cı il təvəllüdlü mərhum X8, xx.xx.1960-cı il təvəllüdlü Quliyeva (Talıbova) Rəhilə Həsrət qızının və xx.xx.1957-ci il təvəllüdlü X9 ailə üzvləri barəsində nümayəndəlikdə heç bir məlumat mövcud deyildir. Vəkil sorğusu əsasında Qusar Rayon İcra Hakimiyyəti Başçısının Qusar şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəliyindən əldə olunan 22 dekabr 2023-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, Qusar şəhəri, Mehman Həsrətov küçəsi 5 ünvanında 1 mərtəbəli fərdi yaşayış evi mövcuddur. Lakin həmin ünvanda yaşayan şəxslər barəsində nümayəndəlikdə heç bir məlumat mövcud deyildir. X11 3 iyun 2018-ci il tarixində ölmüşdür. X14 14 noyabr 2021-ci ildə ölmüşdür. X8 ölümündən sonra vərəsəlik işinin açılması barədə vəkil sorğusuna Quba Regional “ASAN Xidmət” Mərkəzində notariat ofisindən xx.xx.2024-cü il tarixli cavab məktubunda bildirilmişdir ki, vərəsəlik işi Qusar ray on Notariat ofisində rəsmiləşdiyindən sorğu aidiyyəti üzrə Qusar rayon Notariat ofisinə göndərilmişdir. Qusar rayon Qeydiyyat şöbəsi vəkil sorğusuna cavab olaraq xx.xx.2018-ci il tarixli 2V-440, xx.xx.2018-ci il tarixli 2V-703 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin təsdiq edilmiş surətlərini göndərmişdir. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, X8 adına dövlət reyestrində dövlət qeydiyyat nişanı ** BE ***, buraxlış ili 1987ci il olan VAZ-21063 minik markalı nəqliyyat vasitəsi, xx.xx.2014-cü il tarixində **********1110301 reyestrdə qeydə alınan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi mövcud olmuşdur. X14 atası X6 miras qalan əmlaklardan vərəsəlik payını verəcəyini bildirmişdir. O, ölkə xaricində olduğu üçün onun vədinə inanmışdır. S onradan eşitmişdir ki, ona atasından heç bir pay verilməmişdir. Vərəsəlik payını dəqiqləşdirmək üçün hüquqi yardım almış və vəkil sorğuları nəticəsində məlum olmuşdur ki, vərəsələr barəsində yanlış məlumat verilmiş və notariat ofisi bununla belə öz təşəbbüsü ilə vərəsələrin dairəsini müəyyənləşdirməmişdir. Qusar Rayon İcra Hakimiyyəti Başçısının Qusar şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Qusar Rayon Notariat Kontoruna verdiyi xx.xx.2018-ci il tarixli X1 aşağıdakı vərəsələrinin olduğu qeyd edilmişdir: -X16 ı - h/yoldaşı, Fərmanova (Talıbova) Məlahət Əmirmət qızı - 1982-ci il, Ramazanova (Talıbova) Bəsti Əmirmət qızı - 1983-cü il,

4. Ramazanova (Talıbova) Ədilə Əmirmət qızı 1985-ci il, Cavabdeh5 - 1988-ci il. Qusar Rayon İcra Hakimiyyəti Başçısının Qusar şəhər İnzibati ərazi da irəsi üzrə nümayəndəliyi xx.xx.2018-ci il tarixdə X8 vərəsələrinin olması barədə arayış versə də, vəkil sorğusuna 22 dekabr 2023-cü il tarixli cavab məktubunda həmin şəxslər və İddiaçı barəsində heç bir məlumat verməmişdir. Qusar Rayon Notariat X4 ölümündən sonra onun vərəsələrinin dairəsini araşdırmamış və Qusar Rayon İcra Hakimiyyəti Başçısının Qusar şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin bir-birinə zidd arayışını əsas tutmaqla vaxtından əvvəl vərəsəlik müəyyən etmişdir və həmin vərəsələrə İddiaçı onlara məlum olmayan səbəbdən daxil edilməmişdir. Vərəsəlik işi materiallarında olan və notariat qaydasında təsdiq olunan ərizələrdən görünür ki, Cavabdeh3 (AZE№ 18497631, Səyyar ASAN7 - xx.xx.2018), X17 (AZE№ 17399396, Qusar RPŞ - xx.xx.2018), Fərmanova (Talıbova) Məlahət Əmirmət qızı (AZE № ********, Qusar RPŞ - xx.xx.2017) və Cavabdeh5 xx.xx.2018-ci ildə vəfat etmiş mərhum X6 miras qalmış əmlakların onlara çatan payı, məcburi payı nə faktiki, nə də ki ərizə ilə müraciət edərək qəbul etməmişlər, qəbul etmirlər, payın tələbi ilə əlaqədar gələcəkdə məhkəməyə müraciət etməyəcəklər. Ərizələrdən göründüyü kimi, cavabdehlər X15, Cavabdeh3, X17 və Cavabdeh5 paydan imtina etsələr də, Qusar şəhəri, Sabir küçəsi, ev 5-də istifadə hüquqlarına xitam verilməmişdir. Bundan başqa, vəkil sorğusu ilə Qusar rayon qeydiyyat şöbəsindən əldə etdikləri arayışdan məlum olur ki, X14 14 noyabr 2021-ci il tarixində vəfat etmişdir. X9 X11 ilə nikahı 2 mart 1982-ci il tarixində qeydə alınmışdır. Qusar RİHB-nın Qusar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışından məlum olmuşdu r ki, ünvan 4 ünvanında 1 mərtəbəli fərdi yaşayış evi mövcuddur, lakin həmin ünvanda yaşayan şəxslər barəsində nümayəndəlikdə heç bir məlumat mövcud deyildir. Bundan başqa Quliyeva ( Talıbova ) Rəhilə Həsrət qızının X11 ilə xx.xx.1979-cu ildə daxil olduqları birgə nikahlarından Quba rayon qeydiyyat şöbəsindən xx.xx.1997-ci il tarixində alınmış Doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.1980-ci ildə anadan olmuş İddiaçı anadan olmuşdur, onun atası X11, anası isə Talıbova ( Quliyeva ) Rəhilə Həsrət qızıdır. Vərəsəlik işinin materiallarında X9 notariat ofisinə verdiyi ərizələri vardır və həmin ərizələrdə mərhum X8 vərəsələrinin olmamasını bildirməklə faktiki olaraq vərəsə İddiaçı bildirməmişdir və notariat ofisi öz təşəbbüsü ilə mərhumun vərəsələrinin dairəsini müəyyənləşdirməmişdir.

8. Cavabdeh X17 məhkəməyə iddiaya qarşı etiraz ərizəsi verərək bildirmişdir ki, ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evi onun atası X10 məxsus olmuşdur. X30 3 iyun 2018ci il tarixdə vəfat etmişdir. Mərhum atası vəfat etdikdən sonra onun miras kütləsinə daxil olan əmlaklar, o cümlədən həmin fərdi yaşayış evi onun qanun üzrə birinci dərəcəli vərəsəsi olan anası X14 tərəfindən qəbul edilmiş və adına 2v-703 reyestr nömrəli xx.xx.2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. X28 mirası onun qəbul edilməsinin formal üsulu ilə qəbul etmiş, bu barədə qanunla müəyyən edilmiş müddət daxilində notariat orqanına ərizə vermişdir. Lakin İddiaçı mərhum X30un birinci dərəcəli vərəsəsi olsa da, mirası hər hansı üsulla, yəni formal və ya faktiki üsulla qəbul etməmiş, mira sa dair uzun müddət susmuşdur. Halbuki mərhum atası vəfat etdiyi vaxtdan İddiaçı bu barədə məlumatı olmuş, bununla da o, miras açıldığı andan vərəsəliyə çağırıldığını yaxşı bilmişdir. İddiaçı mirası qəbul etməsi barədə nə notariat orqanına müraciət etmiş, nə də mirası faktiki üsulla qəbul etmiş, bu istiqamətdə hər hansı hərəkətlər etmişdir. Həmin şəxs mərhum atasına məxsus olmuş evdə qeydiyyatda olsa da, faktiki olaraq həmin ünvanda yaşamamış, evin idarə olunmasında hər hansı şəkildə iştirak etməmişdir. X5 adına verilmiş qanun üzrə vərəsəlik şəhadətnaməsi əsasında qeyd edilən fərdi yaşayış evi anasını mülkiyyətinə keçmiş, onun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyata alınmaqla müvafiq çıxarışla rəsmiləşdirilmişdir. Anası 14 noyabr 2021-ci il tarixdə vəfat etmişdir. O, vəfat etdikdən sonra onun mirasına dair qanun üzrə vərəsəlik müəyyən olunmuş və həmin ev qanun üzrə vərəsəlik qaydasında onun mülkiyyətinə keçmiş, mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Göründüyü kimi, Əmirmət Talıbov 3 iyun 2018-ci il tarixdə vəfat etmiş, bununla da miras həmin vaxt açılmış, vərəsələrin vərəsəlik hüquqları həmin vaxtdan yaranmışdır. Ona görə də, hazırkı mübahisə həll edilərkən Mülki Məcəllənin vərəsəlik hüquq münasibətlərini tənzimləyən normalarına istinad olunarkən həmin vaxt qüvvədə olmuş maddi hüquq normalarına istinad olunmalıdır. Həmin maddi hüquq normalarının tələblərinə əsasən isə İddiaçı özünün vərəsəlik hüququnu itirmiş və buna görə də, hazır kı iddianı qaldırmaq hüququ yoxdur. Həmçinin miras qoyan mərhum X30un mirası artıq onun mərhum X28nın mülkiyyətinə keçmiş və vəfatından sonra onun da mirasına dair vərəsəlik müəyyən olunmuş və qeyd olunan fərdi yaşayış evi mərhum anasının mirası kimi qanun üzrə vərəsəlik qaydasında onun mülkiyyətinə keçmişdir. Bu isə bir daha belə qənaətə gəlməyə əsas verir ki, İddiaçı iddiasının hüquqi əsası yoxdur və iddia rədd olunmalıdır.

9. Məhkəmə iclasında cavabdeh X15 iddianı qəbul etməmiş və izahatında bildirmişdir ki, atası vəfat etdikdən sonra ev anasına qalmışdır. Bundan sonra sözügedən ev anasının adına keçmiş və bununla bağlı da onlar mirasın analarının adına keçməsi ilə bağlı ərizə vermişlər. Yəni mirası anası qəbul etdiyindən onun xeyrinə imtina etmişlər. Anası da vəfat etməmişdən əvvəl öz mirasını digər iki bacısına vəsiyyət etmişdir. Həmçinin İddiaçı 25 ildir ki, Rusiya Federasiyasındadır, həmin ölkənin vətəndaşıdır. İddiaçı nə atası, nə də anası öləndə Azərbaycana gəlməmiş, keçirilən yasda iştirak etməmişdir. İmran atası ilə küsülü olmuş və münasibətləri yaxşı olmamışdır. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.

10. Məhkəmə iclasında Cavabdeh3 iddianı qəbul etməmiş və izahatında göstərmişdir ki, o, Məlahətin dedikləri ilə razıdır. Atası vəfat edəndən sonra ondan qalmış miras əmlakın anasının adına rəsmləşdirilməsi ilə bağlı razılıqlarını vermişlər. Anası isə vəfat etməmişdən əvvəl öz mirasını notariusda ona və bacısına pay vermişdir. Onlar notariusa gedəndə bilmişlər ki, anası Zibeydə həmin əmlakları onlara pay qoyub. Atası vəfat edəndən sonra İmran mi rasını anasından tələb edə bilərdi, indi onlardan tələb edə bilməz. Bundan başqa, İmran ümumiyyətlə onlarla yaşamamışdır. Onlar analarından qalmış əmlakdan imtina etməmişlər. O, öz payını bacısına vermiş və ona görə də çıxarışda onun adı qeyd olunub. Hal-hazırda ünvan 6 ünvanda yerləşən ev Ədilənin adınadır.

11. Qusar Rayon Məhkəməsinin 2(029)-651/2024 nömrəli iş üzrə 19 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim Anar Qasımov) iddia tələbi rədd edilmişdir.

12. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı tərəfin hüquqi əsası ondan ibarətdir ki, hazırda formalaşmış məhkəmə praktikasına əsasən vərəsə mirasdan imtina etməmişdirsə, o, mirası qəbul etmiş sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. Vərəsəlik münasibətlərinin tənzimlənməsində əhəmiyyətli dəyişikliklərə səbəb olacağını nəzərə alaraq, mülki dövriyyənin sabitliyinin təmin olunması məqsədi ilə bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə şamil olunmalıdır. Belə olan halda, Mülki Məcəllənin vərəsəlik hüquq münasibətlərini tənzimləyən və hazırda qüvvədə olan nor malarına istinad olunması, o cümlədən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarının hazırkı mübahisəyə şamil olunması əsaslı deyil. Belə ki, yuxarıda göstərildiyi kimi miras qoyan X11 xx.xx.2018-ci il tarixdə vəfat etməklə onun mirası Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarı qəbul olunmamışdan uzun müddət əvvəl, yəni xx.xx.2018-ci il tarixdə açılmışdır. Ona görə də, hazırkı mübahisəyə Mülki Məcəllənin miras açılan vaxt, yəni xx.xx.2018-ci il tarixdə qüvvədə olmuş maddi hüquq normaları tətbiq edilməlidir. Həmin Məcəllənin miras qoyan Əmirmət Talıbovun mirası açılan vaxt qüvvədə olmuş 1246-cı maddəsində göstərilirdi ki, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıld ığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Lakin, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər (Mülki Məcəllənin 1248-ci maddəsi).

13. Mülki Məcəllə miras qoyan Əmirmət Talıbovun mirası açılan vaxt qüvvədə olmuş, vərəsəlik hüquq münasibətlərini tənzimləyən normaları mirasın qəbulunun iki üsulunu-yəni formal və qeyri-formal üsullarını müəyyən etmiş, mirasın vərəsənin mülkiyyətinə keçməsini qanunla müəyyən edilmiş müddət daxilində onun özünün həmin mirasın mülkiyyətçisi olmaq niyyətini ifadə edən iradə ifadəsi ilə şərtləndirmişdir. Bundan başqa, mirasın hər iki üsul ilə qəbul edilməsi məhz Mülki Məcəllənin həmin vaxt qüvvədə olmuş 1246-cı maddəsində müəyyən edilmiş müddət daxilində-yəni mirasın açıldı ğı vaxtdan 6 ay müddətində həyata keçirilməli idi. Həmin müddət keçdikdən sonra isə mirasın hər hansı üsulla qəbul edilməsinə yol verilmirdi. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə, vərəsənin mirasın açıldığı yerin notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verməsi başa düşülür. Belə bir ərizənin verilməsi vərəsənin birbaşa iradə ifadəsi ilə bağlı olub, onun miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut edir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, İddiaçı miras açıldığı vaxtdan sonra yuxarıda göstərilən müddət daxilində, yəni 6 ay ərzində notariat orqanına belə bir ərizə verməmiş, miras qoyan Əmirmət Talıbovun mirasını qəbul etmək və həmin mirasın mülkiyyətçisi olmaq niyyətinin olduğunu bildirməmiş, bununla da, ərizənin verilməsi üsulu ilə onun tərəfindən mirasın qəbul edilməsi müddəti ötürülmüşdür. Mirasın qəbul edilməsinin qeyriformal üsulu dedikdə isə vərəsənin elə hərəkətləri başa düşülür ki, o, məhz vərəsə kimi həmin hərəkətləri ilə mirası qəbul etmək niyyətini açıq-aşkar nümayiş etdirir və vərəsənin həmin hərəkətlərindən onun mirası qəbul etmək məqsədi güddüyü müəyyən olunur. İddiaçı mirası faktiki olaraq qəbul etməsi, həmin mirasa yiyələnməsi, miras kütləsinə daxil olan əmlakların idarə olunmasında hər hansı şəkildə iştirak etməsi, yəni miras kütləsinə daxil olan fərdi yaşayış evinə köçməklə orada yaşaması və s. barədə məhkəməyə hər hansı sübut təqdim olunmamış, həmin hallar məhkəmə tədqiqatı zamanı müəyyən olunmamışdır. İddiaçı tərəfindən nümayəndəsinə verilmiş etibarnamə ilə də müəyyən olunur ki, həmin şəxs Rusiya Fed erasiyasının vətəndaşı olmaqla daimi olaraq orada yaşayır.

14. Məhkəmənin qənaətinə görə İddiaçı miras qoyan Əmirmət Talıbovun mirasının onun qəbul edilməsinin hər hansı üsulu ilə vaxtında qəbul etmədiyindən onun vərəsəlik hüququ itirilmiş və ona görə də, həmin şəxsin hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ (vərəsəlik hüququ) mövcud deyildir.

15. Bundan başqa, Mülki Məcəllədə mirasın qəbulu və ondan imtina edilməsi barədə mübahisələrə dair 2 ay kəsici müddət nəzərdə tutulmuşdur (MM-in 1272-ci maddəsi).

16. İddiaçı vərəsəliyinin müəyyən olunmasını və mirasın Zibeydə Talıbovanın tərəfindən qəbul edildiyini mirasa dair vərəsəlik müəyyən olunan zaman bilsə də, uzun müddət mirasın qəbulu ilə bağlı hər hansı mübahisə açmamış və Zibeydə Talıbovanın vəfat etdiyi vaxtadək, yəni 14 noyabr 20 21-ci il tarixədək həmin şəxsə qarşı heç bir tələb, o cümlədən həmin şəxsin adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi tələbini irəli sürməmişdir. Bununla da, qeyd olunan kəsici müddət həmin şəxsin tərəfindən ötürülməklə o, mübahisələndirilən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab olunması tələbini irəli sürmək üçün subyektiv hüququnu itirmişdir.

17. Məhkəmə iddiaçının cavabdehlərin ünvan 6 ünvanda yerləşən fərdi yaşayış evinə dair istifadə hüquqlarına xitam verilməsi tələbinə münasibətdə hesab etmişdir ki, yuxarıda sadalanan əsaslara görə iddiaçının həmin iddia tələbi də əsassızdır.

18. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1146, 1151.1, 1159.1, 1159.1.1, 1243.1, 1243.2, 1243.3, 1246, 1255, 1272, 1325-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarı, “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il tarixli Qərarı, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 iyul 2021-ci il tarixli Qərarı, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair2 Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021ci il tarixli Qərarlarında ifadə edilmiş mövqeyinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

19. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

20. Apellyasiya şikayəti iddia tələbi ilə oxşar məzmunda əsaslandırılmış və həmçin in qeyd edilmişdir ki, qətnamə qəbul edilərkən məhkəmə tərəfindən mülki hüquq münasibətləri ilə bağlı mübahisələrin həll edilməsinin prosessual prinsipləri və qaydaları pozulmuşdur. Bundan əlavə, məhkəmə hazırkı mübahisə ilə bağlı hüquq münasibətlərini tənzimləyən normativ hüquqi aktları ətraflı araşdırmamışdır. Açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. Notarius həmçinin kütləvi elan verilməsi və ya mətbuatda məlumat dərc edilməsi yolu ilə vərəsələri çağıra bilər. Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür. Notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı y eri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Göründüyü kimi, qanun üzrə vərəsəliyi qəbul edən, hazırkı iş üzrə cavabdehlər öz maraqlarından çıxış edərək digər qanun üzrə vərəsə olan İddiaçı barəsində notariat orqanına məlumat verməməklə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1300-cü maddəsinin, digər cavabdeh Qusar Notariat Kontoru isə vərəsələrin axtarılması üçün lazımi tədbirləri görməməklə həmin Məcəllənin 1318-ci maddəsinin tələblərini kobud şəkildə pozmuşdur. Nəticədə iddiaçının hüquqları pozulmuş, atasından miras qalmış əmlaklara dair X14 adına əmlakların tam payla onun adına özgəninkiləşdirilməsinə əsas olmuş qanun üzrə vərəsəlik haqqı nda şəhadətnamələr verilmişdir. Sonradan onun ölümündən sonra pay hüququndan imtina edən cavabdehlər Cavabdeh2, X17, Cavabdeh3 və Cavabdeh5 yenidən vərəsəlik barədə yalan məlumat vermişlər və bununla da İddiaçı pozulmuş hüquqlarının bərpa edilməsi məqsədilə hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Notariuslar tərəfindən vərəsəliklə bağlı notarial hərəkətlər həyata keçirilərkən şəxslərə müvafiq hərəkətlərlə bağlı onların hüquq və vəzifələri izah edilməli, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün köməklik göstərilməli, o cümlədən yerində olmayan vərəsələrin məlumatlandırılması üçün bütün mümkün vasitələrdən istifadə olunmalıdır. İddiaçı vərəsəlik hüququna mirası qəbul edib-etməməsi ilə deyil, mirasdan qanunla müəyyən olunmuş qaydada imtina edi b-etməməsi əsasında hüquqi qiymət verilməlidir. Qanunvericiliyin tələbinə görə, vərəsə mirasın açıldığı andan üç ay müddətində notarial formada mirasdan imtina edə bilər. Mirasdan imtina şəxsin konstitusiya ilə təmin olunan vərəsəlik hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada - notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Vərəsə mirasdan imtina etdikdə onun mirasla bağlı hüquq və öhdəlikləri aradan qalxır. Əks halda, yəni qanunla müəyyən edilmiş müddətdə və qaydada mirasdan imtina etmədikdə vərəsə kimi qalmaqda davam edir. Yuxarıda da qeyd edildiyi kimi X8 vəfatı ilə vərəsəlik işi açılarkən iddiaçının iradə ifadəsi – mirası qəbul və ya imtina etməsi nəzərə alınmamışdır. İddiaçı vərəsə lik hüququndan notarial formada imtina etməmişdir. Şəxs mirasdan imtina etmədiyi halda onun vərəsəlik hüququndan məhrum olması Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş mülkiyyət və vərəsəlik hüquqlarına ziddir. X2 birinci növbəli başqa vərəsələrinin olması müəyyən olunmamışdır. İddiaçı İmran X8 oğlu olmaqla Mülki Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə vərəsəsidir.

21. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-122/25 nömrəli iş üzrə 22 yanvar 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Lalə Rəhimli (sədrlik edən və məruzəçi), Almaz Süleymanova və Fuad Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

22. Apellyasiya instansiyası məhkəməsinin mö vqeyi onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməlidir. Həmin Qərarda qeyd olunmuşdur ki, Ali Məhkəmənin sorğusu əsasında qəbul edilən bu Qərarın təcrübədə vərəsəlik münasibətlərinin tənzimlənməsində əhəmiyyətli dəyişikliklərə səbəb olacağını nəzərə alaraq, mülki dövriyyənin sabitliyinin təmin olunması məqsədi ilə bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə şamil olunmalıdır. X11 xx.xx.2018-ci il tarixdə vəfat etdiyindən, hazırkı mübahisəyə Mülki Məcəllənin qüvvədə olmuş maddi hüquq normaları tətbiq edilməlidir. Belə ki, Mülki Məcəllənin 1246 və 1248-ci maddələrinin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə, həmin hüququ itirir. Bu səbəbdən, vərəsə mirasdan imtina etmədiyi təqdirdə, onun mirası qəbul etmiş sayılması ilə bağlı hazırda formalaşmış məhkəmə təcrübəsinə istinad etməsi əsassız olmuşdur.

23. Məhkəmə qeyd etm işdir ki, vərəsəlik hüququ haqqında şəhadətnamənin, eləcə də həmin şəhadətnamə əsasında verilmiş çıxarışın ləğv edilməsi məsələsi həll edilərkən ilk növbədə iddia qaldırmış şəxsin (o cümlədən onun sələflərinin) miras əmlakı qəbul edibetməmələri (rəsmi və ya faktiki) faktı müəyyən olunmalıdır. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. Rəsmi üsulla vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, y axud miras əmlakı faktiki idarə etməklə həyata keçirilir. Qanunvericiliyin mənasına görə, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır.

24. Lakin işin hallarından görünür ki, iddiaçı Mülki Məcəllənin 1246-cı maddəsinin tələblərinə uyğun olaraq, iddiaçı mirasın qəbulu istiqamətində aktiv hərəkətlər etməmiş, yəni mirası qəbul etmək arzusunda olduğunu X11 vəfat etdiyi 3 iyun 2018-ci il tarixindən başlayaraq bəyan etməmiş, notariat kontoruna müraciət etməmişdir. Beləliklə, İddiaçı miras açıldığı vaxtdan sonra yuxarıda göstərilən müddət daxilində, yəni 6 ay ərzində notariat orqanına ərizə v ermədiyindən, miras qoyan Əmirmət Talıbovun mirasını qəbul etmək və həmin mirasın mülkiyyətçisi olmaq niyyətinin olduğunu bildirmədiyindən, həmçinin mirasın qəbulu və ondan imtina edilməsi barədə mübahisələrə dair 2 ay kəsici müddət ötürdüyündən, birinci instansiya məhkəməsi iddianın təmin edilməməsi qənaətinə gəlməkdə haqlı olmuşdur.

25. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243.1, 1243.2, 1243.3, 1255, 1272,1133, 1146, 1151.1, 1159.1, 1159.1.1-ci maddələrinə, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 57-ci maddəsinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uy ğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarı, “A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 mart 2021-ci il tarixli Qərarı, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 iyul 2021-ci il tarixli Qərarı, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli qərarında ifadə edilmiş mövqelərə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

26. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tamamilə ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

27. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, notariat orqanları vərəsəlik şəhadətnaməsinin verilməsi ilə bağlı qanunvericilikdə təsbit edilmiş vəzifələrini icra etməli, bu zaman məsələyə formal yanaşmayaraq mübahisələrin yaranmasının qarşısının alınmasına və vərəsələr arasında qarşılıqlı razılığı n əldə edilməsinə çalışmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli Qərarına əsasən miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə i fadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur. Konstitusiya Məhkəməsinin Plenumu 2022-ci il 14 oktyabr tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinin davamı olaraq qeyd edir ki, mirasdan imtinanın ehtimal oluna bilmə imkanı mülkiyyət hüququnu və onun davamlılığını təmin edən vərəsəlik hüququnun konstitusion təminatını pozur. Göstərilənlərə əsasən Konstitusiy a Məhkəməsinin Plenumu qeyd edir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair“ 26 iyul 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci və Azərbaycan Respublikası Mül ki Prosessual Məcəlləsinin 24.1-ci maddələrinin mənasına görə, vərəsələrin dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi ilə bağlı mübahisələrin həlli səlahiyyəti notariat haqqında qanunvericiliyə əsasən notariat orqanlarının hüquqi təyinatı və funksiyasından kənar olduğu üçün məhkəmələrə aiddir. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmadığından, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normaları pozulmuş və düzgün tətbiq olunmamışdır. Belə ki, bu cür mübahisələri tənzimləyən Ali Məhkəmənin son dövrdə qəbul edilən qərarları və məhkəmə təcrübəsi apellyasiya məhkəməsi tərəfindən nəzərə alınmamışdır. Ali Məhkəmənin formalaşdırdığı mövqeyə görə vərə sə paydan imtina etməmişdirsə o istənilən vaxt payını tələb edə bilər. İddiaçının imtinası barədə heç bir sübut olmadığı halda, eyni zamanda ünvan 8 ünvanda yerləşən fərdi yaşayış evində xx.xx.2015-ci il tarixindən qeydiyyatda olmasına baxmayaraq, notariat kontorunun notariusu buna əhəmiyyət verməmişdir. Halbuki MAPS-də iddiaçının vərəsəlik açılan zaman evdə qeydiyyatı olmuşdur. Notariusun qanunauyğun olaraq öz vəzifəsinin icrasını yerinə yetirməməsi ilə iddiaçı atasından miras qalan paydan məhrum edilə bilməz. Bundan başqa atalarından miras qalan əmlaklardan analarının xeyrinə imtina edən cavabdehlər sonradan ikinci dəfə vərəsə olurlar və iddiaçını kənarda qoymaqla miras əmlaklarının özgəninkiləşdirilməsinə nail olmuşlar. Notariusun və cavabdehin qanunsuz hərəkətlərinə məhkəmə instansiyal arı tərəfindən qiymət verilməmişdir. İddiaçı məhkəməyə həqiqəti çatdırmaq üçün səs yazısını göndərmiş, nümayəndəsi səs yazısını məhkəməyə təqdim etmək istəsə də məhkəmə qəbul etməmişdir. Həmin səs yazısı cavabdehlərin məhkəmədə verdikləri ifadələrinin yalan olmasını ifşa edəcəkdi. Apellyasiya məhkəməsi yalnız cavabdehin formal mülahizələrini dinləmiş, iddiaçının təqdim etdiyi sübutları qəbul etməmişdir, həmin sübutları araşdırmamışdır. Miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişd ir. Hazırkı mülki iş üzrə Məhkəmə iş üçün əhəmiyyəti olan halları araşdırmamışdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında formalaşdırılmış hüquqi mövqe nəzərə alınmalı, İddiaçı vərəsəlik hüququna, mirası qəbul edib-etməməsi ilə deyil, mirasdan qanunla müəyyən olunmuş qaydada imtina edib-etməməsi əsasında hüquqi qiymət verilməlidir. Qanunvericiliyin tələbinə görə, vərəsə mirasın açıldığı andan üç ay müddətində notarial formada mirasdan imtina edə bilər. Mirasdan imtina şəxsin konstitusiya ilə təmin olunan vərəsəlik hüququndan imtina etməsilə əlaqədar iradə if adəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada - notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Vərəsə mirasdan imtina etdikdə onun mirasla bağlı hüquq və öhdəlikləri aradan qalxır. Əks halda, yəni qanunla müəyyən edilmiş müddətdə və qaydada mirasdan imtina etmədikdə vərəsə kimi qalmaqda davam edir. Yuxarıda da qeyd edildiyi kimi X8 vəfatı ilə vərəsəlik işi açılarkən iddiaçının iradə ifadəsi – mirası qəbul və ya imtina etməsi nəzərə alınmamışdır. İddiaçı vərəsəlik hüququndan notarial formada imtina etməmişdir. Şəxs mirasdan imtina etmədiyi halda onun vərəsəlik hüququndan məhrum olması Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş mülkiyyət və vərəsəlik hüquqlarına ziddir. X2 birinci növbəli başqa vərəsələrinin olması notar iat kontoru tərəfindən “Notariat haqqında” Qanuna və təlimata uyğun müəyyən olunmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

28. Kassasiya şikayətinə qarşı Cavabdeh2 tərəfindən etiraz daxil olmuşdur.

29. Etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarının göstərişləri hazırkı mübahisəyə şamil oluna bilməz. Çünki X3 xx.xx.2018-ci il tarixdə vəfat etmiş, onun mirası ilə bağlı vərəsəlik münasibətləri Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarı qəbul olunmamışdan uzun müddət əvvəl, yəni xx.xx.2018-ci il tarixdə açılmışdır. Ona görə də, hazırkı mübahisəyə Mülki Məcəllənin miras açılan vaxt, yəni xx.xx.2018-ci il tarixdə qüvvədə olmuş maddi hüquq normaları tətbiq edilməlidir.

30. Miras açılan vaxt, yəni xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsi qüvvədə olmuşdur. İddiaçı isə X3ndan miras qalmış əmlakı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243 və 1246-cı maddələrinə əsasən qəbul etməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası

31. Maddə 29, Vİİ hissə. Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsi

32. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə ( vərəsələrə ) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

33. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

34. Maddə 1146. Miras qoyanı n öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.

35. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

36. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar:

1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər);

2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar;

3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar.

37. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.

38. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

39. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.

40. Maddə 1246 (mübahisənin mövcud olduğu tarixdəki redaksiyada ). Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.

41. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.

42. Maddə 1272. Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər.

43. Maddə 1273-1. (mübahisənin mövcud olduğu tarixdəki redaksiyada). Vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu

44. Maddə

57. Mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 iyul 2021-ci il tarixli Qərarı

45. Mülki Məcəllənin vərəsəlik şəhadətnaməsi anlayışı adlanan 1321-ci maddəsinə görə, vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Həmin Məcəllənin 1325-ci maddəsinə görə, vərəs əlik şəhadətnaməsi həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. Vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquq təsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. “A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 mart 2021-ci il tarixli Qərar ı 46....Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barədə mübahisənin açılması ilə bağlı olan müddət iddia müddəti deyil, kəsici müddətdir. Qanunvericiliyin bu normasının məqsədi miras qoyanın ölümündən sonra onun əmlakına dair hüquqi münasibətlərin müqəddəratının mümkün qədər qeyri-müəyyənlikdə qalmamasını, bununla da mülki dövriyyədə hüquqi etimad və davamlılığı etibarlı bir şəkildə təmin etməkdir. Buna görə də maraqlı şəxs mirasın qəbul və imtina edilməsi ilə bağlı hüquqi mübahisəyə əsas verən halları bildiyi gündən iki ay ərzində bununla bağlı mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanuna əsasən qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. “Azərbaycan R espublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli Qərarı

47. Kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ his səsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarı

48. Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin.

49. Ali Məhkəmənin sorğusu əsasında qəbul edilən bu Qərarın təcrübədə vərəsəlik münasibətlərinin tənzimlənməsində əhəmiyyətli dəyişikliklərə səbəb olacağını nəzərə alaraq, mülki dövriyyənin sabitliyinin təmin olunması məqsədi ilə bu Qə rar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə şamil olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

50. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

51. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

52. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

53. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

54. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

55. Maddə 4 07.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

56. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

57. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

58. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

59. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

60. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndi rildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi 61.Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. 62.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 63.Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kolleg iyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. 64.Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişd irilmədən saxlanılmalıdır. 65.Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-122/2025 nömrəli, 22 yanvar 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar