Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1249/2024 27.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və əmlak tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X7 və X1 ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Xurrəm oğlunun, cavabdeh "xxxx" MTK-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Xurrəm oğlu və "xxxx" MTK-ya qarşı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və əmlak tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-641/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Cavabdeh1 və İddiaçı 26 sentyabr 2014-cü il tarixdə nikaha daxil olmuş, birgə nikahlarından 15 iyul 2015-ci il təvəllüdlü X9 və 3 avqust 2019-cu il təvəllüdlü X8 doğulmuşlar.
2. Ağsu Rayon Məhkəməsinin 27 fevral 2023-cü il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuşdur.
3. Tərəflərin birgə nikahları dövründə bağlanmış 06 dekabr 2017-ci il tarixli mənzilin tikintisi haqqında müqavilə ilə "xxxx" MTK Sumqayıt şəhəri, İsmət Qayıbov, 16-cı mikrorayon ünvanında inşa edilən çoxmərtəbəli yaşayış evinin 1-ci blokun, 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 71 kv.m olan 2 otaqdan ibarət 88 nömrəli mənzili tikərək, Cavabdeh1 təhvil verməyi, sonuncu isə mənzilin dəyəri olan 50410 manatı hər ay 1400 manat olmaqla, 36 ay müddətində ödəməyi öz öhdəsinə götürmüşdür.
4. Sonradan Cavabdeh1 13 sentyabr 2022-ci il tarixdə notarial qaydada təsdiq olunmuş ərizə verərək, mülkiyyətində olan ünvan 2 ünvanında inşa edilən “ünvan 3əxsus ümumi sahəsi 71 kv.m olan 1-ci blokun 13-cü mərtəbəsində yerləşən 2 otaqlı 88 saylı mənzildən və pay hüququndan imtina etdiyini, həmin pay hüquqlarının satılmasına və digər şəxsin adına keçirilməsinə etirazı olmamasını bəyan etmişdir. Ərizədəki imzanın həqiqiliyi xx.xx.2022-ci il tarixdə notarial qaydada təsdiq olunmuşdur.
5. 14 sentyabr 2022-ci il tarixli mənzilin tikintisi haqqında müqavilə ilə "xxxx" MTK Sumqayıt şəhəri, İsmət Qayıbov, 16-cı mikrorayon ünvanında inşa edilən çoxmərtəbəli yaşayış evinin 1-ci bloku, 17/13-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 69,42 kv.m olan 2 otaqdan ibarət 88 nömrəli mənzili tikərək, Cavabdeh2 təhvil verməyi, sonuncu isə mənzilin dəyəri olan 50400 manat ödəməyi öhdəsinə götürmüşdür. MTK-nın 14 sentyabr 2022-ci il tarixli arayışına əsasən ünvan 2 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış binasının 1-ci giriş 17/13 mərtəbəsində 2 otaqlı, 88 saylı mənzilin pay dəyəri 50400 manat Cavabdeh2 tərəfindən ödənilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və "xxxx" MTK-ya qarşı iddia ərizəsi və daha sonra Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər MTK ilə Cavabdeh2 arasında Sumqayıt şəhəri, 16-cı mkr, İ.Qayıbov küçəsi, Nur şadlıq evi ilə üzbəüz yerləşən “Panorama SİTY” çoxmərtəbəli yaşayış binasının 12/13-cü mərtəbədə yerləşən, 69 kv.metr, iki otaqlı, 88 saylı mənzilin alqı-satqısına dair bağlanmış 14 sentyabr 2022-ci il tarixli müqavilənin etibarsız hesab olunması, həmin mənzilə 2/3 hissədə pay haqqının tanınması, mənzilə köçürülməsi və tərəfindən ödənilmiş 100,40 manat dövlət rüsumunun alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia onunla əsaslandırılmışdır ki, tərəflər birgə nikah dövründə Sumqayıt şəhəri, 16-cı mkr. ünvanda yerləşən “Panorama SİTY” çoxmərtəbəli yaşayış binasının 13-cü mərtəbəsində, iki otaqlı mənzil almış və birgə nikah dövründə qazanılmış pulun hesabına tam təmir etmişlər. Cavabdeh1 bu mənzili iddiaçının razılığı olmadan satıb mənimsəmək istəmişdir. İddiaçının ərizəsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 03 dekabr 2022-ci il tarixli qərardadı ilə mənzilin üzərinə həbs qoyulmuşdur. Lakin qərardad icra olunarkən məlum olmuşdur ki, iddiaçının razılığı olmadan cavabdeh mənzili Cavabdeh2 satmışdır.
8. Sumqayıt Şəhər Məhkəməsinin 27 mart 2023-cü il tarixli, e-2(060)-641/2023 nömrəli qətnaməsi ilə (hakim G.F.Tağızadə) iddia qismən təmin edilmiş, cavabdehlər "xxxx" MTK ilə Cavabdeh2 arasında Sumqayıt şəhəri, 16-cı mkr, İ.Qayıbov küçəsi, Nur şadlıq evi ilə üzbəüz “Panorama SİTY” çoxmərtəbəli yaşayış binasının 12/13-cü mərtəbəsində yerləşən, 69 kv.metr, iki otaqlı, 88 saylı mənzilin alqı-satqısına dair bağlanmış 14 sentyabr 2022-ci il tarixli müqavilənin etibarsız hesab olunması, İddiaçı həmin mənzilə dair pay haqqının 1/2 hissədə tanınması, iddiaçının mənzilə köçürülməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasındakı 14 sentyabr 2022-ci il tarixli müqavilə qanunun tələblərinə zidd bağlanmış, cavabdehlər tərəfindən qanunvericiliyin tələbləri pozulmuş və iddiaçının mübahisəli olan mənzildə əldə edilmiş hüquqları kobud şəkildə pozulmuşdur.
10. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1, 222.2, 222.3, 225.1, 337.1, 337.3, 337.4, 337.5, 340.1-cı, Ailə Məcəlləsinin 32.1, 33.1, 33.3, 37-ci maddələri ilə əsaslandırmışdır.
b) Apellyasiya instansiyası birinci icraat
11. Cavabdeh1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilməsi və həmin hissədə iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh mübahisə predmeti olan mənzilə pay hüququndan imtina edərkən, həmin mənzilin pay haqqı tam ödənilməmiş və həmin vaxt onun MTK-ya 2000 manat məbləğində borcu qalmışdır. Mübahisəli mənzilin pay haqqı tam ödənilmədiyinə görə mənzilə mülkiyyət hüququ əldə etməmiş və əmlak üzərində pay haqqının tanınmasına dair iddiaçının tələbi əsassız olmuşdur. Mübahisəli mənzilə olan pay haqqından imtina edərək, mənzili MTK-ya qaytarmağının və mənzilə görə ödədiyi pulu geri almağının səbəbi X2na olan borcunu qaytarmağı olmuşdur. Belə ki, 2021-ci il ilin dekabr ayından 2022-ci ilin fevral ayınadək olan müddət ərzində, Almaniyada yaşayan X2ndan hissə-hissə olmaqla ümumilikdə 35000 avro məbləğində pulu borc götürmüşdür. Dayısından götürdüyü pullarla obyekt icarəyə götürmüş və müxtəlif avadanlıqlar alaraq həmin obyektdə quraşdırmışdır. X2 2022-ci ilin avqust ayında Azərbaycana gəldikdə ondan pulunu tələb etdiyi üçün 13 sentyabr 2022-ci il tarixdə mübahisəli mənzilə olan pay haqqından imtina edərək, mənzilə görə ödədiyi pulu geri alaraq dayısına olan borcunu qaytarmışdır. İddiaçının bu məsələdən xəbəri olmuşdur. Mübahisəli mənzilin hazırki mülkiyyətçisi olan Cavabdeh2 yalnız mənzillə bağlı sənədləşmə işləri aparılarkən tanımış, onunla əvvəldən tanışlığı olmamışdır. Cavabdeh2 sözügedən əmlakın mübahisəli olmasını bilməsi və bilməli olduğu, həmçinin belə halın mövcudluğu barədə məlumatlılığı ehtimalı işin faktiki halları ilə sübuta yetirilmədiyindən o, əmlakı vicdanlı əldə edən şəxs olmuşdur.
13. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 08 avqust 2023-cü il tarixli, 2(105)-1235/2023 nömrəli qətnaməsi ilə (hakim L.M.Məmmədovanın sədrliyi və məruzəsi ilə, hakimlər A.A.Mahmudovdan və S.A.Qafaridən ibarət tərkibdə) Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 27 mart 2023-cü il tarixli, e-2(060)-641/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
14. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisəli mənzil tərəflərin birgə nikah dövründə əldə edilmiş, mənzilin dəyəri olan 50410 manatın 49000 manat hissəsi tərəflərin birgə nikah dövründə ödənilmiş, tərəflərin birgə nikah dövründə əldə etdikləri mənzilə dair pay hüququndan iddiaçının razılığı olmadan cavabdeh tərəfindən imtina edilmiş, bundan sonra həmin mənzil 14 sentyabr 2022-cı il tarixli “Mənzilin Tikintisi haqqında müqaviləsi”nə əsasən Cavabdeh2 təhvil verilmişdir ki, bununla da qeyd edilən mənzilə dair cavabdeh tərəfindən pay hüququndan imtina edilərkən və mənzilə dair başqa şəxslə müqavilə bağlanarkən qanunvericiliyin tələbləri pozulduğundan həmin müqavilə etibarsız hesab edilməlidir. Mənzilə dair pay hüququndan imtina edilərək, mənzilin geri qaytarılması zamanı iddiaçı tərəfindən razılıq ərizəsinin alınmaması halını cavabdeh izahatında təsdiq etmişdir.
15. Apellyasiya kollegiyası qeyd etmişdir ki, mübahisəli mənzil tərəflərin birgə nikah dövründə əldə edildiyindən mənzil üzərində onların payı ½ hissədə müəyyən edilməli və iddiaçının həmin mənzilə gözlənti hüququ olduğundan o, həmin mənzilə köçürülməlidir.
16. Apellyasiya şikayətinin dəlillərinə qiymət verərək apellyasiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh aptek biznesi ilə məşğul olması üçün dayısından borca pul almasını, mənzili sataraq dayısına olan borcunu qaytarmasını bildirsə də, buna dair hər hansı sübutları təqdim etməmişdir.
a) kassasiya instansiyası məhkəməsindəki icraat
17. Cavabdeh1 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən Mülki Məcəllənin 182.1-ci, Mənzil Məcəlləsinin 112.1-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, 13 sentyabr 2022-ci il tarixdə mübahisəli mənzilə olan pay haqqından imtina edilərkən tərəflər rəsmi nikahda olmuş, iddiaçının ərizədən xəbəri olmuşdur. Mübahisəli mənzilin hazırki mülkiyyətçisi olan Cavabdeh2 yalnız mənzillə bağlı sənədləşmə işləri aparılarkən tanımış, onunla əvvəldən tanışlığı olmamışdır. Cavabdeh2 sözügedən əmlakın mübahisəli olmasını bilməsi və bilməli olduğu, həmçinin belə halın mövcudluğu barədə məlumatlılığı ehtimalı işin faktiki halları ilə sübuta yetirilmədiyindən o, əmlakı vicdanlı əldə edən şəxs olmuşdur. Cavabdeh mübahisə predmeti olan mənzilə pay hüququndan imtina edərkən, həmin mənzilin pay haqqı tam ödənilməmiş və həmin vaxt onun MTK-ya 2000 manat məbləğində borcu qalmışdır. Mübahisəli mənzilin pay haqqı tam ödənilmədiyinə görə mənzilə mülkiyyət hüququ əldə etməmiş və əmlak üzərində pay haqqının tanınmasına dair iddiaçının tələbi əsassız olmuşdur.
19. Cavabdeh2 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
20. Bu kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 29-cu, Mülki Məcəllənin 112.1, 112.3, 135.5, 182.1, 222.3, 404.1-ci, Mənzil Məcəlləsinin 112-ci, Mülki Prosessual Məcəllənin 9.1, 77.1-ci maddələri pozulmuşdur. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin predmetini kooperativdəki pay hüququ təşkil etdiyindən, Mənzil Məcəlləsinin 112-ci maddəsinin tələbinə mənzil üzərində Cavabdeh1 tərəfindən mülkiyyət hüququ əldə edilməmiş, dolayısı ilə iddiaçı və Cavabdeh1 ər-arvad kimi ümumi birgə mülkiyyət hüquqları yaranmadığından, Cavabdeh1 ümumi əmlaka – kooperativdəki paya - dair sərəncam verilməsi ilə əlaqədar onun lazımi səlahiyyətlərinin olmamasını Cavabdeh2 bildiyini və ya bilməli olduğunu iddiaçı tərəfindən sübuta yetirilməmiş, eyni zamanda Cavabdeh2 vicdanlı əldə edən (alıcı) olmuşdur. Cavabdeh2 kooperativdəki pay haqqını tam ödəmiş və mənzilə tam mülkiyyət hüququ əldə etmişdir.
21. Cavabdeh "xxxx" MTK həmçinin kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
22. Həmin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən Mülki Məcəllənin 222.3-cü, Mənzil Məcəlləsinin 112-ci, Mülki Prosessual Məcəllənin 9.1, 77.1, 217.1-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, əmlakın hazırki mülkiyyətçisinin - əqdi bağlayan şəxsin, eləcə də MTK-nın iddiaçı ilə Cavabdeh1 ailə vəziyyətindən, onların mübahisəsindən məlumatları olmamışdır. Cavabdeh2 sözügedən əmlakın mübahisəli olmasını bilməsi və bilməli olduğu, həmçinin belə halın mövcudluğu barədə məlumatlılığı ehtimalı işin faktiki halları ilə sübuta yetirilmədiyindən o, əmlakı vicdanlı əldə edən şəxs olmuşdur. MTK əvvəlki payçı Cavabdeh1 pay haqqını tam ödəmədiyi, pay haqqından imtina etdiyi üçün ödədiyi pulu özünə geri qaytarmış və yeni payçı ilə müqavilə bağlamışdır. MTK yalnız qanuna uyğun olaraq pay haqqını tam ödəmiş payçıya maliyyə arayışı vermiş və maliyyə arayışı, protokol əsasında həmin şəxs daşınmaz əmlaka hüquq əldə etmişdir. MTK-nın istədiyi şəxslə müqavilə bağlamaq və ləğv etmək hüququ olmuş, tərəflərin razılaşması ilə müqavilə və qanuna əsasən müqaviləni bağlamaq, imtina etdiyi müqaviləni də ləğv edə bilmək, bu zaman müqavilə tərəfinin ailə vəziyyətini bilmək məcburiyyəti qanunla müəyyən edilməmişdir. Belə olan halda müqavilənin əsassız, qanunsuz yerə etibarsız hesab olunması, onların hüquqlarını kobud şəkildə pozmuşdur.
23. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1660/2024 nömrəli iş üzrə 15 may 2024-cü il tarixli qərarı ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və "xxxx" MTK tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 avqust 2023-cü il tarixli, 2(105)- 1235/2023 nömrəli qətnaməsi ləğv edilərək işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır.
24. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, işdə Cavabdeh1 apellyasiya şikayətinin dəlillərindən biri iddiaçının etibarsız hesab olunmasını tələb etdiyi müqavilənin tərəfi olan Cavabdeh2 vicdanlı əldə edən olması olmuşdur. Lakin, apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin bu dəlili ətrafında araşdırma aparmamış, 14 sentyabr 2022-ci il tarixli müqavilə bağlanılarkən bu müqavilənin tərəflərinin vicdanlı olubolmamalarına hüquqi qiymət verməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
25. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Xurrəm oğlu, cavabdeh "xxxx" MTK-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edib, təmin edilməsini xahiş etdilər.
26. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyasının
27. 13-cü maddəsinin birinci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
28. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
29. 222.2-ci maddəsinə əsasən birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. 222.3-cü maddəsinə əsasən birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. Birgə mülkiyyətin mülkiyyətçilərindən birinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd həmin mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmaması mülahizələrinə əsasən qalan iştirakçıların tələbi ilə yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsin.
30. 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.
31. 225.6-cı maddəsinə əsasən daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər.
32. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
33. 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.
34. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
Azərbaycan Respublikası Ailə Məcəlləsinin
35. 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.
36. 33.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. 33.3-ci maddəsinə əsasən ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
37. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
38. Maddə 76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
39. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
40. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
41. Maddə 89.1. Yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır.
42. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
43. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
44. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
45. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)
46. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
47. Maddə 420. Kassasiya məhkəməsinin göstərişlərinin məcburiliyi Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
48. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1660/2024 nömrəli iş üzrə 15 may 2024-cü il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 08 avqust 2024-cü il tarixli, 2(105)-1235/2024 nömrəli qətnaməsi ləğv edilib, iş yeni baxışa göndərildiyindən hazırda birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
49. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia qismən təmin edilməlidir.
50. Belə ki, iş materiallarında olan 06 dekabr 2017-ci il tarixli Mənzilin tikintisi haqqında müqavilədən müəyyən edilir ki, "xxxx" MTK Sumqayıt şəhəri, İsmət Qayıbov, 16cı mikrorayon ünvanında inşa edilən çoxmərtəbəli yaşayış evinin 1-ci blokun, 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 71 kv.m olan 2 otaqdan ibarət 88 nömrəli mənzili tikərək, Cavabdeh1 təhvil verməyi, sonuncu isə mənzilin dəyəri olan 50410 manatı hər ay 1400 manat olmaqla, 36 ay müddətində ödəməyi öz öhdəsinə götürmüşdür.
51. Cavabdeh1 verdiyi apellyasiya şikayətində qeyd olunan mənzil üzrə MTK-ya mövcud ödənişləri üzrə 2000 (iki min) manat məbləğində borcu qaldığını göstərmişdir.
52. İşdən müəyyən edilir ki, tərəflər aralarında nikah dövründə və (və ya) nikah pozulduqda əmlak hüquqlarını və vəzifələrini müəyyən edən saziş - nikah müqaviləsi bağlamamışdırlar.
53. Hazırki mülki işin predmeti olan çoxmərtəbəli yaşayış binasında yerləşən mənzilə dair müqavilənin İddiaçı və Cavabdeh1 birgə nikahları dövründə bağlanması, onların birgə vəsaitləri hesabına mənzilin dəyərinin əsas hissəsinin ödənilməsi, Cavabdeh1 xx.xx.2022ci il tarixli ərizə ilə mənzildən və pay hüququndan imtina edərkən iddiaçının yazılı razılığının alınmaması işin mübahisəsiz hallarıdır.
54. Kollegiya mübahisəli mənzilə dair cavabdehlər MTK və Cavabdeh2 arasında mənzilin alqı-satqısına dair bağlanmış 14 sentyabr 2022-ci il tarixli müqavilənin etibarsız hesab olunması barədə iddia tələbi ilə bağlı qeyd edir ki, çoxmənzilli yaşayış binalarının dövlət reyestrində ilkin qeydiyyata alınmamış müstəqil tərkib hissələri daşınmaz əmlak kimi mülkiyyət hüququnun müstəqil predmeti olmadığından ər-arvadın ümumi mülkiyyəti sayıla və bölünə bilmir.
55. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının, başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.
56. Belə olan halda aşkar olaraq müəyyən olunmuş olur ki, daşımaz əmlaka mülkiyyət hüququnun əmələ gəlməsi məhz dövlət qeydiyyatından sonra dövlət tərəfindən tanınır.
57. Bu baxımdan birgə nikah müddətində ər-arvadın ümumi əmlakı hesabına çoxmənzilli yaşayış binalarında yerləşən, lakin dövlət reyestrində ilkin qeydiyyata alınmamış mənzil və qeyri-yaşayış sahələrinə dair bağlanmış müqavilələr həmin sahələrə dair belə müqavilələrdən irəli gələn, habelə gələcəkdə mülkiyyət hüququnun tanınması da daxil olmaqla bir sıra hüquqlar əmələ gətirir.
58. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli Qərarının 4.15-ci bəndinə izah olunmuşdur ki, birgə nikah dövründə ərarvadın ümumi əmlakı hesabına çoxmənzilli yaşayış binalarında yerləşən, lakin dövlət reyestrində ilkin qeydiyyata alınmamış mənzil və qeyri-yaşayış sahələrinə dair bağlanmış müqavilələr həmin sahələrə dair belə müqavilələrdən irəli gələn, habelə gələcəkdə mülkiyyət hüququnun tanınması da daxil olmaqla bir sıra hüquqlar əmələ gətirir. Belə mənzil və qeyri-yaşayış sahələrinə hüquqlar da ər-arvadın ümumi əmlakına daxil olduğundan bu hüquqda tərəflərin payları müəyyən edilə bilər. Məsələn, ərin (arvadın) iddiası əsasında məhkəmə qət edə bilər ki, konkret tarixli və nömrəli müqavilədən əmələ gəlmiş hüquqda ər-arvadın hər birinin payı müəyyən edilsin. Bu hüquq gələcəkdə ərarvaddan birinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınarsa, digər tərəfin də hüququ qətnamədə müəyyən edilmiş paya mütənasib olaraq tanınmalıdır.
59. Bununla belə, Qərarın 7.8-ci bəndində göstərilmişdir ki, ər-arvadın birgə mülkiyyətində olan daşınmaz əşyalara sərəncam verilməsi zamanı müvafiq qaydada razılığın alınmaması Mülki Məcəllənin 225.6-cı maddəsinə əsasən, heç bir əlavə şərtdən asılı olmadan əqdin etibarsızlığına səbəb olur və bu qayda əldə edənin vicdanlı olduğu hallara da şamil edilir. O da qeyd olunmalıdır ki, daşınmaz əşyaya hüquq əldə edən vicdanlı şəxslərin qorunması yalnız əşya hüquqları (mülkiyyət, tikintiyə vərəsəlik, ipoteka və digər) baxımından keçərli olduğundan reyestrdə qeydə alınmış tələb hüquqlarına (məsələn, icarə) sərəncam verilməsi ilə bağlı mübahisələrə Mülki Məcəllənin 225.6-cı maddəsi tətbiq oluna bilməz.
60. Qərarın 7.10-cu bəndində göstərilmişdir ki, məhkəmələr bəzi hallarda Mülki Məcəllənin 650-ci maddəsinin tələblərindən çıxış edərək, Mülki Məcəllənin 225.6-cı maddəsində nəzərdə tutulmuş qaydanı ər-arvadın birgə mülkiyyətində olan reyestrdə qeydə alınmalı daşınar əşyalara, habelə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış hüquqlara (məsələn, yaşayış binasının tərkib hissəsi üzərində pay hüququna) da tətbiq edirlər. Lakin Mülki Məcəllənin 650-ci maddəsi öhdəlik münasibətlərini tənzimlədiyi üçün həmin normanın əşya-hüquq münasibətlərinə tətbiqi hüquqi baxımdan yolverilməzdir.
61. Göründüyü kimi, Mülki Məcəllənin 225.6-cı maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış daşınmaz əmlaka ərin (arvadın) mülkiyyət hüququ üçüncü şəxslərin vicdalılığından asılı olmayaraq qorunduğu halda, belə qeydiyyatı olmayan əmlaka dair bağlanmış əqdlərə hüquqi qiymət verilərkən, əldə edənin vicdanlı olub-olmamasının müəyyən edilməsi əhəmiyyətlidir.
62. Məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdehlər Cavabdeh2 və "xxxx" MTK mənzilə dair mübahisələndirilən müqaviləni bağlayan zaman Cavabdeh1 evli olduğunu bilməmişlər. Belə ki, həmin vaxt Cavabdeh1 tərəfindən təqdim edilmiş şəxsiyyət vəsiqəsində onun ailə vəziyyəti subay göstərilmişdir. Cavabdeh1 ilə Cavabdeh2 qohumluq və tanışlıq əlaqələri olmamışdır.
63. Belə olan halda, Cavabdeh2 vicdanlı əldə edən şəxs olduğundan onun bağladığı müqavilə etibarsız sayıla və müqavilənin etibarsız hesab olunması, həmin mənzilə 2/3 hissədə pay haqqının tanınması və mənzilə köçürülmə barədə iddiaçının tələbi təmin edilə bilməz.
64. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin S.N.Məmmədovanın şikayəti üzrə 27 oktyabr 2004-cü il tarixli qərarına əsasən, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o, vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin vurğulanmalıdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazınının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. ...əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır.
65. İşdən həmçinin görünür ki, mübahisəli mənzilin dəyərini tərəflər tam olaraq ödəməmiş, tam ödəniş barədə müvafiq arayış MTK tərəfindən onlara təqdim edilməmişdir.
66. Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir.
67. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli Qərarının 7.18-ci bəndində izah olunmuşdur ki, mübahisə predmetinin üçüncü şəxsin vicdanlı əldə edən olması səbəbindən geri qaytarılması və bölüşdürülməsi mümkün olmadıqda, məhkəmə həmin əşyanın özgəninkiləşdirildiyi halda, bazar dəyərindən iddiaçının payına uyğun olan hissəsinin eyni əsaslarla pul şəklində cavabdehdən tutulmasına iddiaçının razılığı ilə qərar verə bilər. Məsələnin bu qaydada həll edilməsi iddia tələbindən kənara çıxma sayılmır. Çünki ərarvadın əmlakının qanuni rejiminə söykənən iddianın obyektinin (avtomobil, pul) dəyişməsi, iddianın predmetinin (əmlak bölgüsünün) dəyişməsi hesab edilmir.
68. Məhkəmə kollegiyası nəzərə alır ki, mübahisəli mənzilin dəyəri tam ödənilməsə də, onun alınması üçün tərəflərin birgə nikahı zamanı xərclənmiş pul vəsaitinə ½ hissəsinə iddaçının pay hüququ yaranmışdır. Belə ki, Cavabdeh1 və "xxxx" MTK arasında bağlanmış 06 dekabr 2017-ci il tarixli mənzilin tikintisi haqqında müqavilənin surətindən görünür ki, mübahisəli mənzilin dəyəri həmin müqavilə ilə 50410 manat müəyyən edilmiş və 36 ay müddətində hər ay 1400 manat olmaqla ödənilməsi şərtləşdirilmişdir. Cavabdeh1 həmin müqavilə üzrə 2000 manat borcu qaldığını, ödəmədiyini göstərmişdir.
69. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan mənzilin müqavilə üzrə ümumi dəyəri 50410 manat olduğundan, həmin dəyərin 2000 manat hissəsinin ödənilmədiyi nəzərə alınaraq, ödənilmiş 48.410 manat (50410-2000) vəsait üzərində tərəflərin hər birinin ½ hissədə pay hüququ olduğundan, Cavabdeh1 24.205 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır.
70. Cavabdeh1 mənzilə dair mübahisələndirilən müqavilənin bağlanmasına iddiaçının razılığının olmasını bildirsə də, bu halı məhkəmə iclasında sübuta yetirə bilməmişdir.
71. Nəzərə almaq lazımdır ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
72. Göstərilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni işin hallarına uyğun olaraq əsaslı hesab etmir.
73. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
74. Həmin Məcəllənin 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinə görə, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
75. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-641/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli,
76. ünvan 2 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış evinin 1-ci blokun, 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 71 kv.m olan 2 otaqdan ibarət 88 nömrəli mənzilə görə ödənilmiş 48.410 manat pul vəsaitinin ½ hissəsi - 24205 manat məbləğində pul vəsaiti Cavabdeh1 alınaraq İddiaçı ödənilməli, qalan hissədə iddia tələbi təmin edilməməlidir.
77. Məhkəmə kollegiyası MPM-in yuxarıda qeyd olunan 119.1-ci maddəsinə əsasən həmçinin hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumuna görə 50 manat Cavabdeh1 alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-641/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. ünvan 2 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış evinin 1-ci blokun, 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 71 kv.m olan 2 otaqdan ibarət 88 nömrəli mənzilə görə ödənilmiş 48.410 manat pul vəsaitinin ½ hissəsi - 24.205 (iyirmi dörd min iki yüz beş) manat məbləğində pul vəsaiti və dövlət rüsumuna görə 50 (əlli) manat Cavabdeh1 alınaraq İddiaçı ödənilsin. Qalan hissədə iddia tələbi təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.