Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1252/2021 28.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X6 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli, 2(060)-5550/2020 saylı qətnaməsindən iddiaçı ASC “xxxx” Sığorta Şirkətinin nümayəndəsi R.B.Əhmədovun verdiyi apelyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli, 2(060)-5550/2020 saylı qətnaməsi ilə (hakim G.C.Tanrıverdiyeva) iddiaçı ASC “xxxx” Sığorta Şirkətinin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı ASC “xxxx” Sığorta Şirkəti apelyasiya şikayəti verib, Sumqayıt Şəhər Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli, 2(060)-5550/2020 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı ASC “xxxx” Sığorta Şirkəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, 04.02.2019-cu il tarixində, saat 07:20 radələrində Sumqayıt şəhəri ərazisində Cavabdeh3 idarə etdiyi ASC “xxxx” Sığorta Şirkəti tərəfindən icbari sığorta növü ilə sığortalanmış, etibarnamə ilə Cavabdeh2 məxsus ‘'CHEVROLET Niva” minik markalı, **-RK-*** dövlət nömrə nişanlı avtomobili idarə edərkən yanlış manevr etmiş və nəticədə X12 idarə etdiyi “OPEL Vectra” minik markalı, **-DL-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuş, daha sonra hadisə yerindən yayınmışdır. Hadisə nəticəsində “OPEL Vectra" minik markalı avtomobildə olan sərnişinlər X13 və X2 ziyan dəymiş, həmçinin “OPEL Vectra” minik markalı avtomobilə maddi zərər vurulmuş, habelə sağlamlığa xəsarət halı da qeydə alınmışdır. Sumqayıt Şəhər Pİ-nin 05.03.2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarına əsasən, Cavabdeh3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinmişdir. Qiymətləndirmə aktında göstərilmişdir ki, “OPEL Vectra" minik markalı, **-DL-*** dövlət nömrə nişanlı avtomobilə 1,612 (bir min altı yüz on iki) manat məbləğində maddi zərər vurulmuşdur. Bununla əlaqədar olaraq, 1436/19, 1916/19 və 0977/19 saylı işlərə dair sığorta aktları tərtib edilməklə sığorta müqaviləsində və şəhadətnaməsində nəzərdə tutulmuş qaydada sığorta hesablamaları həyata keçirildikdən sonra ASC “xxxx” Sığorta Şirkəti tərəfindən zərərçəkənlər X3 dəymiş zərərə görə 350 (üç yüz əlli) manat, X4 dəymiş zərərə görə 400 (dörd yüz) manat, “OPEL Vectra” minik markalı avtomobilə dəymiş zərərə görə X14 1,612 (bir min altı yüz on iki) manat, ümumilikdə 2,362 (iki min üç yüz altmış iki) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Cavabdeh3 tərəfindən törədilmiş mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərin əvəzi 2,362 (iki min üç yüz altmış iki) manat məbləğində sığorta ödənişi ASC “xxxx” Sığorta Şirkəti tərəfindən zərərçəkənlərə ödənildiyindən, ASC “xxxx” Sığorta Şirkətinin “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63cü maddəsinin tələbinə görə, Cavabdeh3 həmin məbləğdə pulu geriyə tələb etmək (subroqasiya) hüququ vardır. Ona görə də, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 birgə qaydada 2,362 (iki min üç yüz altmış iki) manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 30.40 (otuz manat 40 qəpik) manat dövlət rüsumunun, ümumilikdə 2,392.40 (iki min üç yüz doxsan iki manat 40 qəpik) manat pulun ASC “xxxx" Sığorta Şirkətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: İddiaçı ASC “xxxx” Sığorta Şirkətinin nümayəndəsi R.B.Əhmədov apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi 24 noyabr 2020-ci il tarixli qətnaməni qəbul edərkən Azərbaycan Respubliksı Mülki Məcəlləsinin 1108.2, 1108.3-cü maddələrinin və “İcbari Sığortalar haqqında” Qanunun 25.1.3-cü madələrinin və prosessual hüquq normaları pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, ASC “xxxx” Sığorta Şirkəti və sığortalı X16 arasında 04.09.2018-ci il tarixli “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” müqaviləsi bağlanmış və “Chevrolet Niva” markalı, ** RK *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinin mülki məsuliyyəti iddiaçı tərəfindən sığortalanmışdır. 04.02.2019-cu il tarixdə Cavabdeh1 məxsus, digər Cavabdeh2 etibarnamə əsasında verilmiş və digər Cavabdeh3 idarə etdiyi “Chevrolet Niva” markalı, ** RK *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi maddi ziyanla nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Hadisə zamanı zərərçəkmiş tərəflərə cəmi 2362 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Yol nəqliyyat hadisəsi ilə bağlı tərtib edilmiş 20.03.2019-cu il tarixli, TYP 107746 nömrəli İnzibati Xəta haqqında protokola əsasən Cavabdeh3 baş vermiş yol nəqliyyat hadisəsində təqsirli bilinmiş və araşdırma zamanı X10 avtonəqliyyat vasitəsini idarəetmə (istifadə etmə) hüququ olmadan istifadə etdiyi (etibamaməsiz) aşkar edilmişdir. Belə ki, "Chevrolet Niva" markalı, ** RK *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Cavabdeh1 tərəfindən Cavabdeh2 verilmiş etibarnamədə yalnız nəqliyyat vasitəsini idarə etmək səlahiyyəti verilmiş və bu etibarnamə üzrə səlahiyyətlərin başqa şəxsə verilə bilməz qeydi olunmuşdur. Lakin baş vermiş yol nəqliyyat hadisəsi zamanı Cavabdeh2, ona yalnız idarə etməyə etibar olunmuş "Chevrolet Niva" markalı, ** RK *** dövlət qeydiyyat nişanlı avtomobili özü avtomobildə olmaqla Cavabdeh3 idarə etməyə verərək hesab etmişdir ona verilmiş səlahiyyəti ötürə bilər. İşə baxan birnci instansiya məhkəməsi isə bu faktı araşdırmadan iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul etmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında Cavabdeh2 apelyasiya şikayətinin dəlillərini qəbul etməyərək rədd edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada iddiaçı ASC “xxxx” Sığorta Şirkətinə, cavabdehlər Cavabdeh3 və Cavabdeh1 məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən iddiaçı ASC “xxxx” Sığorta Şirkətinin nümayəndəsi, cavabdehlər Cavabdeh3 və Cavabdeh1 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-ha¬ki¬min məruzəsini və iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilib, iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır. Belə ki, iş materiallarında olan 20.03.2019-cu il tarixli, TYP 107746 saylı inzibati xəta haqqında protokolun təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh3 ST.Sumqayıt yolu ilə Bakı-Quba yolu istiqamətində hərəkətdə olarkən, ST.Sumqayıt yolu ilə körpünün kəsişməsində “yol ver” nışanının tələbini pozaraq, “OPEL Vectra” minik markalı, **-DL-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuş və sonuncu avtomobildə olan sərnişinlər yüngül bədən xəsarəti almışlar. Nəticədə Azərbaycan Respublikası İXM-nin 327.1 və 327.8-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati tənbeh vermə haqqında 20.03.2019-cu il tarixli, 107746 nömrəli qərarın təsdiq olunmuş surətinə əsasən, Cavabdeh3 Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 200 (iki yüz) manat tənbeh növü tətbiq edilmişdir. ASC «xxxx» Sığorta Şirkətinin İC AA-1916/19 saylı sığorta aktının təsdiq olunmuş surətindən görünür ki, ASC «xxxx» Sığorta Şirkəti tərəfindən sığorta müqaviləsi üzrə sığortalanmış “CHEVROLET Niva” minik markalı, 99- RK-061 dövlət nömrə nişanlı avtomobillə törədilmiş sığorta hadisəsi nəticəsində X1 dəymiş zərərə görə 350 (üç yüz əlli) manat məbləğində sığorta ödənişi ödənilməsi qərara alınmış, 13.06.2019-cu il tarixli, 13.06.19/70 nömrəli ödəniş tapşırığı əsasında ASC «xxxx» Sığorta Şirkəti tərəfindən 350 manat məbləğində sığorta ödənişi Şamxal Məmmədova ödənilmişdir. ASC «xxxx» Sığorta Şirkətinin İC AA-0977/19 saylı sığorta aktının təsdiq olunmuş surətindən görünür ki, ASC «xxxx» Sığorta Şirkəti tərəfindən sığorta müqaviləsi üzrə sığortalanmış “CHEVROLET Niva” minik markalı, 99RK-061 dövlət nömrə nişanlı avtomobillə törədilmiş sığorta hadisəsi nəticəsində “OPEL Vectra” minik markalı, **-DL-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə X14 1612 manat məbləğində sığorta ödənişi ödənilməsi qərara alınmış, 12.06.2019-cu il tarixli, 102OPEX191630091 nömrəli və 13.06.2019-cu il tarixli, 13.06.19/18 nömrəli ödəniş tapşırıqları əsasında ASC «xxxx» Sığorta Şirkəti tərəfindən ümumilikdə 1612 (800+812) manat məbləğində sığorta ödənişi Natiq Şamilova ödənilmişdir. ASC «xxxx» Sığorta Şirkətinin İC AA1436/19 saylı sığorta aktının təsdiq olunmuş surətindən görünür ki, ASC «xxxx» Sığorta Şirkəti tərəfindən sığorta müqaviləsi üzrə sığortalanmış “CHEVROLET Niva” minik markalı, **-RK-*** dövlət nömrə nişanlı avtomobillə törədilmiş sığorta hadisəsi nəticəsində X2 dəymiş zərərə görə 400 (dörd yüz) manat məbləğində sığorta ödənişi ödənilməsi qərara alınmış, 04.06.2019cu il tarixli, 04.06.19/102 nömrəli ödəniş tapşırığı əsasında ASC «xxxx» Sığorta Şirkəti tərəfindən 400 manat məbləğində sığorta ödənişi Azər Şərəfxanova ödənilmişdir. 05.09.2019-cu il tarixli tələbnamənin təsdiq olunmuş surətindən görünür ki, yaranmış borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh3 yazılı bildiriş ünvanlanmışdır. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə 01.04.2019-cu il tarixli, ******* saylı arayışın təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh3 04.02.2019-cu il tarixdə etibarnamə əsasında idarə etdiyi “CHEVROLET Niva” minik markalı, **-RK-*** dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsi ilə X12 idarə etdiyi “OPEL Vectra” minik markalı, **-DL-*** dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsinə yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurmuş, həmçinin “OPEL Vectra" minik markalı avtomobildə olan sərnişinlər X13 və X2 ziyan dəymiş, yol-nəqliyyat hadisəsinin baş verdiyi vaxt sürücü ayıq olmuş, avtonəqliyyat vasitəsini idarə etmək hüququ olmuş və hadisə yerindən yayınmamışdır. İş materiallarına əlavə olunmuş ƏN-İV seriyalı, 707067 saylı, 05.01.2019-cu il tarixli etibarnamənin surətindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan “CHEVROLET Niva” minik markalı, **-RK-*** dövlət qeydiyyat nişanlı avtomaşını idarə etmək üçün Cavabdeh2 05.01.2015-ci il tarixdə 6 il 4 ay 16 gün müddətinə etibarnamə vermiş, etibarnamənin qüvvədə olma müddəti 21.05.2025-ci il tarixədək müəyyən edilmişdir. İşdə olan X8 ASC «xxxx» Sığorta Şirkətinin idarə heyətinin sədri A.Sadıxova ünvanladığı 29.04.2019-cu il tarixli, **********252 nömrəli notaral qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, “xxxx” ASC sığorta şirkətində sığortalı olan Chevrolet Niva markalı, dövlət nəqliyyat nişanı **-RK- *** olan avtomobil 04.02.2019-cu il tarixində yol nəqliyyat hadisəsi törətmişdir. Həmin bu hadisə nəticəsində xəsarət almışdır. Şirkət tərəfindən ona verilən 400 (dörd yüz) manatla razıdır və bu hadisə ilə bağlı nə indi, nə də gələcəkdə “xxxx” ASC sığorta şirkətinə qarşı heç bir iddiası və tələbi olmayacaqdır. İş materiallarna əlavə olunmuş X7 ASC «xxxx» Sığorta Şirkətinin idarə heyətinin sədri A.Sadıxova ünvanladığı 20.05.2019-cu il tarixli, **********545 nömrəli notaral qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, ASC «xxxx» Sığorta şirkətində sığortalı olan Chevrolet Niva markalı, dövlət nəqliyyat nişanı **-RK-*** olan avtomobil yol nəqliyyat hadisəsi törətmişdir. Həmin hadisə nəticəsində ağır xəsarət almışdır. Xəstəxanalarda 350 (üç yüz əlli) manat xərci çıxmışdır. Bu səbəbdən də şirkət tərəfindən ona verilən 350 (üç yüz əlli) manatla razı olmuş və buna görə də bu hadisə ilə bağlı nə indi, nə də gələcəkdə “xxxx” ÄSC sığorta şirkətində heç bir iddiası və tələbi olmayacaqdır. Cinayət işinin başlanılmasını rədd edilməsi haqqında 05.03.2019-cu il tarixli qərarın surətindən görünür ki, 04.02.2019-cu il tarixdə saat 07.20 radələrində Cavabdeh3 idarə etdiyi Chevrolet Niva markalı **-RK-*** dövlət qeydiyyat nişanlı avtomaşınla st.Sumqayıt yolu ilə üzü Bakı-Quba yolu istiqamətində hərəkətdə olarkən st.Sumqayıt yolu ilə körpünün kəsişməsində “yol ver” nişanlarının tələbini pozaraq X12 idarə etdiyi “Opel Vectra” markalı **-DL-*** dövlət qeydiyyat nişanlı avtomaşının yoluna çıxaraq yol nəqliyyat hadisəsi törətmiş, baş vemiş hadisə nəticəsində X13 və X15 yüngül dərəcəli, X5 zərərvurmayan bədən xəsarəti almışdır. Araşdırma zamanı Chevrolet Niva markalı 90-RK061 dövlət qeydiyyat nişanlı avtomaşında dördüncü şəxsin olması və avtomaşını həmin şəxsin idarə etməsi faktı öz təsdiqini tapmamışdır. Yol nəqliyyat hadisəsi zamanı X13 və X15 yüngül dərəcəli, X5 zərərvurmayan bədən xəsarəti aldığından, toplanmış marterialda cinayət tərkibinin olmadığı müəyyən edilmişdir. Buna baxmayaraq, əməldə inzibati qayda pozuntusu olduğundan toplanmış təhqiqat materialı əsasında cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş və sürücü Cavabdeh3 Azərbaycan Respublikası İXM-iıı 327.8-ci maddəsinə əsasən inzibati qaydada məsuliyyətə cəlb edilməsi üçün qəbul edilmiş qərarın surəti icra edilməsi məqsədi ilə Sumqayıt şəhər Pİ-nin DYPŞ-nə göndərilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən tərtib olunmuş sənədlərdən (inzibati xəta haqqında protokol, qərar və s.) görünür ki, yol-nəqliyyat hadisəsi zamanı hadisə yerindən yayınma halı olmamış, bununla əlaqədar heç kim inzibati qaydada məsuliyyətə cəlb olunmamışdır. İşin bu halını Cavabdeh3 barəsində İnzibati Xətalar Məcəlləsinin yalnız 327.1 və 327.8-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməyə görə inzibati xəta haqqında protokol tərtib edilməsi, həmin Məcəllənin 327.6-cı maddəsi ilə, yəni yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə inzibati xəta haqqında protokol tərtib edilməməsi və cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 05.03.2019-cu il tarixli qərar da təsdiq edir Məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticə ilə razılaşmır və yaranmış mübahisə ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinin tələblərinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108-ci maddəsi ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə vurulmuş zərərə görə məsuliyyəti müəyyən edir. Bu Məcəllənin 1108.3-cü maddəsində yüksək təhlükə mənbələrinin (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) qarşılıqlı təsiri nəticəsində dəymiş zərərin əvəzinin ümumi əsaslarla onların sahiblərinə ödənilməsi nəzərdə tutulmuşdur. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Yuxarıda sadalanan normaların tələbindən də görünür ki, vurulmuş zərərə görə məsuliyyəti biləvasitə zərərvuran daşıyır və məhkəmə işin hallarına uyğun olaraq zərərin əvəzini ondan tutur. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25.1-ci maddəsində Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququnun yarandığı hallar göstərilib. Həmin qanunun 25.1.2-ci madəsinə əsasən, bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması subroqasiya hüququnun yaranmasına səbəb olur. “Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 37.1-ci maddəsinə əsasən sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Qanunun 63.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Yuxarıda sadalanan normaların tələbindən də görünür ki, vurulmuş zərərə görə məsuliyyəti biləvasitə zərərvuran daşıyır və məhkəmə işin hallarına uyğun olaraq zərərin əvəzini ondan tutur. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olur ki, 04.02.2019-cu il tarixində, saat 07:20 radələrində Sumqayıt şəhəri ərazisində Cavabdeh3 tərəfindən idarə olunan ASC «xxxx» Sığorta Şirkətində sığortalanmış “Chevrolet Niva” minik markalı, **-RK-*** dövlət dövlət qeydiyyat nişanlı avtomobillə yol nəqliyyat hadisəsi törədilmiş və nəticədə X12 idarə etdiyi “Opel Vectra” minik markalı, **-DL-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər və eyni zamanda “Opel Vectra" minik markalı avtomobildə olan sərnişinlər X13 və X2 yüngül ziyan dəymişdir. Qeyd olunan zərərin aradan qaldırılması üçün ASC «xxxx» Sığorta Şirkəti tərəfindən “OPEL Vectra” minik markalı, **-DL-*** dövlət qeydiyyat nişanlı avtomaşının mülkiyyətçisi X14 1612 (bir min altı yüz on iki) manat, X11 400 (dörd yüz) manat və X9 350 (üç yüz əlli) manat olmaqla ümumilikdə 2,362 (iki min üç yüz altmış iki) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Hazırda ASC «xxxx» Sığorta Şirkəti Cavabdeh3 yol nəqliyyat hadisəsini törətdikdən sonra hadisə yerindən yayındığına istinad edərək, sığorta ödənişi qismində X17, X15 və X9 ödənilmiş ümumilikdə 2,362 (iki min üç yüz altmış iki) manat pulun cavabdehlərdən tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. “Subroqasiya hüququ” sığorta ödənişi almış şəxsin sığorta hadisəsinin baş verməsində təqsirli olan səxs(lər)ə qarşı zərərin əvəzinin ödənilməsini tələb etmək hüquqlarının sığortaçıya keçməsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922.1-ci maddəsinə əsasən, sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Həmin Məcəllənin 926.1-ci maddəsinə əsasən, sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Mülki Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, şikayətdə göstərilən dəlillər iddia tələbinin tam formada təmin edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar üzrə yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikası MPM-nin 385.1.1 - 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Beləliklə, məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini nəzərə alıb, işdə olan sübutları obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilərək, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia ərizəsinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.6-cı maddəsinə əsasən yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir. Məhkəmə kollegiaysı hesab edir ki, iddia ərizəsi təmin edilmədiyinən iddia ərizəsinin məhkəmədə baxılması üçün iddiaçı tərəfindən ödənilmiş 30,40 manat dövlət rüsumu cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 birgə qaydada tutulub ASC “xxxx” Sığorta Şirkətinin hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393, 402, 403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı ASC “xxxx” Sığorta Şirkətinin nümayəndəsi R.B.Əhmədovun verdiyi apelyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli, 2(060)-5550/2020 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı ASC “xxxx” Sığorta Şirkətinin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 birgə qaydada 2,362 (iki min üç yüz altmış iki) manat məbləğində pul vəsaiti və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 30.40 (otuz manat 40 qəpik) manat dövlət rüsumu olmaqla, ümumilikdə 2,392.40 (iki min üç yüz doxsan iki manat 40 qəpik) manat pul ASC “xxxx" Sığorta Şirkətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova
Məhkəmə qərarları › İş №2(105)-1252/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1252/2021
28.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver