Məhkəmə qərarları › İş №2(105)-123/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-123/2023

25.05.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-123/2023 25.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə (Açar söz: 1997-ci ildə torpaq islahatı zamanı onlara əmlak payı kimi verilmiş “Qarıq" qışlağından qoyun banıstanından (qoyunun qışlaması üçün nəzərdə tutulmuş tikilidən) cavabdehlərin məcburi çıxarılması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X14 Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə İddiaçı1, onun nümayəndə və vəkili Vəkil3, İddiaçı2, İddiaçı3, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və cavabdehlərin nümayəndə və vəkili Vəkil2, üçüncü şəxslər X3, X7, X22 iştirakı ilə, Qobustan Rayon Məhkəməsinin 2(026)-164/2022 saylı, 11 may 2022 ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 1997-ci ildə torpaq islahatı zamanı onlara əmlak payı kimi verilmiş “Qarıq" qışlağından qoyun banıstanından (qoyunun qışlaması üçün nəzərdə tutulmuş tikilidən) cavabdehlərin məcburi çıxarılması tələbinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. İddiaçılar iddia ərizəsini onunla əsaslandırmışlar ki, Qobustan rayonunun Göydərə kənd sakini olmaqla 1997-ci ildə respublikada gedən torpaq islahatı zamanı 17 nəfərə “Qarıq” qışlağında 9X110 metr uzunluğunda qoyun banıstanı (qoyun ferması) əmsal payına uyğun olaraq verilmişdir. Həmin banıstan 2 hissədən ibarət olmuş, bundan başqa 1 ədəd quzu küzü və bundan başqa 2 ailəlik 2 çoban evi olmuşdur. Ümumilikdə həmin banstanların eni 9 metr, uzunluğu isə 110 metrdir və 1500 baş xırda buynuzlu heyvan üçün nəzərdə tutulmuşdur. Həmin qoyun banstanlarına qurum üzvlərinin razılığı ilə cavabdehlərə icarəyə verilmişdir. 2016-cı ilə kimi icarə haqqı alınaraq qurum üzvləri arasında bərabər bölünmüşdür. 2016-cı ildən sonra cavabdehlər qurum üzvləri ilə şifahi razılaşmanı pozmaqla heç bır icarə haqqı verməmiş və həmin tikililər qanunsuz olaraq söküb balacalaşdırmışdır. Dəfələrlə deyilməsinə baxmayaraq cavabdehlər oradan könüllü çıxmaq istəmirlər. Qurum üzvlərinə pay kimi ayrılmış həmin qoyun banstanlarından istifadə etmək istəyirlər, lakin cavabdehlər buna razılıq vermədiyindən onların məhkəmə qaydasında məcburi çıxarılması zərurətində qalmışlar. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1997-ci ildə torpaq islahatı zamanı onlara əmlak payı kimi verilmiş “Qarıq” qışlağından qoyunun banıstanından (qoyunun qışlaması üçün nəzərdə tutulmuş tikilidən) məcburi çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinə qarşı etiraz daxil olmamışdır. Qobustan Rayon Məhkəməsinin 2(026)-164/2022 saylı, 11 may 2022 ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1997-ci ildə torpaq islahatı zamanı iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 əmlak payı kimi verilmiş “Qarıq" qışlağından qoyun banıstanından (qoyunun qışlaması üçün nəzərdə tutulmuş tikilidən) məcburi çıxarılması qət edilmişdir (hakim Mirələm Quliyev). Birinci instansiya məhkəməsi iddianı təmin edərkən mövqeyini bu cür əsaslandırmışdır ki, 1997-ci ildə gedən torpaq islahatı zamanı 17 nəfərə “Qarıq” qışlağında 9X110 metr uzunluğunda qoyun banıstanı (qoyun ferması) əmsal payına uyğun olaraq verilmişdir. Həmin banıstan 2 hissədən ibarət olmaqla cəmi dəyəri 25.500.000 manat (o vaxtkı dövriyyədə olan manatla) olmuş, bundan başqa 2.500.000 manat dəyərində 1 ədəd quzu küzü və 2 ailəlik hər biri ayrı-ayrılıqda 3000.000 manat dəyərində 2 çoban evi olmuş, ümumilikdə həmin banstanların eni 9 metr, uzunluğu isə 110 metrdir və 1500 baş xırda buynuzlu heyvan üçün nəzərdə tutulmuş, həmin qoyun banstanları qurum üzvlərinin razılığı ilə cavabdehlərə icarəyə verilmiş və 2016-cı ilə kimi icarə haqqı alınaraq qurum üzvləri arasında bərabər bölünmüşdür. 2016-cı ildən sonra cavabdehlər qurum üzvləri ilə şifahi razılaşmanı pozmaqla heç bır icarə haqqı verməmişdir. İddiaçılar tərəfindən dəfələrlə deyilməsinə baxmayaraq cavabdehlər oradan könüllü çıxmaq istəmirlər. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini “Aqrar islahatın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 11, 12-ci maddəsinə, “Sovxoz və kolxozların islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 11,12-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri Qətnamədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti verərək Qobustan Rayon Məhkəməsinin 2(026)-164/2022 saylı, 11 may 2022 ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prossesual normalarının pozulması və düzgün tətbiq edilməməsi, həmçinin qətnamədə göstərilən nəticələrin işin hallarına uyğun gəlməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların kifayət qədər tam və hərtərəfli aydınlaşdırılmaması nəticəsində qəbul edildiyindən həmin qətnamə ləğv edilməli, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmalıdır. İlk olaraq onu qeyd edir ki, işə baxan məhkəmə hesab etmişdir ki, “Göydərə islahat komissiyasında əmlakdan pay alan subyektlərə veriləcək bina və qurğuların əmlak payına bölmək üçün birlikdirmə cədvəlindən görünür ki, iddiaçıların əmlak payına düşmüş “Qarıq” qoyun qışlağında əvvəlki qiymətlərlə hər birinin dəyəri 12750000 manat olan iki ədəd qoyun banıstanı, dəyəri ******* manat olan quzu küzü, hər birinin dəyəri ******* manat olan 2 çoban evi olmuşdur. İddiaçıların daxil olduğu qurum üzvlərinin əmlak payının bölünməsinə dair sənəddən görünür ki, hər bir qurum üzvünün paydakı kofisentləri müəyyən olunmuşdur. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Qobustan rayon dövlət arxivinin 07 aprel 2022-ci il tarixli, 10 saylı məktubundan görünür ki, Göydərə kənd Göydərə kolxozunda vətəndaşlara verilən əmlak payı aşağıdakı qaydada qeyd edilmişdir: X16 21.87, İddiaçı3 52.02, X45 21.87, X17 2.24, İddiaçı2 80.0, X27 21.87, İddiaçı1 2.19, X4 2.67, X18 21.87, X28 21.87, X8 5.0, İddiaçı4 57.04, X37 21.87, X19 87.29, X5 21.87, X38 81.39, Həmidova Gülgəzə 21.87. 1997-ci ildə gedən torpaq islahatı zamanı 17 nəfərə “Qarıq” qışlağında 9 X 110 metr uzunluğunda qoyun banıstanı (qoyun ferması) əmsal payına uyğun olaraq verilmişdir. Həmin banıstan 2 hissədən ibarət olmaqla cəmi dəyəri 25.500.000 manat (o vaxtkı dövriyyədə olan manatla) olmuş, bundan başqa 2.500.000 manat dəyərində 1 ədəd quzu küzü və 2 ailəlik hər biri ayrı-ayrılıqda ******* manat dəyərində 2 çoban evi olmuşdur. Ümumuilikdə həmin banıstanların eni 9 metr, uzunluğu isə 110 metrdir və 1500 baş xırda buynuzlu heyvan üçün nəzərdə tutulmuşdur. Həmin qoyun banıstanları qurum üzvlərinin razılığı ilə cavabdehlərə icarəyə verilmiş və 2016-cı ilə kimi icarə haqqı alınaraq qurum üzvləri arasında bərabər bölünmüşdür. 2016-cı ildən sonra cavabdehlər qurum üzvləri ilə şifahi razılaşmanı pozmaqla heç bir icarə haqqı verməmişdir”. Qeyd olunanlarla bağlı olaraq bildirirlər ki, məhkəmənin iş üzrə gəldiyi bu nəticə qanusuz olmaqla yanaşı həm də əsassızdır. Belə ki, iddia tələbində göstərilən “Qarıq” qışlağındakı 4,4 X 42 metr uzunluğunda olan qoyun banıstanı əmlak payı kimi Qobustan rayonu Göydərə kənd sakinləri olmaqla 14 nəfərə verilmişdir. Onlardan yalnız 3 nəfəri iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. Digər 10 şəxsin tələbi olmamışdır. Halbuki, iddia predmeti olan qoyun banıstanı əmlak payı üzrə bütün payı olan şəxslərin razılığı ilə onlara verilmişdir. Məhkəmə digər 10 nəfər şəxsi iş üzrə cəlb etməmiş, onların iddia tələbi ilə bağlı münasibətini müəyyənləşdirməmişdir. Əksinə məhkəmə heç bir təsdiqedici möhür olmayan kağız vərəqinə istinad edərək 17 nəfər şəxsi əmlak payçısı kimi göstərmişdir. Hətta həmin 17 nəfər şəxsin paylarını da qeyd etmişdir. Halbuki, məhkəmə qanunla müəyyən olunmuş sənədə istinad etməli idi. Əmlak payı olan şəxslər isə aşağıdakı 14 nəfər şəxslərdir: 1.X23; 2.X9; 3.X24; 4.X29; 5.X30; 6. X25; 7.X46; 8.İddiaçı2; 9.İddiaçı4; 10.X39; 11. X31; 12. X1; 13. İddiaçı3; 14.X56. Bununla bağlı olaraq bildirirlər ki, məhkəmə əmlak payı olan qeyd olunan şəxslərin dairəsini müəyyən etmədən, təsdiq olunmayan bir kağız vərəqinə istinad etmişdir. Hansı ki, vərəqdə qeyd olunan şəxslərin əksəriyyəti əmlak payçıları deyildir. Əmlak payçılarının bir neçəsi dünyasını dəyişmişdir. Vərəsəlik də müəyyən olunmamışdır. Məhkəmə banıstanın ölçüsünü də düzgün müəyyənləşdirməmişdir. Həmin banıstanı onlar öz vəsaiti hesabına təmir etmişdir, bütün əmlak payçılarının razılığı ilə onlara qalmaq şərti ilə bərpa etmişlər. Bununla bağlı 2016-cı ilə qədər də pulunu ödəmişlər. Əmlak payçılarına 300 manat ödəmişlər, hazırkı İddiaçı2 və Pərvaz 1000 manat istədiyi üçün razılaşmamışlar. Əmlak payçılarından bir neçə nəfər dünyasını dəyişdikdən sonra hazırkı iddiaçılar bu tələblə məhkəməyə müraciət etmişlər. Bundan başqa bildirilir ki, “Qarıq” qışlağının ümumi torpaq sahəsi olan 440 hektar torpaq sahəsinin 140 hektar torpaq sahəsi hissəsi Qobustan Rayon İcra Hakimiyyəti Başçısının 08 noyabr 2012-ci il tarixli 188 saylı Sərəncamı ilə çobanların yaşaması və heyvanların saxlanılması üçün təsdiq edilmiş layihə əsasında ferma binalarının tikintisinə onlara icazə verilmişdir. “Qarıq” qışlağının qalan 300 hektar torpaq sahəsini isə digər şəxslər istifadə edir. Bundan sonra Qobustan rayon Ərəbqədim bələdiyyəsinin 28 sentyabr 2007-ci il tarixli 13 nömrəli Qərarı ilə 140 hektar torpaq sahəsi 15 il müddətinə bizə icarəyə verilmiş və müvafiq qaydada icarə müqaviləsi bağlanılmışdır. Qeyd olunan sənədlər əsasında Azərbaycan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən A № 328990 nömrəli torpaq sahəsinin planı və ölçüsü verilmişdir. 2017-ci ildə isə sərəncamda göstərilən qaydada istifadəsində olan torpaq sahəsində çobanların yaşaması və heyvanların saxlanılması üçün tikililər inşa edərək istifadə edirlər. İddiaçıların da 3-nün daxil olmaqla cəmi 14 nəfər şəxsə isə əmlak payı kimi yalnız banıstan verilmişdir. Göründüyü kimi məhkəmə torpaq sahəsinin qanunla müəyyən olunmuş qaydada onlara məxsus olduğu halda “Qarıq” qışlağından da məcburi çıxarılmağılarını qət etmişdir. Halbuki, torpaq sahəsi və sərəncam əsasında üstündə inşa etdikləri tikililər onlara məxsusdur. 2000-ci ildən başlayaraq 14 nəfərə əmlak payı kimi verilmiş “Qarıq” qışlağındakı 4,4 metr eni 42 metr uzunluğu olan banıstanlarda heyvan saxlamışlar. Baxmayaraq ki, məhkəmə banıstanın ölçüsünü 9 metr eni 110 metr uğyluğu olduğunu qeyd etmuşdir. Yatağa gələndə banıstanlar yanmış vəziyyətdə olmuşdur. Banıstanların üst hissələri yanmış vəziyyətdə, açıq olmuşdur. Banıstanlar yanmış vəziyyətdə olduğundan daşlarına toxunduqda ovulub tökülürdü. Banıstandan istifadə etməklə bağlı 2005-ci ildə ölmüş atası Əlifxan ilə qurum başçısı İddiaçı4 arasında qarşılıqlı razılaşma olmuşdur. Manat dəyişilənə kimi qurum rəhbərinə hər il 300000 manat, 2007-ci ildən hər il 200 manat, daha sonra isə 2017-ci ilə kimi hər il 300 manat icarə haqqı ödənilmişdir. İstifadə etdikləri örüş sahəsi Ərəbqədim bələdiyyəsinin ehtiyat fonduna aid olmuşdur. Həmin vaxt Ərəbqədim və Göydərə bələdiyyələri birləşdirilməmişdi. 2007-ci ildə Ərəbqədim bələdiyyəsi ilə 140 hektar örüş sahəsinin icarəyə götürülməsi barədə icarə müqaviləsi bağlamışlar. İcarə haqqı olaraq 280 manatı Ərəbqədim bələdiyyəsinə ödəmişlər. 2016-cı ildə qurum üzvü olan İddiaçı1 onlardan banıstandan istifadəyə görə 1000 manat tələb etdiyi üçün razılaşmamışlar. Halbuki, qurum üzvlərinə aid olan banıstandan istifadə etmək mümkün olmamışdır. Odur ki, 2012-ci ildə icarəyə götürdüklləri 140 hektar örüş torpaq sahəsində banıstan və çoban evi tikilməsinə icazə verilməsi üçün Qobustan Rayon İcra Hakimiyyətinə müraciət etmişlər. Qobustan Rayon İcra Hakimiyyətinin 08 noyabr 2012-ci il tarixli 188 saylı Sərəncamı ilə onlara İcra Hakimiyyət Başçısı aparatının Memarlıq və Tikinti şöbəsinin təsdiq etdiyi layihə əsasında tikintiyə icazə verilmiş, 2016-cı ildə başladıqları tikintini 2017-ci ildə başa çatdırmışlar. Həmin vaxtdan da quruma əmlak payı kimi verilmiş tikililərdən istifadə etməmişlər. Onlara məxsus olan tikililər əmlak payı olan tikililərdən kənarda inşa edilmişdir. Məhkəmə bu faktı yerli baxış zamanı müəyyən etmiş və qətnamədə qeyd etmişdir. Əmlak payı kimi verilmiş banıstandan istifadə etmədikləri halda, qurum üzvlərinin də heç birinə əmlak payının aparılmasına etiraz etmədiklərinə baxmayaraq məhkəmə onların banıstandan istifadə etdikləri qənaətinə gəlmişdir. Halbuki, banıstan istifadəyə tamamilə yararsız vəziyyətdədir. Bundan əlavə iddiaçıların əmlak payından istifadə etmələrinə cavabdehlər tərəfindən maneələr yaradılması, iddiaçıların hüquqularının pozulması məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. İddiaçılar tərəflər arasında mübahisələndirilən “Qarıq” qışlağının torpaq sahəsinin onların zəbtində olmasına dair məhkəməyə heç bir sübutu olmaması səbəbindən təqdim edə bilməmişlər. Məhkəmə hazırkı iş üzrə iddia ərizəsində göstərilən xüsusatlara, o cümlədən əmlak payı torpaq sahəsinin və qoyun banıstanının cavabdehlər tərəfindən istifadə edilib-edilməməsini aydınlaşdırmaq məqsədilə mülki iş üzrə mütəxəssis cəlb etməmiş və mütəxəssislərin iştirakı ilə sözü gedən əraziyə baxış keçirməmişdir. Məhkəmə araşdırması zamanı iddiaçılar irəli sürdüyü tələblərin əsasını sübuta yetirə bilməmiş, torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt olunduğu barədə əsaslı sübutlar təqdim etməmiş, ümumiyyətlə iş materiallarına əlavə edilmiş hüquqmüəyyənedici sənədlər əsasında tərəflərin isifadə etdiyi torpaq sahələrinin üst-üstə düşdüyü müəyyən olunmamışdur. Məhkəmə iş üzrə ekspertiza təyin etməklə mübahisəyə aydınlıq gətirə bilərdi. Məhkəmə qətnamənin nəticə hissəsində yanlış nəticəyə gəlmişdir. Belə ki, mübahisə predmeti “Qarıq” qışlağındakı qoyun banıstanı 14 nəfərə əmlak payı kimi verildiyi halda, qətnamənin qət etdi hissəsində 4 nəfər iddiaçılara verilmiş əmlak payı kimi qeyd etmiş və “Qarıq” qışlağından qoyun banıstanından məcburi çıxarılma barədə nəticəyə gəlmişdir. Halbuki, “Qarıq” qışlağının yerləşdiyi torpaq sahəsi icarə hüququ əsasında onların istifadəsindədir və həmin torpaq sahəsində qanunla müəyyən olunmuş qaydada banıstanlar və digər zəruri tikililər inşa etmişlər. Bununla bağlı təsdiqedici sənədlər də məhkəməyə təqdim edilmişdir. Təəsüf ki, məhkəmə işə bu məsədlədə işə qeyri obyektiv və diqqətsiz baxmış, faktlara düzgün hüquqi qiymət verməmişdir. Bu isə qanunsuz qətnamədir. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, bütün payçılarla razılığa gəlib, iddiaçılarla da razılşmaqdan boyun qaçırmır. Amma iddiaçılar təklif etdiyi məbləği qəbul etmirlər, nə də gəlib əmlaklarını aparmırlar. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini, Qobustan Rayon Məhkəməsinin 2(026)-164/2022 saylı, 11 may 2022 ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, Qobustan Rayon Məhkəməsinin 2(026)-164/2022 saylı, 11 may 2022 ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında cavabdehlərin nümayəndə və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, məhkəmə əmlak payı olan qeyd olunan şəxslərin dairəsini müəyyən etmədən, təsdiq olunmayan bir kağız vərəqinə istinad etmişdir. Hansı ki, vərəqdə qeyd olunan şəxslərin əksəriyyəti əmlak payçıları deyildir. Əmlak payçıların bir neçəsi dünyasını dəyişmişdir. Vərəsəlik də müəyyən olunmamışdır. Məhkəmə banıstanın ölçüsünü də düzgün müəyyənləşdirməmişdir. Bildirir ki, həmin banıstanı cavabdehlər öz vəsaiti hesabına təmir etmiş, bütün əmlak payçılarının razılığı ilə onlara qalmaq şərti ilə bərpa etmişlər. Bununla bağlı 2016-cı ilə qədər də pulunu ödəmişlər. Əmlak payçılarına hər il 300 manat ödəyiblər, hazırkı İddiaçı2 və Pərvaz 1000 manat istədiyi üçün razılaşmamışlar. Əmlak payçılarından bir neçə nəfər dünyasını dəyişdikdən sonra hazırkı iddiaçılar bu tələblə məhkəməyə müraciət etmişlər. Bundan başqa “Qarıq” qışlağının ümumi torpaq sahəsi olan 440 hektar torpaq sahəsinin 140 hektar torpaq sahəsi hissəsi Qobustan Rayon İcra Hakimiyyəti Başçısının 08 noyabr 2012ci il tarixli 188 saylı Sərəncamı ilə çobanların yaşaması və heyvanların saxlanılması üçün təsdiq edilmiş layihə əsasında ferma binalarının tikintisinə onlara icazə verilmişdir. “Qarıq” qışlağının qalan 300 hektar torpaq sahəsini isə digər şəxslər istifadə edir. Bundan sonra Qobustan rayon Ərəbqədim bələdiyyəsinin 28 sentyabr 2007-ci il tarixli, 13 nömrəli Qərarı ilə 140 hektar torpaq sahəsi 15 il müddətinə onlara icarəyə verilmiş və müvafiq qaydada icarə müqaviləsi bağlanılmışdır. Qeyd olunan sənədlər əsasında Azərbaycan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən A № 328990 nömrəli torpaq sahəsinin planı və ölçüsü verilmişdir. Cavabdehlər 2017-ci ildə isə sərəncamda göstərilən qaydada istifadələrində olan torpaq sahəsində çobanların yaşaması və heyvanların saxlanılması üçün tikililər inşa edərək istifadə edirlər. İddiaçıların da 3-nün daxil olmaqla cəmi 14 nəfər şəxsə isə əmlak payı kimi yalnız banıstan verilmişdir. Göründüyü kimi məhkəmə torpaq sahəsinin qanunla müəyyən olunmuş qaydada onlara məxsus olduğu halda “Qarıq” qışlağından da məcburi çıxarılmağı qət etmişdir. Halbuki, torpaq sahəsi və sərəncam əsasında üstündə inşa edilmiş tikililər cavabdehlərə məxsusdur. 2000-ci ildən başlayaraq 14 nəfərə əmlak payı kimi verilmiş “Qarıq” qışlağındakı 4,4 metr eni 42 metr uzunluğu olan banıstanlarda heyvan saxlamışlar. Baxmayaraq ki, məhkəmə banıstanın ölçüsünü 9 metr eni 110 metr uğyluğu olduğunu qeyd etmişdir. Yatağa gələndə banıstanlar yanmış vəziyyətdə olmuşdur. Banıstanların üst hissələri yanmış vəziyyətdə, açıq olmuşdur. Banıstanlar yanmış vəziyyətdə olduğundan daşlarına toxunduqda ovulub tökülürdü. Banıstandan istifadə etməklə bağlı 2005-ci ildə ölmüş atası Əlifxan ilə qurum başçısı İddiaçı4 arasında qarşılıqlı razılaşma olmuşdur. Qurum rəhbərinə hər il 300000 AZM, 2007-ci ildən hər il 200 manat, daha sonra isə 2017-ci ilə kimi hər il 300 manat icarə haqqı ödənilmişdir. İstifadə edilən örüş sahəsi Ərəbqədim bələdiyyəsinin ehtiyat fonduna aid olmuşdur. Həmin vaxt Ərəbqədim və Göydərə bələdiyyələri birləşdirilməmişdi. 2007-ci ildə Ərəbqədim bələdiyyəsi ilə 140 hektar örüş sahəsinin icarəyə götürülməsi barədə icarə müqaviləsi bağlamışlar. İcarə haqqı olaraq 280 manatı Ərəbqədim bələdiyyəsinə ödəmişlər. 2016-cı ildə qurum üzvü olan İddiaçı1 onlardan banıstandan istifadəyə görə 1000 manat tələb etdiyi üçün razılaşmamışlar. Halbuki, qurum üzvlərinə aid olan banıstandan istifadə etmək mümkün olmamışdır. Odur ki, 2012-ci ildə icarəyə götürdükləri 140 hektar örüş torpaq sahəsində banıstan və çoban evi tikilməsinə icazə verilməsi üçün Qobustan Rayon İcra Hakimiyyətinə müraciət etmişlər. Qobustan Rayon İcra Hakimiyyətinin 08 noyabr 2012-ci il tarixli 188 saylı Sərəncamı ilə onlara İcra Hakimiyyət Başçısı aparatının Memarlıq və Tikinti şöbəsinin təsdiq etdiyi layihə əsasında tikintiyə icazə verilmiş, 2016-cı ildə başladıqları tikintini 2017-ci ildə başa çatdırmışlar. Həmin vaxtdan da quruma əmlak payı kimi verilmiş tikililərdən istifadə etməmişlər. Onlara məxsus olan tikililər əmlak payı olan tikililərdən kənarda inşa edilmişdir. Məhkəmə bu faktı yerli baxış zamanı müəyyən etmiş və qətnamədə qeyd etmişdir. Əmlak payı kimi verilmiş banıstandan istifadə etmədikləri halda, qurum üzvlərinin də heç birinə əmlak payının aparılmasına etiraz etmədiklərinə baxmayaraq məhkəmə onların banıstandan istifadə etmələri qənaətinə gəlmişdir. Halbuki, banıstan istifadəyə tamamilə yararsız vəziyyətdədir. Bundan əlavə iddiaçıların əmlak payından istifadə etmələrinə cavabdehlər tərəfindən maneələr yaradılması, iddiaçıların hüquqularının pozulması məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. İddiaçılar tərəflər arasında mübahisələndirilən “Qarıq” qışlağının torpaq sahəsinin cavabdehin zəbtində olmasına dair məhkəməyə heç bir sübutu olmaması səbəbindən təqdim edə bilməmişlər. Məhkəmə hazırkı iş üzrə iddia ərizəsində göstərilən xüsusatlara, o cümlədən əmlak payı torpaq sahəsinin və qoyun banıstanının cavabdehlər tərəfindən istifadə edilib-edilməməsini aydınlaşdırmaq məqsədilə mülki iş üzrə mütəxəssis cəlb etməmiş və mütəxəssislərin iştirakı ilə sözü gedən əraziyə baxış keçirməmişdir. Məhkəmə iş üzrə ekspertiza təyin etməklə mübahisəyə aydınlıq gətirə bilərdi. Bundan başqa məhkəmə qətnamənin nəticə hissəsində yanlış nəticəyə gəlmişdir. Belə ki, mübahisə predmeti “Qarıq” qışlağındakı qoyun banıstanı 14 nəfərə əmlak payı kimi verildiyi halda, qətnamənin qət etdi hissəsində 4 nəfər iddiaçılara verilmiş əmlak payı kimi qeyd etmiş və “Qarıq” qışlağından qoyun banıstanından məcburi çıxarılma barədə nəticəyə gəlmişdir. Halbuki, “Qarıq” qışlağının yerləşdiyi torpaq sahəsi icarə hüququ əsasında onların istifadəsindədir və həmin torpaq sahəsində qanunla müəyyən olunmuş qaydada banıstanlar və digər zəruri tikililər inşa etmişlər. Bununla bağlı təsdiqedici sənədlər də məhkəməyə təqdim edilmişdir. Məhkəmə iş üzrə ekspertiza təyin etməklə mübahisəyə aydınlıq gətirə bilərdi. Lakin məhkəmə ekspertiza təyin etməmişdir. Digər bir dəlil isə heç bir sahəyə tələblərə cavab verən sənədlər mövcud olmasa da sahə sovxoz işçilərinə Aqrar İslahat Komissiyasının qərarı əsasında paylı mülkiyyət kimi verilib. Yəni torpaq xüsusi olaraq sovxozda işləyən və əmlak payı olan işçilərə ayrılıb. Siyahıda adı olan amma ölmüş şəxslərdən X64 Tapdıqın atası, Balayeva Şüşə anasıdır. X33rdaşının arvadıdır, sağdır. X32 Pərvazın anasıdır, ölüb. X36 bacısı olmaqla sağdır. Əhmədov Mirabbas ölmüşdür. Şəfiqə Əhmədova ölüb, Əhmədov Rafael onun oğludur. Digər şəxslər ölüblər. Adı çəkilən şəxslər sovxozda işləyən, texnika və tikinti ayrılan şəxslərdir. Tikilinin yalnız bir qolu qalıb. Sonra müvəkkilləri yeni tikili tikiblər. Apellyasiya şikayətinin təmin edilməsini, Qobustan Rayon Məhkəməsinin 2(026)-164/2022 saylı, 11 may 2022 ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı1 apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, banıstan kiril əlifbasının “П” hərfi şəklindədir. Tikilinin daxilində tikinti aparılıb. Yerli baxış keçirilsə, hər şey aydın olar. Paylı mülkiyyətçilər olaraq hamı qohumdurlar. O, atası, anası, bacısı, digər iddiaçılar və onların ailə üzvləri payçıdır, heç bir yerdən istifadə edə bilmir, razılığa gələ bilmirlər. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini, Qobustan Rayon Məhkəməsinin 2(026)-164/2022 saylı, 11 may 2022 ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı1 apellyasiya şikayətini qəbul etməyərək onun təmin edilməməsini, Qobustan Rayon Məhkəməsinin 2(026)-164/2022 saylı, 11 may 2022 ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı2 apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, cavabdehlər heç vaxt həmin ərazidə heyvan saxlamayıblar. Ona icarə haqqı 2016-cı ilə kimi ödənilib. İlk dəfə icarə haqqı kimi 25000 AZN (25 şirvan) pulla razılaşmışdır. Alğı-satqı olmayıb. Apellyasiya şikayətinin təmin edilməməsini, Qobustan Rayon Məhkəməsinin 2(026)-164/2022 saylı, 11 may 2022 ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı3 apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, cavabdehlər 2003-cü ildən 2006-cı ilə kimi ona icarə haqqı verməyiblər, əvəzində yanan qışlağı bərpa ediblər. 2006-cı ildən 2016-cı ilə kimə ilə 200, 300 manat olmaqla icarə haqqı ödənilib. Apellyasiya şikayətinin təmin edilməməsini, Qobustan Rayon Məhkəməsinin 2(026)-164/2022 saylı, 11 may 2022 ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı1 nümayəndə və vəkili Vəkil3 apellyasiya şikayətini qəbul etməyərək onun təmin edilməməsini, Qobustan Rayon Məhkəməsinin 2(026)-164/2022 saylı, 11 may 2022 ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı2 apellyasiya şikayətini qəbul etməyərək onun təmin edilməməsini, Qobustan Rayon Məhkəməsinin 2(026)-164/2022 saylı, 11 may 2022 ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı3 apellyasiya şikayətini qəbul etməyərək onun təmin edilməməsini, Qobustan Rayon Məhkəməsinin 2(026)-164/2022 saylı, 11 may 2022 ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X26 bildirdi ki, Məmmədov Şahməmməd atası, Məmmədova Anabacı anasıdır. Ağababa ilə eyni kənddəndir. Qışlaqdan ona məxsus olan payını Cavabdeh1 verib. Onun payı qışlaqda olan banıstana və əmlaka idi. Banıstanın forması “П” şəkilli idi. Bərpa olunana qədər dağınıq vəziyyətdə idi və yanmışdı. Cavabdehlər orada təzə tikili də tikiblər, bərpa işləri də aparıblar. Onlara pul da veriblər. Cavabdehlərdən heç bir tələbi yoxdur. Onların banıstandan çıxarılmasına razı deyil. Mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə kollegiyasının iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X31 bildirdi ki, siyahıda onun öz adı da var, Qurbanova Quba anası, Qurbanov Ağamirzə atasıdır. İkisi də ölüb. O, mübahisəli əmlakda nə payı varsa, Cavabdeh1 verib. Onların həmin yerdən çıxarılmasını istəmir. Zəhmətlə həmin ərazidə tikinti işləri aparıblar. Payını ona verəndə yanmamış cəmi bir tikili var idi. Cavabdehlərə qarşı heç bir tələbi yoxdur. Mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə kollegiyasının iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X40 bildirdi ki, o, Alma Gülaliyevanın oğludur, siyahıda öz adı yoxdur, anası ölüb, bütün payını da cavabdehlərə verib. Onlar bibisi oğlanlarıdır, ona pul da veriblər. Onlara qarşı heç bir tələbi yoxdur. Mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada iş üzrə İddiaçı4 məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən işə qeyd edlən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2. maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.8. maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 180.1.-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2.-ci maddəsinə əsasən, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.2. apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

“Aqrar islahatın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən islahat torpaqların dövlət və bələdiyyə mülkiyyətinə ayrılmasını, müəyyən edilmiş normalar əsasında torpaqların xüsusi mülkiyyətə əvəzsiz verilməsini, mülkiyyət formasından asılı olmayaraq torpaq istifadəçilərinə təsərrüfat fəaliyyəti üçün bərabər şərait yaradılmasını nəzərdə tutur. Torpaq mülkiyyətçisinin Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq torpağı satmaq, bağışlamaq, dəyişmək, girov qoymaq, icarəyə və vərəsəliyə vermək, əlavə torpaq sahəsi satın almaq hüquqları vardır. Torpaq islahatı zamanı ərazinin təbii-coğrafi şəraiti, əhalinin sıxlığı və kənd təsərrüfatı istehsalında iştirakı, torpaqların keyfiyyəti, torpaqdan istifadənin yerli xüsusiyyətləri nəzərə alınır, torpaqlardan təyinatına görə istifadə olunması və ətraf mühiti mühafizə tələbləri gözlənilir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən sovxozların (dövlət mülkiyyətində saxlanan müəssisələr istisna olmaqla), kolxozların özəlləşdirilən torpaqları onların daimi istifadəsindəki torpaqlarından bələdiyyənin ehtiyat fonduna ayrılan torpaqlar çıxılmaqla müəyyən edilir. Sovxozların bazasında dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi yaradıldıqda həmin ərazidə özəlləşdirilən torpaqlar yeni müəssisənin istehsal məqsədləri üçün tələb olunan və bələdiyyənin ehtiyat fonduna verilən torpaqlar çıxılmaqla müəyyən edilir. İslahat zamanı bələdiyyənin ehtiyat fonduna sovxoz və kolxozların kənd təsərrüfatına yararlı torpaqlarının 5 faizindən çox olmayan hissəsi, kənd təsərrüfatına az yararlı, yararsız torpaqları bütövlükdə ayrılır. Bələdiyyə ehtiyat fonduna ayrılan kənd təsərrüfatına yararlı torpaqların ölçüsü və yeri yerli islahat komissiyaları ilə birlikdə rayon aqrar islahat komissiyaları tərəfindən sovxozun və kolxozun torpaq ehtiyatlarından, torpaq payı almaq hüquqi olanların sayından və rayon üzrə adambaşına düşən orta torpaq payından asılı olaraq müəyyən edilir. Yardımçı kənd təsərrüfatı üçün sovxoz və kolxozların ərazisindən nazirliklərə, komitələrə, şirkətlərə, birliklərə, müəssisələrə, idarə və təşkilatlara verilmiş torpaqlar Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi qaydada onların istifadəsində saxlanılır, yaxud bütövlükdə və ya qismən əvvəlki istifadəçilərinə qaytarılır. Bu Qanun qüvvəyə mindiyi günədək sovxozun və kolxozun torpaqlarında yaradılmış təsərrüfatlararası müəssisələrin, kooperativlərin, kiçik müəssisələrin, kəndli (fermer) təsərrüfatlarının və digər kənd təsərrüfatı müəssisələrinin torpaq sahələrinin bu Qanunun 13-cü maddəsində müəyyən edilən torpaq paylarından artıq hissəsi özəlləşdirilən torpaqlara, təsərrüfatlararası müəssisələrdə isə payçı təsərrüfatların torpaqlarına daxil edilir. Həmin müəssisələrin torpaq sahələri torpaq payından az olduqda onlara əlavə torpaq verilir. Həmin Qanunun 12-ci maddəsinə əsasən sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlər aşağıdakılardır: sovxoz və kolxozlarda daimi işləyən şəxslər; bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər; sovxoz və kolxozlardan təqaüdə çıxmış və müvafiq rayonun (şəhərin) ərazisində yaşayan şəxslər; sovxozun və ya kolxozun ərazisindən həqiqi müddətli hərbi qulluğa çağırılmış və müvəqqəti qaib olmuş şəxslər; bu Qanun qüvvəyə mindiyi günədək sovxozun və ya kolxozun ərazisində yaradılmış və təyinatına uyğun fəaliyyət göstərən təsərrüfatlararası müəssisələrin, kooperativlərin, kiçik müəssisələrin, kəndli (fermer) təsərrüfatlarının və digər kənd təsərrüfatı istehsalı müəssisələrinin təsisçiləri və əsas iş yeri həmin müəssisələr olan şəxslər. “Sovxoz və kolxozların islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən sovxozlarda və digər dövlət kənd təsərrüfatı istehsalı müəssisələrində əmlak payının müəyyənləşdirilməsi sovxozlarda və digər dövlət kənd təsərrüfatı istehsalı müəssisələrində əmlak payı aşağıdakı qaydada müəyyənləşdirilir: əmlak inventarlaşdırılır və qiymətləndirilir; müəssisənin debitor və kreditorlarla haqqhesabı aparılır və əmək haqqı üzrə borclar, ödənilir; əmlakdan pay almaq hüququ olan şəxslərin siyahısı müəyyənləşdirilir; müəssisənin əmlakında bölünməyən və bölünən hissələr müəyyənləşdirilir. Ümumi istifadəsi zəruri hesab edilən əmlak bölünməyən, yerdə qalan əmlak bölünən əmlaka aiddir; əmlak paylan əmək fəaliyyəti nəzərə alınmaqla müəyyənləşdirilir və mülkiyyətçilərə verilir. Əmlakın bölünməsi, satılması və bələdiyyə mülkiyyətinə verilməsi qaydalarını Azərbaycan Respublikası Dövlət Aqrar islahat Komissiyası hazırlayır və Azərbaycan Respublikası Prezidenti təsdiq edir. Həmin Qanunun 12-ci maddəsinə əsasən kolxozların əmlakının bölüşdürülməsi kollektivin ümumi yığıncağının qərarı əsasında aparılır. Bölgü əmlakın bölünməsi, satılması və bələdiyyə mülkiyyətinə verilməsi qaydalarından istifadə olunmaqla həyata keçirilir.

Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Qobustan Rayon Məhkəməsinin 2(026)-164/2022 saylı, 11 may 2022 ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. X2 ifadə verərək göstərdi ki, respublikada aqrar islahat keçirilərkən o, yerli islahat komissiyasının sədr müavini olmuşdur. İslahat zamanı İddiaçı4 rəhbəri olduğu quruma “Qarığ” qışlağındakı heyvanları saxlamaq üçün banıstanlar, quzu küzü və iki çoban evi əmlak payı kimi verilmişdir. Həmin qurumda nə qədər adam olduğu yadında deyil. Həmin yataqda əvvəllər Poladov Əlifxan, sonra isə indi cavabdeh kimi uşaqları heyvan saxlayıblar. Eşitdiyinə görə icarə pulunu qurum rəhbərinə veriblər. “Qarığ” qışlağındakı örüş sahələrinin yer ölçülüb dəqiqləşdirilərkən xəritəyə əsasən Ərəbqədim bələdiyyəsinin mülkiyyətində olduğu müəyyən olunmuşdur. X13 izahatında islahat keçirilərkən islahat komissiyasının üzvü olduğunu bildirərək X20 ifadəsinə oxşar ifadə verdi. Göydərə islahat komissiyasında əmlakdan pay alan subyektlərə veriləcək bina və qurğuların əmlak payına bölmək üçün birlikdirmə cədvəlindən görünür ki, iddiaçıların əmlak payına düşmüş “Qarığ” qoyun qışlağında əvvəlki qiymətlərlə hər birinin dəyəri 12750000 manat olan iki ədəd qoyun banıstanı, dəyəri ******* manat olan quzu küzü, hər birinin dəyəri ******* manat olan 2 çoban evi olmuşdur. İddiaçıların daxil olduğu qurum üzvlərinin əmlak paylarının bölünməsinə dair sənəddən görünür ki, hər bir qurum üzvünün paydakı kofsentləri müəyyən olunmuşdur. Azərbaycan Respublikası Milli Arxiv idarəsinin Qobustan rayon dövlət arxivinin Qobustan rayonu Göydərə kənd sakini İddiaçı1 ünvanlandığı 07 aprel 2022-ci il tarixli, 10 saylı məktubundan görünür ki, Göydərə kənd Göydərə kolxozunda vətəndaşlara verilən əmlak payı aşağıdakı qaydada qeyd edilmişdir: X16 21.87, İddiaçı3 52.02, X45 21.87, X10 2.24, İddiaçı2 80.0, X27 21.87, İddiaçı1 2.19, X4 2.67, X11 21.87, X28 21.87, X8 5.0, İddiaçı4 57.04, X41 21.87, X12 87.29, X6 21.87, X38 81.39, Həmidova Gülgəzə 21.87. Qobustan rayonu Ərəbqədim bələdiyyəsinin 28 sentyabr 2007-ci il tarixli, 13 saylı qərarının surətindən görünür ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə, ’”Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununa (11 dekabr 1998-ci il), “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa (07 dekabr 1999-cu il), ’’Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa (29 iyun 2001-ci il), “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnaməyə (15 mart 2002-ci il) müvafiq olaraq Ərəbqədim bələdiyyəsinin ehtiyat fondunda olan örüş sahəsindən 140 hektar Ərəbqədim kənd sakini Cavabdeh2 verilməsi ilə bağlı onun 20 sentyabr 2007-ci il tarixli ərizəsini, Ərəbqədim bələdiyyəsinin 28 sentyabr 2007-ci il tarixli, 10 saylı qərarını və DT və XK Qobustan rayon şöbəsinin rəyini əsas tutaraq Qobustan rayonu Ərəbqədim kənd sakini Cavabdeh2 Ərəbqədim bələdiyyəsinin ehtiyat fondunun icarə predmeti olan örüş sahəsindən 140 hektar torpaq sahəsi 15 il müddətində icarəyə verilmişdir. X68 kitabında 13 may 2011-ci il tarixdə 2385 nömrə ilə qeydə alınmış A 328990 saylı Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin torpaq sahəsinin planı və ölçüsü haqqında sənədin surətindən görünür ki, Qobustan rayonu Ərəbqədim bələdiyyəsinin 28 sentyabr 2007-ci il tarixli 13 saylı qərarına əsasən Ərəbqədim kənd sakini Cavabdeh2 heyvandarlığın inkişafı məqsədilə Qobustan rayon Ərəbqədim kəndi ərazisindən ******* kv.m torpaq sahəsi ayrılmışdır. Qobustan rayon İcra hakimiyyəti başçısının 08 noyabr 2012-ci il tarixli 188 saylı sərəncamından çıxarışın surətindən görünür ki, Göydərə kənd sakini Cavabdeh2 müraciətini və memarlıq və tikinti şöbəsinin rəyini nəzərə alaraq Qobustan rayon Ərəbqədim bələdiyyəsinin 28 sentyabr 2012-ci il tarixli 13 nömrəli qərarı ilə Cavabdeh2 icarəsinə verilmiş 140 ha torpaq sahəsində çobanların yaşaması və heyvanların saxlanılması üçün Rayon İcra Hakimiyyətinin Başçısı Aparatının Memarlıq və tikinti şöbəsinin təsdiq etdiyi layihə əsasında ferma binalarının tikintisinə icazə verilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən mübahisəli qoyun banstanlarına, quzu küzünə və iki ədəd çoban evlərinə yerində baxış keçirilmiş və müəyyən olunmuşdur ki, əmlak payı kimi verilmiş qoyun banstanları cavabdehlər tərəfindən sonradan tikilmiş qoyun banstanı ilə üst-üstə düşmür, ayrı-ayrı ərazidə tikilmişdir. Həmçinin müəyyən olundu ki, əmlak payı kimi verilmiş çoban evləri və quzu küzündən istifadə edilmiş, cavabdehlər əlavə xüsusi yer tikmişlər, yanmış banstan isə bərpa edilərək yenilənmişdir. Əmlak payı kimi verilmiş qoyun banıstanları, 2 ədəd çoban evi və quzu küzünün divarları daşlar ilə sement-qum qarışığından ibarət məhlulla hörüldüyündən, dam hissəsi taxta material və şiferdən quraşdırıldığı üçün onların dəyərinə və təyinatına zərər gətirmədən sökülməsi mümkün deyil. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, 1997-ci ildə gedən torpaq islahatı zamanı 17 nəfərə “Qarıq” qışlağında 9X110 metr uzunluğunda qoyun banıstanı (qoyun ferması) əmsal payına uyğun olaraq verilmişdir. Həmin banıstan 2 hissədən ibarət olmaqla cəmi dəyəri 25.500.000 manat (o vaxtkı dövriyyədə olan manatla) olmuş, bundan başqa 2.500.000 manat dəyərində 1 ədəd quzu küzü və 2 ailəlik hər biri ayrı-ayrılıqda 3000.000 manat dəyərində 2 çoban evi olmuş, ümumilikdə həmin banstanların eni 9 metr, uzunluğu isə 110 metrdir və 1500 baş xırda buynuzlu heyvan üçün nəzərdə tutulmuş, həmin qoyun banstanları qurum üzvlərinin razılığı ilə cavabdehlərə icarəyə verilmiş və 2016-cı ilə kimi icarə haqqı alınaraq qurum üzvləri arasında bərabər bölünmüşdür. 2016-cı ildən sonra cavabdehlər qurum üzvləri ilə şifahi razılaşmanı pozmaqla heç bır icarə haqqı verməmişdir. İddiaçılar tərəfindən cavabdehlərə dəfələrlə deyilməsinə baxmayaraq cavabdehlər oradan könüllü çıxmaq istəmirlər. Qeyd edilənlərə əsasən birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilmişdir. Məhkəmə kolegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticə ilə razılaşmaq olmaz. Belə ki, iddiaçıların mübahisələndirdiyi banıstan X16 21.87, İddiaçı3 52.02, X45 21.87, X10 2.24, İddiaçı2 80.0, X27 21.87, İddiaçı1 2.19, X4 2.67, X11 21.87, X28 21.87, X8 5.0, İddiaçı4 57.04, X41 21.87, X12 87.29, X6 21.87, X38 81.39, Həmidova Gülgəzə 21.87 ha olmaqla qeyd edilən şəxslərə verilsə də, hazırki iddia tələbində yalnız İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 iddia qaldırmışdır. Halbuki, həmin banıstan iddiaçıların və üçüncü şəxslərin birgə mülkiyyətindədir. İş materiallarından görünür ki, mübahisəli banıstanın bir hissısi yanıb. Cavabdehlərm isə orada bərpa işləri görüblər. İş materiallarından müəyyən edilir ki, iddiaçılar cavabdehlərin banıstandan çıxmasını tələb etsələr də üçüncü şəxslər onların oaradan çıxmasını istəmədiklərini bildirdilər. Məhkəmə kolelgiyası qeyd edir ki, həmin banıstanın bir neçə şəxsə verilməsinə, eləcə də onların payları müəyyən olunmasına baxmayaraq payları naturada bölünərək yerləri müəyyən edilməyib. Yəni banıstanın hansı hissəsinin iddiaçılara məxsus olması məlum olmadığına görə cavabdehlərin banıstanın hansı hissəsindən çıxarılmasını müəyyən etmək mümkün deyil. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi təmin edilə bilməz. İşə əlavə edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/2000 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri“ publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinin 28 fevral 2023-cü il tarixli **********35 nömrəli mütəxəssis rəyində mütəxəssis rəyinə əsasən qeyd olunur ki, 1997-ci ildə torpaq islahatı zamanı iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 əmlak payı kimi verilmiş “Qarıq” qışlağından qoyun banıstanının (qoyunun qışlaması üçün nəzərdə tutulmuş tikilidən) yerləşdiyi torpaq sahəsinə aid hüquqmüəyyənedici və texniki sənədlər təqdim edilmədiyindən yerdə (naturada) müəyyən etmək mümkün olmadı. Lakin iddiaçıların naturada iddia etdikləri və göstərdikləri banıstanın (tikililərin) yerləşdiyi torpaq sahəsinin koordinatları ölçülərək götürülmüşdür. Mütəxəssis rəyinə əsasən, Qobustan rayonu, Ərəbqədim bələdiyyəsinin 28 sentyabr 2007-ci il tarixli 13 saylı qərarı əsasında Qobustan rayonu, Ərəbqədim kənd sakini Cavabdeh2 15 il müddətində icarəyə verilmiş Ərəbqədim bələdiyyəsinin icarə predmeti olan örüş sahəsindən 140,0 ha torpaq sahəsi yerdə (naturada) müəyyən edildi. Mütəxəssis rəyinə əsasən, iddiaçıların naturada iddia etdikləri qoyun banıstanının (tikililər) elektron məlumat bazasına və mülki işə əlavə olunmuş A№328990 nömrəli plan ölçü sənədinə əsasən cavabdehlərin icarəsinə verilmiş və faktiki istifadələrində olan torpaq sahəsində yerləşdiyi müəyyən edildi. Məhkəmə kollegiyası qeyd edir ki, qeyd edilən ekspert rəyi ilə müəyyən edilir ki, iddiaçıların iddia tələbində cavabdehlərin məcburi çixarılmasını göstərdikləri “Qarıq" qışlağından qoyun banıstanı elektron məlumat bazasına və mülki işə əlavə olunmuş A№328990 nömrəli plan ölçü sənədinə əsasən cavabdehlərin icarəsinə verilmiş və faktiki istifadələrində olan torpaq sahəsində yerləşdiyi müəyyən edildi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.5. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. 213.6. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. 222.1. Birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. 222.2. Birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. 222.3. Birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. Birgə mülkiyyətin mülkiyyətçilərindən birinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd həmin mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmaması mülahizələrinə əsasən qalan iştirakçıların tələbi ilə yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsin. 223.2. Birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli banıstan birgə mülkiyyətdə olduğundan, yalnız paylar müəyyən olunduqdan sonra iddia qaldırıla bilər. Bu səbəbdən də hazırki iddia təmin edilə bilməz. Buna görə də məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi işin şərh olunan bu hallarına düzgün qiymət verməmiş və işin qeyd edlən hallarını araşdırmamış, bununla da maddi və prosessual hüquq normalarının təbiqində səhvə yol vermişdir. Bu da qətnаmənin həmin hissədə ləğvi üçün əsasdır. Belə ki, Mülki Prosessual Məcəllənin 385.1.1 və 385.1.3-cü maddələrinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Qobustan Rayon Məhkəməsinin 2(026)-164/2022 saylı, 11 may 2022 ci il tarixli qətnaməsi qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 384.0.2, 392 və 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ:

Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Qobustan Rayon Məhkəməsinin 2(026)-164/2022 saylı, 11 may 2022 ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin SAP (XİİS) hesabı-X15, kod-210005; VÖEN- **********; müxbir hesab AZ41NABZ********************; SWİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********; hesab- AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar