Məhkəmə qərarları › İş №2(105)-1247/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1247/2024

17.07.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1247/2024 17.07.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X3 (məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə Şabran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(031)-1007/2022 nömrəli qərardadından İddiaçı nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları MÜƏYYƏNETDİ Şabran Rayon Məhkəməsinin e-2(031)-1007/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatların ləğv olunmasıyf dair” iddiası təmin edilmiş, İddiaçı şəxsi mülkiyyətinə qanuni əsaslarla satılmış torpaq sahəsi üzərində sonradan düzgün olmayan məlumatlar əsasında aparılmış, xx.xx.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********39-06301 reyestr nömrəli Cavabdeh2 və həmin əmlakın Şabran rayon Dövlət notariat kontorunun 08.08ö2012-ci il tarixli, 4G283 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilərək Cavabdeh1 adına aparılmış xx.xx.2012-ci il tarixli, ********** saylı hüquqların dövlət qeydiyyatları ləğv olunmasıı qət edilmişdir Maraqlı şəxs Şabran rayon məhkəməsinin e-2(031)-1007/2022 saylı 26 dekabr 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermişdir. Şabran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadına əsasən Maraqlı şəxs tərəfindən Şabran rayon məhkəməsinin e-2(031)-1007/2022 saylı 26 dekabr 2022-ci il tarixli qətnaməsindən verilmiş apelyasiya şikayəti geri qaytarılmışdır Maraqlı şəxs Şabran Rayon Məhkəməsinin 2(031)-1007/2022 saylı xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Şabran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadına əsasən Maraqlı şəxs ərizəsi əsaslı olduğundan təmin edilmiş, Şabran Rayon Məhkəməsinin 2(031)- 1007/2022 saylı xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilmiş, Maraqlı şəxs Şabran rayon məhkəməsinin e-2(031)-1007/2022 saylı 26 dekabr 2022-ci il tarixli qətnaməsindən verdiyi apelyasiya şikayəti baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadına əsasən Maraqlı şəxs tərəfindən Şabran Rayon Məhkəməsinin 26 dekabr 2022-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilmiş və apellyasiya şikayəti Azərbaycan Respublikası MPM-nin 360, 361-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarına əsasən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin kassasiya şikayəti təmin edilmiş, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın xx.xx.2023-cü il tarixli, 2(105)-1049/2023 saylı qərardadı ləğv edilmiş, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Şabran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(031)-1007/2022 nömrəli qərardadı ilə Maraqlı şəxs Şabran rayon məhkəməsinin e-2(031)-1007/2022 saylı 26 dekabr 2022-ci il tarixli qətnaməsi ilə hüquq və vəzifələrinə toxunan şəxs qismində tanınması və həmin qətnamədən onun tərəfindən verilmiş apellyasiya şikayətinin baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Ayaz Məmmədov). İddiaçı nümayəndəsi və vəkili Vəkil1 şikayətlə məhkəməyə müraciət edərək Şabran Rayon Məhkəməsinin e2(031)-1007/2022-052 saylı, xx.xx.2024-cü il tarixli qərardadını ləğv edərək, özünü maraqlarına toxunan şəxs kimi təqdim edən Maraqlı şəxs e-2(031)- 1007/2022 saylı mülki işdə tərəf olmadığını və məhkəməyə təqdim etdiyi daşınmaz əmlakın ********** qeydiyyat nömrəli, **********39 reyestr nömrəli çıxarışı qanunu pozmaqla əldə etdiyinə görə ərizəsinin təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Şabran Rayon Məhkəməsində Maraqlı şəxs ərizəsinə baxılarkən, qanunu pozmaqla olsa belə hüquqlarının qeydə alındığı vaxtdan, yəni 31 oktyabr 2022-ci il tarixindən İddiaçı tərəfindən onun hansı hüquqlarının pozulmasına aydınlıq gətirilməmişdir. Əgər İddiaçı əvvəlki mülkiyyətçilərin də əmlak hüquqlarını pozmuşdursa və inzibati mübahisələrə dair iş üzrə məhkəmə təhqiqatı davam edirsə, mübahisəli (və ya müdaxilə edilmiş) ərazini 2-1(105)-9/2024 saylı iş üzrə cavabdeh tərəf kimi prosesdə iştirak edən DƏDKR publik hüquqi şəxsin 5 saylıXaçmaz Ərazi İdarəsi niyə xüsusi mülkiyyət kimi başqa bir şəxsin adına qeydiyyat apararaq çıxarış vermişdir? Bu müddət ərzində maraqlarına toxunan şəxs kimi təqdim edilən Maraqlı şəxs həmin ərazinin mübahisəli olması barədə tam məlumatlı olmağına baxmayaraq, alqı-satqı müqaviləsi imzalayaraq tələsik natamam çıxarış əldə etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(118)-60/2022 saylı qərarı ilə, dəqiqləşdirilmiş iddia ərizəsi təmin edilmiş, Şabran şəhəri, H.Əliyev prospekti 104 ünvanında yerləşən qeyri-yaşayış binası (yarımçıq tikili) və həmin binanın altında yerləşən torpaq sahəsinin faktiki koordinatları ilə Şabran bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 03 nömrəli qərarı ilə İddiaçı ayrılmış 70 m2 torpaq sahəsinin koordinatlarının faktiki istifadə vəziyyətinə uyğun İddiaçı adına işlənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kdastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə həvalə olunmuşdur. DƏDKR-i publik hüquqi şəxsin 5 saylıXaçmaz Ərazi İdarəsi özünün məhkəmədə cavabdeh tərəf olaraq mübahisədə iştirak etdiyi vaxtda, qanunun tələbini bilə-bilə qəsdən pozaraq, eləcə də süründürməçilik yaratmaq məqsədilə Maraqlı şəxs daşınmaz əmlakın ********** qeydiyyat nömrəli, **********39 reyestr nömrəli çıxarışını vermişdir. Maraqlı şəxs 31 oktyabr 2022-ci il tarixli daşınmaz əmlakın ********** qeydiyyat nömrəli, **********39 reyestr nömrəli çıxarışı qanunun tələbini pozmaqla əldə etdikdən sonra, cavabdeh İddiaçı qanunsuz zəbt olunmuş torpaq sahəsindən çıxarılması, həmin ərazinin mülkiyyətçinin qanuni istifadəsinə qaytarılması və qanunsuz inşa edilmiş tikilinin sökülməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı da ilkin iddiaçı Maraqlı şəxs qarşı“Alqı-satqımüqaviləsinin etibarsız hesab edilməsi və daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyatın ləğv olunması tələbinə dair” qarşılıqlı iddia ərizəsini məhkəməyə təqdim etmişdir. Hazırda ilkin və qarşılıqlı iddia tələbləri əsasında başlanılmış 2(059)-13/2024 saylı mülki iş Siyəzən Rayon Məhkəməsinin icraatındadır. Maraqlarına toxunan şəxs kimi təqdim edilən Maraqlı şəxs daha əvvəlki mübahisəli əmlak sahibləri Cavabdeh2 və daha sonra ondan həmin əmlakı alqı-satqı yolu ilə əldə etmiş digər mülkiyyət sahibi Cavabdeh1 İddiaçı qarşı hər hansı mübahisə ilə bağlı məhkəməyə müraciət etməmişlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.2ci maddəsinə əsasən yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Şabran Rayon Məhkəməsində Maraqlı şəxs ərizəsinə baxılarkən, qanunu pozmaqla olsa belə hüquqlarının qeydə alındığı vaxtdan, yəni 31 oktyabr 2022-ci il tarixindən İddiaçı tərəfindən onun hansı hüquqlarının pozulmasına aydınlıq gətirilməmişdir. Əgər İddiaçı əvvəlki mülkiyyətçilərin də əmlak hüquqlarını pozmuşdursa və inzibati mübahisələrə dair iş üzrə məhkəmə təhqiqatı davam edirsə, mübahisəli (və ya müdaxilə edilmiş) ərazini 2- 1(105)-9/2024 saylı iş üzrə cavabdeh tərəf kimi prosesdə iştirak edən DƏDKR publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi niyə xüsusi mülkiyyət kimi başqa bir şəxsin adına qeydiyyat apararaq çıxarış vermişdir? Bu müddət ərzində maraqlarına toxunan şəxs kimi təqdim edilən Maraqlı şəxs həmin ərazinin mübahisəli olması barədə tam məlumatlı olmağına baxmayaraq, alqı-satqı müqaviləsi imzalayaraq tələsik natamam çıxarış əldə etmişdir. Maraqlı şəxs məqsədyönlü şəkildə İddiaçı qarşı məhkəmə mübahisəsi yaratmaqla, dövlət əmlakının qeyri-qanuni aparılmış özəlləşdirmə əməliyyatına hüquqi don geydirmək istəyir. Ona görə də ona Əmlak Məsələləri Dövlət Xidməti və Daşınmaz Əmlakın Dövlət Kdastrı və Reyestri publik hüquqi şəxsin 5 saylıXaçmaz Ərazi İdarəsi tərəfindən dəstək verilir. Azərbaycan RespublikasıPrezidentinin xx.xx.2000-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİDövlət Proqramı”na uyğun imzaladığı“Səhiyyə, təhsil, idman və mədəniyyət sahələrində bir sıra müəssisə və obyektlərin özəlləşdirilməsi haqqında” xx.xx.2006-cı il tarixli 1635 nömrəli Sərəncamında Şabran (keçmiş Dəvəçi) şəhəri H.Əliyev prospekti 104 ünvanında yerləşən, 600 yerlik yarımçıq tikili Mədəniyyət sarayının adı yoxdur. Azərbaycan Respublikasının Mədəniyyət Nazirlıiyi və Şabran RİH-i mülki işə maraqlı şəxs kimi cəlb olunsalar da iddia tələblərinə münasibət bildirməmişlər. Şabran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(031)-1007/2022 nömrəli qərardadı ilə Şabran Rayon Məhkəməsinin e-2(031)-1007/2022 saylı, xx.xx.2024-cü il tarixli qərardadından İddiaçı nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş şikayət təmin edilməməsi və mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Özünü maraqlarına toxunan şəxs kimi təqdim edən Maraqlı şəxs öz ərizəsini əsaslandırmaq üçün məhkəməyə daşınmaz əmlakın ********** qeydiyyat nömrəli, **********39 reyestr nömrəli çıxarışı təqdim etmişdir. Məlum olur ki, ərizəçi Maraqlı şəxs hüquqlarının dövlət qeydiyyatına alınması üçün qeydiyyat orqanına verdiyi ərizəyə qanunun tələbinə əsasən torpaq sahəsinin müvafiq dövlət orqanları ilə razılaşdırılmış planı və ölçüsünü də (Texniki Pasportunu) əlavə etməmişdir (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanunu, maddə 10.2.2). Çıxarışın qeydiyyat tarixi sənəddə xx.xx.2022-ci il göstərilmişdir. Şabran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(031)-1007/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün təqdim edilmiş sənəd bu tarixdə qeyri qanuni yolla əldə olunmuş hesab edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 14.5-ci maddəsinə əsasən bu qanunun 14.3-cü maddəsində nəzərdə tutulmuş müddət ərzində daşınmaz əmlakın həbs edilməsi, barəsində əqdlərin bağlanmasına qadağan qoyulması və ya qeydiyyata alınmalı olan hüquq barəsində mübahisə edən digər maraqlı şəxsdən şikayətin verilməsi haqqında məhkəmədən məlumat daxil olduqda qeydiyyat məhkəmədə iş həll olunanadək dayandırılır. Həmin qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmaması hüquqların dövlət qeydiyyatından imtina üçün əsasdır. Sumqayıt İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edilərək, İddiaçı şəxsi mülkiyyətinə qanuni əsaslarla satılmış torpaq sahəsi üzərində sonradan qeydə alınmış, digər şəxsin (şəxslərin) hüquqlarının Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyatının ləğv olunması və Əmlak Məsələləri Dövlət Xidməti yanında DƏDKR-i publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə, iddiaçının şəxsi mülkiyyətinə qanuni əsaslarla satılmış torpaq sahəsi üzərində hüquqlarının Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın verilməsi məqsədilə ərizəsinin və ona əlavə olunan sənədlərin icraata götürülməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsi xahiş etmişdir. Müvafiq məhkəmə təhqiqatından sonra Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(118)-60/2022 saylı qərarı ilə, dəqiqləşdirilmiş iddia ərizəsi təmin edilmiş, Şabran şəhəri, H.Əliyev prospekti 104 ünvanında yerləşən qeyri-yaşayış binası (yarımçıq tikili) və həmin binanın altında yerləşən torpaq sahəsinin faktiki koordinatları ilə Şabran bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 03 nömrəli qərarı ilə İddiaçı ayrılmış 70 m torpaq sahəsinin koordinatlarının faktiki istifadə vəziyyətinə uyğun İddiaçı adına işlənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kdastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə həvalə olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kdastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(118)-60/2022 saylı qərarından apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-9/2024 saylı inzibati mübahisələrə dair iş üzrə təyin edilmiş İnzibati Kollegiyasının icraatında olan, cavabdeh DƏDKR publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin apellyasiya şikayətinə məhkəmə baxışı bu mübahisə yekunlaşanadək işin icraatı dayandırılmışdır. Beləliklə məlum olur ki, Əmlak Məsələləri Dövlət Xidməti yanında DƏDKR-i publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi özünün məhkəmədə cavabdeh tərəf olaraq mübahisədə iştirak etdiyi vaxtda, qanunun tələbini bilə-bilə qəsdən pozaraq, eləcə də süründürməçilik yaratmaq məqsədilə Maraqlı şəxs daşınmaz əmlakın ********** qeydiyyat nömrəli, **********39 reyestr nömrəli çıxarışını vermişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 23-cü maddəsində Hüquqların dövlət qeydiyyatı haqqında qanunvericiliyinin pozulmasına görə məsuliyyət nəzərdə tutulmuşdur. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (AR MPM-i, maddə 81). İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. (AR MPM-i, maddə 106.1). Maraqlarına toxunan şəxs kimi təqdim edilən Maraqlı şəxs daha əvvəlki mübahisəli əmlak sahibləri Cavabdeh2 və daha sonra ondan həmin əmlakı alqı-satqı yolu ilə əldə etmiş digər mülkiyyət sahibi Cavabdeh1 İddiaçı qarşı hər hansı mübahisə ilə bağlı məhkəməyə müraciət etməmişlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.2-ci maddəsinə əsasən yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Şabran Rayon MəhkəməsindəMaraqlı şəxs ərizəsinə baxılarkən, qanunu pozmaqla olsa belə hüquqlarının qeydə alındığı vaxtdan, yəni 31 oktyabr 2022-ci il tarixindən İddiaçı tərəfindən onun hansı hüquqlarının pozulmasına aydınlıq gətirilməmişdir. Əgər İddiaçı əvvəlki mülkiyyətçilərin də əmlak hüquqlarını pozmuşdursa və inzibati mübahisələrə dair iş üzrə məhkəmə təhqiqatı davam edirsə, mübahisəli (və ya müdaxilə edilmiş) ərazini 2-1(105)-9/2024 saylı iş üzrə cavabdeh tərəf kimi prosesdə iştirak edən DƏDKR publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi niyə xüsusi mülkiyyət kimi başqa bir şəxsin adına qeydiyyat apararaq çıxarış vermişdir? Bu müddət ərzində maraqlarına toxunan şəxs kimi təqdim edilən Maraqlı şəxs həmin ərazinin mübahisəli olması barədə tam məlumatlı olmağına baxmayaraq, alqı-satqı müqaviləsi imzalayaraq tələsik natamam çıxarış əldə etmişdir. Maraqlı şəxs 31 oktyabr 2022-ci il tarixli daşınmaz əmlakın ********** qeydiyyat nömrəli, **********39 reyestr nömrəli çıxarışı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 9.1.3-cü maddəsinin tələbini pozmaqla əldə etdikdən sonra, cavabdeh İddiaçı qanunsuz zəbt olunmuş torpaq sahəsindən çıxarılması, həmin ərazinin mülkiyyətçinin qanuni istifadəsinə qaytarılması və qanunsuz inşa edilmiş tikilinin sökülməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı da ilkin iddiaçı Maraqlı şəxs qarşı “Alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyatın ləğv olunması tələbinə dair” qarşılıqlı iddia ərizəsini məhkəməyə təqdim etmişdir. Hazırda ilkin və qarşılıqlı iddia tələbləri əsasında başlanılmış 2(059)- 13/2024 saylı mülki iş Siyəzən Rayon Məhkəməsinin icraatındadır. Məhkəmə, vicdansızcasına əsassız iddia vermiş, yaxud işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə ardıcıl surətdə maneçilik törətmiş tərəfdən, iş vaxtının itirilməsi üçün digər tərəfin xeyrinə məbləğ tuta bilər. Həmin məbləğ məhkəmə tərəfindən konkret hallar nəzərə alınmaqla ağlabatan miqdarda müəyyən edilir. (AR MPM-i, maddə 120). Maraqlı şəxs məqsədyönlü şəkildə İddiaçı qarşı məhkəmə mübahisəsi yaratmaqla, dövlət əmlakının qeyri qanuni aparılmış özəlləşdirmə əməliyyatına hüquqi don geydirmək istəyir. Ona görə də ona Əmlak Məsələləri Dövlət Xidməti və Daşınmaz Əmlakın Dövlət Kdastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən dəstək verilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun imzaladığı “Səhiyyə, təhsil, idman və mədəniyyət sahələrində bir sıra müəssisə və obyektlərin özəlləşdirilməsi haqqında” xx.xx.2006-cı il tarixli 1635 nömrəli Sərəncamında Şabran (keçmiş Dəvəçi) şəhəri H.Əliyev prospekti 104 ünvanında yerləşən, 600 yerlik yarımçıq tikili Mədəniyyət sarayının adı yoxdur. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Şabran RİH-i mülki işə maraqlı şəxs kimi cəlb olunsalar da iddia tələblərinə münasibət bildirməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Qeyd edilən Məcəllənin 10.8-1-ci maddəsinə əsasən, 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Hazırkı şikayət birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Şabran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(031)- 1007/2022 nömrəli nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşan məhkəmə kollegiyası əvvəla onu qeyd edir ki, məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş reyestr nömrəsi-**********39, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022-ci il olan çıxarışdan görünür ki, ünvan 3 ünvanda yerləşən 0.7821 ha torpaq sahəsi Maraqlı şəxs mülkiyyətinə verilmişdir. Hazırkı halda mübahisəli torpaq sahəsinin Maraqlı şəxs mülkiyyətində olmasını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq Maraqlı şəxs Şabran Rayon Məhkəməsinin 2(031)-1007/2022 saylı 26 dekabr 2022-ci il tarixli qətnaməsi ilə hüquq və vəzifələrinə toxunan şəxs qismində tanımışdır. Şikayətin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, göstərilənlər Maraqlı şəxs qətnamə hüquq və vəzifələrinə toxunan şəxs kimi tanınmasını istisna etmir və İddiaçı nümayəndəsi və vəkili Vəkil1 şikayətində göstərdikləri Şabran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(031)-1007/2022 nömrəli qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-inin 398.0, 398.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək hüququ vardır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149, 152, 263-264, 395-396, 398 və 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. Şabran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(031)-1007/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar