Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1235/2023 08.08.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Xurrəm oğlu və Bakı XXİ BM MTK-ya qarşı mülki iş üzrə (Açar sözlər: alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və əmlak tələbi) Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X8 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı nümayəndə və vəkili Vəkil, Cavabdeh1 iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-641/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3 ilə Cavabdeh2 Xurrəm oğlu arasında, Sumqayıt şəhəri, 16-cı mkr, İ.Qayıbov küçəsi, Nur şadlıq evi ilə üzbəüz yerləşən “Panorama SİTY” çoxmərtəbəli yaşayış binasının 12/13-cü mərtəbədə yerləşən, 69 kv.metr, iki otaqlı, 88 saylı mənzilin, alqı satqına dair bağlanmış xx.xx.2022-ci il tarixli müqavilənin etibarsız hesab olunması, iddiaçının Sumqayıt şəhəri, 16-cı mkr, İ.Qayıbov küçəsi, Nur şadlıq evi ilə üzbəüz yerləşən “Panorama SİTY” çoxmərtəbəli yaşayış binasının 12/13-cü mərtəbədə yerləşən, 69 kv.metr, iki otaqlı, 88 saylı mənzilinə dair 2/3 hissədə pay haqqının tanınması, Sumqayıt şəhəri, 16-cı mkr, İ.Qayıbov küçəsi, “Nur” şadlıq evi ilə üzbəüz yerləşən “Panorama SİTY” çoxmərtəbəli yaşayış binasının 12/13-cü mərtəbədə yerləşən, 69 kv.metr, iki otaqlı, 88 saylı mənzilinə köçürülməsi və iddiaçı tərəfindən ödənilmiş 100.40 (50 man mediasiya+50.40 manat dövlət rüsumu) manat dövlət rüsumunun alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçının nümayəndəsi iddia tələbinin həcminin artırılması ilə bağlı ərizə verərək, Cavabdeh1 X4 və X6 minimal aylıq xərclərinin ödənilməsi üçün minimal 220 manat aliment müəyyən edilməklə ümumilikdə 440 manat tutularaq iddiaçıya ödənilməsi, cavabdehlər Cavabdeh3 ilə Cavabdeh2 Xurrəm oğlu arasında Sumqayıt şəhəri, 16-cı mkr, İ.Qayıbov küçəsi, Nur şadlıq evi ilə üzbəüz yerləşən “Panorama SİTY” çoxmərtəbəli yaşayış binasının 12/13-cü mərtəbədə yerləşən, 69 kv.metr, iki otaqlı, 88 saylı mənzilin, alğı-satqına dair bağlanmış xx.xx.2022-ci il tarixli müqavilənin etibarsız hesab olunması, Sumqayıt şəhəri, 16-cı mkr, İ.Qayıbov küçəsi, “Nur” şadlıq evi ilə üzbəüz yerləşən “Panorama SİTY” çoxmərtəbəli yaşayış binasının 12/13-cü mərtəbədə yerləşən, 69 kv.metr, iki otaqlı, 88 saylı mənzilinə dair 2/3 hissədə pay haqqının tanınması, Sumqayıt şəhəri, 16-cı mkr, İ.Qayıbov küçəsi, “Nur” şadlıq evi ilə üzbəüz yerləşən “Panorama SİTY” çoxmərtəbəli yaşayış binasının 12/13-cü mərtəbədə yerləşən, 69 kv.metr, iki otaqlı, 88 saylı mənzilinə köçürülməyi və tərəfindən ödənilmiş 100.40 (50 man mediasiya+50.40 manat dövlət rüsumu) manat dövlət rüsumunun alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçının nümayəndəsi iddia tələbinə dəqiqləşmə verərək, Cavabdeh1 X4 və X6 minimal aylıq xərclərinin ödənilməsi üçün minimal 220 manat aliment müəyyən edilməklə ümumilikdə 440 manat tutularaq və iddiaçıya ödənilməsi, cavabdehlər Cavabdeh3 ilə Cavabdeh2 Xurrəm oğlu arasında Sumqayıt şəhəri, 16-cı mkr, İ.Qayıbov küçəsi, “Nur” şadlıq evi ilə üzbəüz yerləşən “Panorama SİTY” çoxmərtəbəli yaşayış binasının 12/13-cü mərtəbədə yerləşən, 69 kv.metr, iki otaqlı, 88 saylı mənzilin, alğı-satqına dair bağlanmış xx.xx.2022-ci il tarixli müqavilənin etibarsız hesab olunması, Sumqayıt şəhəri, 16-cı mkr, İ.Qayıbov küçəsi, “Nur” şadlıq evi ilə üzbəüz yerləşən “Panorama SİTY” çoxmərtəbəli yaşayış binasının 12/13-cü mərtəbədə yerləşən, 69 kv.metr, iki otaqlı, 88 saylı mənzilinə dair 2/3 hissədə pay haqqının tanınması, Sumqayıt şəhəri, 16-cı mkr, İ.Qayıbov küçəsi, “Nur” şadlıq evi ilə üzbəüz yerləşən “Panorama SİTY” çoxmərtəbəli yaşayış binasının 12/13-cü mərtəbədə yerləşən, 69 kv.metr, iki otaqlı, 88 saylı mənzilinə köçürülməyi və tərəfindən ödənilmiş 100.40 (50 man mediasiya+50.40 manat dövlət rüsumu) manat dövlət rüsumunun alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lakin iddia tələbində texniki səhv olaraq aliment tələbinin təmin olunması da qeyd olunmuşdur. Ağsu Rayon Məhkəməsində nikahın pozulması və aliment tələbinə dair iddia ərizəsinə baxılmış və qətnamə çıxarılmışdır. Bu səbəbdən iddia ərizəsinin aliment tələbinin hissəsinin texniki səhv kimi qiymətləndirilməsini xahiş etmişdir.
4. İddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.2014-cü il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə Cavabdeh1 ilə ailə qurmuşlar. Birgə nikahlarından xx.xx.2017-ci il tarixdə Əsra, xx.xx.2019-cu ildə Tuqay adlı iki uşaqları anadan olmuşdur. İlk vaxtlar münasibətləri yaxşı olsa da, son illər cavabdeh başqa bir qadın ilə faktiki yaşadığından, ailəyə baxmadığından münasibətləri gərginləşmiş və pisləşmişdir. Birgə nikah dövründə bir neçə daşınmaz əmlak, o cümlədən Sumqayıt şəhəri, 16-cı mkr. ünvanda yerləşən “Panorama SİTY” çoxmərtəbəli yaşayış binasının 13-cü mərtəbəsində, iki otaqlı mənzil almışlar və həmin mənzil birgə nikah dövründə qazanılmış pul hesabına tam təmir etmişlər. Aralarında olan nikahın pozulması, uşaqların iddiaçının yanında saxlanılması, aliment və birgə nikah dövründə qazanılmış əmlakın bölünməsi tələbinə dair iddia qaldırmışdır. Cavabdeh1 müqavilə əsasında aldıqları və təmir etdikləri mənzilərini iddiaçının razılığı olmadan satıb mənimsəmək istəyir. Ona görə də Sumqayıt şəhəri, 16-cı mkr, İ.Qayıbov küçəsi, Nur şadlıq evi ilə üzbəüz yerləşən “Panorama SİTY” çoxmərtəbəli yaşayış binasının 13-cü mərtəbədə, iki otaqlı mənzilin üzərinə həbs qoyulması üçün Sumqayıt Şəhər Məhkəməsinə ərizə vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizəsi təmin edilmiş, Sumqayıt şəhəri, 16-cı mkr, İ.Qayıbov küçəsi, Nur şadlıq evi ilə üzbəüz yerləşən “Panorama SİTY” çoxmərtəbəli yaşayış binasının 13-cü mərtəbədə, iki otaqlı mənzilin üzərinə həbs qoyulmuşdur. Mənzilin üzərinə həbs qoyulması icra olunarkən ona məlum olmuşdur ki, iddiaçının razılığı olmadan cavabdeh birgə əmlaklarını Cavabdeh2 satmışdır. xx.xx.2022-ci il tarixli alğı-satqı müqaviləsi əsasında Cavabdeh3 ilə Cavabdeh2 ilə öz aralarında alğı-satqı etmiş və pay haqqının tam ödənilməsinə dair maliyyə arayışı verilmişdir.
5. İddia tələbinə qarşı etiraz daxil olmamışdır.
6. Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-641/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh3 ilə Cavabdeh2 Xurrəm oğlu arasında Sumqayıt şəhəri, 16-cı mkr, İ.Qayıbov küçəsi, “Nu”r şadlıq evi ilə üzbəüz yerləşən “Panorama SİTY” çoxmərtəbəli yaşayış binasının 12/13-cü mərtəbəsində yerləşən, 69 kv.metr, iki otaqlı, 88 saylı mənzilin alğı-satqısına dair bağlanmış xx.xx.2022ci il tarixli müqavilənihn etibarsız hesab olunması, İddiaçı Sumqayıt şəhəri, 16-cı mkr, İ.Qayıbov küçəsi, “Nur” şadlıq evi ilə üzbəüz yerləşən “Panorama SİTY” çoxmərtəbəli yaşayış binasının 12/13-cü mərtəbədə yerləşən, 69 kv.metr, iki otaqlı, 88 saylı mənzilinə dair pay haqqının 1/2 hissədə tanınması, İddiaçı Sumqayıt şəhəri, 16-cı mkr, İ.Qayıbov küçəsi, “Nur” şadlıq evi ilə üzbəüz yerləşən “Panorama SİTY” çoxmərtəbəli yaşayış binasının 12/13-cü mərtəbədə yerləşən, 69 kv.metr, iki otaqlı, 88 saylı mənzilinə köçürülməsi, iş üzrə ödənilmiş 50 (əlli) manat 40 (qırx) qəpik dövlət rüsumu və mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 50 (əlli) manatın cavabdehlər Cavabdeh1, Cavabdeh2 Xurrəm oğlu və Bakı XXİ-BM MTK-dan müştərək qaydada alınaraq İddiaçı ödənilməsi qət edilmişdir (hakim Gülnarə Tağızadə).
7. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, tərəflər arasında 14 sentyabr 2022-ci il tarixdə bağlanmış müşavilə qanunun tələblərinə zidd bağlanmışdır, cavabdehlər tərəfindən yuxarıda göstərilən qanunun tələbləri pozulmuşdur və iddiaçının mübahisəli olan mənzildə əldə edilmiş hüquqları kobud şəkildə pozulmuşdur.
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Ailə Məcəlləsinin 32.1, 33.1, 33.3, 37.1, 37.2, 37.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri 9 Cavabdeh1 apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin e- 2(060)-641/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarında olan onunla "Bakı XXİ-BM” MTK arasında bağlanmış xx.xx.2017-ci il tarixli məzilin tikintisi haqqında müqavilədən görünür ki, icraçı Səmədov Fərid Rəşid oğlu Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 219 saylı xx.xx.2008-ci il tarixli sərəncamı ilə Sumqayıt şəhəri, İsmət Qayıbov, 16-cı mikrorayon ünvanında inşa edilən çoxmərtəbəli yaşayış evinin 7-ci blokun, 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 71 kv.m olan 2 otaqdan ibarət 88 nömrəli mənzili tikərək “Payçı” Cavabdeh1 təhvil verməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 3.3-cü bəndindən görünür ki, mənzilin dəyəri 50410 (əlli min dörd yüz on) AZN müəyyən edilmişdir. Bundan başqa, iş materiallarında olan notarial qaydada təsdiq edilmiş xx.xx.2022-ci il tarixli ərizənin surətindən görünür ki, o, xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən mülkiyyətində olan ünvan 3 ünvanında inşa edilən “ünvan 4əxsus ümumi sahəsi 71 kv.m olan 1-ci blokun 13-cü mərtəbəsində yerləşən 2 otaqlı 88 saylı mənzildən və pay hüququndan imtina etmişdir. Həmin pay hüquqlarının satılmasına və digər şəxsin adına keçirilməsinə etirazı yoxdur. Bundan əlavə, işdə olan xx.xx.2022-cı il tarixli mənzilin tikintisi haqqında müqavilənin surətindən görünür ki, müqavilənin 1.1-ci bəndinə əsasən “İcraçı” Səmədov Fərid Rəşid oğlu Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 219 saylı xx.xx.2008-ci il tarixli sərəncamı ilə Sumqayıt şəhəri, İsmət Qayıbov, 16-cı mikrorayon ünvanında inşa edilən çoxmərtəbəli yaşayış evinin 1-ci blokun, 17/13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 69.42 kv.m olan 2 otaqdan ibarət 88 nömrəli mənzili tikərək “Payçı” Cavabdeh2 təhvil verməyi öz öhdəsinə götürür. İş matteriallarında olan "xxxx" MTK-nin xx.xx.2022-ci il tarixli arayışın surətindən görünür ki, ünvan 3 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış binası “ünvan 4əxsusdur. Binanın 1-ci giriş 17/13 mərtəbəsində, ümumi sahəsi 69.42 kv.m olan 2 otaqlı, 88 saylı mənzilin pay dəyərindən 50400 (əlli min dörd yüz) manat payçı Cavabdeh2 Xurram oğlu tərəfindən ödənilmişdir. Məhkəmənin nəzərinə çadırmaq istəyir ki, mübahisə predmeti olan - Sumqayıt şəhəri, 16-cı mikrorayon, İ.Qayıbov küçəsi, “Nur” şadlıq evi ilə üzbəüz yerləşən “Panorama SİTY” çoxmərtəbəli yaşayış binasının 12/13-cü mərtəbədə yerləşən, 69 kv.metr, iki otaqlı, 88 saylı mənzilə olan pay hüququndan imtina edərkən həmin mənzilin pay haqqı tam ödənilməmiş və həmin vaxt onun "xxxx" MTK-ya 2000 (iki min) manat məbləğində borcu qalmışdır. Hesab edir ki, mübahisəli mənzilin pay haqqı tərəfindən tam ödənilmədiyinə görə həmin mənzilə mülkiyyət hüququ əldə etmədiyindən, həmin əmlak üzərində pay haqqının tanınmasına dair iddiaçının tələbi əsassızdır. Mübahisəli mənzilə olan pay haqqından imtina edərək mənzili "xxxx" MTK-ya qaytarmağının və mənzilə görə ödədiyi pulu geri almağının səbəbi X1na olan borcunu qaytarmağı olmuşdur. Belə ki, 2021-ci il ilin dekabr ayında 2022-ci iln fevral ayınadək olan müddət ərzində, Almaniyada yaşayan X1ndan hissə-hissə olmaqla ümumilikdə 35000 (otuz beş min) avro məbləğində pulu borc götürmüşdür. Borcu götürməkdə məqsədi aptek açmaq olmuşdur. Dayısından götürdüyü pullarla obyekt icarəyə götürmüş və müxtəlif avadanlıqlar alaraq həmin obyektdə quraşdırmışdır. X1 2022-ci ilin avqust ayında Azərbaycana gəldikdə ondan pulunu tələb etdiyi üçün xx.xx.2022-ci il tarixdə mübahisəli mənzilə olan pay haqqından imtina edərək mənzili "xxxx" MTK-ya qaytarmış və mənzilə görə ödədiyi pulu geri alaraq dayısına olan borcunu qaytarmışdır. Məhkəmənin nəzərinə çatdırır ki, mübahisəli mənzilə olan pay haqqından imtina etdiyi vaxt, yəni xx.xx.2022-ci il tarixdə İddiaçı ilə rəsmi nikahda olmuş və bir yerdə yaşamışdır. İddiaçının onun mübahisəli mənzilə olan pay haqqından imtina edərək mənzili "xxxx" MTK-ya qaytarmağından və mənzilə görə ödədiyi pulu geri alalaraq dayısına olan borcunu ödəməyindən xəbəri olmuşdur. Bundan başqa, bildirmək istəyir ki, mübahisəli mənzilin hazırki mülkiyyətçisi olan Cavabdeh2 Xurrəm oğlunu yalnız mənzillə bağlı sənədləşmə işləri aparılarkən tanımış, onunla əvvəldən tanışlığı olmamışdır. Mənzillə bağlı sənədləşmə işləri aparılarkən iddiaçı ilə aralarında həmin əmlakla bağlı məhkəmə mübahisəsi olmamışdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqedən çıxış edərək hesab edir ki, Cavabdeh2 Xurrəm oğlunun sözügedən əmlakın mübahisəli olmasını bilməsi və bilməli olduğu, həmçinin belə halın mövcudluğu barədə məlumatlılığı ehtimalı işin faktiki halları ilə sübuta yetirilmədiyindən o, əmlakı vicdanlı əldə edəndir. Ona görə də cavabdehlər "xxxx" MTK ilə Cavabdeh2 Xurrəm oğlu arasında mübahisəli əmlakın alğı-satqı dair bağlanmış xx.xx.2022-ci il tarixli müqavilənin etibarsız hesab olunması və iddiaçının mübahisəli mənzilə köçürülməsinə dair iddia tələbi əsassızdır.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
11. Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz ərizəsi daxil olmamışdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
12. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, mübahisəli əmlak heç vaxt onun olmayıb. İddiaçı ilə nikaha 2014-cü ildə daxil olmuş, evi 2017-ci ildə ilkin ödənişsiz daxili kreditlə almış, amma 3000 manata yaxın məbləğ ödənişi qalanda adına keçmədən mənzili MTK-ya qaytarmışdır. MTK-da həmin mənzili başqa şəxsə satıb. İddiaçının mənzili satdığından xəbəri var idi. Evin pulunu da özü ödəmişdir. 2022-ci ilin dekabr ayında nikahı pozulub. Mənzil nikah pozulmazdan əvvəl 49000 manata satıldı. 3000 manat MTK-ya olan borca, 1000 manat da sayğaclar üçün ödəyib. Aptek açmaq üçün dayısından 32000 avro borc götürmüş, mənzilin pulundan qalan 45000 manat ilə borcunu qaytarmışdır. Bunların hamısını iddiaçı bilirdi. Evlə bağlı proseslər gedəndə nikahda idi, amma şəxsiyyətini təsdiq edən sənədi dəyişməmişdi. Evi satanda döşəməyə beton tökülmüşdü və divarlar ağardılmışdı, yəni satılanda ev yaşamağa yararlı deyildi. İndi həmin evdə kimin yaşadığını bilmir. Evi alan adamla indi münasibəti yoxdur. Həmin binada evi satan Fərid adlı şəxslə əlaqəsi var. O maddi baxımdan pis vəziyyətdə qalıb deyə apellyasiya şikayəti vermişdir. Evi aldığı binaya qaytarmış. Bu zaman binaya 2000 manata qədər ödənişi və 1000 manat da sayğaca olan borcu qalmışdı. Evin satışından əldə olunan 49000 manatdan 3000 manat binaya, 46000 manat da dayısından aldığı borcun əvəzində ona ödəyib. Aptek işlətməyə lisenziya və çıxarış ala bilməyib. Bu səbəbdən iş dayanıb və dayısından aldığı pulu qaytarmalı olub. Evi nə alanda, nə də satanda evli olduğunu deməyib. Bu barədə sual verən də olmayıb. Evi alanda da, satanda da evli olub. Dayısı Almaniyadan ildə bir dəfə gəlir və onun evində qalır. Borcu iş qurmaq üçün vermişdi. Ondan aldığı borcun mənzillə əlaqəsi yox idi. Dayısı pulları ona Almaniyadan müxtəlif şəxslər vasitəsilə göndərmişdi. Həmin şəxslərdən biri arvadının bibisi oğludur. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-641/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməməsini xahiş edir.
13. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndə və vəkili Vəkil apellyasiya şikayətini qəbul etməyərək onun təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin e- 2(060)-641/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. 1.Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə cavabdehlər Cavabdeh2 Xurrəm oğlu və Bakı XXİ BM MTK-nın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir.
15. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən işə qeyd edilən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikası Konstitusiyasının 29.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdir.
17. Azərbaycan Respublikası Ailə Məcəlləsi Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Maddə 32.2.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından asılı olmayaraq, yaxud əmanətin kimi adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı əmlak hesab edilir. Maddə 33.1.Ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Maddə 33.3. Ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər. Maddə 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Maddə 37.2. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabət bölməyə bilər. Maddə 37.3. Ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir.
18. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 222.2. Birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılğı ilə həyata keçirilir və əmlaka dair sərənxam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. Maddə 222.3. Birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. Birgə mülkiyyətin mülkiyyətçilərindən birinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd həmin mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmaması mülahizələrinə əsasən qalan iştirakçıların tələbi ilə yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsin. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontarktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qayramağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüşçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.
19. Mülki Prosessual Məcəllə Maddə 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119.1. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apelllyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
20. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-641/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
22. İş materialları ilə müəyyən edilir ki, tərəflər 26 sentyabr 2014-cü il tarixdə nikaha daxil olmuş, bu nikahdan 15 iyul 2015-ci il təvəllüdlü X10 və 03 avqust 2019-cu il təvəllüdlü X9 adında uşaqları doğulmuşdur.
23. İş materiallarında olan xx.xx.2017-cı il tarixli “Mənzilin Tikintisi haqqında müqaviləsi”nin surətindən görünür ki, müqavilənin 1.1-ci bəndinə əsasən “İcraçı” Səmədov Fərid Rəşid oğlu Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 219 saylı xx.xx.2008-ci il tarixli sərəncamı ilə Sumqayıt şəhəri, İsmət Qayıbov, 16-cı mikrorayon ünvanında inşa edilən çoxmərtəbəli yaşayış evinin 7-ci blokun, 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 71 kv.m olan 2 otaqdan ibarət 88 nömrəli mənzili tikərək “Payçı” Cavabdeh1 təhvil verməyi öz öhdəsinə götürür.
24. İşdə olan Cavabdeh1 Fəxrəddin oğlunun notarial qaydada təsdiq edilmiş xx.xx.2022-ci il tarixli ərizəsinin surətindən görünür ki, xx.xx.2017-ci il tarixli, müqaviləyə əsasən mülkiyyətində olan ünvan 3 ünvanında inşa edilən “ünvan 4əxsus ümumi sahəsi 71 kv.m olan 1-ci blokun 13-cü mərtəbəsində yerləşən 2 otaqlı 88 saylı mənzildən və pay hüququndan imtina edir. Həmin pay hüquqlarının satılmasına və digər şəxsin adına keçirilməsinə etirazı yoxdur.
25. İşdə olan xx.xx.2022-cı il tarixli “Mənzilin Tikintisi haqqında müqaviləsi”nin surətindən görünür ki, müqavilənin 1.1-ci bəndinə əsasən “İcraçı” Səmədov Fərid Rəşid oğlu Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 219 saylı xx.xx.2008-ci il tarixli sərəncamı ilə Sumqayıt şəhəri, İsmət Qayıbov, 16-cı mikrorayon ünvanında inşa edilən çoxmərtəbəli yaşayış evinin 1-ci blokun, 17/13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 69.42 kv.m olan 2 otaqdan ibarət 88 nömrəli mənzili tikərək “Payçı” Cavabdeh2 təhvil verməyi öz öhdəsinə götürür.
26. İşə əlavə olan "xxxx" MTK-nin xx.xx.2022-ci il tarixli arayışın surətindən görünür ki, ünvan 3 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış binası "xxxx" MTK-yə məxsusdur. Binanın 1-ci giriş 17/13 mərtəbəsində, ümumi sahəsi 69.42 kv.m olan 2 otaqlı, 88 saylı mənzilin pay dəyərindən 50400 (əlli min dörd yüz) manat payçı Cavabdeh2 Xurram oğlu tərəfindən ödənilmişdir.
27. İşdə olan Ağsu Rayon Məhkəməsinin 2(016)-133/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddia tələbi qismən təmin edilərək, İddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixdə Ağsu rayon Qeydiyyat şöbəsində 319 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, xx.xx.2017-ci il təvəllüdlü X10, xx.xx.2019-cu il təvəllüdlü X9 anaları İddiaçı yanında qalmaları, xx.xx.2017-ci il təvəllüdlü X10, xx.xx.2019-cu il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün Cavabdeh1 12 dekabr 2022-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 170 (bir yüz yetmiş) manat məbləğində alimentin, cəmi 340 (üç yüz qırx) manat məbləğində sabit pul şəklində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir.
28. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, tərəflər arasında 14 sentyabr 2022-ci il tarixdə bağlanmış müşavilə qanunun tələblərinə zidd bağlanmışdır, cavabdehlər tərəfindən yuxarıda göstərilən qanunun tələbləri pozulmuşdur və iddiaçının mübahisəli olan mənzildə əldə edilmiş hüquqları kobud şəkildə pozulmuşdur.
29. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edərək qeyd edir ki, iş materiallarından müəyyən edilir ki, tərəflər 26 sentyabr 2014cü il tarixdə nikaha daxil olmuş, mediasiyanın tətbiqi barədə təklif xx.xx.2022-ci il tarixdə verilmiş, Ağsu Rayon Məhkəməsinin 2(016)-133/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən nikahları pozulmuşdur.
30. İş materialları ilə müəyyən edilir ki, tərəflərin birgə nikahda olduqları dövrdə xx.xx.2017-cı il tarixli “Mənzilin Tikintisi haqqında müqaviləsi”nə əsasən Sumqayıt şəhəri, İsmət Qayıbov, 16-cı mikrorayon ünvanında inşa edilən çoxmərtəbəli yaşayış evinin 7-ci blokun, 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 71 kv.m olan 2 otaqdan ibarət 88 nömrəli mənzilin Cavabdeh1 təhvil verilməsinə dair müqavilə bağlanmış, evin dəyəri 50410 (əlli min dörd yüz on) AZN müəyyən edilmiş, xx.xx.2022-cı il tarixli mənzilin tikintisi haqqında müqavilənin surətindən görünür ki, mənzil cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə geri qaytarılmış, mənzilin dəyəri kimi 49000 manat cavabdehə geri qaytarılmış, həmin mənzilə dair “İcraçı” Səmədov Fərid Rəşid oğlu ilə “Payçı” Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixli müqavilə bağlanılaraq mənzil qeyd edilən cavabdehə satılmışdır.
31. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli mənzil tərəflərin birgə nikah dövründə əldə edilmiş, mənzilin dəyəri olan 50410 manatın 49000 manat hissəsi tərəflərin birgə nikah dövründə ödənilmiş, tərəflərin birgə nikah dövründə əldə etdikləri mənzilə dair pay hüququndan iddiaçının razılığı olmadan cavabdeh tərəfindən imtina edilmiş, bundan sonra həmin mənzil xx.xx.2022-cı il tarixli “Mənzilin Tikintisi haqqında müqaviləsi”nə əsasən “İcraçı” tərəfindən “Payçı” Cavabdeh2 təhvil verilmişdır ki, bununla da qeyd edilən mənzilə dair cavabdeh tərəfindən pay hüququndan imtina edilərkən və mənzilə dair başqa şəxslə müqavilə bağlanarkən qanunvericiliyin tələbləri pozulduğundan həmin müqavilə etibarsız hesab edlməlidir.
32. Mənzilə dair pay hüququndan imtina edilərək mənzilin geri qaytarılması zamanı iddiaçı tərəfindən raızlıq ərizəsinin alınmaması halını cavabdeh izahatında təsdiq etmişdir.
33. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli mənzil tərəflərin birgə nikah dövründə əldə edildiyindən yuxarıda sadalanan qanunvericilik normalarına əsasən mənzil üzərində onların payı ½ hissədə müəyyən edilməlidir.
34. Həmçinin mübahisəli mənzil tərəflərin birgə nikah dövründə əldə edildiyindən, mənzil üzərində tərəflərin pay hüququ ½ hissədə müəyyən edildiyindən iddiaçının həmin mənzil üzərində pay hüququ və mülkiyyətə gözlənti hüququ olduğundan onun həmin mənzilə köçürülməsi də qanunvericiliyə uyğundur.
35. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur.
36. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verərək qeyd edir ki, cavabdeh aptek biznesi ilə məşğul olması üçün dayısından borca pul almasını, mənzili sataraq dayısına olan borcunu qaytarmasını bildirsə də, buna dair hər hansı sübutları təqdim etməmişdir.
37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Buna görə də ilkin olaraq, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etməli idi.
38. İddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında sübutetmə yükü də inkar edənin deyil, təsdiq edənin üzərinə düşür.
39. “Mahmudov Rusiyaya qarşı” 26 iyul 2007-ci il tarixli qərarında X13 Məhkəməsinin də hüquqi mövqeyi belə olmuşdur ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbti probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur və bu zaman sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallardan irəli gələ bilər. (§68)
40. Həmçinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında da X13 Məhkəməsi öxşar hüquqi mövqe göstərərək, məhkəmənin sübutları qiymətləndirərkən bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartlarının təbiq edilməsini müəyən etmişdir.
41. Hazırki işdən görünür ki, cavabdeh şikayətində qeyd etdiyi halları sübuta yetirə bilməmişdir.
42. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, şikayətin dəlilləri formal mülahizələr kimi qiymətləndirilməlidir. İddiaçı şikayətdə qeyd etdikləri dəlillər təsdiq edəcək sübutları təqdim etməmişdir. Belə olan halda şikayətin dəlilləri birinci instansiya məhkəməsini qətnaməsini ləğvi üçün əsas hesab edilə bilməz. 36.Beləliklə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-641/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti isə təmin olunmamalıdır. 37.Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.1, 393, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-641/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir